Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-459/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: «dəymiş zərərin əvəzinin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh1 və nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2074/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küç., 45 A saylı evin 16 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 365, M 6, m 1) İddiaçı adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
2. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən İddiaçı əvəzinə etibarnamə üzrə Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzili (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzili) Cavabdeh2 bağışlamışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(103)-10283/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehlər Cavabdeh2 ilə R.Məmmədov arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı mənzilə mülkiyyət hüququna dair qeydin bərpa edilməsi barədə tələbin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı iddiası apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehlər Cavabdeh2 ilə R.Məmmədov arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı mənzilə mülkiyyət hüququna dair qeydin bərpa edilməsi barədə hissədə təmin edilməməsi qət edilmişdir.
4. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(102)-3411/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(103)-10283/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının İddiaçı şıkayətinə dair 21 aprel 2021-ci il tarixli qərardadı ilə H. Seyidovun şıkayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilməsi, mübahisəli mənzillə bağlı İddiaçı dəymiş zərərin əvəzini tələb etmək hüququnun ərizəçiyə izah olunması və qərarın surətinin 7 gün müddətində ərizəçiyə göndərilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin əvəzi olaraq 54000 manat və 22 aprel 2017-ci il tarixindən aylıq 350 manat hesablanmaqla kirayə haqqı məbləğinin, 30 manat dövlət rüsumunun və hüquqi xidmətlə bağlı vəkilə ödənilən 300 manatın, cəmi 70780 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Tələbdə göstərilir ki, iddiaçı 2012-ci ildə X4 ilə ailə qurmuşdur. Əmlakını Bakı şəhərində olmayan zamanlarda idarə etməsi üçün qaynatası Cavabdeh1 məsləhəti ilə ona Naxçıvan şəhər 2 nömrəli notariusda 10 illik müddətə etibarnamə verib. Seyidova Natəvanla 5 ilə yaxın nikah münasibətlərində olmaqlarına baxmayaraq davamlı şəkildə ailələrində gərginlik olurdu. Xüsusilə 2017-ci il ərzində ailədaxili münaqişələr, söz-söhbətlər artmağa başladı. Buna görə də 2017-ci ilin iyul ayında Seyidova Natəvanla aralarında olan nikah münasibətlərinə xitam verilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. Bu hadisədən sonra öyrəndi ki, ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, mənzil 16-da bir ailə yaşayır. Təxmin etdi ki, həmin ev həyat yoldaşının ailəsi tərəfindən kirayə verilib. Buna görə yuxarıda qeyd olunan ünvana gedib mənzilində yaşayan insanlarla danışan zaman onlar iddiaçıya bildirdilər ki, bu mənzili onlar alıblar. Cavabdeh1 22 aprel 2017-ci il tarixində İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, mənzil 16-nı onun razılığını almadan öz anası Cavabdeh2 bağışlamışdır. Daha sonra Cavabdeh2 tərəfindən yuxarıda qeyd olunan həmin mənzil X1. Cavabdeh1 həmin mənzili anasına bağışlamaqla onun qızı ilə iddiaçı arasında olan ailə daxili münaqişələrin acığını çıxmış, daha sonra İddiaçı boşanmaq barədə fikrinin qəti olduğunu görüb mənzili başqa bir şəxsə satmışdır. Buna görə də, 2018-ci ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, 50 saylı Notariat Kontoru və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunaraq, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 45A, mənzil 16 barəsində iddiaçının adından İsmayıl Qasımov ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2017-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh2 ilə Rasim Məmmədov arasında bağlanmış 23 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin mənzillə bağlı Qasımovaya, eləcə də R.Məmmədova verilən çıxarışın etibarsız hesab olunması və əmlak üzərində olan mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunması məhkəmədən xahiş olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-977/2018 saylı, 31 may 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(103)- 10771/2018 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq iddiası təmin olunmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli, 2(103)-3411/2019 saylı qərarı ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 45A saylı evin 16 saylı mənzilinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin mülkiyyət hüququna dair qeydin bərpa edilməsi hissəsində ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Buna əsas kimi isə cavabdeh X3 vicdanlı alıcı olması göstərilmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 45A saylı evin 16 saylı mənzili barəsində olan bağışlama müqaviləsinin etibarsız hesab olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(103)-10283/2019 saylı qətnaməsi ilə iddia alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə mülkiyyət huququna dair qeydin bərpa edilməsi hissəsində rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(102)-3411/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(103)-10283/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, mənzil 16 barəsində iddiaçının adından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2017-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunmuşdur və onun əsasında verilmiş ******* saylı, 27 aprel 2017-ci il tarixli çıxarış ləğv edilmişdir. Belə olan halda, Cavabdeh1 tapşırıq müqaviləsini vicdanla icra etmədiyi üçün, yəni İddiaçı icazəsi olmadan mənzili anası Cavabdeh2 bağışladığı üçün, iddiaçıya ziyan vurmuşdur. Buna görə də, vurulmuş ziyanın əvəzi olaraq mənzilin dəyəri cavabdehlər tərəfindən ona ödənilməlidir. Həmçinin, Cavabdeh1 hüquqi əsas olmadan mənzili Cavabdeh2 22 aprel 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən verdiyi üçün əsassız varlanmış sayılır. Buna görə də, cavabdehlər tərəfindən 22 aprel 2017-ci il tarixindən hesablanmaqla kirayə haqqı məbləğinin əvəzi kompensasiya qismində iddiaçıya ödənilməlidir. "xxxx" MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə hesabatı ilə 03 fevral 2021-ci il tarixli, 065/ks/21 saylı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin bazar dəyəri 54000 manat, mənzilin aylıq kirayə haqqı isə 350 manat məbləğində müəyyən olunmuşdur.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2074/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi (hakim Ülkər Yusifova) ilə iddia tələbinin qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin dəyərinin əvəzi olaraq 54000 manat və 22 aprel 2017-ci il tarixdən 47 ayın aylıq kirayə haqqı qismində 300 manat olmaqla, cəmi 14100 manat kirayə haqqı məbləği, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və hüquqi xidmətlə bağlı vəkilə ödənilən 300 manat, cəmi 68430 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, Cavabdeh1 mənzili anası Cavabdeh2 bağışlamaqla sonuncu da Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzili X2 İddiaçı maddi ziyan vurmuşlar. Belə ki, Cavabdeh1 məhkəmə araşdırması zamanı verdiyi izahatında İddiaçı cavabden Cavabdeh2 30000 manat borcu olduğuna görə mübahisəli mənzili iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında anasına bağışlamasını anasının isə mənzili şəxsən notariat orqanına gedərək satmasını, əldə olunmuş vəsait hesabına yeni mənzil aldığını və həmin mənzildə qızı ilə nəvəsinin yaşadığını bildirmişdır. Qəbul olunmuş məhkəmə qətnamələrində qeyd olunmuş izahatlardan da görünür ki, “mübahisəli mənzili anasına bağışlayan zaman iddiaçıya zəng etmədiyini, mənzilin bağışlanması ilə bağlı iddiaçıdan hər hansı razılıq almadığını, mübahisəli mənzilə dair təkrar çıxarış-dublikat alan zaman iddiaçı ilə əlaqəsinin artıq kəsildiyini, buna görə də dublikatın alınması ilə bağlı iddiaçıya məlumat vermədiyini mübahisəli mənzilin satışından əldə olunmuş vəsaitlə yeni mənzil alındığını və həmin mənzildə qızı ilə nəvəsinin yaşadığını” bildirmişdir. Beləliklə Cavabdeh1 iddiaçının mülkiyyətində olan mənzili məqsədyönlü şəkildə iddiaçının məlumatı olmadan, etibarnamənin verilməsindən 5 il sonra münasibətlərinin gərgin olduğu vaxtda anasına bağışlaması, sonuncunun da mübahisəli mənzili satması və mənzili sataraq əldə olunmuş pula Cavabdeh1 yeni mənzil alması təsdiq olunur Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, mübahisəli mənzilin iddiaçının adından cavabdeh tərəfindən digər cavabdeh olan anasına bağışlanması barədə iddiaçının nəinki razılığı, ümumiyyətlə məlumatı belə olmamışdır. Həmin bağışlama müqaviləsi iddiaçının cavabdehə başqa məqsədlər üçün verdiyi etibarnamə əsasında iddiaçının iradəsinin ziddinə cavabdeh tərəfindən bağlanmışdır. Beləliklə məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək, Cavabdeh1 Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən İddiaçı mülkiyyətində olan mənzili anasına bağışlaması və anasının da mənzili satması nəticəsində əldə etdiyi vəsaiti İddiaçı və anası Cavabdeh2 əsassız varlanması kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının İddiaçı şıkayətinə dair 21 aprel 2021-ci il tarixli Qərardadında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 45A saylı mənzilinə dair İddiaçı ilə Cavabdeh2 arasında 22 aprel 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış və 4 Ə-250 sayla reyestrdə təsdiq edilmiş bağışlama müqaviləsi məhkəmələr tərəfindən etibarsız hesab edilmişdir. Bununla əlaqədar olaraq, Konstitusiya Məhkəməsinin Palatası İddiaçı bu hissədə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun ona izah edilməsini qeyd etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC tərəfindən tərtib olunmuş 03 fevral 2021-ci il tarixli, 065/ks/21 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45 A, 16 saylı mənzilin bazar dəyəri 54000 (əlli dörd min) manat, mənzilin bir aylıq kirayə dəyəri (əşyalı) 300-350 manat, bir aylıq kirayə dəyəri (əşyasız) isə 250-280 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə tərəfindən təyin olunmuş və “X7 Mərkəzi”nə həvalə edilmiş qiymətləndirmə ekspertizasının 05 avqust 2021-ci il tarixli 093 YD nömrəli hesabatından görünür ki, mənzilin bazar dəyəri 55850 (əlli beş min səkkiz yüz əlli) manat, likvid dəyəri 52000 (əlli iki min) manat, mənzilin aylıq icarə haqqı (əşyalı) 300 manat, aylıq icarə haqqı (əşyasız) isə 250 manat məbləğində müəyyən olunmuşdur. Həmçinin qiymətləndirici qarşısında qoyulmuş ikinci suala cavab olaraq 2017ci il ilin aprel ayından bu günə kimi olan dövr üzrə qiymətləndirmə obyektinin yerləşdiyi əraziyə görə icarə haqqlarının dəyərinə təsir edən (makro iqtisadi, infilasiya, pandemiya və s.) əmillərin məcmusu olaraq hal-hazırdakı dövrlə eyni olmasını qeyd etmişdir. İddia tələbinin mənzilin əvəzi olaraq tələb olunan pul vəsaitinə münasibətdə məhkəmə, iddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin hesabatında mənzilin bazar dəyəri 54000 manat müəyyən edilmişdir, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş “X7 Mərkəzi”nə həvalə edilmiş qiymətləndirmə ekspertizasının hesabatından mənzilin bazar dəyəri 55850 manat müəyyən edilmişdir. Məhkəmə qiymətləndirmə hesabatlarına sübut kimi qiymət verərək hesab edir ki, iddia tələbinin mənzilin əvəzi olaraq 54000 manat ödənilməsi hissəsi təmin olunmalıdır. İddia tələbinin kirayə haqqının tələb olunması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirməyi zəruri hesab edir: İş materiallarına əlavə olunmuş qərarlardan və məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçının daimi yaşayış yeri Naxçıvan MR-da olmuşdur. İddiaçının kirayə haqqını tələb etməkdə məqsədi bununla izah olunur ki, iddiaçı 22 aprel 2017-ci il tarixdən mənzili kirayə verməklə qazanc əldə etmiş olardı. Lakin cavabdehin qanunsuz hərəkəti nəticəsində həmin mənzildən kirayə haqqını almaqdan məhrum olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 mənzilin əşyalı ya əşyasız olması sualına cavab olaraq bildirmişdir ki, mənzil əşyalı idi. Bu səbəbdən məhkəmə kirayə haqqını əldən çıxmış fayda kimi qiymət verməyi zəruri hesab edir və “X7 Mərkəzi”nin qiymətləndirmə hesabatına əsasən kirayə haqqının aylıq 300 manatdan ödənilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı “Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesabına hüqiqi xidmət üçün 300 manat ödəniş etmişdir bu səbəbdən iddia tələbinin hüquqi xidmətlə bağlı vəkilə ödənilmiş 300 manat vəsaitin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi labüddür.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində qeyd edir ki, məhkəmə Mülki Məcəllənin 1091.1, 1091.2, 1091.1.1, 1092.1.1, 1092.1.2, 1092.2-ci maddələrini düzgün tətbiq etməyib. Belə ki, cavabdeh ona verimiş baş etibarnamə əsasında mənzili bağışlamışdı. Mənzili bağışlayan şəxs bağışlama müqaviləsindən sonra nə əldə edir ki, onu da qaytarsın. Hansı faydadan söhbət getdiyi bəlli deyil. Hesab edir ki, məhkəmə hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh həm əvvəlki məhkəmə proseslərində, həm də indiki araşdırma zamanı dönə-dönə bildirmişdir ki, iddiaçının onun anası olan ikinci cavabdehə 30.000 ABŞ dolları borcu olmuşdur. Cavabdeh məhkəmə prosesində bu faktı yenidən bildirsə də, məhkəmə qiymət verməmişdir. 22 aprel 2017-ci il tarixdən 47 ayın aylıq kirayə haqqı qismində 300 manat olmaqla, cəmi 14100 manat kirayə haqqı məbləğinin tutulması işin hallarına uyğun gəlmir və sübuta yetirilməyib. Bundan başqa, o, mənzili ikinci cavabdehə bağışlamışdı. İkinci cavabdehin mənzili satmasında onun heç bir günahı olmamışdır və odur ki, tələb ona qarşı yox, mənzili satana qarşı qaldırılmalı idi.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında Cavabdeh1 və nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və digər Cavabdeh2 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən, yəni kirayə haqqının ödənilməsinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsasdır.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv iddianın rədd edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə kirayə haqqının ödənilməsinin təmin edilməsi hissəsində düzgün olmamışdır.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia kirayə haqqının ödənilməsi istisna olmaqla haqlı sayılır.
23. Belə ki, cavabdehin iddiaçıya zərər vurduğu işin mübahisəsiz halıdır. Çünki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq edilmişdir. Hətta, Konstitusiya Məhkəməsinin Palatasının qərardadındada mübahisəli mənzillə bağlı iddiaçıya dəymiş zərərin əvəzini tələb etmək hüququ izah edilmişdir. Ona görə də qeyd olunan halların əlavə olaraq yoxlanılmasına əsas və zərurət yoxdur. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqsız olmamışdır.
24. Birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçıya maddi ziyan vurduqları qənaətinə gələrək mənzilin bazar dəyərinin, əldən çıxmış fayda hesab olunan kirayə haqqının və hüquqi xidmət xərcinin iddiaçıya ödənilməsini qət etmişdir. Yəni, məhkəmə Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinad etsə də bu Məcəllənin 21-ci maddəsini tətbiq edərək iddiaçıya maddi ziyan vurulduğu qənaətinə gəlmişdir.
25. İddiaçının digər cavabdehə 30000 ABŞ dolları borcunun olması həqiqi olsa belə həmin hal hazırki iddianın tam rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, mübahisə predmeti olmuş mənzil iddiaçının iradəsinə zidd məhz Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmiş və bunun nəticəsində ona zərər dəymişdir. Digər cavabdehin mənzili satmasında onun heç bir günahı olmadığı barədə dəlili də açıq-aşkar əsassız sayılır.Yəni, Cavabdeh1 iddiaçının iradəsinə zidd mənzili digər cavabdeh olan anasına bağışlmasa idi, yəqin ki, anasının da həmin mənzili satmaq imkanı olmayacaqdır. Ancaq bu dəlilin də nə dərəcədə əsassız olmasını Cavabdeh1 özü də bilməmiş deyil.
26. Bundan əlavə, iş materiallarında mübahisə predmeti olmuş mənzilin bazar dəyəri barədə 4 qiymətləndirici rəyi mövcuddur. Bir rəy iddiaçı tərəfindən təqdim edilmiş, ikinci rəy isə birinci instansiya məhkəməsi tərəfindən başqa qiymətləndiricidən əldə olunmuşdur. Apellyasiya baxışı zamanı cavabdeh tərəf üçüncü bir rəy təqdim etmişdir. Cavabdehin təqdim etdiyi rəydəki qiymətlə digər iki rəydə olan qiymət arasında fərq olduğundan apellyasiya məhkəməsi tərəfindən qiymətləndirmə keçirilərək dördüncü rəy də əldə edilmişdir. Bu rəylərin ikisində mənzilin bazar dəyəri eyni, yəni 54000 manat, üçüncü rəydə 55850 manat, cavabdeh tərəfindən təqdim edilmiş rəydə isə 44000 manat olduğu qeyd olunmuşdur. 27.Mənzilin bazar dəyəri barədə üç rəydə qiymətin eyni olması həmin rəylərin mötəbər olduğunu təsdiq edir. Çünki, mənzilin sahəsi, yerləşdiyi ərazi, Bakı şəhərindəki mənzil bazarında mənzilin 1 kv. metrinin dəyəri onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin mənzilin dəyəri ilə bağlı zərərin əvəzi kimi 54000 manat müəyyən etməkdə haqlı olmuşdur. İddiaçıya məhz bu məbləğdə zərər dəyməsi işin digər halları ilə də təsdiq olunur.
28. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin kirayə haqqının ödənilməsi ilə bağlı, yəni 22 aprel 2017-ci il tarixdən 47 ayın aylıq kirayə haqqı qismində 300 manat olmaqla, cəmi 14100 manat kirayə haqqı məbləğinin tutulması işin hallarına uyğun olmayıb və sübuta yetirilməyib. Çünki, iddiaçı tərəfindən bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdr. Başqa sözlə birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin edərkən ehtimallara əsaslanmışdır. Yəni, mənzil satılmasaydı iddiaçı onu kirayə verib qazanc əldə edərdi qənaəti bir ehtimal sayılır. Əlbətdə ki, bu qənaət açıq-aşkar əsassız görünməyə bilər. Ancaq iddiaçı da həqiqətən həmin mənzili kirayə vermək istədiyinə, lakin bunun cavabdehin təqsiri ucbatından reallaşdıra bilməməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşürdü. 29.Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2074/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni 22 aprel 2017-ci il tarixdən 47 ayın aylıq kirayə haqqı qismində 300 manat olmaqla, cəmi 14100 manat kirayə haqqının müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2074/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni 22 aprel 2017-ci il tarixdən 47 ayın aylıq kirayə haqqı qismində 300 manat olmaqla, cəmi 14100 manat kirayə haqqının... tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.