Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4550/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(010)-850/2018 saylı qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Nikoroviç, X2, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5, X5 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlərin yetkinlik yaşına çatmayan X4 və X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin, 1 nömrəli mənzilindən istiifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.02.2018-ci il tarixli, 2(010)-850/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir, cavabdehlər Cavabdeh1 Nikoroviç, X2, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5, X5 və Cavabdeh3 yetkinlik yaşına çatmayan X4 və X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Daha sonra, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.02.2018-ci il tarixli, 2(010)- 850/2018 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli, 2(010)-850/2018 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.02.2018-ci il tarixli, 2(010)-850/2018 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin baxılması üçün 7 gün müddətində mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğu dövrdə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli və 26.07.2021-ci il tarixli, 2(010)-850/2018 saylı qərardadlarından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən şikayət verilmiş, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olduqdan sonra şikayətə baxılması üçün mülki işin Məhkəməyə qaytarılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə sorğu ilə müraciət edilmiş, həmin sorğu əsasında işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi təmin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.11.2021-ci il tarixli, 2(010)-850/2018 saylı qərardadı ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2(010)-850/2018 saylı qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 17.02.2022-ci il tarixli, 2(103)-12301/2021 saylı qərardadı ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-850/2018 saylı iş üzrə 23.07.2021-ci il və 26.07.2021-ci il tarixli qərardadlarından İddiaçı nümayəndəsi tərəfindən verilmiş şikayətlər üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və işin 26.07.2021-ci il tarixli qərardaddan verilən şikayətə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İş Məhkəməyə qaytarıldıqdan sonra, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.01.2022-ci il tarixli, 2(010)-850/2018 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli, 2(010)- 850/2018 saylı qərardadından İddiaçı nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün 7 (yeddi) gün müddətində Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 17.02.2022-ci il tarixli, 2(103)-2195/2022 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-850/2018 saylı iş üzrə 26 iyul 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş, həmin qərardadın əsaslandırıcı hissəsində şərh olunanlar nəzərə alınmaqla Cavabdeh5 qətnamədən verdiyi apellyasiya şikayəti üzrə müddətin ötürülüb- ötürülmədiyi məsələsinə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(010)-850/2018 saylı qərardadı ilə Cavabdeh5 tərəfindən verilən apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan Cavabdeh5 Aleksandroviç şikayəti verərək Suraxanı Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, məhkəmə cavabdehin apelyasiya şikayəti vermək hüququmu itirdiyini və bununla bağlı müəyyən edilmiş müddəti ötürdüyünü göstərsə də, qətnamənin cavabdehə daha əvvəl təqdim edilməsi ilə bağlı bir dənə də olsun poçt qəbzinə, məhkəmə qəbzinə və başqa sənədə istinad etməmişdir. Məhkəmənin qətnamənin təqdim edilməsi vaxtını hansı tarixdən götürdüyünü qərardaddan açıqlamamışdır. Çünki həmin tarix məhz 08.07.2021-ci ildir, əksini məhkəmə yaza bilməzdi. Məhkəmə görüntü yaratmaq məqsədi ilə cavabdehin qətnamənin mövcud olmasından xəbəri var ifadəsini hansı əsasla işlətməsini aydınlaşdırmamşdır. Məhkəmənin bu qənaəti sadə boş sözdür və heç bir sübuta, dəlilə əsaslanmır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Belə ki, məhkəmə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.02.2018-ci il tarixli, 2(010)-850/2018 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytararkən Bakı Apellyasiya Məhkəməsinin 17.02.2022-ci il tarixli, 2(103)-2195/2022 saylı qərardadına istinad etmişdir. Həmin qərardad belə əsaslandırılmışdır ki: “İş materiallarından aydın olur ki, Cavabdeh5 Cavabdeh3 oğludur; Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsi 04.10.2019-cu il tarixdə Natalya İvanovnaya təqdim edilmiş, 21.10.2019-cu il tarixdə onun apellyasiya şikayəti məhkəməyə daxil olmuş, məhkəmənin 28.10.2019-cu il tarixli qərardadı ilə prosessual müddət buraxılmamış hesab edilərək şikayət apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21.11.2019-cu il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya, dövlət rüsumunun ödənilmədiyi əsas göstərilməklə qeyri-mümkün hesab olunmuşdur. İş materiallarından görünür ki, Natalya İvanovna Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadından kassasiya şikayəti vermiş, şikayət vəkil tərəfindən tərtib olunmadığından 09.12.2019-cu il tarixli qərardadla geri qaytarılmış, qərardad 14.12.2019-cu il tarixdə ona çatdırılmış, bundan sonra o və oğlu Cavabdeh5, başqa cavabdehin– Cavabdeh4 – verdiyi apellyasiya şikayəti üzrə keçirilən apellyasiya baxışı iclaslarında iştirak etmiş, 17.06.2021-ci il tarixdə isə Cavabdeh5 birinci instansiya məhkəməsinə qətnamənin ona təqdim olunması barədə ərizə ünvanlamışdır. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir”. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.02.2018-ci il tarixli, 2(010)-850/2018 saylı qətnaməsinin qəbulundan kifayət qədər uzun müddət keçmiş, bu müddət ərzində Cavabdeh5 məhkəmə qətnaməsindən məlumatı olmuş, bu qətnamədən verilmiş digər apellyasiya şikayətinə baxılması üçün keçirilən məhkəmə iclasında cavabdeh iştirak etmişdir. Buna baxmayaraq, qətnamədən qanunla müəyyən edilmiş prosessual müddət daxilində apellyasiya şikayəti verilməmişdir. Üstəlik, cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət edilməmiş, cavabdeh yalnız apellyasiya şikayəti verməklə kifayətlənmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.04.2022-ci il tarixli, 2(010)-850/2018 saylı qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayətin dəlilləri qərardadın ləğv edilməsinə əsas vermir. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(010)- 850/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4550/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4550/2022
08.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver