Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4554/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-4554/2022 (Açar sözlər: mənzildən çıxarılma) Bakı şəhəri,16 avqust 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndələri X2 və Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair 2(010)-1188/2022 saylı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" mənzil tikinti kooperativi ilə İddiaçı arasında bağlanmış "xxxx" MTK-da yaşayış binasında mənzil tikintisi haqqında 04 sentyabr 2012-ci il tarixli 133 saylı müqaviləyə əsasən "xxxx" mənzil tikinti kooperativi MTK-ya ayrılmış Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivində MTK-nın üzvləri və payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasını inşa etməyi və bu binanın 3-cü giriş 2-ci mərtəbəsində ümumi sahəsi 94,9 kv.m olan 2 otaqlı 156 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin dəyəri 52350 manat müəyyən olunmuşdur. Müqavilədən görünür ki, 10 sentyabr 2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı "xxxx" MTK ilə müqavilə bağlayıb həmin MTK-ya 40150 manat pul ödəyərək 73 kv.m ölçüdə mənzil almışdır. "xxxx" MTK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı zamanı 10 sentyabr 2009-cu il tarixli müqavilənin saxta olması müəyyən edilmiş və İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. "xxxx" MTKnın sədri X4 xx.xx.2012-ci il tarixli ərizəsi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin tövsiyə məktubu və qərarı nəzərə alınaraq "xxxx" MTK tərəfindən 10 sentyabr 2009-cu il tarixli müqavilə əsasında İddiaçı verilməli olan 73 kv.m ölçüdə mənzil hazırda mübahisə predmeti olan mənzillə dəyəri ödənilmədən əvəzləşdirilmişdir. Müqavilənin 3-cü bəndində qeyd olunur ki, həmin müqavilə bağlananadək 73 kv.m mənzilə görə 40150 manat pul X5 ödənilmişdir. Müqavilə bağlanan gün zərərçəkmiş İddiaçı 94,9 kv.m ölçüdə mənzillə təmin edilmiş, 21,9 kv.m artıq sahəyə görə İddiaçı kooperativin xəzinəsinə 12200 manat pul ödəmişdir. Müqaviləni "xxxx" MTK-nın sədri Ədalət Qəmbərov və payçı İddiaçı imzalamışlar.
2. "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının 04 sentyabr 2012-ci il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi 13M ünvanında yerləşən 3-cü giriş 2-ci mərtəbəsində ümumi sahəsi 94,9 kv.m olan 156 saylı mənzilin investoru olması təsdiq edilmiş və sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır.
3. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış "xxxx" 01 yanvar 2014-cü il tarixli müqaviləyə əsasən MTK həmin mənzilə görə İddiaçı kommunal xidmət göstərməyi, İddiaçı isə kommunal xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. 2020-2021-ci illərdə həmn mənzildə kommunal xidmətlərə görə İddiaçı tərəfindən "xxxx" MTK-ya kommunal xidmət haqları ödənilmişdir. 04 noyabr 2020-ci il tarixdə həmin mənzildə İddiaçı adına qaz sayğacı quraşdırılmışdır.
3. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2009-cu il tarixli 18 saylı müqaviləyə əsasən MTK Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi 13M ünvanında yerləşən 3-cü giriş 2-ci mərtəbəsində ümumi sahəsi 94,5 kv.m olan 156 saylı mənzili Cavabdeh 56000 manata satmışdır. MTK-nın verdiyi maliyyə arayışına əsasən Cavabdeh mənzilin dəyərini tam ödəmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 2(010)- 2202/2020 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MTK tərəfindən 56000 manat dəyərində olan, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi 13M saylı binada yerləşən 94,5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilin Cavabdeh verilməsi qət olunmuşdur.
5. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş 05 iyul 2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 2(010)-2202/2020 saylı qətnaməsinin icrası ilə bağlı verilmiş icra sənədi icra olunaraq Cavabdeh Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi 13M saylı binada yerləşən 94,5 kv.m sahəsi olan 156 saylı mənzilə köçürülmüş və həmin tarixdə icra üzrə icraata xitam verilmişdir.
6. İcra üzrə icraata xitam verilməsi haqqında icra məmurunun 05 iyul 2021-ci il tarixli qərarından İddiaçı şikayət vermiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 8(010)-305/2021 saylı qərardadı ilə şikayət təmin edilmiş, icra üzrə icraata xitam verilməsi haqqında icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, 156 saylı mənzilin Cavabdeh təhvil verilməsi istiqamətində görülmüş bütün icra tədbirləri ləğv edilmiş, icra hərəkətlərinin Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi 13M saylı binada yerləşən 56000 manat dəyərində olan 94,5 kv.m sahəsi olan iki otaqlı təmirsiz hər hansı mənzilin Cavabdeh təhvil verilməsi istiqamətində həyata keçirilməsi qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli 8(103)-498/2021 saylı qərardadı ilə Cavabdeh şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 8(010)-305/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmurunun 11 noyabr 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 2(010)- 2202/2020 saylı qətnaməsinin icrası ilə bağlı verilmiş icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün icra sənədi icraata qəbul olunmuşdur.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2(103)- 4241/2021 saylı qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(010)-171/2020 saylı qətnaməsi ləğv olunaraq iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı mübahisəli 156 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları rədd edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli 2(102)-5729/2021 saylı qərarı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı kassasiya şikayəti təmin olunmayaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2(103)-4241/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı X1 Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əşyaları ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94,5 kv.m olan 2 otaqlı 156 saylı mənzildən çıxarılması və həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94,5 kv.m olan 2 otaqlı 156 saylı mənzil 04 sentyabr 2012-ci il tarixli 133 saylı müqaviləyə əsasən iddiaçıya verilmiş, iddiaçı mənzili təmir etdirmiş, təmirə 30000 manatdan çox pul sərf etmişdir. Mənzil 2012-ci ildən 2019-cu ilədək iddiaçının faktiki sahibliyində olmuş, 2019-cu ilədək iddiaçı cavabdehi tanımamışdır. Cavabdeh bundan əvvəl Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94,5 kv.m olan 2 otaqlı təmirsiz mənzilin ona verilməsini xahiş etmiş, cavabdeh "xxxx" MTK həmin binada ona uyğun ölçüdə 2 otaqlı 94,5 kv.metr ölçüdə təmirsiz mənzilin verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə bu qaydada iddianı təmin etmişdir. Məhkəmə qətnaməsində 156 saylı mənzilin deyil, uyğun ölçüdə 2 otaqlı təmirsiz mənzilin verilməsi qət olunsa da, cavabdeh məhz 156 saylı mənzilə köçürülmüş, məhkəmə bu qaydada icranı qanunsuz saymışdır. Hal-hazırda cavabdeh iddiaçıya məxsus mənzildə məskunlaşdığına görə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
13. Cavabdeh iddiaya qarşı yazılı etiraz vermiş və etirazını belə əsaslandırmışdır ki, o, mübahisəli 156 saylı mənzilin dəyərini "xxxx" MTK-ya ödəyərək həmin mənzili almış, iddiaçı isə həmin mənzilə görə 40150 manat pulu "xxxx" MTK ilə heç bir əlaqəsi olmayan "xxxx" MTK-ya ödəmişdir. Cavabdehlə "xxxx" MTK arasında həmin mənzillə bağlı müqavilənin etibarlı olmasını bundan əvvəl işə baxan məhkəmələr tanımışlar. Buna görə də hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir.
14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-1188/2022 saylı iş üzrə 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim X3)
15. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, işə əlavə edilmiş məhkəmə aktlarına əsasən ünvan 2 ünvanında inşa edilən yaşayış binasında olan mübahisə predmetini təşkil edən 156 saylı mənzil məhz iddiaçıya verilmişdir. Qətnamənin icrası qaydasında iddiaçı tərəfindən açılmış məhkəmə mübahisəsi üzrə qəbul edilən qərardadlarla bu hal öz təsdiqini tapır. Belə ki, qərardadlarda qeyd edilir ki, qətnamə ilə Cavabdeh həmin binada yerləşən və 156 saylı mənzillə ölçüləri və şəraiti eyni olan başqa bir mənzilin verilməsi qət edilmişdir. İcra mərhələsində cavabdeh 156 saylı mənzilə köçürülmüş, icra məmurunun hərəkəti qanunsuz sayılsa da, cavabdeh mənzili tərk etməmişdir. Digər tərəfdən, cavabdehin istinad etdiyi 16 iyun 2020-ci il tarixli, 2(010)- 2202/2020 saylı məhkəmə qətnaməsinin nəticə hissəsinə nəzər saldıqda aydın olur ki, cavabdehə 156 saylı mənzilin yox, hər hansı bir təmirsiz mənzilin verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin 156 saylı mənzildə qalmasına hüquqi əsas yoxdur. Bunun davamı olaraq məhkəmə qeyd etmişdir ki, hazırkı iddianın təmin edilməsi 16 iyun 2020-ci il tarixli 2(010)-2202/2020 saylı məhkəmə qətnaməsinin icrasına və qeyd edilən ünvanda cavabdehə digər mənzilin verilməsinə hüquqi əngəl törətmir. Hazırkı qətnamə ilə yalnız 156 saylı mənzilin iddiaçıya aid olduğu və cavabdehin orada qalmasına hüquqi əsasın olmadığına görə əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin iddiaçıya təhvil verilməsi qənaətinə gəlinmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2 və 157.8-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın 31 yanvar 2022-ci il tarixli 1 saylı əmri ilə mübahisəli 156 saylı mənzillə bağlı onunla "xxxx" MTK arasında bağlanmış müqavilə tanınmış, iddiaçı ilə bağlanmış müqavilə isə ləğv edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən işin faktiki halları aydınlaşdırılmamış, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdilər. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Ərizədə məhkəmə iclasında iştirakın üzrlü səbəbdən mümkün olmaması barədə hər hansı hal qeyd olunmadığından və bu barədə sübut təqdim olunmadığından, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 152.1 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 178.8 (06 fevral 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1 Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. İş materiallarından görünür ki, "xxxx" MTK tərəfindən inşa olunmuş Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi 13M ünvanında yerləşən 3-cü giriş 2-ci mərtəbəsində ümumi sahəsi 94,9 kv.m olan 156 saylı mənzillə bağlı həmin MTK ilə İddiaçı arasında 04 sentyabr 2012-ci il tarixdə, Cavabdeh ilə MTK arasında 12 avqust 2009-cu il tarixdə müqavilə bağlanmışdır. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış "xxxx" 01 yanvar 2014-cü il tarixli müqaviləyə əsasən MTK həmin mənzilə görə İddiaçı kommunal xidmət göstərməyi, İddiaçı isə kommunal xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 2(010)-2202/2020 saylı qətnaməsinin məzmunundan görünür ki, iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsində ya 156 saylı mənzilə görə ödədiyi 56000 manat pulun geri qaytarılmasını, ya da cavabdeh "xxxx" MTK tərəfindən 56000 manat dəyərində olan, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi 13M saylı binada yerləşən 94,5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilin ona verilməsini xahiş etmiş, məhkəmə tərəfindən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi 13M saylı binada yerləşən 94,5 kv.m sahəsi olan iki otaqlı 56000 manat dəyərində təmirsiz mənzilin Cavabdeh verilməsi qət olunmuşdur. Həmin qətnamə icra məmuru tərəfindən icra olunarkən Cavabdeh mübahisəli 156 saylı mənzilə köçürüldüyünə görə İddiaçı şikayəti əsasında işə baxmış məhkəmə bu hərəkətləri qanunsuz hesab edərək icra üzrə icraata xitam verilməsi haqqında qərarı ləğv etmişdir. "xxxx" MTK həmin mənzildə kommunal xidmətlərə görə müqaviləni İddiaçı ilə bağlamışdır.
25. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas vermir. İddiaçı "xxxx" MTK-ya həmin mənzilə görə pul ödəməməsi, "xxxx" MTK ilə "xxxx" MTK arasında hər hansı bağlılıq olmaması, cavabdehin 156 saylı mənzilə dair bağladığı müqavilənin etibarlılığının məhkəmələr tərəfindən tanınması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli 156 saylı mənzilin İddiaçı verilməsi və mənzilin dəyərinin ödənilməsi ilə bağlı məsələlər "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 04 sentyabr 2012-ci il tarixli müqavilədə əksini tapmışdır. Mənzilin dəyərinin 40150 manat hissəsinin "xxxx" MTK-ya ödənilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" mənzil tikinti kooperativi ilə İddiaçı arasında bağlanmış "xxxx" MTK-da yaşayış binasında mənzil tikintisi haqqında 04 sentyabr 2012-ci il tarixli 133 saylı müqaviləyə əsasən "xxxx" MTK "xxxx" MTK-nın İddiaçı mənzil vermək öhdəliyini öz üzərinə götürmüşdür. Qeyd olunan mənzillə bağlı Cavabdeh ilə "xxxx" MTK ilə bağlanmış müqavilənin etibarlılığının məhkəmə tərəfindən tanınması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin müqavilə etibarlı olsa belə, Cavabdeh bundan əvvəl məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən ona 156 saylı mənzilin deyil, ya həmin mənzilin dəyərinin, ya da həmin dəyərdə 94,5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilin ona verilməsini xahiş etmiş, məhkəmə onun iddiasını təmin etmiş, qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Beləliklə, Cavabdeh ona həmin dəyərdə və ölçüdə başqa mənzilin verilməsi barədə iradəsini ifadə etmişdir. Mübahisəli 156 saylı mənzillə bağlı Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 12 avqust 2009-cu il tarixli müqavilənin tanınması və həmin mənzillə bağlı İddiaçı ilə bağlanmış 133 saylı müqavilənin ləğv edilməsi barədə apellyasiya şikayətinə əlavə olunmuş "xxxx" MTK-nın sədr əvəzi İ.Süleymanovun 31 yanvar 2022-ci il tarixli 1 saylı əmri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən belə bir sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmalıdır. 04 sentyabr 2012-ci il tarixli 133 saylı müqaviləyə əsasən mübahisəli 156 saylı mənzilin dəyəri tam ödənildiyinə görə həmin dövrdə qüvvədə olmuş redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən İddiaçı həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, sahiblik hüququ mülkiyyətçi hüquqlarına bərabər tutulmaqla qorunmalıdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1188/2022 saylı mülki iş üzrə 07 aprel 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.