Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4614/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinnin 6 may 2025-ci il tarixli, 2(004)- 3911/2024 saylı qərardadından İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öz əmlakları ilə birlikdə xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabanı küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15, Yeni qaydalarla: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, giriş 50, M4, m3 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh öz əmlakı ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabanı küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. İş üzrə Cavabdeh müvafiq qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab olunmuş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, cavabdehin ünvanına göndərilmiş zərf geri qayıtmış və cavabdeh müvafiq qətnaməni faktiki olaraq, xx.xx.2025-ci il tarixdə almışdır. Belə olduğu halda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab olunmalıdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə şikayətlə məhkəmə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3911/2024 saylı qərardadının ləğv edilərək, Cavabdeh tərəfindın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verildiyindən geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh özü xx.xx.2025-ci il tarixində məhkəməyə ünvanladığı ərizədə həmin məsələ üzrə cinayət işi üzrə istintaq davam etdiyi üçün icra sənədinin icrası ilə bağlı icraatın dayandırılması və cinayət işi yekunlaşana qədər mənzildən çıxarılmanın Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin əməkdaşlarına qadağan edilməsini xahiş etmişdir. Həmçinin Yasamal rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişini və məhkəmə qətnaməsinin real icrasını təmin etmək üçün göndərilən məktubu xx.xx.2025-ci il tarixində imzalayaraq qəbul etmişdir. Ən əsası iş üzrə Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, həmin məhkəmnin hakimi Aydan Oruclunun 11 fevral 2025-ci il tarixli, 2(004)-3911/2024 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Cavabdeh ərizəsi təmin edilməmişdir. Eyni zmanda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti işə baxan hakim tərəfindən də geri qaytarılmışdır. Bu qədər prosessual pozuntulara məhkəmə iclası təyin olunub araşdırlmadan necə baxıla bilər. Göründüyü kimi ən azından məhkəmə qətnaməsindən cavabdehin 27 yanvar tarixində məlumatlı idi. Əgər məlumatlı deyildirsə dayandırma barədə ərizəni hansı qərara əsaslandırıb verirdi. Yaxud bildiriş və qərarı aldığı vaxtan nə üçün şikayət vermidi. Bu fakt bir daha təsdiq edir ki, cavabdeh qətnamənin mövcudluğundan və hüquqi nəticələrindən məlumatlı olmuşdur. Lakin ziddiyyətli hal ondan ibarətdir ki, Cavabdeh qətnamənin çıxarılmasından və qanuni qüvvəyə minməsindən xeyli müddət keçdikdən sonra, aprel ayında faktiki olaraq onun hüquqi nəticələrini qəbul edib müxtəlif hüquqi prosedurlarda iştirak etməsinə baxmayaraq, məhkəməyə müraciət edərək qətnamənin ona təqdim olunmadığını iddia etmiş və həmin sənədin ona təqdim edilməsini tələb etmişdir. Halbuki həmin şəxs uzun müddət ərzində cinayət işi üzrə istintaqda və müxtəlif hüquqi prosedurlarda iştirak etmiş, qətnamənin icrası ilə bağlı baş verən hüquqi nəticələrdən də açıq şəkildə xəbərdar olmuşdur. Bir daha qeyd edir ki, əgər cavabdeh məhkəmə qətnaməsini almamışdısa məhkəmə qətnaməsinin icrasının dayandırılmasını necə xahiş edə bilər? Yaxud məhkəmə bu halı necə görməzdən gələ bilər və araşdırmadan belə bir qərardad qəbul edə bilər? Cavabdehin məqsədi artıq qanuni qüvvəsini almış və icra mərhələsində olan qətnamənin icrasına süni maneələr yaratmaq, öhdəliklərin icrasından yayınmaq və mümkün qədər vaxtı uzatmaqdan ibarətdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin təqdim edilmə vaxtını və bu baxımdan müddətin ötürülüb-ötürülmədiyini araşdırmadan qərar qəbul etmişdir ki, bu da Mülki Prosessual Məcəllənin müddəalarının pozulması ilə nəticələnmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3911/2024 nömrəli qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 nömrəli, 6 may 2025-ci il tarixli qərardadından iş üzrə İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Bu Məcəllənin 363.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin Cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə verildiyi qənaətinə gələn birinci instansiya məhkəməsi cavabdehin ünvanına göndərilmiş zərfin geri qayıtdığına, beləliklə də cavabdehin müvafiq qətnaməni faktiki olaraq, xx.xx.2025-ci il tarixdə aldığına istinad etmişdir. Halbuki mülki işin materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişini və icraata başlamaq haqqında qərarı cavabdeh xx.xx.2025-ci il tarixində imzalayaraq qəbul etmişdir. O, xx.xx.2025-ci il tarixində məhkəməyə ünvanladığı ərizədə həmin məsələ ilə əlaqədar cinayət işi üzrə istintaq davam etdiyi üçün icra sənədi üzrə icra hərəkətlərinin aparılmasına dair icraatın dayandırılmasını, cinayət işi yekunlaşana qədər mənzildən çıxarılmanın Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin əməkdaşlarına qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 3911/2024 saylı qərardadı ilə 2(004)-3911/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Cavabdeh şikayəti təmin edilməmişdir. Başqa sözlə, Cavabdeh ən azından xx.xx.2025-ci il tarixində qətnamədən xəbərdar olduğu şübhəsizdir; bu isə o deməkdir ki, onun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən xx.xx.2025-ci il tarixində verdiyi apellyasiya şikayəti üzrə müddətin üzrlü səbəbdən ötürülüb-ötürülmədiyi məsələsi müzakirə olunmadan şikayət mümkün hesab edilə bilməz. Belə ki, cavabdeh mübahisələndirmək niyyətində olduğu qətnamənin rəsmi qaydada ona verilmədiyinə istinad etsə də, mülki işin materiallarından müəyyən edilir ki, o, xx.xx.2025-ci il tarixindən məhkəmənin qətnamə ilə gəldiyi qənaətdən məlumatlı olmuşdur. Buna baxmayaraq bu müddət ərzində həmin qətnamənin taleyi ilə maraqlanmamış, bunu da hər hansı üzrlü səbəblə əsaslandıra bilməmişdir. Onun hərəkətsizliyi ağlabatan hesab edilə bilməz. Göründüyü kimi mövcud vəziyyətdə apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tətəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması məqsədilə mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tətəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması məqsədilə (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4614/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4614/2025
28.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver