Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-4553/2025 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- ****/**** saylı, ## ######## 2024-cü il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdehlər X1 və “cavabdeh1” Şirkətinə qarşı iddia ərizəsi ərizə məhkəməyə müraciət edərək cavabdehlərin ona vurduqları maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 11.250 manat, kompensasiya olaraq 3.000 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün aldığı hüquqi yardıma görə çəkdiyi xərcin əvəzi olaraq 1.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən müqavilə nə sifarişçi nə də ki, podratçı tərəfindən imzalanmamışdır. Buna görə də onlar iddia tələbinin hüquqi əsasını dəyişmək qərarına gəlmişlər. Buna görə də xahiş edir ki, iddia tələbinin əsası kimi, əsassız varlanma hesab edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- ****/**** saylı, ## ######## 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1 podrat müqaviləsi üzrə 5750 manat və ödənilmiş dövlət rüsumuna görə 77.50 manat, hüquqi yardım göstərilməsi ilə əlaqədar 300 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Rübabə Qafarova). İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2025ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Fuad Talışinski və Azad İmanov) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli e-*(***)-****/**** nömrəli dəyişdirilmədən saxlanılmışdır. İddiaçı İddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının, hüquqi yardım xərclərinin, habelə mənəvi zərərin cavabdehdən tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Işə baxılarkən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə tərəflər arasında bağlanmış barışığın nəzərə alınaraq işin baxılmamış saxlanılmasını xahiş etmiş və bu müraciətinə iddiaçı tərəfindən imzalanmış ərizənin surətini əlavə etmişdir. Həmin ərizədə isə qeyd edilmişdir ki, “Mən İddiaçı X1 və “cavabdeh1” Şirkətinə qarşı iddiamı geri götürürəm.” Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı İddiaçı iddiadan imtinası qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- ****/**** saylı, ## ######## 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 191.1, 191.2, 370.1, 370.2, 384.0.5, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Iddiaçı İddiaçı iddiadan imtinasına dair ərizəsi təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- ****/**** saylı, ## ######## 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4553/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4553/2025
04.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver