Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4555/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), X8 və X1 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil X4 iştirakı ilə, İddiaçı Cavabdeh Mirzəağa oğluna qarşı “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə” dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsindən Cavabdeh Mirzəağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Mirzəağa oğluna qarşı yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət edərək ünvan 1 mənzil 49 ünvanında yerləşən mənzildəki əşyaların boşaldılması və mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2 (009)-698/2019 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdehlər Bakı şəhəri, Suraxanı rayon İcra və Probasiya Şöbəsi və “X2 Mərkəzi” MMC-yə qarşı, üçüncü şəxs qismində cəlb olunan İddiaçı, Bakı şəhəri, Nərimanov rayonu İcra və Probasiya Şöbəsinin üçüncü şəxs qismində göstərildiyi hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmiş (səh.26); apellyasiya və kassasiya instansiya məhkəmələrində qətnamə dəyişdirilmədən saxlanılmışdır (səh.46,49); xx.xx.2018-ci il tarixli, ******* № li çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı fonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 25, mənzil 49 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur (səh.7); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddia təmin edilmiş, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 49 nömrəli mənzildən Cavabdeh Mirzəağa oğluna məxsus əşyalar boşaldılması və mənzil iddiaçıya təhvil verilməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə; 29; “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə; “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 106, 217, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisə predmeti olan mənzil cavabdehə məxsus olmuş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən iddiaçıya satılmışdır. Cavabdeh hərracın nəticələrini mübahisələndirmiş, lakin işə baxan məhkəmələr iddia tələbini rədd etmişlər. Mübahisə predmeti olan əmlak xüsusi mülkiyyət huququ ilə iddiaçıya məxsusdur. Cavabdehin iddiaçıya məxsus mənzildə əşyalarını saxlaması və mənzili təhvil verməməsi iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdeh Mirzəağa oğluqətnamədən apellyasiya şikayəti verərək Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2020 saylı xx xxxxxx 2020 ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005 ci il tarixli 4 saylı qərarına; Azərbaycan Respublikası MPM-nin 9, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 9 saylı Notariat Kontorunun xx.xx.2016 cı il tarixli icra sənədinə və Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2017 cı il tarixli sifariş məktubuna əsasən ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində yerləşən 25 saylı evin 49 nömrəli mənzili “xxxx” MMC tərəfindən xx xxxxx 2017 ci il tarixli hesabatla 42000 manat dəyərində qiymətləndirilmişdir. O, qiymətləndirmənin nəticələri haqqında hesabatdan xx.xx.2017-ci il tarixdə rəsmi qaydada məlumat əldə etdiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Çünki onun qiymətləndirmədən məlumatı olmamış və xəbəri olmadan qiymətləndirmə aparılaraq əmlakın dəyərindən 30% aşağı qiymətləndirilmişdir. Hətta mübahisəli ev ipoteka ilə yüklü edildiyində 50000 manata qiymətləndirilmişdir. Səbail Rayon Məhkəməsində qiymətləndirmənin ləğvi ilə bağlı iddia tələbinə baxılan zaman hərracın dayandırılması qərara alınmış və bu barədə cavabdeh hərrac mərkəzinə də məlumat verilmişdir. Bütün bunlara baxmayarq məhkəmə proseslərinin gedişi vaxtı barəsində ona heç bir məlumat vermədən, bildiriş göndərmədən, hərracı dayandırmadan hərrac keçirmiş və mənzil cavabdeh İddiaçı verilmişdir. Artıq qeyd etdiyi kimi o, mənzilin hərraca çıxarılmasından xəbəri olmayıb və buna dair səlahiyyətli təşkilatlar qanunun tələblərini pozaraq ona heç bir məlumat verməyiblər. Nəticədə onun əmlakın mülkiyyətçisi kimi qanunla qorunan hüquqlarına qəsd edilib. Qətnamədə yol verilən ilk prosesual pozuntu məhkəmənin proses barədə ona xəbər vermədən və iştirakını təmin etmədən birtərəfli araşdırma apararaq qətnamə qəbul etməsidir. Nəticədə məhkəmə prosesində iştirak edə bilməməsinin nəticəsində hüquqlarının müdafiəsindən kobud formada məhrum olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X7 apellyasiya şikayətini qəbul etməyərək, şikayıtin əsassız olaraq verildiyini, iddiaçının hüquqlarını pozduğunu, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, Cavabdeh Mirzəağa oğlunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43; MM-nin 139, 140, 141, 148, 149, 152-157, 176; MPM-in 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 217.4, 372, 385, 386, 388, 389, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəldiyindən, habelə şikayətin dəlillərinin hazırki mülki münasibətlərə aidiyyəti olmadığından və qətnamədə göstərilmiş nəticələr işin faktiki hallarına uyğun gəldiyindən qətnamə ləğv edilməli, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti rədd edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh Mirzəağa oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4555/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4555/2020
05.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver