Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4578/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “işəgötürənin pozulmuş hüquqları ilə əlaqədar vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1604/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı MMC tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6758 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1604/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)- 1604/2022 saylı qətnaməsinin ləğv edilməsi, Cavabdeh vurmuş olduğu ziyan olan 6758 manat pulun tutularaq İddiaçı MMCyə ödənilməsinə dair iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamənin çıxarılması xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə qərardad ləğv edilməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyator tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1604/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsindən verilmiş şikayətə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənildiyi barədə sübut əlavə edilməmişdir. Apellyator “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1ci maddəsinə istinadən dövlət rüsumu ödəməkdən azad olduğunu qeyd etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu 9.1- ci maddəsində dövlət rüsumu ödəməkdən azad olunan şəxslərin dairəsi müəyyən olunmuşdur. Həmin normadan bəlli olur ki, dövlət rüsumundan azad olunanların dairəsinə həm fiziki, həm də hüquqi şəxslər aid edilmişdir. Qeyd olunan normanın sistematik təhlilindən isə aşkar bəlli olur ki, norma əsasən fiziki şəxslərə yönəlib və sosial baxımdan aztəminatlı, sosial yardıma ehtiyacı olan, həssas əhali qrupuna aid olan şəxslərə (məsələn, şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlərə və s.) güzəştli şərait yaratmaq və məhkəmə xərclərindən azad etmək məqsədi daşıyır. Hüquqi şəxslərdən isə sadəcə sosial təminat orqanları, büdcə təşkilatları və bələdiyyələrə şamil edilir. Bununla da aydın olur ki, həmin norma qeyd olunanlardan başqa digər şəxsləri, o cümlədən də hüquqi şəxsləri nəzərdə tutmur. Yuxarıda qeyd edildiyi kimi İddiaçı MMC həmin normanın 9.1.1-ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunduğu təsbit olunmuşdur. Həqiqətən də, həmin normada ümumi olaraq iddiaçıların rüsumdan azad olduğu göstərilsə də, normanın yuxarıda verilən təhlilindən də bəlli olur ki, o yalnız əmək münasibətlərində olan işçiləri nəzərdə tutur və yalnız onlara şamil oluna bilər. Hər hansı əks yanaşma və həmin normanın başqa cür təfsiri, yəni onun həm də işəgötürənə (xüsusən də, kommersiya hüquqi şəxsinə) şamil edilməsi həmin normanın güddüyü məqsədlər baxımından yolverilməzdir. İddiaçının kommersiya hüquqi şəxs olduğunu və normanın tətbiqinin əsas məqsədini nəzərə aldıqda müəyyən olur ki, hazırkı iş üzrə iddiaçının dövlət rüsumundan azad edilməsi nəzərdə tutulmamışdır. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, apellyasiya şikayətinin verilməsi ödənilmiş dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli şikayətin mümkünlüyünə dair qərardadı ləğv edilməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli şikayətin mümkünlüyünə dair qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1604/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4578/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4578/2022
19.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver