Məhkəmə qərarları › İş №2(103)-4551/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4551/2024

23.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4551/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Seidov Shakhinin (X5) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (qaraj sahəsindən çıxarılma qanunsuz hərəkətlərə son qoyulması, maddi və mənəvi zərər) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Shakin Seidovun ( X5) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və X9 cəlb edilməklə Cavabdeh qarşı “cavabdehin qaraj sahəsindən çıxarılması, cavabdehin qaraj sahəsində qanunsuz hərəkətlərinə son qoyulması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 407/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Shakhin Seidov (X7) Cavabdeh qarşı ona məxsus Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksindəki binanın altında yerləşən 2 ədəd maşın üçün 17 və 18 nömrəli qarajdan Cavabdeh istifadəsində olan avtomobilin çıxarılması və qaraj sahəsinə qanunsuz olaraq sahiblik etmək hərəkətlərinə son qoyulmasına, ona vurulmuş 2500 manat maddi zərərin, 1000 manat mənəvi zərərin, 136 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3636 manat məbləğində pulun tutulmasına dair iddiası ( iddia tələbinin həcminin artılrıması barədə ərizə) Bakı şəhəri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-407/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh iddiaçı Shakhin Seidova (X10) məxsus Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahələrindən çıxarılması, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahələrinə sahiblik etməsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması, iddianın qalan hissələrdə təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının vətəndaşıdır, lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilən daimi yaşamaq üçün icazə vəsiqəsinə əsasən ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Lakin onun Azərbaycan Respublikasında yaşamağına və əmlakının əlindən alınmasına Cavabdeh tərəfindən qəsd hərəkətləri olunur. Belə ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksindəki binanın altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qarajları alıb. Lakin həmin qarajların sənədlərlə ona məxsus olmasına baxmayaraq, Cavabdeh adlı şəxs xuliqanlıq hərəkətləri edərək 03 sentyabr 2023-cü il tarixdən özgə şəxslərə (tanışlarına) məxsus avtomobilləri gətirib ona məxsus həmin qarajları zəbt edir, onun mülkiyyət hüquqlarına qəsd edir. O, öz əmlakından Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş mülkiyyətdən sərbəst istifadə etmək hüquqlarından məhrum olub. Bu isə həm Azərbaycan Respublikasının daxili qanunvericiliyinin, həm də beynəlxalq hüquq normalarının pozulması deməkdir. Bununla əlaqədar olaraq, 13 sentyabr 2023-cü il tarixdə Nizami rayon 25-ci polis bölməsinə şikayət edib, lakin bu günədək heç bir tədbir görülməyib, təqsirkar şəxs məsuliyyətə cəlb edilməyib. Hələ bu qədər şikayətlərdən sonra gəlib onun qarajlarını hasara da almaq istəyir. Cavabdehin bu cür hərəkətləri nəticəsində o, hər ay hər qarajın aylıq 150 manatdan hesablanmaqla icarə haqqına görə ayda 300 manat icarə haqqı gəlirindən məhrum olur. 2 ay ərzində (sentyabr, oktyabr) 600 manat məbləğində maddi zərər dəyib. Bundan əlavə olaraq, ona bu kimi hərəkətlər nəticəsində 1000 manat məbləğində mənəvi zərər dəyib. O, cavabdehdən dəfələrlə bu hərəkətlərinə son qoymasını və onun qarajında saxladığı özgənin avtomobilini çıxarmasını tələb etsə də, yenə də onun dediklərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirir. Bu isə onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində deyilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

3. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət etmiş və ərizədə qeyd etmişdir ki, ərizədəki maddi tələbinin həcmini artıraraq cavabdehdən 2500 manat məbləğində maddi zərər, 1000 manat mənəvi zərərin, 136 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3236 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə cavabdeh hazırki mübahisə predmeti olan ona məxsus qarajlara daxil olaraq onun çəkdiyi 1300 manat məbləğində əmlakını məhv edib, bununla bağlı olaraq 102 qaynar xətt vasitəsilə polisə məlumat verib. Həmin tarixdə də polis bölməsi tərəfindən əməkdaşlar gəlib həmin hadisəni canlı görüb və onu bölməyə dəvət edib izahatını alıblar. Toplanmış materiallara hüquqi qiymət verərək Nizami RPİ-nin 25-ci polis bölməsinin 24 noyabr 2014-cü il tarixli qərarı ilə bildirilib ki, iş üzrə cinayət işi rədd edilməli, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilməlidir. Həmin qərarla izahatı alınmış şahid ifadələri ilə tam sübuta yetirilibdir ki, onun 1300 manat məbləğində əmlakı cavabdeh tərəfindən qəsdən məhv edilib. Bundan əlavə olaraq 2 avtomobillik qaraj yerinin 4 aydır ki, istifadə edə bilməməyi nəticəsində hər ay üzrə 300 manat icarə haqqı hesablansa, 1200 manat məbləğində əldən çıxmış faydaya görə maddi zərər edir. Belə olan halda isə ona 2500 manat məbləğində maddi zərər, 1000 manat məbləğində mənəvi zərər dəyibdir. Ona görə də, hesab edir ki, Cavabdeh ona məxsus qaraja qanunsuz olaraq sahiblik etmək hərəkətlərinə son qoyulmasına, ona vurulmuş 2500 manat maddi zərərin, mənəvi ziyana görə isə 1000 manat pulun tutulmasına dair qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən ona məxsus Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksindəki binanın altında yerləşən 2 ədəd maşın üçün 17 və 18 nömrəli qarajdan Cavabdeh istifadəsində olan avtomobilin çıxarılması və qaraj sahəsinə qanunsuz olaraq sahiblik etmək hərəkətlərinə son qoyulmasına, ona vurulmuş 2500 manat maddi zərərin, 1000 manat mənəvi zərərin, 136 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3636 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən rədd edilməlidir. Belə ki, iddiaçının mübahisələndirdiyi 17 və 18 saylı qarajlar "xxxx" MMC tərəfindən qanunsuz olsa da belə 01 sentyabr 2023-cü il tarixdə X9 adlı şəxsə satılıb (maliyyə arayışı əlavə edilir). Bu məsələnin başqa bir tərəfidir ki, o, bu barədə əqdlərin etibarsızlığı ilə bağlı məhkəmədə "xxxx" MMC və X6 qarşı iddia qaldıracaq. Bütün Azərbaycana məlumdur ki, MMC-lər tərəfindən eyni əmlaklar bir neçə müxtəlif şəxslərə qanunsuz olaraq satılır. Bu mənfi tendensiya Bakı şəhərində geniş yayılmışdır. Lakin ilk əvvəl iddiaçı bu məsələsini cəmiyyətlə araşdırmalı, əgər sonda qarajların onun adına rəsmiləşdirilməsi, digər şəxsə verilən sənədlərin etibarsız olması halında yenidən ona qarşı belə bir iddia ilə məhkəmədə mübahisə aça bilər. Həmçinin, hazırkı iddia ərizəsi üzrə vəsatətlə məhkəməyə müraciət edərək, əlavə cavabdehləri cəlb edə bilər və müvafiq olaraq digər şəxsə verilmiş müqavilələrin etibarsızlığına dair tələblə iddiasının həcmini artıra və yaxud dəqiqləşdirə bilər. Belə olan halda, o da öz növbəsində əqdlərin etibarsızlığı haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcək. İndiki halda isə qarşılıqlı iddianın verilməsinə zərurət yaranmır. Göründüyü kimi, hazırkı halda buna onun, yəni iddiaçının səlahiyyəti belə yoxdur. Çünki onun istinad etdiyi əmlaklar başqa şəxsə qanunsuz olsa belə satılıb. Qanunsuz olduğunu ona görə qeyd edir ki, 17, 18 və 23 saylı qarajlar ona verilib və bu günədək tərəfindən istifadə edilməkdədir. "xxxx" MMC-nin ona olan borc pul müqabilində binanın altında yerləşən, 17, 18 və 23 saylı qarajları cəmiyyət tərəfindən sərəncamına və istifadəsinə verilib. Sadəcə o, MMC ilə işlədiyindən rəhbərlikdən hər dəfə qarajlarla bağlı sənədləri istədikdə müxtəlif bəhanələr gətirməklə əmlaklara dair sənədləşməni aparmaqdan yayınıblar. Bu hal hazırkı iddianın predmeti olmadığından etirazının əsası kimi mübahisənin bu hissəsinə toxunmur. İddiaçı həmçinin onun tərəfindən vurulmuş zərər barədə ümumi sözlər yazıb, lakin bunu əsaslandırmayıb. Qanunvericilikdə hər bir tərəfin istinad etdiyi halları sübut etməsini özündə ehtiva etmişdir. Lakin iddiaçı sadəcə həmin məbləğləri sadalayıb, bu vəsaitlərin necə əldən çıxdığını qeyd etməyib. İddiaçının həmçinin mənəvi zərərlə bağlı tələbi də absurddur. Belə ki, mənəvi zərəri Mülki Məcəllənin 21-ci maddəsi əhatə edib. Həmin maddədə zərərin nədən ibarət olması özündə ehtiva edilib. Lakin iddia ərizəsində bu zərərin nədən ibarət olması və haradan yaranması göstərilməyib. İddiaçının tələbində göstərdiklərini sadalayıb və yuxarıda göstərdiklərinə əsasən hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qətnamədə Respublikası Mülki Məcəlləsinin 21.2, 152.1, 152.5, 162, 164.1, 164.2, 389.1, 390.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008- ci il tarixli 7 saylı Qərarının 8-ci bəndinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahəsinin alqı-satqı müqaviləsinə əsasən MMC 17 və 18 saylı bağlı sahəsini (təmirsiz) binanın tikintisi başa çatdıqdan sonra iddiaçıya təhvil verməyi, iddiaçı isə qaraj sahəsinin ümumi dəyəri olan 29000 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışlarına əsasən X9 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahəsinə görə 31000 manat ödənilib və 1 maşın üçün 23 saylı açıq qaraj sahəsinə görə 21000 manat ödənilib və "xxxx" MMC-yə heç bir borcu qalmayıb. Bundan sonra isə "xxxx" MMC, X14 və X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 06/2023 nömrəli müqaviləyə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən tərəflərin qarşılıqlı razılığı əsasən müqavilə üzrə öhdəliklərə həmin qarajlara dair alqı-satqı müqaviləsi X14 ilə bağlanması şərti ilə xitam verilmiş, bundan sonra xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı qarajlar iddiaçıya satılmışdır. Hazırda iddaçı cavabdehin 17 və 18 saylı qarajdan çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması və ona vurulmuş maddi zərərə görə 2500 manat, mənəvi zərərə görə 1000 manat, 136 manat dövlət rüsumu olmaqla, cəmi 3636 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh mübahisəli qarajların MMC tərəfindən X1 iddiaçının hazırkı iddia ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüququnun olmadığını qeyd etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli əmlak ilkin olaraq, xx.xx.2023-cü il tarixdə iddiaçıya satılmışdır, 17 və 18 saylı qarajların dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi iş materialları ilə öz təsdiqini tapır. Bundan sonra isə həmin qarajlar xx.xx.2023-cü il tarixdə X2. Məhkəmə iclasında dindirilmiş X9 izahatında həmin qarajların ona satıldığını, lakin əmlakla bağlı mübahisə olduğundan onlardan imtina etdiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 06/2023 nömrəli müqaviləyə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşmadan da görünür ki, tərəflərin qarşılıqlı razılığına əsasən müqavilə üzrə öhdəliklərə həmin qarajlara dair alqı-satqı müqaviləsinin X14 ilə bağlanması şərti ilə xitam verilmiş, MMC tərəfindən ödənilən vəsaitin X6 geri qaytarılması müəyyən edilmişdir. Bundan sonra isə razılaşmaya uyğun olaraq həmin tarixdə MMC ilə iddiaçı arasında həmin qarajlara dair alqı-satqı müqaviləsi bağlanmışdır. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilir ki, MMC tərəfindən 17, 18 və 23 saylı qarajlar ona verilib və qarajlar onun istifadəsindədir. Cavabdeh Nizami RPİ-nin 25-ci Polis Bölməsində iddiaçının müraciəti əsasında aparılan araşdırma zamanı isə MMC tərəfindən 16500 ABŞ dolları borcun əvəzində 16, 17 və 18 saylı avtomaşın üçün qaraj verdiyini qeyd edib. İş materialları ilə aydın olur ki, MMC ilə cavabdeh arasında borc münasibətləri olub. Cavabdeh borcun müqabilində ona qarajların verildiyini (yuxarıda göstərildiyi kimi qarajların nömrəli ilə bağlı fərqli fikirlər səsləndirib) qeyd etsə də, göründüyü kimi, mübahisə predmeti olan qarajlar başqa şəxs, iddiaçıya satılıb və cavabdehlə qarajlarla bağlı heç bir müqavilə bağlanılmayıb. Nizami RPİ-nin 25-ci Polis Bölməsində və məhkəmə iclasında izahat verən MMC-nin direktoru X8 17 və 18 saylı qeyriyaşayış sahələrinin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçıya təhvil verildiyini və iki bağlı qarajlara görə MMC-yə 29000 manat pul ödənildiyini qeyd etmişdir, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahələri iddiaçıya məxsus olmaqla hazırda cavabdehin istifadəsində olduğundan iddiaçı öz əmlakına sahiblik etmək hüququndan məhrum olmuşdur. Bu səbəbdən məhkəmə iddianı mübahisələndirilən hissədə əsaslı olması qənaətinə gəlir və hesab edir ki, cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qarajlardan (qeyri-yaşayış sahəsindən) çıxarılmalı, iddiaçının sözügedən qarajdan sərbəst istifadə etməsi ilə bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoymalıdır. Eyni zamanda cavabdeh pul tələbi ilə bağlı "xxxx" MMC-yə qarşı hazırkı vaxtadək heç bir iddia ilə müvafiq məhkəməyə müraciət etməmişdir. İddia tələbinin 2100 manat maddi ziyanın, yəni əldən çıxmış faydanın tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı tələbini həmin hissədə onunla əsaslandırmışdır ki, 2023-cü ilin sentyabr ayından başlayaraq, 7 ay üzrə hər ay 300 manat olmaqla, mübahisə predmeti olan qarajın cavabdehin sahibliyində olması nəticəsində əmlakından istifadə edə bilməməsi və bununla da əmlakı hesabına əldə edə biləcəyi gəlirlərin əldən çıxmasına səbəb olmuşdur. İddiaçı 2023-cü ilin sentyabr ayından mübahisə predmeti olan qarajın cavabdehin sahibliyində olması nəticəsində əmlakından istifadə edə bilməməsi və bununla da əmlakı hesabına əldə edə biləcəyi gəlirlərin əldən çıxmasını qeyd etsə də, əks halda əldə edəcəyi gəlirlər, bu gəlirin həcmi barədə məhkəməyə sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, hazırkı vaxtadək mübahisəli qeyri-yaşayış sahələri cavabdehin sahibliyində olsa da, müəyyən edildiyi kimi cavabdehlə MMC arasında borc münasibətləri olub və tərəflər arasında olan şifahi razılaşmanın məzmunu məhkəməyə məlum olmasa da, cavabdeh hazırkı vaxtadək əmlakdan vicdanlı sahibkar kimi istifadə etmiş, iddiaçı ilə MMC arasında olan mövcud müqavilələrdən xəbərsiz olmuşdur. Müvafiq sübutlar olmadığından, iddia tələbi 2100 manat maddi ziyanın, yəni əldən çıxmış faydanın tutulması ilə bağlı hissədə təmin edilməməlidir. 1000 manat mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə isə aşağıdakılar qeyd edilməlidir. Zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Belə ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “1000 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsində təmin edilməməlidir.

6. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmiş hallar: - "xxxx" MMC ilə X14 arasında bağlanmış KQY-03/2023 saylı xx.xx.2023-cü il tarixli müqavilənin surətinə əsasən, cəmiyyət Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçəslərinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı sahəsini (təmirsiz) binanın tikintisi başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə qaraj sahəsinin ümumi dəyəri olan 29000 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür; - "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixliarayışın surətinə əsasən, X14 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahəsinə görə 29000 manat ödənilib və "xxxx" MMC-yə heç bir borcu qalmayıb; - "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli arayışın surətinə əsasən, X9 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahəsinə görə 31000 manat ödənilib və "xxxx" MMC-yə heç bir borcu qalmayıb; - "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X9 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 1 maşın üçün 23 saylı açıq qaraj sahəsinə görə 21000 manat ödənilib və "xxxx" MMC-yə heç bir borcu qalmayıb;- Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin xx.xx.2023-cü il tarixli qərarının surətinə əsasən, qərarın təsviri hissələrində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilmişdir; - "xxxx" MMC, X14 və X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 06/2023 nömrəli müqaviləyə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən Bakı şəhəri, Nizami, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraja dair xx.xx.2023-cü il tarixli 06/2023 nömrəli müqavilə üzrə aşağıdakılar barədə razılığa gəldilər: Tərəflərin qarşılıqlı razılığına əsasən müqavilə üzrə öhdəliklərə həmin qarajlara dair alqı-satqı müqaviləsi X14 ilə bağlanması şərti ilə xitam verilir. 2. Tərəflər razılaşırlar ki, alıcı tərəfindən ödənilən vəsaiti X6 geri qaytarılır;- -"xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X7 Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahəsinə görə "xxxx" MMC-yə heç bir borcu qalmayıb;- "xxxx" MMC ilə X14 arasında bağlanmış KQY-03/2023 saylı xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, cəmiyyət Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçəslərinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı sahəsini əsaslı tikilməsi və təhvil verilməsi haqqında müqavilənin predmetini Satıcının qaraj sahəsinin əsaslı tikintisinin lazımi qaydada apararaq qaraj sahəsinin gələcəkdə mülkiyyətçisi ola biləcək Alıcıya əsaslı tikilmiş formada, lazımi qaydada və hazırkı müqavilədə göstərilmiş müddətdə təhvil verməsi, alıcının isə qaraj sahəsinin tərəflər arasında razılaşdırılmış məbləğini satıcıya ödəməsi təşkil edir. Tərəflər razılaşır ki, qaraj sahəsi alıcıya təmirsiz vəziyyətdə təhvil veriləcək. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

7. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)—407/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini qismən ləğv edilib, iddianın tam rədd edilməsi haqqında qətnamə qəbul xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 8, 9, 10, 18-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə onun təqdim etdiyi etiraza qiymət verməmiş, tərəfindən təqdim etdiyi və ona iddiaçı tərəfindən «votsap» vasitəsi ilə göndərilmiş sənədi sübut kimi qəbul etməmiş, həmçinin ekspertiza keçirilməsini xahiş etsə də tələbi rədd edilmiş və bununla da məhkəmə onun hüquqlarını pozmuşdur. Halbuki, o, xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən rədd edilməlidir. Belə ki, iddiaçının mübahisələndirdiyi 17 və 18 saylı qarajlar "xxxx" MMC tərəfindən qanunsuz olsa da belə 01 sentyabr 2023-cü il tarixdə X9 adlı şəxsə satılıb (maliyyə arayışı əlavə edilir). Bu məsələnin başqa bir tərəfidir ki, o, bu barədə əqdlərin etibarsızlığı ilə bağlı məhkəmədə "xxxx" MMC və X6 qarşı iddia qaldıracaq. Bütün Azərbaycana məlumdur ki, MMC-lər tərəfindən eyni əmlaklar bir neçə müxtəlif şəxslərə qanunsuz olaraq satılır. Bu mənfi tendensiya Bakı şəhərində geniş yayılmışdır. Lakin ilk əvvəl iddiaçı bu məsələsini cəmiyyətlə araşdırmalı, əgər sonda qarajların onun adına rəsmiləşdirilməsi, digər şəxsə verilən sənədlərin etibarsız olması halında yenidən ona qarşı belə bir iddia ilə məhkəmədə mübahisə aça bilərdi. Məhkəmə əqdin etibarsızlığını görsə də belə buna qiymət verməkdən yayınmışdır. Məhkəmə öz qətnaməsində iddiaçını mülkiyyətçi statusuna çatdırmış, lakin bunun üçün müvafiq sübutların məhkəməyə təqdim edilməsini təmin etməmişdir. Bir sözlə buna səlahiyyəti olmayan şəxs tərəfindən iddia verilir, mübahisəli qarajların alınmasında zəruri sənədlərin, yəni ilk əvvəl sahiblənmiş şəxsin notarial imtinası, birgə nikah dövrünü əhatə etdikdə şəxsin (ərin və yaxud arvadın) notarial razılığı tələb edildiyi halda bunun baş verməməsi bir daha MMC daxilində aparılmış saxta sənədləşmədən xəbər verdiyi halda bu hallar məhkəmə tərəfindən araşdırılmamış və müvafiq qiymət verilməmişdir. Vergi məcəlləsinə edilmiş dəyişikliklərə əsasən şəxs əldə etdiyi əmlakı digər şəxsə satarsa müəyyən vergi tutmalarına cəlb edilməlidir. Bunun üçün razılıq və imtinaların Notariat qaydasında həyata keçirilməsi tələb edilmişdir ki, cəmiyyətin balansına daxil olan qanunsuz pul dövriyyəsinin qarşısı alınsın. Həmçinin iş üzrə izahatları alınmış şahidlərin də çıxışlarında bu hallar səsləndirilsə də məhkəmə bunları araşdırmaqdan yayınmışdır. Onun istinad etdiyi dəlillərin isə məhkəmə tərəfindən araşdırılmaması isə məhkəmədə çəkişmə və bərabərlik prinsipini pozmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə etiraz daxil olmuş, etirazda qeyd edilmişdir ki, Cavabdeh Türmən oğlunun apellyasiya şikayətində qeyd etdikləri əsassızdır. Onlar üçüncü şəxs olaraq həmin arqumentləri qəbul etmirlər. "xxxx" MMC-nin Cavabdeh Türmən oğlu ilə aralarında müqavilə predmetinə aid qarajlarla bağlı heç bir müqavilə bağlanmayıb. Cavabdeh əvvəllər "xxxx" MMC-də işləyib, işdən çıxandan sonra şirkətin əleyhinə hərəkətlər edərək başqa şəxslərə satılan əmlakları özbaşına zəbt edərək, bildirir ki, guya həmin qarajlar onundur. Əgər mübahisə predmeti olan qarajlar onun olmasını iddia edirsə o zaman tərəflər arasında müqavilə bağlanmış olardı. İş materiallarından görünür ki, tərəflər arasında bununla bağlı heç bir müqavilə bağlanmayıbdır. Bununla belə qeyd edir ki, Bakı şəhəri Nizami Rayonu Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksindəki binanın altında yerləşən 2 ədəd maşın üçün 17 və 18 nömrəli qaraj Seidov Shakhin-ə (X12) məxsusdur. Bu halları təsdiq edən müqavilə və digər sənədlər iş materialları ilə tam təsdiq edilir. Odur ki etirazda qeyd etdiklərinin nəzərə alınaraq apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

9. İddiaçı X13 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə etiraz təqdim etmiş və etirazda qeyd etmişdir ki, cavabdeh qanunsuz olaraq ona məxsus qarajları zəbt edib, qohumlarına məxsus nəqliyyat vasitələrini gətirib orda saxlayır, məhkəmə qətnaməsindən isə formal şikayət verməklə vaxt uzadır ki o, qarajlardan istifadə edə bilməsin. Məhkəmə proseslərində isə ona aid olmayan, başqa şəxslərlə aralarında olan mübahisələrdən danışır. "xxxx" MMC-nin Cavabdeh Türmən oğlu ilə aralarında müqavilə predmetinə aid qarajlarla bağlı heç bir müqavilə bağlanmayıb. Cavabdeh əvvəllər "xxxx" MMC-də işləyib, işdən çıxandan sonra şirkətin əleyhinə hərəkətlər edərək başqa şəxslərə satılan əmlakları özbaşına zəbt edərək, bildirir ki, guya o həmin qarajlar onundur. Əgər mübahisə predmeti olan qarajlar onun olmasını iddia edirsə o zaman tərəflər arasında müqavilə bağlanmış olardı. İş materiallarından görünür ki, tərəflər arasında bununla bağlı heç bir müqavilə bağlanmayıbdır. Bununla belə qeyd edir ki, Bakı şəhəri Nizami Rayonu Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksindəki binanın altında yerləşən 2 ədəd maşın üçün 17 və 18 nömrəli qarajlar ona (Seidov Shakhin (X12)) məxsusdur. Bu halları təsdiq edən müqavilə və digər sənədlər iş materialları ilə tam təsdiq edilir.

10. Cavabdeh dəfətərxana vasitəsi ilə məhkəməyə vəsatətlə müraciət edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinə X9 və “ İnteks “ MMC-yə qarşı mübahisəli qarajlar üzrə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi dair iddia ərizəsiylə müraciət etdiyini qeyd etmiş və həmi mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X13 apellyasiya şikayətini əsassız hesab etdiyini, apellyasiya şikayətinə qarşı təqdim etdiyi etirazının izahat kimi qəbul edilməsini, cavabdehin təqdim etdiyi vəsatətin də əsassız olduğunu, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehin təqdim etdiyi vəsatətin də heç bir əsasının olmadığını, belə ki, ilk növbədə vəsatətin elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim edilməli olduğunu, digər tərəfdən vəsatətində qeyd etdikləri halların hazırkı məhkəmə mübahisəsi ilə heç bir bağlılığının olmadığını və bu səbəbdən də vəsatətin təmin edilməməli olduğunu, apellyasiya şikayətinin də verilməsində məqsədin süni şəkildə məhkəmə prosesini uzatmaqdan ibarət olduğunu, binanın tikintisinin hələ başa çatmadığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

13. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

14. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Konstitusiasının 13 və 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-158, 324, 385- 390,560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri əsassızdır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin iş üzrə icraatın dayandırılması ilə bağlı vəsatətinə münasibətdə qeyd edilməlidir ki, həmin iddia ərizəsinin Nizami Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilməsi məlum deyildir, digər tərəfdən həmin iddia ərizəsi Nizami rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyi halda belə həmin mülki işin nəticəsinin hazırkı işə (iddiaçıya) biləvasitə aidiyyəti müəyyən edilmir, hazırki prosesdə cavabdeh özünün əmlak və sair hüquqlarına, habelə iddiaçıya aid müqavilənin etibarsızlığına dair sübutedici dəlillər müzakirəyə təqdim etməmişdir . Belə olan halda, ilkin olaraq subyektiv hüquqla bağlı sübutlar mövcud olmadığı vəziyyətdə iş üzrə cavabdehin vəsatətinin, habelə şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. İddiaçının isə münasibətlərindən ilkin müqaviləsi və ondan irəli gələn əmlak hüquqları, habelə gözlənilən mülkiyyət hüquqları vardır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139- 1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur:157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:158.1.1. girov hüququ;158.1.2. əmlakdan istifadə hüququ;158.1.3. servitutlar.158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun fərdi şikayətlərə konstitusiya icraatı qaydasında baxılması zamanı formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, S.Ələkbərovanın şikayəti üzrə 3 iyul 2015-ci il tarixli , M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).

18. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, şikayət əsassız olduğundan dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-407/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar