Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4615/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Bakı şəhəri Yasamal rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1453/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" MMC-yə (Bakı şəhəri Yasamal rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, 18 saylı mənzilə dair və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 21 yanvar 2022-ci il tarixli X1 yekunları barədə 03/01 və 03/02 nömrəli Protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə bağlanmış Müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi habelə ipotekaya xitam verilməsi və əmlakların ipotekadan azad edilməsinə dair dövlət reyestrində qeydlərin aparılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, halhazırda çıxarışda "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 18 saylı mənzilin və ünvan 3 ünvanda yerləşən 66,9 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1453/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı qərardaddan şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1453/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və "xxxx" ASCnin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 18 saylı mənzilin və ünvan 4 ünvanda yerləşən 66,9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Hərrac Mərkəzinə və Yasamal rayon İcra Şöbəsinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 yanvar 2022-ci il tarixli X1 yekunları barədə 03/01 və 03/02 nömrəli Protokolların və həmin Protokollar əsasında xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi, habelə ipotekaya xitam verilməsinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. ünvan 2 ünvanda yerləşən 18 saylı mənzil və ünvan 3 ünvanda yerləşən 66,9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin mülkiyyətindədir. Hal-hazırda mübahisə predmeti olan əmlak bankın mülkiyyətində olsa da, mübahisə predmetidir. Məhkəmədə qaldırılmış iddianın əsasını təşkil edir. Ona görə də hal-hazırda çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A ünvanda yerləşən 18 saylı mənzilin və ünvan 4 ünvanda yerləşən 66,9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılması zəruridir. Nərimanov Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(005)-1453/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(005)-1453/2022 saylı qərardadı əsassız olduğundan qərardad ləğv olunaraq ərizə təmin olunmalı və "xxxx" ASC-nin mülkiyyətində olan Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A ünvanda yerləşən 18 saylı mənzilin və ünvan 3 ünvanda yerləşən 66,9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Hazırda ərizənin təmin edilməməsi gələcəkdə iddia təmin olunacağı təqdirdə qətnamənin icrasını çətinləşdirəcəkdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1453/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən hakim iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Qanunun mənasına görə müvəqqəti təminat tədbiri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarını, mübahisələndirilən işin hallarını, iş materiallarına əlavə edilmiş ilkin sübutları nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, qeyd olunan əmlakların üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinə qadağa qoyulmasına dair məhkəmə tərəfindən qərardad qəbul edilməsi faktiki olaraq əmlakın mükiyyətçisi kimi "xxxx" ASC-nin həmin əmlaklara münasibətdə sərbəst qaydada sərəncam vermək hüququnun məhdudlaşmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, "xxxx" ASC qeyd edilən əmlakları keçirilmiş açıq hərracın nəticələri üzrə əldə etmiş və buna dair alqı-satqı müqaviləsi imzalamışdır. İddiaçı əmlakların üzərinə həbs qoyulmasını xahiş edərkən həmin əmlakların açıq hərracdan satılmasının qanunvericiliyin kobud pozuntusu ilə həyata keçırılməsinə istinad etmişdir. Lakin bu pozuntunun nədən ibarət omasını, "xxxx" ASC-nin əmlakı hərrac vasitəsilə əldə edərkən hansı hüquqazidd davranışa yol verdiyini göstərməmiş, bunlarla bağlı hər hansı ilkin sübutları ərizəsinə əlavə etməmişdir. Bundan başqa, xüsusilə qeyd etmək lazımdır ki, "xxxx" ASC hazırkı müvəqqəti təminat tədbirinin tətbiq edilməsini xahiş etmiş İddiaçı hərrac təşkilatına və icra qurumuna qarşı hərracın nəticələrinin etibarsızlığı ilə bağlı iddiası üzrə mülki işdə tərəf deyildir və həmin işin baxılmasına hər hansı şəkildə cəlb edilməmişdir. Yəni, ərizəçi faktiki olaraq mülki mübahisəyə hər hansı şəkildə cəlb edilməmiş mülkiyyətçinin əmlak hüquqlarının məhdudlaşdırılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, "xxxx" ASC-nin tərəf olmadığı mülki iş üzrə onun açıq hərrac vasitəsilə əldə etdiyi və hazırda onun mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququnun hər hansı şəkildə məhdudlaşdırılması MPM-nin 157-158-ci maddələrinin tələbləri baxımından düzgün deyildir və onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin edilmiş mülkiyyət hüquqlarına əsassız müdaxilədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1453/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4615/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4615/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver