Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4600/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Ayaz Məmmədzadənin, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad onunla əsaslandırılıb ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanıb. Mülki-Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə görə ərizə buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət onunla əsaslandırılıb ki, iddia ərizəsini buna səlahiyyəti olan şəxs imzalayıb. Şikayət təmin edilə bilməz. Belə ki, İddiaçı QSC-nin iddia ərizəsini başqa hüquqi şəxsin – “X1 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru imzalayıb. O, iddia ərizəsini imzalayarkən 06.10.2020ci il tarixli, 3-11/79 №-li etibarnaməyə əsaslanıb. Həmin etibarnamə ilə İddiaçı QSC iddia ərzəsinin imzalanması səlahiyyətini “X1 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoruna həvalə edib. Lakin “X1 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru bu etibarnamənin əsasında İddiaçı QSC-nin adından məhkəməyə iddia verə bilməz. Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsi hüquqi şəxsi məhkəmədə təmsil etmək hüququnu 4 şəxsə verib: 1) qanunlarla, digər hüquqi aktlarla müəyyən edilmiş səlahiyyətli şəxslər; 2) hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər; 3) müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri; 4) müvafiq qaydada səlahiyyət verilmiş vəkillər. “X1 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru İddiaçı QSCyə münasibətdə bu şəxslərdən heç birinə aid deyil. Mülki-Prosessual Məcəllənin 69.1-ci maddəsinə görə hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. “X1 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru İddiaçı QSC-yə münasibətdə “müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndə” sayılmır. Ona görə də hesab olunur ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanıb. Mülki-Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə görə belə halda ərizə baxılmamış saxlanılır. Beləliklə, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4600/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4600/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver