Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4611/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi və Bakı şəhəri Sabunçu rayon Kürdəxanı qəsəbə inzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının Nümayəndəliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: mülkiyyətin qanunsuz istifadədən geri tələb edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil Aydın oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi və Bakı şəhəri Sabunçu rayon Kürdəxanı qəsəbə inzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının Nümayəndəliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mülkiyyətin qanunsuz istifadədən geri tələb edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(008)-2687/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinin əhalidən vergilərin qəbulu üçün qəbzlərə əsasən İddiaçı 2009-2011-ci illər 21 manat, 2011-ci il üçün 20 manat, xx.xx.2015-ci il üçün 13.50 manat pul ödəmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinin istifadə olunan torpaq sahəsinin sxeminə əsasən Ləhiş bağ Massivində yerləşən 4497 v saylı 750.0 kv.m olan torpaq sahəsi İddiaçı Nəzir oğlunun istifadəsindədir.
3. Bakı şəhəri Sabunçu rayon Kürdəxanı qəsəbə inzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına görə Əzizov X9 qəsəbəsi Ləhiş bağ sahəsi küçəsində qeydiyyatsız yaşayır.
4. Azərişığın abonə haqqında saldosuna əsasən **********50301 nömrəli abunə kodu ünvan 1 ünvanı üzrə abonent Cavabdehdur.
5. 14.10.2022-ci il tarixli etibarnamə ilə İddiaçı X5 vasitəsi ilə X3 Bakı şəhəri Kürdəxanı Ləhiş bağları ərazisində yerləşən 750 kv.m torpaq sahəsini idarə etməyə və sair hərəkətlər etməyə dair xx.xx.2064-cü ildək etibarnəmə vermişdir.
6. Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinin 29 mart 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 2011-ci ildə Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinə müraciət edərək, Ləhiş bağ ərazisində yerləşən və uzun illər istifadəsində olmasını qeyd etdiyi sahənin qeydiyyata alınaraq vergiyə cəlb olunmasını xahiş etmişdir. Kürdəxanı Bələdiyyəsi, rəsmi sənədləri olmayan torpaq istifadəçilərinin qeydiyyata alınması, inventarlaşdırılması və vergiyə cəlb edilməsi üçün xx.xx.2011-ci il tarixli 05 saylı protokolun 07-ci bəndinə istinadən, İddiaçı uzun illər istifadəsində olmasını iddia etdiyi bağ sahəsində inventarizasiya aparılmış və sxematik xəritəyə uyğun 4497 v saylı 750,0 kv metr torpaq sahəsi qeydiyyata alınaraq vergiyə cəlb olunmuşdur. xx.xx.2011-ci ildə tərtib olunmuş 4497 v saylı torpaq sahəsində heç bir tikinti olmamış, ətrafı məftillə çəpərlənmişdir. X13 cənablarının 23 Noyabr 2007-ci il tarixli müvafiq sərəncamı ilə 2007-ci il dekabrın 1dən bələdiyyə qurumlarının torpaq üzərində icarə və alqı-satqı əməliyyatları aparmaq səlahiyyəti dayandırmışdır. Ona görədə İddiaçı torpaq sahəsi ayrılması barədə Kürdəxanı Bələdiyyəsi tərəfindən heç bir qərar qəbul edilməmişdir. İddia ərizəsində İddiaçı qeyd etmişdir ki, X7 bağları massivində mənim istifadəmə verdiyi 4497y torpaq sahəsi Kürdəxanı sakinləri Rəsmiyyə Şahbazova, Şükür Qasımov və Vaqif Əzizov özbaşına alqı-satqı yolu ilə dövriyyəyə çıxarılaraq qanunsuz gəlir mənbəyinə çevrilmişdir. Qeyd olunanlara etiraz olaraq bildiririk ki, əvvəla Kürdəxanı Bələdiyyəsi 4497 v saylı bağ sahəsini İddiaçı istifadəsinə verməmiş, həmçinin digər vətəndaşlar Rəsmiyyə Şahlarova, Şükür Qasımov və Vaqif Əzizov 4497 v saylı bağ sahəsinin istifadəçisi kimi qeydiyyata alınmamşlar. Əlavə olaraq bildiririk ki, Ləhiş bağ massivi Kürdəxanı Bələdiyyəsinin inzibati ərazisi olsada mülkiyyətində deyildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin ərazisindəki Ləhiş bağları massivində yerləşən 750 kv.m sahəsi olan, 4497 “V” saylı torpaq sahəsinin boşaldılaraq onun istifadəsinə qaytarılması, orada olan tikili və qurğuların özbaşına hesab edilərək cavabdehin hesabına sökülməsi, ödədiyi dövlət rüsumu və vəkil xidmət haqqı məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin ərazisindəki Ləhiş bağları massivində yerləşən və uzun müddət istifadəsində olmuş 750 kv.m sahəsi olan, 4497 “V” saylı torpaq sahəsi qərarına uyğun olaraq Bələdiyyə Şurasının xx.xx.2011 -ci il tarixli torpaq sahəsinin plan- sxemi əsasında ********** saylı VÖEN-ə əsasən vergiyə cəlb edilmişdir. Həmin bağ sahəsi üzrə hüquqlar xx.xx.2015-ci il tarixli notarial etibarnamə əsasında X3 həvalə edilmişdir. Ərazi tərəfindən təmizlənmiş, dəmir torlu çəpərə alınmış və istifadəyə yararlı vəziyyətə salınmışdır. Bələdiyyə tərəfindən vergi ödəniş bildirişlərinə uyğun olaraq 2009-2022-ci illərə aid həmin torpaq sahəsinin vergisi Kürdəxanı bələdiyyəsinə ödənilmişdir. Daim vergisini ödədiyi torpaq sahəsində müvafiq tikinti quraşdırma işlərini aparmaq üçün dəfələrlə bələdiyyə orqanına müraciət etsə də, imtina verilərək bildirilmişdir ki, bələdiyyə orqanın bu məsələ ilə sənədləşmə işləri aparmaq səlahiyyəti dayandırılmışdır. Bu səbəbdən 10 ildən artıq vergisini ödədiyi torpaq sahəsində ondan asılı olmayan səbəblərdən tikinti aparmaq niyyəti həyata keçirilməmişdir. 2020-2021-ci illərdə “pandemiya” zamanı naməlum şəxslər ona məxsus torpaq sahəsinə gəlib-getmiş, əraziyə tikinti materialları daşıyaraq orada tikinti işləri aparmağa hazırlaşmış və həmin sahəyə qanunsuz işıq sayğacı quraşdırmışlar və dam örtüyü olmayan kiçik tikili inşa etmişlər. Əraziyə baxış zamanı bu hallar öz təsdiqini tapdığından dərhal DİN-nin 102 polis xidmətinə və Kürdəxanı bələdiyyəsinə məlumat vermişdir. Polis tərəfindən görülmüş tədbirlər nəticəsində həmin ərazidə kənar şəxslərin özbaşına tikintisi dayandırılsa da, Kürdəxanı bələdiyyəsi mülkiyyətində olan və 10 ildən artıq ondan vergisini aldığı əmlakın qanunvericiliyə uyğun istifadəsi üçün heç bir tədbir görməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı şəhəri Sabunçu RPİ-nin ərazisi olan 15-ci PB-nə müraciət etmişdir. Polisdə aparılmış təhqiqat nəticəsində toplanmış materiallar xx.xx.2022-ci il tarixli qərarla Cinayət Məcəlləsinin 188-ci maddəsinin (torpaq üzərində hüquqları pozma, özbaşına tirinti işləri aparma) tərkibi olduğundan Sabunçu RPİ-nin İŞ-nə həvalə edilmişdir. Buna baxmayaraq ərizəsi əsasında polisdə araşdırma aparıldığı halda xx.xx.2022-ci il tarixdə Cavabdeh Kürdəxanı qəsəbə inzibati ərazi dairəsi üzrə İcra Hakimiyyəti Başçısının Nümayəndəliyi tərəfindən saxta arayış verilərək onun həqiqətən Kürdəxanı qəsəbəsi, Ləhiş bağ sahəsində qeydiyyatsız yaşadığı qeyd edilmişdir. Polisdə verdiyi izahatdan məlum olmuşdur ki, Cavabdeh ona məxsus torpaq sahəsini X10 almışdır. Təhqiqat və istintaq materialları ilə sübut olunmuşdur ki, Kürdəxanı bələdiyyəsinin Ləhiş bağları massivindən onun istifadəsinə verdiyi 4497 “V” torpaq sahəsi Kürdəxanı sakinləri Rəsmiyyə Şahbazova, Şükür Qasımov və Vaqif Əzizov arasında özbaşma alqı-satqı yolu ilə dövriyəyə çıxarılaraq qanunsuz gəlir mənbəyinə çevrilmiş, bələdiyyə isə özünü görməzliyə vurmuşdur və bu gün də vurur. Təəsüf ki, Kürdəxanı bələdiyyəsi balansında olan vergiyə cəlb etdiyi əmlakın qanunsuz dövriyyəsinə qarşı heç bir tədbir görmür və görmək də istəmir. Bələdiyyə tərəfindən onun müraciətlərinə verdiyi cavab və hərəkətsizliklər, o cümlədən ən vacibi əmlak barəsində artıq istintaq aparan polis orqanına həmin faktla bağlı heç bir münasibət bildirməməsi ilə təsdiq edilir. Həmçinin araşdırılmalıdır ki, tərəfindən xx.xx.2022-ci il tarixdə polis ərizə veriləndən 3 gün sonra, xx.xx.2022-ci il tarixdə özbaşına istifadəçi Cavabdeh tərəfindən həmin sahədə bələdiyyənin guya xəbəri olmadan elektrik sayğacı və dəmir darvazasının quraşdırılması necə baş vermişdir? Kürdəxanı bələdiyyəsi balansında olan, vergisini yığdığı əmlakın ətrafında hər cür özbaşınalıqların, hətta cinayət tərkibi ilə baş verdiyi hadisələrin baş verməsinə və davam etməsinə bilərəkdən şərait yaradır. Bu şəraiti yaradanlar isə 30 ilə yaxındır öz fəaliyyətlərini fəxrlə etiraf edərək davam etdirirlər. Hal-hazırda istifadəsində olmalı, lakin torpaq sahəsinin və quraşdırılmış qurğuların məlum olmayan şəxs(lər) tərəfindən zəbt edilməsi, orada özbaşına tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilinin və qurğuların sökülməsi, həmin sahənin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsə də, cavabdeh haqlı tələblərə əhəmiyyət verməyərək qanunsuz əməllərini davam etdirmişdir. Yəni, istifadəsində olan torpaq sahəsinə dair tərəfindən torpaq vergisi daim olaraq vaxtı-vaxtında ödənilmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2687/2023 nömrəli iş üzrə 04 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi 4497 v dalan ünvanda yerləşən torpaq sahəsinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ və ya qanuni istifadəsində olmasını təsdiq edən sənədi mövcud deyildir. İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik olmadığından iddia tələbi təmin edilə bilməz.
11. Məhkəmə öz mövqeyini Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 139.1, 139.3, 146.1, 146.2 və Mülki Prossesual Məcəllənin 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
16. Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi məktub ünvanlayaraq Bakı şəhəri Sabunçu rayon X2 və Ərazi İdarəetmə şöbəsinin rəisi X1 17 iyul 2023-cü il tarixdən 36 iş günü müddətində növbəti əmək məzuniyyətində olması səbəbindən prosesdə iştirak etməməsini üzrlü sayılmasını göstərmişdir.
17. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
19. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
40. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnın olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
41. Yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
42. İddiaçı tələbini onunla əsaslandırır ki, torpaq sahəsi uzun müddətdir istifadəsindədir və Bələdiyyə Şurasının xx.xx.2011-ci il tarixli torpaq sahəsinin plan-sxemi əsasında ********** saylı VÖEN-ə əsasən vergiyə cəlb edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.
45. İddiaçının mübahisəli torpaq sahəsinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ və ya qanuni istifadəsində olmasını təsdiq edən sənədi mövcud deyildir. Vergiyə cəlb edilməsi iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı hüquququn olması nəticəsinə gəlməyə əsas vermir.
46. Mübahisəli torpaq sahəsi Kürdəxanı Bələdiyyəsinin mülkiyyətində olmamışdır.
47. Qeyd olunanlara əsasən Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2687/2023 nömrəli iş üzrə 04 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.