Məhkəmə qərarları › İş №2(103)-4578/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4578/2024

22.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4578/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MÇC-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və aylıq əmək haqqına əlavələrin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və aylıq əmək haqqına əlavələrin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2585/2024 nömrəli 17 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmək kitabçasından müəyyən edilir ki, İddiaçı 11 noyabr 2011-ci il tarixdə Cavabdeh LTD MMC Kommersiya Departamentində Müştəri Xidmətləri Şöbəsinin Məlumat Mərkəzi bölməsində X12 vəzifəsinə işə qəbul olunmuş, 17 sentyabr 2012-ci il tarixdə Pərakəndə Satış və X2 bölməsinin Təlimat yarımbölməsində Təlimatçı vəzifəsinə keçirilmiş, 01 fevral 2013-cü il tarixdə Satış Administrasiyası bölməsində Xidmət Mərkəzlərinin keyfiyyətinə nəzarət üzrə koordinator vəzifəsinə keçirilmiş, 01 may 2013-cü il tarixdə X8 Əsas Müştəri qrupları ilə iş üzrə Menecer vəzifəsinə keçirilmiş, 03 fevral 2014-cü il tarixdə X1 vəzifəsinə keçirilmiş, 20 iyul 2016-cı il tarixdə Satış və Marketinq Departamentinin B2B Satış və X6 Kiçik və Orta Müəssisələrlə iş bölməsində Korporativ Satış üzrə Baş Administrator vəzifəsinə keçirilmiş, 17 oktyabr 2017-ci il tarixdə Satış İdarəsinin B2B satış bölməsinin Kiçik və orta müəssisələrlə iş bölməsinin korporativ satış üzrə baş administrator vəzifəsinə keçirilmiş, 07 sentyabr 2018-ci il tarixdə Satış İdarəsinə Korporativ satış üzrə baş mütəxəssis vəzifəsinə keçirilmiş, 01 iyul 2020-ci il tarixdə Satış idarəsinə B2B müştəri qruplarının cəlb olunması üzrə menecer vəzifəsinə keçirilmiş, 02 avqust 2021-ci il tarixdə B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri vəzifəsinə keçirilmiş, 04 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

2. Cavabdeh MMC-nin 04 dekabr 2023-cü il tarixli B062-T-23 nömrəli əmri ilə Cavabdeh MMC-nin B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03 fevral 2014-cü il tarixli, 1211/4 nömrəli əmək müqaviləsi 06 dekabr 2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş, Cavabdeh MMC-nin B2B Satış Departamentinin mütəxəssisi X4 “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmiş, Cavabdeh MMC-nin B2B Satış Departamentinin mütəxəssisi X5 “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.

3. Cavabdeh MMC (müəssisələrarası satış və məhsul marketinqi üzrə şöbə müdiri Fuad Xəlilov) ilə korporativ abunəçi “X17” MMC (qanuni təmsilçisi Behbud Suvanverdiyev) arasında 12 may 2020-ci il tarixdə ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır.

4. Cavabdeh MMC (B2B satış üzrə rəhbər Fariz Cəfərov) ilə korporativ abunəçi "xxxx" MMC (qanuni təmsilçi Muradxan Əliyev) arasında 15 dekabr 2021-ci il tarixdə ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır.

5. Cavabdeh MMC (müəssisələrarası satış və məhsul marketinqi üzrə şöbə müdiri Fuad Xəlilov) ilə korporativ abunəçi "xxxx" MMC (qanuni təmsilçisi Turxan Hüseynov) arasında 14 aprel 2021-ci il tarixdə ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır.

6. Cavabdeh MMC (müəssisələrarası satış və məhsul marketinqi üzrə şöbə müdiri Fuad Xəlilov) ilə korporativ abunəçi "xxxx" MMC (direktor Həsəni Vüqar) arasında 19 may 2020-ci il tarixdə ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır.

7. Mobil Aparatların/planşetlərin Korporativ müştərilərə Kredit ilə satışına dair sənədin "xxxx" adlanan 5-ci bəndində qeyd edilmişdir ki, Şirkətin müəyyənləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.1. müraciət məktubu 5.2. xidmətin aktivləşməsi yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra edilə bilər. 5.3.korporativ müştərilərə planşetlər/mobil aparatlar hal-hazırda 400 manatdan 1200 manatadək (ƏDV daxil) qiymət cədvəli əhatə edən sərfəli şərtlərlə təklif olunur. 6.4-cü bəndə əsasən Korporativ satış şöbəsinin agenti mobil aparatların kreditlə satışı xidmətinin göstərilməsi təsdiqini yalnız Risk və Kredit nəzarəti üzrə qrup tərəfindən elektron poçt vasitəsilə aldıqdan sonra proseduru yerinə yetirə bilər. 6.10-cu bəndə əsasən Korporativ müştəri tərəfindən mobil aparatların 12, 18 ay ərzində vaxtinda ödənilməsinin nəzarətinə görə Risklər üzrə qrup məsuliyyət daşıyır.

8. 25 fevral 2023-cü il tarixli 8İ-1755 nömrəli icra qeydinə görə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X9 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə "xxxx" MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 8184,29 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 8209,29 manat pul tutulsun.

9. 02 noyabr 2023-cü il tarixli 8İ-6286 nömrəli icra qeydinə görə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X13 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə "xxxx" MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 11397,93 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 11422,93 manat pul tutulsun.

10. 27 fevral 2023-cü il tarixli 8İ-1681 nömrəli icra qeydinə görə Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X14 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə "xxxx" MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 23602,81 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 23627,81 manat pul tutulsun.

11. 8 oktyabr 2021-ci il tarixli 8İ-4396 nömrəli icra qeydinə görə Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X19 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə “X17” MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 26233,77 manat, tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 26253,77 manat pul tutulsun.

12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2732/2023 saylı 04 sentyabr 2023-cü il tarixli qiyabi qətnaməsindən müəyyən edilir ki, cavabdeh "xxxx" MMC-dən mobil cihazların dəyərinə görə 17.745 manat borcun, mobil cihazın dəyərinin ödənilməməsinə görə 257,25 manat cərimənin, abunə haqqı olan 8.965,98 manat borcun, rabitə xidmətlərinə görə 29.625,54 manat haqqın, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 120 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

13. "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri Samiq Seyidov adına Bakcell Korporativ satış şöbəsinin, Yeni müştərilərin cəlb olunması üzrə bölmə rəhbəri İddiaçı tərəfindən verilmiş 11 may 2023-cü il tarixli izahatdan görünür ki, o, 2010-cu ildən bakcell şirkətində əlaqə mərkəzində operator vəzifəsində iş fəaliyyətinə başlamışdır. 2014-cü ildən Bakcell Korporativ satış şöbəsinin, satış meneceri vəzifəsində çalışmağa başlamış, 2020-ci ildən bu günə kimi Müştərilərin cəlb olunması üzrə bölmə rəhbəri vəzifəsində iş fəaliyyətini davam etdirir. Rəhbərlik etdiyi bölmədə müxtəlif dövrlərdə 2-4 nəfər əməkdaş çalışmışdır. Vəzifə öhdəliklərinə əsasən, şirkətlərin cəlb olunması müxtəlif yollarla həyata keçirilir, məsələn: şəxsi tanışlıq, internet portallar üzərindən, Elektron ünvan 1 və Elektron ünvan 2 elektron poçt ünvanları üzərindən daxil olan müraciətlər əsasında, rəhbər şəxslər tərəfindən yönləndirilən şirkətlərin cəlb olunması, eləcə də rəqib şirkətlərdən (əsasən Azercelldən) müştərilərin cəlb olunması və mütəmadi olaraq keçirilən sərgilər zamanı müştərilərin cəlb olunması prosesi onun və rəhbərlik etdiyi bölmənin əməkdaşları tərəfindən həyata keçirilir. Eyni zamanda dövlət qurumları tərəfindən keçirilən tender proseslərində də iştirak edirlər. Cəlb olunan şirkətlərlə sorğulanan nömrə sayına görə görüşlər təyin olunur (çoxlu sayda nömrə tələbatı olduğu halda, o şirkətlərə daha çox üstünlük verilir) və danışıq zamanı görüşün yeri təyin olunur. Görüş yeri əsasən cəlb olunan şirkətin təklif etdiyi məkanlarda baş tutur, çox zaman cəlb olunan şirkətlərin ofislərində görüş təyin edilir. Şirkətlər cəlb olunduğu zaman, cəlb olunan şirkət tərəfindən təqdim olunan sənədlər-məlumatlar müqavilədə əks olunur. Təqdim olunan məlumatların daimi olaraq hər hansı bir vəzifəyə təhkim olunmuş şəxs tərəfindən deyil, vergi sistemində məlumatları qeyd edilmiş qanuni təmsilçi, müdir və yaxud istənilən şəxsdən qəbul oluna bilər. Qanuni təmsilçi və müdir barədə məlumatlar vergi sisteminin portalında əks olunur və asanlıqla yoxlamaq mümkündür. Digər şəxslər tərəfindən təqdim olunan sənədlərin və eləcə də məlumatların düzgünlüyünü, eləcə də cəlb olunan şirkət tərəfindən təqdim olunan məlumatların-sənədlərin dürüstlüyünü dəqiqliklə yoxlamaq üçün müvafiq resurslar mövcud deyildir. Qoşulan şirkətin növündən asılı olaraq, fiziki sahibkar və hüquqi şəxs olaraq qeydiyyat olunur. Fiziki şəxs adından bəlli olduğu əsasən 1 şəxs olaraq fəaliyyət göstərir, əsasən fəalliyyət sahəsi iaşə obyektləri, kənd təsərrüfatları məhsulları ilə məşğul olan sahibkarlardır. Hüquqi şəxslər isə nizamnamə kapitalına malik, eləcə hüquqi sənədlər toplusu ilə qeydiyyat olunmuş şirkətlər sayılır. Qoşulan şirkətin fəaliyyətini araşdırmaq üçün görüş zamanı qarşı tərəfə şirkətin fəaliyyətinə dair, işçi sayına, iş saatlarına, xidmət sahəsinə,birgə çalışdığı digər şirkətlərin və yaxud şəxslər barədə məlumat sorğulanır. Eləcə də cəlb olunan şirkət və yaxud şəxs barəsində tövsiyyə xarakterli məlumatlar verə biləcək şəxslər və ya şirkətlər barədə də məlumatlar toplanır, cəlb olunan şirkətlər barədə məlumatlar toplanaraq, cəlb edən əməkdaş tərəfindən müqavilə blankında müvafiq qeydlər aparılır və məlumatlar ECM sistemdə yerləşdirilir. 2022-ci il ərzində rüblük ortalama satış hədəfi şirkət sayına görə 45 şirkət, 1450 nömrə, 100000 manat məbləğində ödəniş təşkil edir. Qoşulan şirkətlərə mobil cihazların satışı xüsusi hallarda həyata keçirilir. Satış sahəsi üzrə şəxsi təcrübəsinə əsaslanaraq, rəhbərlik etdiyi bölmənin əməkdaşlarına cəlb olunan şirkətlərə mobil cihazların satışı zamanı tanımadıqları, fəaliyyətində əmin olmadıqları şirkətlərə qəti şəkildə mobil cihazların satışını həyata keçirməməklə bağlı dəfələrlə şifahi göstərişlər vermişdir. Cəlb olunan şirkətə mobil cihazların satılması ilə bağlı məlumatlar ECM sistem üzərindən daxil olur və orada təqdim olunan cihaz və şirkət barədə müvafiq məlumatlar əks olunur. ECM sistem üzərindən Daxil olan məlumatları nəzərdən keçirib, razılıq və yaxud müəyyən qane etməyən səbəblər olduğuna görə imtina edir. Yeni prosedura əsasən, şirkət cəlb olunub, qoşulduqdan sonra 6 ay müddətində qüsursuz iş birliyi olduğu halda, mobil cihazların satışına icazə verilir. Köhnə prosedura əsasən (2018-2022-ci ilin yay aylarına qədər) cəlb olunan şirkətlərə mobil cihazların təqdim olunmasına dair hər hansı bir kriteriya və yaxud qadağa yox idi.

14. "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri Samiq Seyidov adına Bakcell Korporativ satış şöbəsinin, kiçik və orta biznes və dövlət strukturları ilə iş üzrə mütəxəssisi İslam Bababəyov tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli izahatdan görünür ki, cəlb olunan şirkətlər barədə təqdim olunan məlumatlardan əlavə məlumatlar toplanılmır və İ.Bababəyov tərəfindən müqavilə blankında müvafiq qeydlər aparıb ECM sistemdə yerləşdirir. ECM üzərindən bütün təqsirlərdən keçəndən sonra tərəflərindən imzalanmış müqavilə kuryer şirkətə imza üçün göndərilir. Aylıq ödənişlərdə gecikmə yoxdursa və PartPay/FullPay ödəniş növü olan şirkətlərə sorğu əsasında mobil və internet cihazlar verilir. Şirkət qoşulduqdan 3 ay sonra mobil cihaz təqdim edilir.

15. "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri Samiq Seyidov adına Bakcell Korporativ satış şöbəsinin rəhbəri X16 tərəfindən verilmiş 17 may 2023cü il tarixli izahatdan görünür ki, cəlb olunan şirkətlər tərəfindən sorğulanan nömrə sayına əsasən, şirkət barədə müxtəlif məlumatlar sorğulanmalıdır. Məsələn, şirkətin fəaliyyət növü, işçi sayı, qoşulan nömrələrə görə ödəniş növü (fullpay, partpay, paybysubs) və şirkətin yerləşdiyi əraziyə (ofisə) baxış keçirildikdən sonra vizual dəyərləndirmə aparılmalıdır. Qoşulan şirkət tərəfindən təqdim olunan sənədlərə əsasən müqavilə tərtib olunur, şirkəti cəlb edən əməkdaş və onun bölmə rəhbəri ilk öncə müqaviləni imzaladıqdan sonra sənədlər ECM sisteminə (qeyd olunan sistem 2021-ci ilin sentyabr ayından istifadəyə verilib) yüklənir, sistem üzərindən əməkdaşın bölmə rəhbəri təsdiqlədikdən sonra ona yönəldilir. O da öz növbəsində müqaviləni nəzərdən keçirib, uyğunsuzluq aşkar olunmadıqda, növbəti yoxlama mərhələsinə - kredit nəzarət bölməsinə yönləndirir. Kredit nəzarət bölməsi tərəfindən prosedur üzrə yoxlanışlar aparıldıqdan sonra, müqavilənin imzalanması üçün ona təhkim olunur. Tərəflərindən qoşulan nömrələr üzrə fullpay və partpay nömrələrə daha çox üstünlük verilir. Belə ki, son statistikaya əsasən (2022-ci il üzrə), qoşulan şirkətlərin 70% üzəri partpay nömrələrin payına düşür. Qoşulan şirkətlərə mobil cihazların satışı köhnə prosedura (2018-2022-ci ilin noyabr aylarını əhatə edir) əsasən, qoşulan şirkətin vergi sistemində qeydiyyatı 6 aydan çox olmalıdır. Yeni prosedura əsasən (2023-cü ilin yanvar ayından qüvvəyə minib) qoşulan şirkətlərə mobil telefonların satışı, qoşulan şirkətin vergi sistemində qeydiyyatı və Bakcell MO ilə əməkdaşlığı 6 aydan yuxarı olmalıdır, şirkətin balansında olan nömrələrin 80%-i "xxxx" ödəniş növü ilə qeydiyyat olunmalıdır. Şirkətin vergi sistemində qeydiyyatı, vergi borcları və digər bu kimi məsələlər kredit nəzarət bölməsi tərəfindən yoxlanılır. Əlavə suallar yarandıqda və yaxud şirkətin fəaliyyətinə dair şübhə doğuran məqamlar olduqda, şirkət ilə əlaqə saxlanılır və yaxud ECM sistem üzərində şirkətin yoxlanılması üçün əlavə olaraq Fraud managment və yaxud Təhlükəsizlik əməkdaşlarına müraciət olunur. Şirkətin fəaliyyətində yaranmış boşluqlar və yaxud maliyyə çatışmazlıqları ilə bağlı məlumatlar ilkin olaraq kredit- nəzarət bölməsi tərəfindən təqdim olunur. Alınan məlumatlar əsasında rəhbərlik etdiyi şöbənin bölmə rəhbərlərinə yaranmış çətinliklə bağlı ilkin məlumat yönləndirilir. Şirkətin faəliyyətində yaranmış ciddi pozuntularla bağlı, birbaşa şirkəti cəlb edən əməkdaşla fərdi söhbət aparıb, şirkətin fəaliyyətini araşdırıb, mövzü ilə bağlı addımların atılması mexanizmi tərtib olunur. Əməkdaşlıq olunan şirkət ilə bağlı yaranmış çətinliyin aradan qaldırılmasında heç bir nailiyyət əldə olunmadığı təqdirdə kredit-nəzarət bölməsi mövcüd vəziyyət ilə bağlı məlumatlandırılır və prosedura əsasən, müvafiq addımlar atılır. Eyni zamanda şəxsi təşəbbüsü əsasında şübhə doğuran qeyri-sağlam şirkətlər barəsində məlumat “Biznesə dəstək” bölməsinə məlumat verilir və şirkətlərə göstərilən xidmətlərin dayandırılması tapşırığı verilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2023 tarixli, B062–T–23 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə, Cavabdeh MMC-nin “B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri” vəzifəsinə bərpa olunması, işə bərpa olunduğu vaxtadək məcburi işburaxmaya görə əmək haqqının tutulması; 2023-cü ilin iyul, avqust və sentyabr aylarına aid olan aylıq əmək haqqına əlavə bonusların (gəlir hissəsinə görə) cavabdeh təşkilatdan tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ƏM-nin 72-ci maddəsində sadalanan halların heç biri onun əmək fəaliyyətində olmamışdır. O, Cavabdeh MMC-də 13 ildən artıq qüsursuz olaraq işləmişdir və iş fəaliyyətində heç bir qanun pozuntusu olmamışdır. Bundan əlavə Cavabdeh MMC tərəfindən dəfələrlə kvartal, illər üzrə ən yaxşı işçi adına layiq görülmüşdür. Xüsusi mükafatlara və sertifikatlara layiq görülmüşdür. Cavabdeh MMC-nin daxili qiymətləndirməsinə əsasən bu illər ərzində ilin ən yaxşı işçisi mükafatlarına layiq görülmüşdür. Onun aldığı qədər Cavabdeh MMC tarixində mükafatlandırılan olmamışdır. "xxxx" MMC-nin baş satış direktoru Zaur Bayramov və “B2B və Fix məhsulların satış departamenti”-nin direktoru Fuad Xəlilov özləri düşmənçilik zəminində, məqsədli formada təşkil edərək, onun işdən çıxarılmasına səbəbkar olmuşlar. Cavabdeh barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli əmri belə əsaslandırmışdır ki: Cavabdeh MMC-yə xidmət göstərilən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışa əsasən, Cavabdeh MMC-nin B2B satış şöbəsinin əməkdaşları tərəfindən bir sıra hallarda korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması zamanı qüvvədə olan siyasət və prosedur tələbləri pozulmuşdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, “X17” MMC ilə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmış və adı çəkilən şirkətə kreditlə 20.000 manatdan yuxarı dəyərdə mobil telefonlar verilmişdir. Bundan başqa "xxxx" MMC ilə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış və bu şirkətə kreditə təqribən 7000 manat dəyərində mobil telefonlar verilmişdir. Halbuki, “Mobil aparatların/planşetlərin korporativ müştərilərə kreditlə satışı” Prosedurunun 5.3 və 6.1ci bəndlərinə əsasən korporativ müştərilərə planşetlər/mobil aparatlar hal-hazırda 400 manatdan 1200 manatadək qiymət cədvəli əhatə edən sərfəli şərtlərlə təklif olunur. Adları çəkilən müəssisələrin cəlb olunmasının rəsmiləşdirilməsini və onlara mobil telefonların təhvil verilməsini təmin edən B2B satış şöbəsinin mütəxəssisi X10 verdiyi izahatda “Mobil aparatların və planşetlərin korporativ müştərilərə kredit və satışı” prosedurundan məlumatı olmadığını və rəhbəri tərəfindən bu barədə məlumatlandırıldığını bildirmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC, "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC), "xxxx" MMC və "xxxx" MMC-nin də cəlb edilmələri zamanı yuxarıda qeyd edilmiş prosedurun tələbləri pozulmuş, bu şirkətlərə müvafiq olaraq təqribən 20000 manat, 9000 manat, 18000 manat və 5500 manatdan yuxarı dəyərdə mobil telefonlar verilmişdir. “Mobil aparatların və planşetlərin” korporativ müştərilərə kredit ilə satışı” prosedurundan başqa adları çəkilən müəssisələrin cəlb edilməsi zamanı “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin də tələbləri pozulmuşdur. Belə ki, “X17” MMC-nin təsisçilərinin əcnəbi olmasına, "xxxx" MMCnin cəlb edildiyi vaxt təsis edildiyi tarixdən 6 aydan, "xxxx" MMC-nin cəlb edildiyi vaxt isə təsis edildiyi tarixdən 12 aydan az müddət keçməsinə baxmayaraq, qeyd edilən şirkətlərə sonuncu qeyd edilən Siyasətin müddəaları nəzərə alınmadan xidmətlər təqdim edilmişdir. - “Müştəri kreditlərin idarə edilməsi” Siyasətinin 8.2.1-ci bəndinə görə vergi orqanında qeydiyyata alınması tarixi 6 aya qədər olan, təsisçiləri Pakistan, Hindistan, Çin, Banqladeş, İran və BƏƏ vətəndaşları olan müəssisələr yüksək risk kateqoriyalı müəssisələrdir ki, bu müəssisələrə ayrılan hər bir nömrənin kredit limiti 30 manatdan artıq, müəssisənin ümumi kredit limiti 3000 manatdan artıq olmamalıdır. Həmin siyasətin 8.2.3-cü bəndinə görə vergi qeydiyyatına alınma tarixi 6-12 ay aralığında olan müəssisələr orta risk kateqoriyalı hesab edilirlər ki, bu müəssisələrin cəlb edilməsi zamanı onların istifadəsinə ayrılmış hər bir nömrənin kredit limiti 100 manatdan, müəssisənin ümumi kredit limiti isə 10000 manatdan artıq olmamalıdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “X17” MMC, "xxxx" MMC yüksək risk, "xxxx" MMC isə orta risk kateqoriyasına aid müəssisələr olsalar da, artıq yuxarıda göstərildiyi kimi təkcə ayrılmış mobil telefonlara münasibətdə “Müştəri kreditlərinin idarə edilməsi” Siyasətinin tələblərinin kobud şəkildə pozulması aşkar şəkildə müəyyən edilir. Araşdırma zamanı izahatı alınmış B2B satış şöbəsinin mütəxəssisi X11 mobil cihazların korporativ abunəçiyə verilməsinin hansı prosedur və qaydalar ilə tənzimləndiyi barədə məlumatı olmadığını bildirmişdir. B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri İddiaçı isə haqqında bəhs edilən şirkətlərin cəlb edilməsi zamanı müvafiq prosedur və siyasətə riayət edilməməsini həmin müəssisənin mobil nömrələrini rəqib mobil operatora daşımasının qarşısını alınması, onlardan gözlənilən gəlirlərin artıq olması səbəbindən istisnaların edilməsi ilə əlaqələndirmişdir. (ancaq iddiaçı izahatlarında belə qeydlər etməmişdir) Araşdırma nəticəsinə əsasən adıçəkilən müəssisələr Cavabdeh MMC tərəfindən göstərilən mobil rabitə xidmətlərinin və onlara kreditlə satılmış mobil telefonların dəyərini ödəməməklə Cavabdeh MMC-yə 139216,0 manat ziyan vurulmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmri onunla əsaslandırmışdır ki, o bölmə rəhbəri kimi Cavabdeh MMC tərəfindən təsdiq edilmiş “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin tələblərini, “Mobil aparatların və planşetlərin korporativ müştərilərə kredit ilə satışı” prosedurunu pozmuş və nəticədə ididaçıya 139216,0 manat ziyan dəymişdir. Cavabdeh təşkilat əmri əsaslandırsa da, əmri qəbul edərkən, Əmək Məcələlsinin 186.2 və 187.2-ci maddəsinin tələblərini ciddi şəkildə pozmuşdur. Onun tərəfindən qeyd olunan pozuntuların nə vaxt törədilməsi, həmin halların nə vaxt aşkara çıxarılması əmrdə göstərilməmişdir. Bu da onu göstərir ki, qəbul edilmiş əmr qanunun tələblərinə cavab vermir. Digər tərəfdən əmrdə onun tərəfindən şirkətə 139216,30 manat məbləğində ziyan vurulması qeyd olunsa da, bu halları təsdiq edən hər hansı mötəbər sübuta (Audit yoxlaması, qətnamə, hökm) istinad olunmamışdır. Yəni cavabdeh şirkətin əmrdə istinad etdiyi maddi ziyan faktı təsdiq olunmamışdır. Aşkar edilən digər pozuntuların barəsində ən ağır inzibati tənbehin seçilməsinə əsas verməsi baxımından da əmr əsaslandırılmamışdır. Cavabdeh əmrdə göstərmişdir ki, “X17” MMC, "xxxx" MMC yüksək risk, "xxxx" MMC isə orta risk kateqoriyasına aid müəssisələr olsalar da, artıq yuxarıda göstərildiyi kimi təkcə ayrılmış mobil telefonlara münasibətdə “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin tələblərinin kobud şəkildə pozulması aşkar şəkildə müəyyən edilir. Qeyd olunmalıdır ki, “İnternet Vergi İdarəsi” portalından əldə edilmiş məlumatdan görünür ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Belə olan halda onun qəbul etdiyi əmrə əsasən gözügedən şirkətə ayrılmış mobil telefonları xx.xx.2021-ci ilədək olan müddətə təsadüf edilir. O isə tutduğu vəzifəyə xx.xx.2021-ci ildə təyin edilmişdir. “X17” MMC-yə və "xxxx" MMCyə gəldikdə isə qeyd olunmalıdır ki, həmin şirkətlər də müvafiq olaraq xx.xx.2019-cu ildə və xx.xx.2021-ci ildə təsis edilmişlər. Cavabdehin əmrindən də güründüyü kimi qeyd olunan MMC-lərin cəlb edildiyi vaxt təsis edildiyi tarixdən 12 aydan az müddət keçməsinə baxmayaraq, qeyd edilən şirkətlərə yuxarıda qeyd olunan Siyasətin müddəaları nəzərə alınmadan xidmətlər təqdim edilmişdir. Göründüyü kimi əmrdə təsdiq olunur ki, cavabdehin əmrdə istinad etdiyi nöqsan, yaxud kobud pozuntu hesab etdiyi faktlar 2020, 2021 və 2022-ci ildə baş vermişdir. 2020-ci və 2021-ci ildə ildə baş verməsi ehtimal edilən faktlar üzrə qeyd olunmalıdır ki, o həmin vaxt bölmə rəhbəri vəzifəsində işləməmişdir. 2022-ci ildə baş verməsi ehtimal olunan fakt isə nəzərə alınsa ki, 1 ildən artıq müddətdir ki, baş vermişdir və həmin faktın üstündə 1 ildən çox müddət keçmişdir, cavabdeh tərəfindən həmin fatklara görə barəsində ən ciddi intizam tənbehi verməsi qanunazidd olmuşdur. Əmrdə həmçinin qeyd olunur ki, cavabdehə bağlanılan müqavilələr əsasında onun tərəfindən maddi ziyan vurulmuşdur. Cavabdeh MMC-yə xidmət göstərilən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışa istinad edir. İlk növbədə qeyd etmək lazımdır ki, aparılmış araşdırmada onun iştirakı təmin edilməmiş, araşdırma aparılmış dövr onun tutduğu həmin vəzifəyə təyin olunduğu dövrdən 1 ildən çox əvvələ təsadüf edir. Digər tərəfdən aparılmış yoxlamanın nəticələrində cavabdehin marağı olduğu üçün və həmin şirkət cavabdehə xidmət etdiyi üçün, tərtib edilmiş Təftişin nəticələri üzrə arayış mübahisəli əmrin qəbul edilməsi üçün mötəbər deyil. Yəni qeyd olunan əmr şübhə doğurduğu üçün və həmin arayışın mötəbərliyinə şübhələr kifayət qədər əsaslı olduğu üçün, həmin halı da əmrin qəbul edilməsində sübut kimi istifadə edilə bilməzdir.. Qeyd olunanlardan əlavə cavabdeh tərəfindən qəbul edilmiş əmrdə istinad olunan hallarda onun hər hansı rolu, iştirakı və ya “təqsiri” olmamışdır. Belə ki, Əmrdə göstərilir ki, “X17” MMC-yə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə Bayram Rzazadə tərəfindən bağlanılmışdır. (2020 il 12 may tarixli) Bayram Rzazadə 2020-ci ilin yanvar ayından Cavabdeh MMC-də çalışmağa başlamışdır. (Korporativ satış meneceri) Həmin tarixdə o Korporativ Satış meneceri idi (Korporativ satış adminstratoru adi işçi). Bakcell B2B Satış departamentinin bölmə rəhbəri Fariz Cəfərov, departament rəhbəri isə (müqavilələri sonda imzalayıb təsdiqləyən) Fuad Xəlilov olmuşdur. Onun vəzifə dəyişikliyi xx.xx.2020 (01 İyul) tarixdə rəsmiləşdirilmişdir. Həmin dövrdən sonra Bayram Rzazadə onun rəhbərliyində çalışmağa başlamışdır. xx.xx.2023-cü ildə ondan ilk dəfə izahat alınmışdır. Daha sonra xx.xx.2023 tarixində ikinci izahat alınmışdır. O zaman o dəfələrlə şifahi bildirmişdir ki, “X17 və Prodizayn” MMC onun zamanında aktiv edilməmişdir. O zamanki rəhbərləri Fariz Cəfərov (Bölmə rəhbəri), Fuad Xəlilov isə Departament Direktoru idi. (müqavilələri imzalayıb təsdiqləyən) Daha sonra ikinci izahatda görəndə ki, yenə də “X17 və Prodizayn” MMC ona eyni şəkildə izahata salınıb, bu zaman 21 iyun tarixində izahatdan bir gün sonra rəsmi email yazaraq Daxili təhlükəsizlik əməkdaşlarına (iddiaçıdan izahatı alan) bir daha bildirmişdir ki, məsələnin necə olmasını xüsusi ilə qeyd etsinlər(email əlavə olunur). Ancaq 04 dekabr 2023-cü il tarixli, B062–T–23 saylı əmrdə yenə də həmin şirkətlər (Prodizayn MMC və X17) qeyd edilib o siyahıya salınmışdır. Qeyd olunmalıdır ki, yeni müştərilərin cəlb edilməsi proseduru Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş Daxili Proseduruna uyğun olaraq həyata keçirilir(COS–PRO–014). Yeni cəlb edilən müştərilərə kreditlə mobil cihazların satılması isə Cavabdeh MMC-nin “Mobil aparatların, planşetlərin Korporativ Müştərilərə Kreditlə satışı üzrə” CS–PR–NNN saylı xx.xx.2012 tarixli Daxili Proseduru əsas tutularaq həyata keçirilirdi. 04 dekabr B062– T–23 saylı əmrdə ilk səhifədə qeyd edilən Mobil aparatların, planşetlərin Korporativ Müştərilərə Kreditlə satışı CS–PR–NNN xx.xx.2012 tarixli proseduruna əsasən göstərilib ki, prosedurun 5.3 və 6.1 bəndlərinə əsasən korporativ müştərilərə kreditlə mobil cihazlar 400 manatdan 1200 manat olan qiymət aralığında satıla bilər. 2012-ci ildə 2015-ci ildə manatın devalivasiyasindan sonra bütün son model satılan mobil telefonların qiyməti 2500 manatdan yuxarı olmuşdur. Ancaq həmin prosedurun 5.9.4 bəndinə əsasən – Mobil aparatlar planşetlər üçün istifadə olunan qiymət cədvəli dəyişildikdə onun əsasında ilkin və aylıq ödəniş şərtləri dəyişilə bilər. 5.18-ci bəndə əsasən vaxtından əvvəl müqaviləyə xitam verilməsi və ya müqavilədə qeyd olunan şərtlərə riayət etmədikdə, korporativ müştəri (şirkətlər) mobil aparatların qalan məbləğini tam ödəməlidir. 5.21-ci bəndə əsasən təqdim edilən mobil aparatlara/planşetlərə görə bütün riskləri Korporativ (Yəni şirkətlər) müştəri özü daşıyır. Mobil aparatlar/planşetlər oğurlandıqda və ya itirildikdə yenisi ilə əvəz olunmur, cari borc olduqda müştəri nömrənin borcunu, itirilmiş və ya oğurlanmış mobil aparatların qalan məbləğini tam ödəyir. Mobil aparatların, planşetlərin Korporativ Müştərilərə Kreditlə satışı CS–PR–NNN xx.xx.2012 tarixli proseduruna əsasən – 5.22 bəndinə əsasən Mobil aparatların Planşetlərin qiymətləri təchizat və logistika şöbəsi tərəfindən təqdim olunacaq. 5.23-cü bəndə əsasən bu məlumat əsasında Korporativ müştərilərə təqdim olunan mobil aparatların planşetlərin şərtləri dəyişdirilə bilər. 5.24cü bəndə əsasən Korporativ Satış şöbəsinin müdürünün köməkçisi (Oksana Kravçenko) hər ay mobil aparatların planşetlərin alış (Bakcell şirkətə təqdim olunan qiymət ) və satış (korporativ müştəriyə təqdim olunan qiymət) qeyd olunan aylıq hesabatı maliyyə şöbəsinə təqdim edir. Bundan əlavə email vasitəsilə “B2B və fix məhsulların satışı departamentinə” departamentə təqdim edir. Hamıya email göndərir hər ay , o emaila əsasən həmin cihazların kreditli satış zamanı aylığa düşən məbləğ və ümumi məbləği hesablanır. 5.25-ci bəndə görə bütün mobil aparatlar tələbnamə forması və hesab faktura əsasənda korporativ satış şöbəsinin köməkçisi tərəfindən anbardan sifariş olunacaq. Satış zamanı (move order) malın çıxarılışı yaradılır. Hər ay Korporativ satış departamentinin müdürünün köməkçisi tərəfindən anbara inventory hesabat təqdim olunacaq. Həmin prosedurun 5.2 bəndinə əsasən - Xidmətin aktivləşməsi (cihazların aktivləşməsi) yalnız Risk və Kredit nəzarət qrupunun təsdiqindən sonra edilə bilər. Bu da onu göstərir ki, mobil cihazlar risk qruplarına Prosedurun şərtlərinə zidd təqdim edilməsi təklif olunsa belə, sonda həmin xidmətin aktivləşdirilməsi daha yuxarı orqan tərəfindən təsdiqlənir. Yəni son qərar onun tərəfindən deyil, cavabdehin daha yüksək qurumları tərəfindən verilir. Bu da onu göstərir ki, əgər qəbul edilən qərarlar nəticəsində cavabdehə ziyan dəymişdir, həmin qərarın qəbul edilməsində bilavasitə məsuliyyəti o deyil, həmin xidmətlərin aktivləşdirilməsinə qərar vermiş nəzarət qrupları daşıyır. Göründüyü kimi prosedura əsasən onun heç bir şirkətə kredit telefon verilməsində nə icazə hüququ var, nə imza hüququ var. Bütün satışlar standart prosedurlara əsasən (aidiyyatı bölmələr tərəfindən yoxlanılıb təsdiqlənərək) həyata keçirilmişdir. Beləliklə, 04 dekabr 2023-cü il tarixli B062–T–23 saylı əmrdə ilk səhifədə qeyd edilən 5.3 və 6.1 bəndlərinin əsassız olması yuxarıda qeyd edilənlərlə tam təsdiq olunur. Belə ki, 2015-ci ildən o işdən çıxarılan günədək bütün kreditlə satılan son model telefonların qiymətləri (devalivasiyadan sonra) 2500 manatdan yuxarı olmuşdur. Bütün departament əməkdaşları cihazların yeni qiymətlərinə əsasən satışları həyata keçirmişlər. 04 dekabr 2023-cü il tarixli B062–T–23 saylı əmrdə ikinci səhifədə ilk abzasda qeyd edilən əməkdaş Bayram Rzazadə bildirmişdir ki, prosedurlardan xəbərdar olmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Bayram 2020-ci ilin yanvar ayında Cavabdeh MMC də B2B Satış departamentində çalışmağa başlamış və 2020-ci ilin iyul ayında onun rəhbər olduğu Yeni müştərilərin cəlb edilməsi şöbəsinə keçmişdir. O dövrə kimi o da Bayram kimi adi satış meneceri olmuşdur. Yeni əməkdaş Cavabdeh MMC-yə gələrkən HR şöbəsinin aidiyyatı əməkdaşları tərəfindən məlumatlandırılır. Bütün prosedurlar onlara təqdim edilir. Bayram işə başlayıb və 7 ay sonra onun şöbəyə keçdiyi vaxta kimi bölmə rəhbəri Fariz Cəfərov, departament müdiri isə Fuad Xəlilov olmuşdur. O zamana kimi onun da rəhbəri, bölmə rəhbəri Fariz Cəfərov və departament direktoru Fuad Xəlilov olmuşdur. Bundan əlavə ümumi 6 şirkət göstərilmişdir, 04 dekabr 2023-cü il tarixli B062–T–23 saylı əmrdə ikinci səhifədə olan 6 şirkətin adları çəkilir. xx.xx.2020 Prodizayn MMC – Elvin İsayev aktiv etmiş (iddiaçıya qədər) bölmə rəhbəri Fariz Cəfərov idi, müqaviləni imzalayan isə – Fuad Xəlilov (sonra emailnan verib şirkəti xx.xx.2020 tarixdə iddiaçı rəhbər təsdiqləndiyi gün Bayram R). xx.xx.2020 Brobers MMC – Bayram Rzazadə, bölmə rəhbəri Hüseyn Əliev, X18, xx.xx.2021 Polin MMC – Bayram Rzazadə, bölmə rəhbəri Hüseyn Əliev – imzalayan Fariz Cəfərov olmuşdur. Bu şirkətlər Uber taksi şirkətləridir. Uzun müddət Bakcell işlədikdən sonra 2022 ilin fevral ayından sonra ödənişləri gecikdirməyə, daha sonra da özünü bankrot elan edib ödənişlərini ödəməmişdir (Bakcell, Azercell, Chinar plaza və s şirkətlərə borcları var). Digər qrup isə xx.xx.2020 X17 – Bayram Rzazadə (iddiaçıya qədər) bölmə rəhbəri Fariz Cəfərov, müqaviləni imzalayıb – Fuad Xəlilov, xx.xx.2021 Bilgəh mərkəzi – Bayram Rzazadə, bölmə rəhbəri Hüseyn Əliev – X18, xx.xx.2022 Total services – İslam Bababəyov, bölmə rəhbəri İddiaçı – imzalayan Fariz Cəfərov. 04 dekabr 2023-cü il tarixli B062–T–23 saylı əmrdə qeyd edilən 6 şirkətdən 4-nün müqaviləsini Fuad Xəlilov, 2-nin müqaviləsini isə Fariz Cəfərov imzalamışdır. 04 dekabr B062–T–23 saylı əmrdə qeyd edilən şirkətlərə telefonlar verilən zaman bildirilir ki, prosedur pozulmuşdur. Ancaq yuxarıda artıq göstərilmişdir ki, daxili prosedur üzrə yeni şirkətlərə cihazlar hansı formada verilir və kimlər tərəfindən təsdiq olunur və imzalanır. 04 dekabr B062–T–23 saylı əmrdə ikinci səhifə son abzasında “Bakcell MMC nin daxili Proseduru olan Yeni müştərilərin cəlb edilməsi (COS–PRO–014) xx.xx.2016 tarixli proseduru əsas tutularaq yeni müştərilər cəlb edilirdi” qeyd edilmişdir. Bu prosedura əsasən Satış meneceri şirkətlə görüşüb hüquqi sənədlərini toplayıb sistemə daxil edir. Daha sonra, həmin prosedurun 2-ci bəndinə uyğun olaraq hüquqşünas əlaqənin və sənədlərin yoxlanmasını 1 iş günü ərzində yerinə yetirir. Direktorun müqaviləni imzalamaq səlahiyyətini yoxlayır. Məhsul şəxsin adının bütün sənəd paketlərində olmasını yoxlayır. Müqavilə tarixinin və nömrənin bütün sənəd paketlərində olmasını yoxlayır. Məhsul şəxsin etibarnaməsini (direktorun), şirkətin yaranma tarixini (əmrdə vurğulanmışdır ki, iddiaçı yoxlamalı idi), direktor xarici ölkə vətəndaşıdırsa onun müvəqqəti qeydiyyata aınması haqqında sənədi yoxlayır.

18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 may 2024-cü il tarixli 2(011)-2585/2024 nömrəli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin olunmuş, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin 04 dekabr 2023-cü il tarixli B062-T-23 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nin “B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri” vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə 04 dekabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı və digər ödənişlərin (mükafat kimi ödəniləcək pul vəsaitləri – bonuslar) ödənilməsi qət edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 06 dekabr 2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi əsassız olmaqla yanaşı əmək qanunvericiliyə zidd olmuşdur. Belə ki, əmrə əsasən, Cavabdeh MMC-yə xidmət göstərən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışda əsasən, Cavabdeh MMC-nin B2B Satış şöbəsinin əməkdaşları tərəfindən bir sıra hallarda korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması zamanı qüvvədə olan siyasət və prosedur tələblərinin pozulması göstərilsə də, işdə olan sübutlarla təsdiq edimişdir ki, korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması ilə bağlı xidmətin göstərilməsi yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra edilə bilər. Yəni iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olan pozuntularla bağlı iddiaçı məsuliyyət daşıyan şəxs kimi müəyyən edilməmiş, həmin məsələ ilə bağlı son qərarın qəbul edilməsi Risk və Kredit nəzarəti qrupuna həvalə edilmişdir. Cavabdeh iddiaçı tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğu ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 7, 11, 54, 70, 72, 71.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayətində göstərilmişdir ki, ƏM-in 72-ci maddəsində sadalanan kobud pozuntuların hər hansı bir ziyanla nəticələnməsini işəgötürən sübut etməyə borclu deyildir və həmin pozuntulardan istənilən birinin işçi tərəfindən törədilməsi kifayətdir ki, işəgötürən əmək müqaviləsini birtərəfli qaydada ləğv etsin. İddiaçının hərəkəti nəticəsində cavabdehə maddi ziyan vurulması Audit Arayışı və digər sənədlər əsasında sübut edilmişdir. İddiaçı tərəfindən Cavabdehə ziyan vurulmasa da, hüquq pozuntusuna yol verilməsi onunla əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinə əsasdır. İddiaçının müəssisədaxili qaydalardan xəbərsiz olması ağlabatan deyildir. Müştərilər barəsindəlazımi ehtiyatlılıq tədbirləri görmək iddiaçının əmək funksiyalarına aiddir. Ləğvetmə Əmri tam etibarlıdır. İntizam xətasına görə məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Cavabdehin iddiaçı ilə heç bir qərəzliyi olmamışdır. “Yeni sirket Polin MMC” başlıqlı elektron məktub iddiaçının müəssisədaxili qaydadan kənaraçıxmaya yol verdiyini təsdiq edir. İddiaçı həmkarlar ittifaqının üzvü olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

25. İddiaçı və nümayəndəsi-vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

26. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

27. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

28. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

29. Maddə 80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

30. Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

31. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

39. Göründüyü kimi iddiaçı 10 yanvar 2011-ci il tarixdə Cavabdeh MMC-də Kommersiya Departamentində Müştəri Xidmətləri Şöbəsinin Məlumat Mərkəzi bölməsində X12 vəzifəsinə işə qəbul olunmuş, 2014-cü ilədək Cavabdeh MMC-də bir neçə vəzifədə işləmiş, 03 fevral 2014-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı “Korporativ satış şöbəsinin satış meneceri” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli razılığa əsasən iddiaçı “Satış idarəsində B2B müştəriləri qruplarının cəlb olunması üzrə menecer” vəzifəsinə keçirilmiş, 02 avqust 2021-ci il tarixdə B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri vəzifəsinə keçirilmişdir.

40. Əmək müqaviləsinə 04 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

41. Əmr belə əsaslandırılmışdır ki, Cavabdeh MMC-yə xidmət göstərilən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışa əsasən, Cavabdeh MMC-nin B2B satış şöbəsinin əməkdaşları tərəfindən bir sıra hallarda korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması zamanı qüvvədə olan siyasət və prosedur tələbləri pozulmuşdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, “X17” MMC ilə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmış və adı çəkilən şirkətə kreditlə 20.000 manatdan yuxarı dəyərdə mobil telefonlar verilmişdir. Bundan başqa "xxxx" MMC ilə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış və bu şirkətə kreditə təqribən 7000 manat dəyərində mobil telefonlar verilmişdir. Halbuki, “Mobil aparatların/planşetlərin korporativ müştərilərə kreditlə satışı” Prosedurunun 5.3 və 6.1ci bəndlərinə əsasən korporativ müştərilərə planşetlər/mobil aparatlar hal-hazırda 400 manatdan 1200 manatadək qiymət cədvəli əhatə edən sərfəli şərtlərlə təklif olunur. Adları çəkilən müəssisələrin cəlb olunmasının rəsmiləşdirilməsini və onlara mobil telefonların təhvil verilməsini təmin edən B2B satış şöbəsinin mütəxəssisi X10 verdiyi izahatda “Mobil aparatların və planşetlərin korporativ müştərilərə kredit və satışı” prosedurundan məlumatı olmadığını və rəhbəri tərəfindən bu barədə məlumatlandırıldığını bildirmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC, "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC), "xxxx" MMC və "xxxx" MMC-nin də cəlb edilmələri zamanı yuxarıda qeyd edilmiş prosedurun tələbləri pozulmuş, bu şirkətlərə müvafiq olaraq təqribən 20000 manat, 9000 manat, 18000 manat və 5500 manatdan yuxarı dəyərdə mobil telefonlar verilmişdir. “Mobil aparatların və planşetlərin” korporativ müştərilərə kredit ilə satışı” prosedurundan başqa adları çəkilən müəssisələrin cəlb edilməsi zamanı “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin də tələbləri pozulmuşdur. Belə ki, “X17” MMC-nin təsisçilərinin əcnəbi olmasına, "xxxx" MMC-nin cəlb edildiyi vaxt təsis edildiyi tarixdən 6 aydan, "xxxx" MMC-nin cəlb edildiyi vaxt isə təsis edildiyi tarixdən 12 aydan az müddət keçməsinə baxmayaraq, qeyd edilən şirkətlərə sonuncu qeyd edilən Siyasətin müddəaları nəzərə alınmadan xidmətlər təqdim edilmişdir. - “Müştəri kreditlərin idarə edilməsi” Siyasətinin 8.2.1-ci bəndinə görə vergi orqanında qeydiyyata alınması tarixi 6 aya qədər olan, təsisçiləri Pakistan, Hindistan, Çin, Banqladeş, İran və BƏƏ vətəndaşları olan müəssisələr yüksək risk kateqoriyalı müəssisələrdir ki, bu müəssisələrə ayrılan hər bir nömrənin kredit limiti 30 manatdan artıq, müəssisənin ümumi kredit limiti 3000 manatdan artıq olmamalıdır. Həmin siyasətin 8.2.3-cü bəndinə görə vergi qeydiyyatına alınma tarixi 6-12 ay aralığında olan müəssisələr orta risk kateqoriyalı hesab edilirlər ki, bu müəssisələrin cəlb edilməsi zamanı onların istifadəsinə ayrılmış hər bir nömrənin kredit limiti 100 manatdan, müəssisənin ümumi kredit limiti isə 10000 manatdan artıq olmamalıdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “X17” MMC, "xxxx" MMC yüksək risk, "xxxx" MMC isə orta risk kateqoriyasına aid müəssisələr olsalar da, artıq yuxarıda göstərildiyi kimi təkcə ayrılmış mobil telefonlara münasibətdə “Müştəri kreditlərinin idarə edilməsi” Siyasətinin tələblərinin kobud şəkildə pozulması aşkar şəkildə müəyyən edilir. Araşdırma zamanı izahatı alınmış B2B satış şöbəsinin mütəxəssisi X11 mobil cihazların korporativ abunəçiyə verilməsinin hansı prosedur və qaydalar ilə tənzimləndiyi barədə məlumatı olmadığını bildirmişdir. B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri İddiaçı isə haqqında bəhs edilən şirkətlərin cəlb edilməsi zamanı müvafiq prosedur və siyasətə riayət edilməməsini həmin müəssisənin mobil nömrələrini rəqib mobil operatora daşımasının qarşısını alınması, onlardan gözlənilən gəlirlərin artıq olması səbəbindən istisnaların edilməsi ilə əlaqələndirmişdir (ancaq iddiaçı izahatlarında belə qeydlər etməmişdir). Araşdırma nəticəsinə əsasən adıçəkilən müəssisələr Cavabdeh MMC tərəfindən göstərilən mobil rabitə xidmətlərinin və onlara kreditlə satılmış mobil telefonların dəyərini ödəməməklə Cavabdeh MMC-yə 139216,0 manat ziyan vurulmuşdur. Aşağıda qeyd edilən müəssisələrlə müqavilələr bağlanarkən qüvvədə olan siyasət və prosedur tələblərinin pozulmasına istinad edilmişdir: - “Mobil rabitə xidmətləinin göstərilməsinə dair” 12 may 2020-ci il tarixdə müqavilə bağlanmış “X17” MMC; - Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” 19 may 2020-ci il tarixdə müqavilə bağlanmış "xxxx" MMC ("xxxx" MMC); - “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” 03 noyabr 2020-ci il tarixdə müqavilə bağlanmış "xxxx" MMC; - “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” 14 aprel 2021-ci il tarixdə müqavilə bağlanmış "xxxx" MMC; - “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” 15 dekabr 2021-ci il tarixdə müqavilə bağlanmış "xxxx" MMC; - “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” 14 yanvar 2022-ci il tarixdə müqavilə bağlanmış "xxxx" MMC.

42. Kollegiya əvvəla qeyd edir ki, ilk dörd şirkət ilə müvafiq olaraq xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixdə müqavilələr bağlanmışdır. Həmin şirkətlərlə bağlı aşkar edilmiş pozuntulara görə iddiaçıya xx.xx.2023-cü il tarixli əmrlə intizam tənbehi verilmişdir.

43. Əmək qanunvericiliyində isə göstərilmişdir ki, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz.

44. Aşkardır ki, iddiaçıya adları çəkilən dörd şirkət - “X17” MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə bağlı intizam tənbehi iki il keçdikdən sonra, yəni intizam məsuliyyətinə cəlbetmə müddəti keçdikdən sonra verilmişdir ki, qanunvericiliklə də bu yol verilən hesab edilmir.

45. Odur ki, həmin şirkətlərlə bağlı hər hansı əlavə araşdırma aparılmasına zərurət yoxdur.

46. Bununla belə Kollegiya qeyd edir ki, iddiaçı Satış idarəsinə B2B müştəri qruplarının cəlb olunması üzrə 01 iyul 2020-ci il tarixdə menecer vəzifəsinə, 02 avqust 2021-ci il tarixdə isə bölmə rəhbəri vəzifəsinə keçirilmişdir, yəni “X17” MMC və "xxxx" MMC ("xxxx" MMC) ilə müqavilələr hələ iddiaçının baş mütəxəssis vəzifəsində işlədiyi dövrdə, "xxxx" MMC və "xxxx" MMC ilə müqavilələr isə onun menecer vəzifəsində işlədiyi dövrdə bağlanmışdır, bu müqavilələr onun hələ bölmə rəhbəri vəzifəsinə keçirilməsindən əvvəlki dövrə təsadüf edir.

47. "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri Samiq Seyidov adına Bakcell Korporativ satış şöbəsinin, B2B əsas müştəri qrupları ilə iş və SMİ Satış üzrə mütəxəssis Bayram Rzazadə tərəfindən verilmiş izahatdan görünür ki, verilmiş suallara cavabdeh olaraq göstərmişdir ki, “X17” MMC mailto:business@bakcell.comElektron ünvan 1 elektron ünvan üzərindən müraciət etmişdir. Müraciəti o zaman rəhbəri olmuş Fariz Cəfərov ona yönəltmişdir.

48. Göründüyü kimi “X17” MMC-nin müracəti rəhbər olmuş Fariz Cəfərov tərəfindən Bayram Rzazadəyə yönəldilmişdir.

49. Digər iki şirkət - "xxxx" MMC və “ "xxxx" MMC ilə müqavilələr isə iddiaçının bölmə rəhbəri olduğu dövrdə bağlanmışdır.

50. Lakin "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri Samiq Seyidovun adına Bakcell Korporativ satış şöbəsinin, kiçik və orta biznes və dövlət strukturları ilə iş üzrə X7 tərəfindən verilmiş izahatda göstərilmişdir ki, “Total Services MMC şirkəti tərəfindən mailto:business@bakcell.comElektron ünvan 1 elektron ünvanına korporativ xidmətlərin göstərilməsinə daur müraciət daxil olmuşdur. Müraciət bölmə rəhbərimiz İddiaçı tərəfindən mənə yönləndirilmiş və mən də öz növbəmdə şirkət ilə danışıqlara başladım. Şirkətə dair sənədlər elektron poçt ilə mənə göndərilmiş, sənədlərə baxıb, düzgünlüyünü yoxladıqdan sonra şirkətin qoşulmasına dair digər məlumatları da topladım - nömrə sayı, tarifi, ödəniş üsulu və s. Toplanmış məlumatları satışa dəstək qrupuna göndərdim, onlar tərəfindən müqavilənin “draft” nüsxəsi tərtib olunub, ECM sisteminə yükləndi. Müqavilənin imzalanmış nüsxəsi şirkət tərəfindən təqdim olunmuş ünvana kuryer vasitəsi ilə imzalanmağa göndərildi. İmzalandıqdan sonra müqaviənin 1 nüsxəsi bizə geri göndərilir və hazır müqavilə ECM sisteminə yerləşdirilib, şirkət ilə korporativ xidmətlərin göstərilməsinə dair əməkdaşlığa başladıq.”

51. Göründüyü kimi “Total Services MMC ilə İslam Bababəyov danışıqlara başlamış, Şirkətlə bağlı araşdırma onun tərəfindən aparılmış, toplanmış məlumatlar müvafiq olaraq satışa dəstək qrupuna göndərilmiş və sonrakı hərəkətlər həyata keçirilmişdir. Yəni bu şirkətlə bağlı hər hansı prosedur tələblərinin pozulmasına görə İddiaçı məsuliyyət daşımamışdır.

52. "xxxx" MMC-yə münasibətdə isə Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə elektron formada “email” vasitəsi ilə Aqil Asadov, Mahbuba Gasımli, Natavan Aliyeva, Credit Control, Risk and Credit Control, Fariz Jafarov, Bayram Rzazadə, Elnur İsgandarova göndərilmiş müraciətdə göstərilmişdir ki, “Hörmətli həmkarlar (Credit Control şöbəsi) qeyd etmək istərdim ki, bu şirkət yeni bir proektdir. Ümumi Vüqar bəyin bütün şirkətlərini Bakcellə keçiririk. Bu ayın sonu əlavə 650 nömrələrini də daşıyırıq Bakcell operatoruna. Vüqar bəyin şirkətlərindən aylıq 80000 AZN gəlir gözlənilir. Onun şirkətlərindən biri olan Polin MMC şirkəti də yeni bir layihədir. Bilirik, xəbərimiz var ki, ilkin müqavilə zamanı 200 nömrədən artıq icazə verilmir aktivasiya etməyə. Ancaq sizdən xahişim bu şirkətin aktivasiyasına fors major halı kimi baxasınız. Şirkət ilkin mərhələdə 300 nömrə aktiv edir, ancaq yanvardan etibarən nömrələrin sayı artacaq. Şirkətdən (Polin MMC) illik 100000 AZN gəlir gözləyirik. Xahiş edirəm aktivasiyanı dayandırmayasınız (istisna hal kimi ok verəsiniz). Vüqar bəylə artıq 3 aydır danışıqlar aparırıq. Azercell operatoruna daşımaq istəyirdilər nömrələri. Uzun danışıqlardan sonra razı sala bildik ki, bizimlə əməkdaşlıq eləsinlər.”

53. Göründüyü kimi "xxxx" MMC ilə bağlı iddiaçı rəhbər şəxlərə, həmçinin Risk və Kredit nəzarət qrupuna şirkətlə bağlı müraciət etmişdir.

54. Daxili Prosedurlara görə xidmətin aktivləşməsi (cihazların aktivləşməsi) yalnız Risk və Kredit nəzarət qrupunun təsdiqindən sonra edilə bilər. Yəni son qərar iddiaçı tərəfindən deyil, cavabdehin daha yüksək qurumları tərəfindən verilir.

55. Yəni göstərilən şirkət "xxxx" MMC ilə müqavilənin bağlanması nəticəsində cavabdehə ziyan vurulmuşdursa da belə, MMC ilə müqavilənin bağlanması iddiaçının təkbaşına verdiyi qərar nəticəsində olmamışdır, iddiaçı aidiyyəti şəxslərə MMC ilə müqavilənin bağlanması ilə bağlı müraciət etmişdir, daxili prosedurlara müvafiq olaraq mərhələrdən keçmiş və lazimı razılıq olduqdan sonra müqavilə bağlanmışdır.

56. "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Bayram Rzazadə izahatında göstərmişdir ki, mobil aparatların və planşetlərin Korporativ müştərilərə kredit ilə satışı prosedurundan məlumatı yoxdur və rəhbəri tərəfindən bu barədə məlumatlandırılmamışdır. X15 mobil cihazların korporativ abunəçiyə verilməsinin hansı prosedur və qaydalar ilə tənzimləndiyi barədə məlumatı olmadığını bildirmişdir.

57. Bununla bağlı Kollegiya qeyd edir ki, Daxili Prosedur qaydalar ilə işçilərin məlumatlandırılması iddiaçının yox, işəgötürənin vəzifəsi olmuşdur.

58. Beləliklə məhkəmə haqlı olaraq göstərmişdir ki, korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması ilə bağlı xidmətin göstərilməsi yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra edilə bilər. Yəni iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olan pozuntularla bağlı iddiaçı məsuliyyət daşıyan şəxs kimi müəyyən edilməmiş, həmin məsələ ilə bağlı son qərarın qəbul edilməsi Risk və Kredit nəzarəti qrupuna həvalə edilmişdir.

59. Kollegiya qeyd edir ki, məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin 04 dekabr 2023-cü il tarixli B062-T-23 nömrəli əmrinin ləğv edilməsi, onun vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə 04 dekabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqının ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, mükafat kimi ödəniləcək pul vəsaitləri – bonusların da 04 dekabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək ödənilməsi hissəsində əsaslı nəticəyə gəlməmişdir.

60. İddiaçı özü də tələbində 2023-cü ilin iyul, avqust və sentyabr aylarına aid olan aylıq əmək haqqına əlavə bonusların (gəlir hissəsinə görə) ödənilməsini tələb etsə də, məhkəmə bonusların 04 dekabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək tutulması qənaətinə gəlmişdir.

61. Odur ki, Kollegiya hesab edir ki, bu hissədə qətnamə dəyişdirilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2585/2024 nömrəli iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi digər ödənişlər, mükafat kimi ödəniləcək pul vəsaitləri – bonusların ödənilməsi hissəsində dəyişdirilsin. İddiaçı xeyrinə Cavabdeh MMC-dən 2023-cü ilin iyul, avqust və sentyabr aylarına görə aylıq əmək haqqına əlavə bonuslar (gəlir hissəsinə görə) tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar