Məhkəmə qərarları › İş №2(103)-4618/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4618/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4618/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 QSC BOKT, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 QSC BOKT, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1529/2023 nömrəli 22 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ünvan 5qayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-5303/2017 nömrəli icra vərəqəsinə əsasən İddiaçı cəmi 37.264 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüünvan 5u tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İddiaçı mülkiyyətində olan və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılmalı və banka olan borc ödənilməlidir.

2. İddiaçı mülkiyyətində olan və "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılmasına dair ünvan 5qayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-5303/2017 nömrəli icra vərəqəsi və Cavabdeh1 xx.xx.2021-ci il tarixli 271/14 nömrəli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş və “ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli 752/21 nömrəli protokol tərtib edilməklə ilkin satış qiyməti 17.000 manat müəyyən edilmiş “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil 10.837,50 manata ipotekasaxlayan Cavabdeh2 QSC BOKT-a təklif edilmişdir.

3. Hərracın keçirilməsinə dair sənədlərdən müəyyən edilir ki, hərracın keçirilməsinin yeri və vaxtı barədə olan bildirişlər İddiaçı rəsmi qeydiyyatda olduğu ünvan 5qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 34 ünvana deyil, ünvan 1rayon ev 20A/29 mənzil 49 ünvanlarına göndərilmişdir. İcra vərəqəsində də İddiaçı ünvanı “ünvan 3əbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin satışı üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş “ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli 752/21 nömrəli protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilərək, avtomobilin yenidən qiymətlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, onun mülkiyyətində olan “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin 17.000 manata qiymətlənməsindən və 10.837,50 manata Cavabdeh2 QSC BOKT-a təklif olunmasından xx.xx.2023-cü ildə məlumatı olmuşdur. Avtomaşının açıq hərraca çıxarılması, hərracların keçirilməsi barədə hərracın təşkilatçısı tərəfindən ona məlumat verilməmişdir. Onun qeydiyyatda olduğu və yaşadığı ünvan ünvan 5qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 34 olduğu halda, Cavabdeh1 xx.xx.2021-ci il tarixli sifariş məktubunda və xx.xx.2023-cü il tarixli 972/14 saylı məktubda onun ünvanını ünvan 5qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 43 kimi göstərmişdir. Onun yaşadığı mənzilin ünvanı düzgün göstərilmədiyinə görə keçirilən hərraclar barədə ona bildiriş gəlməmişdir. Hərracların keçrilməsindən məlumatı olmamış və harracda iştirak edə bilməmişdir. "xxxx" MMC onu hərraca dəvət etməmiş, hüquqlarını pozmuş və əmlakının dəyər-dəyməzə satılmasına səbəb olmuşdur. Mülkiyyətində olan “X7” markalı ** DE *** qeydiyyat nişanlı avtomobil 2012-ci il buraxılışlıdır, onun bazar qiyməti təxminən 30000 manata yaxın olduğu halda 17.000 manata qiymətlənmiş, 10.837,50 manata isə ipoteka saxlayana təhvil verilmişdir. Nəticədə onun Cavabdeh2 QSC BOKT-a 30.889 ABŞ dolları qalıq borcu yaranmışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 may 2023-cü il tarixli 2(004)-1529/2023 nömrəli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılmasına dair ünvan 5qayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-5303/2017 nömrəli icra vərəqəsi və Cavabdeh1 xx.xx.2021-ci il tarixli 271/14 nömrəli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri və tərtib edilmiş “ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli 752/21 nömrəli protokolun etibarsız hesab edilməsi, ünvan 5qayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-5303/2017 nömrəli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin qanunvericiliyin tələblərinə əməl edilməklə yenidən qiymətləndirilməklə hərracdan satılması qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hərracın keçirilməsinin yeri və vaxtı barədə olan bildirişlər İddiaçı rəsmi qeydiyyatda olduğu ünvan 5qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 34 ünvana deyil, ünvan 1rayon ev 20A/29 mənzil 49 ünvanlarına göndərilmişdir. İcra vərəqəsində də İddiaçı ünvanı səhvən “ünvan 5qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 43” kimi göstərilmişdir. Cavabdeh1 və "xxxx" MMC özlərinin imkanlarından istifadə edərək elektron informasiya sistemindən İddiaçı ünvanını dəqiqləşdirməmiş, ona SMS bildirişi göndərməklə, hərracın keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən məlumat verməmişlər. Yəni hərracın keçirilməsi barədə İddiaçı rəsmi məlumat verilməsini təsdiq edən sənədlər mövcud deyildir. Hərracın keçirilməsi və avtomobilin qiymətləndirilməsi aparılan zaman İddiaçı iştirakı təmin edilməmiş, hərracın keçirilməsi qaydasına əməl edilməmiş, ipoteka qoyan - borclu İddiaçı alıcı qismində iştirak etmək hüququ pozulmuşdur. İddiaçı hərracın keçirilməsindən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 xx.xx.2023-cü il tarixli məktubunu əldə etdikdən sonra məlumat almış və məhkəməyə müraciət etmişdir.

8. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 44, Mülki Məcəllənin 415.1, 415.2, 416.1, 416.2, 337.1 maddələrinə və “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh2 QSC BOKT apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işin hallarının obyektiv araşdırılmasına təşəbbüs göstərməmişdir. Avtomobil artıq QSC-nin balansına götürülmüş və həmin avtomobilin əldə edilməsi müqabilində müəyyən məbləğdə pul vəsaiti QSC tərəfindən ödənilmişdir. Mütəmadi olaraq İddiaçıa borcunun olması barədə bildirişlər göndərilmiş, həmin bildirişlər iddiaçı tərəfindən şəxsən qəbul edilərək qəbzə imza edilmişdir, yəni borclu qətnamə üzrə nə qədər qalıq borcunun qalması, həmin qətnamənin hansı qaydada necə icra olunacağı barədə məlumatlı olmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı etiraz ünvanlayaraq, qətnamənin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən QSC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

16. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

17. Maddə 416. Hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun

18. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

19. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir.

20. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

30. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir.

31. ünvan 5qayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvan ünvan 5qayıt şəhəri 4-cü mkr ev 20A/29 mənzil 43 göstərilmişdir.

32. Lakin borclu X3 qeydiyyatda olduğu ünvan ünvan 5qayıt şəhəri 4-cü mkr ev 20A/29 mənzil 34 olmuşdur.

33. İcra vərəqəsində borclunun ünvanı səhv göstərildiyindən müvafiq olaraq hərracın keçirilməsinin yeri və vaxtı barədə olan bildirişlərdə borcluya məxsus olan ünvana yox, səhv göstərilmiş ünvana göndərilmişdir.

34. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, Cavabdeh1 və "xxxx" MMC özlərinin imkanlarından istifadə edərək elektron informasiya sistemindən İddiaçı ünvanını dəqiqləşdirməmiş, ona SMS bildirişi göndərməklə, hərracın keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən məlumat verməmişlər.

35. Göründüyü kimi hərracın keçirilməsi barədə iddiaçıya rəsmi məlumat verilməmişdir. Hərracın keçirilməsi və avtomobilin qiymətləndirilməsi aparılan zaman onun iştirakı təmin edilməmiş, hərracın keçirilməsi qaydasına əməl edilməmişdir.

36. Belə olan halda iddiaçının hazırki tələbi haqlı və əsaslı olmuşdur.

37. Cavabdehin borcluya mütəmadi olaraq borcunun olması barədə bildiriş göndərməsi, qətnamə üzrə nə qədər qalıq borcunun olması barədə məlumatlı olması barədə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırki iş üzrə qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas verən hal deyildir. İddiaçı hərracın keçirilməsini mübahisələndirmişdir.

38. Digər tərəfdən xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, “ "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, hərracın keçirilməsinə dai bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvan 5qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 34 ünvana deyil, ünvan 1rayon ev 20A/29 mənzil 49 ünvanlarına göndərilmişdir. Yəni hərracın keçirilməsi barədə iddiaçıya rəsmi məlumat verilməsini təsdiq edən sənədlər mövcud deyildir. Bu səbəbdən iddianın həllini məhkəmənin mülahizəsinə buraxırıq. Həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən müştəri tapılmasına və avtomobilin baha qiymətə satılmasına etiraz etmirlər. Çünki banka avtomobil lazım deyil, borcun ödənilməsi üçün avtomobilin satılması lazımdır.”

39. Göründüyü kimi birinci instansiya məhkəməsində cavabdeh QSC-nin nümayəndəsi özü də qəbul etmişdir ki, hərracın keçirilməsi barədə iddiaçıya rəsmi məlumat verilməmişdir. Həmçinin iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

40. Beləliklə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

41. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1529/2023 saylı iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar