Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4607/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma və fərdi yaşayış evinə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, cavabeh Cavabdeh iştirakları ilə, İddiaçı cavabeh Cavabdeh qarşı "fərdi yaşayış evindən çıxarılma və fərdi yaşayış evinə köçürülmə" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1750/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşəm 326 m torpaq sahəsini üzərində yerləşən sahəsi 202.55 kv.m olan fərdi yaşayış evinin vergi ödəyicisidir.
2. Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1/584 nömrəli məktubundan görünür ki, Xəlilov X13 qəsəbəsi, Əliyar Əliyev (keçmiş Anaşkin) küçəsində uzun müddət bundan qabaq özünün inşa etdiyi özbaşına tikilidə ailəsi ilə birlikdə qeydiyyatsız olaraq yaşamışdır.
3. “Azəriqaz” İB və "xxxx" ASC tərəfindən tərtib edilmiş abonent saldolarından görünür ki, ünvan 2 ünvanı üzrə abonent X7r.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-623/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi 4001- 4010-cu məhəllə ev 13, 56 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 76 M14 m4) 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X5 mülkiyyət hüququ tanınması, Bakı şəhəri Sabunçu rayonu Y.Əliyev küçəsi 2595 saylı məhəllə 6-cı bina 1-ci blok 4- cü mərtəbədə yerləşən, ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni 44) saylı mənzilə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X5 payları müəyyən edilməsi, “Mitsubishi Pajero” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair X11 ilə X20 arasında bağlanmış xx.xx.2021-ci il tarixli və “Mercedes Benz 230” minik markalı 90-EO452 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair X11 ilə X21 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, “Mitsubishi Pajero” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz 230” minik markalı **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X5 payları müəyyən edilməsi, cavabdeh X3 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3.21-3-30/2-6572/2023 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh adına İmişli rayonu, Qızılkənd kəndində yerləşən ümumi sahəsi 180 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ləğv edilmiş DTXK tərəfindən JN089A nömrəli xx.xx.2000-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir.
6. Bakı şəhəri ünvan 4 ünvanında İddiaçı yaşadığı iki mərtəbəli sahəsi 202,55 kv.m olan evin eskiz sxemi təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, ünvan 5 ünvanında inşa etdiyi ümumi sahəsi 202,55 kv.m, iki mərtəbəli, birinci mərtəbəsində zal (sahəsi 28,52 kv.m), mətbəx (sahəsi 21 kv.m), sanitar qovşaq (sahəsi 5.7 kv.m), hol (sahəsi 24.3 kv.m), qaraj (sahəsi 21.2 kv.m), ikinci mərtəbsində zal (sahəsi 23.8 kv.m), yataq otağı (sahəsi 17.01 kv.m), yataq otağı (sahəsi 11.4 kv.m), yataq otağı (sahəsi 13.2 kv.m), sanitar qovşaq (sahəsi 5.9), holl yerləşən fərdi yaşayış evindən (tikilidən) çıxarılması və onun həmin fərdi yaşayış evinə (tikiliyə) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, uzun illərdir ünvan 6 ünvanında inşa etdiyi 1 mərtəbəli tikilidə ailəsi ilə birgə yaşayır. X2 2002-ci ildə hazırki iş üzrə Cavabdeh ilə rəsmi nikaha girməklə ailə qurmuşlar. Onların yaşamağa yerləri olmadığından müvəqqəti olaraq onun evində yaşamışlar. Daha sonra onlar kirayə mənzilə köçmüş və bir müddət kirayə mənzildə yaşamışlar. 2007-ci il ərzində yaşadığı evin həyətyanı torpaq sahəsində əlavə olaraq daha bir 2 mərtəbəli evi inşa edib təmir etdirmişdir. Təxminən 8 ay ərzində həmin tikilini tam hazır vəziyyətə gətirdikdən sonra oğlu Fəxrəddinin yaşamağa evinin olmadığını görüb özünə ev alanadək yaşaması üçün ailəsi ilə birgə yeni inşa etdiyi 2 mərtəbəli evə köçməsinə icazə vermişdir. Onlar övladları ilə birgə bu evdə yaşamağa başladılar. Daha sonra 2016-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvanda yerləşən mənzili almış və oğluna həmin mənzilə köçə biləcəklərini bildirmişdir. Buna baxmayaraq onlar inşa etdiyi bu evdə yaşamağa davam etdilər. Son dövrlər isə X2 ilə cavabdeh olan Cavabdeh arasında münasibətlər korlanmış, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. O, onların arasında olan mübahisələrdən kənar qalmaq üçün tələb etmişdir ki, onun bu evini tərk etsinlər. Fəxrəddin 2 övladı ilə birgə evini tərk edib getmiş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvanında yaşamağa başlamışdır, iş üzrə cavabdeh olan Cavabdeh isə evi tərk etməmiş, yaşamaqda davam etmişdir. Onun bu evdə yaşaması onun hüquqlarını pozur, onun ədəbsiz və qeyrietik davranışları rahat yaşayışına maneçilik törədir. Ona görə hesab edir ki, cavabdeh həmin tikilidən çıxarılmalıdır. Cavabdeh mübahisəli ünvana 2007-ci ildə köçüb yaşamağa başladığından hazırki münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi analogiya üzrə tətbiq edilməklə mübahisə həll edilməlidir. Mübahisələndirilən tikili mülkiyyət kimi qeydiyyatdan keçmədiyindən və mübahisəni tənzimləyən konkret hüquq norması olmadığından münasibətə analogiya tətbiq edilməklə mübahisə həll edilməlidir. Sadalanan qanunvericilik normalarına əsalanaraq hesab edir ki, cavabdeh onun ailə üzvləri sırasına daxil deyildir. Cavabdehlə aralarında yaşayış sahəsindən istifadə edilməsi ilə bağlı notariat qaydasında təsdiq edilmiş və reyestrdə qeydə alınmış yazılı razılaşma olmamışdır. Ona görə də cavabdehin sözügedən yaşayış sahəsindən istifadə hüququ və ya digər hüququ yoxdur. Bu da hazırki mülki iş üzrə tikilmiş mübahisəli evin tikiliməsində istifadə olunmuş əşyalarla bağlı əmlak hüquqlarının olduğunu göstərir. Qanunvericilik mülkiyyətçi olmayan şəxslərin də əmlak hüquqlarını qoruyur və onların müdafiəsinə təminat verir. Qanunvericilik hər kəsin sahiblik və istifadə hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz əmakından məhrum edilməsim qadağan etmişdir. Cavadehə qadağan edilmiş hərəkətlərə son qoymasını, ona məxsus torpaq sahəsini və tikilini tərk etməsini tələb etsə də bunun heç bir faydası olmamışdır. Artıq bu qadağan edilmiş özbaşınalıq uzun müddətdir ki, davam etməkdədir. Ona görə də hesab edir ki, cavabdeh mübahisəli fərdi yaşayış evindən çıxarılmalıdır.
9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, sözügedən torpaq sahəsində iddiaçının özünün evi, o gəlin getdiyi gündən bugünədək vardır. Hazırki mübahisə predmenti olan ev isə o və onun həyat yoldaşının vəsaiti hesabına tikilmişdir. Bütün kommunal ödənişlər onun yoldaşının adınadır. Son dövrdə isə onu evdən çıxartmaq üçün qaz sayğacını iddiaçı öz adına keçiritmişdir.
10. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş Şahid1 iddiaçının evində usta işlədiyindən onu tanıdığını ancaq cavabdehi tanımadığını yəni onu Sabunçu rayonunda yerləşən evində görmədiyini bildirdi. Evdə usta kimi 2007-ci ildə işlədiyini suvaq işləri ilə məşğul olduğunu, onunla bir nəfər fəhlənində işlədiyini, həmin fəhlənin adının Arif olduğunu bildirdi. Onu İddiaçı ilə qonşuları tanış etmişdir. Orada işlədiyi zamanı ona yeməyi Akif kişinin həyat yoldaşı verdiyini bildirdi. Eyni zamanda bildirdi ki, işlədiyi işin haqqını isə ona Akif kişi vermiş olduğunu bildirdi. 2 aya yaxın həmin evdə işlədiyini bildirdi. İşlədiyi evin həyətində İddiaçı başqa bir evi də var idi. Həyətdə İddiaçı, onun həyat yoldaşını və evin balaca oğlunu gördüyüynü bildirdi, ara bir də İddiaçı qızının da evə gəldiyini görmüşdür. Fəxrəddini də arada bir gördüyünü, lakin onun həyat yoldaşı olan Aygün xanımı orada görmədiyini, ümumiyyətlə onu tanımadığını bildirdi.
11. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X8 izahat verərək bildirdi ki, o 2000-ci il tarixdən iddiaçı ilə qonşu olduğunu bildirdi. İddiaçının oğlu olan Fəxrəddini tanısa da, onun arvadı Aygün xanımı tanımadığını bildirdi. Eyni zamanda bildirdi ki, 2008-ci il tarixində iddiaçı tərəfindən ev tikilən zaman o həmin evin plastik pəncərə işini görmüşdür. Pencərələrin pulunu ona Akif vermişdir. O həmin ev üçün 8-10 pəncərə düzəltmiş olsa da, nə qədər pul almış olduğunu xatırlamır. Fəxrəddinin ev tikilən zaman görmədiyini bildirir.
12. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X12 izahat verərək bildirdi ki, o İddiaçı ilə divar qonşu, lakin Aygün xanımı tanımasa da onu da görmüşdür həmin məhəllədə. O həm Fəxrəddinə məxsus evlə, həmdə Akifə məxsus ev ilə divar qonşu olduqlarını bildirdi. Fəxrəddinə məxsus olan ev elə əvvəldən Fəxrəddin üçün tikdirilirdi. Ev tikilən zaman Fəxrəddin atasına məxsus evdə yaşayırdı. O evin tikintisinə çəkilən xərcin kim tərəfindən verilməsini tam olaraq bilmir lakin bir dəfə ustalar pulu onlara Akifin vermiş olduğunu bilmişdir. Akifin gəlir mənbəyinin nədən ibarət olduğunu bilməsə də tikinti vaxtı Fəxrəddinin telefon alqı-satqısı ilə məşğul olduğunu bildirdi. Akifin 3 övladı olduğunu, onlardan 2-nin oğlan, birinin isə qız olduğunu bildirdi. Akif məllimin balaca oğlu da o vaxtı telefon işi ilə məşğul olduğunu bildirdi.
13. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X15 izahat verərək bildirdi ki, o 20 ilə yaxındır ki, İddiaçı ilə qonşu olduqlarını bildirdi, Cavabdeh isə onların gəlini olduğu üçün tanıdığını bildirdi. Həyətdə 2 ev olduğunu bildirdi. Bu tikilən ev Fəxrəddin üçün tikilirdi. Lakin evin tikintisinə kimin pul xərclədiyini bilmir. Lakin bir dəfə Akif müəllim onun qapı ustası kimi onun qaynının nömrəsini istəmişdir. Lakin qaynına pulu kim verdiyini bilmir, o sadəcə onları tanış etmişdir. Fəxrəddini evin tuikintisi vaxtı tanımadığını bildirdi, məhəlləyə çıxan zaman yalnız Akif kişini gördüyüynü, Fəxrəddin isə işə gedibgəldiyini bilir.
14. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X11 izahat verərək bildirdi ki, iddiaçı onun atasıdır, cavabdehin isə onun keçmiş arvadı olmuşdur. 1998-ci ildən etibarən həmin həyatyanı sahə atasının istifadəsində olmuşdur. 2007-2008-ci illərdə kirayədə yaşadığını, 2008-ci ildə mübahisəli evə gəlmişlər və 2020-ci ilə qədər həmin evdə yaşamışdırlar. Mübahisəli evi atası qardaşı üçün tikdirmişdir. Ustalardan Şərifi, Zauru, Lətifi tanımışdır. Ustalardan yalnız Lətifi suvaq işi məşğul olmaq üçün atası ilə o tanış etmişdir. Onlar 2008-ci ildə evə köçərkən evi tam hazır olmuşdur. İnşaat mallarının dəyərini, ustaların məvacibinin hamısını atasının verdiyini, onun və cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini bildirmişdir. Tikilinin birinci və ikinci mərtəbəsinin arasında beton yoxdur. Tavana alçipan vurulmuşdur. Divarlarda ştukaturun altında qum daşı, suvağ, malyar olunmuşdur. İşığ xətti atasının adına rəsmiləşdirilmişdir.
15. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X17 izahat verərək bildirdi ki, o, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Sabunçu Qəsəbəsi nümayəndəliyində işlədiyini bildirdi ki, İddiaçı 2007-2008-ci ildə tikinti üçün onun işlədiyi müəsissəyə müraciət etmişdir. O bildirdi ki, iki mərtəbəli yaşayış üçün ev tikmək istədiyini bildirdi. Tikili aparılan müddətdə o həmin əraziyə gəlib-getmişdir. Gəlib gedən zaman orada ancaq iddiaçını görmüşdür. Mühəndis işlədiyini, 2014-2015-ci illərdə, 2008-2009-cu illərdə tikinti üçün icazə verildiyini bildirmişdir. O zamanadək torpaq sahəsi boş, qamışlıq olmuşdur. İddiaçının müraciət etdiyini, cavabdehi tanımadığını bildirmişdir.
16. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X22 izahat verərək bildirmişdir ki, o, iddiaçı ilə qonşudur. İddiaçının Anaşkin küçəsində yerləşən evi o hörmüşdür, lakin Cavabdeh tanımır. Təxminən işi 2007-2008-ci illərdə işləmişdir. Bütün materialları ona Akif kişi alıb vermişdir. Tikili iki mərtəbəli olmuşdur. Lakin mərtəbələrin arası beton deyildir.
17. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X9 izahat verərək bildirmişdir ki, o, İddiaçı ilə Anaşkin küçəsində olan evdə qonşudurlar. Lakin Cavabdeh xanımı tanımır. Akifin Ananşkin küçəsində tikinti apardığı evdə kafel metlaq işlərini görmüşdür. Görülən işlərə görə ona çatacaq olan haqqı İddiaçı vermişdir
18. Məhkəmə iclasına cavabdeh tərəfindən dəvət edilmiş şahidlər Şahid1, Şahid2 və X10 hazırki mülki işin halları barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə onlar tərəfindən şahid qismində verilmiş olan izahatı sübutlar siyahısından çıxartmışdır.
19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(008)- 1750/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən özbaşına tikili mübahisə predmetidir. Məhkəmə işi düzgün həll etmək üçün sözügedən evinin kimin vəsaiti hesabına (yəni iddiaçınınmı yoxsa cavabdeh ilə iddiaçının oğlunun birgə nikah dövründə əldə etmiş olduqları birgə vəsait hesabına) tikilməsini müəyyən etməlidir. Belə ki, tərəflər ikimərtəbəli bir evin mövcudluğu və həmin evə kimin haqqı çatmasını mübahisələndirirlər. Nəzərə alınmalıdır ki, evin özbaşına tikili olması özlüyündə həmin evə heç kimin hüququ olmaması demək deyil. Bir yaşayış evi mövcuddursa, həmin evin inşasına vəsait xərclənmişdir və həmin evin inşasına sərf edilmiş vəsait, istifadə olunan materiallar vəsaiti xərcləyən, materialı alan şəxsə məxsusdur. Gələcəkdə özbaşına tikili olması əsası ilə həmin ev söküləsi olsa belə, həmin materialın mülkiyyətçisi öz əmlakını götürmək hüququndan məhrum deyil.
21. Həmçinin məhkəmə qeyd etmişdir ki, sözügedən evin inşası 2008-ci ildə başa çatmış və həmin tarixdən də cavabdeh ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşamağa başlamışdır. Və eyni zamanda məhkəmə iclasında tərəflərin habelə şahidlərin vermiş olduğu izahatdan da, o da məlum olur ki, mübahisəli evin yerləşdiyi məhlədə həmin evdən başqa bir dənə də özbaşına tikili olan ev mövcuddur və həmin evdə əvvəldən iddiaçı və onun ailə üzvüləri yaşayır. Belə olan halda məhkəmə eyni bir məhlədə ikinci bir evin iddiaçı tərəfindən tikilməsinə dair iddiaçının gətirmiş olduğu dəlilləri inandırıcı saymır. Bundan başqa da məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid ifadələrinə də məhkəmə qiymət verərək hesab edir ki, adı çəkilən şahidlərin hər birinin ifadəsində qeyrisəmimilik müşaiyyət olunur. Belə ki, iddiaçının vəsaiti hesabına evinin tikintisində iştirak edən hər bir şahid vəsaiti iddiaçıdan aldıqlarını habelə iddiaçı ilə qonşu olduqlarını onu tanıdıqlarını bildirsələr də, onların hər biri 2008-ci il tarixindən həmin məhlədə yaşayan cavabdehi tanımadıqlarını bildirdilər.
22. Bundan başqa məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş vergi ödəyicisi kimi iddiaçının uçota alınmasına dair sənədə, habelə Sabunçu Bələdiyyəsinə ödənilmiş qəbzlərə də hüququ qiymət verərək qeyd edir ki, sözügedən torpaq sahəsində iki ev olduğundan (biri iddiaçının yaşadığı ev və digəri isə cavabdehin yaşadığı ev) sözügedən vergilərin hansı əmlaka ödənilməsi məhkəməyə məlum deyildir.
23. Bundan başqa məhkəmə iclasında şahid kimi dindirilmiş X1 evin onun tərəfindən deyil də atası tərəfindən inşa edilmiş olduğunu bildirsə də onun atası ilə olan xoş münasibətini, cavabdeh ilə olan gərgin münasibətlərini, cavabdehin həmin mənzildən çıxarıldığı halda bu onun maraqlarına xidmət etməsini nəzərə alaraq onun şahid kimi məhkəmədə vermiş olduğu ifadəsini də səmimi qəbul etmir.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 180.1, 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
25. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(008)-1750/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən gəlinmiş nəticə qanuni və əsaslı deyildir, qətnamənin ləğv, iddianın təmin edilməsi üçün əsaslar vardır. Belə ki, uzun illərdir ünvan 6 ünvanında inşa etdiyi 1 mərtəbəli tikilidə ailəsi ilə birgə yaşayır. X2 2002-ci ildə hazırki iş üzrə Cavabdeh ilə rəsmi nikaha girməklə ailə qurmuşlar. Onların yaşamağa yerləri olmadığından müvəqqəti olaraq onun evində yaşamışlar. Daha sonra onlar kirayə mənzilə köçmüş və bir müddət kirayə mənzildə yaşamışlar. 2007-ci il ərzində yaşadığı evin həyətyanı torpaq sahəsində əlavə olaraq daha bir 2 mərtəbəli evi inşa edib təmir etdirib. Təxminən 8 ay ərzində həmin tikilini tam hazır vəziyyətə gətirdikdən sonra oğlu Fəxrəddinin yaşamağa evinin olmadığını görüb özünə ev alanadək yaşaması üçün ailəsi ilə birgə yeni inşa etdiyi 2 mərtəbəli evə köçməsinə icazə verib. Övladları ilə birgə bu evdə yaşamağa başladılar. Daha sonra 2016-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 8 ünvanında yerləşən mənzili almış və oğluna həmin mənzilə köçə biləcəklərini demişdir. Buna baxmayaraq onlar inşa etdiyi bu evdə yaşamağa davam etdilər. Son dövrlər isə X2 ilə cavabdeh olan Cavabdeh arasında münasibətlər korlanmış, Sabunçu məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı onların arasında olan mübahisələrdən kənar qalmaq üçün tələb edib ki, onun bu evini tərk etsinlər. Fəxrəddin 2 övladı ilə birgə evini tərk edib getmiş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvanda yaşamağa başlamışdır. İş üzrə cavabdeh olan Cavabdeh isə evi tərk etməmiş, yaşamaqda davam etmişdir. Onun bu evdə yaşaması hüquqlarını pozur, onun ədəbsiz və qeyri-etik davranışları rahat yaşayışına maneçilik törədir, orada yaşamağ imkan vermir. Buna görə də, cavabdeh həmin tikilidən çıxarılmalıdır və o, həmin tikiliyə köçürülməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, mübahisəli torpaq sahəsi mülkiyyətdə deyildir, həmin torpaq sahəsinin ayrılmasına dair heç bir sənəd mövcud deyildir. İddiaçı torpaq sahəsi və üzərində olan tikili ilə bağlı Bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Birinci instansiya məhkəməsi yalnız iki əsas hala istinad olunmuşdur. Birinci əsas ondan ibarətdir ki, sözügedən evin iddiaçının vəsaiti hesabına tikilməsini məhkəmədə təkzibedilməz sübutlarla sübut edilə bilmir. İkinci əsas ondan ibarətdir ki, cavabdehin həmin tikilidə 2008-ci ildən yaşaması mübahisə edilmir. Birinci instansiya məhkəməsinin qətnaməsində həm maddi, həm də prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Eyni zamanda işin hallarının müəyyən edilməsində yanlışlığa yol verilmişdir. Belə ki, burada iddiaçı olaraq üzərinə düşən məsələ həmin tikilinin iddiaçının vəsaiti hesabına tikilməsini sübut etməkdən ibarətdir. Birinci instansiya məhkəməsində bu halın təsdiqi ilə bağlı yetərli sübutları məhkəməyə təqdim edə bilmişlər. İş materiallarından göründüyü birinci instansiya məhkəməsində 8 şahid dinlənilibdir. Həmin şahidlərdən biri iddiaçının oğludur, Xəlilov Fəxrəddindir, hansı ki, Xəlilov Fəxrəddin həmin tikilinin başlanğıcından sonuna qədər bütün baş verənlərin şahidi olmuşdur. Digər 7 nəfər isə birbaşa həmin evin inşasında əlaqədar olan şəxslərdir. Şahidlərin biri kafel ustası, biri şifer ustası, biri santexnik ustasıdır. Bu şəxslərin hamısı birinci instansiya məhkəməsində geniş şəkildə dindirilmişdir. Həmin məhkəmə iclasında məhkəmə iclasının videoyazısı aparılmışdır. Həmin videoyazıdan da göründüyü kimi şahidlərin dindirilməsi geniş və əhatəli olmuşdur. Şahidlər öz ifadələrində birmənalı, ziddiyyət olmadan ifadə vermişdir ki, bu fərdi yaşayış evi iddiaçı tərəfindən inşa olunmuşdur. Cavabdeh tərəfindən də müəyyən şahidlər dəvət olunmuşdur. Həmin şəxslər ümumiyyətlə həmin evin harada yerləşməsini bilmirdilər. Bundan başqa iş materiallarında ərazi icra nümayəndəliyinin məktubu vardır. Eyni zamanda Bələdiyyə tərəfindən vergi ödəyicisi kimi qeydiyyat haqqında şəhadətnamə vardır. Bundan başqa Bələdiyyə tərəfindən həm torpaq sahəsinin, həm də evin texniki pasportu, plan-cizgisi tərtib olunmuşdur. İş materiallarında saldo vardır. Bu sənədlər hazırkı fərdi yaşayış sahəsinin iddiaçı tərəfindən inşa olunduğunu sübut etmək üçün yetərlidir. İş materiallarında elektrik enerjisi ilə bağlı saldo vardır, həmin saldo məhkəmə tərəfindən yanlış olaraq qiymətləndirilmişdir. Digər bir məsələ isə maddi hüquq pozuntusu ilə bağlıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş halla bağlı maddi hüquq norması kimi 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinə istinad olunmuşdur. Hüquq münasibətləri 2007-ci il tarixdə yaranmışdır. Həmin tarixdə yaranmış hüquq münasibətlərə MM-nin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenum Qərarlarıda mövcuddur. Məhkəmə nəyə görə təqdim etdiyi sübutları yetərsiz sayır, hansı hallar bunları təkzib edir, bunları qətnamədə qeyd etməmişdir. Tikilinin birgə nikah dövründə tikilməsi məsələsi qətnamədə toxunulmur. Hazırki mübahisəyə dair konkret hüquq normaları olmadığından analoji olaraq mülkiyyət hüquq normaları tətbiq olunmalıdır.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, torpaq sahəsini 1997-ci ildən almış, 1998-ci ildən özünə ev tikmişdir. Cavabdehin yaşadığı torpaqda o, pomidor, xiyar əkmişdir. Həmin torpaq sahəsi 12 sotdur, Sabuçu Rayon Qəsəbə Sovetindən almış, orada ev inşa etmişdir. Alğı-satqı ilə bağlı müqavilə yoxdur. Həmin dövrdə sərəncam verilmirdi. Torpaq sahəsi Bələdiyyədə rəsmiləşdi və onun istifadəsindədir. Evin tikilməsindən cavabdehin xəbəri yoxdur. 1998-ci ildən o, həmin evdə yaşayır. Həyətdəki evini 1998-ci ildə tikmiş və həmin ilin mart ayının 16-da oraya köçmüşdür. Həyətdə başqa ev yox idi, orada əkin sahəsi var idi. Oğlunu evləndirəndən sonra onlar iddiaçı ilə yola getmədilər və kirayə çıxdılar. O, digər oğlunu evləndirmək istəyirdi, gəldi həyətdə ev tikdi. Oğlunu evləndirib oraya gətirmək istəyirdi. Evi başlayanda Aygün xanımın ondan xəbəri yox idi. Aygün xanım kirayə qaldığı müddətdə o, həmin evi tikmişdir. O görüb ki, onların maddi durumu yaxşı deyil, kiray pulunu da verib. Daha sonra evdə məsləhətləşiblər ki, onları həmin evə köçürsünlər. Onları həmin evə müvəqqədi köçürüb. Onlar həmin evə köçəndə artıq ev tam hazır idi, çıl-çırağa qədər hazır idi. Onlar alçipan, kafel nədir bilmir. Ev tikiləndən sonra müvəqqəti olaraq cavabdehə yaşamaq üçün verilmişdir. Cavabdeh tərəf əvvəlcə onun sayğacından istifadə edirdi. Daha sonra yeni sayğac qoyulan zaman oğlunun adına qoyuldu. Bundan başqa həmin mübahisəli mənzilin əvəzinə cavabdehə ikiotaqlı ev təklif etmişdir. Evin biri 68 kv.m, digəri isə 109 kv.m dir. 68 kv.m lik evi cavabdehə təklif edir ki, getsin orada yaşasın və həmin həyətdən uzaqlaşsın. Buna baxmayaraq cavabdeh həmin mənzildən uzaqlaşmır. 2020-ci ildən əvvələ aid mübahisəli torpaq sahəsi ilə bağlı vergi ödəməyə dair qəbzlər mövcuddur. Həmin qəbzlər 2016, 2017-ci ilə aiddir. Onlar orada bir müddət yaşadılar. 2016-cı ildə iddiaçı hər üç nəvəsinə ev alıb, eyni zamanda bunlara da ev alıb. Həmin evi sənədlə, sübutla alıb. Nəvələri azyaşlı olduqlarına görə evləri atalarının adına alıb. Ustalar, qonşular, yük daşıyan maşınların sürücüləri də məhkəmədə ifadə verdilər ki, həmin evləri o tikib. Mübahisəli evin tikintisi 2007-ci ildə başlamış, 2008-ci ildə başa çatmışdır. Həmin evin onun adına keçməsinə dair tərəfindən reyestr xidmətinə müraciət edilmiş, lakin nəticə olmamışdır. Aralarında barışıq, bir həyətdə qalmaları mümkün deyildir. Sonu pis ola bilər.
30. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab etdiyini, şikayətin təmin edilməməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1750/2023 saylı 20 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O həmçinin qeyd etmişdir ki, 16 ildir həmin mənzildə yaşayır. Həmin mənzildə çox işləri onlar görüb. Kifayət qədər imkanları olmuşdur. İki ev və iki maşın birinci instansiya məhkəməsi tərəfindən bölündü və apellyasiya instansiyası məhkəməsində həmin qətnamə qüvvədə qaldı. Həmin evdə uşaqlarla özü işləyib. İddiaçı sayğacını gəlir kəsir, qaz axıb-gedir. Qanunsuz tikilidən heç kim heç kimi çıxara bilməz. Həmin evin döşəməsini, kafelini o, uşağı və yoldaşı vurmuşdur. Qəsəbə Soveti nə zamandan sənəd verməyə səlahiyyəti çatır?! Qanunsuz tikiliyə nə zamandan Qəsəbə Soveti sənəd verir?! Birinci instansiya məhkəməsinə kifayət qədər şahidlər gətirmişdir. İddiaçının həmin torpaq sahəsinə aid heç bir sənədi yoxdur. Evin işığını onlar çəkib, evin döşəməsini onlar vurub. Evin alçipanı özü qaldırmışdır və yoldaşı vurmuşdur. O, bunları uşaqları və yoldaşı ilə birgə etmişdir. Evin alçipanı ağ rəngdə idi. Evin işlərinin böyük hissəsini özü görüb. Onlar oraya gələndə sadəcə divar hörülmüşdü. Divar yoldaşının vəsaiti hesabına hörülmüşdü. Yoldaşının telefon mağazası var idi, o işləmirdi. İş materiallarında orada yaşamalarını təsdiq edən akt vardır. Həmin akt qonşular tərəfindən tərtib olunubdur. Bütün abonent dövriyyələri yoldaşının adına olmuşdur. Həmin torpaq sahəsində iki ev vardır. Hazırki mübahisəli ev İddiaçı məxsus hasarın içərisində yerləşdirdi. Hasarı yoldaşı tikdirmişdir, ev İddiaçı məxsus hasarın içərisində yerləşmir. Onun mülkiyyətində evlər vardır, həmin evlər kirayə verilibdir, lakin hazırda yaşadığı evdə 16 ildir yaşayır. İddiaçı ilə arasında barışıq mümkün deyildir. Heç bir məbləğ müqabilində o, həmin evdən çıxan deyil. Əgər iddiaçı istəmirsə o zaman hasarı yuxarı qaldırsın. Yoldaşının telefon mağazaları var idi, həmçinin makler kimi işləyirdi. Yoldaşının iki maşını var idi, kifayət qədər imkanı var idi. Bu arayış saxtadır. ½ hissədə bölgü olunmuş əmlakın üzərinə həbs qoyulmuşdur. Əvvəldən həmin evdə yaşayır. Həmin evdə 2008-ci ildən yaşayır. Torpaq sahəsinin sənədləri olmadığı üçün mübahisəli mənzil sənədləşdirilməmişdir.
Apellyasiya baxışının hədləri
31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 32.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 34.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
35.11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 36.157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və yamüqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 37.158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 38.180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. 40.İşin tədqiq olunan faktiki hallarından, tərəflərin izahatlarından, habelə iş materiallarında olan sənədlərdən aydın olduğu kimi, hazırkı mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin üzərində inşa edilmişdir. Cavabdeh tərəfindən bu hal mübahisələndirilməmişdir. Mülki iş üzrə mübahisələndirilən hal mübahisəli fərdi yaşayış evinin kimin vəsaiti hesabına tikilməsidir. Belə ki, sözügedən fərdi yaşayış evi özbaşına tikili olsa belə, hər bir halda həmin fərdi yaşayış evinə dair “gözlənti” hüququ məhz kimə məxsus olması halı araşdırılmalıdır. 41.Cavabdeh sözügedən fərdi yaşayış evinin iddiaçının oğlu ilə birgə nikahda olduqları müddətdə onlar tərəfindən tikildiyinə istinad etmişdir. Lakin istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə iddia tələbinin məzmunundan, tərəflərin izahatlarından, habelə iş materiallarında olan sübutlardan aydın olur ki, cavabdeh mübahisəli fərdi yaşayış evinə köçərkən həmin ev istismara artıq yararlı vəziyyətdə olmuşdur. Başqa sözlə, cavabdehin keçmiş əri ilə birgə nikahda olduğu müddətdə hazırda çıxarılması tələb edilən fərdi yaşayış evinin inşa edilməsində onun, yaxud keçmiş ərinin hər hansı maddi və sair xidmətlərinin olmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda sözügedən evə dair cavabdehin hər hansı iqtisadi marağının mövcudluğundan söhbət gedə bilməz. 42.İş materiallarından isə görünən odur ki, mübahisəli tikili olan fərdi yaşayış evi iddiaçının uzun müddət ərzində faktiki sahibliyində olan torpaq sahəsinin üzərində inşa edilmişdir. Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavabdan müəyyən edilir ki, torpaq sahəsi və üzərindəki 1-ci ev 2000-ci il tarixdən, 2-ci ev isə 2008ci il tarixdən İddiaçı faktiki istifadəsində olduğundan onun adına vergi qeydiyyatına alınaraq, ödəniş portalına salınmışdır və vergilər də onun adından ödənilir. Bundan başqa iş materiallarında olan mübahisəli evin eskiz sxemi, tikinti və torpaq sahəsinin baş planı onun adına tərtib edilmişdir. İddiaçının xeyrinə verilmiş şahid ifadələrinin həqiqəti əks etdirməsinə birinci instansiya məhkəməsində şübhələr yaransa da, işin hallarına görə bu ifadələrin şübhə altına alınması üçün əsasların mövcudluğu müəyyən edilməmişdir, ifadələr iş üzrə toplanmış digər sübutlarla uyğunluq təşkil edir. 43.Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən 326 m torpaq sahəsinin üzərindəki sahəsi 202.55 kv.m olan fərdi yaşayış evindən cavabdehin çıxarılmasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Əksinə, cavabdeh həmin evin tikilməsində özünün iştirak etdiyini, mübahisəli evə subyektiv hüquqa malik olduğunu qeyd etsə də, yuxarıda göstərilənlərə əsasən onun mübahisə predmeti olan evə mülkiyyətçi kimi qanuni gözlənti hüququnun olması halının öz təsdiqini tapmadığı müəyyən edilmişdir. 44.Bundan başqa qeyd edilməlidir ki, özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Hazırki iş üzrə bu cür halların da mövcudluğu öz təsdiqini tapmamışdır. 45.Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh özbaşına tikilidə yaşasa da, həmin tikilinin inşa olunmasında onun zəhmətinin olması halı öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı cavabdehin nikahda olduğu dövrdə əldə olunmuş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi 4001-4010-cu məhəllə ev 13, 56 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 76 M14 m4) və Bakı şəhəri Sabunçu rayonu Y.Əliyev küçəsi 2595 saylı məhəllə 6-cı bina 1-ci blok 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni 44) saylı mənzilin (1/2 hissədə), İmişli rayonu, Qızılkənd kəndində yerləşən ümumi sahəsi 180 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin olduğu, bununla da onun mübahisə predmeti olan yaşayış sahəsinə ehtiyacının hər hansı zərurətdən irəli gəlmədiyi müəyyən edilmişdir. 46.Beləliklə məhkəmə kollegiya hesab edir ki, cavabdehin mübahisəli yaşayış sahəsindən çıxarılması tələbi əsaslıdır. Kollegiya həmçinin “iddiaçının mənzilə köçürülməsi”nə dair tələbə işin yuxarıda müəyyən olunmuş hallarına görə münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Belə ki, iddia bu hissədə də təmin olunmalı, İddiaçı Bakı şəhəri, ünvan 5 ünvanda inşa edilmiş ümumi sahəsi 202,55 kv.m olan iki mərtəbəli evə köçürülməlidir.
47. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 48.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1750/2023 saylı 20 aprel 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabeh Cavabdeh qarşı "fərdi yaşayış evindən çıxarılma və fərdi yaşayış evinə köçürülmə" tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri, ünvan 5 ünvanında inşa edilmiş ümumi sahəsi 202.55 kv.m olan iki mərtəbəli (birinci mərtəbəsində zal (sahəsi 28,52 kv.m), mətbəx (sahəsi 21 kv.m), sanitar qovşaq (sahəsi 5.7 kv.m), hol (sahəsi 24.3 kv.m), qaraj (sahəsi 21.2 kv.m), ikinci mərtəbsində zal (sahəsi 23.8 kv.m), yataq otağı (sahəsi 17.01 kv.m), yataq otağı (sahəsi 11.4 kv.m), yataq otağı (sahəsi 13.2 kv.m), sanitar qovşaq (sahəsi 5.9), holl) fərdi yaşayış evindən (tikilidən) çıxarılsın və İddiaçı həmin fərdi yaşayış evinə (tikiliyə) köçürülsün. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova