Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4552/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X19 və X20 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X26 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili X6 iştirakı ilə, iddiaçılar İddiaçı və qeyrilərinin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “müqavilələrin qismən etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2263/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçılar X19 və X30 digər İddiaçı övladları, Cavabdeh1 isə İddiaçı qardaşıdır. İddiaçı Əliyeva X8 Respublikasının vətəndaşıdır. Belə ki, iddiaçılar İddiaçı xx.xx.2019-cu il tarixdən, X19 xx.xx.2020-ci il tarixdən və X43 xx.xx.2015-ci il tarixdən Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmişlər və onların daimi yaşayış yerləri həmin ölkədir.
2. İddiaçı xx.xx.2012-ci il tarixdən ünvan 1 ünvanda mülkiyyətində olmuş evi onun tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır.
3. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 02/107, 02/114, 02/115, 02/210 nömrəli müqavilələr imzalanmışdır.
4. xx.xx.2024-cü il tarixli 02/107 nömrəli müqaviləyə əsasən “Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küç 49, mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 72.05 kv.m mənzilini sökmək üçün Cavabdeh2 MMC -yə təhvil verməyi öhdəsinə götürür.
5. xx.xx.2024-cü il tarixli 02/114 nömrəli müqaviləyə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49, mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 52.48 kv.m mənzilini sökmək üçün Cavabdeh2 MMC-yə təhvil verməyi öhdəsinə götürür.
6. xx.xx.2024-cü il tarixli 02/115 nömrəli müqaviləyə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49. mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 72.05 kv.m mənzilini sökmək üçün Cavabdeh2 MMC-yə təhvil verməyi öhdəsinə götürür.
7. xx.xx.2024-cü il tarixli 02/210 nömrəli müqaviləyə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49. mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 47.89 kv.m mənzilini sökmək üçün Cavabdeh2 MMC-yə təhvil verməyi öhdəsinə götürür.
8. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış “Müqavilənin ləğvinə dair” xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, tərəflərin ümumi razılığına əsasən Bakı şəhəri xx.xx.2024-cü il tarixdə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında reyestrdə 3M- 1869 nömrə ilə təsdiqlənmiş 05/210 nömrəli müqaviləyə xitam verilmişdir.
9. Cavabdeh2 MMC-nin xx.xx.2025-ci il tarixli 03/95 saylı arayışından görünür ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 05/210 nömrəli müqavilə, sonuncunun sözügedən mənzili satması ilə əlaqədar müraciəti əsasında xx.xx.2025-ci il tarixində ləğv edilmiş və satdığı adamın yəni, X10 adına həmin gün yeni müqavilə əsasında rəsmiləşdirilmə aparılmışdır.
10. Bu barədə X13 ilə MMC arasında 05/210 nömrəli xx.xx.2025-ci il tarixli müqavilə bağlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, ev 47/49-a köçürülməsi, həmin evin həyətyanı sahəsinin və faktiki mövcud olan bütün tikililərinin ½ hissəyə naturada bölünməklə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 8-da yerləşən ev mərhum valideyinlərinə məxsus olmuşdur. Valideyinlərinə məxsus həmin evdə xx xxxxxx 1958-ci ildə o, 08 avqust 1964-cü ildə isə qardaşı Cavabdeh1 dünyaya gəlmişlər. Onlardan başqa iki bacısı da onlarla birlikdə həmin evdə doğulmuş və böyümüşlər. Ümumiyyətlə ailədə üç bacı, bir qardaş olmuşlar. İki bacısı ailə qurduqdan sonra Bakı şəhərinin müxtəlif ünvanlarında ailələrinə məxsus evlərdə yaşayırlar. Valideyinlərindən atası-X11 - 2008-ci ilin aprelin 7-də, anası-X7-2007-ci ilin iyul ayının 23-də vəfat etmişlər. Onlar vəfat etdikdən sonra həmin evdə o, iki qızı və mərhum əri, həmin iş üzrə cavabdeh qardaşı Cavabdeh1, onun arvadı və üç uşağı yaşamış və yaşamaqdadır. Qızlarının Türkiyə vətəndaşları ilə ailə qurmaları səbəbəbindən ilin əksər hissəsini Türkiyədə yaşayırlar. Hər iki qızı ilin əksər hissəsini Türkiyə Respublikasında yaşamaları səbəbindən o, da ilin çox hissəsini Türkiyədə yaşamalı və işləmək məcburiyyətində qalmışdır. O, və hər iki qızının Türkiyədə yaşamasından sui-stifadə edən qardaşı Cavabdeh1 ailəsi ilə birlikdə doğulub böyüdüyü və hər iki qızı ilə yaşadığı evin həyətini, evin həyətində olan bütün tikililəri (otaqları) zəbt etmiş, ona və qızlarına məxsus evə və əmlaklara faktiki olaraq sahiblik etməyə başlamışlar. Bir neçə dəfə Türkiyədən Vətənə qayıdıb daimi qeydiyyatda olduğu və yaşadığı evə getməyə cəhd etmiş, hər dəfə cavabdeh və onun ailə üzvlərinin ona faktiki olaraq yaratdıqları süni maneə nəticəsində həmin evin həyətinə girə bilməmişdir. Bütün cəhdləri nəticəsiz qalmışdır. Cavabdeh olan doğma qardaşının Cavabdeh1 ona qarşı yaranmış ögey və qeyri-adekvat münasibətinin səbəbini aydınlaşdırdıqda ona məlum olmuşdur ki, həm qardaşı ilə birlikdə yaşadıqları atadan qalma ev, həm də qonşu əraziləri özəl tikinti şirkəti X44 MMC tərəfindən alınması və yerində hündür mərtəbəli binalar tikilməsi həyata keçirilməsi planlaşdırılmışdır. Bu barədə Cavabdeh1 tərəfindən həmin şirkətə bütün evə dair rəsmi layihə təqdim edilmiş və bu səbəbdən də onları xəbəri olmadan həmin evin əvəzinə şirkət tərəfindən verilməsi təklif olunan 2 ədəd iki otaqlı və iki ədəd 1 otaqlı mənzillərə sahib olmaq istəyir. Bakı şəhərində doğulmuş və böyümüş, əslən Bakılı olan və Bakı şəhərində evi olan bir şəxs kimi Türkiyədən qayıdarkən öz evinə gedə və həmin evdə gecələyə bilmir. Hər dəfə gələndə oteldə qalmaq məcburiyyətindədir. Doğma qardaşının varlanmaq niyyəti, ona çatası paya sahib olmaq istəyi və tamahı onun sahiblik və istifadə hüququ olan evdən faktiki məhrum etmişdir. Onun bu özbaşınalığı onun həmin evdə sahiblik və istifadə hüquqlarını pozmuş və tapdalamışdır.
13. Cavabdeh1 iddiaya etiraz təqdim etməklə iddianın rədd edilməsini xahiş etmiş və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı həm Azərbaycan Respublikasının, həm də Türkiyə Respublikasının vətəndaşıdır. Türkiyə Respublikasında da ikinci ailə həyatı qurmuşdur. Mübahisələndirilən ünvanda isə iddiaçı ailə qurduqdan sonra heç vaxt yaşamamış, ər evinə köçmüşdür. İddiaçı iddia ərizəsində bildirir ki, qızlarının Türkiyədə ərə getməsi ilə bağlı orada yaşamaq məcburiyyətində qalmış və Bakıya qayıtdıqda isə guya onun tərəfindən evə buraxılmadığını bildirmişdir. İddiaçının Bakı şəhəri, Azadlıq prospektində xüsusi mülkiyyətində olan mənzili olmuşdur və həmin mənzildə yaşamışdır. Həmin mənzil 2021-ci ilin aprel ayında iddiaçı tərəfindən satılmışdır. İddiaçı guya mübahisəli evə mütəmadi gəldiyini bildirsə də, onda həmin həyət evinin hansı hissəsində yaşadığını, orada təsərrüfat apardığını göstərə bilməz. Çünki həmin evdə iddiaçıya məxsus hər hansı bir gündəlik istifadə olunan məişət predmeti belə mövcud deyildir. Nəzərə alınmalıdır ki, bu həyət evləri özbaşına tikilidir, şəxsi vəsaiti hesabına həmin tikililəri ərsəyə gətirmişdir.
14. Daha sonra İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
15. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X44 MMCnin üzərinə qanunsuz olaraq sökərək məhv etdiyi ünvan 8 saylı (52 saylı ərazi MKİS-nin qeydiyyat kartoçkasında ev 47/49, mənzil 1 kimi qeyd olunmuşdur) evin, evin həyətində sökdüyü qarajın və evin hasarını bərpa etmək vəzifəsinin qoyulması, Cavabdeh1 üzərinə evdə olmuş yaşayış üçün zəruri olan, qanunsuz olaraq götürülmüş yataq və mətbəx əşyaları, yorğan və döşəklər və sairə məişətdə istifadə olunan əşyaların alınaraq geri qaytarılması haqqında qətnamə qəbul edilməsi, cavadehlər X44 MMC ilə Cavabdeh1 barələrində qanunsuz olaraq müqavilə bağlamaq adı altında ona və qızlarına məxsus ünvan 8 saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə gorə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.
16. X19 və X43 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin üzərinə qanunsuz olaraq sökərək məhv etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi 47/49 evin, evin həyətində sökdüyü qarajın və evin hasarının bərpa etmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini, cavabdehlər barəsində qanunsuz olaraq müqavilə bağlama adı altında hər iki iddiaçı olaraq onlara və analarına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi 47/49 saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 8-da yerləşən ev analarının valiyenlərinə məxsus olmuşdur. Həmin evdə iddiaçılardan olan (əvvəlki adı: X15) X19 1992-ci ildə, (əvvəlki adı: X16) X43 isə 1988-ci ildə doğulmuşlar. Hər iki iddiçıların doğulduqları ev anaları İddiaçı Ağasabir qızının valideyinlərinə məxsus olmuşdur. Həmin evdə dayıları, həmin iş üzrə cavabdehlərdən biri Cavabdeh1 ailəsi ilə birlikdə, anları İddiaçı Ağasabir qızı iki qızları, yəni indiki iddiaçılarla və mərhum əri ilə birlikdə yaşamışlar. İddiaçılar valideyinləri ilə birlikdə həmin evin aşağı otaqlarında, dayıları Əliyev Ağasabir isə evin yuxarı, yəni ikinci mərtəbəsində ailəsi ilə yaşamışdır. Həmin evdə iddiaçıların anası İddiaçı Ağasabir qızı xx xxxxxx 1958-ci ildə, 08 avqust 1964-cü ildə isə Cavabdeh1 dünyaya gəlmişdir. İddaçıların babası X11 - 2008-ci ilin aprelin 7-də, nənələri -X7 isə- 2007-ci ilin iyul ayının 23-də vəfat ediblər. Onlar vəfat etməmişdən əvvəl həm anası Həcər, həm də dayıları yəni cavabdeh İmaməli evlənmiş və hər ikisi evləndikdən sonra həmin evin aşağı hissəsində anası, atası və iki bacı olaraq onlar evin yuxarı yəni ikinci mərtəbəsində isə Cavabdeh1, onun arvadı və üç uşağı yaşamışlar. Sonralar hər iki iddiaçı Türkiyə vətəndaşıları ilə evlənmələri səbəbindən ilin əksər hissəsini Türkiyədə yaşamış və bir müddət sonradan isə daimi yaşamağa başlamışdlar. Hər iki iddiaçı Türkiyə Respublikasında yaşamaları səbəbindən anaları İddiaçı Ağasabir qızı da ilin çox hissəsini Türkiyədə yaşamaq və işləmək məcburiyyətində qalmış, lakin sonradan daimi yaşamağa başlamışdır. İddiaçıların Türkiyədə yaşamasından sui-istifadə edən Cavabdeh1 doğulub, böyüdükləri və ailə ilə birlikdə yaşadıqları evin həyətini, evin həyətində olan bütün tikililəri (otaqları) zəbt etmiş, onlara məxsus bütün evə və əmlaklara faktiki olaraq sahiblik etməyə başlamışlar. Bir neçə dəfə anaları Əliyeva X5 Vətənə qayıdıb daimi qeydiyyatda olduqları, doğulduqları, böyüdükləri evə getməyə cəhd etmiş, hər dəfə cavabdeh və onun ailə üzvlərinin faktiki olaraq yaratdıqları süni maneə nəticəsində anası evə girə bilməmişdir. Cavabdeh1 anasına qarşı yaranmış ögey və qeyri-adekvat münasibətinin səbəbəni aydınlaşdırdıqda məlum olmuşdur ki, həm onların anaları ilə birlikdə yaşadıqları atadan qalma evləri, həm də qonşu əraziləri özəl tikinti şirkəti X44 MMC tərəfindən alınması və yerində hündürmərtəbəli binaların tikilməsi planlaşdırılmışdır. Cavabdeh1 tərəfindən həmin şirkətə bütün evə dair rəsmi layihə təqdim edilmiş və bu səbəbdən də onların xəbəri olmadan həmin evin əvəzinə şirkət tərəfindən verilməsi təklif olunan 2 ədəd iki otaqlı və iki ədəd 1 otaqlı mənzillərə sahib olmaq istəmişdir. Anası İddiaçı Ağasabir qızı Bakı şəhərində doğulmuş və böyümüş, Bakı şəhərində evi olan bir şəxs kimi Türkiyədən qayıdarkən öz evinə gedə və həmin evdə gecələyə bilməmişdir. Anası son dəfə Bakı şəhərinə gədəndə oteldə qalmaq məcburiyyətində qalmışdır. Doğma dayıları Cavabdeh1 varlanmaq niyyəti, iddiaçılar olaraq onların hər ikisinə və analarına çatası paya sahib olmaq istəyi və tamahı onların sahiblik və istifadə hüququ olan evdən faktiki məhrum etmişdir. Onun bu özbaşınalığı onların həmin evdə sahiblik və istifadə hüquqlarını pozmuş və tapdalamışdır. Bu səbəbə görə də, anası İddiaçı Ağasabir qızı (sonuncu adı X40) pozulmuş hüquqlarının bərpa olunması üçün “Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, ev 47/49-a köçürülməsi, həmin həyət evinin və həmin evin həyətyanı sahəsinin ½ hissəyə naturada bölünməklə istifadə qaydasının müəyyən edilməsi haqqında” qətnamə qəbul edilməsi üçün Nəsimi Rayon Məhkəməsində qardaşı Cavabdeh1 qarşı iddia qaldırmışdır. Anası X40 iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edənədək, yəni xx.xx.2024-cü il tarixdə özəl tikinti şirkəti X44 MMC-yə gedərək rəsmi ərizə vermiş və həmin ərizədə rəsmi olaraq bildirmişdir ki, həmin ev atadan qalma ev olduğuna, həmin evdə Cavabdeh1 ilə onun və iki qızının, yəni onların daimi qeydiyyatda olduqları, yaşadıqları, həmin evdə sahiblik, istifadə və mülkiyyət hüquqlarının olmasını, məhkəmə qətnaməsi ilə həmin evdən sahiblik, istifadə və mülkiyyət hüquqlarından məhrum edilmələrini bildirmiş və xahiş etmişlər ki, İddiaçı Ağasabir qızının və onun iki qızının həmin ünvanda yaşayış və istifadə hüquqlarının olmasını nəzərə alıb, Azərbaycan Respublikası Konstitusiyasının tələbləri əsasında həmin ünvanın həm faktiki tikinti altı olan hissəsini, həm də faktiki olaraq istifadəsində olan torpaq sahəsinin ölçüsünü, həmin sahələrə görə ev mülkiyyətçiləri, istifadə və yaşayış hüquqları olan şəxslərin hər birinin rəsmi razılığını almaqla, həmin şəxslərin sayına uyğun olaraq veriləcək kompensasiyanın pul və ya natura (mənzil) formasında verilməsini razılaşdırmalarını və bu barədə planlaşdırılan işlərin rəsmiləşdirilməsini təmin etmələrini xahiş və tələb olunmuşdur. xx.xx.2024-cü il tarixdə özəl tikinti şirkəti X44 MMC-yə rəsmi məlumat verildikdən və həmin ərizəni rəsmi qaydada qeydiyyatdan keçirdikdən sonra yuxarıda göstərilən iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə iddia qaldırmış və həmin tələblə “evə köçürmə, evin naturada ½ hissəyə bölünməklə istifadə qaydasının müəyyən olunması” nı xahiş etmişdir. Həmin mülki iş məhkəmənin icraatında olduğu müddətdə, şirkətə qabaqcadan rəsmi məlumat verilməsinə baxmayaraq, sahiblik, istifadə və mülkiyyət hüquqları olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerlşən 47/49 saylı (52 saylı ərazi MKİS-nin qeydiyyat kartoçkasında ev 47/49, mənzil 1 kimi qeyd olunmuşdur) evi 2024-ci ilin aprel ayının axırı və may ayının əvvəli özəl tikinti şirkəti X44 MMC tərəfindən sökülmüş, həmin ərazidə analarına və hər iki iddiaçı olaraq onlara məxsus əmlakı, yəni evləri, həyətin hasarını və digər yardımçı tikililəri, həmçinin həyətin qarşısında yerləşən anasının atasından qalma faktiki olaraq istifadələrində olan, ümumi sahəsi 30 kvadratdan artıq olan qarajı qəsdən məhv etmiş və onlara külli miqdarda maddi ziyan vurmuşdur. Tikinti şirkəti tərəfindən sökülən ev otaqlarının və yardımçı tikililərin sayı, Cavabdeh1 da ailəsi ilə yaşadığı otaqlarıda daxil olmaqla, ümumilikdə 12 otaqdan ibarət olmuşdur. Tikili altı olan sahə 152,66 kvadrat metr, həyətin küçə tərəfdən olan hissəsində atadan qalmaq qarajın ümumi sahəsi 30 kv.metr, ümumi həyətin tikili altı olmayan torpaq sahəsi 30 kvadrat metr olmuşdur. Həmin tikili altı olan hissələrin onların və analarının faktiki istifadəsində olmuş hissəsində yerləşən yaşayış otaqları 8,0 kv.m; 26,5 kv.m; 14,4 kv.m; 6,12 kv.m; 14,0 kv.m və 9,0 kv.m olmaqla, cəmi 78,02 kvadrat, tikili altı olmayan sahə, ümumi istifadədə olan həyətdə yerləşən torpaq sahəsinin yarısı (30:2=15) 15 kv.m olan torpaq sahəsi və ümumi sahəsi 30 kv.metr olan qarajın ½ hissəsi, yəni 15 kv.mert olan hissəsi, ümumilikdə (8,0 + 26,5 + 14,4 + 6,12 + 14,0 + 9,0 = 78,02 kv.m + 15 kv.m (torpaq sahəsinin ½) + 15 kv.metr (qarajın ½) = 108,02 kvadrat metr təşkil edirdi. Bununla bağlı olaraq şirkətin rəhbəri kimi özünü təqdim edən Rövşən adlı şəxs bildirmişdir ki, sökülən evin (həyətin) kupçası (çıxarışı ) olmadığına görə həmin ünvanda yaşayan İmaməli adlı şəxslə müqavilə bağlayaraq həmin sökülən evin əvəzində ona gələcəkdə tikiləsi evdən 2 ədəd iki otaq, iki ədəd bir otaq verilməsi razılaşdırılmışdır. Şirkət rəhbərinin dediklərindən məlum olmuşdur ki, özəl tikinti şirkəti X44 MMC ilə Cavabdeh1 arasında qanunsuz olaraq aparılmış razılaşma əsasında, analarının və hər iki iddiaçı olaraq onların sahiblik, istifadə və mülkiyyət hüquqları olan evi onların razılıqları olmadan, məhkəmənin qətnaməsi olmadan onların iradəsinin əksinə sökmüş, şirkət rəhbəri Cavabdeh1 ilə gizli sövdələşmə edərək onlara məxsus şəxsi əmlakları olan evi qəsdən məhv etmiş, anasına və onların hər ikisinə külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar X19 və X41 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia tələbi üzrə mülki işin İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
19. Daha sonra hər iki iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddialar üzrə ümumi tələblə məhkəməyə müraciət edərək, cavabdeh X44 MMC və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli №5/210 saylı; xx.xx.2024-cü il tarixli № 02/115 saylı; xx.xx.2024- cü il tarixli № 02/114 saylı və xx.xx.2024-cü il tarixli № 2/107 saylı müqavilələrinin qismən etibarsız hesab edilməsi və cavabdeh X44 MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerləşmiş 47/49 saylı evdə sahiblik və istifadə hüququ olan hər üç iddiaçının əvəzinə, iddiaçı X40 ilə 1 ədəd - 2 otaqlı və 1 ədəd 1 otaqlı mənzillər üçün həmin ərazidə sökülmüş digər evlərin sahibləri ilə bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş şərtlər əsasında müqavilə bağlamaq vəzifəsinin qoyulması haqqında qətnamə qəbul edilməsi, cavadehlər X44 MMC ilə Cavabdeh1 barələrində qanunsuz olaraq müqavilə bağlamaq adı altında ona və qızlarına məxsus olan ünvan 8 saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 308-ci və 186.2.1-ci maddəsi ilə cinayət işinin başalanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.
20. Birinci instasniya məhkəməsində şahid qismində ifadə vermiş X17 bildirmişdir ki, o, 5-6 yaşlarında olarkən İddiaçı uşaqları ilə eyni həyətdə olmuşlar və məktəbə bir yerdə getmişlər. Həmin həyətdə İddiaçı anası, atası, uşaqları, Cavabdeh1, yoldaşı və uşaqları yaşayırdı. İddiaçı 2 övladı olmuşdur. Qönçə və Fizzə. Onları tanıdığı müddətdə Həcər xanım, anası, atası və 2 qızı həmin həyətdə qalmışdır. Bundan başqa Cavabdeh1, yoldaşı, 3 övladı-Nihad, Günay və Sabir həmin həyətdə qalmışlar. Daha sonra İmaməli bəyin yoldaşı Ziba xanım vəfat etmişdir. Həcər xanım və İmaməli bəyin bacıları Firəngiz, Mehparə xanım da var idi. Amma onlar həmin həyətdə qalmırdılar. Həcər xanımın 50 yaşdan yuxarı yaşı olar. Həcər xanım evləndikdən sonra bir müddət yoldaşı Əflatun ilə birlikdə başqa yerdə yaşayıb, maddi vəziyyətləri yaxşı olmadığından Həcər xanım ata evinə geri qayıtmışdır. Təxminən 1995-ci ildən bəri Həcər xanım artıq o həyətdə daimi yaşamışdır. Onda olan məlumata görə Həcər xanım bu zamanadək mütəmadi olaraq həmin həyətdə yaşayır. Əflatun bəy vəfat etdikdən sonra Həcər xanım işləmək üçün Türkiyə Respublikasına getmişdir. Uşaqları burada qalmışlar. Onlara Həcər xanımın anası və atası baxmışlar. O, 2009-cu ildə işlə əlaqədar olaraq Türkiyə Respublikasına getmişdir. Arada buraya gəlib-getmişdir. O, hər dəfə gələndə Həcər xanımın uşaqlarını həyətdə görmüşdür. Türkiyə Respublikasında 1 il yarım işlədikdən sonra geri qayıtmışdır. Həmin vaxt Həcər xanımın qızları orada yaşamışlar. Həcər xanımı da görmüşdür. Amma o daimi yaşamırdı. Türkiyə Respublikasına gedib-gəlirdi. Həmin həyətdə 1-ci mərtəbədə və 2-ci mərtəbədə ev var idi. İddiaçı həmin həyətdə evi var idi. Həyətə girdikdən sonra sağ tərəfə getdikdən 3 metr sonra solda pilləkən var idi. Həcər xanımın evi oradan başlayırdı. Ev mətbəx, zal və yataq otağından ibarət idi. Həmin evdə daha əvvəl Həcər xanımın anası və atası yaşayırdı. Qapı ilə üzbəüz pilləkən var idi, yuxarı qalxanda 2-ci mərtəbədə İmaməli bəyin evi var idi. Onun evi sadəcə ora idi. Ev 3 otaqdan ibarət idi. 2023-cü ilin oktyabr ayında tikinti şirkəti gəlib evi ölçməyə başladı. Onlara yeni inşa edilən binada ev verilmişdir. Onların həyətində də ancaq öz qohumları yaşayırdı. Nənəsi, babası, atası, əmisi və qardaşının evləri var idi. Onun istifadəsində olan atasına məxsus olan ev idi. Həyət onun nənəsinə məxsus olmuşdur. Atasına məxsus olan ev üçün onlara 2 mənzil verilmişdir. Atasına məxsus olan evdə 5 nəfər qeydiyyatdadır. 5 nəfərə də ayrılıqda ev verilməmişdir. Evləri sökülməmişdən öncə həmin həyətdə axırıncı dəfə İmaməli bəyi, övladlarını və Həcər xanımın qızı Qönçə xanım və övladını görmüşdür. Qönçə xanımı orada bir neçə dəfə görmüşdür. Mütəmadi şəkildə görməmişdir.
21. Birinci instasniya məhkəməsində şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o, 1988-ci ildə həmin ünvana gəlin köçmüşdür. Qayınanası vasitəsilə Həcər xanımın evinə gedib-gəlmişlər. Onun pəncərəsi onların həyətinə baxmışdır. Həyətdə Həcər xanımın uşaqlarını da görmüşdür. Onun uşaqları da həmin həyətdə olmuşlar. Uşaqları böyüdükdən sonra eyni məktəbdə oxuyublar. Həcər xanım ilə yaxşı münasibətləri olmuşdur. Həcər xanımdan başqa həmin həyətdə onun qardaşı İmaməli bəy, yoldaşı və övladları da yaşamışdır. Həcər xanımın evi həyətə girdikdən sonra qapı ilə üzbəüz olmuşdur. Həcər xanımın 1988-ci ildə böyük qızı Fizzə, 1992-ci ildə 2-ci qızı Qönçə anadan olmuşdur. Onun qızı ilə Həcər xanımın 2-ci qızı eyni yaşdadırlar. Həcər xanım ailə qurduqdan sonra yoldaşının evinə getmişdir. Yoldaşı Əflatun bəylə bir neçə il orada yaşayıb, sonra ata evinə geri qayıtmışdır. Həcər xanımın kiçik qızı 2 yaşında olanda yoldaşı vəfat etmişdir. Həcər xanım həmin zaman o həyətdə yaşamışdır. Həcər xanım işləmək üçün Türkiyə Respublikasına getmiş, ancaq uşaqları burada qalmışdır. Onlara Həcər xanımın anası və atası baxmışdır. Həcər xanımın anası və atası vəfat etdikdən sonra uşaqlara İmaməli bəy baxmışdır. Həcər xanım Türkiyə Respublikasında olsa da tez-tez buraya gedib-gəlmişdir. Uşaqlar məktəbi bitirdikdən sonra Həcər xanım onları da Türkiyə Respublikasına aparmışdır. Amma yenə də sıx-sıx evinə gəlmişdir. Son zamanlar Həcər xanımın evində heç kim yaşamamışdır. Həyətdə İmaməli bəy və ailəsi yaşamışdır. İmaməli bəy həyətdə əlavə tikililər inşa etmişdir. Həcər xanımın evinin yanında 2 ədəd balaca otaq var olmuşdur. Həcər xanımın anası və atası orada qalmışlar. Çöl qapıdan girəndə üzbəüz sağ tərəfdə olan qapı Həcər xanımın evi olmuşdur. Onun yanında-küncdə 2 otaq olmuşdur, həmin otaqlar Həcər xanımın atasının və anasının olmuşdur. Biraz irəli getdikdən sonra pilləkən var olmuşdur. Pilləkəni qalxdıqdan sonra 2-ci mərtəbədə İmaməli bəyin evi var olmuşdur. Həcər xanım orada yaşamadığı müddətdə onun evindən kimin istifadə edibetmədiyi barədə məlumatı yoxdur. İlk öncə onların evi sökülmüşdür. Sökülən anda iddiaçının yaşdadığı evdə yəqinki İmaməli bəy yaşamışdır. Onların evi söküləndə evdə oğlu, qızı, yoldaşı və o yaşamışlar. Onların əvvəlki evlərini ölçmüşlər, ona uyğun olaraq oğluna və yoldaşına yeni mənzil vermişlər.
22. Birinci instasniya məhkəməsində şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, onlar 4 uşaq olmuşlar. 3 bacı və 1 qardaş. Hər biri o ünvanda anadan olmuş və böyümüşdür. Həcər də orada doğulmuşdur. Hal-hazırda İmaməliyə məxsus olan evdə əvvəl atası, anası və 4 övladı yaşamışdır. O, evləndikdən sonra həmin evdən köçmüşdür. Həcər də ailə qurduqdan sonra bir müddət yoldaşının evində qalmışdır. Atası bacısının evi olmadığına görə həmin həyətdə ona ev tikmişdir. Burada bir neçə il qaldıqdan sonra Həcər yoldaşı ilə birlikdə kirayə evə köçmüşlər. Həcərin yoldaşı vəfat etdikdən sonra yenidən həmin evə qayıtdılar. Daha sonra Həcər işləmək üçün Türkiyə Respublikasına getmişdir. Uşaqlar atası və anası ilə qalmışlar. Qardaşı həyətdə öz evində yaşamışdır. İmaməli ailəsi ilə birlikdə 2-ci mərtəbədə yaşamışdır. Həcər də onların evlərinin altında ev var idi, orada yaşamışdır. Uşaqlar böyüdükdən sonra Həcər onları da özü ilə birlikdə Türkiyə Respublikasına aparmışdır. Amma özü hər il Azərbaycan Respublikasına gəlmişdir. Anasının, atasının müalicəsinə kömək etmişdir. Həcərin evi ayrı idi. Bir böyük otağı 2 yerə bölmüşdülər. Balaca mətbəxi var idi. Ev nə qədər kv.m sahəsi olduğunu bilmir. Həcər də ailə qurduqdan sonra bir müddət yoldaşının evində qalmışdır. Həcər 5-6 aydan sonra yoldaşı ilə birlikdə ata evinə qayıtmışdır. Uşaqları bu evdə olmuşdur. Bir müddət burada qaldıqdan sonra kirayə evə köçmüşlər. 1 il orada yaşadıqdan sonra yoldaşı vəfat etmiş, yenidən ata evinə qayıtmışdır. 2006-cı ilə qədər Həcərin uşaqları o evdə yaşamışdır. Həcər isə 2000-ci ilədək bu evdə yaşamışdır. Ev sökülən zaman Həcərə məxsus olan evdə qardaşı İmaməli yaşamışdır. İmaməlinin öz evində uşaqları yaşamışdır. Qardaşı 2-ci dəfə ailə qurmuş və Həcərin evində yaşamağa başlamışdır. Həcərə məxsus olan ev atası və Həcərin yoldaşı Əflatun tərəfindən tikilmişdir. İmaməlinin evi 2-ci mərtəbədə yerləşmişdir. 1-ci mərtəbə zirzəmi kimi istifadə olunmuşdur. Atası və anası əvvəl 2-ci mərtəbədə İmaməli ilə yaşamışdır. Sonra Həcərin evi tikilmiş və o kirayə gedəndən sonra atası və anası Həcərin evində yaşamağa başlamışdır. Həcər Türkiyə Respublikasına getdikdən sonra isə Həcərin uşaqlarına baxırdılar. Həcərin başqa evi də olmuşdur. O, evdə yaşamamışdır. Kirayə vermişdir. Daha sonra pula ehtiyacı olduğu üçün həmin evi satmışdır. Həcərin evi böyük 1 otaq olmuşdur, pərdə ilə 2 otaq etmişdilər. Qabağında balaca bir mətbəx olmuşdur. İmaməlinin evi Həcərin evindən böyük idi. İmaməli aşağıda bir ev də tikmişdir. O ev ona məxsus olmuşdur. Bir dənə də balaca otaq olmuşdur, o ümumi istifadədə olmuşdur. Atası və anası vəfat etdikdə Həcər o evdə yaşamışdır. Həcər daima o evdə yaşamasa belə Türkiyə Respublikasından hər dəfə gələndə evin qaz, işıq pulunu özü ödəmişdir. İmaməli axırıncı 2 ildir ki, Həcərə məxsus evdə yaşamışdır. Həcər qardaşı olduğuna görə heç nə deyə bilməmişdir. İmaməlinin yaşadığı 2-ci mərtəbədə yerləşən evi atası tikmişdir.
23. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2263/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və qeyrilərinin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “müqavilələrin qismən etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
24. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməli olması dəlillərinin əsasında həmin ünvanda “onlara məxsus 2 ədəd iki otaqlı və iki ədəd 1 otaqlı mənzillər”də Cavabdeh1 tərəfindən tikinti şirkətinə öz yaşayış sahəsi kimi təqdim etməsi olmuşdur. Məhkəmə gedişatı zamanı verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, mübahisələndirilən ünvan-ünvan 6i ilə bağlı məlumat aşkar edilməmiş, ümumiyyətlə İddiaçı və Cavabdeh1 adlarına hazırda Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi mənzilə dair heç bir hüquqmüəyyənedici sənədlər aşkar edilməmiş, "xxxx" MMC və Cavabdeh1 arasında müqavilələr bağlanarkən Cavabdeh1 ailəsi ilə birlikdə faktiki yaşadığı yaşayış sahəsinə aid edilməklə qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.
25. Sözügedən iddianın heç bir hüquqi əsası mövcud olmamaqla yanaşı eyni zamanda iddiaçıların bu iddianın qaldırmasına subyektiv hüquqları da mövcud olmamışdır. Bu əsasla da iddiaçıların “cavabdeh GOLD STAR SİTY MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerləşmiş 47/49 saylı evdə sahiblik və istifadə hüququ olan hər üç iddiaçının əvəzinə, iddiaçı X40 ilə 1 ədəd - 2 otaqlı və 1 ədəd 1 otaqlı mənzillər üçün həmin ərazidə sökülmüş digər evlərin sahibləri ilə bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş şərtlər əsasında müqavilə bağlamaq vəzifəsinin qoyulması”na dair hissəsinin də heç bir hüquqi əsasının olmadığı müəyyən edilməklə məhkəmə qeyd edilən hissədə də iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
26. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılar İddiaçı xx.xx.2019-cu il tarixdən, X19 xx.xx.2020-ci il tarixdən və X43 xx.xx.2015-ci il tarixdən Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmişlər və onların daimi yaşayış yerləri həmin ölkədir. Bundan başqa müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2012- ci il tarixdən ünvan 1 ünvanda mülkiyyətində olmuş evi onun tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır.
27. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisəli ünvana dair hüquqmüəyynəedici sənədlərin olduğu halda belə iddiaçıların sözügedən yaşayış sahəsinə olan istifadə hüquqlarına ehtiyaclarının aradan qalxdığı əsası (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) ilə (belə bir tələb olduğu halda) kompensasiya ödəmədən xitam verilməsi mümkün olacaq idi. Belə ki, iddiaçılar mübahisə predmeti olan evdən uzun müddət fasiləsiz olaraq istifadə etməməklə mübahisəli yaşayış sahəsinə dair hüquqlarını itirmiş olacaqlardır.
28. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220 və 360cı maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
29. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2263/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən elektron kabinetə yerləşdirilən xx.xx.2024-cü il tarixli akta istinad etsə də, həmin aktda göstərilənlərin doğru və ya yalan olmasını aydınlaşdırmamışdır. Yəni həmin şəxslərin heç biri məhkəmə iclasına dəvət edilməmiş və şahid kimi izahatları alınmamışdır. Hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahidlərin məhkəmədə dedikləri ilə cavabdehin məhkəməyə təqdim etdiyi aktda yazılanlar arasında olan uyğunsuzluq və ziddiyyət məhkəmə tərəfindən yoxlanılmamış, həmin hissəyə hüquqi qiymət verilməmiş və məhkəmə qəbul etdiyi qətnamə ilə bu hissədə səhv nəticəyə gəlmişdir. Həmin aktı imzalayan şəxslər İddiaçı və qızlarının həmin ünvanda ümumiyyətlə yaşamadıqlarını və qeydiyyatlarının formal xarakter daşıdığını, Cavabdeh1 isə iddiaçıların həmin evdə yaşadıqlarını, sonradan işləmək üçün Türkiyəyə getdiyi bildirilir. Göründüyü kimi Cavabdeh1 izahatında bildirdikləri ilə aktda yazılanlar bir birinin əksini deyir. Bunun özü həmin aktın heç hüquqi əsasının olmamasını sübut edir. Qətnamənin digər əsaslandırıcı hissəsində maddi hüquq norması kimi Mülki Məcəllənin 337-ci maddəsinə istinad edilmişdir. Həmin maddəyə əsasən əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır və sairə. Bildirir ki, əgər məhkəmə iddiaçıların mövcud iddia tələbi ilə iddia verməyə subyektiv hüqularının olmadığı nəticəsinə gəlmişsə, hansı səbəbdən iddia tələbinin təmin olunmaması barədə nəticəyə gələrkən maddi hüquq norması kimi MM-nin 337-ci maddəsinə istinad etmişdir?! Yəni iddiaçılar subyektiv hüquqa malik deyillərsə, iddia tələbinin əsaslarını təşkil edən müqavilələrin etibarsızlığını müzakirə etmədən və həmin hissəyə hüquqi qiymət vermədən, subyektiv hüquqa malik olmama əsası ilə iddia tələbini təmin olunmaması barədə qətnamə qəbul etməli və həmin qətnaməni ancaq həmin əsasla maddi və prosessual hüquq normaları ilə əsaslanıdrmalı idi. Baxmayaraq ki, əsaslandırma olmamış, iddiaçıların həmin tələblə iddia verməyə subyektiv hüquqlarının olmaması barədə nəticəyə gəlmək üçün ancaq Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarının iki cümləsi qətnamənin əsaslandırcı hissəsinə köçürülmüşdür. Qətnamənin digər əsaslandıırcı hissəsindən də göründüyü kimi iddianın təmin olunmamasında əsas kimi iddiaçılar İddiaçı xx.xx.2019-cu il tarixdən, X19 xx.xx.2020-ci il tarixdən və X43 xx.xx.2015-ci iltarixdən Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmələr və onların daimi yaşayış yerləri həmin ölkənin olması və İddiaçı xx.xx.2012-ci il tarixdən ünvan 1 ünvanda mülkiyyətində olmuş evi onun tərəfindən xx.xx.2021-ci il tarixdə satması olmuşdur). Qətnamənin həmin hissəsi ilə bağlı bildirir ki, iddiaçıların Türkiyə vətəndaşları ilə nikaha girmələri həqiqətdir. Hər kəs istədiyi şəxslə qanunla müəyyən olunmuş qaydada nikaha girə bilər. İddiaçıların daimi yaşayış yerlərinin həmin ölkə olması ilə bağlı məhkəmənin iddia tələbini rədd etməsi üçün gəldiyi nəticə səhvdir. Belə ki, iddiaçılar əsasən Türkiyədə yaşayırlar. Onlar daimi həmin ölkədə yaşamaq barədə hardasa öhdəlik götürməmişlər. Hətta iddiaçılar həmin ölkədə daima yaşasalar da belə, onların daimi başqa ölkədə yaşamaları hal-hazırda iddia etdikləri evdən onların istifadə hüquqlarından məhrum etmir. Yəni iddiaçıların həmin evdə doğulmaları, yaşamaları və doğulduqları andan yaramış sahiblik və istifadə hüquqları işə əlavə edilmiş bütün yazılı sübutlarla və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, İddiaçı Bakı şəhərinin başqa yerində evinin olması və xx.xx.2012-ci il tarixdən ünvan 1 ünvanında mülkiyyətində olmuş həmin evi onun tərəfindən xx.xx.2021-ci il tarixdə satması iddiaçıların hazırkı iddia tələbinin rədd edilməsi və iddiaçıların belə bir iddia ilə iddia verməyə subyektiv hüquqlarının olmaması barədə nəticəsinə gələməyə əsas vermir. Belə ki, iddiaların xarici vətəndaşlarla evlənmələri, başqa ölkədə daimi yaşamaq üçün getmələri, orada yaşamaları, iddiaçıların mübahisə etdikləri evdən əlavə Bakı şəhərində başqa evlərinin olması və həmin evi satmaları onlara sahiblik və istifadə hüquqları olan hazırda mübahisə etdikləri evə dair iddia qaldırmaq və pozulmuş hüquqlarını müdafiə etmək hüquqlarından məhrum etmir. İddiaçıların iddia tələblərinin həmin əsaslarla təmin edilməməsi məhkəmə qətnamənin əsaslandırıcı hissəsində maddi və ya prosessual hüquq normaları ilə əsaslandırılmamışdır. Qətnamənin digər əsaslandırıcı hissəsində iddia tələbinin təmin olunmaması əsaslarından biri kimi, mübahisəli ünvana dair hüquq müəyyənedici sənədlərin olduğu halda belə, iddiaçıların sözügedən yaşayış sahəsinə olan istifadə hüquqlarına ehtiyaclarının aradan qalxdığı əsası (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) ilə (belə bir tələb olduğu halda) kompensasiya ödəmədən xitam verilməsi mümkün olacağını, belə ki, iddiaçılar mübahisə predmeti olan evdən uzun müddət fasiləsiz olaraq istifadə etməməklə mübahisəli yaşayış sahəsinə dair hüquqlarını itirmiş olacaqları nəticəsinə gəlmişdir. Kollegiya üzvülərinin diqqətinə çatdırır ki, mübahisə etdiyi evin işıq sayğacı İddiaçı Ağasabir qızının mərhum atası Ağasabirin adındadı, evin qaz sayğacı isə Cavabdeh1 adına olmuşdur. Evin tam olaraq Cavabdeh1 olması və guya iddiaçıların həmin evə dair subyektiv hüquqlarının olmaması barədə gəlinmiş nəticə tam əsassızdır. Məhkəmə iclasında şahidlərin izahatları və işə əlavə etdiyi yazılı sübutlar iddia tələbinin əsaslı və qanuni olmasını mübahisəsiz sübut etdi. Həmin mübahisə etdiyi atadan qalma ev dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Yəni 1958-ci ildən əvvəl tikilmiş və ərazi üzrə MKİS-də qeydiyyatda olan özbaşına tikilidir. İddiaçılar hətta sonradan Türkiyə vətəndaşlığını qəbul etsələr belə, onların doğulub böyüdükləri vəistifadə hüquqları olan evə dair tələb irəli sürmək hüquqlarından məhrum etmir. Yəni xarici vətəndaşlığı alsalar belə onların həmin evdə olan sahiblik və istifadə hüquqları qalmış və qalmaqdadır. Qanunun tələbinə görə hər üç iddiaçını həmin evdəki hüquqlarından ancaq məhkəmə qətnaməsi ilə kompensasiya vermək yolu ilə məhrum etmək olar.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində ilkin icraat
32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-758/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2263/2024 nömrəli xx.xx.2024- cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Günay Axundova - sədrlik edən və məruzəçi, Xəyal Sarıyev və Fərrux Qasımov).
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, İddiaçı işə birinci instansiya məhkəməsində baxılan zaman izahatında bildirmişdir ki, mübahisə predmeti olan atasına məxsus evdə 1958-ci ildən yaşamışdır. Ailə qurduqda evdən çıxmış başqa mənzildə 8-9 ay yaşamışdır. Sonra yoldaşı ilə ata evinə qayıtmışdır. Yoldaşı 1994-cü ildə vəfat etmişdir. 1998-ci ilədək həmin evdə yaşamışdır. Sonra işləmək üçün Türkiyə Respublikasına getmişdir. İddiaçı o cümlədən iddia ərizəsində qeyd etmişdir ki, anası 2007-ci ildə, atası 2008-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı 2005-ci ildən etibarən Türkiyə Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında ölkə ərazisinə giriş çıxışı qeydə alınmışdır. İddiaçılar X43 xx.xx.2015-ci il tarixdən, İddiaçı xx.xx.2019-cu il tarixdən, X19 xx.xx.2020-ci il tarixdən Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmişlər və Türkiyə Respublikasında daimi yaşayırlar.
34. Kollegiya qeyd etmişdir ki, ilk növbədə məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmamasını yoxlamalıdır. İşin halları ilə də təsdiqini tapır ki, İddiaçı mübahisə predmeti olan evdə istifadə hüququ yaransa da, daha sonra həmin hüquq itirilmişdir. İddiaçı bildirir ki, 1958-ci ildən 1998-ci ilədək mübahisə predmeti olan evdə yaşamışdır. Daha sonra Türkiyə Respublikasına köçmüş və orada işləmişdir. 2005-ci ildə isə Türkiyə Respublikasının vətəndaşlığını qəbul etmişdir. Bundan əlavə, İddiaçı Bakı şəhərində mülkiyyətində evi olmuşdur. xx.xx.2012-ci il tarixdən ünvan 1 ünvanda mülkiyyətində olmuş ev onun tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır.
35. Kollegiya iddiaçının atasına məxsus evi vərəsəlik qaydasında qəbul etməsinə münasibətdə isə qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 6i ilə bağlı məlumat aşkar edilməmişdir.
36. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının atası 2008-ci ildə vəfat etmişdir. Həmin dövrdə iddiaçı artıq Türkiyə Respublikasında yaşayırdı. Mirasın qəbulu ilə bağlı müraciət də olunmamışdır. Deməli, iddiaçı hər hansı mirası da qəbul etməmişdir.
37. İddiaçı (vəkil-Vəkil3) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 758/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakim Zaur Əliyevin məruzəsi ilə, hakimlər Vüsalə Baxışova və Zəki Babayevdən ibarət tərkibdə) 13 iyun 2025-ci il tarixli, 2(102)-1532/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
39. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, mübahisənin düzgün həlli üçün iddiaçının irəli sürdüyü tələbin mahiyyətini və məqsədini aydınlaşdırmaq, iddia tələbində göstərilən müqavilələrin etibarlı olub-olmadığını yoxlamaq və nəticəsinə görə mübahisəni həll etmək işə mahiyyəti üzrə baxan məhkəmələrin vəzifəsi olmuşdur. Belə yoxlama isə iddia tələblərinə və ona qarşı etiraza uyğun gələn maddi hüquq normaları əsasında aparılmalıdır.
40. Kassasiya instansiyası daha sonra qeyd etmişdir ki, bəzi yaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin tikililər iqtisadi təyinatı baxımından ev kimi içərisində yaşamaq ehtiyacını təmin edirlər. Bir çox halda, həmin yaşayış sahələrinə kommunal xidmətlərin göstərilməsi haqqında müqavilələr bağlanır, hətta şəxslər bu evlərin yerləşdiyi ünvan üzrə rəsmi qeydiyyata alınırlar.
41. O da məlumdur ki, sözügedən tikililərin yerləşdiyi torpaq sahəsində çoxmərtəbəli yeni binalar inşa edən tikinti şirkətləri yaşayış evlərinin sahibləri ilə müqavilələr bağlayır, sökülməsi əvəzində onların maddi dəyərini ya pul vəsaiti ilə, ya da mənzil (qeyri-yaşayış sahəsi) verməklə ödəyirlər.
42. Bütün bunlar onu göstərir ki, mübahisəli tikililər dövlət reyestrində qeydiyyatdan keçməsə də, iqtisadi dəyəri olan bir əmlakdır. Bu səbəbdən onlar üzərində sahibinin ən azından əmlak hüququnun olması qəbul olunur.
43. Üstəlik bir çox halda bu hüququn konkret əşya hüququna keçirilməsi, məsələn tikiliyə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, yaxud tikilinin sökülməsi barədə sərəncam verməklə əvəzində tikinti şirkətindən pul vəsaiti, yaxud yaşayış (qeyri-yaşayış) sahəsinin əldə olunması real, gözlənilən və əlçatan olur.
44. Hazırkı işdə də cavabdeh MMC dövlət reyestrində qeydə alınmamış mübahisəli tikililərin sökülməsi üçün digər Cavabdeh1 ilə dörd müqavilə bağlamış, əvəzində ona yeni inşa olunacaq binada müvafiq sahələr verməyi öhdəsinə götürmüşdür. Deməli, iddiaçının mübahisə etdiyi müqavilələr əsasında söküntüsünə sərəncam verilmiş yaşayış sahələri üzərində onların sahibinin əmlak hüququnun olması şübhə doğurmur.
45. Belə olan halda, iddiaçının özünə məxsus olduğunu bildirdiyi tikili(lər) üzrə müvafiq araşdırmanın aparılması, bu araşdırma nəticəsində hansısa evə münasibətdə iddiaçının dedikləri öz təsdiqini tapdığı təqdirdə həmin tikili üzərindəki əmlak hüququna sərəncam verilməsi barədə müqavilənin səlahiyyətsiz şəxs tərəfindən bağlanması və bunun hüquqi nəticələrinə dair maddi hüquq normaları nəzərdən keçirilməklə iddia həm də bu əsaslarla yoxlanılmalıdır.
46. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
47. Hazırkı işdə mübahisəli ünvanda iddiaçıya məxsus yaşayış sahəsinin olubolmamasının müəyyənləşdirilməsi baxımından yuxarıda qeyd edilən və işdə olan digər əhəmiyyətli məlumatların və sübutların tədqiq olunması və nəticəyə gəlinməsi mübahisəyə mahiyyəti üzrə baxan məhkəmənin vəzifəsi olmuşdur. Buna baxmayaraq, apellyasiya məhkəməsi iddianın əsaslı olub-olmamasını qeyd edilən konteksdə yoxlamamış, bu istiqamətdə ümumiyyətlə araşdırma aparmamış, iddiaçının dəlillərinə lazımi hüquqi qiymət verməmişdir.
48. Kassasiya məhkəməsi həmçinin bildirmişdir ki, iddia tələblərinin tam və ya qismən əsaslı olub-olmaması iddianın obyekti olan bütün tikililərə və müqavilələrə münasibətdə işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən yoxlanılmalı olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
49. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmalıdır.
50. Kollegiya onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 390.3-cü maddəsinə görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Odur ki, “cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsinin qoyulması” tələbinə həmin normanın şərtləri əsasında hüquqi qiymət verilməlidir
Məhkəmə icraatı iştirakçılarının izahatları
51.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili X14 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, o, İddiaçı mənafeyini müdafiə edir. İddiaçı ailə başçısıdır, müqavilə bağlanmalı olduğu halda ailə başçısı kimi onunla bağlanmalıdır. Mübahisəli ünvanda İddiaçı birinci nikahdan mərhum əri Əflatun Orucov tərəfindən ev tikilmişdir. Bu evin digər evlərə aidiyyəti yoxdur. Bu evin tikilmsinə xərclənən vəsait tam olaraq Əflatun Orucova məxsus olmuşdur. Bunu birinci instansiya məhkəməsində iştirak edən şahidlər də təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, İddiaçı, Fizzə Orucova və Qönçə Orucova həmin ünvanda yaşamışlar. Bu sadəcə onların atası tərəfindən tikilən evdir. Bundan başqa digər evlər də onların istifadəsində olmuşdur. Mübahisəli ünvanda kiçik-kiçik həyət evləri olmuşdur. Ali Məhkəmə bu evə yönəlik birmənalı mövqeyi ortaya qoymuşdur ki, bu ev iddiaçılara məxsusdur. Eyni zamanda orada olan digər evlər də İddiaçı atası tərəfindən tikilmiş evlərdir. Bu evlər demək olar ki, İddiaçı və onun ailəsinin istifadəsində olmuşdur. Cavabdeh İmaməli ilə ümumi olaraq 293 kv.m-lik yaşayış sahəsinin verilməsi barədə müqavilələr bağlanmışdır. Bundan başqa cavabdehə kompensasiya da verilmişdir, hər ay 500 manat kirayə haqqı verilmişdir. Ləğv olunan müqavilə 5-ci blok 210 saylı mənzillə əlaqədar idi, lakin Qurban Qafarovla bağlanan müqavilə baş plana görə 2 saylı binanın “E” bloku ilə bağlı idi. Qurban Qafarovla bağlanan müqavilə baş palana əsasən başqa yaşayış binasında idi. Ləğv olunan müqavilə xaricində digər 3 müqaviləyə əsasən 09 aprel 2024cü ildən mənzillər təhvil verilənədək ayda 500 manat olmaqla Cavabdeh1 ödənilir. Cavabdeh şirkət bildirir ki, guya 72 kv.m əslində bir dəfə 72 kv.m olur, daha sonra ikinci 72 kv.m səhvən olmuşdur. Toplananda 244 kv. sahə olur. Orada daha sonra İmaməli tərəfindən artırmalar olmuşdur, onlar bunu inkar etmirlər. 22 kv.m sahəyə görə 293 kv.m sahə verilmişdir. Həcər xanımın istifadəsində olan sahə təqribi 98 kv.m-dir. Bunun müqabilində də Həcər xanıma verilən sahə 117 kv.m sahə verilməlidir. Həmin sahənin 60 kv.m-i təmirli, 58 kv.m sahə isə təmirsiz olaraq verilməlidir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iş materialları tam araşdırılmamışdır. Qarşı tərəf iddia edir ki, ləğv olunan müqavilənin əvəzində Qurban Qafarovla müqavilə iki ay əvvəl bağlanmışdır. Qarşı tərəf mübahisəli evə dair qeydiyyat məsələsini araşdırmamışdır. 52.İştirak etdiyi məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, həmin ünvanda anadan olmuş, orada məktəbə getmiş, böyümüş və ailə həyatı qurmuşdur. 1988-ci ildə ailə həyatı qurmuşdur. 1 ilə qədər başqa evdə yaşadı, daha sonra yenidən öz evinə gəldilər. Atası onlara yer verdi. 1994-cü ildə yoldaşı anidən rəhmətə getdi. O, iki uşaqla tək qaldı, çox çətin vəziyyətdə idi. Layihə institutunda işləyirdi, eyni zamanda iki yerdə işləyirdi. Çox çarəsiz vəziyyətdə idi, müvəqqəti olaraq Türkiyəyə işləməyə getdi. İki uşağı burda qaldı, məktəbə gedirdilər. Balaca qızı əvvəlcə 2-3 il bacısının yanında qaldı. Daha sonra isə hər ki qızı anasının yanında həmin həyətdə, yaşadığı evdə qaldılar. Anası, atası da orada idi. Böyük qızı əvvəlcə 142 nömrəli məktəbə getdi, daha sonra isə hər iki qızı 164 nömrəli məktəbdə oxuyurdu. O, tez-tez gedib-gəlirdi. Gedib-gələn zaman öz evində qalırdı. Yoldaşı rəhmətə gedən zaman o söz vermişdir ki, qızlarına ev alacaq. O, 2010-cu ildə hələ tikilməkdə olan bir ev aldı. Ödənişi 3 il müddətinə etdi. Ev tikilb qurtardıqdan sonra həmin evin təmirinə başladı. O, həmin evdə yaşaya bilmirdi. Daha sonra uşaqlarının evlilik zamanı həmin evi satdı və ehtiyaclarını ödədi. Ata-anası rəhmətə gedəndən sonra qızlarını da Türkiyəyə apardı. O, tez-tez bura gəlirdi və öz evində qalırdı. O, gələn zaman gördü ki, qardaşı qaynanasını həmin evə yerləşdirmişdir. Daha sonra o rəhmətə gedəndən sonra özü ailə quraraq həmin evdə yaşamağa başladı. Bu barədə ona məlumat vermədi, evlər söküləndə də ona məlumat verilməmişdi. Ailə həyatı qurandan sonra o, mikrorayonda yaşayırdı, həmin ev nənəsinin evi idi. O, orada bir ilə yaxın yaşadı. Daha sonra yoldaşı bu evi düzəltdi və orada yaşamağa başladılar. Həmin evdən çıxma səbəbi o idi ki, öz evində yaşamaq istəyirdi. O, təqribi 1998-ci ildə Türkiyəyə getdi. O, evini satandan sonra bütün avadanlıqları qardaşına göndərdi. O, evə gələn zaman ev dolu idi, artıq ona yaşamağa yer yox idi. Qardaşının xətrinə də dəyə bilmirdi. Birinci instansiya məhkəməsində iştirak edən şahidlər onun qohumları idi. Qızının xınayaxdısı öz evində olmuşdur. O, Türkiyə Respublikasının vətəndaşılığnı 2020-ci ildə almışdır. 2010-cu ildə aldığı evi faktiki olaraq istifad etmirdi. 3 il o evin tikintisinə, 3 ili də təmirinə getdi. Daha sonra qardaşı oğlu həmin evdə qaldı. Daha sonra isə həmin evi satdı və uşaqlarının toyunu etdi. 53.İştirak etdiyi məhkəmə kollegiyasının iclasında iddiaçı X19 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qarşı tərəfin şahidləri bildirir ki, guya onlar həmin evdə yaşamamışlar, onları həmin evdə görməyiblər. Lakin onların uşaqlığı həmin həyətdə keçmiş, orada böyümüşlər. 54.İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qarşı tərəf orada heç nə tikməmişdir. Mübahisəli ev tikilməmişdir. Həmin ev təmir olunmuşdur. O evlər MKİS-in evləri idi. Sadəcə Cabir adlı şəxs, hansı ki, onların qonşusu idi, o evi o təmir etmişdir. Cabirə ev veriləndən sonra oradan çıxıb getmişlər və onlardan evin halallığını aldılar. Evin alğı-satqısına dair rəsmi sənədləşmə olmamışdır. Atası iddiaçıya orada yaşamağa icazə vermişdir. O evi atası almışdır. Evi alandan sonra atası o evi yaşamaq üçün iddiaçıya vermişdir. Evlər MKİS-in balansında olmamışdır. İddiaçı və onun iki uşağı 1994-cü ildə həmin ünvana gəlmişlər, daha sonra bacısı Türkiyəyə işləməyə getdi. Uşaqlar onun yanında qalırdı. Qöncə əvvəlcə mikrorayonda yaşayırdı və oradakı məktəbə gedirdilər. Daha sonra isə uşaqlar 164 nömrəli məktəbdə oxuyublar, uşaqlar bir yerdə məktəbə gedib-gəlirdilər. Orucov Əflatun təqribi 1-2 il həmin ünvanda yaşamışdır. Daha sonra mikrorayonda kirayədə yaşamışlar. Əflatun Orucov orada rəhmətə getmişdir. Əflatun Orucov orada heç nə tikməmişdir. Uşaqlar 2008-ci ilə qədər orada yaşamışlar. 55.İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı iki dəfə ailə həyatı qurmuşdur. Birinci dəfə ailə həyatı qurandan sonra yoldaşının evinə köçmüşdür. İddiaçı iddia edir ki, orada ev tikmişdir, lakin orada heç bir ev tikilməmişdir. İlk əvvəl iddiaçı özünü İddiaçı kimi təqdim etmişdir, daha sonra müəyyən olunmuşdur ki, Türkiyə Respublikasının vətəndaşıdır. O, 2005-ci ildə ikinci dəfə ailə həyatı qurmuş və Turkiyədə yaşamışdır. İddiaçı qızları da Turkiyədə yaşayır. Onların həmin evə heç bir bağlılığı yoxdur. Bundan başqa iş materiallarına əlavə edilmiş fotoşəkillərlə bağlı bildirir ki, həmin şəkillər birinci instansiya məhkəməsində təqdim edilməmişdir, ona görə də sübutlar siyahısından çıxarılmalıdır. İstənilən bir şəkilin qoyulması evin ona məxsus olmasını təsdiq etmir. Şahid ifadələri ilə bağlı bildirir ki, məhkəmə onların şahidlərini dindirməmişdir. Bununla bağlı məhkəməyə akt tərtib olunaraq verilmişdir. Onların şahidləri həmin aktda olan şəxslərdir. İddiaçınn şahid qismində təqdim etdiyi şəxslərdən biri qohumu, digəri isə qonşusu olmuşdur. İddiaçı iki dəfə ailə həyatı qurub getmişdir. Belə olan halda iddiaçının həmin evə hansı iddiası ola bilər. İddiaçı həmin evdə daimi yaşasa idi, onlar qəbul edərdilər. İddiaçılar evə gəlib-gediblər lakin yaşamayıblar. İddiaçının qızları da Türkiyədə yaşayır. İddiaçı Türkiyəyə gedən zaman qızlarını da özü ilə aparmışdır. Qızlar müəyyən bir müddət üçün 164 nömrəli məktəbdə oxumuşdur, daha sonra isə Türkiyəyə getmişlər. İddiaçı ailə üzvüdür, həmin evə gedib-gəlmişdir. Fotoşəkillər həmin vaxt çəkilmiş ola bilər. İddiaçının mərhum yoldaşının orada hansısa ev tikməsi, əlavələrin etməsi barədə Ali Məhkəmənin mövqeyi ilə razı deyil. İddiaçının yoldaşı rəhmətə gedəndən sonra iddiaçı o evə qayıtmamışdır. 56.İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, hazırkı işdə mövqeyi ondan ibarətdir ki, İmaməlinin faktiki yaşadığı onlara məlum idi. Əvvəl 4 ev idi, daha sonra isə bir müqavilə ləğv olundu, hazırda qüvvədə olan 3 müqavilələri vardır. Onlar faktiki olaraq iddiaçı Həcər xanımın orada yaşamasını bilməmişlər. Onlar faktiki sahəyə baxmışlar və ona uyğun ev vermişlər. Onlar artıqlaması ilə ev vermişlər. 4-cü müqavilənin nə səbəbə ləğv olunması ilə bağlı bildirir ki, müqavilə tərəflərinin qarşılıqlı razılığı ilə ləğv olunmuşdur. Şirkət rəhbərliyi müqaviləni ləğv edən zaman Ali Məhkəmənin qərarından məlumatlı olmamışdır. Onların bütövlükdə sahəyə münasibətdə evlər vermişlər. Onlar 4 müqavilə bağladığı üçün ümumi sahəsini hissələrə bölərək müqavilə tərtib etmişlər. Şirkətə verilmiş sorğularla bağlı bildirir ki, tərəfindən müqavilələr elektron kabinet vasitəsilə əlavə edilmişdir. 47 kv.m sahə ilə bağlı müqaviləni ləğv etmişlər. Onlar 63 kv.m sahə ilə bağlı bağlanmış müqavilənin etibarsız hesab edilməsi ilə bağlı qərar qəbul etdiyi halda etirazı yoxdur. 3 müqavilədən hər hansı biri etibarsız hesab olunduğu halda onların buna etirazı olmayacaqdır. Cavabdeh İmaməli evi sataraq faydalanmışdır. Evi İmaməli müəllim satmış, onlar isə rəsmiləşdirmişlər. MTK olaraq bildirir ki, məhkəmə hər-hansı müqavilənin etibarsızlığını qət etsə, onlar müqavilə bağlamağa hazırdırlar. Binanın tikintisi artıq başa çatmışdır. 57.İştirak etdiyi məhkəmə kollegiyasının iclasında şahid X3 bildirmişdir ki, İddiaçı ilə cavabdeh İmaməli müəllim ilə 1990-cı ildən qapı qonşudurlar. O, həmin yaşadığı ünvana gəlin köçmüşdür. Ora gələn zaman rəhmətlik anaları, ataları, İmaməli və ailəsi orada yaşayırdı. Ora köçən zaman Həcər xanım ailəli idi. Daha sonra yoldaşı rəhmətə getdi. Həmin vaxt onun iki uşağı var idi. Bilir ki, Həcər xanım Türkiyəyə qayıtdı. Həcərin yoldaşı rəhmətə gedəndən sonra oraya nə zaman gəldiyini bilmir. O, Həcər xanımın orada mütəmadi yaşamasını görməmişdir. Böyük qızı Fizzə qaldı, Qönçəni isə böyük bacısı Firəngiz saxlayırdı. Daha sonra Qönçə dayısıgilə gəldi. O vaxtı dayısının arvadı var idi və xəstə idi. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə onun qızının da şəkli vardır. Aktda Xədicə xanımın qeydiyyatının formal xarakter daşıması ilə bağlı qeyd edilmiş ifadə ilə bağlı bildirmişdir ki, “qanunsuz” olaraq orada yaşamışdır. Akt kimin tərtib etdiyini bilmir. 58.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçılar və cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
59.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 60.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 61.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 62.Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin İddiaçı aid hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
63.324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 64.324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 65.324.4-ci maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 66.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 67.337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 68.337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 69.337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 70.358.1-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 71.358.2-ci maddəsinə əsasən, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 72.390.3-ci maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
73.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 74.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
75.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/114 nömrəli müqavilənin qismən etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilməli, iddia qismən təmin edilməlidir. 76.İddiada göstərilmişdir ki, ünvan 8 ünvanında yerləşən ev iddiaçının mərhum valideyinlərinə məxsus olmuş, anası 2007-ci ildə, atası isə 2008-ci ildə, vəfat etmişlər. Valideynlərinin vəfatından sonra həmin evdə iddiaçı, onun iki qızı, mərhum əri və qardaşı Cavabdeh1 ailəsi yaşamışlar. İddiaçının və qızlarının Türkiyədə yaşamasından sui-istifadə edən Cavabdeh1 evin həyətini, həyətdə olan bütün tikililəri (otaqları) zəbt etmiş, ona və qızlarına məxsus evə və əmlaklara faktiki olaraq sahiblik etməyə başlamışdır. Məlum olmuşdur ki, həm qardaşı ilə birlikdə yaşadıqları atadan qalma ev, həm də qonşu əraziləri özəl tikinti şirkəti olan Cavabdeh2 MMC tərəfindən alınmış, həmin ərazidə hündürmərtəbəli binaların tikintisi planlaşdırılmış, bu məqsədlə MMC ilə Cavabdeh1 arasında 4 ədəd müqavilə bağlanmış və mövcud tikililər sökülmüşdür. 77.Cavabdeh1 iddiaya etiraz edərək, mübahisəli tikililərin özünə məxsus olmaqla sökülənədək faktiki sahibliyində və istifadəsində olduğunu, iddiaçılara aid olmadığını bildirərək iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi şirkətin mövqeyini əsaslandıraraq göstərmişdir ki, yeni tikiləcək binadan mənzillər ərazidə faktiki yaşayan şəxslərə verilir, iddiaçının mübahisəli tikililərdə yaşadıqlarını təsdiq edən hər hansı sübut yoxdur, ünvandakı işıq abonenti kodu tərəflərin ataları X4 adına, bütün digər sənədlər isə Cavabdeh1 adına olmuş, onlara sözügedən ünvanda sonuncunun və ailəsinin yaşadığı bildirilmişdir.
78. İddianın əsassız olması qənaətinə gələn birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia tələblərini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını qeyd edərək mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli evə dair heç bir hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Sözügedən iddianın heç bir hüquqi əsası mövcud olmadığı kimi, iddiaçıların bu iddianın qaldırmaq üçün subyektiv hüquqları da mövcud deyildir. İddiaçılardan İddiaçı xx.xx.2019-cu il tarixdə, X19 xx.xx.2020-ci il tarixdə və X43 xx.xx.2015-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları ilə nikaha girmişlər və onların daimi yaşayış yerləri həmin ölkədir. Bundan başqa, İddiaçı mülkiyyətində xx.xx.2012-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 13C saylı evin 9 saylı mənzili olmuş, bu mənzil onun tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır. İddiaçılar mübahisə predmeti olan evdən uzun müddət fasiləsiz olaraq istifadə etməməklə həm də mübahisəli yaşayış sahəsinə dair hüquqlarını itirmişlər.
79. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə iddiaçının irəli sürdüyü tələblər üzrə subyektiv hüquqa malik olmaması nəticəsinə gələrkən, iş üçün əhəmiyyət kəsb edən bir sıra halları nəzərə almamışdır. Xüsusilə məhkəmə diqqətə almamışdır ki, ünvan 8-da yerləşən, valideynlərindən qalan tikililərlə yanaşı, iddiaçıya atası tərəfindən ayrıca yaşayış sahəsi kimi bağışlanmış, habelə nikahda olduğu ər ilə onun birgə vəsaiti hesabına ərsəyə gətirilmiş, Türkiyə Respublikasına gedənədək özünün və qızlarının davamlı olaraq yaşadığı yaşayış sahəsi mövcud olmuşdur. Buna baxmayaraq, iddiaçının razılığı olmadan cavabdehlər arasında bağlanmış müqavilələr əsasında həmin yaşayış sahəsi sökülmüşdür.
80. Göründüyü kimi, iddianın bu hissəsi mənzildən istifadə və ya vərəsəlik hüququnun tanınmasına deyil, iqtisadi dəyərə malik olan yaşayış sahəsi üzərində əmlak hüququna səlahiyyətsiz şəxs tərəfindən sərəncam verilməsi nəticəsində bağlanmış əqdin etibarsız hesab edilməsi tələbinə əsaslanır.
81. Belə ki, bəzi yaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olsa da, həmin tikililər öz iqtisadi təyinatına görə ev kimi istifadə olunur və şəxslərin yaşayış ehtiyacını faktiki təmin edir. Belə yaşayış sahələri üzrə kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr bağlanır, bəzi hallarda həmin evlər yerləşdiyi ünvan üzrə rəsmi qeydiyyata alınır. Sözügedən tikililərin yerləşdiyi torpaq sahəsində çoxmərtəbəli binalar inşa edən tikinti şirkətləri bu yaşayış evlərinin sahibləri ilə müqavilələr bağlayaraq, sökülmə əvəzində onların maddi dəyərini ya pul vəsaiti, ya da mənzil (qeyriyaşayış sahəsi) verməklə kompensasiya edirlər.
82. Sadalanan hallar onu göstərir ki, mübahisəli tikililər dövlət reyestrində qeydiyyata alınmamış olsa da, iqtisadi dəyərə malik olan əmlakdır. Bu səbəbdən həmin tikililər üzərində sahibinin ən azı əmlak hüququnun mövcudluğu qəbul edilməlidir. Üstəlik, bir çox hallarda bu hüququn konkret əşya hüququna çevrilməsi, o cümlədən tikili üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və ya tikilinin sökülməsi müqabilində tikinti şirkətindən pul vəsaiti və yaxud yaşayış (qeyri-yaşayış) sahəsinin əldə edilməsi geniş yayılmış və məhkəmə təcrübəsində qəbul olunan haldır.
83. Hazırkı işin materiallarından da görünür ki, dövlət reyestrində qeydə alınmamış mübahisəli tikililərin sökülməsi ilə bağlı cavabdehlər arasında dörd müqavilə bağlanmış, həmin müqavilələrə əsasən MMC söküntü işlərinin aparılması əvəzində Cavabdeh1 yeni inşa olunacaq binada müvafiq sahələrin verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bu hal onu göstərir ki, iddiaçının mübahisə etdiyi müqavilələr əsasında söküntüsünə sərəncam verilmiş yaşayış sahələri iqtisadi dəyərə malik olmuş, həmin tikililər üzərində sahibinin əmlak hüququnun mövcudluğu real və şübhə doğurmayan xarakter daşımışdır.
84. Belə olan halda, iddiaçının özünə məxsus olduğunu bildirdiyi tikili(lər) üzrə müvafiq araşdırmanın aparılması, bu araşdırmanın nəticəsində iddiaçının tələblərinin konkret hansı yaşayış sahəsinə münasibətdə təsdiqini tapdığının müəyyən edilməsi, habelə həmin tikili üzərində əmlak hüququna sərəncam verilməsi barədə müqavilə(ləri)nin səlahiyyətsiz şəxs tərəfindən bağlanmasının hüquqi nəticələrinin maddi hüquq normaları baxımından qiymətləndirilməsi zəruridir. Bu araşdırma aparılmadan iddianın təmin edilməməsi barədə nəticəyə gəlinməsi düzgün hesab edilə bilməz.
85. Baxılan işin materiallarından görünür ki, sözügedən ünvanda mövcud olmuş ən azı bir yaşayış sahəsinin iddiaçıya aid olması barədə izahatlar, ifadələr və digər sübutlar mövcuddur. Belə ki, iddiaçının izahatına görə, o, doğulduğu tarixdən etibarən valideynlərinə məxsus olan həmin həyətdə yerləşən evdə yaşamış, ailə qurduqdan sonra qısa müddət (8-9 ay) başqa ünvanda qalsa da, sonradan atasının dəstəyi ilə onun üçün ayrıca düzəldilmiş evə qayıdaraq ər və uşaqları ilə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Əri vəfat etdikdən sonra da iddiaçı uşaqları ilə birlikdə sözügedən evdə yaşamış, daha sonra qızlarını həmin ünvanda qoyaraq Türkiyə Respublikasına getmiş, lakin ölkəyə hər qayıdışında məhz həmin evdə yaşamağa davam etmişdir. İddiaçı qızları ilə birlikdə Türkiyə Respublikasına getdikdən sonra isə, qardaşının onun yaşadığı evi zəbt edərək orada yaşadığını bilmişdir.
86. İş üzrə dindirilmiş şahidlər Elnur İbrahimli, Gülnarə İbrahimova ifadələrindən görünür ki, İddiaçı Ağasabir qızı 1995-ci ildən etibarən sözügedən həyətdə özünə məxsus olan ayrıca evdə ər və uşaqları ilə yaşamış, Türkiyə Respublikasına getdikdən sonra uşaqları həmin evdə yaşamağa davam etmişlər. Şahidlər son zamanlar sözügedən evdə heç kimin yaşamadığını bildirmişlər.
87. Digər şahid, Firəngiz Yəhyayeva isə ifadəsində göstərmişdir ki, bacısının evi olmadığına görə atası həyətdə ona ev tikmiş, iddiaçı burada bir neçə il qaldıqdan sonra kirayə evə köçmüş, lakin ərinin vəfatından sonra yenidən həmin evə qayıtmışdır. Şahid həmçinin qeyd etmişdir ki, iddiaçı Türkiyə Respublikasına işləmək üçün getdikdən sonra, uşaqlar onun ata və anası ilə qalmış, qardaşı isə həyətdə öz evində yaşamışdır. Şahid onu da qeyd etmişdir ki, iddiaçıya məxsus ev onun atası və yoldaşı Əflatun tərəfindən tikilmişdir. Türkiyə Respublikasında olduğu dövrlərdə kommunal ödənişləri özü tərəfindən (qaz, işıq) həyata keçirilirdi. Cavabdeh son iki il ərzində iddiaçıya məxsus evdə yaşayırdı, qardaşı olduğuna görə, o, heç nə deyə bilmirdi.
88. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X3 (cavabdeh tərəfin sübut kimi istinad etdiyi aktı imzalayan şəxslərdən biri) ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehlə 1990-cı ildən qapı qonşusu olmuşdur. O, sözügedən ünvana gəlin köçdüyü dövrdə iddiaçının ailəli olduğunu, həyat yoldaşının vəfatından sonra isə onun mübahisəli ünvanda mütəmadi yaşadığını görmədiyini qeyd etmişdir. Şahid iddiaçının Türkiyə Resbiblikasına getməsindən sonra uşaqlarının həmin ünvanda yaşadıqlarını gördüyünü göstərmişdir. Eyni zamanda şahid cavabdeh tərəfin təqdim etdiyi aktda iddiaçının “qeydiyyatının formal xarakter daşıması” kimi göstərilməsinin onun tərəfindən “qanunsuz yaşayış” kimi başa düşüldüyünü, habelə bu aktın kimin tərəfindən tərtib edildiyini bilmədiyini bildirmişdir.
89. Nəsimi Rayon MKTB 52 saylı MKİS-in 200 saylı, xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı Ağasabir qızı həqiqətən Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49-da yaşayır, məişət tullantı borcu yoxdur. Həmin MKİS-in verdiyi 201 saylı, xx.xx.2023-cü il tarixli arayışda iddiaçı qeyd edilən evdə daimi qeydiyyatda olanların sırasında göstərilir.
90. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və şahid ifadələrindən iddiaçının qızlarının mübahisəli tikililərin yerləşdiyi əraziyə aid olan 164 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil aldıqları müəyyən edilmişdir.
91. Yuxarıda sadalananlardan belə nəticə hasil olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanında yerləşən həyətdə iddiaçıya məxsus ayrıca yaşayış sahəsi mövcud olmuşdur. Bu nəticə iddiaçının izahatları, şahid ifadələri, MKİS-in arayışları, tikililərin plan göstəriciləri, məktəbə dair sənədlər və digər sübutlarla qarşılıqlı şəkildə təsdiq edilir. İddiaçının həmin yaşayış sahəsindən uzun müddət və fasiləsiz şəkildə faktiki istifadə etdiyi, bu istifadənin ailə üzvlərinin orada yaşaması, uşaqların həmin ərazidə yerləşən məktəbdə təhsil alması ilə müəyyən edilmişdir. İddiaçının müəyyən dövrlərdə Türkiyə Respublikasında olması, habelə həmin ölkənin vətəndaşı ilə ailə qurması və vətəndaşlıq alması faktiki sahibliyin və yaşayışının (hüquqi əlaqənin) kəsilməsi kimi qiymətləndirilə bilməz.
92. Mübahisəli yaşayış sahəsi dövlət reyestrində qeydiyyata alınmamış olsa belə, iqtisadi dəyərə malik əmlak olmuşdur və tikinti şirkəti tərəfindən söküntü müqabilində kompensasiya predmetinə çevrilmişdir. Bu hal həmin tikili üzərində sahibinin ən azı əmlak hüququnun mövcudluğunu qəbul etməyə əsas verir. Bu baxımdan, cavabdehlər arasında bağlanmış müqavilələrlə iddiaçıya aid olmuş yaşayış sahəsinin hüquqi müqqədəratına təsir göstərilmiş, bu təsir iddiaçının razılığı və iştirakı olmadan həyata keçirilmişdir ki, bu da iddiaçıya məxsus yaşayış sahəsi üzərində səlahiyyətsiz şəxs tərəfindən sərəncam verilməsi ehtimalının yarandığını göstərir.
93. Belə olan halda, iddiaçının tələblərinin konkret hansı yaşayış sahəsinə münasibətdə təsdiqini tapdığının müəyyən edilməsi üçün işdə olan digər sübutların qiymətləndirilməsi zərurəti yaranmışdır.
94. Belə ki, iddiaçı verdiyi izahatda Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanında yerləşən, mərhum atasının və əri Əflatunun onun üçün birinci mərtəbədə tikdirdikləri evin 1989-1990-cı illərdə tikilən böyük 1-ci otağına (sahəsi 26,6 kv.m) və 1 mətbəxinə (sahəsi 8 kv.m), habelə 1991-1992-cı illərdə tikilən kiçik 2-ci otağına (sahəsi 14,4 kv.m) sərf olunmuş materialların və usta haqqının hamısının onun birinci nikahdan olan əri Əflatun Orucov (1994-cü ildə vəfat etmişdir) tərəfindən ödənildiyini bildirmişdir.
95. Bakı şəhəri 52 saylı MKİS tərəfindən təsdiqlənmiş Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanında yerləşən 1 saylı mənzilin planında müvafiq olaraq 9, 14,4, 26,5 kv.m-lik sahələrin mövcudluğu göstərilmişdir.
96. Eyni zamanda cavabdehlərin bağladıqları müqavilələr sırasında digər ölçülü tikililərlə yanaşı 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü tarixli 24 nömrəli arayışa əsasən ünvan 9 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 47.89 kv.m mənzilin də cavabdeh tərəfindən sökülmək üçün MMC-yə təhvil verilməsi barədə müqavilənin mövcudluğu müəyyən edilmişdir.
97. Belə ki, xx.xx.2024-cü il tarixli 02/210 nömrəli müqaviləyə görə, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən qeydiyyata alınmadığından 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 24 nömrəli arayışa əsasən ünvan 9 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi 47.89 kv.m olan tikilinin Cavabdeh2 MMC-yə sökülməsi üçün təhvil verməyi öhdəsinə götürmüşdür.
98. İkinci apellyasiya icraatında işə baxılarkən məhkəmə araşdırmasının aparılmasına baxmayaraq, cavabdehlər arasında xx.xx.2024-cü il tarixli 02/210 nömrəli müqavilənin ləğv edildiyi, həmin müqavilə əsasında MMC tərəfidnən cavabdehə verilməli olan mənzilin onun tərəfindən MMC-nin vasitəçiliyi ilə başqa şəxsin adına rəsmiləşdirildiyi müəyyən edilmişdir.
99. Belə ki, Cavabdeh2 MMC-nin xx.xx.2025-ci il tarixli 03/95 saylı arayışından göründüyü kimi, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 05/210 nömrəli müqavilə, sonuncunun sözügedən mənzili satması ilə əlaqədar müraciəti əsasında xx.xx.2025-ci il tarixində ləğv edilmiş, mənzil X10 adına həmin gün yeni müqavilə əsasında rəsmiləşdirilmişdir. Bu barədə X13 ilə MMC arasında 05/210 nömrəli xx.xx.2025-ci il tarixli müqavilə bağlanılmışdır.
100. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/210 nömrəli müqavilə ləğv edildiyindən, hazırda onun etibarsız hesab edilməsi məsələsinin həlli iddiaçının məhkəməyə müraciət etməklə güddüyü məqsədlərə çatmaq üçün lazımi və adekvat tədbir kimi qiymətləndirilə bilməz. Cavabdehin öz hüququndan sui-ustifadə edərək süni şəkildə yaratdığı bu vəziyyət də iddiaçının sahibliyində olmuş sahəyə ən uyğun gələn sahə barədə bağlanmış digər müqavilənin hüquqi nəticələrinin qiymətləndirilməsi zərurətini yaradır.
101. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 02/114 nömrəli müqavilədən göründüyü kimi, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən qeydiyyata alınmadığına görə, 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 24 nömrəli arayışa əsasən ünvan 9 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi 52,48 kv.m olan tikilinin cavabdeh tərəfindən Cavabdeh2 MMC-yə sökülməsi üçün təhvil verilməsi öhdəliyinin öhdəsinə götürüldüyü müəyyən edilmişdir.
102. Sözügedən müqavilənin predmetini təşkil edən və sökülməsi üçün cavabdeh MMC-yə təhvil verilməsi nəzərdə tutulan tikili sahə ölçüləri baxımından iddiaçının sahibliyində olmuş yaşayış sahəsinə ən uyğun gələn sahədir (49 kv.m). Göstərilənlər cavabdehlər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/114 nömrəli müqavilənin etibarsızlığını şərtləndirən əsaslı hüquqi hal kimi qiymətləndirilə bilər. Bu səbəbdən cavabdehlər arasında bağlanmış məhz bu müqavilənin səlahiyyətsiz şəxs tərəfindən bağlandığı üçün etibarsız hesab edilməsi labüd hesab edilməlidir.
103. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırkı işdə iddianın tam təmin edilməsini şərtləndirən digər halların - zirzəminin də ümumi istifadədə olan sahə kimi qəbul edilməsi, atası tərəfindən inşa edilmiş tikililərə də istifadə hüququnun yaranması və s. - mövcudluğu aşkar edilməmişdir. Bu baxımdan, cavabdehlər arasında bağlanmış digər müqavilələrin də etibarsız hesab edilməsi üçün əlavə hüquqi əsasların mövcudluğu müəyyən edilmir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2025-ci il tarixli, 2(102)-1532/2025 nömrəli qərarının 80§).
104. Kollegiya onu da nəzərə alır ki, Mülki Məcəllənin 390.3-cü maddəsinə görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Odur ki, “cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsinin qoyulması” tələbinə həmin normanın şərtləri əsasında hüquqi qiymət verildikdə, bu tələbin təmin olunması üçün də əsasların mövcudluğu müəyyən edilmir.
105. Cavabdeh2 MMC ilə iddiaçı arasında məhkəmədənkənar qaydada könüllü şəkildə müqavilə bağlanarkən iddiaçıya məxsus olmuş yaşayış sahəsinə görə ədalətli kompensasiyasının müəyyən edilməsi, habelə sökülmüş sahə əvəzində iddiaçıya verilməli olan sahənin ölçüləri, kirayə haqqının məbləği və digər şərtlər müzakirə oluna biləcək məsələlərdir.
106. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən ünvanda iddiaçıya məxsus yaşayış sahəsinin olub-olmamasının müəyyənləşdirilməsi baxımından yuxarıda qeyd edilən və işdə olan digər əhəmiyyətli məlumatların və sübutların tədqiq olunması və nəticəyə gəlinməsi mübahisəyə mahiyyəti üzrə baxan məhkəmənin vəzifəsi olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianın əsaslı olub-olmamasını qeyd edilən konteksdə yoxlamamış, bu istiqamətdə ümumiyyətlə araşdırma aparmamış, iddiaçının dəlillərinə lazımi hüquqi qiymət verməmişdir.
107. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
108. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
109. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
110. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/114 nömrəli müqavilənin qismən etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilməli, iddia - Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/114 nömrəli müqavilə”yə aid hissədə qismən təmin edilməli, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/114 nömrəli müqavilə etibarsız hesab edilməlidir.
111. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
112. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2263/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/114 nömrəli müqavilənin qismən etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia - Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/114 nömrəli müqavilə”yə aid hissədə qismən təmin edilməklə, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/114 nömrəli müqavilə etibarsız hesab edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Abdıyev Fuad Babayev