Məhkəmə qərarları › İş №2(103)-4561/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4561/2025

29.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4561/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)- 1746/2025 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinin geri qaytarılması barədə həmin Məhkəmənin e-2(005)-1746/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan binanın 9-cu mərtəbəsində yerləşən sahəsi 93,99 kv.m olan 2 otaqlı, binanın 10 və 11-ci mərtəbələrində yerləşən, hər birinin sahəsi 84,95 kv.m olan iki ədəd 2 otaqlı mənzillərin, ümumilikdə 263,89 kv.m yaşayış sahəsinin ona təhvil verilməməsi təqdirində, onların əvəzində 686114 manat pulun, həmçinin 976 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh MTK isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı adına dövlət reyestrində xx.xx.2008-ci il tarixdə verilmiş, ******* nömrəli çıxarış əsasında ona məxsus və tərəflər arasında bağlanmış xx.xx.2018- ci il tarixli müqavilədə razılaşdırılmış, ünvan 1 ünvanında yerləşən 228 kv.m torpaq sahəsinin Cavabdeh MTK-nın mülkiyyətinə verilməsinin İddiaçı tələb edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1746/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1746/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ilkin iddiaçının apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad belə əsaslandırılmışdır ki, apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş 1 (bir) ay müddət ötürülməklə verilmiş və prosessual müddətin bərpa olunması barədə vəsatət təqdim edilməmişdir. İlkin iddiaçı qeyd edilən qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədən prosessual müddətlər çərçivəsində şikayət versələr də, məhkəmə, apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardad çıxarmışdır. Məhkəmə qərardadında qeyd edilir ki, qətnamə İddiaçı ünvanına da göndərilmiş və iddiaçı xx.xx.2025-ci tarixdə qəbzi imlayaraq qətnaməni əldə etmişdir. Lakin, qətnamə iddiaçı tərəfindən xx.xx.2025-ci tarixdə deyil, xx.xx.2025-ci il tarixdə alınmışdır və buna dair müvafiq qəbz də imzalanmışdır. Məhkəmə bu halı nəzərə almadan əsassız qərardad çıxarmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1746/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Bundan başqa qətnamə İddiaçı ünvanına da göndərilmiş və iddiaçı xx.xx.2025-ci tarixdə qəbzi imlayaraq qətnaməni əldə etmişdir. Lakin apellyasiya şikayəti ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2025-ci il tarixdə, yəni müddət keçdikdən sonra verilmişdir. Şikayətə müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Həmin Məcəllənin 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Məcəllənin 130.3-cü maddəsinə görə isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ilkin İddiaçı qətnamədən apellyasiya şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1746/2025 saylı xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar