Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4586/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birinci iş üzrə İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mənzildən çıxarılma” tələbinə dair, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdehlər İddiaçı1, "xxxx" MTK, Cavabdeh3 və Cavabdeh5 qarşı “paydan imtina barədə ərizənin və müqavilənin etibarsız hesab edilməsi” tələblərinə dair birləşdirilmiş mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, əqdlərin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X12i və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Birinci iş üzrə cavabdeh birləşdirilmiş iş üzrə İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-576/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən birinci iş üzrə iddiaçı və birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı1, birləşdirilmiş iş üzrə İddiaçı2 və cavabdehlər Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı2 ilə X4 arasında nikah xx.xx.1997-ci il tarixdə bağlanmış və 2024-cü ildə pozulmuşdur.
2. xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən bir sıra səlahiyyətlər 10 il müddətinə İddiaçı2 tərəfindən İddiaçı1 etibar edilmişdir.
3. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinə əsasən söküntü ilə əlaqədar 76486 manat İddiaçı2 ödənilmişdir.
4. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1777 nömrəli müqaviləyə əsasən cəmiyyət inşa ediləcək binanın 16 giriş, 5- ci mərtəbəsində 1777 saylı mənzili İddiaçı1 təhvil verməyi öhdəsinə götürmüşdür.
5. İddiaçı1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizəyə əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin inşa etdiyi binada xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı1 adına olan Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, 1777 saylı mənzil, ümumi sahəsi 114,5 kv.m. ibarət mənzildən və pay hüququndan imtina etməsinə etiraz etmir.
6. İddiaçı2 adından onun əvəzinə Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizəyə əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin inşa etdiyi binada xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı1 adına olan Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, 1777 saylı mənzil, ümumi sahəsi 114,5 kv.m. ibarət mənzildən və pay hüququndan imtina etməsinə etiraz etmir.
7. Cavabdeh4 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli protokolundan xx.xx.2023- cü il tarixli çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh5 Cavabdeh4 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, 24B ünvanında inşa edilmiş yaşayış kompleksinin 16 giriş, 5 mərtəbə, ümumi sahəsi 114,5 kv.m, yaşayış sahəsi 60,42 kv.m olan, 3 otaqlı, 1869 saylı mənzil verilmişdir.
8. Cavabdeh4 MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh4 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, 24 B ünvanında inşa edilmiş yaşayış kompleksinin, ümumi sahəsi 114,5 kv.m olan, yaşayış sahəsi 60,42 kv.m olan 3 otaqlı, 1869 saylı mənzil Cavabdeh5 məxsusdur.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, 1869 saylı mənzil Cavabdeh4 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan çıxarışa və 249 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh5 adına ilkin qeydiyyatdan keçmişdir.
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh5 adına rəsmiləşdirilmişdir.
11. Cavabdeh5 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh5 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 (Yeni qaydalarla: AZ1070, ünvan 5 ünvanında yerləşən mənzil İddiaçı1 mülkiyyətinə verilmişdir. 12.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı1 Məmmədhüseym oğlunun adına rəsmiləşdirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13.Birinci iş üzrə İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı2 iddiaçının mülkiyyətimdə olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 (yeni qaydalarla ünvan 6 ünvanından şəxsi əşyaları ilə birlikdə çıxarılması və mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdeh İddiaçı2 ilə 01 oktyabr 1997-ci ildə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşlar. Aralarında olan nikah Bakı şəhəri Səadət Sarayında akt qeydlər kitabında 1592 nömrə ilə qeydə alınmışdır. Cavabdehlə birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü X7 və xx.xx.2005- ci il təvəllüdlü X13 anadan olmuşdur. Övladları yetkinlik yaşına çatmışlar. Cavabdehlə aralarında olan nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixli 2(004)- 5383/2024 saylı qərardadı ilə icraata götürülmüş və məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 10:30-a təyin olunmuşdur. Qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, (yeni qaydalarla ünvan 6 ünvanında yerləşən 1869 nömrəli mənzil anası Cavabdeh5 tərəfindən xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış “daşınmaz əmlakın bağışlanması müqaviləsi”-nə əsasən ona hədiyyə olunmuşdur. Həmin əmlaka dair ona xx.xx.2023-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış verilmişdir. Cavbadehlə rəsmi nikahda olmuş olsalar da hər gün aralarında mübahisələr, davalar olur və bunun nəticəsində o, məcbur olub 27 illik evliliklərinə son qoymaq qərarına gəlib aralarında olan nikaha xitam vermək istəyir. Cavabdeh hər axşam və ya günün istənilən saatlarında evə gəldiyi zaman səbəbsiz yerə onunla dava edir, onu əxlaqsız söyüşlərlə təhqirlər edir. Hətta baş vermiş münqişə, dava zamanı tərəfindən dəfələrlə polis orqanlarına müraciətlər olunmuşdur. Onların ailəsi münaqişəli ailə kimi polis orqanlarında qeydiyyata alınmışdır. Hesab edir ki, cavabdehlə faktiki olaraq aralarındakı ailə münasibətləri bitmiş və birgə təsərrüfat aparmamaqları bu şəraitdə bir mənzildə yaşamaqları mümkün deyil. Hətta cavabdehlə bundan sonra birgə yaşadıqları halda onun ona qarşı bədbəxt hadisə törətməsi belə istisna olunmur. Onun üçün cavabdehin mülkiyyətində olan mənzildən çıxarılması təmin olunmalıdır.
15. Birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdehlər İddiaçı1, "xxxx" MTK, Cavabdeh3 və Cavabdeh5 qarşı “paydan imtina barədə ərizənin və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı1 tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küç., ev 24/B giriş 16 5-ci mərtəbə 114,5 kv.m olan paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizənin, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 23 iyul 2023-cü il tarixli 4Ə- 1025 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun həmin mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Daha sonra iddiaçı iddia tələbinin artırılması ilə bağlı ərizə ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, 1869 saylı mənzil Cavabdeh4 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan çıxarışının və 249 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh5 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** (Daşınmaz əmlakın reyestr nömrəsi **********83-05301-093300) qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı1 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** (Daşınmaz əmlakın reyestr nömrəsi **********83- 05301-093300) qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə 01 oktyabr 1997-ci ildə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşlar. Aralarında olan nikah Bakı şəhəri Səadət Sarayında akt qeydlər kitabında 1592 nömrə ilə qeydə alınmışdır. Cavabdehlə birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü X7 və xx.xx.2005-ci il təvəllüdlü X13 anadan olmuşdur. Övladları yetkinlik yaşına çatmışlar. İddiaçı1 tərəfindən Yasamal Rayon Məhkəməsinə nikahın pozulmasına dair müraciət olunmuş, xx.xx.2024-cü il tarixli № e- 2(004)-5383/2024 saylı qətnamə qəbul edilmişdir. Ona məxsus ata babadan qalma köhnə Sovetski kimi adlandırılan ünvan 7 ünvanında yerləşən ümumi yaşayış mənzili 2019-cu ildə dövlət layihəsi üzrə sökülmüş, 15 yanvar 2019-cu il tarixində "xxxx" Yasamal filialında hesaba yerləşdirilmiş 76486 manat ilkin olaraq söküntü ilə əlaqədar alqı-satqı kimi ona verilmişdir. Söküntünün davam olaraqdan bir müddət sonra da hazırda ləğvetmə prosesində olan “Günay Bank” vasitəsilə 17000-dən artıq vəsait almışdır. Hazırda “Genay Bank”ın ləğvedicisi ƏSF-na müvafiq sorğu göndərilmişdir. Söküntüdən sonra "xxxx" Yasamal filialında hesaba yerləşdirilmiş 76486 manat pul vəsaitini aldıqları günün səhərisi borca pul aldı və cavabdeh İddiaçı1 adına "xxxx" MMC-dən 16 yanvar 2019-cu il tarixində 3 otaqdan ibarət 16-cı giriş 5-ci mərtəbə 1777 saylı mənzili aldı. Hələki aralarında heç bir problem anlaşılmazlıq yoxdur deyə həmin mənzildə yaşadılar. 2023-cü ilin sonlarından onların münasibətləri soyumağa, arada narazılıqlara səbəb olmağa başladı. Mediasiyaya nikahın pozulmasına çağırıldıqda mənzilin boşaldılmasını görəndə, mediatora bildirdi ki, necə ola bilər onun vəsaiti ilə İddiaçı1 adına aldığı mənzildən onu çıxartmaq istəyir. Belə olan halda o da bunu etməsi üçün hansı hüquqi əsasların olub-olmamasını dəqiqləşdirmək üçün vəkilə müraciət etdi. Vəkil tərəfindən ilk növbədə DƏDRX-ə sorğu göndərildi. Sorğuya 1 saylı Əİnin xx.xx.2024-cü il tarixli, № 3-21-3-30/2-47822/2024 **********22 saylı cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı1 adına Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, 1869 saylı mənzil 10 avqust 2023-cü il tarixdən onun adına qeydiyyata alınmış və hal-hazırda da mülkiyyətindədir. Qeydiyyata əsas isə 4Ə1025 reyestr nömrəli daşınmaz əmlakın bağışlanmsı müqaviləsi olmuşdur. O bu qeyd edilənləri gördükdə təəccüblənməyə başladı. Sanki aldadılmış kimi özünü hiss etdi. Amma vəkil vasitəsilə araşdırmanı davam etdirərək bir çox yerlərə həmçinin ("xxxx" MMC) Cavabdeh4 MTK-ya 553 saylı vəkil sorğusu ünvanladı. Cavabdeh4 MTK-nın 03 dekabr 2024-cü il tarixli № 312 saylı cavab məktubunda qeyd edilir ki, ünvan 10 ünvanında yerləşən yaşayış binasının 16-cı giriş, 5-ci mərtəbə ümumi sahəsi 114,5 kv olan 3 otaqlı mənzil 16 yanvar 2019-cu il tarixdə İddiaçı1 adına rəsmiləşdirilmişdir. Daha sonra 22 iyun 2023-cü il tarixli 8İ6519 reyestr nömrəli notariat qaydada təsdiq edilmiş ərizə əsasında həmin mənzildən imtina edilmişdir. Onu qeyd edir ki, o, övladının təhsildə köməklik göstərməsi üçün daimi olaraq Ukraniya Respublikasına gedib-gəldiyi üçün 05 fevral 2018-ci il tarixində ata-baba yurdunun söküntüsü ilə əlaqədar sənədləşmələrdə onun adından istifadə etmək üçün 10 il müddətinə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi notariat ofisində 6505 reyestr qeydiyyatı əsasında İddiaçı1 ona vermiş olduğu etibarnamədən istifadə etməklə öz rəfiqəsi hazırki iş üzrə Cavabdeh3 Bakı şəhəri 26 saylı notariat ofisində 22 iyun 2023-cü il tarixli etibarnamə vermiş və həmin etibarnamə əsasında onun adından iştirak etməklə İddiaçı1 adına olan 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16 5-ci mərtəbə 114,5 kv.m olan paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində ərizə verilmişdir. Həmin əmlak cavabdeh İddiaçı1 anasının adına yeni müqavilə əsasında rəsmiləşdirilmişdir. X1 məqsədi əmlakı onun əlindən çıxartmaq üçün bu yolu seçməklə ilk növbədə anasının adına Ə.Əhmədov 24B ünvanında yerləşən yaşayış binasının 16-cı giriş, 5-ci mərtəbə ümumi sahəsi 114,5 kv olan 3 otaqlı mənzili rəsmiləşdirmiş, sonradan çıxarış alındıqdan sonra anasından özünün adına bağışlatmaqla onu əmlaksız qoymağı əvvəlcədən planlaşdırmışdır. Bu qeyd edilənlər onu ifadə edir ki, cavabdehin məqsədi onun gələcəkdə əmlaka olan hüquqlarının həyata keçirilməsinin qarşısını alsın. Ona görə cavabdeh İddiaçı1 tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16 5-ci mərtəbə 144.5 kv.m olan paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizənin, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 23 iyul 2023-cü il tarixli 4Ə-1025 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir.
18. Cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili iddiaya etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmiş, etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinin əvvəllərində sanki olanlardan xəbərsiz kimi özünü təqdim etdikdən sonra sonda övladlarının təhsildə köməklik göstərmək üçün daimi olaraq Ukraina Respublikasına gedib gəldiyindən 05 fevral 2018-ci il tarixində ata-baba yurdunun söküntüsü ilə əlaqədar sənədləşmələrdə onun adından istifadə etmək üçün 10 il müddətinə 3 saylı Bakı asan xidmətinin notariat ofisində 6505 reyestr qeydiyyatı əsasında İddiaçı1 adına etibarnamə verdiyini qeyd etmişdir. Cavabdeh İddiaçı1 guya iddiaçının ona vermiş olduğum etibarnamədən istifadə etməklə öz rəfiqəsi hazırkı iş üzrə Cavabdeh3 Bakı şəhəri 26 saylı notariat ofisində 22 iyun 2023-cü il tarixli etibarnamə vermiş və həmin etibarnamə əsasında onun adından iştirak etməklə İddiaçı1 adına olan 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə,Əhmədov küç ev 24/B giriş 16 5-ci mərtəbə 114.5 kv m olan paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində ərizə verilmişdir. Həmin əmlak cavabdeh İddiaçı1 anasının adına yeni müqavilə əsasında rəsmiləşdirilmişdir. İddiaçı1 məqsədi güya əmlakı onun əlindən çıxartmaq üçün bu yolu seçməklə ilk növbədə anasının adına Ə, Əhmədov 24B ünvanında yerləşən yaşayış binasının 16-cı giriş, 5-ci mərtəbə ümumi sahəsi 114.5 kv olan 3 otaqlı mənzili rəsmiləşdirmiş, sonradan çıxarış alındıqdan sonra anasından özünün adına bağışlamaqla iddiaçını əmlaksız qoymağı əvvəlcədən planlaşdırmışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi tərəflər xx.xx.2007-ci il tarixdən rəsmi nikahda olmuşlar. Onların arasında olan nikah Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə yaşamış olsalar da, onların arasında olan ailə münasibətləri iddiaçının xasiyyətində olan dəyişkilik səbəbindən 2018-ci ildən bitmişdir. Qeyd olunan mübahisəli mənzil hal-hazıradək sahibkarlıq fəaliyyəti ilə məşqul olan cavabdeh İddiaçı1 öz şəxsi vəsaiti hesabına əldə olunmuşdur. Cavabdeh bildirir ki, ata babadan qalma köhnə Sovetski kimi adlandırılan ünvan 11 ünvanında yerləşən mənzilin sökülməsi zamanı iddiaçıya verilən puldan bir manatda olsun belə alınan evə xərclənməmişdir. Həmin pul güya həmin mənzil iddiçının babasında onlara miras qaldığı üçün, pulu bankdan götürərək əmisi Arif Babayevlə öz aralarında bölmüşlər. Hətta iddiaçının bu hərəkəti onlar arasında olan ailə münasibətlərinin pisləşməsi istiqamətində daha da gərginləşməsinə gətirib çıxarmışdır. Onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehə vermiş olduğu etibarnamə o övladlarının təhsil alması ilə bağlı Ukrayna Respublikasında olarkən söküləcək evin sənədləşdirməsi üçün ona vermişdir. Halbu ki, iş materiallarına əlavə olunmuş evin söküntüsü ilə bağlı sənədlərdən və pulun ödənilməsi ilə bağlı qəbzlərdən görünür ki, həmin pulları bankdan iddiaçının şəxsən özünə təqdim olunmuş və həmin sənədlər iddiaçının özü tərəfindən imzalanmışdır. Onu da qeyd edir ki, iddiaçıya məxsus ünvan 11 ünvanında yerləşən evin söküntüsü zamanı ona ödənilən 76486 ( yetmiş altı min dörd yüz səksən altı) manat pul evin alınması ilə üst-üstə düşmür. Evin alınması ilə bağlı cavabdeh İddiaçı1 tərəfində tam olaraq 93.000 manat "xxxx" MTK-nə ödənilməklə mənzilin İddiaçı1 satılması barədə MTK ilə aralarında müqavilə imzalanmışdır. Görünüdüyü kimi iddiaçı mənzilin alınması üçün ödənilən pulun ona məxsus evin söküntüsü zamanı ödənilən pul hesabına alması faktı qeyd olunan hallarla öz təsdiqini tapmır, yəni evin söküntüsü zamanı ona ödənilən pul məbləği ilə hazırki mübahisə olunan mənzilin alınması üçün tam olaraq ödənilən 93.000 manatdan təxminən 20000 manat fərq edir. İddiaçı iddia ərizəsinə əlavə etmiş olduğu söküntü zamanı ona ödəilən pulun xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən ona təqdim olunması ilə bağlı qəbz və ya hazırki mübahisə olunan mənzilin xx.xx.2019-cu il tarixdə MTK tərəfindən İddiaçı1 satılması barədə müqavilənin tarixləri arasında ziddiyyətlər vardır. Çünki cavabdeh bildirir ki, iddiaçıya söküntü zamanı ödənilən pulla mənzilin alınması arasında olan tarixlər 1 gün fərqi ilə alınmamışdır. İş materiallarında olan İddiaçı2 tərəfindən cavabdeh İddiaçı1 verilmiş xx.xx.2018-ci il tarixli, reyester nömrəsi 7E-6505 nömrəli baş etibarnamədən göründüyü kimi iddiaçı onun adından qanunla icazə verilmiş bütün əqdləri bağlamaq üçün Aynur Babayevaya tam səlahiyyət vermiş və cavabdeh İddiaçı1 da tam səlahiyyətli şəxs olaraq həmin səlahiyyətlərdən qanunla müəyyən olunmuş qaydada istifadə edərək mübahisə olunan əqdləri bağlamışdır. Hesab edir ki, cavabdeh iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında çıxış edərək mənzili satması heç də həmin etibarnamə əsasında bağlanmış əqdlərin etibarsız olmasına əsas vermir. Göründüyü kimi cavabdeh iddiaçı tərəfindən ona verilmiş səlahiyyətlər əsasında öz adından əqdlər bağlaya bilmədiyi üçün o qanunla müəyyən olunmuş hüquqlarından istifadə edərək həmin səlahiyyəti iş üzrə digər Cavabdeh3 ötürmüş və həmin mənzil cavabdeh tərəfindən digər Cavabdeh5 alqısatqı edilmişdir. İddiaçı özüdə etiraf edir ki, cavabdehlə aralarında olan ailə münasibətləri pozulmuş olsada, onlar birlikdə yaşayırlar. İddiaçı cavabdehə onun adında etibarnamə əsasında çıxış etmək üçün bütün səlahiyyətləri veriyini özüdə səmimi etiraf edir. Bundan əlavə iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Cavabdeh4MTK ilə digər Cavabdeh5 arasında mənzilin satılmasına dair müqavilənin tarixindən, eyni zamanda Cavabdeh5 tərəfindən cavabdeh İddiaçı1 xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanmasına dair əqdlərin tarixlərinə nəzər yetirsək açıq-aydın görə bilərik ki, iddia tələbi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına və AR-nın Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əqdin etibarsızlığına dair bir illik müddət tətbiq olunaraq iddia tələbi rədd olunmalıdır. Bundan əlavə iş materiallarından göründüyü kimi əmlakın dəyəri Cavabdeh5 tərəfindən tam ödənilməklə ona alqı-satqı edilmiş və maliyyə arayışına əsasən həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesteri xidmətində Cavabdeh5 adına qeydiyyatdan keçərək ona çıxarış verilmişdir. Göründüyü kimi hazırda sözügedən mənzil vicdanlı alıcı olaraq Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatdan keçmiş, lakin iddiaçı Cavabdeh5 vicdanlı alıcı olmasını istisna edəcək hallarla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu halda nə qədər ki, Cavabdeh5 vicdanlığını şübhə altına alan hər hansı bir hal müəyyən edilməmişdirsə Cavabdeh5 mənzilin satılmasına dair əqdin etibarsız hesab edilməsi və onun adına daşınmaz əmlakın dövlət reyesterindən verilmiş çıxarışın ləğv edilməsi mümkünsüzdür. Beləki N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 10 mart 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. 19.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1009/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı2 cavabdehlər İddiaçı1, Cavabdeh3, Cavabdeh4 MTK və Cavabdeh5 qarşı “protokoldan çıxarışın, paydan imtina barədə ərizənin və müqavilənin etibarsız hesab edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair 2(004)-1009/2025 nömrəli və İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-576/2025 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi və mülki işə 2(004)- 576/2025 nömrəsi verilməsi qərara alınmışdır. 20.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-576/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı1 özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1 tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16 5- ci mərtəbədə yerləşən, ümumi sahəsi 114,5 m2 olan paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizə, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi notariat ofisi tərəfindən təsdiq edilmiş 23 iyun 2023-cü il tarixli 4Ə-1025 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi, Cavabdeh5 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** (daşınmaz əmlakın reyestr nömrəsi **********83-05301-093300) qeydiyyat nömrəli çıxarış və İddiaçı1 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** (daşınmaz əmlakın reyestr nömrəsi **********83-05301- 093300) qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun u İddiaçı2 özünə aid edilməsi qət edilmişdir.
21. Məhkəmənin mövqeyinə görə iddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzilin alınmasına sərf olunan pulun özü və anası Cavabdeh5 tərəfindən qoyulduğunu bildirsə də, lakin bununla bağlı zəruri sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı1 fərdi sahibkar kimi salonda dırnaq ustası kimi fəaliyyət göstərir, anası Cavabdeh5 isə dərzi fəaliyyəti göstərir. Məhkəmə qeyd edir ki, həmin şəxslərin birgə vəsaiti əsasında məhz İddiaçı2 Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya verildikdən 1 gün sonra mənzilin alınması ağlabatan görünmür. Belə ki, zəruri vəsaitə sahib olan İddiaçı1 və Cavabdeh5 həmin mənzili məhz İddiaçı2 kompensasiya məbləği verildikdən 1 gün sonra deyil, daha əvvəlki tarixlərdə ala bilərdilər. Əksinə İddiaçı1 adına bağlanmış həmin müqavilənin İddiaçı2 verilmiş kompensasiya məbləği ilə alınması daha realdır. Belə ki, ailə münasibətləri çərçivəsində tərəflər bir-birinə qarşılıqlı etimad göstərir və ərin və arvadın adına müqavilə bağlanması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh4 MTK ilə İddiaçı1 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzilin alınmasına sərf olunan məbləğ məhz İddiaçı2 verilən kompensasiya məbləği ilə alınan puldur. 22.Məhkəmə hesab etmişdir ki, Cavabdeh5 tərəfindən İddiaçı1 edilmiş xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsini uydurma əqd, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd kimi qiymətləndirir. Belə ki, İddiaçı1 xx.xx.2023-cü il tarixli ərizəyə, əsasən Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, 1777 saylı mənzil, ümumi sahəsi 114,5 kv.m. ibarət mənzildən və pay hüququndan imtina etmiş, elə həmin gün sonuncunun anası Cavabdeh5 ilə Cavabdeh4 MTK arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, 24B ünvanında inşa edilmiş yaşayış kompleksinin 16 giriş, 5 mərtəbə, ümumi sahəsi 114,5 kv.m, yaşayış sahəsi 60,42 kv.m olan, 3 otaqlı, 1869 saylı mənzil sonuncu tərəfindən alınmışdır. İddiaçı1 imtina etdiyi mənzil ilə, Cavabdeh5 aldığı mənzilin eyni mənzil olması işin mübahisəsiz halıdır. Bundan 1 ay 1 gün sonra isə Cavabdeh5 həmin mənzili qızı İddiaçı1 bağışlamışdır. 55. Məhkəmə qeyd edir ki, bir sıra əqdlər, xüsusilə əvəzsiz əqdlər (bağışlama, vəsiyyətnamə və s.) mənəvi dəyərlərə əsaslanır. Əgər bir şəxs öz əmlakını başqasına verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, əqdin əsasında mənəvi dəyər dayanır. Lakin İddiaçı1 həmin mənzildən imtina etdiyi gün həmin mənzillə bağlı alqı-satqı müqaviləsinin anası ilə bağlanması, təxminən 1 ay sonra isə həmin mənzili yenidən qızı İddiaçı1 bağışlaması onu təsdiq edir ki, bağışlamanın əsasında mənəvi dəyər dayanmayıb. Tərəflər bağışlama müqaviləsi bağlamaqla mənzili ər-arvadın birgə vəsaiti hesabına əldə edilən əmlak münasibətlərindən çıxartmaqla, əri gələcəkdə əmlak bölgüsündən məhrum etmək niyyətində olmuşlar. Belə ki, bağışlama olmasaydı ər mənzilin ər-arvadın ümumi əmlakı kimi bölünməsi və ya mənzilin satış pulunun yarısının ona verilməsini tələb edə biləcəkdi. Göründüyü kimi, bağışlama müqaviləsi əhəmiyyətsiz əqd olaraq etibarsızdır.
23. Məhkəmənin qənaətinə görə hazırkı halda müqavilənin etibarsızlıq şərtləri tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdan irəli gəlir və bilavasitə bununla bağlıdır.
24. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli İddiaçı1 və Cavabdeh3 tərəfindən verilmiş paydan imtina edilməsi barədə ərizələrin verilməsində məqsəd Cavabdeh5 adına çıxarışın əldə edilməsi və daha sonra daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 (Yeni qaydalarla: AZ1070, ünvan 5 ünvanında yerləşən mənzilin İddiaçı1 mülkiyyətinə verilməsi olmuşdur.
25. Bundan başqa, İddiaçı1 öz yaxın rəfiqəsi Cavabdeh3 İddiaçı2 adından verilən etibarnamə ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı2 yaşadıqları evdən onun adından imtina ediləcəyi barədə məlumatlı olduğu halda Cavabdeh3 belə bir etibarnamə verməsi də həqiqəti əks etdirmir. Belə ki, İddiaçı2 yaşadığı evdən imtina etməsinə razılıq verməsi və evin qaynanası Cavabdeh5 adına rəsmiləşdirməyə razı olması ağlabatan hesab oluna bilməz. Məhkəmə hesab edir ki, İddiaçı1 və Cavabdeh5 qəsdən görüntüdə etibarlı olan əqd görüntüsü yaratmaqla, gələcəkdə İddiaçı2 əmlakdan məhrum etmək niyyətində olmuşlar və İddiaçı1 ona verilmiş etibarnamənin səlahiyyətlərini aşaraq öz yaxın rəfiqəsi Cavabdeh3 etibarnamə verməklə və verilmiş etibarnamə əsasında sonuncunun İddiaçı1 adına olan mənzildə paydan imtina etməsinə razılıq verməsi İddiaçı2 mənafelərinin ziddinə olmuşdur.
26. Lakin məhkəmə qarşılıqlı iddia ərizəsinin İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə mülkiyyət hüququnun tanınması tələbi ilə bağlı olan hissəsi ilə razılaşmır. Belə ki, İddiaçı1 tərəfindən verilmiş 22 iyun 2023cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 114.5 kv.m olan mənzildə paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizənin etibarsızlığı tələbini qoysa da , lakin Cavabdeh3 tərəfindən İddiaçı2 adından verilmiş 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 114.5 kv.m olan mənzildə paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizənin etibarsızlığı tələbini qoymamışdır. Belə olan halda, nə qədər ki, həmin ərizənin etibarsızlığı İddiaçı2 tərəfindən qoyulmayıb, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə İddiaçı2 mülkiyyət hüququ tanına bilməz. Digər tərəfdən əqdin etibarsızlığın nəticəsi olaraq restitusiya tətbiq olunarsa, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə İddiaçı2 deyil, İddiaçı1 mülkiyyət hüquqları tanınmalıdır. Belə ki, xx.xx.2019-cu il tarixli müqavilə "xxxx" MMC ilə İddiaçı2 arasında deyil, İddiaçı1 arasında bağlanmışdır. 60. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunduğundan etibarsızlığın nəticələri kimi həmin müqavilənin verilməsinə əsasən olan müqavilə də etibarsızdır. Belə olan halda əlavə olaraq Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, 1869 saylı mənzil Cavabdeh4 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan çıxarışının və 249 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsini məhkəmə zəruri hesab etmir.
27. İlkin iddia üzrə isə məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbinin təmin olunmasına əsas hesab olunan 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi notariat ofisi tərəfindən təsdiq edilmiş 23 iyun 2023-cü il tarixli 4Ə-1025 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi və onların əsasında Cavabdeh5 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** (daşınmaz əmlakın reyestr nömrəsi **********83- 05301-093300) qeydiyyat nömrəli çıxarış və İddiaçı1 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** (daşınmaz əmlakın reyestr nömrəsi **********83-05301-093300) qeydiyyat nömrəli çıxarış etibarsız hesab olunduğundan, Aynur Babayeva tərəfindən verilmiş İddiaçı2 mənzildən çıxarılması barədə ilkin iddia tələbi təmin olunmamalıdır. 28.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 340; Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
27. Qətnamədən birinci iş üzrə iddiaçı və birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ilkin iddia ərizəsinin rədd edilən və qarşlıqlı iddia ərizəsinin təmin edilən hissəsində ləğv edilməsi və ilkin iddia ərizəsinin təmin edilməsi, qarşlıqlı iddia ərizəsinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. İddiaçı1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilkin iddia üzrə İddiaçı1 cavabdeh İddiaçı2 mənzildən çıxarılma tələbinə dair hissəsində və qarşılıqlı iddia üzrə İddiaçı2 qarşılıqlı iddiasının təmin olunan hissələrində əsassız və qanunsuz olmaqla, həmin hissələrə münasibətdə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə qətnaməsi irəli sürülən əsas tələblər yerinə yetirilməmiş, məhkəmə işin faktiki hallarını İddiaçı2 münasibətdə öz xəyali düşüncələri ilə təhrif etmişdir. İlk əvvəl qeyd edir ki, İddiaçı1 ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə İddiaçı2 1997-ci ildən rəsmi nikahda olsalarda, lakin məhkəmə iclasında İddiaçı2 və məhkəmə iclasında şahid qismində dindirilən övladları da etiraf etmişdir ki, onlar arasında ailə münasibətləri 2018-ci ildə birtmişdir. Ailə münasibətlərinin bitməsinə baxmayaraq bu müddətə kimi onların bir yerdə yaşamasını isə tərəflər övladlarının xatirinə bir yerdə yaşadıqlarını izah etmişlər. xx.xx.2019-cu il tarixdə İddiaçı1 ilə "xxxx" MMC arasında inşa ediləcəkbinanın 16 giriş, 5-ci mərtəbəsində 1777 saylı mənzilin təhvil verilməsi barədə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyəri 93.000 manat müəyyən olunmuşdur. Mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmiş və İddiaçı1 adına maliyyə arayışı verilmişdir. Məhkəmənin İddiaçı2 ona məxsus ata babadan qalma köhnə Sovetski kimi adlandırılan ünvan 7 ünvanında yerləşən ümumi yaşayış mənzilinin 2019-cu ildə dövlət layihəsi üzrə sökülərək əldə edilmiş pul vəsaiti hesabına hazırki mübahisəli mənzilin alınması ilə bağlı gəldiyi əsas nəticəni əsassız və qanununsuz hesab edir. Belə ki, qeyd olunan mənzilin alınmasına İddiaçı2 1 manat belə olsun pul vəsaiti xərcləməmişdir. Həmin mənzilin alınmasına çəkilən xərcin bir qismini özü (Aynurə), digər böyük bir qismini anası, qarşlıqlı iddia ərizəsi üzrə Cavabdeh5 tərəfindən ödənilmişdir. Hətta İddiaçı2 ona məxsus ata babadan qalma köhnə Sovetski kimi adlandırılan ünvan 7 ünvanında yerləşən evdən əldə edəcəyi pul vəsaitindən evin alınmasına kömək edəcəyini demiş olsa da, lakin İddiaçı2 məhkəmə iclası zamanı özünün verdiyi ifadəsində göstərdiyi kimi əmisi ilə aralarında mübahisə olmuş və bank hesabında alınan pul vəsaiti əmisi ilə öz aralarında bölünmüş və İddiaçı2 çatası pulu o öz şəxsi vəsaiti hesabına xərcləmişdir. Bu faktlar məhkəmə iclasında şahid qismində ifadə verən X13 və Cavabdeh3da təsdiq etmişdir. Hətta anası mənzil alınarkən təmirsiz vəziyyətdə olduğu üçün mənzilin təmirinə çəkilən xərclərdə anası (Aynurnin) Cavabdeh5 tərəfindən çəkilmişdir. Məhkəmə qeyd olunan mənzilin alınmasına çəkilən xərcin onun (Aynurə) tərəfindən tam ödənilməsi ilə bağlı sübutlar təqdim edə bilmədiyini göstərmiş olsa da, lakin mənzilin alınmasına çəkilən 93.000 manat pulun onun tərəfindən tam ödənildiyini təsdiq edən maliyyə arayışını sübut kimi qiymətləndirməmişdir. Halbuki iş materiallarından görünür ki, İddiaçı2 ona məxsus ata babadan qalma köhnə Sovetski kimi adlandırılan ünvan 7 ünvanında yerləşən evin söküntüsü zamanı ona xx.xx.2019-cu il tarixdə 76486 manat pul ödənilmişdir. Halbuki xx.xx.2019-cu il tarixdə alınan hazırki mübahisəli mənzil dəyəri 93000 manat İddiaçı1 tərəfindən nəğd şəkildə ödənilərək almışdır. İddiaçı2 ünvan 7 ünvanında yerləşən evin söküntüsü zamanı ona xx.xx.2019-cu il tarixdə 76486 manat pul verildiyini, lakin qeyd olunan mənzilin isə 93.000 manata alındığını sual verdikdə o bildirdi ki, mənzilin alınması üçün qalıq pulu qardaşı məhkəmədə şahid qismində ifadə verən X9 borc almışdır. Halbuki məhkəmə iclasında şahid qismində ifadə verən X6 Babayevin dediklərindən tam fərqli ifadə verərək İddiaçı2 guya borc verdiyini, lakin həmin borc pulu mənzilin alınmasına deyil 2019-cu ilin fevral ayında mənzilin təmir edilməsi məqsədi verildiyini bildirmişdir. Görünüdüyü kimi hazırki mübahisəli mənzilin İddiaçı2 tərəfindən ata babadan qalma köhnə Sovetski kimi adlandırılan ünvan 7 ünvanında yerləşən evin söküntüsü zamanı əldə edilmiş pul vəsaiti hesabına hazırki mübahisəli mənzili almasını sübut edə bilməsə də, lakin işə baxan məhkəmə işin hallarını və tərəfindən təqdim edilmiş sübutları təhrif edərək əsasız qənaətə gəlib mənzilin alınmasını İddiaçı2 ona məxsus ata babadan qalma köhnə Sovetski kimi adlandırılan ünvan 7 ünvanında yerləşən evin söküntüsü zamanı əldə edilmiş pul vəsaiti hesabına əldə edildiyi qənaətinə gəlmişdir. İddiaçı2 övladı X5 təhsildə köməklik göstərməsi üçün daimi olaraq Ukraniya Respublikasına gedib-gəldiyi üçün 05 fevral 2018- ci il tarixində ata-baba yurdunun söküntüsü ilə əlaqədar sənədləşmələrdə onun adından istifadə etmək üçün 10 il müddətinə etibarnamə verməsi ilə bağlı gəlinən nəticəni də əsassız və qanunsuz hesab edir. Belə ki, İddiaçı2 ona məxsus ata babadan qalma köhnə Sovetski kimi adlandırılan ünvan 7 ünvanında yerləşən evin söküntüsü zamanı və pulun alınmasına dair Kapital Bank tərəfindən təqdim olunmuş sənədlərdən aydın görünür ki, sənədlər üzərində olan imzaların heç biri onun (Aynurə) tərəfindən deyil İddiaçı2 öz imzaları ilə təsdiq olunmuş və Kapital Bankdan ödənilən 76486 manat pul İddiaçı2 özü tərəfindən qəbul edilmişdir. Bundan əlavə məhkəmənin gəldiyi əsas nəticələrdən biri də İddiaçı2 tərəfindən İddiaçı1 verilmiş etibarnamə əsasında sonuncu Cavabdeh3 xx.xx.2023-cüil tarixdə mübahisəli mənzildən və pay hüququndan imtina etməsinə etirazının olmaması barədə ərizə verildiyini qeyd edərək həmin ərizənin İddiaçı2 iradə ifadəsinə zidd olduğunu göstərmişdir. Halbuki məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh qismində ifadə verən Cavabdeh3 ifadəsindən bir kəlmə olsun ki, qəbul edilmiş qətnamədə qeyd aparılmamışdır. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh qismində göstərildiyi qarşılıqlı iddia ərizəsinə münasibət bildirirək İddiaçı1 ilə uzun müddətdir dostluq etdiklərini, iddiaçı və cavabdehlə ailəvi münsibətlərinin çox yaxşı olduğunu, xx.xx.2019-cu il tarixdə İddiaçı1 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzilin alınmasına sərf olunan pulun yarısının İddiaçı1 özünün yığdığı pul vəsaiti, qalan məbləğinin isə anası Cavabdeh5 tərəfindən ona məxsus torpaq sahəsinin satılmasından əldə olunan vəsait hesabına alındığını, həmin evin alınmasına sərf olunan vəsaitin çox hissəsinin anası Cavabdeh5 tərəfindən ödənildiyini, sonradan mənzilin Cavabdeh5 adına keçirilməsinin onun digər qız övladının da həmin mənzildən pay almaq hüququnun olması, lakin sonradan həmin övladının ailəsində yaranmış problemlərlə əlaqədar yenidən bağışlama müqaviləsinə əsasən İddiaçı1 adına hədiyyə edildiyini, bundan başqa İddiaçı1 həmin evin alınmasına İddiaçı2 tərəfindən hər hansı vəsait qoyulmadığını, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən sonuncuya verilmiş kompensasiyanın şəxsi ehtiyacları üçün sərf etdiyini bildirmiş, digər tərəfdən İddiaçı2 tərəfindən İddiaçı1 verilmiş etibarnamə əsasında ona etibarnamə verilməsini və həmin etibarnamə əsasında İddiaçı2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzildən imtina edilməsi ilə bağlı ərizənin yazılmasını İddiaçı2lə aralarında problemlərin olmasını həmin vaxt İddiaçı1 İddiaçı2 onunla birlikdə notariusa getməsini təklif etsə də, lakin İddiaçı2 “sənə etibarnamə vermişəm, get nə istəyirsən elə” deməsindən sonra onun adına etibarnamə verməsi ilə izah etmişdir. Qeyd olunan hallar məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının və cavabdehin onlarla birlikdə yaşamış övladları X10 təsdiq etmişdir. Belə ki, Rüfət Babayev vermiş olduğu ifadəsində özü də təsdiq etmişdir ki, İddiaçı2 və İddiaçı1 onun valideynləridir, 2018-ci ildən valideynləri arasında münasibətlər korlanmış, 2019-cu ildə atasına evin sökülməsi ilə bağlı kompensasiya məbləği verilsə də, lakin həmin məbləği atası öz şəxsi ehtiyaclarına sərf etmişdir. Yaşadıqları evin alınmasına çəkilən xərcin bir qismini anası, digər böyük qismini nənəsi Cavabdeh5 özünə məxsus torpaq sahəsini sataraq anasına vermiş və anası da hazırki mübahisəli mənzili almışdır. Qeyd edir ki, İddiaçı2 qeyd olunan mənzilin Cavabdeh5 adına qeydiyyatdan keçməsindən məlumatının Aynurə Babayevlə onlar arasında ailə mübahisəsi ilə bağlı 2024-cü ilin dekabr ayında mediasiya sessiyyası zamanı məlumtının olması və bu məlumatı əldə etdikdən sonra hazırki tələblə məhkəməyə müraciət etməsi ilə bağlı gəlinən nəticənidə əsassız və qanunsuz hesab edir. Ona görə ki, İddiaçı2 özü məhkəmə iclasında ona verilən suala cavabında özü etiraf etmişdir ki, xx.xx.2023-cü il tarixdə övladı Hüseynğa Babayev işə düzələn vaxtlarda ondan yaşayış yeri barədə arayış tələb olunduğundan o arayışın alınması üçün Cavabdeh4 MTK-nəmüraciət etmiş və MTK tərəfindən ona arayış verilmişdir. Halbuki İddiaçı2 mənzilin Cavabdeh5 adına qeydiyyatdan keçməsindən məlumatının 2024-cü ilin dekabr ayında mediasiya sessiayası zamanı olduğunu bildirsə də vəkil sorğusu əsasında Cavabdeh4 MTK tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı2 təqdim olunmuş arayışda mənzilin Cavabdeh5 məxsus olduğu qeyd olunmuşdur. Bu barədə tərəfindən əldə edilmiş arayış rəsmi məlumat əsasında xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş olsa da məhkəmə qeyd olunan sübutlara ümumiyyətlə qiymət verməmişdir. Hesab edir ki, bu hal bir daha təsdiq edir ki, İddiaçı2 iddia tələbində göstərdiləri həqiqətə uyğun deyil və onun tərəfindən hazırlanmış senaridir. Lakin işə baxan məhkəmə təqdim etdiyimiz sübutları kənara qoymaqla mənzilin İddiaçı2 söküntü zamanı ödənilmiş pul vəsaiti hesabına əldə edilməsi qənaətinə gələrək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan əlavə Məhkəmə Cavabdeh5 tərəfindən İddiaçı1 edilmiş xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsini uydurma əqd, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd kimi qiymətləndirmişdir. Halbuki Cavabdeh4 MTK tərəfindən verilmiş maliyyə arayışı ilə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov keçəsi 24/B ünvanında inşa edilən kooperativ yaşayış binası Cavabdeh4 MTK-ya məxsusdur. Bu binanın 16 giriş, 5-ci mərtəbəsində,tikinti sahəsi 114,5 kv.m, yaşayış sahəsi 60,42 kv.m. olan 3 otaqlı, 1869 saylı mənzilin pay dəyəri Cavabdeh5 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DaşınmazƏmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, 1869 saylı mənzil Cavabdeh4 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan çıxarışa və 249 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh5 adına ilkin qeydiyyatdan keçmişdir. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu ŞahgəldiyevRasim Mövsüm oğlun tərəfindən təsdiq edilmiş 4Ə/1025 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hesab edir ki, məhkəmənin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı gəldiyi nəticə əsassız və qanunsuzdur. Yuxarıda qeyd etdiyi kimi İddiaçı2 Yasamal rayonu, İ.Qutqaşınlı küç., ev 102 ünvanında yerləşən evin söküntüsü zamanı əldə edilmiş pul vəsaiti hesabına hazırki mübahisəli mənzili Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kompensasiya hesabıan alması halları İddiaçı2 sübuta yetirilə bilməmişdir. Halbuki mübahisəli mənzilin İddiaçı1 və digər cavabdeh onun anası Cavabdeh5 tərəfindən özünə məxsus torpa sahəsini sataraq əldə edilmiş pul vəsaiti hesabına alınması iş üzrə İddiaçı2 bir-birindən fərqli formada vermiş olduğu ifadəsi, iş üzrə Cavabdeh3 və məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının və cavabdehin oğlu X13 tərəfindən verilmiş ifadələrlə öz təsdiqini tapmışdır. Bir daha qeyd edir ki, işə baxan məhkəmə öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslanmadan qanunsuz və əsasız olaraq təqdim edilmiş sübutları təhrif edərək qətnamə qəbul etmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı1 ilə "xxxx" MMC arasında inşa ediləcək binanın 16 giriş, 5-ci mərtəbəsində 1777 saylı mənzilin təhvil verilməsi barədə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyəri 92.000 manat müəyyən olunmuşdur. Mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmiş və İddiaçı1 adına maliyyə arayışı verilmişdir. Halbuki işə baxan məhkəmə mənzilin dəyərinin İddiaçı1 tərəfindən tam ödənilməsi ilə bağlı sübutlara qiymət vermədən maddi hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Göründüyü kimi işə baxan məhkəmə formal əsaslarla qeyd olunan mənzilin Rusalan Babayev tərəfindən onun ata babasından miras qalmış əmlakın söküntüsü zamanı əldə edilmiş pul vəsaiti hesabına əldə edildiyi qənaətinə gəməklə onun qanunla qoruan xüsusi mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. İş materiallarında olan İddiaçı2 tərəfindən cavabdeh İddiaçı1 verilmiş xx.xx.2018-ci il tarixli, reyester nömrəsi 7E-6505 nömrəli baş etibarnamədən göründüyü kimi iddiaçı onun adından qanunla icazə verilmiş bütün əqdləri bağlamaq üçün Aynur Babayevaya tam səlahiyyət vermiş və cavabdeh İddiaçı1 tam səlahiyyətli şəxs olaraq həmin səlahiyyətlərdən qanunla müəyyən olunmuş qaydada istifadə edərək mübahisə olunan əqdləri bağlamışdır. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göründüyü kimi cavabdeh iddiaçı tərəfindən ona verilmiş səlahiyyətlər əsasında öz adından əqdlər bağlaya bilmədiyi üçün o qanunla müəyyən olunmuş hüquqlarından istifadə edərək həmin səlahiyyəti iş üzrə digər Cavabdeh3 ötürmüş və həmin mənzil cavabdeh tərəfindən digər Cavabdeh5 alqısatqı edilmişdir. Məhkəmənin iddia müddətinin tətbiq olunması ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. İddia müddətinin tətbiq olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, mübahisə predmeti olan əmlak daşınmaz əmlak, yəni fərdi-müəyyən əşya olduğundan və əldə edənin əmlakına qarşımadığından hazırki münasibətə iddia müddətinin tətbiqi yolverilməzdir. Qeyd edir ki, mübahisəli mənzil xx.xx.2019-cu il tarixdə ona alqı-satqı edilmiş və mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. Mənizilin onun mülkiyyətində olmasını istisna edəcək hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Cavabdeh4 MTK- tərəfindən İddiaçı2 təqdim olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, qeyd olunan mənzilin Cavabdeh5 məxsus olmasından İddiaçı2 məlumatı mənzil İddiaçı1 tərəfindən Cavabdeh5 alqı-satqı edilərkən məlumatı olmuşdur. Əqdin etibarsızlığına dair bir illik müddət tətbiq olunaraq iddia tələbi rədd olunmalıdır. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Halbuki məhkəmə iclasında cavabdeh qismində ifadə verən Cavabdeh3 ifadəsindən bir kəlmə olsun ki, qəbul edilmiş qətnamədə qeyd aparmadan sübutları qarşılıqlı iddia üzrə İddiaçı2 xeyrinə təhrif edərək qeyd olunan prosessual hüquq normalarını pozmuşdur. Eyni zamanda işə baxan məhkəmə şahid ifadələrini də İddiaçı2 qarşlıqlı iddia tələbinin təmin olunması istiqamətində fərqli formada təhrif etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi cavabdehlər ilkin iddia ərizəsinə qarşı, qarşlıqlı iddia vermiş olsalarda lakin öz tələblərini sübut edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər və nəticədə məhkəmə qeyd olunan prosesual hüquq normalarını pozmaqla həmin qeyri mötəbər sübutlara istinad etməklə iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarmışdır. İşə baxan məhkəmə qarşlıqlı iddia ərizəsinin təmin olunması istiqamətində təqdim olunmuş sübulara birtərfli və səthi yanaşmaqla qanunsuz və əsassız nəticəyə gəlmişdir.
29. Qətnamədən birləşdirilmiş iş üzrə Cavabdeh5 apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia ərizəsinin təmin edilən hissəsində ləğv edib qarşlıqlı iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Cavabdeh5 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1777 nömrəli cəmiyyət inşa ediləcək binanın 16 giriş, 5- ci mərtəbəsində 1777 saylı mənzili İddiaçı1 təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd edir ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16 5-ci mərtəbə 144.5 kv.m olan mənzilin alınması ilə bağlı İddiaçı2 ata babasından miras qalmış Sovetski kimi adlandırılan ünvan 11 ünvanında yerləşən mənzilin sökülməsi zamanı əldə edilmiş pul vəsaiti hesabına alınması ilə bağlı gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Çünki İddiaçı2 əmlakın həqiqətən də qeyd olunan pul vəsaiti hesabına əldə etməsini təsdiq dəcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Amma buna baxmayaraq məhkəmə qeyd olunan halları formal olaraq təhrif edib qanunsuz və əsassız qətnamə qəbul etməyə nail olmuşdur. Belə ki, İddiaçı1 onun qızıdır. İddiaçı2lə 1997-ci il tarixdən rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onlar ailə həyatı qurandan əvvəl və hal-hazıradək İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olub. İddiaçı2lə ailə münasibətləri zəminində həmişə münaqişləri olmuşdur. Onların arasında baş vermiş münaqişlər həmişə onun (Zəhra) tərəfindən sakitləşdirilmişdir. 2018-ci ildən İddiaçı2 etmiş olduğu qeyri-etik hərəkətlərin nəticəsi olaraq onlar arasında olan ailə münasibətləri bitmişdir. 2018-ci ildən onların ailə münasibətləri formal olaraq qalsa da, onların övladları təhsil aldığı və gələcəkdə övladlarının karyerasına ləkə gəlməməsi üçün İddiaçı1 bu günədək aralarında olan nikaha xitam verilməsi üçün məhkəməyə müraciət etməmişdir. Yuxarıda qeyd etdiyi kimi İddiaçı1 özü həmişə işləyib kifayət qədər pul qazanmışdır. İddiaçı2lə evli olduqları müddət ərzində onların özünə məxsus evləri olmamışdır. Sovetski kimi adlandırılan ünvan 11 ünvanında yerləşən ev İddiaçı2 ata babasında ona miras qalmış olsa da, İddiaçı2 məhkəmədə vermiş olduğu ifadəsində göstərdiyi kimi, bir həyətdə, eyni ünvanda yaşayan əmisi və digər qohumları arasında həmişə payların bölgüsü ilə bağlı mübahisələr olmuşdur. İddiaçı2lə İddiaçı1 aralarında olan mübahisələrdə məhz onların əmlak mübahisələri barədə yaxın qohumlarının mübahisələrinin olması və bu zəmində onların bu müddət ərzində rahat yaşamaq üçün evlərinin olmaması olmuşdur. İddiaçı1 hazırki mübahisəli mənzili alan günlə İddiaçı2 söküntü zamanı əldə etdiyi pulun 1 gün fərq etməsi o demək deyil ki, İddiaçı2 əldə etdiyi pul vəsaiti hesabına qeyd olunan mənzili alınmış. Hazırki mübahisəli mənzilin dəyəri 93000 manat, İddiaçı2 isə söküntü zamanı ödənilən pulun dəyəri isə 76486 manat olmuşdur. İddiaçı2 qalıq pulu qardaşı X9 borc alıb 76486 manat pulun üzərinə qoyub toplam olaraq hazırki mübahisəli mənzili 92.000 manata aldığını desə də, lakin məhkəmədə şahid qismində dindirilən Ramin Babayev İddiaçı2 pulu 2019-cu ilin yanvar ayında deyil, fevral ayında verdiyini, verdiyi borc pulu isə evin alınmasına deyil təmir edilməsi üçün borc verdiyini demişdir. Əslində İddiaçı2 evin alınmasına qardaşı Ramin Babayevdən borc pul alması, Ramin Babayev tərəfindən təsdqi olunmasa da, Ramin Babayev tərəfindən evin təmirinə çəkilən xərc üçün İddiaçı2 borc pul verdiyini sözlə ifadə etmiş, lakin bunu təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Hazırki mübahisəli mənzilin alınması ilə İddiaçı2 söküntü zamanı əldə etdiyi pul vəsaitinin alınması arasında bir gün fərqi barədə deyə bilər ki, İddiaçı1 öz şəxsi vəsaiti hesabına 45.000 manat pul toplamışdır. İddiaçı1 İddiaçı2lə hər gün mübahisə edərək bildirirdi ki, söküntü zamanı pulları başaqa qohumlarla bölmə həmin pulu aldıqdan sonra övladlarının artıq yetkinlik yaşına çatdığılnı bir yerdə pulu toplayıb ev almağı ondan tələb edirdi. Hətta ev alınan günədək onlar dəfələrlə "xxxx" MTK-nə gedib hazırki mübahisəli evi almaq istədiyini mümkün qədər başqa şəxslərə satmamaqlarını MTK-ya demişlər. 2019-cu ilin yanvar ayında İddiaçı2 söküntünün yekunlaşdığını pulun ona ödəniləcəyini, lakin ödənilən pul onun adına bank hesabına ödənilsədə, həmin pulu əmisi ilə bərabər böləcəyini deyirdi. 2018-ci ilin dekabr ayında o, (Zəhra) Şüvəlan bağlar massivində özünə məxsu torpaq sahəsini 50.000 manata satmışdır. Digər övladına ailə həyatı qurarkən cehiz əşyaları vermədiyi üçün həmin pulla qızına əmlak alıb ona hədiyyə etmək istəyirdi. Bu səbəbdən İddiaçı2 əldə etdiyi pulu evin alınmasına vermədiyindən tərəfindən 48.000 manat pul İddiaçı1 verərək xx.xx.2019-cu ildə dəyəri 93.000 manat pul İddiaçı1 tərəfindən "xxxx" MTK-ya ödənilərək hazırki mübahisəli mənzil alındı. Hətta mənzilin təmirsiz olduğu üçün mənzilin təmirinə çəkilən xərcin çox hissəsidə onun tərəfindən və İddiaçı1 özü tərəfindən ödənilərək təmir olunmuşdur. Mənzilin təmir olunmasına İddiaçı2 1 manat belə olsun vəsait xərcləməmişdir. Qeyd etdiyi xüsusatlar məhkəmə iclasında cavabdeh qismində göstərilən Aynurə Babayevla ilə ailəvi dostluq münasibətləri olan Cavabdeh3 və məhkəmə iclasında şahid qimində ifadə verən İddiaçı2 və İddiaçı1 oğlu X13 da öz ifadələrində təsdiq etmişlər. Amma buna baxmayaraq məhkəmə işin hallarını təqdim edilmiş sübutları düzgün qiymətləndirmədən qanunsuz və əsassız qətnamə qəbul etməyə nail olmuşdur. İddiaçı1 paydan imtina edib əmlakı ona alqısatqı etməsi və əmlaka mülkiyyət hüququ əldə edib bağışlanma müqaviləsi əsasında İddiaçı1 bağışlamağımla bağlı məhkəmənin mövqeyi ilə razılaşmır. Çünki məhkəmə qarşlıqlı iddia ərizəsində bu hissəsini də məhz hazırki mübahisəli mənzilin alınması üçün sərf olunan pulun İddiaçı2 ata baba yurdundan miras qalmış əmlakın söküntüsü nəticəsində əldə olunmuş pul vəsaiti hesabına əldə edildiyi ilə əsaslandırmış və nəticədə bağlanmış əqdləri, əhəmiyyətsiz əqd kimi qiymətləndirmişdir. Qeyd edir ki, İddiaçı1 paydan imtina edib, MTK tərəfindən mənzilin ona satılması və mənzilin dəyəri onun (Zəhra) tərəfindən tam ödənilərək alınması, bundan sonra ilkin olaraq həmin mənzilə İddiaçı1 deyil onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reysterindən qeydiyyatdan keçirilməsinin qanunsuz olması barədə iddiaçı tərəfindən hər hansı bir mötəbər sübutlar təqdim edilmədiyi halda məhkəmə əsassız və qanunsuz olaraq bağışlanma müqaviləsini əhəmiyyətsiz əqd kimi qiymətləndirib iddia ərizəsini təmin etmişdir. Halbuki sözügedən mənzil vicdanlı alıcı olaraq onun adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatdan keçmiş, lakin iddiaçı cavabdeh onun vicdanlı alıcı olmağını istisna edəcək hallarla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu halda nə qədər ki, cavabdeh olaraq onun vicdanlığını şübhə altına alan hər hansı bir hal müəyyən edilməmişdirsə onun bağışlanma müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi mümkünsüzdür. N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 10 mart 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və y əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yuxarıda qeyd etdiyim kimi əmlakın ilkin olaraq onun adına daşınmaz əmlakın dövlət reyesterində mülkiyyət hüquqnun qeydiyyatdan keçməsi və əmlakın bağışlanma müqaviləsi əsasında yenidən bağışlanmasının qeyri dəqiq olması məhkəmə tərəfindən sübuta yetirilməsədə işə baxan məhkəmə qəbul etdiyi qətnamə ilə qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq mülkiyyət hüququna dair çıxarışı və bağışlanma müqaviləsini etibarsız hesab edərək əsassız və qanunsuz olaraq qəbul etdiyi qətnamə ilə onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Göründüyü kimi işə baxan məhkəmə qəbul etdiyi qətnamə ilə qanunsuz və əsassız olaraq dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarımı formal əsalsarla, işin faktiki hallarını təhrif etməklə məhdudlaşdırmışdır. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin, qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Bundan əlavə hazırki mübahisə olunan əmlakdan İddiaçı1 paydan imtina edib mənə alqı-satqı etməsi İddiaçı2 tərəfindən10 il müddətə verilmiş baş etibarnamə əsasında İddiaçı2 öz razılığıilə onun səlahiyyətlərinin başqa şəxsə ötürülməsi yolu ilə həyata keçirilmiş və nəticədə qeyd olunan əmlak 2023-cü il tarixdə alqısatqı edilmişdir. İddiaçı2 iddia tələbində qeyd edir ki, onun əmlakın Cavabdeh5 adına alqısatqı edilməsindən məlumatı 2024-cü ilin dekabr ayında onlar arasında nikaha xitam verilməsi barədə mediasiya sessiyası zamanı olmuşdur. Halbuki mənzil 2023-cü ildə onun (Zəhranın) mülkiyyətində olan zaman İddiaçı2 şəxsən özü ona müraciət edib övladı Hüseynağa Babayevin işə düzəlməsi üçün ondan yaşayış yeri barədə arayış tələb olunduğunu və bu səbəbdən MTK-dan arayış alınıb verilməsini ondan istəmişdir. Onun razılığı əsasında Cavabdeh4 MTK tərəfindən xx.xx.2023-cü il tarixdə yaşayış yeri barədə arayış verilmiş və həmin arayış iş materiallarına ələvə olunaraq arayış üzərində mənzilin ona (Zəhraya) məxsus olması qeyd olunmuşdur. Sadəcə olaraq onu deyə bilər ki, İddiaçı2 İddiaçı1 ilə aralarında olan nikaha xitam verildikdən sonra onu mənzildən çıxarılacağını, anlamış və sonra o həmin əmlakın ona məxsus olması və ya ən azından birgə nikah dövründə əldə olunmuş əmlak kimi gələcəkdə əmlakın bölünməsinə nail olmaq üçün bu addımı atmışdır. Bundan sonra o çıxış yolunu formal əsaslarla, hazırlanmış senariyə uyğunlaşdırmış nəticədə məhkəməyə müraciət edib qanunsuz qətnamə qəbul edilməsinə nail olmuşdur. Qətnamədə görünür ki, Aynura Babayeva idda müddətinin tətbiq olıunması ilə bağlı məhkəməyə vəsatət vermiş olsa da, lakin məhkəmə mübahisə predmeti olan əmlak daşınmaz əmlak, yəni fərdi-müəyyən əşya olduğundan və əldə edənin əmlakına qarşımadığından hazırki münasibətə iddia müddətinin tətbiqinin yol verilməz olduğunu göstərmiş olsa da, halbuki Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə İddiaçı2 deyil, İddiaçı1 mülkiyyət hüquqları tanınmalıdır. Belə ki, xx.xx.2019-cu il tarixli müqavilə "xxxx" MMC ilə İddiaçı2 arasında deyil, İddiaçı1 arasında bağlanmışdır. Göstərilənlərə əsasən hesab edir ki, məhkəmə iddia müddətinin tətbiq olunması ilə bağlı gəldiyi nəticədə əsassız və qanunsuz hesab edilməlidir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları təhrif etmiş, cavabdeh tərəfindən istinad edilmiş sübutlara qiymət verməmişdir. İşə baxan məhkəmə tərəfimizdən təqdim edilmiş iş üçün əhəmiyyətli olan hallara hüquqi qiymət vermədən, işin hallarını qarşılıqlı iddia üzrə İddiaçı2 əsassız tələbin təmin olunması üçün təhrif etmişdir.
31. Qətnamədən birləşdirilmiş iş üzrə İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə, Bakı şəhəri, Yeni Yasamalyaşayış massivi, Ə.Əhmədov küçəsi,ev 24/B giriş 16, 5-ci mərtəbə 114.5 kv.m olan mənzilə İddiaçı2 tam mülkiyyət hüququnun tanınmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. İddiaçı2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi mübahisəli qətnamənin 15-ci səhifə 4-cü abzasında qeyd edilmişdir ki, “Lakin məhkəmə qarşılıqlı iddia ərizəsinin İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə mülkiyyət hüququnun tanınması tələbi ilə bağlı olan hissəsi ilə razılaşmır. Belə ki, İddiaçı1 tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 114.5 kv.m olan mənzildə paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizənin etibarsızlığı tələbini qoysa da , lakin Cavabdeh3 tərəfindən İddiaçı2 adından verilmiş 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 114.5 kv.m olan mənzildə paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizənin etibarsızlığı tələbini qoymamışdır. Belə olan halda, nə qədər ki, həmin ər izənin etibarsızlığı İddiaçı2 tərəfindən qoyulmayıb, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə İddiaçı2 mülkiyyət hüququ tanına bilməz. Digər tərəfdən əqdin etibarsızlığın nəticəsi olaraq restitusiya tətbiq olunarsa, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə İddiaçı2 deyil, İddiaçı1 mülkiyyət hüquqları tanınmalıdır. Belə ki, xx.xx.2019-cu il tarixli müqavilə "xxxx" MMC ilə İddiaçı2 arasında deyil, İddiaçı1 arasında bağlanmışdır.” Məhkəmənin gəlmiş oduğu bu nəticə ilə razı deyil. Belə ki, bütün müqavilə və ərizələri etibarsız hesab edildiyi halda əmlak yenidən cavabdeh İddiaçı1 adına keçdiyi üçün İddiaçı2 xəbəri və iradəsi olmadan Cavabdeh3 tərəfindən İddiaçı2 adından verilmiş 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 114.5 kv.m olan mənzildə paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizənin etibarsızlığının qoyulmasına heç bir zərurət yox idi. Çünki həmin ərizə özlüyündə heçbir hüquqi nəticə yaratmır. Belə olan halda İddiaçı2 iddiası tam təmin edilməli idi. Bu qeyd edilənlərə dair tərəflərindən kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmənin qismən əsassız nəticəyə gəlməsi qəbul edilən deyildir. Göründüyü kimi mübahisəli əmlak İddiaçı2 ata-baba yurdu sökülmüş və nəticədə xx.xx.2019-cu il tarixli kassa məxaric orderinə əsasən söküntü ilə əlaqədar 76486 manat İddiaçı2 ödənilmişdir.
33. Qətnamədən birləşdirilmiş iş üzrə Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin qarşlıqlı idda ərizəsinin təmin edilən hissəsində ləğv edilməsi və qarşlıqlı iddia ərizəsinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk əvvəl qeyd edir ki, cavabdeh qismində göstərildiyi üçün qarşılıqlı iddia ərizəsinə münasibətdə xx.xx.2025-ci il tarixdə məhkəmədə geniş məzmunlu ifadə verməyinə baxmayaraq işə baxan məhkəmə qanunsuz və əsassız olaraq qətnamə qəbul etməyə nail olmaq üçün tərəfindən verilmiş ifadədən bir kəlmə olsun belə qeyd etməmiş və tərəfindən izahat əsasında verdiyi dəlillərə qiymət verməmişdir. Belə ki, o, 20 ildən çox müddətdir ki, İddiaçı1 ilə dostluq münasibətləri vardır və hal-hazıradək də davam edir. Bu dostluq münasibətləri onların ailəvi münasibətlərinə də təsir göstərmiş və nəticədə İddiaçı2 və onun övladları ilə də münasibətlər normal olmuşdur. Demək olar ki, hər gün bir-birlərinin evinə gedib gəlmişik. Rusaln Babayevin qarşlıqlı iddia ərizəsində göstərdilərini əsassız və qanunsuz hesab edərək bildirmək istəyir ki, mənzilin alınmasına onun bir manat belə vəsaiti xərclənməmişdir. İddiaçı2 iddia ərizəsində mənzilin Cavabdeh5 adına alqı-satqı edilərkən alqı-satqının rəsmiləşdirilməsindən məlumatının olmaması əsassız və qanunsuzdur. Məhkəmə qəbul etdiyi qətnamədə istinad edir ki, İddiaçı2 ata babasından miras qalmış Sovetski kimi adlandırılan ünvan 14 ünvanında yerləşən mənzilin sökülməsi zamanı əldə edilmiş puldan bir gün sonra hazırki mübahisəli mənzili almışdır. Məhkəmənin bu hissədə gəldiyi nəticəni əsassız və qanunsuz hesab edir. Belə ki, sözgüdən mənzilin alınması, İddiaçı2 ata babasından miras qalmış Sovetski kimi adlandırılan ünvan 15 ünvanında yerləşən mənzilin sökülməsi zamanı əldə edilmiş pulun alınmasından bir gün sonra baş vermiş olsa da, lakin, İddiaçı2 həmin puldan bir manat belə olsun mübahisəli mənzilin alınmasına pul xərcləməmişdir. Hətta həmin vaxt onlar fomral ailə münasibətlərində olsalar da, özlərinə məxsus evləri belə olmamışdır. İddiaçı1 tanıdığı gündən fərdi sahibkar kimi işlədiyini və kifayət qədər pul qazandığının şahidi olmuşdur. İddiaçı1 uzun müddət idi ki, sahibkarlıq fəaliyyəti ilə əldə etdiyi pulun bir qismini toplayıb ev almaq istəyirdi. Hətta İddiaçı1 2019-cu ilin əvvələrində bir neçə dəfə digər cavabdeh və onunla birlikdə Cavabdeh4 MTK-nə gedərək məzillərə baxmışıq. İddiaçı2 özü onun yanında İddiaçı1 söküntü nəticəsində əldə edəcəyi pulla bağlı əmisi arasında mübahisənin olduğunu bildirirdi. Hazırki mübahisəli mənzilin alınan gündən təxminən 10 gün əvvəl İddiaçı1 anası Cavabdeh5 özünə məxsus torpaq sahəsini satdığını alınan evin pulunun çox hissəsini İddiaçı1 verdiyinin və İddiaçı1 özü topladığı pulla bərabər anası Cavabdeh5 tərəfindən verilmiş pullu bir yerə toplayaraq hazırki mübahisəli mənzilin alınmasının şahidi olmuşdur. Halbuki qeyd olunan hallar barədə məhkəmədə geniş ifadə verməklə bərabər bu istiqamətdə hakim və hər iki tərəfin vəkillərinin suallarınada cavab vermiş olsa da baxan məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə bir cümlə olsun belə onun ifadəsinə qiymət verməmişdir. İş materiallarından göründüyü kimi xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən bir sıra səlahiyyətlər notariat ofisində təsdiq edilmiş etibarnamə əsasında 10 il müddətinə İddiaçı2 tərəfindən İddiaçı1 etibar edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli İddiaçı1 və onun tərəfindən verilmiş paydan imtina edilməsi barədə ərizələrin verilməsində məqsəd Cavabdeh5 adına çıxarışın əldə edilməsi və daha sonra daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 (Yeni qaydalarla: AZ1070, ünvan 5 ünvanında yerləşən mənzilin İddiaçı1 mülkiyyətinə verilməsini həqiqəti əks etdirməməsi ilə bağlı gəldiyi nəticədə əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2023-cü il tarixli İddiaçı1 və Cavabdeh3 tərəfindən verilmiş paydan imtina edilməsi barədə ərizə verilməzdən əvvəl İddiaçı1 onun yanında İddiaçı2 mənzilin satılması ilə bağlı MTK-nə getməyi təklif etsə də,lakin İddiaçı2 Aynurə Babayevya etibarnamə verdiyini deyib getməkdən imtina etdi. Bundan sonra İddiaçı1 notariat ofisində İddiaçı2 tərəfindən verilmiş səlkahiyyətləri ona ötürərək İddiaçı2 adından o, çıxış edib ərizə yazaraq paydan imtina etdi. Belə ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Hesab edir ki, işə baxan məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göründüyü kimi işə baxan məhkəmə qarşlıqlı iddia ərizəsi üzrə cavabdeh qismində məhkəmədə işin əsas faktiki halları barədə vermiş olduğu ifadəyə ümumiyyətlə qiymət verməmiş, işin faktiki hallarını qarşlıqlı iddia ərizəsinin təmin olunmasına nail olmaq üçün iddiaçının xeyrinə təhrif etmiş və bununlada əsassız və qanunsuz qətnamə qəbul etməyə nail olmuşdur. Qarşlıqlı iddia ərizəsi üzrə iddiaçı qarşlıqlı iddia ərizəsi üzrə tələbini sübut edəcək hər hansı bir sübut təqdim edə bilmədiyi halda işə baxan məhkəmə onun tərəfindən təqdim olunmuş formal əsaslar məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ilə təhrif edilərək əsasız və qanunsuz qətnamə qəbul etmişdir. İşin faktiki hallarından göründüyü kimi işə baxan məhkəmə qarşılıqlı iddia ərizəsinin təmin olunması ilə bağlı mübahisəli mənzilin alınması üçün İddiaçı2 miras qalmış əmlakın sökülməsi nəticəsində əldə edilmiş pul vəsaiti hesabına alınması, İddiaçı1 paydan imtina edilməsinin qanunsuz olmasını, mənim ərizə ilə İddiaçı2 paydan imtina edilməsi ilə bağlı yazdığı ərizənin qanunsuz olması, əmlakın Cavabdeh5 tərəfindən İddiaçı1 bağışlanması ilə bağlı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğc edilməsi ilə bağlı gəldiyi nəticələr əsassız və qanunsuzdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
36. Məhkəmə kollegiyasının iclasında birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, o, "xxxx" ASC-dən sənəd təqdim etdi, birinci instansiya məhkəməsi də Yasamal rayon İcra Hakimiyyətindən sənəd aldı ki, birinci dəfə 76 min, ikinci dəfə 13 min manat İddiaçı2 pul verilib. Həmin pul birgə nikah dövründə əldə edilməyib. Ata mülkünün satılması nəticəsində əldə edilib. onların ilkin iddiası mənzilə münasibətdə mülkiyyət hüququnun tanınması ilə bağlı idi. Birinci instansiya məhkəməsi özü İddiaçı2 münasibətdə payın nə qədər hissəsinin ona aid olmasını müəyyən etməliydi, iddiaları ən azından qismən təmin edilə bilərdi, lakin məhkəmə bunu da etməmişdir. İddiaçı2 tez-tez xarici ölkələrə gedib-gəldiyi, oğlu xarici ölkədə təhsil aldığı üçün sənədlər İddiaçı1 adına rəsmiləşdirilmişdir. 37.Məhkəmə kollegiyasının əvvəlki iclasında birləşdirilmiş iş üzrə cavabdehlər İddiaçı1 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil1 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, Rayon məhkəməsinin əsas gəldiyi nəticə İddiaçı1 mənzili alsa da, sənəd təqdim etməyib. İş materiallarında maliyyə arayışı mövcuddur. Ruslana ödənilən məbləğ 76.000 manat olub. Mübahisələndirilən mənzil isə 93.000 manat civarındadır. Bu da Ruslanın mənzil üçün xərc çəkmədiyini təsdiq edir. Ruslanın qardaşı bildirib ki, pulu fevral ayında verib və mənzilin təmiri üçün verib. Ruslan isə tam fərqli izahat verib. Mənzilin alınmasında Ruslan xərc çəkməyib. Tərəflərin münasibəti pozulub. Aynurə evin alınması üçün pul yığmışdır. Gözləyib ki, Ruslan evi satsın, məbləği düzəldib yeni ev alsınlar. Ruslan bildirib ki,əmisi ilə aralarında pulla bağlı mübahisə olub. Ev satısa da Ruslan pulu verməyib. Aynurənin anası köməklik edib, mənzil alınıb. Ruslan vəd vermişdir ki, mənzil satılsın sonra da ev alınacaq. Boşanmamaqda məqsəd də bu olub ki, ev alınsın sonra da tərəflərin övladlarının arasında bölünsün. Aynurə mənzillə bağlı maliyyə arayışını təqdim etmişdir. Ruslan etibarnamə vermişdir ki, ev sökülərkən, sənədlər imzalanarkən və s. Aynurə proseslərdə iştirak etsin. Ruslan ailəyə xərc çəkməyib, tərəflərin münasibəti ona görə də kəskinləşib. Evin Aynurənin adına alınması ilə bağlı sənəd olub. Arayış təqdim ediləndə hər kəs onu oxuyur, Ruslanın arayışı oxumaması inandırıcı deyil. Əmisi ilə olan problemə görə etibarnamənin verildiyini Ruslan deyib, Ukraynaya getdiyi üçün olmayıb. Tərəfin rayondakı izahatı ilə şikayətdə qeyd edilən hallar fərqlidir. Şərur MTK-dan tərəflər evi almaq istəyirdilər, pulları çatmırdı. Söküntü olub, Ruslan pulu Aynurəyə verməyib. Zəhra xanım torpaq satıb,sənədsiz torpaq idi. 45.000 manat Aynurə, 48.000 manat da Zəhra xanım qoyub, mənzil alınıb, o da Aynurənin adına olub. Evin təmirinə 20-25.000 manat xərclənib. Bunu da Zəhra xanım edib. Ailə olaraq 2019-cu ildə köçüblər. Əmlaka sərf edilən xərci Zəhra xanım edib, razılaşma olub ki, Zəhra xanımın digər övladına ev veriləcək, Aynurəyə də mənzil alınacaq. Paydan imtina edilib ev Zəhra xanımın adına keçib. Zəhra xanım da evi Aynurəyə bağışlayıb. Münasibətlər tam pozulub, Ruslanın qeyri-etik hərəkətlərinə görə boşanma olub, mənzildən çıxarılma ilə bağlı iddia verilib. Ruslan mənzilin Zəhra xanıma məxsus olmasını mediasiya zamanı məlumatının olduğunu bildirib,amma tərəflərin oğlu üçün 2023-cü ilin aprelində yaşayış yerindən arayış tələb olunub.Ruslan arayışı özünün aldığını etiraf edib.Orada da mənzilin Zəhra xanıma məxsus olduğu bildirilib. Ruslanın məlumatının olmaması doğru deyil. Müddətlə bağlı vəsatət də vermişlər. 2018-ci ildən münasibətlər pozulub.Tərəflər arasında əmlak və s. mübahisəsi olmayıb. Münasibətləri korlansa da nikahda olublar. Mənzili də övladlarına verilməsi üçün razılaşıblar. Zəhra xanım mənzildə yaşayıb. Arada gedib-gəlib. Aynurə isə daimi yaşayıb. Ruslan həmin mənzildə daimi olaraq yaşamayıb. Amma gedib-gəlib. Aynurə polis bölməsinə də müraciət edib, qonşular hətta şahid qismində iştirak etmək də istəyiblər. Aynurə Ruslanın qeyri-etik hərəkətlərinə görə çıxılmaz vəziyyətdə olub, boşanma iddiası qaldırıb. Kommunal ödənişlərin kimin adına olması əhəmiyyət kəsb etmir. Mənzilin Zəhra xanıma aid olduğu barədə arayış alınıb.
38. Məhkəmə kollegiyasının əvvəlki iclasında birinci iş üzrə cavabdeh İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, tərəflər 1997-ci ildə ailə qurublar, 2023-cü ilə qədər hər şey normal olub. Mahruq ailəyə daxil olana qədər hər şey normal olub. Etibarnamənin verilməsi də ailəyə güvənməkdən irəli gəlir. Ruslan baş etibarnamə verib, 2-3 gün sonra Ukraynaya gedib, övladı da orada olub. 2019-cu ildə ölkəyə girişi də var. Sökülən məhəllədə əmisi də yaşayıb, əmisi ilə arasında problem olub. Ruslan səmimi izahat verib. Münasibətləri normal olub. Qardaşından pul alıb. 92.000 manata mənzil alınıb. “Sovetski” ərazisində tərəflər yaşamayıblar. Həmin ev ata-babadan qalan miras olub.Tərəflər kirayədə yaşayıblar.2023-cü ildə münasibətlər korlanmağa başlayıb, nikah sonra da pozulub. Ev Ruslanın vəsaiti hesabına alınıb. Bağışlamadan xəbəri olmayıb. Əvəzsiz paydan imtina oluna bilməz. Həmin ərizə, çıxarış etibarsızdır. Mahruqun ərizəsinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Mahruqa etibarnamə verilməyib. Aynurəyə etibarnamə verilib. Aynurə də bundan sui-istifadə edib. İcra hakimiyyətdən gələn sənədə məhkəmə münasibət bildirməyib. Ruslanın vəsaiti hesabına əmlak alınıb. Ruslana qarşı haqsızlıq edilib. Ruslan Aynurəyə 2019-cu ildə etibarnamə verib, 2-3 gün sonra da ölkəni tərk edib. Söküntü uzun müddət çəkəcəyi üçün Aynurə xanım, Ruslanın adından çıxış edə bilsin deyə verib. Ruslanın elə niyyəti olmasa idi etibarnaməni verməzdi. Ruslan mənzildə yaşayan ərəfədə Zəhra xanımın adına keçib. Mənzilin Ruslan tərəfindən alınması barədə sübutları təqdim etmişlər.
39. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı1 və birləşdirilmiş iş üzrə digər cavabdehlər Cavabdeh5, "xxxx" MTK və Cavabdeh3 məhkəmə iclasında gəlməmiş, İddiaçı1 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetlə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də bu barədə hər hansı bir sənəd təqdim etməmiş, digər tərəflər gəlməməyin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
40. Azərbaycan Respublikası Konstitutsiyası Maddə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1.Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5.İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 666.1.Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bircavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbuletməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyəninqəbul edildiyi ehtimal olunur.
42. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır)
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
46. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, İddiaçı1, Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birləşdirilmiş iş üzrə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-576/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, İddiaçı2 iddia tələbi qismən təmin edilməlidir. 48 İşin müəyyən edilmiş halı odur ki, İddiaçı2 ilə X4 arasında nikah xx.xx.1997-ci il tarixdə bağlanmış və 2024-cü ildə pozulmuşdur. Onların birgə nikahından iki yetkinlik yaşına çatmış övladları vardır. Onların övladlarından biri xaricdə təhsil aldığı dövrdə İddiaçı2 xx.xx.2018-ci il tarixli etibarnamə ilə bir sıra səlahiyyətləri 10 il müddətinə İddiaçı1 etibar etmişdir. İddiaçı2 etibarnamə verməsini onunla əlaqələndirir ki, oğlu ilə xarici ölkədə olduğu müddətdə ona məxsus ata babadan qalma köhnə “Sovetski” kimi adlandırılan ünvan 7 ünvanında yerləşən ümumi yaşayış mənzilinin sökülməsi ilə əlaqədar vermişdir.
49. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinə əsasən söküntü ilə əlaqədar 76486 manat İddiaçı2 ödənilmişdir. Pulun alınmasından bir gün sonra "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1777 nömrəli müqaviləyə əsasən cəmiyyət inşa ediləcək binanın 16 giriş, 5-ci mərtəbəsində 1777 saylı mənzili, yəni hazırda mübahisə predmeti olan mənzili İddiaçı1 təhvil verməyi öhdəsinə götürmüşdür.
50. Tərəflərin izahatından belə müəyyən olunur ki, mənzil 92000-93000 manata alınmış və təmirinə 20000-25000 manat xərclənmişdir.
51. Birləşdirilmiş iş üzrə İddiaçı2 (bundan sonra iddiaçı) bildirir ki, mənzil onun ata-baba yurdunun sökülməsi nəticəsində əldə edilmiş 76486 manat və əlavə əldə etdiyi məbləğ hesabına alınmışdır. Cavabdeh İddiaçı1 isə bildirir ki, iddiaçı 76486 manat vəsaiti mübahisə predmeti olan mənzilin alınmasına xərcləməmişdir. Mənzil onun və anasının vəsaiti hesabına alınmışdır.
52. xx.xx.2023-cü il tarixdə İddiaçı1 mübahisələndirilən Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 16 ünvanında inşa edilmiş yaşayış binasının, 1777 saylı, ümumi sahəsi 114,5 kv.m. ibarət mənzildən və pay hüququndan imtina etməsinə dair ərizə vermişdir.
53. İşin müəyyən olunmuş halı odur ki, İddiaçı2 xx.xx.2018-ci il tarixli etibarnamə ilə bir sıra səlahiyyətləri 10 il müddətinə İddiaçı1 etibar etmişdir. İddiaçı1 isə həmin etibarnamədən istifadə edərək İddiaçı2 tərəfindən verilmiş səlahiyyətləri rəfiqəsi olan Cavabdeh3 ötürmüşdür.
54. İddiaçı2 adından isə əvəzinə İddiaçı1 rəfiqəsi olan Cavabdeh3 xx.xx.2023-cü il tarixli ərizəyə verərək "xxxx" MMC-nin inşa etdiyi binada xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı1 adına olan Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, 1777 saylı mənzil, ümumi sahəsi 114,5 kv.m. ibarət mənzildən və pay hüququndan imtina etməsinə etiraz etmədiyini bildirmişdir.
55. Nəticədə mübahisələndirilən mənzil İddiaçı1 anası Cavabdeh5 adına rəsmiləşdirilmişdir.
56. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, 1869 saylı mənzil Cavabdeh4 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan çıxarışa və 249 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh5 adına ilkin qeydiyyatdan keçmişdir.
57. Cavabdeh5 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh5 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 (Yeni qaydalarla: AZ1070, ünvan 5 ünvanında yerləşən mənzil İddiaçı1 mülkiyyətinə verilmişdir.
58. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı1 adına rəsmiləşdirilmişdir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd etdiyi kimi əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
60. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır; -əqdin subyektiv tərkibinə dair şərtlər; -əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər.
61. Müqavilənin öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 01 dekabr tarixli Qərarları).
62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşır ki, cavabdeh İddiaçı1 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzilin alınmasına sərf olunan pulun özü və anası Cavabdeh5 tərəfindən qoyulduğunu bildirsə də, bunu təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. 63.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 64.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü birləşdirilmiş iş üzrə cavabdehlərin üzərinə düşür. 65.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 66.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
67. Əksinə işdə olan sübutlarla müəyyən olunur ki, mübahisələndirilən mənzilin alınmasından bir gün qabaq İddiaçı2 76486 manat manat məğlığində vəsaiti olmuşdur. Ailə münasibətləri çərçivəsində tərəflər bir-birinə qarşılıqlı etimad göstərmiş mübahisələndirilən mənzil 93000 manata alınmış və İddiaçı1 adına rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh4 MTK ilə İddiaçı1 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzilin alınmasına sərf olunan məbləğin 76486 manatı məhz İddiaçı2 verilən kompensasiya məbləği olmasını təkzib etmək Aynurə Babyevanın üzərinə düşsə də sonuncu bunu sübut edə bilməmişdir.
68. Kollegiya o cümlədən razılaşır ki, Cavabdeh5 tərəfindən İddiaçı1 edilmiş xx.xx.2023cü il tarixli bağışlama müqaviləsini uydurma əqd, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Belə ki, İddiaçı1 xx.xx.2023-cü il tarixli ərizəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 16 ünvanında inşa edilmiş yaşayış binasının, 1777 saylı mənzil, ümumi sahəsi 114,5 kv.m. ibarət mənzildən və pay hüququndan imtina etmiş, elə həmin gün sonuncunun anası Cavabdeh5 ilə Cavabdeh4 MTK arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, 24B ünvanında inşa edilmiş yaşayış kompleksinin 16 giriş, 5 mərtəbə, ümumi sahəsi 114,5 kv.m, yaşayış sahəsi 60,42 kv.m olan, 3 otaqlı, 1869 saylı mənzil sonuncu tərəfindən alınmışdır. Bundan 1 ay 1 gün sonra isə Cavabdeh5 həmin mənzili qızı İddiaçı1 bağışlamışdır.
69. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
70. Lakin hazırda görünən odur ki, Cavabdeh5 ilə İddiaçı1 arasında bağlanmış bağışlama müqaviləsi üçüncü şəxslərdə görüntü yaratmaq üçün bağlanmışdır.
71. Sırf görünüş üçün edilən iradə ifadələri əsasən iki halla bağlı edilir və Mülki Məcəllənin 340-cı maddəsində bu hər iki halla bağlı xüsusi tənzimləmə nəzərdə tutulmuşdur. Hər iki hal iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluq əmələ gətirməklə yaranır. Başqa sözlə hər iki halda da ifadə bilərəkdən əsl iradəyə zidd şəkildə edilir. 72.Mülki Məcəllənin 340.1 maddəsinə əsasən “uydurma əqd” olaraq adlandırılan birinci halın mövcudluğunun qəbul edilməsi üçün aşağıdakı iki şərtin eyni vaxtda olması lazımdır: -Əqdi əmələ gətirən iradə ifadəsini edənlər buna uyğun hüquqi nəticənin, yəni öhdəliklərin əmələ gəlməsini istəməmiş olmalıdırlar. -Uydurma əqd sırf başqalarını aldatmaq məqsədi ilə bağlanmış olmalıdır. Yəni iradə ifadəsi, əslində olmayan haqqı və öhdəliklərin mövcudluğu barəsində sırf üçüncü şəxslərdə yanlış qənaəti formalaşdırmaq məqsədi ilə edilmiş olmalıdır. 73.Sırf görünüş üçün edilən iradə ifadələri ilə bağlı ikinci halı təşkil edən yalan əqdin mövcudluğunun qəbul edilə bilməsi üçün uydurma əqdlə bağlı şərtlərin olması ilə yanaşı, eyni zamanda aşağıdakı şərtlər də olmalıdır: -İki ayrı əqd bağlanmış olmadılır. -Bu əqdlərdən biri onu bağlayanların həqiqi iradəsini əks etdirməsinə baxmayaraq, gizlədilmiş olmalıdır. -Bu əqdlərdən digəri olan görünüşdəki əqd isə, sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmış olmalıdır.
74. Yalan əqdin olduğu hallarda əqdi bağlayanlar əslində bağladıqları əqdin heç hüquqi nəticə əmələ gətirməyəcəyini deyil, başqa mahiyyət və nəticə əmələ gətirməsini istəyirlər. Başqa sözlə, görünüşdəki əqdi ona uyğun hüquqi nəticələri əmələ gətirmək məqsədilə deyil, əsl niyyətlərində tutduqları başqa bir əqdə dair faktiki nəticələrin əmələ gəlməsinə hüquqi şərait yaratmaq məqsədilə bağlayırlar.
75. Kollegiya qeyd edir ki, İddiaçı1 mənzilə pay hüququndan imtina edərək mənzilin anası Cavabdeh5 adına rəsmiləşdirilməsinə nail olmuşdur. X20 mənzili İddiaçı1 bağışlamaqla mənzil İddiaçı1 adına yenidən rəsmiləşdirilmişdir. Kollegiya da razılaşır ki, İddiaçı1 mübahisə predmeti olan mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak aktivindən çıxartmaq niyyətilə, yəni nikah pozulduqda İddiaçı2lə mənzilin bölünməsinin qarşısını almaq məqsədilə mənzilin Zəhrə Əsədovanın adına rəsmiləşdirilməsi üçün mənzildə pay hüququndan imtina etmişdir. Əslində həm İddiaçı1, həm də Cavabdeh5 belə hüquqi nəticə yaratmaq, yəni mənzilin Cavabdeh5 mülkiyyətinə vermək kimi niyyəti olmamışdır. Elə ona görə də 1 aydan sonra Zəhrə Əsədova həmin mənzili Aynurə Bayevaya bağışlamaqla yenidən mənzili İddiaçı1 adına rəsmiləşdirilməsinə nail olmuşlar.
76. İddiaçı1 İddiaçı2 ona 2018-ci ildə başqa məsələ ilə bağlı verdiyi etibarnamədən istifadə edərək İddiaçı2 verdiyi səlahiyyətləri öz rəfiqəsi Cavabdeh3 ötürmüşdür ki, İddiaçı2 əvəzinə Cavabdeh3 mənzildən və pay hüququndan imtina etməsinə razılıq ərizəsi versin. 77.Kollegiya da razılaşır ki, bütün bu hərəkətlər uydurma əqdin bağlanmasına yönəlmişdir. İddiaçı2 2018-ci ildə verdiyi etibarnamədən 2023-cü ildə İddiaçı1 öz məqsədləri üçün istifadə etmişdir. 78.Kollegiya birləşdirilmiş iş üzrə cavabdehlərin iddia müddətinin tətbiqi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, bağışlama müqaviləsinin etibarsızlığı fərdi müəyyən əşya ilə bağlı olmaqla, əhəmiyyətsiz əqdə əsaslandığından, iddia müddəti tətbiq oluna bilməz.
79. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.
80. Həmin Qərarda şərh olunan hüquqi mövqeyə görə, ... əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir.
81. Qeyd edilənlərə əsasən kollegiya hazırkı işdə birləşdirilmiş iş üzrə iddiaçının tələbinə münasibətdə iddia müddətinin tətbiqinin qeyri-mümküblüyü barədə birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edir.
82. Lakin məhkəmə birləşdirilmiş iş üzrə İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə mülkiyyət hüququnun tanınması tələbini rədd etmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 114.5 kv.m olan mənzildə paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizənin etibarsızlığı tələbini qoysa da, lakin Cavabdeh3 tərəfindən İddiaçı2 adından verilmiş 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 114.5 kv.m olan mənzildə paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizənin etibarsızlığı tələbini qoymamışdır. Belə olan halda, nə qədər ki, həmin ərizənin etibarsızlığı İddiaçı2 tərəfindən qoyulmayıb, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə İddiaçı2 mülkiyyət hüququ tanına bilməz. Digər tərəfdən əqdin etibarsızlığın nəticəsi olaraq restitusiya tətbiq olunarsa, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə İddiaçı2 deyil, İddiaçı1 mülkiyyət hüquqları tanınmalıdır. Belə ki, xx.xx.2019-cu il tarixli müqavilə "xxxx" MMC ilə İddiaçı2 arasında deyil, İddiaçı1 arasında bağlanmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunduğundan etibarsızlığın nəticələri kimi həmin müqavilənin verilməsinə əsas olan müqavilə də etibarsızdır. Belə olan halda əlavə olaraq Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, 1869 saylı mənzil Cavabdeh4 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan çıxarışının və 249 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsini məhkəmə zəruri hesab etmir.
83. Kollegiya bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır. Çünki, iddiaçının tələbi bağışlama müqaviləsinin etibarsızlığı və mülkiyyət hüququnun müəyyən edilməsi olmuşdur. Məhkəmə bağışlama müqaviləsinin əhəmiyyətsizliyini müəyyən etsə də bağışlama müqaviləsinin bağlanmasına yönəlik olan ərizənin etibarsızlığı tələbinin ayrıca qeyd edilməməsini göstərməklə məsələyə formal yanaşmışdır. Halbu ki, məhkəmə də müəyyən etmişdir ki, İddiaçı2 imtina ərizəsi verməmiş, onun 2018ci ildə verdiyi etibarnamədən arvadı 2023-cü ildə öz mənafeyi üçün istifadə edərək səlahiyyətləri rəfiqəsinə ötürmüş, rəfiqəsi də İddiaçı2 əvəzinə mənzilə paydan imtina ərizəsi vermişdir.
84. Məhkəmənin digər yanaşması isə belə olmuşdur ki, digər tərəfdən əqdin etibarsızlığın nəticəsi olaraq restitusiya tətbiq olunarsa, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə İddiaçı2 deyil, İddiaçı1 mülkiyyət hüquqları tanınmalıdır. Belə ki, xx.xx.2019-cu il tarixli müqavilə "xxxx" MMC ilə İddiaçı2 arasında deyil, İddiaçı1 arasında bağlanmışdır.
85. Kollegiya qeyd edir ki, məhkəmənin bu mövqeyi də yanlışdır. Belə ki, ailə və mülki qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi nikah dövründə əldə edilən əmlak kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, birgə mülkiyyət prezumpsiyası ilə qiymətləndirilir. Buna görə də bağışlama müqaviləsinin etibarsızılığı nəticəsində hüquqi vəziyyət əvvəlki halına qaytarılarkən, mübahisəli hüquq münasibətləri əmlakın əldə edildiyi dövr, mənbə və s. hallar nəzərə alınmaqla qiymətləndirilməli idi.
86. Hazırki işdən göründüyü kimi, 2019-cu il tarixdə, yəni tərəflərin birgə nikahda olduqları dövrdə ər arvaddan birinin, yəni İddiaçı1 adına mənzilə dair müqavilə bağlanmışdır. Mənzilə dair müqavilənin İddiaçı1 adına bağlansa da birgə nikah dövründə əldə edildiyindən İddiaçı2lə birgə mülkiyyəti olmuşdur.
87. Buna görə də məhkəmənin restitusiya nəticəsində mülkiyyət hüququnun yalnız İddiaçı1 məxsus olması qənaətinə gəlməsi nikah dövründə əldə edilmiş birgə əmlak institutunun mahiyyətinə ziddir.
88. Hazırki işdə Ruslan Babyev hesab edir ki, həmin mənzil onun ayrıca vəsaiti hesabına əldə edildiyinin onun mülkiyyət hüququ tanınmalıdır.
89. Həmçinin, tərəflərin izahatından belə müəyyən olunur ki, mənzil 92000- 93000 manata alınmış və təmirinə 20000-25000 manat xərclənmişdir.
90. Məhkəmə kollegiyası mənzilin alınmasına xərclənmiş vəsaitdə 76486 manat məbləğin Ruslan Babyevin ayrıca vəsaiti olmasını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1777 nömrəli müqavilədən irəli gələn hüquqda İddiaçı2 2/3, Aynurə Babyevanın 1/3 hissədə payı müəyyən edilməlidir.
91. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı Qərarının 3.12-ci bəndinə əsasən konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 3.13.Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir.
92. Həmin Qərarın 4.14-cü bəndinə əsasən Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun olaraq podrat müqaviləsi üzrə inşa edilən çoxmənzilli yaşayış binalarının dövlət reyestrində ilkin qeydiyyata alınmamış müstəqil tərkib hissələri (mənzil və ya qeyri-yaşayış sahələri) üzərində mülkiyyət hüququ əmələ gəlmədiyi üçün ər-arvadın ümumi mülkiyyəti sayıla və bölünə bilməz. -4.15. Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.
93. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi birləşdirilmiş iş üzrə İddiaçı2 mənzilə mülkiyyət hüququnun tanınması ilə bağlı iddiasını rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna görə də qətnamə həmin hissədə ləğv edilərək, İddiaçı2 iddiası həmin hissədə qismən təmin edilməlidir.
94. Kollegiya eyni zamanda qeyd edir ki, birləşdirilmiş iş üzrə iddia tələbinin təmin edilməsi üzrə qeyd olunan xüsusatlar birinci iş üzrə İddiaçı1 iddia tələbinin əsassızlığını şərtləndirdiyindən məhkəmə mənzildən çıxarılma tələbini rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
95. Qeyd olunanları ümumiləşdirərək kollegiya qeyd edir ki, birləşdirilmiş iş üzrə cavabdehlər İddiaçı1, Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birləşdirilmiş iş üzrə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-576/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən - İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə mülkiyyət hüququnun tanınması ilə bağlı qarşılıqılı iddianın rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, birləşdirilmiş iş üzrə İddiaçı2 iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli, Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binası, ümumi sahəsi 114,5 kv.m. ibarət mənzilə dair "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1777 nömrəli müqavilədən irəli gələn hüquqda İddiaçı2 2/3, İddiaçı1 1/3 hissədə payı müəyyən edilməlidir. 96.Kollegiya prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuları tərəflərin özlərinə aid edilməlidir. 97.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Birləşdirilmiş iş üzrə cavabdehlər İddiaçı1, Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Birləşdirilmiş iş üzrə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-576/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən - İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə mülkiyyət hüququnun tanınması ilə bağlı iddianın rədd edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Birləşdirilmiş iş üzrə İddiaçı2 iddia tələbi qeyd olunan hissədə qismən təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binası, ümumi sahəsi 114,5 kv.m. ibarət mənzilə dair "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1777 nömrəli müqavilədən irəli gələn hüquqda İddiaçı2 2/3, İddiaçı1 1/3 hissədə payı müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov