Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4599/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-75/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0140 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh ona vurulmuş mənəvi zərər qismində 10000 manatın və 7200 manat maddi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-75/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və Cavabdeh əşyaları ilə birlikdə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0140 ha torpaq sahəsindən çıxarılması və s. qət edilmişdir Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bununla yanaşı cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəmə müraciət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən məhkəmə qətnaməsi barədə ona Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən mobil telefonuna daxil olmuş könüllü icra barədə mesaj gəldikdən sonra məlumatı olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Binəqədi Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə (etibarnamə üzrə nümayəndəsi tərəfindən) rəsmi olaraq qəbul etmişdir. MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, Binəqədi Rayon Məhkəməsinin 2(001)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini xx.xx.2023-cü il tarixdə rəsmi olaraq qəbul etmişdir. Bu səbəbdən də, buraxılmış prosessual müddət bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi həm qanuni, həm əsaslı, həm də, ədalətli olardı. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-75/2023 saylı qərardadı ilə vəsatətin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 75/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasından imtina edilməsi, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardaddan cvabdeh tərəfindən şikayət verilərək ləğv edilməsi, vəsatətin təmin edilərək, apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, əks təqdirdə şikayətin baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(001)-75/2023 saylı qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi və vəkili cavabdehin məhkəmə qətnaməsindən qətnamə icraya yönəldikdən sonra könüllü icra ilə bağlı telefon nömrəsinə gələn sms ilə məlumatlı olduğunu, bu səbəbdən də, məhkəmə qətnaməsini xx.xx.2023-cü il tarixdə əldə etdiyini bildirir. Lakin məhkəmə cavabdehin proseslərdən məlumatlı olmasına baxmayaraq, qətnamənin qəbul edilməsindən 2 ay sonra qətnamənin rəsmi qaydada təqdim edilməsi ilə bağlı müraciət etməsini prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirmişdir. Belə ki, mülki iş məhkəmənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş və ilk məhkəmə hazırlıq iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Cavabdehə ünvanlanan məhkəmə bildirişi həm rəsmi qeydiyyat ünvanı olan ünvan 2əsəbəsi, A.Zeynallı küçəsi, 3059-cu məhəlləyə göndərilmişdir. Bununla yanaşı, cavabdehin ********** və ********** mobil nömrələrinə sms göndərilmişdir. Poçt zərfləri ünvanın tam olmaması əsası ilə məhkəməyə geri qaytarılmışdır. Lakin cavabdehin məhkəmə iclasından xəbərdar olması, yəni sms bildirişi alması onunla təsdiq olunur ki, X2 adlı şəxs cavabdehin etibarnamə üzrə nümayəndəsi olaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədləri xx.xx.2021-ci il tarixdə almışdır. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak etməmiş və məhkəmə tərəfindən ekspertiza təyin edilərək iş üzrə icraat dayandırılmışdır. Bununla yanaşı dəfələrlə ekspertin vəsatətinə əsasən ekspertiza tədqiqatı aparılması üçün baxış vaxtı təyin edilməsinə baxmayaraq cavabdeh baxışa gəlməkdən yayınmışdır. Bu səbəbdən də ekspertiza keçirilməsi uzun müddət ərzində mümkün olmamışdır. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə iş üzrə icraat təzələndikdən sonra növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, cavabdeh isə məhkəmə iclasında iştirak edə bilməyəcəyi və təxirə salınma barədə məhkəməyə teleqram ünvanlamışdır. Cavabdeh teleqramında ünvanının Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 3059 olduğunu və mobil nömrəsinin ********** olduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin iclasın təxirə salınması barədə vəsatətini əsassız sayaraq xx.xx.2023-cü il tarixdə qətnamə qəbul etmişdir. Qətnamənin tam mətni xx.xx.2023-cü il tarixdə Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 3059 ünvanına göndərilmişdir. Yenə də poçt zərfi ünvan tam deyil əsası ilə xx.xx.2023-cü il tarixdə poçt xidmətinin möhürü vurulmaqla məhkəməyə geri qaytarılmışdır. Qətnamə xx.xx.2023-cü il tarixdə icraya yönəldilmiş və bundan sonra xx.xx.2023-cü il tarixdə cavabdehin etibarnamə üzrə nümayəndəsi kimi X3 məhkəməyə gələrək qətnaməni almışdır. Bundan sonra cavabdehin nümayəndəsi və vəkili tərəfindən 1 ayın tamamında xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Göründüyü kimi cavabdeh 1 il 5 ay davam edən məhkəmə prosesini uzatmaq məqsədi ilə qətnaməni almaq üçün qətnamənin qəbul edildiyi vaxtdan təxminən 2 ay sonra müraciət etmiş və qanunla müəyyən edilmiş müddətin son günü isə apellyasiya şikayəti vermişdir. Halbuki prosessual qanunvericiliyin tələbinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Sadalanan xüsusatlara əsasən məhkəmə o qənaətə gəlmişdir ki, cavabdehin davam edən məhkəmə araşdırmasından və keçirilən məhkəmə iclaslarından məlumatlı olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməməsi və dolayısı ilə ünvanına göndərilən məktubların çatdırıla bilməsinin mümkün olmamasından xəbərdar olmasına baxmayaraq məhkəmə prosesinin gedişatı, nəticəsi barədə məlumat almaq üçün hərəkətsizlik göstərməsi və qətnaməni almaq üçün 2 ay sonra müraciət etməsi və daha sonra müddətin son günü apellyasiya şikayəti verməsi onun məhkəmə qətnaməsinin icrasına mane olmaq niyyətindən xəbər verir və bu hal prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehin məhkəmə qətnaməsindən hazırki halda apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə vəsatəti, prosessual qanunvericilikdə tərəflər üçün nəzərdə tutulmuş hüquqi imkanlardan sui istifadə hesab edilməli, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməli, apellyasiya şikayəti geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsi tərəfindən vəsatətə ətraflı və obyektiv hüquqi qiymət verilərək qərardad qəbul edilmişdir. Bununla yanaşı, cavabdehin qanuni qüvvəyə minib icra mərhələsində olan qətnaməni mübahisələndirməyə cəhd etməsi də anlaşılan deyildir. Bu cür hallar qüvvədə olan məhkəmə aktlarının sabitliyinə və hüquqi müəyyənliyə zərər vurma təhlükəsi yarada bilər. Eyni zamanda dövlətin adından çıxarılmış və qüvvədə olan qətnamənin müddət keçdikdən sonra mübahisələndirilməsi də hər bir halda xoş niyyətdən xəbər vermir və hüquqdan açıq-aşkar sui istifadə hesab edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-75/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-75/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4599/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4599/2023
10.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver