Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4612/2025 08.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(005)-3409/2024 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və əmək haqqı tələbi barədə” iddiasına dair mülki işə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi barədə cavabdeh MTK-nın verdiyi xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsini, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmasını və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının MTK tərəfindən ödənilməsini qət etmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün müvafiq icra şöbəsinə yönəldilmişdir. Cavabdeh MTK-nın buna səlahiyyəti çatan nümayəndəsi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli qətnamə üzrə iddiaçıya ödənilməli olan məbləğin 24 aya bölünməklə hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh MTK-nın fəaliyyəti xx.xx.2023-cü il tarixdən 31.12 2025-ci il tarixədək dayandırılmışdır. MTK hazırda fəaliyyət göstərmir və gəliri yoxdur. Qətnamə üzrə iddiaçıya ödənilməli olan əmək haqqının ödənişini həyata keçirilməsi hazırda mümkün deyil. Bu səbəbdən də müəssisənin fəaliyyəti bərpa edilənədək qət edilmiş məbləğin iddiaçıya hissə-hissə ödənilməsi xahiş edilir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin təmin edilməməsini qərara almışdır. Cavabdeh MTK-nın həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün, şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, MTK-nin verdiyi ərizənin icraata qəbul edilməsi məsələsinə və ərizə icraata qəbul ediləcəyi təqdirdə ərizəyə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi MTK tərəfindən verilmiş ərizə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3409/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədədir və həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması” adlı 231-ci maddəsinin, “İcra haqqında” Qanunun “Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissə-hissə icrası” adlı 15-ci maddələrinin tələbləri baxımından verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə bildirir ki, bu kimi ərizələrə məhkəmələr tərəfindən "xxxx" indeksi ilə baxılır, lakin Rayon Məhkəməsi MTK-nın ərizəsinə "xxxx" indeksi ilə baxmışdır. Buna görə də, Məhkəmə, MTK-nın ərizəsinə və qərardaddan verdiyi şikayətə mahiyyəti üzrə baxmadan, onların əsaslılığına hüquqi qiymət vermədən hesab edir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli və MTK-nın verdiyi “qətnamənin hissə-hissə icra edilməsi haqqında” ərizəsinin icraata qəbul edilməsi və mahiyyəti üzrə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərməlidir. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan, MPM-in 397, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli qərardad ləğv edilsin. Cavabdeh “qətnamənin hissə-hissə icra edilməsi haqqında” ərizəsinin icraata qəbul edilməsi məsələsinə və ərizə icraata qəbul ediləcəyi təqdirdə ərizəyə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4612/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4612/2025
08.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver