Məhkəmə qərarları › İş №2(103)-4557/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4557/2023

17.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4557/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: X6 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğludan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, eləcə də X1 və X4 istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, eləcə də X1 və X4 ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh8, Cavabdeh3, Cavabdeh11, Cavabdeh4, Cavabdeh10, X7, X5, X8 və X2 yetkinlik yaşına çatmamış ailə üzvləri ilə birlikdə iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsindən xx.xx.2023-ci il tarixdə daxil olmuş məktubda, xx.xx.2023-cü il tarixdə Cavabdeh4 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edildiyi, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar olaraq 2(002)-11/2023 saylı mülki işin məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında işdə iştirak edən şəxslər məsələnin həllini məhkəmənin mülahizəsinə həvalə etdiklərini bildirirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 iyun 2023-cü il tarixli qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh4 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar