Məhkəmə qərarları › İş №2(103)-4600/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4600/2020

08.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4600/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7840/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, onun həmin ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etməsinə yönəlmiş hərəkətlərin cavabdehlərə və digər naməlum şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 7840/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadə etməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Hacıyeva X1 Respublikasının vətəndaşıdır və iddia etdiyi mərhum həyat yoldaşı ilə heç bir rəsmi nikahı olmamışdır. Bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur, onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Belə olan halda aydın olur ki, barəsində mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Ona görə də Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərini nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. İddiaçının mübahisəli tikiliyə köçürülübköçürülməməsi məsələsi qanunun analogiyası üzrə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsinin qaydalarına uyğun araşdırılmalıdır. Belə ki, iddiaçı 2006cı ildə sözügedən tikiliyə köçmüşdür. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, mübahisəli tikili iddiaçının mülkiyyətində deyil, yəni həmin hüquqlar mövcud olmuş olsa idi, qanunun analogiyası üzrə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsi deyil, xüsusi mülkiyyətdə olan yaşayış sahələrinə aid münasibətləri tənzimləyən Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməli idi. İddiaçının cavabdehə məxsus evdə yaşamağına heç bir qaydada təsdiq olunmuş şifahi və ya yazılı icazə verilməmişdir. Analoji mülki mübahisə ilə əlaqədar olaraq, xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarətdir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə, bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin, hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini, aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Cavabdehlər apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Konstitusiyasının 71, 13, 29, 60, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 217.2, 39.1, Mülki Məcəllənin 11.1, 27.1, 158, 152.1, 228.1, 228.2, 135, 139, 140, 141, 144, Mənzil Məcəlləsinin 68, Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarına istinad etmişlər. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 653/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı “torpaq sahəsindən və evdən çıxarılması” tələləbinə dair mülki iş üzrə Binəqədi rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs İddiaçı Xəncan qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4592/2018 saylı iş üzrə xx xxx 2018ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-653/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli xüsusi qərardadından görünür ki, X2 adından təqdim olunmuş 346 nömrəli, xx.xx.2005-ci il tarixli Sərəncamın saxta olubolmamasının və saxta olduğu aşkar olunarsa həmin sənədin hazırlanıb istifadə edilməsində iştirak edən şəxslərin müəyyən edilməsi və onların əməllərində cinayət əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün prokurora məlumat verilməsi qərara alınmış, xüsusi qərardad müvafiq tədbirlər görülməsindən ötrü Bakı şəhər prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4270/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1518/2019 saylı, xx.xx.2019cu il tarixli qərarından görünür ki, Binəqədi rayonu X2 adından verilmiş 346 nömrəli, xx xxx 2005-ci il tarixli “Cavabdeh1 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” sərəncam etibarsız sayılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 6 saylı ünvanın qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə barəsində mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması olmadığından birinci instansiya məhkəməsi əsaslı olaraq Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə istinad etmişdir. Belə ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. AR MPM-nin 13.4-cü maddəsinin tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddia tələbində qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 6 saylı ünvan dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu səbəbdən iddia tələbində qeyd edilən məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlər apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv, həmçinin, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) iddiaçının və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 653/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə sübuta yetirilmişdir ki, sözügedən ünvanda olan tikili iddiaçı və onun mərhum əri tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, mübahisəli tikilinin cavabdehlərə heç bir aidiyyəti yoxdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iddiaçının mübahisəli evə köçürülməsini və həmin evdə yaşamasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını qət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. İşin hallarından görünür ki, sözügedən yaşayış sahəsi 2006-cı ildən iddiaçının daimi yaşayış yeridir. Azərbacan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələbinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Əmlak hüququ əmlakın mülkiyyətçisi olmayan şəxslərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, onlara münasibətdə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-7840/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar