Məhkəmə qərarları › İş №2(103)-4574/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4574/2021

28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4574/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(005)-2198/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla) “uşağın atası olmadan tək anasının yanında qalması və tək ananın himayəsində olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində anadan olmuş 21 yanvar 2007-ci il təvəllüdlü X1 atası olmadan tək anası olaraq onun yanında qalması və tək ananın himayəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(005)-2198/2021 saylı qərardadı ilə ərizənin qəbul edilməsindən imtina olunmuşdur. Ərizəçi tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(005)-2198/2021 saylı qərardadından verilmiş şikayət məhkəmənin 06 aprel 2021-ci il tarixli qəraradı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, Ərizəçi tək ana olmağı Bakı şəhəri Maraqlı şəxs 04.02.2017-ci il tarixli, 108 nömrəli forma 4 arayışında da öz əksini tapmış, həmin sənəd əsasında tək ana kimi qızı ilə Azərbaycan Respublikası ölkə hüdudlarını tərk edib xarici ölkələrə səyahət etmişdir. Həmin arayış əsasında o, qızı 21.07.2007-ci il təvəllüdlü X3 ilə Türkiyə Respublikasına köçməli olmuşdur. Maraqlı şəxsnə müraciəti əsasında tək ana olmağı öz təsdiqini tapdığından həmin faktın sübut olunması zərurəti yaranmamış, sadəcə qızının atası olmadan tək onun himayəsində olmağı və yaşaması faktı təsdiq olunmalıdır ki, qızı onunla Türkiyə Respublikasında oturumuna, təhsilinə doğum haqqında şəhadətnamədə onun sözləri əsasında yazılmış atanın razılığı tələb olunmasın. Sözügedən faktın təsdiqi barədə məhkəmə qərarı qızının təhsili üçün yaranmış bu süni manelərin aradan qaldırılması üçün ondan Türkiyə Respublikasında tələb olunur. Ərizəçi, ərizəsində göstərilən hallarda qızı barəsində mübahisə olmadığından, həmin faktın təsdiqi məhz Azərbaycan Respublikasında deyil, Türkiyə Respublikasında təhsili üçün yaranmış süni manelərin aradan qaldırılması üçün lazımdır. Qızının orda təhsilinə dair də bütün sənədlər ərizəyə əlavə edilmişdir. Ərizəçinin tək ana olması faktı Maraqlı şəxsndə forma 4 arayışı ilə təsdiq olunduğundan qızının yalnız onun himayəsində olması Azərbaycan Respublikasında təsdiq etmiş olur, lakin Türkiyə Respublikasında qızının təhsili üçün həmin forma 4 arayışdan əlavə atanın qızı üzərində hüququnun olmaması, tək ananın himayəsində olmasına dair məhkəmə qərarı tələb olunur. Qızının onun himayəsində olması və ananın yanında tək yaşaması faktı xüsusi icraat qaydasında həll edilməli məsələlərdən biridir. Qanunvericiliyin tələbindən aydındır ki, Ərizəçi tək ana olmağı Maraqlı şəxs forma 4 arayışına əsasən müəyyən edilmiş, lakin qızının Türkiyə Respublikasında yalnız onun himayəsində olması, təhsili, tərbiyəsi və cəmiyyətə yararlı şəxsiyyət kimi formalaşması üçün onun himayəsində və ya yanında qalması müəyyən edilməsini başqa sənədlə alması mümkün deyildir, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir, cavabdeh qeydiyyat şöbəsinə inzibati qaydada himayədə olma faktı öhdəlik kimi qoyula bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(005)- 2198/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Həmin Qərarın 3-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 3.1-ci bəndinə əsasən şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Ərizəçinin özünün də qeyd etdiyi kimi, Ərizəçi tək ana olmağı Bakı şəhəri Maraqlı şəxs 04.02.2017-ci il tarixli, 108 nömrəli forma 4 arayışında da öz əksini tapmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi MPM-nin 153.2.1 maddəsinə əsasən ərizənin qəbulundan imtina edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(005)-2198/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar