Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4567/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qurban Pirimov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinə və AZərbaycan Respublikası Mədəniyyət NAZirliyinin X1 idarəsinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmrin etibarsız hesab edilməsi, işə bərpa) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər NAZim qızının katibliyi, İddiaçı Fərhad oğlunun, cavabdeh AZərbaycan Respublikası Mədəniyyət NAZirliyinin X1 idarəsinin nümyəndəsi X3 iştirakı ilə İddiaçı Qurban Pirimov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinə və AZərbaycan Respublikası Mədəniyyət NAZirliyinin X1 idarəsinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa olunma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. xx xxxxx 1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1972-ci il tarixdən etibarən X1 İdarəsinin Ağdam Rayon Qurban Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbində (Musiqi Məktəbi) tar müəllimi vəzifəsində işləmiş, 65 yaşı tamam olduqdan sonra Musiqi Məktəbinin direktorunun xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli əmrləri ilə əmək müqaviləsinin müddəti uzadılmış, Musiqi Məktəbinin direktorunun xx.xx.2021-ci il tarixli 07 nömrəli əmri ilə əmək müqaviləsinə AZərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir.
2. İddiaçı tərəfindən X1 İdarəsinin rəsinə xx.xx.2021-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, o, ailə vəziyyətini və köçkünlüyünü nəzərə alaraq onunla bağlanmış müqavilənin müddətini uzadılmasını xahiş etmiş, ona məlumat vermədən müqaviləyə xitam verilə biləcəyini bildirmişdir.
3. Qurban Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru Mədəniyyət NAZirliyinin X1 İdarəsinin rəisinə xx.xx.2021-ci il tarixdə məktub ünvanlayaraq, məktəbin ixtisas tar müəllimi Allahverdi Bilunun 2021-ci ilin may ayında vəfat etdiyi üçün məktəbdə yalnız bir tar müəllimi Rövşən Əhmədovun qaldığını, xanəndəlik sinifi üçün də müşayətçi tar müəllimi yerinin hAZırda vakant olmasını, beləliklə məktəbdə tar müəllimi üçün zəruri ehtiyac yarandığını bildirmiş, zəruri ehtiyacı nəzərə alaraq məktəbin X8 şöbəsinin müdiri, ixtisas tar müəllimi İddiaçı 65 yaşı tamam olmasına baxmayaraq növbəti 2021-2022 tədris ilində fəaliyyətinin davam etdirməyinə köməklik göstərməsini xahiş etmişdir.
4. X1 İdarəsinin İddiaçı ünvanladığı 17 sentyabr 2021-ci il tarixli məktubda bildirilmişdir ki, o, Qurban Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbinin 07 saylı 11 iyun 2021-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən tutduğu vəzifədən AZad edilmişdir.
5. 22.09.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı ilə bağlanmış X7 Məcəlləsinin 70-ci maddəsinin "e” bəndinə əsasən xitam verildiyi üçün işdən AZad edildiyindən tibbi müayinə kartı və əmək kitabçası müdiriyyət tərəfindən ona təhvil verilmiş, texniki dinləyişlər kitabı, dinləyişlər kitabı, açıq dərslər protokolu, şöbənin iclas protokolu, bütün fənlər üzrə proqramlar ondan təhvil alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. Kərimov X2 Primov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinə və AZərbaycan Respublikası Mədəniyyət NAZirliyinin X1 idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək haqqında Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş, “tar müəllimi vəzifəsindən AZad edilməsi barədə” xx.xx.2021-ci il tarixli 07 saylı əmrinin etibarsız hesab edilməsi, vəzifəsinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 1973-cü ildən 2021-ci ilin iyul ayına qədər fasiləsiz və qüsursuz olaraq Ağdam şəhər Qurban Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbində ixtisasına uyğun olaraq tar müəllimi, hAZırda isə həmin məktəbdə “X8” şöbəsinin müdiri işləmiş, 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, rəhbərlik tərəfindən dəfələrlə təşəkkür və fəxri fərmanlar almış, 2020-ci ildə 65 yaşının tamam olmasına baxmayaraq məktəbdə tar müəlliminə olan zəruri ehtiyacı nəzərə alan məktəbin direktoru X4 Regional Mədəniyyət İdarəsinin rəisinə müraciəti əsasında fəaliyyətini davam etdirməsi üçün onunla 3 dəfə müddətli müqavilə bağlanılmışdır. Bundan sonra həmişə olduğu kimi yeni dərs ilinin açılmasını gözləmiş, sentyabr ayında yeni dərs ilinə başlamaq üçün məktəbə getdikdə məktəbin direktoru bildirmişdir ki, məktəbdə tar müəlliminə çox böyük zəruri ehtiyac olmasına, onsuz da çox AZ sayda tar müəllimlərinin olmasına, eləcə də 2021-ci ildə digər tar müəllimi Allahverdi Bilinin vəfat etməsi nəticəsində vəziyyətin daha da çətinləşməsinə və ən AZı 4-5 tar müəlliminə ehtiyac olduğuna baxmayaraq, onunla yenidən müvəqqəti müqavilə bağlanılmasına icAZə verməsinə dair Regional İdarəyə yenicə təyin edilmiş rəis Qalib Həsənova göndərdiyi təqdimata müsbət cavab verilməmiş, buna görə də onu 11 iyun 2021-ci ildən işdən AZad etmişdir. Ona bunu yalnız 22 sentyabr 2021-ci il tarixdə yeni dərs ilinin başlaması ilə əlaqədar məktəbə gedəndə bildirmişlər və həmin tarixdə də sənədlərini və əmək kitabçanı direktor imza edərək ona rəsmi qayda təqdim etmişdir. Bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Onun üçün çox anlaşılmAZ və təəcüblüdür ki, AZ qala 50 il eyni müəssisədə tar müəllimi işləyən, yaxşı fəaliyyətinə görə həmin məktəbdə şöbə müdiri vəzifəsinə irəli çəkilən, dəfələrlə təşəkkür və fəxri fərmanlar almış, indiyə qədər bir dəfə də olsun ən adi cəza, tapşırıq almamış, müsbət xasiyyətnaməsi olan, YAP-ın üzvü, ailəliklə Ağdam rayonundan məcburi köçkün, başqa heç bir yerdə işləməyən, hər il keçdiyi dövrü tibbi müayinənin rəyi ilə praktiki sağlam olduğu müəyyənləşdirilən işçi ilə hansı məqsədlə müvəqqəti müqavilə bağlanılmasına icAZə verilməyib. Əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin 1993-cü ildən Bakı şəhərində müvəqqəti fəaliyyət göstərən Ağdam şəhər Qurban Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verildiyi göstərilib, lakin ona təqdim olunan “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı X5”ndə işəgötürənin adı AZəbaycan Respublikası Mədəniyyət NAZirliyinin X1 İdarəsi kimi göstərilib. Çox maraqlı və müəmmalıdır ki, yeni təyin olunmuş rəis Qalib Həsənovu hansı şəxsi marağı təhrik edir ki, hAZırda mövcud “Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin yaş həddinə çatdıqda” qanunda verilmiş qanuni imkandan istifadə etməsin. Həmin qanuna görə müəssisədə işçiyə ehtiyac olduqda işçilərin ümumi sayının 2 faizindən çox olmamaq şərtilə yaşı 65-dən yuxarı işçilərlə 70 yaşına qədər müddətli müqavilə bağlanılmasına qanun yol verir. Həmin qaydalara uyğun olaraq bütün büdcə təşkilatlarında olduğu kimi, onlarda da 65 yaşdan yuxarı işçilərin müvəqqəti müqavilə vaxtı bitdikdə AZad edilirlər və müəssisə rəhbərinin müsbət xasiyyətnaməyə malik işçilərlə ərizəsi əsasında yenidən müvəqqəti əmək müqaviləsi bağlanılır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, əmək qanunvericiliyinin tələblərinə görə Dövlət büdcəsindən maliyyələşən iş yerlərində çalışmanın son yaşı həddi 65-dir və bundan sonra işçinin həmin müəssisədə çalışması üçün işçi ilə işəgötürənin qarşılıqlı rAZlığı əsasında müqavilə bağlanmalıdır. İşəgötürənin əmək müqaviləsi bağlanmasına məcbur edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. İddiaçı 65 (altmış beş) yaşına çatdığından və əmək müqaviləsinə çalışmanın son yaş həddinə çatdığı üçün xitam verildiyindən iddia tələbi təmin edilməməlidir.
10. Həmin qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını irəli sürmüşdür.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh Qurban Primov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin nümayəndəsi məhkəməyə gəlməmiş, cavabdeh Mədəniyyət NAZirliyinin X1 idarəsinin nümayəndəsi X6 isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
AZərbaycan Respublikasının Əmək Məcəlləsi
12. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
13. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
14. Maddə 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
15. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
16. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirAZlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
20. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirAZlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
25. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir və qətnamənin ləğvi üçün hər hansı əsas mövcud deyildir.
26. İşin hallarından aydın olur ki, İddiaçı 65 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuş, beləliklə o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinin təsir dairəsinə düşmüş, Qurban Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbinin xx.xx.2020-ci il tarixli 72 nömrəli əmri ilə onun əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 10-1 maddəsinə əsasən dərs ilinin sonuna qədər, xx.xx.2020-ci il tarixli 92 nömrəli əmrlə xx.xx.2020-ci il tarixinə qədər, xx.xx.2021-ci il tarixli 01 nömrəli əmrlə xx.xx.2021-ci il tarixinə qədər uzadılmışdır.
27. Əmək Məcəlləsinin yuxarıda sadalanan müddəalarından göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətinin uzadılması onun işlədiyi müvafiq dövlət orqanının səlahiyyətinə aiddir və işçinin həmin müəssisədə çalışmasının davam etdirilməsi barədə qərar qəbul etmək imkanı müvafiq dövlət orqanlarının diskresion səlahiyyəti kimi nəzərdə tutulmaqla, həmin orqan(lar)ın bu səlahiyyət(lər)indən istifadə etmələri (etməmələri) işçinin hüququnun pozulması kimi qiymətləndirilə bilməz.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
29. Yuxarıda göstərilənlərə əsasən və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1910/2022 saylı iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə AZərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov