Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4553/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5205/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehlərin yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 271 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 271C saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan xx.xx.2019-cu ildə Nuray adlı bir övladı anadan olmuşdur. Cavabdeh1 ilə ailə həyatı quraraq onların yaşadıqları Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsi, 271C saylı evə gəlin köçmüşdür. Hazırda bütün cehiz əşyaları həmin evdədir. Belə ki, 2017-ci ildən 2021-ci ilin may ayına kimi Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsi, 271C saylı evdə yaşamış, cavabdehlərlə təsərrüfatı birgə idarə etmişdir. Lakin birgə nikahdan olan övladı anadan olduqdan sonra Cavabdeh1 ailəyə qarşı münasibəti tamamilə dəyişməyə başlamışdır. O, məcburiyyət qarşısında qalaraq 7-8 ay bundan əvvəl valideynlərinin yanına qayıtmışdır. Belə ki, cavabdeh tərəfindən ona heç bir maddi dəstək göstərmədiyindən o aliment tələbinə dair Xətai rayon məhkəməsində iddia qaldırmışdır. Hazırda cavabdehlər onu yaşadıqları Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsi, 271C saylı evə buraxmırlar, belə ki, onlar boşanmaq ərəfəsindədir. Dəfələrlə yaşadığı evə qayıtmaq istəsə də, cavabdehlər buna ciddi cəhdlə mane olmuşlar. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 İddiaçı qarşı cehiz əmlaklarının fərdi yaşayış evindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus siyahı üzrə qeyd olunan cehiz əşyalarının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 271C saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən ümumi sahəsi 0.025 kv.metr olan torpaq sahəsi xx.xx.2006-cı il tarxində AN İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” ilə Cavabdeh2 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verildiyi vaxtdan etibarən sözü gedən torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilmişdir. Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin Layihə Smeta Bürosunun təqdim etdiyi tikilinin layihə sənədində olduğu kimi, 2006-cı il tarixində Cavabdeh2 məxsus torpaq sahəsi üzərində mübahisəli fərdi yaşayış evini tikdirib başa çatdırmışdır. Ailəsi ilə birlikdə orada yaşamış, bütün həyat fəaliyyətini həmin evdə davam etdirmişdir. Hal-hazırda da həmin fərdi yaşayış evində övladı ilə birgə yaşamağa davam edir. İddiaçı Cavabdeh2 zəhməti ilə tikilmiş fərdi yaşayış evinə gəlin gəlmiş, Cavabdeh2 övladını ailəsi ilə birgə sadəcə ona məxsus evdə qısa müddətə yaşamasına icazə vermişdir. Yəni İddiaçı Cavabdeh1 ilə nikaha daxil olarkən artıq çoxdan mübahisəli fərdi yaşayış evi tikilib başa çatdırılmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən ünumi sahəsi 267.7 kv.metr olan 271C fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ******* saylı Çıxarış isə xx.xx.2018-ci il tarixdə Cavabdeh2 təqdim edilmişdir. İddiaçı Cavabdeh2 gəlinidir. Cavabdeh2 övladı Cavabdeh1 ilə nikaha daxil olduqdan bir müddət sonra Cavabdeh2 məxsus fərdi yaşayış evində yaşasa da, artıq uzun müddətdir ki, həmin mübahisəli evdə yaşamır. Belə ki, özünün də iddia ərizəsində qeyd etdiyi kimi, 7-8 aydan artıq bir müddətdir ki, evi tərk etmişdir. Onun evi tərk etməsinə səbəb olacaq hər hansı bir hərəkətə yol verilməmişdir. Buna baxmayaraq, İddiaçı qızıl-zinət əşyalarını, şəxsi geyimlərini, həmçinin oğlu Cavabdeh1 məxsus olan qızıl əşyaları da özü ilə birlikdə götürmüşdür. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5205/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir (sədrlik edən: Leyla Talıbova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2017-cu il tarixdə iddiaçı Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan xx.xx.2019cu ildə Nuray adlı bir övladı anadan olmuşdur. Cavabdeh1 ilə ailə həyatı qararaq anası digər Cavabdeh2 yaşadıqları Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsi S.Əliyev küçəsi 271 C saylı evə gəlin köçmüşdur (onların razılıqlarıəsasında). Hazırda bütün cehiz əşyaları həmin evdədir. Həmin fərdi yaşayış evinin iknci mərtəbəsinin təmirini həyat yoldaşı ilə birlikdə həyata keçirmişlər. Azyaşlı övladı və iddiaçı həmin ərazidə yerləşən poliklinikada qeydiyyatdadır. Belə ki, 2017-ci ildən 2021-ci ilin may ayına kimi cavabadehlərlə birlikdə Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsi S.Əliyev küçəsi 271 C saylıevdə yaşamış, cavabdehlərlə təsərrüfatı birgə idarə etmişlər. 4 il fasiləsiz olaraq bu evdə yaşamışdır. Gəlin kimi qaynanasının qulluğunda dayanmış, ailədə heç bir söz-söhbət və narazılıqlar olmamışdır. Belə ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsi S.Əliyev küçəsi 271 C saylı evə köçürülməyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cehiz əşyalarının evdən çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(010)-5205/2021 qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin olunmuşdur. Məhkəmə qətnaməni əsaslandirarkən sözü gedən mübahisəni hərtərəfli araşdırmamışdır. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və Məmmədova (Süleymanlı) Nigar Rövşən qızı xx.xx.2017- ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Süleymanlı, arvada Süleymanlı soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 xx.xx.2019-cu ildə anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının X5 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* №li xx.xx.2006-cı il tarixli çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 0.025 ha fərdi yaşayış məntəqələrinin torpağı Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı Şəhər Ekspertiza Mərkəzinin Cavabdeh2 xx.xx.2006-cı il tarixdə ünvanladığı rəydən müəyyən olunur ki, ünvan 1 ünvanda 2 mərtəbəli yaşayış evi lahiyəsini ekspertizanın verdiyi iradların nəzərə alınması şərtilə razılaşdırmaq və tikinti istismara yararlı hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli Çıxarışın surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. İş materiallarına əlavə edilmiş AN-İ seriyalı № ******* saylı xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsinin 250 kv.m torpaq sahəsini Cavabdeh2 mülkiyyətinə vermişdir. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edildiyindən apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlayır. Kollegiya ilkin iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X1 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.Üİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin 30.2.-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və228.2-civə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və30.2-cimaddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunur ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və228.2cimaddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin30.2-cimaddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin144.1-cimaddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin14.3-cümaddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin158.3-cümaddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin158.4-cümaddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və30.2cimaddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Kollegiya qeyd edir ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Kollegiya iş materialları əsasında qeyd edir ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan bir uşaqları doğulmuşdur. İddiaçı nikaha daxil olduqdan sonra Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Mübahisəli ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 2006-cı ildə tikilmiş və xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. İddiaçı nikaha daxil olduqdan sonra Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçdüyünü bildirsə də, mülkiyyətçinin İddiaçı həmin mənzildə yaşamasına dair yazılı qaydada təsdiq olunmuş razılığını məhkəməyə təqdim etməmişdir. Kollegiya iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, iddiaçının həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüquqları barədə mülkiyyətçi ilə aralarında notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, ilkin iddia ərizəsində irəli sürülən tələblər mülkiyyətçinin qanunla qorunan hüquq və maraqlarına zidd olduğundan, İddiaçı Cavabdeh2 və qeyrisinə qarşı mənzilə köçürülmə barədə ilkin iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Kollegiya qarşılıqlı iddiaya münasibətdə hesab edir ki, cavabdehə məxsus cehiz əmlakları iddiaçıya məxsus evdə yerləşdiyindən və onunla ailə münasibətlərinə xitam verildiyindən İddiaçı məxsus olan cehiz əmlaklarının -1 ədəd “Saloğlu” markalı 6 ədəd yastıq və 1 ədəd tumbadan ibarət divan dəsti, 1 ədəd Televizor altlığı, 1 ədəd 2X3 ölçülü yaşıl rəngli xalça, 1 ədəd pərdə, 2 ədəd pərdə (kənarlar), 1 ədəd atlas pərdə (günlük), 1 ədəd stol, 1 ədəd 3 şkafdan ibarət mebel dəsti, 1 ədəd madonna güldan, 2 ədəd göy rəngli güldan, 1 ədəd şüşə meyvə qabı, 1 ədəd şüşə güldan, 2 ədəd konfet qabı, 6 ədəd şüşə rumka, 1 ədəd yaşıl qrafin və 6 ədəd şirə stəkanı, 1 ədəd 6 ədədli çay stəkanı və 6 ədəd nəlbəki, 6 ədədli kofe stəkanı və 6 ədəd nəlbəkidən ibarət dəst, 4 ədəd süfrə, 1 ədəd “Samsung” markalı soyuducu, 1 ədəd “Bosch” markalı qab yuyan maşın, 1 ədəd “Tefal” markalı ətçəkən maşın, 1 ədəd “Moulinex” markalı şirəçəkən maşın, 1 ədəd “Tefal” markalı mikser, 1 ədəd “Tefal” markalı blender, 1 ədəd plastik limon sıxıcı, 4 ədəd plastik qab (ləyən), 1 ədəd plastik aşsüzən, 3 ədəd xörək qazanı, 1 ədəd yaşıl rəngli çaynik, 6 ədədli bıçaq dəsti, 2 ədədli şirəli mavi qazan dəsti, 1 ədəd tava, 1 ədəd ağ-çəhrayı zolaqlı baharat qabı dəsti, 1 ədəd “İmran" markalı 12 ədədli qaşıq, 12 ədədli çəngəl, 12 ədədli çay qaşığı, 12 ədədli bıçaq, 12 ədədli çay qaşığı, 12 ədədli meyvə bıçaq, 12 ədədli şirniyyat çəngəli dəsti, 1 ədəd Lelinqrata məxsus 6 ədədli yemək qaşığı, 6 ədədli çay qaşığı, 6 ədədli çəngəl, 6 ədədli bıçaq dəsti, 1 ədəd 6 ədədli qaşıq, 5 ədədli çəngəl, 6 ədədli bıçaq dəsti, 3 ədəd şüşə tort qabı, 1 ədəd güllü tort qabı və 6 ədəd boşqabı, 2 ədəd mecməyi (padnos), 4 ədəd güllü kasa, 4 ədəd zolaqlı kasa, 12 ədəd şirə stəkanı, 1 ədəd şüşə tort qabı və 12 ədəd boşqabı, 12 ədəd çay stəkanı, 12 ədəd nəlbəki, 12 ədəd mürəbbə qabı, 2 ədəd kül qabı, 2 ədəd duz qabı, 6 ədəd yaşıl zolaqlı boşqab (servis), 6 ədəd rumka, 3 ədəd qızılı qab, 1 ədəd 5 predmetli çömçə dəsti, 6 ədəd ağ rəngli çay stəkanı, 12 ədəd boz rəngli boşqab dəsti, 1 ədəd doğrama taxtası, 1 ədəd keks bişirmək üçün soba qabı, 6 predmetli “Tefal” markalı tava dəsti, 1 ədəd çörək qabı, 12 ədəd şirə stəkanı, 6 ədəd qızılı şirə stəkanı, 6 ədəd mürəbbə qabı, 1 ədəd ağ palıdı zolaqlı güzgülü paltar şkafı, 1 ədəd ağ palıdı zolaqlı güzgülü balaca şkaf, 1 ədəd 2 nəfərlik çarpayı, 2 ədəd ağ palıdı zolaqlı tumba, 1 ədəd çilçıraq, 1 ədəd aydınlatma (naçnik), 1 ədəd ağ rəngli pərdə, 1 ədəd atlas pərdə (günlük), 1 ədəd “Philips” markalı ütü, 1 ədəd ütü stolu, 1 ədəd 2 nəfərlik döşək, 2 ədəd 1 nəfərlik döşək, 2 ədəd 1 nəfərlik yorğan, 1 ədəd 2 nəfərlik yorğan, 6 ədəd yastıq və 1ədəd 2 nəfərlik yataq örtüyü adlı əmlakların həmin mübahisəli mənzildən çıxarılmasına dair birinci instansiya məhkəməsiinn gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfidən işə baxılarkən mübahisənin hərtərəfli araşdırılmaması halına istinad etmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı mübahisənin hərtərəfli araşdırılmamasını qeyd etsə də, məhkəmə tərəfindən məhz hansı halın araşdırılmamasını, pozuntunun nədən ibarət olmasını apellyasiya şikayətində göstərməmişdir. Bu səbəbdən də apellyasiya şikayətinin dəlili qətnamənin ləğvi üçün əsas deyildir. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, tərəflər xx.xx.2017-ci il tarixdə nikaha daxil olduğundan, iddiaçı nikaha daxil olduqdan sonra Cavabdeh2 mülkiyyətində olduğundan, mübahisəli fərdi yaşayış evinin 2006-cı ildə tikilməsi və xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınması, mülkiyyətçinin iddiaçının həmin mənzildə yaşamasına dair yazılı qaydada təsdiq olunmuş razılığını məhkəməyə təqdim etməməsi səbəbindən, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5205/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4553/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4553/2022
01.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver