Məhkəmə qərarları › İş №2(103)-462/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-462/2025

08.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-462/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsinə qarşı mülki iş üzrə (açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universiteti X8 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsinə qarşı "işə bərpa və pul" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3067/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı məxsus ******* nöməli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2007ci il tarixli, 04-10 nömrəli əmrlə Azərbaycan Dövlət Neft Akademiyasında “Avtomatika, telemexanika və elektronika” kafedrasının nəzdindəki Avtomatikanın lokal sistemləri ETLna böyük laborant vəfizəsinə təyin edilmişdir. İPAF-ın dekanı, dos. R.N.Allahverdiyev tərəfindən ADNA-ın rektoru, X5 ünvanlanan xx.xx.2014-cü il tarixli təqdimatdan görünür ki, ATE kafedrasının “Avtomatikanın lokal sistemləri” laboratoriyasının baş lobarantı İddiaçı Ələsgər qızı dissertasiya işini başa çatdırmaq ərəfəsindədir. Kafedrada saat hesabı dərs aparır, kifayət qədər pedaqoji təcrübəyə malikdir. Tələbələr və kafedra əməkdaşları arasında işinə ciddi münasibətinə görə hörmət qazanmışdır. ATE kafedrasında dərs yükü imkan verir ki, o, asissent vəzifəsinə işə qəbul edilsin. Bunları nəzərə alaraq İddiaçı Ələsgər qızını ATE kafedrasına asissent vəzifəsinə işə qəbul edilməsi xahiş olunur. ADNA-ın rektoru, X5 İddiaçı tərəfindən ünvanlanan xx.xx.2014-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı “Avtomatika, telemexanika və elektronika” kafedrasına assistent vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Dövlət Neft Akademiyasının xx.xx.2014-cü il tarixli, 04-455 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı “Avtomatika, telemexanika və elektronika” kafedrasının nəzdində “Avtomatikanın lokal sistemləri” ETL-nin böyük laborantı, 2014-cü il sentyabrın 15-dən, əmək müqaviləsi müddətinə, sonradan müsabiqədə iştirak etmək şərti ilə həmin kafedrada assistent vəzifəsinə keçirilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2019-cu il tarixli, 04-43 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müqavilə müddətinin başa çatması ilə əlaqədar 14 yanvar 2019-cu il son iş günü hesab edilməklə İddiaçı daxil 33 nəfərin əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2019-cu il tarixli, 04-57 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı daxil 33 nəfər 15 yanvar 2019-cu il tarixdən müsabiqədən keçmələri ilə əlaqədar əmək müqaviləsinə əsasən 5 il müddətinə müvafiq vəzifələrə təyin edilmişlər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2024-cü il tarixli, 3-29-50/3- 1-131/2024 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən 18 yanvar 2024cü il tarixdən müqavilə müddətinin başa çatması ilə əlaqədar xitam verilmişdir. ADNSU-nun rektoru dosent Vazeh Əskərova İddiaçı tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, o, Elektronika və avtomatika kafedrasına 2 aylıq əmək müqaviləsi müddətinə müəllim vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında bağlanan xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 ay müddətinə “Elektronika və avtomatika” kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin 9.6-cı bəndindən müəyyən olunur ki, tərəflər razılığa gəlmişlər ki, yeni müddətə vəzifəni tutumaq üçün ərizə verməmiş və ya müsaqibədən keçməmiş işçi ilə hazırkı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2-ci maddəsinin a) bəndinə (tərəflərin qarşılıqlı razılığı) uyğun olaraq xitam verilir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2024-cü il tarixli, 3-29-50/3- 1-145/2024 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 19 yanvar 2024-cü il tarixdən 2 aylıq əmək müqaviləsinə əsasən “Elektronika və avtomatika” kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024-cü il tarixli kafedranın vakant müəllim vəzifəsini tutmaq barədə iclasının 10 saylı protokolundan çıxarışdan görünür ki, kafedranın müəllimi İddiaçı Ələsgər qızının kafedraya vakant müəllim vəzifəsinə seçilmək üçün açıq səsvermənin nəticələri əleyhinə - 17 nəfər, bitərəf - 3 nəfər, lehinə - 4 nəfər olmaqla İTİF-in Elmi Şurasına təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “İnformasiya Texnologiyaları və idarəetmə” fakültəsinin Elmi Şurasının 09/23-24 saylı xx.xx.2024-cü il tarixli iclas protokolundan görünür ki, gizli səsvermənin nəticəsi lehinə -2, əleyhinə -17 olmaqla İddiaçı “Elektronika və avtomatika” kafedrasının müəllimi vəzifəsinə seçilməməsi qərara alınmışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İTİF Elmi Şurasının hesablayıcı komissiyasının 09/23-24 saylı xx.xx.2024-cü il tarixli iclas protokolunun surətindən görünür ki, Komissiya İddiaçı “Elektronika və avtomatika” kafedrasına müəllim seçkisi ilə əlaqədar olaraq səslərin hesabatı üçün yaradılmışdır. Elmi Şuranın tərkibi 21 nəfər olmaqla ADNSU-nun 3-29-50/31-986 saylı xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq olunmuşdur. İclasda 19 nəfər Şura üzvü iştirak etmiş, gizli səsvermənin nəticələri lehinə-2, əleyhinə 17 nəfər olmuşdur. 0545836 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətinin olmaması səbəbindən işdən azad edilmiş, işə başlamalı olduğu tarix xx.xx.2024-cü il tarixi müəyyən edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh 04 aprel 2024-cü il tarixli, 3-29-50/3-1-1442/2024 nömrəli əmrinə əsasən, İddiaçı “Elektronika və avtomatika” kafedrasının müəlliminin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən 2024-cü il tarixli 04 aprel tarixi son iş günü hesab edilməklə müqavilə müddətinin bitməsilə əlaqədar olaraq həmin tarixdən xitam verilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00592 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş, lakin cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. DƏMX-in xx.xx.2024-cü il tarixli MN № ******* qərarına əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tədris işləri üzrə prorektoru X6 Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı (İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə ƏM-in 73.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixdə xitam verilməli olduğu halda xx.xx.2024-cü il tarixdə xitam verildiyinə görə) törətməkdə təqsirli bilinərək barəsində 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı "işə bərpa və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ələsgərovna cavabdeh işəgötürən Cavabdeh tərəfindən xx.xx.2007-ci ildə işə götürülmüşdür. İddiaçı xx.xx.2014-cü il tarixində həmin publik hüquqi şəxsin “Avtomatika, telemexanika və elektronika” kafedrasında assistent vəzifəsinə keçirilmiş, daha sonra “İdarəetmə və sistemlər mühəndisliyi” kafedrasına assistent vəzifəsinə təyin olunmuşdur. “İdarəetmə və sistemlər mühəndisliyi” kafedrasının adı xx.xx.2021-ci ildə dəyişdirilərək “Elektronika və avtomatika” kafedrası adlandırılmışdır. İddiaçının xx.xx.2024-cü il tarixində 5 illik müddətli əmək müqaviləsinin müddəti bitmiş, 2 ay müddətinə yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Qeyd olunan əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-29-50/3-1-1442/2024 nömrəli əmrə əsasən xx.xx.2024-cü il son iş günü hesab olunmaqla, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə - müddətin bitməsinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 17 il fasiləsiz olaraq ali təhsil müəssisəsində çalışmış, həmin illər boyu cavabdehlə əmək münasibətlərində olmuşdur. Buna görə də onunla bağlanmış əmək müqaviləsi müddətli deyil, müddətsiz olmalıdır. Hesab edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə müddətsiz müqavilə olmalı olduğu halda müddətli müqavilənin bağlanması qanunsuz hesab olunmalı, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv olunmalı və iddiaçı işə bərpa olunmalıdır. Hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olması, bu halın qabaqcadan işəgötürənə bəlli olması, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilməməsi səbəbindən tərəflər arasında müddətli əmək müqaviləsinin bağlanması əsassız və qanunsuz olmuşdur. Məhkəmə praktikasından da məlum olur ki, müddətli əmək müqaviləsi üzrə müddətin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələrin həlli zamanı, ilkin olaraq işçinin müəssisədə nə vaxtdan işləməsinə nəzər yetirilməlidir. İddiaçı cavabdehin müxtəlif strukturlarında fərqli vəzifələrdə 17 il müddətində işləmiş və öz vəzifə öhdəliklərini lazımi şəkildə yerinə yetirmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrlə onunla 2 ay müddətinə bağlanılmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. Hazırkı vəziyyətdə işçi ilə 2 aylıq müqavilə bağlanılması işəgötürənin öz üstün mövqeyindən və dövlətin vermiş olduğu səlahiyyətlərdən sui-istifadə etdiyini sübut edir. Həmin əmr qanuni hesab oluna bilməz və qanunsuz əmr 17 ildən çoxdur mövcud sistemdə işləyən, bu sahədə kifayət qədər təcrübəsi olan işçinin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Hazırki mübahisədə iddiaçının uzun illər ərzində müddətsiz işlədiyini, özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən qısa müddətli əmək müqaviləsi bağlayaraq xaric olunması işəgötürənin öz üstün mövqeyindən sui-istifadə etdiyini sübut edir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi işəgötürənin işçi ilə əmək münasibətlərini davam etdirdiyini sübut edir. Cavabdehin iddiaçı ilə bağladığı əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək 2 aylıq müddətli əmək müqaviləsi olması müqavilədə qeyd olunmamışdır. Əlavə olaraq, cavabdeh işəgötürən tərəfindən verilmiş məlumata əsasən iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməməsinə səbəb kafedra tərəfindən keçirilmiş qanunvericiliyə zidd “müsabiqə” olmuşdur. Hesab edilir ki, kafedra tərəfindən gizli səsvermə qanunsuz təşkil olunmuş və eyni zamanda gizli səsvermənin nəticələrinə uyğun qəbul edilmiş elmi-şuranın qərarı da etibarsız hesab olunmalıdır. Qanunvericilik birmənalı olaraq müsabiqənin iki üsulla keçirilməli olduğunu müəyyən etmişdir. Əmək qanunvericiliyində kafedra heyəti tərəfindən işçilərlə əmək münasibətlərinin davam etdirilməsi barədə səsvermə keçirilməsi nəzərdə tutulmamışdır. Halbuki, iddiaçı əmək qanunverciliyində nəzərdə tutulmayan gizli səsvermə üsulu ilə müsabiqədə qiymətləndirilmişdir. Belə ki, gizli səsvermədən əvvəl xx.xx.2024-cü il tarixində “Elektronika və avtomatika” kafedrasının iclası keçirilmiş, həmin iclasda kafedra heyətinin fikirləri dinlənilmiş, həmin fikirlər işə əlavə olunmuş protokolda qeydə alınmış, daha sonra həmin protokol elmi şuraya təqdim olunmuşdur. 17 ildir təhsil müəssisəsində işləyən 47 məqalə yazan, kitab müəllifi olan iddiaçının gələcək taleyinin iclas iştirakçılarının əsassız mülahizələrindən asılı olması Əmək Məcəlləsinin əsas prinsiplərinə zidd olmaqla, onun əmək hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Belə ki, Ali Təhsil Müəssisələrində müəllimlərin müsabiqə əsasında seçilməsinin məqsədi həmin müəllimlərin bilik və bacarıqlarının yoxlanılması, zamanla yeni müəllimlərin işə qəbul olunaraq artıq öz fəaliyyətini başa vurmuş müəllimlərlə əvəz olunması, nəticə etibarilə ölkədə təhsilin daimi inkişafını təmin etmək olmuşdur. Beləliklə, hesab edilir ki, yüksək peşəkarlıq qabiliyyətinə malik iddiaçının əmək münasibətlərinin davam etdirilməsi barədə əmək qanunvericiliyinin tələblərinə tamamilə zidd olan gizli səsvermə keçirilməsi və onun nəticələrinin işəgötürən cavabdeh tərəfindən nəzərə alınması iddiaçının əmək hüquqlarının kobud pozuntusudur. Əmək münasibətləri müddətsiz olaraq müəyyən olunmalı işçi barədə belə bir proseduran tətbiqi qanunvericiliyə ziddir. Bununla yanaşı qeyd olunmalıdır ki, “İnsan hüquqları haqqında” Konvensiyanın 14-cü maddəsi ilə ayrıseçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. İddiaçının uzun illər çalışmasına baxmayaraq onunla müddətli əmək müqaviləsi bağlanması, digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-üzlüyündə ayrı-seçkilik kimi qiymətləndirilməlidir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi tamamilə əsassız olmuş və əmək qanunvericiliyinin normaları cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən, cavabdeh işəgötürənin xx.xx.2024-cü il tarixli 3- 2950/3-1-1442/2024 nömrəli əmrinin ləğv olunması, İddiaçı cavabdeh quruma işə bərpa edilməsi və qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, həmçinin cavabdeh qurumun “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024-cü il tarixli iclasının və kafedranın elmi-şurasının xx.xx.2024-cü tarixli qərarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ilə əmək münasibətlərinə müqavilə müddətinin bitməsilə əlaqədar xitam verilmişdir. Belə ki, işçi ilə xx.xx.2024-cü il tarixində 2 ay müddətinə 120 nömrəli əmək müqaviləsi bağlanılmışdır. AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində başa çatmışdır. AR Əmək Məcəlləsinin 73.1-ci maddəsini nəzərə alaraq İddiaçı ilə əmək münasibətlərinə 7 gün ərzində xitam verilə bilərdi. 20-26 mart 2024-cü il tarixləri qeyri-iş günləri olduğundan və İddiaçı 29 mart-03 aprel 2024-cü il tarixlərində əmək qabiliyyətini müvəqqəti itirdiyi səbəbindən onunla bağlanmış 120 nömrəli əmək müqaviləsi 04 aprel 2024-cü il tarixində xitam verilmişdir. Bundan başqa, diqqətə çatdırılır ki, İddiaçı ADNSU-da müəllim vəzifəsində çalışırdı. xx.xx.1996-cı il tarixli 401 saylı əmr ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professormüəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında’’ Əsasnamənin 1.1-ci bəndinə əsasən ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistant vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur. Həmin Əsasnamənin 1.6-cı bəndinə əsasən dosent, baş müəllim və assistentlər fakültə elmi şurasında seçilirlər. Müstəsna hallarda rektorun əsaslandırılmış əmri ilə həmin seçkilər ali məktəbin elmi şurasında keçirilə bilər. İddiaçı daha əvvəl 5 il müddətinə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində başa çatmışdır. xx.xx.2024-cü il tarixində müsabiqənin keçiriləcəyi müddətdə İddiaçı ilə 2 ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. İddiaçı müsabiqədə iştirak etmək üçün müvafiq ərizə ilə müraciət etmiş, onun ərizəsi təmin olunmuş və o, müsabiqəyə buraxılmışdır. İlk olaraq, xx.xx.2024-cü il tarixində iddiaçılar barədə rəy bildirilməsi ilə bağlı keçirilmiş “Elektronika və avtomatika" kafedrasının iclasında (protokol №10) açıq səsvermənin nəticəsi aşağıdakı kimi olmuşdur: lehinə - 4, əleyhinə - 17, bitərəf - 3 nəfər. Qaydalara əsasən kafedrada mənfi rəy bildirilmiş iddiaçı fakültə Şurasında seçkidə iştirak edə bilər. İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin Elmi Şurasında xx.xx.2024-il tarixində baş tutmuş seçkidə İddiaçı iclasda iştirak edən 19 nəfərdən lehinə 2 səs, əleyhinə 17 səs verilmişdir. Bununla da, İddiaçı seçkidə müvəffəqiyyət qazana bilməmiş, növbəti 5 ilə iddia etdiyi vəzifəyə seçilə bilməmişdir. Məhz xx.xx.2024-cü il tarixində baş tutmuş seçkilərdən sonra İddiaçı qabiliyyətini müvəqqəti itirərək xəstəlik vərəqəsini götürmüşdür. Xəstəlik vərəqəsində işdən azad olunma tarixləri kimi 29 mart - 03 aprel 2024-cü il tarixləri qeyd olunub. İşə başlama tarixi kimi isə 04 aprel 2024-cü il tarixi olduğundan və seçkilərdə müvəffəqiyyət qazana bilməməsi səbəbindən E. Xanməmmədova ilə ADNSU PHŞ arasında əmək münasibətləri başa çatmış, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-29-50/3-1-1442/2024 əmr verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, iddiaçı iddia tələbində Cavabdeh xx.xx.2024-cü il tarixli əmrinin ləğv olunması, işə bərpa olunması və əlaqəli tələblərlə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı yazılı etiraz təqdim olunmuşdur. Etirazda iddiaçı ilə olan əmək müqaviləsinin müddətin bitməsi əsası ilə xitam verilməsi göstərilmişdir. Mübahisə ilə bağlı qeyd olunmalı ən önəmli məsələ odur ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş əmək münasibəti 17 ildən artıq fasiləsiz davam etmiş və bu halda əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Norma imperativ xarakter daşımaqla özündə heç bir istisna hal nəzərdə tutmamışdır. Azərbaycan Respublikasında əmək münasibətləri 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Əmək Məcəlləsi əsasında tənzimlənir. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. İddiaçı cavabdeh olan ali təhsil müəssəsində xx.xx.2007-ci il tarixində işə qəbul edilmiş və əmək müqaviləsi xitam olunan xx.xx.2024-cü il tarixinədək fasiləsiz olaraq işləmişdir. Belə ki, iş materiallarında olan əmək kitabçısından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2014-ci tarixinədək “Avtomatika, telemexanika və elektronika” kafedrasında laborant vəzifəsində, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-ci il tarixinədək assistent vəzifəsində, xx.xx.2016-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək “İdarəetmə və sistemlər mühəndisliyi” kafedrasına assistent, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-ci il tarixinədək “Elektronika və avtomatika” kafedrasının müəllimi vəzifəsində çalışmışdır. Bu halda işçi ilə xx.xx.2024-cü il tarixində eyni vəzifəyə 2 aylıq müddətli əmək müqaviləsinin bağlanılması qanunvericiliyin imperativ tələblərinin birbaşa pozuntusudur. Cavabdeh yazılı izahatında iddiaçı ilə daha əvvəl 5 illik müddətli müqaviləsinin bağlandığını bildirmiş və Təhsil Nazirliyinin 401 saylı xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” əsasnaməyə istinad etmişdir. Qeyd olunan əsasnamə ali təhsil müəssisələrində vakant vəzifələrin tutulması qaydasını tənzimləyir. İddiaçı ilk dəfə işə qəbul olunduğu tarixdə həmin əsasnamənin tələblərinə uyğun olaraq 5 illik müddətə əmək müqaviləsi ilə işə qəbul edilməsi yolverilən hal idi. Lakin onunla işəgötürən arasında fasiləsiz davam edən əmək münasibəti artıq beş ildən uzun müddətə davam etdiyi anda Əmək Məcəlləsinin tələblərinə uyğun bu müqavilə birbaşa müddətsiz müqavilə hesab olunur. Eyni zamanda qeyd olunan əsasnamə mərkəzi icra hakimiyyəti orqanı olmaqla Təhsil Nazirliyi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149 və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2-ci maddəsinin tələblərinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Əmək Məcəlləsi hazırkı halda üstün hüquqi qüvvəyə malikdir. Daha sonra cavabdeh etirazda “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024-cü il tarixində keçirilmiş kafedra iclasında və “İnformasiya texnologiyaları və idarəetmə fakultəsinin” xx.xx.2024-cü il tarixli Elmi Şurasının iclaslarında iddiaçının vəzifəyə təyin edilməsi barədə səsvermələrin keçirildiyi və onun vəzifəyə təyin edilməsinin məqbul hesab edilməməsi barədə qərarların qəbul edildiyini bildirmişdir. İddia ərizəsində qeyd olunduğu kimi həmin iclaslar həm Əmək Məcəlləsinin tələblərinə zidd olaraq keçirilmiş, həmçinin məzmun etibarilə işçinin əsassız, qanunsuz və qərəzli olaraq işdən çıxarılmasını sübut edir. Əmək Məcəlləsinin 50.3-cü maddəsinə əsasən müsabiqə işçinin sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. Əmək Məcəlləsinə əsasən müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iclas protokollarında iddiaçının heç bir elmi əsəri, nailiyyəti, onun akademik fəaliyyəti müzakirə olunmamış, bunun əvəzinə iclaslarda “koridorda salam verməmə”, “kiminsə xoşuna gəlməmə” və bu kimi akademik mühitdə müzakirə edilməsinə yaraşmayan müzakirələr aparılmış və göstərilən əsaslarla qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən belə müzakirələrin olduğu iclas protokollarının məhkəməyə təqdim edilməsi təəssüf və təəccüb doğurur. Beləliklə, həm kafedrada, həm də elmi şuranın iclasında qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçının heç bir akademik fəaliyyəti müzakirə olunmamış və ya hər hansı müsahibə keçirilməmiş, bunun əksinə qanunvericiliyə ziddi olan gizli səsvermə keçirilmişdir. Odur ki, yuxarıda göstərilən halların nəzərə alınmasını və iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ali təhsil müəsissələrində çalışan şəxslərin əmək münasibətləri sırf AR Əmək Məcəlləsi ilə deyil, bir sıra sahəvi qanunlarla tənzimlənir. Ali təhsil müəssisələrində işə qəbul və işdən azadolunma 1996-cı il tarixli “Ali təhsil müəssisələrində professor və müəllim heyətinin işə qəbul olunması ilə bağlı qaydalar”la tənzimlənir. Həmin qaydalarda qeyd edilir ki, professor və müəllim heyəti işə müsabiqə yolu ilə qəbul edilir və müsabiqədən keçən şəxslərlə 5 il müddətinə əmək müqaviləsi bağlanılır. Müsabiqədən keçmədikdə isə onunla əmək müqaviləsi bağlanılmır və ya əvvəl bağlanmış müqaviləsinin müddəti uzadılmır. Hazırki mübahisədə də eyni hal baş vermişdir. Səsvermə keçirilmiş və iddiaçının iş yoldaşları ona səs verməmişdir. Müsabiqə yalnız vakant yer üzrə keçirilir. Yer vakant olduğu vaxtdan 1 ay müddətində elan verilir. Növbəti 1 ay müddətində isə müsabiqə keçirilir. İddiaçı ilə iki aylıq müqavilə də məhz bu səbəbdən bağlanılmışdır. İddiaçı ilə 2019-cu ilin yanvar ayından 2024-cü ilin yanvar ayınadək, yəni 5 il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Bu müddət bitdikdən sonra isə onun tutduğu vəzifə müsabiqəyə çıxarılmışdır. Lakin iddiaçı müsabiqədə uğur qazanmamışdır. Bundan sonra onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. AR ƏM-nə əsasən müqaviləyə müddətin bitməsi əsası ilə xitam verilərkən onun əsaslandırılması zərurəti yoxdur. Həmçinin, iddiaçı ilə bağlanmış iki aylıq müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. 19-26 mart tarixləri arası qeyri-iş gününə təsadüf etmişdir. 27 mart 2024-cü il tarixdə kafedrada məsələ müzakirə olunmuş, 28 mart 2024-cü il tarixdə müsabiqə keçirilmiş və iddiaçı müsabiqdə uğur əldə etməmişdir. 29 mart – 3 aprel tarixlərində iddiaçı xəstəlik vərəqəsi götürmüşdür. 4 aprel 2024-cü il tarixdən iddiaçı işdə olmuş və onun işdən çıxarılma əmri tərtib edilmişdir. Bununla bağlı bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq, iddiaçının nümayəndəsi və vəkilinin fikirlərinə münasibətən bildirilir ki, iddiaçının tələbi xx.xx.2024-cü il tarixli əmrin ləğvi ilə bağlıdır. Lakin hazırda iddiaçı tərəf faktiki olaraq müsabiqə prosesini mübahisələndirir ki, bu artıq başqa bir tələbdir. Həmçinin iddiaçı tərəf müvafiq icra hakimiyyəti orqanın aktının AR Əmək Məcəlləsindən aşağı normativ akt kimi qəbul edərək Əmək Məcəlləsinə istinad etsə də, AR ƏM-də birbaşa qeyd edilir ki, müsabiqənin keçirilməsi prosedurları ilə bağlı qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bundan başqa, müəllimlərin, iddiaçı da daxil olmaqla əmək fəaliyyəti fasiləsi olmayıb. Onlarla bağlanılan müqavilələr 5 illik olub və hər 5 ildən bir onlara bağlanmış əmək müqaviləsinə xitam verilərək, müsabiqədən keçdikləri təqdirdə onlarla yeni 5 illik müqavilə bağlanılıb. 2 aylıq müqavilənin bağlanması ilə isə əslində işəgötürənin müəlimlərlə iki aylıq müqavilə bağlamaq kimi bir öhdəliyi olmayıb. 5 illik müqavilənin bitməsindən sonra müsabiqənin keçirilməsi ilə bağlı nəzərdə tutulmuş iki aylıq müddət ərzində müəllimlər işsiz qalmalıdırlar. Sadəcə həmin müddət tədris ilinin ortasına təsadüf etdiyindən işəgötürən məcbur qalıb bütün müəllimlərlə iki aylıq müqavilə bağlayır. Ona görə də hesab edilir ki, onlar tərəfindən bütün hüquqi prosedurlara tam riayət olunmuşdur və bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-3067/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı Cavabdehnə qarşı "işə bərpa və pul" tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ilk növbədə Cavabdeh 04 aprel 2024-cü il tarixli, 3-29-50/3-1-1442/2024 nömrəli əmrinin ləğv olunması, iddiaçının cavabdeh quruma işə bərpa edilməsi və qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, həmçinin cavabdeh qurumun “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024-cü il tarixli iclasının və kafedranın elmi-şurasının xx.xx.2024-cü tarixli qərarının etibarsız hesab edilməsi” məzmunlu iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələbin “Cavabdeh 04 aprel 2024-cü il tarixli, 3-29-50/3-1-1442/2024 nömrəli əmrinin ləğv olunması” hissəsi əsas, qalan “iddiaçının cavabdeh quruma işə bərpa edilməsi və qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, həmçinin cavabdeh qurumun “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024-cü il tarixli iclasının və kafedranın elmi-şurasının xx.xx.2024-cü tarixli qərarının etibarsız hesab edilməsi” hissələri isə ondan törəmə tələblərdir. Buna görə də tələbin “əmrin ləğv edilməsi” barədə olan hissəsi məhkəmə qaydasında müfəssəl araşdırılmalı, digər tələblərə də həmin tələbin əsaslı olub-olmaması nəticəsində müvafiq hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd etmişdir ki, əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrıseçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında sonuncu dəfə iddiaçının “Elektronika və avtomatika” kafedrasına müəllim vəzifəsinə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş müddətli əmək müqaviləsi bağlanılmışdır. Göründüyü kimi müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı və sərbəst iradə ifadəsi əsasında bağlanmışdır (bunu iş materiallarında olan iddiaçının özünün işə qəbul edilməsi bağlı yazdığı ərizələr də təsdiq edir). Məhkəmə qeyd edir ki, qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir: əmək müqaviləsinin müddətinin qurtarması; müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Hazırki iş üzrə müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014xx.xx.2019 və xx.xx.2019-xx.xx.2024 illər üzrə iddiaçının 5 il müddətinə müddətin sonunda müsabiqədə iştirak etmək şərtilə cavabdeh qurumda işə düzəlməsinə dair müddətli əmək müqavilələri bağlanmış, ən sonda isə müddətin bitməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixə yenidən müddətli əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə isə xx.xx.2024-cü il tarixli əmr əsasında müddətin bitməsi əsası ilə xitam verilmişdir. Hazırda iddiaçı onun uzun müddət fasiləsiz olaraq işləməsini və cavabdeh tərəfindən onunla müddətsiz əmək müqaviləsi bağlanmalı olduğu halda müddətli əmək müqaviləsinin əsassız və qanunsuz olaraq bağlanmasına istinad edərək hazırki iş üzrə cavabdeh tərəfindən verilən əmrin ləğv edilməsini tələb etsə də, məhkəmə tərəfindən mübahisələndirilən əmrin qanunsuz olmasının əsasları müəyyən edilməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında müqavilələr bağlanan zaman tərəflərin qarşılıqlı razılığı əsasında, həmçinin iddiaçının özünün ərizəsi əsasında müddətin sonunda müsabiqədə iştirak etmək şərtilə 5 il müddətinə bağlanmışdır və iddiaçı işlədiyi müddət ərzində müsabiqədən daha əvvəl keçib əlavə 5 il müqaviləsinin müddəti uzadılsa da, sonuncu dəfə iddiaçı müsabiqədən keçə bilmədiyinə görə cavabdeh tərəfindən haqlı olaraq onun əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən keçirilən müsabiqənin qanunazidd olmasına istinad etməsinə münasibətdə isə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50-ci maddəsinə əsasən yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabər hüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Bundan başqa, “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistant vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur. Həmin Əsasnamənin 1.6-cı bəndinə əsasən dosent, baş müəllim və assistentlər fakültə elmi şurasında seçilirlər. Hazırki iş üzrə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün iddiaçının tutduğu vəzifə üzrə vakant elan edilmiş, müsabiqə keçirilmiş, lakin iş materiallarından görünür ki, iddiaçının tutduğu vəzifəyə yenidən seçilməsinə dair onun əleyhinə səs verənlərin sayı lehinə səs verənlərin sayından çox olduğu üçün iddiaçı yenidən “Elektronika və avtomatika” kafedrasına müəllim vəzifəsinə təyin edilməmişdir. Bundan başqa, məhkəmə iddiaçının onunla cavabdeh arasında sonuncu dəfə 2 aylıq müddətinə əmək müqaviləsinin hansı zərurətdən bağlanmasının cavabdeh tərəfindən əsaslandırılmaması mövqeyinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış 5 illik əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində başa çatmış, bundan sonra iddiaçının tutduğu vəzifə üzrə vakant elan olunması, müsabiqə keçirilməsi üçün vaxt tələb edildiyindən müsabiqə keçirilən vaxtadək iddiaçının əmək müqaviləsinin müddəti 2 ayadək uzadılmış, 27-28 mart tarixlərində müsabiqə keçirilmiş, daha sonra iddiaçı əmək qabiliyyətinin olmamasına görə xx.xx.2024-xx.xx.2024 və xx.xx.2024xx.xx.2024-cü illər aralığından işdə olmadığından onun əmək müqaviləsinə işə çıxdığı gün, yəni xx.xx.2024cü il tarixli əmr əsasında xitam verilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi tam qanuni və əsaslı olmuşdur (əksi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir). Buna görə də hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmadığına görə iddiaçının tələbi 04 aprel 2024-cü il tarixli, 3-29- 50/3-1-1442/2024 nömrəli əmrinin ləğv edilməsi hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. Daha sonra məhkəmə iddia tələbin digər hissələrinə, yəni iddiaçı X1 cavabdeh quruma işə bərpa edilməsi və qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, cavabdeh qurumun “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024- cü il tarixli iclasının və kafedranın elmi-şurasının xx.xx.2024-cü tarixli qərarının etibarsız hesab edilməsi hissələrinə münasibətdə isə qeyd etmişdir ki, iddia əsas hissədə rədd edildiyindən və qeyd edilən tələblər ondan törəmə tələblər olduğundan həmin hissələrdə də tələb rədd edilməlidir. Məhkəmə cavabdeh qurumun “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024cü il tarixli iclasının və kafedranın elmi-şurasının xx.xx.2024-cü tarixli qərarının etibarsız hesab edilməsi hissələrinə əlavə olaraq qeyd etmişdir ki, keçirilmiş iclas və elmi-şuranın qərarı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il, 401 saylı əmrinə əsasən “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə uyğun olaraq həyata keçirildiyindən tələb bu hissədə əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il, 401 saylı əmrinə əsasən “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnamənin 2-ci bəndində aşağıdakı qaydalar müəyyən edilmişdir: 2.1.Bütün hallarda professor-müəllim, habelə kafedra müdiri vəzifələrinə seçilmək üçün elmi şurada (gizli səsvermədən əvvəl) müsabiqədə iştirak edən hər bir namizədin peşə-ixtisas hazırlığı haqqında məlumat dinlənilir. 2.2.Müsabiqədə iştirak edənlərin adı və soyadı eyni səsvermə bülleteninə daxil edilir. (nümunə 1). 2.3.Namizədin lehinə, yaxud əleyhinə münasibət bülletendə müvafiq adın və soyadın saxlanılması, yaxud da pozulması ilə bildirilir. Hər bir seçici yalnız bir namizədə səs verə bilər. Bülletendə iki və daha çox namizədin adı və soyadı pozulmamış qaldıqda bülleten etibarsız sayılır. 2.4.Elmi şura səsvermənin nəticəsini hesablamaq üçün səsvermədə əvvəl 3-5 nəfərdən ibarət hesablama komissiyası seçir. Hesablama komissiyası hər bir namizəd üçün səsvermənin nəticəsini ayrılıqda elan edir və onun protokolu elmi şura tərəfindən mövcud qaydada təsdiq olunub, müsabiqə sənədlərinə əlavə edilir şuranın qərarı rektorun əmri ilə təsdiq olunur. 2.5.Elmi şura üzvlərinin ən azı 2/3-nin iştirak etdiyi iclas səlahiyyətli sayılır. Səsvermədə iştirak edən şura üzvlərinin 50%-dən çoxunun səsini toplayan namizəd vəzifəyə seçilmiş sayılır. Müsabiqənin birinci mərhələsində namizədlərin heç biri 50%-dən çox səs toplamadıqda ən çox səs yığmış iki (səsvermədə iki namizəd) iştirak etdikdə isə bir) namizəd həmin iclasda təkrar səsverməyə buraxılır. 2.6. Bütün namizədlərin özlərinin seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ vardır. 2.7. Müsabiqədə iştirak etmək üçün ərizə verilməzsə və ya səsvermə nəticəsində heç bir namizəd seçilməzsə müsabiqə baş tutmamış hesab olunur. Bu yerlərə yenidən müsabiqə elan olunarsa əvvəlki namizədlər də həmin müsabiqədə iştirak edə bilərlər. 2.8.Seçkilər müsabiqə elan olunan gündən ən geci 3 (üç) ay müddətində başa çatdırılmalıdır. Üzürsüz səbəbə görə müsabiqənin vaxtında keçirilməməsinə ali təhsil müəssisəsinin rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. 2.9.Müsabiqə ilə əlaqədar şikayətlər elan dərc olunan gündən başlayaraq seçkilərdən ən geci 15 gün keçənədək ali məktəbin rektoruna və ya təsisçiyə verilə bilər. 2.10.Bu əsasnamənin hər hansı bəndi pozularsa təsisçi, eləcə də ali məktəbin rektoru müsabiqəni və seçkilərin nəticələrini ləğv edə bilər. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab etmişdir ki, İddiaçı Cavabdehnə qarşı "işə bərpa və pul" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 42, 45, 47, 50, 68, 73, 179cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 3067/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsi tərəfindən xx.xx.2007-ci il tarixində işə götürülmüşdür. İddiaçının xx.xx.2024-cü il tarixində 5 illik əmək müqaviləsinin müddəti bitdikdən sonra onunla yeni iki aylıq əmək müqaviləsi bağlanılmışdır. Qeyd edilən müqavilənin müddəti bitdikdə isə iddiaçı ilə əmək münasibətlərinə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində son verilmişdir. Cavabdeh - işəgötürən tərəfindən verilmiş məlumata əsasən iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməməsinə səbəb kafedra tərəfindən keçirilmiş qanunvericiliyə zidd “müsabiqə” olmuşdur. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iddiaçının müəssisədə on yeddi illik iş təcrübəsinin, tutduğu vəzifənin daimi xarakterli olmasının, belə olan halda müddətsiz müqavilənin bağlanılmalı olması, həmçinin cavabdeh tərəfindən keçirilmiş müsabiqənin qanuna zidd olunması ətraflı araşdırılmamışdır. Nəticədə, iddiaçının əmək hüququ pozulmuşdur. Məhkəmə tərəfindən işin hallarına düzgün qiymət verilməmiş, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara baxılmamış, maddi və prosessual hüquq normaları kobud şəkildə pozularaq əsassız qərar çıxarılmışdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmədə 2 aylıq əmək müqaviləsinə xitam verilməsi halı mübahisələndirilmişdir. Belə ki, iddiaçının 17 il işlədiyi müəssisədə onunla 2 aylıq müddətə əmək müqaviləsi bağlanılmışdır. Qeyd olunan halın tərəflərin həqiqi iradəsini ifadə etdiyini bildirmək tamamilə əsassızdır. Nəsimi Rayon Məhkəməsi əmək müqaviləsinin müddətli bağlanılması ilə bağlı sadəcə formal şəkildə Əmək Məcəlləsinin 47 (f) maddəsini vurğulamışdır. İddiaçı cavabdehin müxtəlif strukturlarında fərqli vəzifələrdə 17 il müddətində işləmiş və öz vəzifə öhdəliklərini lazımi şəkildə yerinə yetirmiş, lakin cavabdeh tərəfindən qəbul edilmiş onunla 2 ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar”. Bundan əlavə, 2(102)-4885/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Ali Məhkəmənin Plenum Qərarına əsasən qarşılıqlı razılıq tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək 17 illik iş stajına malik peşəkar işçi ilə 2 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Müəssisədəki işçilərin iddiaçıya qarşı şəxsi qərəzli fikirlərini də nəzərə alınsa, sonuncu müddətli müqavilə onun rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Əmək Məcəlləsinin tələblərinə əsasən (45.5-ci maddə) 5 ildən artıq müddətə fasiləsiz davam edən əmək münasibətinin müddətsiz hesab olunur. Qanunvericilikdə göstərilən tələblə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. İddiaçının müəssisədə 5 ildən artıq fasiləsiz işləməsi işin mübahisəsiz halıdır. Bu halda 2 aylıq əmək müqaviləsinin müddətinin bitmə əsası ilə xitam qanunsuz hesab edilməli və işçi ilə işəgötürən arasında münasibət müddətsiz hesab olunmalı idi. Məhkəmə bu zaman cavabdehin vakant yer üçün müsabiqə keçirilməsi məqsədilə 2 aylıq müqavilə bağlanılması arqumenti ilə razılaşır. Lakin bu hal öz-özünü təkzib edən bir haldır. Çünki 2 aylıq müqavilə üzrə vəzifə işçinin əvvəl tutduğu vəzifə ilə eynilik təşkil edir. Bu halda mübahisələndirilən əmək müqaviləsinə qədər vakant olmayan vəzifə müsabiqə keçirildiyi tarixdə də vakant deyildi, məhz iddiaçının özü həmin vəzifədə çalışırdı. Bundan başqa 17 il ərzində “müsabiqə” işçinin əmək müqaviləsinin qüvvədə olduğu müddətdə dəfələrlə keçirilib və heç bir halda 2 aylıq qanunsuz müqavilədən istifadə olunmayıb. Məhkəmə həmçinin mərkəzi icra hakimiyyəti orqanı olan Təhsil Nazirliyinin qərarı ilə təsdiq edilmiş qaydalara istinad etməsi ciddi qanun pozuntusudur. Əmək Məcəlləsinə əsasən əmək münasibətləri ilk növbədə birbaşa Əmək Məcəlləsi ilə tənzimlənir. İstinad olunan “Ali Təhsil Müəssisələrində professor müəllim və kafedra müdiri vəzifələrinin tutulması Qaydaları” yalnız özündə işə qəbul qaydalarını tənzimləyir. Həmin Qaydalarda 5 ildən artıq davam edən əmək münasibətinin müddətsiz hesab olunması ilə bağlı Əmək Məcəlləsinin tələbini istisna edən hal nəzərdə tutulmamışdır və tutulması da qeyri-mümkündür. Göstərilən səbəblərdən müddətsiz olan münasibətinin müddətin bitməsi əsası ilə xitam verilməsinin qanunvericiliyin tələblərini zidd olduğunu hesab edilir. Məhkəmə tərəfindən işin bu halı ilə bağlı maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Əmək Məcəlləsinin 50.3-cü maddəsinə əsasən müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. Əmək Məcəlləsinə əsasən müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iclas protokollarında iddiaçının heç bir elmi əsəri, nailiyyəti, onun akademik fəaliyyəti müzakirə olunmamış, bunun əvəzinə iclaslarda “koridorda salam verməmə”, “kiminsə xoşuna gəlməmə” və bu kimi akademik mühitdə müzakirə edilməsinə yaraşmayan müzakirələr aparılmış və göstərilən əsaslarla qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən belə müzakirələrin olduğu iclas protokollarının məhkəməyə təqdim edilməsi təəssüf və təəccüb doğurur. Beləliklə, həm kafedrada həm də elmi şuranın iclasında qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçının heç bir akademik fəaliyyəti müzakirə olunmamış və ya hər hansı müsahibə keçirilməmiş, bunun əksinə qanunvericiliyə ziddi olan gizli səsvermə keçirilmişdir. Ümumiyyətlə cavabdehin istinad etdiyi “müsabiqə” Əmək Məcəlləsində nəzərdə tutulmuş işçinin elmi işləri, kadr-uçot məlumatları üzrə (1), müsahibə (2) və ya test üsulu (3) ilə qaydalardan heç biri üzrə keçirilməmişdir. Bu səbəbdən də istinad olunan “müsabiqə”-nin qanuni keçirildiyini deməyə əsas yoxdur. Məhkəmə tərəfindən qeyd edilən hala düzgün hüquqi qiymət verilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə aktlarına irəli maddəsi sürülən əsaslılıq tələbinə məhkəmələr təfindən əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2007-ci il 21 yanvar tarixli Qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir. Konstitusiya Məhkəməsi Plenumunun ədalətli məhkəmə araşdırılması ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008ci il, M.Şahverdiyevanın şikayəti üzrə 23 iyul 2013-cü il tarıxli Qərarları) Məhkəmə işi faktiki və hüquqi tərəflərini ətraflı araşdırmamış, nəticədə əsaslı və qanuni olmayan qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 418-ci maddəsinə görə, məhkəmə təcrübəsinin vahidliyinin pozulmasını məhkəmənin qərarlarının ləğvi üçün əsas kimi hesab edilə bilər. Belə ki, maddədə qeyd olunur ki, hüququn tətbiq qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi də mövcud məhkəmə təcrübəsinə zidd qərar qəbul etmişdir. Hesab edilir ki, analoji qaydada normanın tətbiqi ilə məhkəmənin mövqeyi qanuna zidd hesab olunmalıdır. Ona görə də Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3067/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahatlar verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universiteti X8 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universiteti X8 nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, kafedra iclasının nəticələri tövsiyə xarakteri daşıyır, əsas Elmi Şuranın qərarıdır. Kafedra iclasının nəicələri tövsiyə xarakteri daşıdığı üçün səsvermə açıq keçirilir. Həmin iclasda əsas işçinin elmi fəaliyyəti və inzibati məsələlər müzakirə edilir. Elmi Şuranın iclasında işçinin son 5 ildə elmi-tədqiqat nəticələri, dərslərinin keyfiyyəti, dərslərin standartlara uyğun olub-olmaması məsələlərində müəllimin fəaliyyəti qiymətləndirilir. O, iddiaçını qiyabi olaraq tanıyır. Kafedra iclasında əksəriyyət lehinə səs verdiyi üçün o, da lehinə səs vermişdir. İddiaçının elmi-tədqiqat fəaliyyəti barəsində məlumatım yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 8.

1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.

2. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır.

3. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.

4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Maddə 11.

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 45.

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 50.

1. Yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər.

2. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabər hüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir.

3. Müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. 4.Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. 5.Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır.

6. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir.

7. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73.

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 75.

1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.

2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; Maddə 105. 1.Azərbaycan Respublikasının bayramları aşağıdakılardır: Novruz bayramı - beş gün;...

2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.

4. Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.

5. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üstüstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

6. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

7. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2024-cü il tarixli Qərarı 1.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilsin. 2.Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Ali Təhsil Müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması Qaydaları haqqında əsasnamə Bənd 1.1. Ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrıayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir. Bənd 1.2.Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, uyğun elm və ya istehsalat sahələrində nailiyyətlərə, lazımi elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə, müvafiq elmi ad və dərəcələrə malik olan Azərbaycan Respublikasının vətəndaşı, həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlılar iştirak edə bilərlər. Bənd 1.3. Seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur. Bənd 1.4. .... Müəllim və assistent vəzifələrinə müsabiqədə elmi-pedaqoji ve ya ixtisası üzrə ən azı bir il iş stajı olan elmlər namizədləri, eləcə də ən azı 3 il elmi pedaqoji iş stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər. Bu vəzifələrə eyni zamanda əyani aspiranturanı, assisentura stajkeçməni müvəffəqiyyətlə bitirmiş, eləcə də cari ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuş və elmi-tədqiqat işinə meyli olan mütəxəssislər (magistrlər) həmçinin stajor müəllimlər təyinatla 3 ildən çox olmayan müddətə təyin edilə bilərlər. Həmin müddət bitdikdən sonra göstərilən vəzifələr bu əsasnaməyə uyğun olaraq müsabiqə yolu ilə tutulur. Bənd 1.5. Müvafiq elmi adı, dərəcəsi və iş stajı olan şəxslər ali təhsil müəssisəsində saathesabı və ya əvəzçiliklə pedaqoji işə müddətli əmək müqaviləsi əsasında rektorun əmri ilə götürülürlər. Bənd 1.6. Dosent, baş müəllim və assistentlər fakültə elmi şurasında seçilirlər. Müstəsna hallarda rektorun əsaslandırılmış əmri ilə həmin seçkilər ali məktəbin elmi şurasında keçirilə bilər. Bənd 1.7. Kafedra müəyyən fakültənin strukturuna daxil olmadığı halda həmin kafedralar üzrə professor-müəllim vəzifələrini tutmaq üçün seçkilər ali məktəbin elmi şurasında keçirilir. Bənd 1.9. Müsabiqə haqqında bu əsasnaməyə uyğun olaraq dövrü mətbuatda və ya digər kütləvi informasiya vasitələrində elan verilir. Bənd 2.1.Bütün hallarda professor-müəllim, habelə kafedra müdiri vəzifələrinə seçilmək üçün elmi şurada (gizli səsvermədən əvvəl) müsabiqədə iştirak edən hər bir namizədin peşə-ixtisas hazırlığı haqqında məlumat dinlənilir. Bənd 2.2. Müsabiqədə iştirak edənlərin adı və soyadı eyni səsvermə bülleteninə daxil edilir. (nümunə 1). Bənd 2.3. Namizədin lehinə, yaxud əleyhinə münasibət bülletendə müvafiq adın və soyadın saxlanılması, yaxud da pozulması ilə bildirilir. Hər bir seçici yalnız bir namizədə səs verə bilər. Bülletendə iki və daha çox namizədin adı və soyadı pozulmamış qaldıqda bülleten etibarsız sayılır. Bənd 2.4. Elmi şura səsvermənin nəticəsini hesablamaq üçün səsvermədə əvvəl 3-5 nəfərdən ibarət hesablama komissiyası seçir. Hesablama komissiyası hər bir namizəd üçün səsvermənin nəticəsini ayrılıqda elan edir və onun protokolu elmi şura tərəfindən mövcud qaydada təsdiq olunub, müsabiqə sənədlərinə əlavə edilir şuranın qərarı rektorun əmri ilə təsdiq olunur. Bənd 2.5. Elmi şura üzvlərinin ən azı 2/3-nin iştirak etdiyi iclas səlahiyyətli sayılır. Səsvermədə iştirak edən şura üzvlərinin 50%-dən çoxunun səsini toplayan namizəd vəzifəyə seçilmiş sayılır. Müsabiqənin birinci mərhələsində namizədlərin heç biri 50%-dən çox səs toplamadıqda ən çox səs yığmış iki (səsvermədə iki namizəd) iştirak etdikdə isə bir) namizəd həmin iclasda təkrar səsverməyə buraxılır. Bənd 2.6. Bütün namizədlərin özlərinin seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ vardır. Bənd 2.7. Müsabiqədə iştirak etmək üçün ərizə verilməzsə və ya səsvermə nəticəsində heç bir namizəd seçilməzsə müsabiqə baş tutmamış hesab olunur. Bu yerlərə yenidən müsabiqə elan olunarsa əvvəlki namizədlər də həmin müsabiqədə iştirak edə bilərlər. Bənd 2.8. Seçkilər müsabiqə elan olunan gündən ən geci 3 (üç) ay müddətində başa çatdırılmalıdır. Üzürsüz səbəbə görə müsabiqənin vaxtında keçirilməməsinə ali təhsil müəssisəsinin rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Bənd 2.9. Müsabiqə ilə əlaqədar şikayətlər elan dərc olunan gündən başlayaraq seçkilərdən ən geci 15 gün keçənədək ali məktəbin rektoruna və ya təsisçiyə verilə bilər. Bənd 2.10. Bu əsasnamənin hər hansı bəndi pozularsa təsisçi, eləcə də ali məktəbin rektoru müsabiqəni və seçkilərin nəticələrini ləğv edə bilər. Bənd 3.1. Ali təhsil müəssisələrində müsabiqə bütün tədris ili müddətində elan edilə bilər. Bənd 3.2. Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan olunduğu gündən başlayaraq 30 gündür. Bənd 3.3. Müsabiqədə iştirak etmək istəyən şəxs rektorun adına ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: kadrların şəxsi qeydiyyat vərəqəsi; tərcümeyi-hal; ali təhsil, elmi ad və dərəcə haqqında sənədlərin sürəti; dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı. həmin ali təhsil müəssisələrində işləyən şəxsin müsabiqədə iştirak etmək üçün yalnız rektorun adına ərizə, elmi əsərlərin, kəşf və ixtiraların siyahısını təqdim etməsi kifayətdir. Müsabiqədə iştirak haqda ərizələrin qəbulundan imtina etmək yalnız namizədin müsabiqə üçün verilən elanın şərtlərinə uyğun gəlmədiyi və ya ərizənin verilmə müddəti gözlənilmədiyi hallarda ola bilər. Bənd 3.4. Sənədlər əvvəlcə müvafiq kafedranın iclasında müzakirə olunur. Professor-müəllim heyəti üçün seçkilərdə bu iclası kafedra müdiri və ya onu əvəz edən şəxs aparır, Kafedra hər bir namizədin elmi və elmi-pedaqoji fəaliyyətini obyektiv sürətdə qiymətləndirərək, müvafiq qərar qəbul edir. Hər bir namizəd üçün kafedranın əsaslandırılmış rəyi ali məktəb (fakültə) elmi şurasına təqdim edilir. Müsabiqədə iştirak edən namizədlər kafedra iclasında iştirak edə, yaxud onun qərarı ilə tanış ola bilərlər.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonra onlar qarşılıqlı razılıq əsasında xx.xx.2024-cü il tarixli 120 nömrəli müddətli əmək müqaviləsi bağlamış, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 2 ay müddətinə “Elektronika və avtomatika” kafedrasına müəllim vəzifəsinə təyin edilmiş, tərəflər eyni zamanda razılığa gəlmişlər ki, yeni müddətə vəzifəni tutmaq üçün ərizə verməmiş və ya müsaqibədən keçməmiş işçi ilə hazırkı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2-ci maddəsinin a) bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən, xitam veriləcəkdir. (Əmək müqaviləsinin 9.6cı bəndi) Göründüyü kimi iddiaçı onunla 2 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmasını, işəgötürənin keçirəcəyi müsaqibədən keçə bilməyəcəyi halda isə bağlanmış müqaviləyə xitam veriləcəyini bilməklə yanaşı, buna razılıq da vermişdir. Məhkəmə kollegiyası iddiaçının işəgötürən tərəfindən müsabiqə keçirilərkən qanunvericiliyin tələblərini pozmasına, müsabiqənin qeyri-obyektiv keçirilməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, araşdırma zamanı belə halların mövcud olması öz təsdiqini tapmamış, eyni kafedrada işləyən şəxslərin iddiaçının əmək fəaliyyəti dövründə davranışı ilə bağlı öz fikirlərini sərbəst şəkildə ifadə etmələri halı isə ayrı-seçkilik kimi qiymətləndirilə bilməz. Belə ki, müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında əsasnaməyə əsasən, ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, uyğun elm və ya istehsalat sahələrində nailiyyətlərə, lazımi elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə, müvafiq elmi ad və dərəcələrə malik olan Azərbaycan Respublikasının vətəndaşı, həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlılar iştirak edə bilərlər. Seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur. Müəllim və assistent vəzifələrinə müsabiqədə elmipedaqoji ve ya ixtisası üzrə ən azı bir il iş stajı olan elmlər namizədləri, eləcə də ən azı 3 il elmi pedaqoji iş stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər. Bu vəzifələrə eyni zamanda əyani aspiranturanı, assisentura stajkeçməni müvəffəqiyyətlə bitirmiş, eləcə də cari ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuş və elmi-tədqiqat işinə meyli olan mütəxəssislər (magistrlər) həmçinin stajor müəllimlər təyinatla 3 ildən çox olmayan müddətə təyin edilə bilərlər. Həmin müddət bitdikdən sonra göstərilən vəzifələr bu əsasnaməyə uyğun olaraq müsabiqə yolu ilə tutulur. Dosent, baş müəllim və assistentlər fakültə elmi şurasında seçilirlər. Müstəsna hallarda rektorun əsaslandırılmış əmri ilə həmin seçkilər ali məktəbin elmi şurasında keçirilə bilər. Bütün hallarda professor-müəllim, habelə kafedra müdiri vəzifələrinə seçilmək üçün elmi şurada (gizli səsvermədən əvvəl) müsabiqədə iştirak edən hər bir namizədin peşə-ixtisas hazırlığı haqqında məlumat dinlənilir. Müsabiqədə iştirak edənlərin adı və soyadı eyni səsvermə bülleteninə daxil edilir. Namizədin lehinə, yaxud əleyhinə münasibət bülletendə müvafiq adın və soyadın saxlanılması, yaxud da pozulması ilə bildirilir. Hər bir seçici yalnız bir namizədə səs verə bilər. Bülletendə iki və daha çox namizədin adı və soyadı pozulmamış qaldıqda bülleten etibarsız sayılır. Elmi şura səsvermənin nəticəsini hesablamaq üçün səsvermədə əvvəl 3- 5 nəfərdən ibarət hesablama komissiyası seçir. Hesablama komissiyası hər bir namizəd üçün səsvermənin nəticəsini ayrılıqda elan edir və onun protokolu elmi şura tərəfindən mövcud qaydada təsdiq olunub, müsabiqə sənədlərinə əlavə edilir şuranın qərarı rektorun əmri ilə təsdiq olunur. Elmi şura üzvlərinin ən azı 2/3-nin iştirak etdiyi iclas səlahiyyətli sayılır. Səsvermədə iştirak edən şura üzvlərinin 50%-dən çoxunun səsini toplayan namizəd vəzifəyə seçilmiş sayılır. Müsabiqənin birinci mərhələsində namizədlərin heç biri 50%-dən çox səs toplamadıqda ən çox səs yığmış iki (səsvermədə iki namizəd) iştirak etdikdə isə bir) namizəd həmin iclasda təkrar səsverməyə buraxılır. Bütün namizədlərin özlərinin seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ vardır. Müsabiqə ilə əlaqədar şikayətlər elan dərc olunan gündən başlayaraq seçkilərdən ən geci 15 gün keçənədək ali məktəbin rektoruna və ya təsisçiyə verilə bilər. İstinad olunan əsasnamənin hər hansı bəndi pozularsa təsisçi, eləcə də ali məktəbin rektoru müsabiqəni və seçkilərin nəticələrini ləğv edə bilər. Ali təhsil müəssisələrində müsabiqə bütün tədris ili müddətində elan edilə bilər. Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan olunduğu gündən başlayaraq 30 gündür. Sənədlər əvvəlcə müvafiq kafedranın iclasında müzakirə olunur. Kafedra hər bir namizədin elmi və elmi-pedaqoji fəaliyyətini obyektiv sürətdə qiymətləndirərək, müvafiq qərar qəbul edir. Hər bir namizəd üçün kafedranın əsaslandırılmış rəyi ali məktəb (fakültə) elmi şurasına təqdim edilir. Müsabiqədə iştirak edən namizədlər kafedra iclasında iştirak edə, yaxud onun qərarı ilə tanış ola bilərlər. Mülki işin sənədlərindən müəyyən olunur ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024-cü il tarixli iclasının və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “İnformasiya Texnologiyaları və idarəetmə” fakültəsinin Elmi Şurasının 09/23-24 saylı xx.xx.2024-cü il tarixli qərarının etibarsız hesab edən iddiaçı müsabiqədə iştirak etməmiş, kafedra iclasında və elmi şurada son 5 ildə işlədiyi təhsil müssisəsində iddiaçının fəliyyəti və müsabiqəyə təqdim etdiyi elmi əsərləri araşdırlımış, iddiaçının fəaliyyətini qiymətləndirmək səlahiyyəti olan elmi şuranın üzvləri tərəfindən keçirilən gizli səsvermənin nəticəsi - lehinə 2 nəfər, əleyhinə 17 nəfər olmaqla İddiaçı “Elektronika və avtomatika” kafedrasının müəllimi vəzifəsinə seçilməməsi qərara alınmışdır. Kollegiya qeyd edir ki, işəgötürənin müsabiqənin keçirilməsində məqsədi yüksək peşə-ixtisas hazırlığına, uyğun elm və ya istehsalat sahələrində nailiyyətlərə, lazımi elmipedaqoji və ya istehsalat təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə, müvafiq elmi ad və dərəcələrə malik olan işçilərlə əmək müqaviləsi bağlamaq olduğundan ixtisası üzrə işləməyən iddiaçı barəsində fikirlərin açıq söylənilməsi ayrı-seçkilik kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasında təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq olduğundan təhsil müəssisəsi olan işəgötürən hər bir işçi ilə əmək müqaviləsi bağlayarkən dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək vəzifəsindən irəli gələn qanunla üzərinə qoyulmuş öhdəliyini icra edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmək müqaviləsinin müddətli bağlanmalı olmamasına və müddətli əmək müqaviləsinə xitam verilərkən pozuntuya yol verilməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün müəyyən olunmuş qaydada müsabiqə elan etməsi işəgötürənin hüququdur. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakını təmin etmək işəgötürənin vəzifəsidir. Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən, yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, isə müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edə bilər. Bu halda da qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Mülki işdən müəyyən olunur ki, təhsil müəssisəsi olan işəgötürən, yalnız iddiaçı ilə deyil, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə digər işçiləri ilə də, əmək müqaviləsi bağlayarkən müsabiqə elan etmək hüququndan istifadə edərək müddətli əmək müqavilələri bağlamış, 2007-ci ildən cavabdehlə əmək münasibətlərində olan iddiaçı bu halı mübahisələndirməmiş, hər dəfə müddət bitdikdən sonra müsabiqədə iştirak üçün işəgötürənə müraciət etmiş, işəgötürən isə işçilərin elan olunmuş müsabiqəsində iddiaçının da bərabərhüquqlu iştirakını təmin edilmişdir. Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin eyni vaxtda olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması; ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. İstinad olunan normanın mənasına görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə (yəni, əvvəlcə hansı müddətə bağlanmışsa həmin müddətə) uzadılmış hesab olunur. Yəni, əmək müqaviləsində göstərilən müddət qurtardıqda, müqavilə əvvəl müəyyən olunmuş müddətə o halda uzadılmış hesab oluna bilər ki, işçi ilə işəgötürən arasında əmək münasibətləri davam etdirilsin, yəni işçi faktiki olaraq əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsin, iş yerində olsun və sair və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməsin. Hazırkı halda tərəflərin hər biri əmək münasibətlərinin davam etdirilməsinin mümkünlüyünü keçirilən müsabiqənin nəticəsindən asılı olmasını bilmiş, bunu bağladıqları əmək müqaviləsinə xitam verilməsinin şərti kimi müəyyən etmiş, əmək müqaviləsinin müddəti bitdikdən sonra isə işəgötürən müsabiqənin keçirilməsi üçün üzərinə qoyulmuş vəzifəsinin icrasına başlamış, iddiaçı isə müsabiqədə iştirak etməyə razılığını bildirməsi barədə ərizəsini və sənədlərini işəgötürənə təqdim etmişdir. İddiaçı ilə bağlanmış 5 illik əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində başa çatmış, bundan sonra iddiaçının tutduğu vəzifə üzrə vakant elan olunması, müsabiqə keçirilməsi üçün vaxt tələb edildiyindən müsabiqə keçirilən vaxtadək tərəflərin qarşılıqlı razılığı ilə iddiaçının əmək müqaviləsinin müddəti 2 ayadək uzadılmış, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək qeyri-iş günləri olduğundan xx.xx.2024-cü il tarixdə kafedra iclası, xx.xx.2024-cü il tarixdə elmi şurada müsabiqə keçirilmiş, iddiaçı əmək qabiliyyətinin olmamasına görə xx.xx.2024-xx.xx.2024 və xx.xx.2024-xx.xx.2024-cü illər aralığında işdə olmadığından onun əmək müqaviləsinə işə çıxdığı gün, yəni xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Müsabiqənin nəticəsi məlum olduqdan sonra iddiaçı işdə olmadığından, işəgötürənin müsabiqənin nəticəsi ilə işçini tanış etmək vəzifəsi, sonuncunun şikayəti daxil olduğu halda ona baxmaq səlahiyyəti olduğundan, tərəflər bağladıqları müddətli əmək müqaviləsinə xitam verilməsinin əsası kimi işçinin müsabiqədən keçməməsi əsasını qarşılıqlı razılıq əsasında müəyyən etdiklərindən, işçinin müəyyən üzürlü səbəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilməsi mümkün olduğundan, həmin ərəfədə Novruz bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirildiyindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinin hazırkı əmək mübahisəsinə tətbiq olunması qeyri-mümkündür. Belə ki, tərəflər 2 ay müddətinə müddətli əmək müqaviləsi bağlayarkən əmək münasibətlərinin davam etdirilməsinin mümkünlüyünü müsabiqənin nəticəsindən asılı etmiş, iddiaçı müsabiqədən keçməyəcəyi halı əmək müqaviləsinə xitam veriləcəyi əsas kimi qəbul etmiş, müqavilənin müddəti bitdikdən sonra isə işəgötürən, eləcə də iddiaçı müqaviləyə xitam verilməsinin əsası ola biləcək halın baş verib-verməyəcəyini (işçinin müsabiqədən keçib-keçməyəcəyini) gözləmişdir. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq belə nəticəyə gəlir ki, işəgötürən iddiaçı ilə əmək münasibətini hansı halda davam etdirməmək barədə iradəsini açıq-aşkar ifadə etdiyindən, onunla müddətli əmək müqaviləsi bağlanmasına, müqavilənin müddətinin uzadılmasının müsabiqədən keçəcəyi halda mümkün olmasına işçi razı olduğundan, araşdırma zamanı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə cavabdeh tərəfindən əməl edilməsi öz təsdiqini tapdığından, iddiaçının ayrı-seçkiliyə məruz qalmasına dair iddiasında və şikayətində qeyd olunanlar araşdırma zamanı öz təsdiqini tapmadığından apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3067/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar