Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4563/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Baladadaş oğluna qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, iddiaçı Cavabdeh Baladadaş oğlunun cavabdehlər İddiaçı, X12, Bakı şəhəri 32 saylı Notariat Ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi və "xxxx" MMC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə iş üzrə (Açar sözlər: mənzildən çıxarılma; alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Baladadaş oğluna qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, iddiaçı Cavabdeh Baladadaş oğlunun cavabdehlər İddiaçı, X12, Bakı şəhəri 32 saylı Notariat Ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi və "xxxx" MMC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2532/2024 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh Baladadaş oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh Baladadaş oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 211 nömrəli müqaviləyə əsasən, sifarişçi müqavilədə göstərilmiş məbləği podratçıya tam ödəməklə Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzilin tikintisi podratçıya həvalə edir. Həmin müqavilənin 3.1ci bəndinə əsasən sifarişçi sifariş verdiyi, ümumi sahəsi 119,52 kv.m olan mənzilin sahəsinin hər kv.m üçün 500 manat olmaqla, cəmi 59.760 manat ödəməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri Cavabdeh Baladadaş oğlu tərəfindən tam ödənilmişdir, onun "xxxx" MMC-yə borcu yoxdur.
3. Cavabdeh Baladadaş oğlu "xxxx" MMC-yə notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2013-cü il tarixli 211 nömrəli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən və pay haqqından imtina edir və adına olan müqavilənin istənilən şəxsin adına dəyişdirilməsinə və satılmasına etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddia və maddi tələbi olmayacaq.
4. X12 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 583 nömrəli müqaviləyə əsasən, sifarişçi müqavilədə göstərilmiş məbləği podratçıya tam ödəməklə Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzilin tikintisi podratçıya həvalə edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi sifariş verdiyi, ümumi sahəsi 119,52 kv.m olan mənzilin sahəsinin hər kv.mi üçün 500 manat olmaqla, cəmi 59.760 manat ödəməyi öhdəsinə götürmüşdür.
5. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri üzrə X6 "xxxx" MMC-yə borcu yoxdur.
6. X12 "xxxx" MMC-yə notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixli 583 nömrəli müqaviləyə əsasən Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən və pay haqqından imtina edir və adına olan müqavilənin istənilən şəxsin adına dəyişdirilməsinə və satılmasına etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddia və maddi tələbi olmayacaq.
7. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 584 nömrəli müqaviləyə əsasən sifarişçi müqavilədə göstərilmiş məbləği podratçıya tam ödəməklə Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzilin tikintisi podratçıya həvalə edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi sifariş verdiyi, ümumi sahəsi 119,52 kv.m olan mənzilin sahəsinin hər kv.mi üçün 500 manat olmaqla, cəmi 59.760 manat ödəməyi öhdəsinə götürmüşdür.
8. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri üzrə İddiaçı "xxxx" MMC-yə borcu yoxdur.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh Baladadaş oğluna qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Baladadaş oğlunun və onun ailə üzvlərinin ona məxsus olan ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzil xx.xx.2024-cü il tarixli 584 nömrəli müqavilə ilə ona məxsusdur. Mənzilin dəyəri tərəfindən tam şəkildə ödənilmişdir və bu barədə ona maliyyə arayışı verilmişdir. Cavabdeh mənzilin ondan əvvəlki sahibidir. O, mənzildən çıxmır. Ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Dəfələrlə ona müraciət edərək, mənzildən çıxmasını tələb etmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmalıdır.
11. Cavabdeh Baladadaş oğlu cavabdehlər İddiaçı, X12, Bakı şəhəri 32 saylı Notariat Ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi və "xxxx" MMC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2 mərtəbə 13, ümumi sahəsi 119,52 kv.m olan izalə olunmuş 3 otaqdan ibarət 149 saylı mənzil barəsində X12 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin və həmin mənzil barəsində İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 584 nömrəli müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair müqavilənin adına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli, 211 nömrəli müqaviləyə əsasən, ünvan 2 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2 mərtəbə 13, ümumi sahəsi 119,52 kv.m olan izalə olunmuş 3 otaqdan ibarət 149 saylı mənzilin tikintisi “Podratçı”-ya həvalə edilmişdir. Mənzilin dəyəri 59.760 manat müəyyən edilmişdir. Ödənişlər hər ay tərəfindən edilmiş və mənzilin dəyəri tam şəkildə ödənmişdir. Borcunun olmaması ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə maliyyə arayışı verilmişdir. Cavabdeh X12, o, və Rəsul şərikli olaraq işləmiş və onların cavabdeh Araza 35.000 manat məbləğində borcu yaranmışdır. Həmin borcun qaytarılması zəmanəti olaraq, cavabdeh X12 ondan pay haqqını tam şəkildə ödədiyi mənzildən pay hüququndan imtina etməyini tələb etmişdir. O, isə məcburiyyət qarşısında qalaraq xx.xx.2024-cü ildə Bakı şəhəri 6 saylı notariat kontorunda mənzildən və pay haqqından imtina etdir. Lakin bu imtinanı məhz cavabdehə ödəyəcəyi borcun qarşılığı kimi müvəqqəti olaraq etmişdir. Qeyd olunan imtina ərizəsindən sonra, cavabdeh X12 ilə "xxxx" MMC-yə getmiş, X12 3.000 manat şirkətə ödəniş etməklə "xxxx" MMC-lə həmin mənzil barəsində müqavilə bağlamışdır. Daha sonra, borc ödənmədiyinə görə cavabdeh X12 xx.xx.2024-cü ildə müqavilə və mənzilə olan pay hüququndan imtina etmişdir. Bundan sonra isə həmin mənzil barəsində xx.xx.2024-cü ildə cavabdeh İddiaçı ilə 584 nömrəli müqavilə bağlanmışdır. Hazırda isə İddiaçı onun yaşadığı mənzildən çıxarılmağı ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçı verilmiş maliyyə arayışından da açıq-aydın görünür ki, o, şirkətə mənzilin dəyərini ödəməmişdir. Ona görə ona verilən arayışda onun mənzilin dəyərini tam şəkildə ödəməsi deyil, borcunun olmadığı qeyd edilmişdir.
13. Məhkəmə iclasında X8, X11, X7, X9 şahid qismində dindirilmişlər.
14. X2 ifadəsində bildirmişdir ki, o, Elçin və Vəlinin yaxın dostudur. Elçin mənzil axtarırdı. Vəli ona zəng edərək, belə bir mənzilin satıldığını dedi. Onlar ofisə yaxınlaşmış, mənzilin sahibinin Yusifin olduğunu orada öyrənmişlər, sadəcə rəsmiləşdirilmənin bibisi oğlu Arazın adına edildiyi qeyd edilmişdir. Elçin pulu tamamlamış və alqı-satqı etməyə getmişlər. Pul sellofan paketdə idi və Elçin pulu stolun üstünə qoydu. Pulu Yusif, Araz və Rəsul saydılar. Daha sonra oradan getmişlər. O, bir neçə dəfə Yusifə zəng vuraraq, mənzili tərk etməsini istəmişdir.
15. X4 ifadəsində göstərmişdir ki, vasitəçi kimi fəaliyyət göstərir. Alğı-satqı olan gün Rəsul adlı şəxs onun ofisinə yaxınlaşaraq mənzil satmaq istədiklərini demişdir. Ondan mənzilin kimin olduğunu soruşduqda, o, qohumunun, yəni bibisi oğlunun olduğunu demişdir. Saat 16:00-17:00 radələrində ofisdə yığışmışlar və orada Yusifi də görmüşdür. Sənədlərlə bağlı problem ola biləcəyindən narahat olduğundan bu məsələni dəqiqləşdirmişdir. İddiaçı pulu ofisə gətirmiş və Rəsul, Yusif və Araz pulu saymışlar. Elçin Yusifdən mənzili nə vaxt boşaldacağını soruşdu, o, isə körpə uşağının olduğunu demiş, Elçin ona evi boşaltması üçün 40 gün vermişdir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, Yusif borcunun olduğunu və mənzili təcili satdığını dedi. Borcunu ödədikdən sonra özünə ev alacaqdı. Rəsul satdıqları evin bibisi oğlunun olduğunu dedi. Onlar şirkətdə öyrənmişlər ki, mənzil Arazın adına olmuşdur.
16. X1 ifadəsində göstərdi ki, bir neçə ay bundan öncə Babək adlı tanışı ona belə bir mənzilin satışa çıxarıldığını bildirdi. Mənzilin çıxarışı olmadığından tapdığı müştərilərə mənzil maraqlı gəlmədi. O, Abbasa zəng vurmuş və mənzil barədə məlumat vermiş, mənzilin sahibinin Yusif olduğunu bilmişdir. Mənzilin qohumunun adına olduğunu və imtina ərizəsi yazacağını demişdir. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, mənzilin qiymətinin 150.000 manat olduğunu Rəsul və Yusif dedilər. Elçinə mənzilin videosunu o göstərmişdir. Elçin Yusifə uşağının qırxı çıxdıqdan sonra mənzildən çıxacağını demişdir.
17. X3 ifadəsində göstərdi ki, Rəsul səhər saatlarında ofisə gələrək bibisi oğlunun mənzilini satmaq istədiklərini demişdir. O, də mənzilin şəkillərini müştərilərə göndərmişlər. Vəli müştəri olaraq Elçin müəllimi tapdığını demişdir. Yusif dedi ki, mənzil onundur və mənzil qohumunun adınadır. İddiaçı 150.000 manat pulu vermişdir. Onlar da orada idilər, pulu sayıb götürdüklərini görmüşdür. O, axıra kimi orada idi və əziyyət haqqını götürdü. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, əziyyət haqqını ona Yusif verdi. Yusif maşın sürürdü, Rəsula ona pul verməsini dedi, o da paketdən ona pulu verdi.
18. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2532/2024 nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh Baladadaş oğlunun ailə üzvləri ilə birlikdə ona məxsus ünvan 3 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.m olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat məbləğində pulun Cavabdeh Baladadaş oğlundan tutularaq İddiaçı ödənilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğlunun ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, X12, Bakı şəhəri 32 saylı Notariat Ofisi, Bakı şəhəri 6 saylı Notariat ofisi və "xxxx" MMC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
19. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 584 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.metr olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzil hal-hazırda qanuni əsaslarla İddiaçı məxsus olduğundan Cavabdeh Baladadaş oğlunun həmin mənzildə yaşamağı İddiaçı mənzilə sahiblik və istifadə hüquqlarını pozur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia tələbi təmin edilərək Cavabdeh Baladadaş oğlu ailə üzvləri ilə birlikdə ona məxsus ünvan 1 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 13, ümumi sahəsi 119,52 kv.m olan izolə olunmuş 149 saylı 3 otaqlı mənzildən çıxarılmalıdırlar.
20. Məhkəmə qarşılıqlı iddia tələbi bağlı qeyd etmişdir ki, ünvan 4 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2 mərtəbə 13. ümumi sahəsi 119,52 kv.m olan izalə olunmuş 3 otaqdan ibarət 149 saylı mənzil barəsində X12 ilə Evro Stroy-S MMC arasında bağlanmış 13 yanvar 2024-cü il tarixli müqavilənin və həmin mənzil barəsində İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 08 fevral 2024-cü il tarixli 584 nömrəli müqavilənin etibarsız hesab edilməsi üçün və sözügedən mənzilə dair müqavilənin qarşılıqlı iddiaçı Cavabdeh adına bərpa edilməsi üçün əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilmədi.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin İİ bəndinə, Mülki Məcəlləsinin 6.1.5, 152.1, 152.5, 157.2, 337.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə, «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə, Avropa Məhkəməsinin “Broniovski Polşaya qarşı” işi üzrə, “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətlərinin dəlilləri
22. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh Baladadaş oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh X12 ona borcunun olduğundan istifadə edərək mənzilinə dair "xxxx" MMC ilə müqavilə bağlamış, daha sonra isə həmin mənzili İddiaçı satmışdır. Həmin mənzilə dair cavabdehlər tərəfindən müqavilə bağlanmasını həm də o da təsdiq edir ki, mənzil müqavilə üzrə Araz Əsgərova, daha sonra isə Elçin Salamova keçməsinə baxmayaraq mənzildə o, və ailəsi yaşayır. Əgər Arazla "xxxx" MMC arasında bağlanmış müqavilə real olsa idi, o zaman onu həmin evdən Araz çıxarmalı idi. Bu isə ona dəlalət edir ki, Araz Əsgərov heç bir ödəniş etmədən "xxxx" MMC ilə görünüş üçün müqavilə bağlamışdır. İddiaçının mübahisəli mənzilə iddia etməyə əsas verən yeganə sənədi müqavilədir. Lakin iddiaçının mənzilə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə yanlış olaraq isə iddiaçını mülkiyyətçi hesab etmiş və onun subyektiv hüququnun olması qənaətinə gəlmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, müqavilələrin etibarsız hesab edilməsi üçün və sözügedən mənzilə dair müqavilənin onun adına bərpa edilməsi üçün əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Lakin məhkəmə hansı əsas və sübutla bu qənaətə gəldiyini qeyd etməmişdir. Halbuki, məhkəmə iclasında izahat verən cavabdeh X12 izahatında mənzilin borc əvəzi olaraq onun adına keçirildiyini etiraf etmişdir. Lakin məhkəmə bu nüansa qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
26. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. ünvan 5 ünvanlayaraq məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 telegram göndərərək iş fəaliyyəti ilə əlaqədar Bakı şəhərində olmadığından məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərizədə qeyd olunanları təsdiq edən sübutlarını əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
28. X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı: Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı işdə ilkin iddia tələbi təmin edildiyindən, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, işdən müəyyən olunur ki, mübahisəli mənzil "xxxx" MMC tərəfindən xx.xx.2013-cü il tarixli 211 nömrəli müqavilə üzrə Cavabdeh Baladadaş oğlunun adına rəsmiləşdirilmiş və sonradan o, notarial qaydada təsdiq edilmiş ərizə ilə həmin mənzildən və pay haqqından imtina edərək və adına olan müqavilənin istənilən şəxsin adına dəyişdirilməsinə və satılmasına etirazı olmadığını bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli 583 nömrəli müqaviləyə əsasən sözügedən mənzil X6 adına rəsmiləşdirilmiş, sonradan o, ərizə ilə həmin mənzildən və pay haqqından imtina etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli 584 nömrəli müqavilə üzrə mübahisəli mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Hal-hazırda mənzildə Cavabdeh Baladadaş oğlu və onun ailə üzvləri yaşayır.
35. Məhkəmə kollegiyası müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiaya münasibətdə aşağıdakıları qeyd edir.
36. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğlu tələbini belə əsaslandırır ki, Araz Əsgərov, o və Rəsul adlı şəxs şərikli olaraq işləmiş və Araza 35.000 manat məbləğində borcu yaranmış və borcun qaytarılması zəmanəti olaraq Araz Əsgərov ondan dəyərini ödədiyi mənzilə görə pay hüququndan imtina etməyi tələb etmiş, imtinanın müvəqqəti olaraq etmiş, Araz Əsgərov isə ona borcunun olduğundan istifadə edərək onun mənzilinə dair "xxxx" MMC ilə müqavilə bağlamışdır.
37. Birinci instansiya məhkəməsində X12 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mənzilə görə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 150.000 manat məbləğdən Cavabdeh ona 37.000 manat vermiş, qalan pulu özü götürmüşdür Hətta 3.000 manat Yusifdən borc istəmiş, o isə verə bilməyəcəyini demişdir. Mənzili Yusif borc əvəzi olaraq onun adına keçirmişdir (iş v. 89, 95).
38. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğlu isə suallara cavab olaraq bildirmişdir ki, o, İddiaçı tərəfindən verilmiş pulun 150.000 manat olduğunu bilmiş, pul Rəsul və Araza verilmiş, ona pul verilməmişdir (iş v.88).
39. İş üzrə şahid qismində ifadə vermiş şəxslər isə təsdiq etmişlər ki, İddiaçı tərəfindən mənzilə görə 150.000 manat ödənilmiş, pulu Yusif, Araz və Rəsul saymışlar. X1 həmçinin bildirmişdir ki, mənzilin qiymətinin 150.000 manat olduğunu Rəsul və Yusif ona bildirmiş, X9 isə bildirmişdir ki, ona mənzilin pulundan Yusif tərəfindən əziyyət haqqı da verilmişdir. X11 isə bildirmişdir ki, Elçin Yusifə körpə uşağı olduğu üçün mənzilin boşaldılması üçün 40 gün vaxt vermişdir (iş v. 95-97).
40. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, şahidlərin mənzilə görə İddiaçı tərəfindən 150.000 manat məbləğində vəsaitin ödənildiyi həm qarşılıqlı iddia üzrə iddiaçı, həm də X12 tərəfindən təsdiq edilmişdir. Odur ki, iş üzrə ifadə vermiş şahidlərin mübahisənin qarşılıqlı iddia üzrə cavabdehin xeyrinə həll olunmasında maraqlarının olması barədə apellyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir.
41. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baladadaş oğlu ilə X12 arasında olan borc münasibətlərinin təminatı olaraq mənzil xx.xx.2024-cü il tarixli, 583 nömrəli müqaviləyə əsasən sonuncunun adına rəsmiləşdirilsə də, sonradan mənzil xx.xx.2024-cü il tarixli, 584 nömrəli müqavilə ilə İddiaçı adına "xxxx" MMC tərəfindən rəsmiləşdirilərkən Cavabdeh Baladadaş oğlu bu rəsmiləşdirmədən məlumatlı olmuş, həmin rəsmiləşdirmədə iştirak etmiş və buna etiraz etməmiş, İddiaçı tərəfindən mənzilə görə ödənilmiş 150.000 manat məbləğində pulu almış, həmin puldan X10 olan borcunu ödəmişdir. Hazırda qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli mənzildə yaşamağa davam etməsi isə onun mənzilə görə ödəniş etmiş İddiaçı uşağının dünyaya gəlməsi ilə bağlı mənzilin boşaldılması üçün müəyyən vaxt istəməsi ilə bağlı olmuşdur.
42. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
43. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırda qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrin mübahisələndirilməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
44. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilməsi barədə də düzgün nəticəyə gəlmişdir.
45. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103).
46. İlkin iddia üzrə iddiaçı tərəfindən mənzilin dəyəri cavabdehə ödənildiyindən, mənzili inşa edən MMC tərəfindən mənzilə dair xx.xx.2024-cü il tarixli müqavilə iddiaçının adına rəsmiləşdiyindən, mənzilə dair bu müqavilədən irəli gələn hüquq gələcəkdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması gözlənildiyindən iddiaçının həmin mənzilə mülkiyyət hüququnu əldə etmək üçün “qanuni gözləntisi” mövcuddur.
47. Şərh olunanlara əsasən məhkəməsi kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2532/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh Baladadaş oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: