Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-46/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X7 və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «mənzillər arasında yükgötürən divarda açılmış qapının sökülməsi» tələbinə, həmçinin müstəqil tələb irəli sürən üçünçü şəxs X6 cavabdeh X3 qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(010)-4364/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X2 üzərinə mənzillər arasında olan yükgötürən divarda açdığı qapının öz hesabına ləğv edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçünçü şəxs X9 da, iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X2 ünvan 1 ünvanında yerləşən 49 saylı mənzildən çıəxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ramil Həsənov) hər iki iddia təmin edilmişdir. Cavabdeh X5, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri, məhkəməyə tərəflər arasında notarial qaydada bağlanmış barışıq haqqında müqavilə təqdim edərək, bildirmişlər ki, həm iddiaçı, həm də müstəqil tələb irəli sürən üçünçü şəxslə cavabdeh arasında barışıq əldə olunmaqla aralarındakı mübahisə məhkəmədən kənar qaydada həll edilmiş və hazırkı iş üzrə hər iki iddiadan imtina olunmuşdur. Buna görə də, məhkəmə kollegiyasından qətnamənin ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edirlər. Kollegiya, cavabdehin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxs X6 iddiadan imtinaları qəbul edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. Baxılan işdən görünür ki, İddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxs X9 18.08.2021-ci il tarixdə cavabdeh X5 ilə notarial qaydada razılığa gələrək (mübahisəli mənzil cavabdehin mülkiyyətində qalmaqla, hər birinə kompensasiya ödənilmişdir), ona qarşı hazırda baxılan 2(103)-46/2021 saylı iş üzrə iddia tələblərindən imtina etmişlər. Göründüyü kimi, həm iddiaçının, həm də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərindən imtina etmələri barədə iradə ifadələri yazılı formada - notarial qaydada təsdiq olunmuş sənəddə (18.08.2021-ci il tarixli ”barışıq haqqında müqavilə”də) əks olunmuşdur, onların iddiadan imtina etmələri qanuna zidd deyil və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, İddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxs X6 iddiadan imtina etmələri qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(010)- 4364/2018 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X3 qarşı «mənzillər arasında yükgötürən divarda açılmış qapının sökülməsi» tələbinə, həmçinin müstəqil tələb irəli sürən üçünçü şəxs X6 cavabdeh X3 qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə icraata, hər iki iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-46/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-46/2021
07.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver