Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4620/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" ASC cəlb olunmaqla) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 MTK-ya qarşı müqavilələrin, maliyyə arayışının, ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi, reyestrdən çıxarışların ləğv olunması, ümumi yığıncağın keçirilərək üzvlüyinə qəbul edilmə, maliyyə arayışının verilməsi, mənzilin təhvil verilməsi iddia tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X15 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Mötəbər Arif qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh1 MTK-nın nümayəndəsi Vəkil2, Cavabdeh4 nümayəndəsi Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" ASC cəlb olunmaqla) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 MTK-ya qarşı müqavilələrin, maliyyə arayışının, ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi, reyestrdən çıxarışların ləğv olunması, ümumi yığıncağın keçirilərək üzvlüyinə qəbul edilmə, maliyyə arayışının verilməsi, mənzilin təhvil verilməsi iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(007)-233/2025 nömrəli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə X10 arasında bağlanmış 25 may 2015-ci il tarixli, 431 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil X1. Müqavilə satış şöbəsinin müdiri Allahverdiyev Əli tərəfindən imzalanmışdır. 25 may 2015-ci il tarixli maliyyə arayışında mənzilin dəyərinin tam ödənildiyi qeyd olunmuşdur.
2. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli, 421 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil İddiaçı satılmışdır, müqavilə satış şöbəsinin müdiri Allahverdiyev Əli tərəfindən imzalanmışdır. 20 oktyabr 2015-ci il tarixli maliyyə arayışında mənzilin dəyərinin tam ödənildiyi qeyd olunmuşdur.
3. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 28 iyun 2007-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov və A.Salamzadə küçələrinin kəsişməsindəki 1058-ci məhəllədə özəlləşdirilmiş 17264,5 kv.m torpaq sahəsində 10 girişli yaşayış binalarının tikintisinin layihələndirilməsinə Cavabdeh1 MMC-yə icazə verilmişdir.
4. “Alyans-NN" MMC ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli podrat müqaviləsindən görünür ki, podratçı "xxxx" MMC ünvan 3də 17264.5 kv.m sahəsində 10 girişli çoxmərtəbəli yaşayış binalarını öz vəsaiti hesabına layihələndirəcək, tikəcək və həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəkdir. Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş işlər lazımı qaydada tam başa çatdıqdan sonra həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla ümumi sahəsinin 25%-i sifarişçinin “Alyans NN" MMC-nin, 75%-i podratçının "xxxx" MMCnin mülkiyyətinə verməklə tərəflər arasında bölünəcəkdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-232/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 580/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı "xxxx" MMC-nin və Cavabdeh1 MTK-nın apellyasiya şikayətləri təmin edilməmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, "xxxx" MMC “Alyans NN" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış podrat müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17264,5 kv.m torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli yaşayış binasından cavabdeh tərəfindən təhvil verilməmiş 18837,99 kv.m yaşayış, 11551,42 kv.m qeyri – yaşayış sahələrinin və 213 ədəd qarajın ona naturada təhvil verilməsi, 21408,85 kv.m yaşayış, 12816,62 kv.m qeyri – yaşayış sahələrinin və 274 ədəd qarajın iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı 23 iyul 2008-ci il tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayonu, Salamzadə küçəsi, 1058-ci məhəllədə yerləşən 17264,5 kv.m torpaq sahəsi üzərində inşa olunmuş 10 girişli, 13 mərtəbəli, ümumi sahəsi qarajlarla birlikdə 81867,58 kv.m olan yaşayış binasının yaşayış sahəsindən 11804 kv.m hissəsinin naturada təhvil verilməsi vəzifəsinin, eləcə də 11804 kv.m yaşayış sahəsinin cavabdehin mülkiyyətinə verilməsi ilə bağlı 18 yanvar 2008-ci il tarixli podrat müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi vəzifəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Hər 2 iddia 1-ci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, yuxarı instansiya məhkəmələrin tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
6. "xxxx" ASC-nin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərindən görünür ki, ünvan 1, 8 nömrəli mənzilin abonent kodu "xxxx" MMC-nin adınadır.
7. 12 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış materiala dair cinayət işinin başlanması rədd edilmişdir.
8. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil Cavabdeh2 satılmışdır, 03 sentyabr 2019-cu il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, mənzil Cavabdeh2 məxsusdur və heç bir borcu yoxdur.
9. “Alyans-NN" MTK-nın üzvlərinin ümumi yığıncağının 108 nömrəli protokolundan görünür ki, Cavabdeh2 kooperativə üzv qəbul edilmiş və ünvan 1 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil tam mülkiyyətinə verilməsi qərara alınmışdır.
10. Bakı şəhəri Nəsimi rayonu, A.Salamzadə küçəsi, 1058-ci məhəllə, ev 110A, mənzil 8 (Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, giriş 152, M4, m3) Cavabdeh2 adına 12 iyul 2024-cü il tarixdə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
11. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 14 avqust 2024-cü il tarixli alqısatqı müqaviləsinə əsasən mənzil Cavabdeh3 satılmış, onun adına 03 sentyabr 2024-cü il tarixdə qeydiyyata alınmışdır..
12. X25 və Cavabdeh4 arasında xx.xx.2025- ci il tarixdə bağlanmış beh müqaviləsinin surətindən görünür ki, X25 Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 1058-ci məhəllə, ev 110A, mənzil 8, Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, giriş 152, M4, m3 mənzili üçün 5000 manat məbləğində beh ödəmişdir.
13. Cavabdeh3, Cavabdeh4 və Xalq Bank” ASC arasında bağlanmış 18 sentyabr 2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən mənzil Cavabdeh4 satılmış, "xxxx" ASC-də 24 sentyabr 2024-cü il tarixdə sonuncu tərəfindən ipoteka ilə yüklü edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK (Cavabdeh1 MMC) ilə Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair müqavilənin, onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışının, xx.xx.2019cu il tarixli ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi, mənzilə dair verilmiş (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024) çıxarışın ləğv olunması, mənzilə dair Bakı şəhəri 21 saylı notariat ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-920 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh1 MTK-nın ümumi yığıncağın keçirilərək onu MTK-nın üzvlüyünə qəbul edilməsi, həmin mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması, mənzilin Cavabdeh4 alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. İddia onunla əsaslandırılmışdır ki, o, 20 oktyabr 2015-ci il tarixdə "xxxx" MMCdən Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzili almışdır. Həmin tarixdə 421 №-li müqavilə və mənzilin dəyərini tam ödədiyi üçün maliyyə arayışı verilmişdir. Mənzil ona naturada təhvil verildikdən sonra 2018-ci ildə tam təmir etdirmişdir, hətta mətbəx mebeli, qarderob, işıq lüstraları, kombi və sair yığdırmışdır. Məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2023-cü ilin və xx.xx.2024-cü il tarixli qəbzlərindən göründüyü kimi bina "xxxx" MMC-yə məxsus idi. 07 avqust 2024-cü il tarixdə oğlu İsmayıl mənzilə gedərək qapını açmaq istəmişdir, lakin görmüşdür ki, qapının kilidi dəyişdirilib və dərhal DİN-nin 102 xidmətinə şikayət vermişdir. Binaya Nəsimi RPİ-nin 20 PB-nin polis əmakdaşları gəldikdən sonra binanın komendantı dəvət olunmuşdur, sonra bir şəxs gələrək həmin mənzili guya təmirli aldığını deyərək müqaviləsini və maliyyə arayışını və sair sənədlərini təqdim etmişdir. Həmin tarixdə ona məlum olmuşdur ki, onun təmirli mənzilini qanunsuz olaraq Cavabdeh1 MTK tərəfindən 03 sentyabr 2019-cu il tarixdə hazırda cavabdeh olan Cavabdeh2 satmışdır. Ümumiyyətlə Cavabdeh1 MTK-nın mənzilləri satmaq səlahiyyəti olmadığı halda satışlar etmişdir. Cavabdeh1 MTK əvvəllər Cavabdeh1 MMC kimi fəaliyyət göstərmiş sonradan MTK yaradılmışdır. Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli podrat müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir ki, “Podratçı Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi 1058ci məhəllədə yerləşən 17264,5 kv.m sahəsində 10 girişli çoxmərtəbəli yaşayış binalarını öz vəsaiti hesabına layihələndirəcək, tikəcək və həmin binaların bütün yaşayış və qeyriyaşayış sahələrinin satışını həyata keçirəcəkdir. Göründüyü kimi onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan tam təmirli və mebel avadanlıqları ilə təchiz olunmuş 8 nömrəli mənzil təkrarən 03 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 MTK (Cavabdeh1 MMC) tərəfindən qanunsuz Cavabdeh2 satılmışdır. Onların vəsatəti əsasında mübahisəli mənzilin hüquqi vəziyyətinin öyrənilməsi və sənədlərin tələb olunması ilə bağlı dövlət reyestri xidmətinə sorğu verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 27 dekabr 2024-cü il tarixdə məhkəməyə ünvanladığı sənədlərdən görünür ki, məhkəmədə mülki işə baxılan zaman Cavabdeh2 mübahisəli olan Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzili xx.xx.2024-cü il tarixində Bakı şəhəri 21 saylı notariat ofisində 4Ə-920 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına xx.xx.2024-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28- 05301-093093 olan çıxarış verilmişdir. Sonradan Cavabdeh3 mübahisəli olan Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzili teztələsik xx.xx.2024-cü il tarixində Bakı şəhəri 29 saylı notariat ofisində 4Ə-762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh4 satmışdır. Həmçinin sənədlərdə Cavabdeh1 MTK-nın 03 sentyabr 2019-cu il tarixli 108 №-li protokolundan görünür ki, “Gündəlikdə olan məsələ pay haqqını tam ödəmiş kooperativ üzvlərinə avtodayanacağın özəlləşdirib mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış alınması haqqında olmuşdur. Həmin MTK-nın üzvlərinin ümumi iclası qanunsuz olsa belə, göründüyü kimi mənzilin özlləşdirilməsində söhbət getməyib. Hazırda iddia tələbinin artırılması zərurəti vardır. Belə ki, İddiaçı 20 oktyabr 2015-ci il tarixdə "xxxx" MMC-dən Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzili almışdır. Həmin tarixdə 421 №-li müqavilə və mənzilin dəyərini tam ödədiyi üçün maliyyə arayışı verilmişdir. Mənzil iddiaçıya naturada təhvil verildikdən sonra 2018-ci ildə tam təmir etdirmişdir, hətta mətbəx mebeli, qarderob, işıq lüstraları, kombi və sair yığdırmışdır. Məhkəməyə təqdim etdikləri "xxxx" ASC-nin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərdən göründüyü kimi bina "xxxx" MMC-yə məxsus idi. 07 avqust 2024-cü il tarixdə iddiaçının oğlu İsmayıl Həsənov mənzilə gedərək qapını açmaq istəmişdir, lakin görmüşdür ki, qapının kilidi dəyişdirilib və dərhal DİN-nin 102 xidmətinə şikayət vermişdir. Binaya Nəsimi RPİ-nin 20 PB-nin polis əmakdaşları gəldikdən sonra binanın komendantı dəvət olunmuşdur, sonra Cavabdeh2 gələrək həmin mənzili guya təmirli aldığını deyərək müqaviləsini və maliyyə arayışını və sair sənədlərini təqdim etmişdir. Həmin tarixdə iddiaçıya məlum olmuşdur ki, təmirli mənzili qanunsuz olaraq Cavabdeh1 MTK tərəfindən 03 sentyabr 2019-cu il tarixdə hazırda cavabdeh olan Cavabdeh2 satmışdır. Dövlət reyestri xidmətinin məktubundan məlum olur ki, iddiaçı DİN-nin 102 xidmətinə şikayət etdikdən sonra tez-tələsik həmin mübahisəli mənzili aradan çıxartmaq üçün 7 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində 4Ə-920 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına xx.xx.2024-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28-05301-093093 olan çıxarış verilmişdir. Sonradan Cavabdeh3 mübahisəli olan mənzili tez tələsik yenə də mənzili aradan çıxartmaq üçün xx.xx.2024-cü il tarixində Bakı şəhəri 29 saylı notariat ofisində 4Ə-762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh4 satmışdır. Baxmayaraq ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(007)- 218/2024 saylı qərardadı ilə 2(007)- 2869/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən 110A nömrəli evin, 8 saylı mənzilin ( yeni qaydalarla: AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, giriş 152, M4. M 3) özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir. Həmin qərardadın icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Göründüyü kimi məhkəmənin qərardadı ilə həbsdə olan mübahisəli olan mənzil 1 ay ərzində 2 dəfə satılmışdır, Cavabdeh2 qısa zamanda mübahisəli olan mənzili Cavabdeh3 satması, daha sonra Cavabdeh3 isə Cavabdeh4 satılması planlı şəkildə atılmış bir addımdır, burada bir məqsəd güdülmüşdür, mənzili guya vicdanlı alıcı qisminə gətirib çıxartmaq məqsəd olmuşdur.
16. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, Cavabdeh1 MMC də satış edə bilərdi və mənzili Bəylərə Cavabdeh1 MMC satıb. "xxxx" MMC-nin faktiki rəhbəri Səadətin əri Üzeyir olmuşdur. Mənzilin ilk müqaviləsi formal olaraq iddiaçının oğlu X3 adına olsa da, həmin vaxt o, yetkinlik yaşına çatmamışdır. "xxxx" MMC ilə Cavabdeh1 MTK arasında podrat müqaviləsi olmuşdur. Gəlirin 75%-i "xxxx" MMC-yə, 25%-i isə Cavabdeh1 MMC-yə bölünməli idi. Ə.Allahverdiyev mənzil arxa tarixlə satılmışdır. Müqaviləni direktor deyil, Üzeyir müəllimin qohumu satış şöbəsinin müdiri Ə.Allahverdiyev imzalayıb. Mənzilin Səadətə məxsus olması heç vaxt bildirilməyib. Mənzil Bəylər tərəfindən təmir olunmuşdur.
17. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, mənzili 14 avqust 2024-cü il tarixdə 119000 manata əmlakçı vasitəsi ilə Cavabdeh2 almış, xx.xx.2024-cü il tarixdə isə 139000 manata Əfşərana satmış, həmiq mənzildə yaşamamışdır.
18. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, Küveytdə Neft Şirkətində mühəndis vəzifəsində çalışır, bir ay Bakıda, bir ay Küveytdə olur. O, Nəsimi rayonunda ev axtararkən təxminən sentyabr ayında bina.az saytı vasitəsi ilə həmin mənzili tapmışdır. Evin mülkiyyətçisini, yəni Keyvan müəllimi tapdıqdan sonar bank gəlib qiymətləndirmə keçirərək razılıq vermişdir. Mənzili Keyvandan xx.xx.2024-cü ildə 139000 manata, "xxxx"ın daxili ipotekası ilə almışdır. Mənzil alınanda təmirli vəziyyətdə olmuşdur. Bundan sonra o, ölkədən gedərək qayıtdıqdan sonra "xxxx" vasitəsi ilə həmin mənzilə həbs qoyulduğunu öyrənmişdir.
19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(007)- 233/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair bağlanmış müqavilə, maliyyə arayışı, xx.xx.2019-cu il tarixli ümumi yığıncağının 108 №-li protokolu etibarsız hesab edilməklə Cavabdeh2 həmin mənzilə dair verilmiş çıxarış ləğv olunması qət edilmişdir.
20. Qətnamə onunla əsaslandırılmışdır ki, “Alyans-NN" MMC ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli podrat müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən binanın bütün yaşayış və qeyri - yaşayış sahələrinin satışını həyata keçirmək yalnız "xxxx" MMC-nin səlahiyyətindədir, Cavabdeh1 MTK-nın belə səlahiyyəti yoxdur. Həmin müqaviləsinin 1.2-ci bəndinə əsasən 1.1-ci bəndində qeyd edilmiş işlər lazımı qaydada tam başa çatdıqdan sonra həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla ümumi sahəsinin 25%-i sifarişçinin “Alyans NN" MMC-nin, 75%-i podratçının "xxxx" MMC-nin mülkiyyətinə verməklə tərəflər arasında bölünəcəkdir. Müqavilənin “1.1-ci bəndində qeyd edilmiş işlər lazımı qaydada tam başa çatdıqdan sonra” hissəsinə münasibətdə məhkəmə bildirir ki, müqavilənin 1.1-ci bəndində açıq-aydın "xxxx" MMC-nin “həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəkdir.” qeyd olunub. Yəni satış etmək hüququ yalnız podratçı "xxxx" MMC-yə verilmişdir. Həmçinin müqavilənin hər hansı bəndində “Alyans - NN" MMC-nin satış etmək hüququ olmasına dair qeyd yoxdur. Lakin buna baxmayaraq Cavabdeh1 MTK iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilini Cavabdeh2 satmış, həmçinin ona borcunun olmamağına dair maliyyə arayışı vermişdir. "xxxx" MMC ilə X10 arasında bağlanmış 25 may 2015-ci il tarixli, 431 nömrəli müqavilənin surətindən görünür ki, mənzil X1. Müqavilə satış şöbəsinin müdiri Allahverdiyev Əli tərəfindən imzalanmışdır. Həmçinin 25 may 2015-ci il tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, mənzili 2015-ci ildə ailə büdcəsinin vəsaiti hesabına alıblar. Həmin vaxt onun 17 yaşı olub. Ailənin razılığı ilə mənzilə dair müqavilə 2015-ci ildə anası ilə bağlandı. Müqavilə rəsmiləşdikdə o, orada iştirak etmişdir. Evi alandan 3-4 ay sonra müqavilə anası ilə bağlanmışdır. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin– valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. X10 mənzilin 2015-ci ildə ailə büdcəsinin vəsaiti hesabına alındığını və ailənin razılığı ilə mənzilə dair müqavilənin 2015-ci ildə anası ilə bağlandığını bildirmişdi. Qanunvericiliyin də tələbindən göründüyü kimi 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar əqd bağlayarkən öz valideynlərinin razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri tərəfindən bəyənildikdə də etibarlıdır. Beləliklə, 17 yaşı tamam olmuş X3 "xxxx" MMC ilə bağladığı 25 may 2015-ci il tarixli, 431 nömrəli müqavilə anası İddiaçı tərəfindən bəyənildiyindən, bir neçə ay sonra mənzilə dair müqavilə onunla bağlanmışdır. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli, 421 nömrəli müqavilənin surətindən görünür ki, həmin mənzil İddiaçı satılmışdır. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil Cavabdeh2 satılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən göstərilən mənzilin ümumi dəyəri binanın tikintisi başa çatdıqdan sonra dəyəri müəyyənləşəcəkdir məbləğində müəyyən olunur. (mənzilin ümumi sahəsinin artıb azalmasına uyğun olaraq). Lakin buna baxmayaraq 03 sentyabr 2019-cu il tarixli maliyyə arayışında Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 heç bir borcu olmaması qeyd olunub. Göründüyü kimi müqavilə ilə maliyyə arayışı arasında ziddiyyət mövcuddur. Belə ki, müqavilədə mənziln dəyəri binanın tikintisi başa çatdıqdan sonra müəyyənləşəcəkdir yazılsa da müqavilə ilə eyni tarixdə verilmiş 03 sentyabr 2019-cu il tarixli maliyyə arayışında Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 heç bir borcu olmaması qeyd olunub. Bundan başqa 12 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış materiala dair cinayət işinin başlanması rədd edilmişdir. “Cavabdeh2 izahatında bildirmişdir ki, o 2019-cu ildə “Alyans-NN" MTK-nın maliyyə arayışı ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 105 ünvanında yerləşən 110A saylı binanın 1-ci girişinin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli yaşayış mənzilini 80000 manat məbləğində təmirli vəziyyətdə almışdı.” Lakin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin 2.2-ci bəndində “mənzil daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən “Payçı”ya təhvil veriləcəkdir” qeyd olunub. Göründüyü kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə ilə məhkəmədə müəyyən olunmuş hallar arasında ziddiyyətlər var və cavabdehlər bunun əksini sübuta yetirəcək heç bir mötəbər sübut məhkəməyə təqdim etmədilər. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, X10 DİN-nin 102 xidmətinə şikayət etdikdən sonra mübahisəli mənzili 7 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Cavabdeh2 Bakı şəhəri 21 saylı notariat ofisində 4Ə-920 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Mülki Məcəllənin normalarına və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. Beləliklə, “Alyans-NN" MTK-nın mənzili satmağa səlahiyyəti olmadığından və yuxarıda qeyd olunan ziddiyyətlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixdə bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli müqavilə etibarsız olduğundan onun doğurduğu hüquqi nəticələr də etibarsızdır. Odur ki, müqavilə əsasında mənzilə dair Cavabdeh2 verilmiş maliyyə arayışı və xx.xx.2019-cu il tarixli ümumi yığıncağının 108 №-li protokolu etibarsız hesab edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli ümumi yığıncağının 108 №-li protokoluna diqqət yetirilsə “gündəlik”də qoyulan məsələ ilə “qarara alındı” hissəsi ziddiyyətlidir. Belə ki, yığıncağın gündəliyində “pay haqqını tam ödəmiş kooperativ üzvlərinə avtodayanacağın özəlləşdirib mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış alınması” olsa da, qərara alındı hissəsində Cavabdeh2 kooperativə üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil tam mülkiyyətinə verilməsi qeyd olunmuşdur. 03 sentyabr 2019-cu il tarixdə bağanmış müqavilə etibarsız hesab edildiyindən Cavabdeh2 verilmiş çıxarış da ləğv olunmalıdır. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbinin həmin hissələrinə dair cavabdehlər Cavabdeh3 və Cavabdeh4 “Alyans-NN" MTK-nın mənzili Cavabdeh2 satmağa səlahiyyəti olmadığını bilmələri barədə kifayət qədər sübutlar təqdim edilməmişdir. Beləliklə, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. Mülki işin hallarından cavabdehlər Cavabdeh3 və Cavabdeh4 əldə etdikləri mənzili qısa müddətdə özgəninkiləşdirmək istəmələri şübhə doğurur. Belə ki, Cavabdeh3 mübahisəli mənzili 1 ay 4 gündən sonra xx.xx.2024-cü il tarixində Bakı şəhəri 29 saylı notariat ofisində 4Ə-762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh4 satmışdır, Cavabdeh4 02 sentyabr 2024-cü il tarixdə artıq "xxxx" ASC-yə kredit üçün müraciət etmişdir. Halbuki, Cavabdeh3 mənzilə dair çıxarışı 03 sentyabr 2024-cü il tarixdə almışdır. Cavabdeh4 isə qısa müddətdə "xxxx" ASC-dən, mənzili ipotekaya qoyaraq kreditlə almasına baxmayaraq mənzili satmaq niyyətində olduğunu bildirmiş və X25 ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli beh müqaviləsini məhkəməyə təqdim etmişdir. Lakin qeyd olunanlar mübahisələndirilən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz əqd olması və görünüş üçün bağlanmasını təsdiq etmir və etibarsız hesab olunmasına əsas vermir. Məhkəmə, mübahisəli mənzilin hazırda Cavabdeh4 mülkiyyətində olduğundan və "xxxx" ASC-də yüklü olduğundan iddiaçıya "xxxx" MTK-dan mənzilin dəyərini tələb etmək hüququnun olmasını izah etməyi zəruri hesab edir. Həmçinin məhkəmə iddia tələbinin “Cavabdeh1 MTK-nın ümumi yığıncağı keçirilərək onun MTK-nın üzvlüyünə qəbul edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyin Cavabdeh1 MTK-nın üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh1 MTK-nın mənzilləri satmaq və maliyyə arayışı vermək hüququ olmadığından onun üzərinə belə öhdəlik qoyula bilməz. Məhkəmə, Cavabdeh4 vəkili və nümayəndəsi Nümayəndə etirazında və çıxışında iddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətinin buraxılmasını bildirməsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 2024-cü ildə qapının kilidi dəyişdikdən sonra mənzilin digər şəxslərə satılması barədə məlumatı olması müəyyən olundu. Ona görə məhkəmə hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, maraqlı şəxs Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtdan qanunvericinin müəyyən etdiyi bir illik müddət ötürülmüş hesab edilir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1-337.5, 338, 354.2, 385.1, 386.1, 389.1, 390,1, 399.1, 404.1, 425.1, 425.2-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin olunmadığı hissələrdə ləğv edilib tam təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddiaçının apelyasiya şikayətinin dəlillərinə görə, Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Məzahir Məmmədlinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı 12 avqust 2024-cü il tarixdə qəbul edilmişdir və tərəflərə 15 avqust 2024-cü il tarixdə göndərilmişdir. Cavabdeh2 hələ iş 20-ci Polis Bölməsində araşdırılarkən mənzili tez tələsik xx.xx.2024-cü il tarixdə Cavabdeh3 satmışdır. İddia ərizəsi icraata götürüldükdən sonra xx.xx.2024-cü il tarixdə MTT ilə məhkəməyə müraciət edərək Cavabdeh2 adına rəsmiləşdirilmiş mübahisəli olan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən 110 “A” nömrəli evin, 8 saylı mənzilin (yeni qaydalarla: AZ 1022 Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, giriş 152, M4, m3) üzərinə həbs qoyulması barədə qərardad çıxarıb icra olunması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə göndərilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli, 16(007)-218/2024 saylı qərardadı ilə 2(007)-2869/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir. Lakin mənzillə bağlı mülki işə məhkəmədə baxılarkən məhkəmənin qərardadı ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən 110A nömrəli evin, 8 saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilməsinə baxmayaraq mənzil təkrarən xx.xx.2024-cü il tarixdə tez tələsik Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmışdır, yəni mübahisəli mənzilin satılmasına qadağa qoyulması barədə qərardad çıxarıldıqdan 22 gün sonra təkrar tez tələsik satılmışdır. Burada bir məqsəd olmuşdur, bir neçə dəfə alqı-satqı edib görünüş üçün vicdanlı alıcı statusuna gətirib çıxartmaq. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki (73 nömrəli bəndi), mülki işin hallarından cavabdehlər Cavabdeh3 və Cavabdeh4 əldə etdikləri mənzili qısa müddətdə özgəninkiləşdirmək istəmələri şübhə doğurur. Belə ki, Cavabdeh3 mübahisəli mənzili 1 ay 4 gündən sonra xx.xx.2024-cü il tarixində Bakı şəhəri 29 saylı notariat ofisində 4Ə-762 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh4 satmışdır, Cavabdeh4 02 sentyabr 2024-cü il tarixdə artıq "xxxx" ASC-yə kredit üçün müraciət etmişdir. Halbuki, Cavabdeh3 mənzilə dair çıxarışı 03 sentyabr 2024-cü il tarixdə almışdır. Cavabdeh4 isə qısa müddətdə "xxxx" ASC-dən, mənzili ipotekaya qoyaraq kreditlə almasına baxmayaraq mənzili satmaq niyyətində olduğunu bildirmiş və X25 ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli beh müqaviləsini məhkəməyə təqdim etmişdir. Lakin qeyd olunanlar mübahisələndirilən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz əqd olması və görünüş üçün bağlanmasını təsdiq etmir və etibarsız hesab olunmasına əsas vermir. Məhkəmə qeyd olunan məsələyə düzgün hüquqi qiymət verməmişdir. Ümumiyyətlə Cavabdeh2 bütün məhkəmə iclaslarından xəbər olmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir, çünki bilirdiki vicdanlı alıcı deyil, görünüş üçün bağlanmış müqavilə olmuşdur. Mənzilidə Nəsimi RPİ-nin 20-ci PB-də araşdırılan zamanı tez tələsik xx.xx.2024-cü il tarixdə Cavabdeh3a satmışdır. Digər Cavabdeh3 vicdanlı sayıla bilməz. Belə ki, məhkəmə iclasında sual cavab zamını nümayəndəsinin mənzili hansı qiymətə aldığına dair sualına ziddiyətli cavab vermişdir. Belə ki, Cavabdeh3 2 ay əvvəl aldığı mənzil alqı-satqı müqaviləsində 115000 manat göstərildiyi halda, məhkəmə iclasında mənzili Cavabdeh2 119000 manata aldığını bildirmişdir, yəni şəxs 2 ay əvvəl aldığı mənzilin qiymətini dəqiq bilmir. Bunda başqa, Cavabdeh3 aldığı mənzili 1 ay 4 gün sonra tez tələsik satmasını ümumiyyətlə niyə satmasını cavablandıra bilməmişdir. Cavabdeh3 vicdanlı alıcı ola bilməz. Digər cavabdeh X8 vicdanlı sayıla bilməz. Belə ki, məhkəmə iclasında cavabdeh X8 bildirmişdir ki, mənzili “bina.az” saytından bəyənərək tapmış və ipoteka ilə almışdır. Lakin mülki iş materiallarında ziddiyyətli məqamlar ortaya çıxır. Belə ki, Cavabdeh3 Cavabdeh2 mənzilə dair alqı-satqı müqaviləsi bağlanandan sonra çıxarışını xx.xx.2025-ci il tarixdə almışdır, bu mübahisəsiz haldır, çünki çıxarışda həmin tarix göstərilmişdir. Həmin vaxt Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardaı ilə mübahisəli mənzilin özgəninkiləşdirilməsi qadağan edilməsi barədə qərardıd icrada olmuşdur. Xalq Bankdan alınmış sənədlərdə görünür ki, X8 02 sentyabr 2024-cü il tarixdə artıq "xxxx" ASC-yə kredit üçün müraciət etmişdir. Halbuki, Cavabdeh3 mənzilə dair çıxarışı 03 sentyabr 2024-cü il tarixdə almışdır. Yəni əgər şəxslər bir birini tanımırlarsa və yalnız “bina.az” saytından mənzili bəyənərək almaq qərarını gəlmişdirsə, Cavabdeh3 03 sentyabr 2024-cü il tarixdə müabisəli olan mənzilə çıxarış almışdırsa, necə ola bilər ki, həmin mənzillə bağlı X8 02 sentyabr 2024-cü il tarixdə həmin mənzillə bağlı ipotekaya qoyularaq kredit ayrılması ilə bağlı banka müraciət etmişdir. Göründüyü kimi tərəflər bir - birilərini qabaqcadan tanımışdırlar və məqsədyönlü şəkildə guya görünüş üçün ipoteka ilə mənzili alaraq aradan çıxartmaq istəmişdirlər. Cavabdeh4 isə qısa müddətdə "xxxx" ASC-dən, mənzili ipotekaya qoyaraq kreditlə almasına baxmayaraq mənzili sonra tez tələsik satmaq niyyətində olduğunu bildirmiş və X25 ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli beh müqaviləsini məhkəməyə təqdim etmişdir. Göstərilənləri ümumiləşdirərək belə nəticəyə gəlinir ki, cavabdehlər qabaqcadan əlbir olmuşlar və gələcəkdə alqı-satqımüqaviləsinin etibarsız hesab olunacağına əmin olduqdan sonra, mənzili əlində saxlamaq məqsədilə Cavabdeh4 ilə formal alqı-satqımüqaviləsi bağlamaqla, sonuncunun vicdanlı alıcı olması görüntüsünü yaratmaq məqsədini güdmüşdürlər.
24. Cavabdeh1 MTK apellyasiya şikayəti verərək iddianın təmin olunduğu hissələrdə ləğv edilərək tam rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Cavabdeh1 MTK-nın apellyasiya şikayətinin dəlillərinə əsasən işə mahiyyəti üzrə baxıldığı zaman onlar tərəfindən məhkəmədə verilən izahat və məlumata əsasən göstərilmişdir ki, Cavabdeh1 MTK xüsusi mülkiyyətində olan torpaq sahəsində, BİH-nin müvafiq sərəncamına əsasən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi qərara alınmış və bu tikintinin həyata keçirilməsi ilə bağlı, "xxxx" MMC ilə Cavabdeh1 MTK arasında xx.xx.2008-ci il tarixli podrat müqaviləsi imzalanmışdır. Həmin podrat müqaviləsinin şərtlərinə əsasən gəlirin 75%-i "xxxx" MMC-yə, 25%-iisə Cavabdeh1 MMC-i arasında bölünməli idi. Tikinti aparılarkən, bir sıra mənzillər və qeyri-yaşayış sahəsi eksperiment olaraq, bahalı olmayan tikinti materiallarından istifadə olunmaqla təmir etdirilmiş və təmirli satılması qərara alınmışdır. Bu mənzillərdən də biri hazırki iş üzrə mübahisələndirilən mənzil olmuşdur ki, həmin mənzil də, Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 satılmışdır. "xxxx" MMC ilə Cavabdeh1 MTK arasında mübahisələr yarandığından, tərəflər bir-birlərini məhkəməyə vermiş və məhkəmə gedişatı zamanı, məhkəmə tərəfindən artıq yaşayış və qeyri-yaşayış sahələrinin fiziki və hüquqi şəxlərə satıldığı müəyyən edilmişidir. Məhz bu səbəbə görə də, Cavabdeh1 MTK-nın xx.xx.2008-ci il tarixli podrat müqaviləsi üzrə tam verilməyən hissələrinin MTK-ya verilməsi mümkünsüz olduğundan, Cavabdeh1 MTK-nın, eləcə də "xxxx" MMC-nin iddiaları təmin edilməmişdir. Daha sonra məhkəmədə bildirilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli podrat müqaviləsi üzrə Cavabdeh1 MTK-i "xxxx" MMC-yə satış hüququ versə də, bu hüququn özünə aid hissədə məhdudlaşdırılması müqavilədə göstərilməmiş və tərəflərin əməkdaşları öz aralarında dəqiqləşdirmələr aparmaqla, satışı həyata keçirmişlər. 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil Cavabdeh2 satılmışdır. MTK tərəfindən 03 sentyabr 2019-cu il tarixli maliyyə arayışı verilmiş, mənzilin Cavabdeh2 məxsus olması və onun heç bir borcunun olmaması göstərilmişdir. Bundan sonra mənzil Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. "xxxx" MMC-nin təsisçisi iddiaçının qaynı X26, faktiki rəhbəri isə əri X16, MMC-nin satış şöbəsinin müdiri əri və qayınının bacısı oğlu Əli Allahverdiyevdir. Mənzilin ilk müqaviləsi xx.xx.2015-ci il tarixindən formal olaraq iddiaçının oğlu X3 adına arxa tarixlə tərtib olunmuş, sonradan iddiaçı və onun qohumları müəyyən ediblər ki, 2015ci ildə X3 17 yaşı olub, yəni 18 yaşı tamam olmayıb və yetkinlik yaşına çatmamışdır. Bundan sonra müqavilə "xxxx" MMC tərəfindən arxa tarixlə tərtib edilərək, İddiaçı adına dəyişilib. Eyni zamanda o da göstərilmişdir ki, müqaviləni imzalayan şəxs "xxxx" MMC-nin direktoru Şahin Mehtiyev göstərilsə də, müqaviləni direktor yox, iddiaçının əri Üzeyir Həsənovun bacısı oğlu, satış şöbəsinin müdiri Ə.Allahverdiyev öz imzası ilə imzalayaraq təsdiq etmişdir. Yuxarıda göstərilən faktlar iş üzrə şahid qismində dindirilmiş, xx.xx.2008-ci ildən xx.xx.2021-ci il tarixinədək "xxxx" MMC-nin direktoru olmuş Şahin Mehtiyev tərəfindən də tam olaraq təsdiq edilmişdir. Belə ki, Şahin Mehtiyev şahid qismində məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, “o əvvəl "xxxx" MMC-nin direktoru olmuşdur. Həsənov Zaur MMC-nin təsisçisi olub. Şirkət bina tikintisi ilə məşğul olurdu. Hüseynov Üzeyir isə sahibkar olub. Şirkət "xxxx" MTK-nın sifarişi ilə evlərtikirdi. Əli Allahverdiyev satış şöbəsinin müdiri idi, satışla o, məşğul olurdu. Binada 10 blok olub. O, faktiki direktor olmuşdur yəni tikinti işi ilə məşğul olurdu. Binanı təhvil verib, getmişdir. O, mənzillərin kimə satılmasını bilmir. X11rdaşdırlar. "xxxx" MMC-nin faktiki sahibi Üzeyir Həsənov olub, onu işə qəbul edən Üzeyir müəllim olubo, onun tapşırıqlarını yerinə yetirirdi. Sənəd üzərində təsisçi Həsənov Zaur gedirdi. Sənədlərdə olan imza (yəni iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə olan imza) onun deyil. Aralarındakı razılaşmaya görə 75%-i "xxxx" MMC-nin, 25%-i "xxxx"MTK-nın olub. Tikililərin bölgüsü isə qeyri-rəsmi olub, heç yerdə yazılmayıb.” Daha sonra Şahin Mehtiyev bildirmişdir ki, Əli Allahverdiyevə onun adından müqaviləni imzalamaq üçün rəsmi qaydada imzalanmış və təsdiq olunmuş daxili qərarı olmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, iş üzrə şahid qismində dindirilmiş iddiaçının oğlu X10 məhkəmədə verdiyi ifadəsində "xxxx" MMC-nin satış şöbəsinin müdiri Əli Allahverdiyevin bibisi oğlu, təsisçi Zaur Həsənovun əmisi olduğunu təsdiq etmişdir. Məhkəmə qətnaməni əsaslandırarkən, iş materiallarında olan sənədlərə istinad edərək göstərmişdir ki, “18."xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli, 421 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110Asaylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil İddiaçı satılmışdır. Müqavilə satış şöbəsinin müdiri Allahverdiyev Əli tərəfindən imzalanmışdır.” Məhkəmə müqavilənin satış şöbəsinin müdiri Allahverdiyev Əli tərəfindən imzalanmasını özü də təsdiq etsə də və bu müqavilənin ümumiyyətlə Əli Allahverdiyev tərəfindən imzalanmasına səlahiyyətinin olub-olmamasını araşdırsa da, buna lazımi hüquqi qiymət verməmişdir. Halbuki, tərəfimizdən verilmiş sorğu əsasında, məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli müşayət edici məktuba əlavə edilmiş vergi orqanın təqdim etdiyi sənədlərdən görünür ki, "xxxx" MMC-nindovlət qeydiyyatına alındığı tarixdən hazırki dövrədək olan təsisçisi Zaur Həsənov, rəhbəri barədə məlumatlar və dövlət reyestrindən çıxarışlarda müqavilə bağlandığı zaman "xxxx" MMC-nin qanuni təmsilçisi isə Şahin Mehtiyev olmuşdur. Göründüyü kimi, müqavilə artıq onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Müqavilənin arxa tarixlə imzalanmasını, "xxxx" MMC-nin faktiki olaraq iddiaçının ərinə məxsus olması, direktorun isə iddiaçının əri tərəfindən verilən göstəriş əsasında, təsisçi Zaur Həsənov tərəfindən təyin edildiyini, müqaviləyə imza atan satış müdiri Əli Allahverdiyevin də Zaur və Üzeyir Həsənovların bacısı oğlu olmasını bildirsək də və işin bu halı məhkəmə tərəfindən də müəyyən edilsə də, məhkəmə buna lazımi hüquqi qiymət verməmişdir. Daha sonra göstərilməlidir ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin qəbzlərinə istinad edərək göstərmişdir ki, “25. "xxxx" ASC-nin xx.xx.2023- cü il və xx.xx.2024-cü il tarixli qəbzlərindən göründüyü kimi bina "xxxx" MMC-yə məxsusdur.” Məhkəmənin bu qəbzlərə istinad edərək binanın "xxxx"MMC-yə məxsus olmasını göstərməsi tam absurt olmaqla əsassızdır. Belə ki, iş materiallarında kifayət qədər əsas verici sənədlər mövcuddur ki, bu sənədlər binanın "xxxx" MTK-ya məxsusluğunu, tikinti ilə bağlı sərəncamın "xxxx" MTK-ya verilməsi, həmçinin tikinti altı torpaq sahəsinin də "xxxx" MTK-nın xüsusi mülkiyyətində olmasını təsdiq edir. Məhkəmənin yanaşmasından görünür ki, işə baxan məhkəmə öz qətnaməsini əsaslandırarkən, iş materiallarında olan sənədləri dolayısı olaraq iddianın təmin edilməsinə yönəldərək, mövcud olmayan faktları da təsdiq etməklə iddianı qismən təmin etmişdir. O da qeyd olunmalıdır ki, məhkəmə iş materiallarında olan "xxxx" MMC-nin absurd və əsassız olan xx.xx.2025-ci il tarixli ərizəsinə istiand etməkdə də, yalnış mövqe tutmuşudr. Belə ki, yuxarıda göstərildiyi kimi, aparılan məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin faktiki olaraq iddiaçının ərinə məxsus olması, direktorun isə ərinin göstərişi ilə iddiaçının qayını olan təsisçi Zaur Həsənov tərəfindən təyin edildiyini, müqaviləyə imza atan satış müdiri Əli Allahverdiyevin də Zaur və Üzeyir Həsənovların bacısı oğlu olması tam təsdiq edilmişdir. İş materiallarından, eləcə də iddiaçı "xxxx" MMCni iddia ərizəsində cavabdeh deyil, iddiaçı tərəfdən üçüncü şəxs qismində qeyd etməsindən də göründüyü kimi, "xxxx" MMC ilə iş üzrə İddiaçı, Cavabdeh1 MTK-ya və digərcavabdehlərə qarşı əlbirdirlər, birgə maraqlara xidmət edirlər və nəticə etibarı ilə, hazırkı iddia tələbi əsassız və qondarma iddia tələbi olmasına baxmayaraq, məhkəmə işin bu hallarını da nəzərə almamışdır. Daha sonra məhkəmə qətnaməsini əsaslandırarkən, məhkəmənin mövqeyi olaraq göstərmişdir ki, “49. Göründüyü kimi “Alyans-NN"MMC ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli podrat müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən binanın bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirmək yalnız "xxxx" MMC-nin səlahiyyətindədir. Cavabdeh1 MTK-nın belə səlahiyyəti yoxdur. Həmin müqaviləsinin 1.2-ci bəndinə əsasən 1.1-ci bəndində qeyd edilmiş işlər lazımı qaydada tam başa çatdıqdan sonra həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələri daxil olmaqla ümumi sahəsinin 25%-i sifarişçinin “Alyans NN" MMCnin, 75%-İ podratçının "xxxx" MMC-nin mülkiyyətinə verməklə tərəflər arasında bölünəcəkdir. 50. Müqavilənin “1.1-ci bəndində qeyd edilmiş işlər lazımı qaydada tam başa çatdıqdan sonra” hissəsinə münasibətdə məhkəmə bildirir ki, müqavilənin 1.1-ci bəndində açıq-aydın "xxxx" MMC-nin“həmin binanın bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəkdir.” qeyd olunub. Yəni satış etmək hüququ yalnız podratçı "xxxx" MMC-yə verilmişdir. Həmçinin müqavilənin hər hansı bəndində Cavabdeh1 MMCnin satış etmək hüququ olmasına dair qeyd yoxdur. 51. Lakin buna baxmayaraq "xxxx" MTK iddiaçıya məxsus olan ünvan 4 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilini Cavabdeh2 satmış, həmçinin ona borcunun olmamağına dair maliyyə arayışı vermişdir.” Qətnamənin 49,50,51-ci bəndlərində göstərilənlərlə bağlı qeyd olunmalıdır ki, məhkəmə artıq özünün iddia tələbinin qismən təmin edilməsi ilə bağlı qəbul etdiyi qətnaməsini əsaslandırmaqdan ötrü, Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli podrat müqaviləsinin bəndlərini şərh edərək, özünə aid olan səlahiyyətlər daxilindən kənara çıxmışdır. Belə ki, məhkəmə qətnaməsində qeyd olunduğu kimi, “Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli podrat müqaviləsində ünvan 5 ünvanında yerləşən binanın bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirmək yalnız "xxxx" MMC-nin səlahiyyətində olması”na, yəni yalnız sözünə dair müddəalar, tərəflər arasında bağlanmış adı çəkilən müqavilənin heç bir bəndində öz əksini tapmamışdır. Həmin müqavilə ilə Cavabdeh1 MMC-i tərəfindən"xxxx" MMC-yə satış hüququ verilmiş və Cavabdeh1 MMC müqavilə üzrə özünün satışla bağlı hüquqlarını məhdudlaşdıran hər hansısa bənd və ya müddəalar müqavilədə qeyd etməmişdir. Məhkəmə öz qətnaməsini əsaslandırarkən, yuxarıda göstərilən “yalnız” sözünü "xxxx" MMC-nin absurd və əsassız olan xx.xx.2025-ci il tarixli ərizəsində eyni ilə göstərilmiş kimi qeyd etməklə, sanki iddiaçıya tələbinin təmin olunmasında yardım etmək niyyəti daşımasını açıq və aşkarcasına nümayiş etdirmişdir. Çoxmənzilli hündürmərtəbəli yaşayış binası və onun altında yerləşən torpaq sahəsi Cavabdeh1 MTK-ya məxsus olmuşdur. "xxxx" MMC-i bu sahənin podratçısı olmuş və onun əmlaka dair mülkiyyət və sahiblik hüququ olmamışdır. Bu hüquq yalnız Cavabdeh1 MTK-ya məxsus olmuşdur. Cavabdeh1 MTK-a da öz hüquqlarından istifadə edərək, özünə məxsus olan yaşayış və qeyri-yaşayış sahələrini sata bilərdi və onun qanunla qorunan bu hüququ heç bir halda məhdudlaşdırılmamışdır. Bu hal ona bənzəyir ki, sanki mülkiyyətçi olan şəxs özünə məxsus olan əmlakların satılmasına digər şəxsə səlahiyyət verilməsinə dair etibarnamə verir və məhkəmə bu etibarnamənin verilməsinə istinad edərək, göstərir ki, mülkiyyətçinin öz əmlaklarını satmaq hüququ yoxdur. Göründüyü kimi, məhkəmənin bu yanaşması da absurd olmaqla əsassız olmuşdur. Digər tərəfdən o da göstərilməlidir ki, məhkəmə öz qətnaməsində göstərmişdir ki, “52. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə X10 arasında bağlanmış 25 may 2015-ci il tarixli, 431 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylıbinanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil X1. Müqaviləsatış şöbəsinin müdiri Allahverdiyev Əli tərəfindən imzalanmışdır. Həmçinin 25 may 2015-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilin dəyəri tam ödənilmişdir. 53. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, mənzili 2015-ciildə ailə büdcəsinin vəsaiti hesabına alıblar. Həmin vaxt onun 17 yaşı olub. Ailənin razılığı ilə mənzilə dair müqavilə 2015-ci ildə anası ilə bağlandı. Müqavilə rəsmiləşdikdə o, orada iştirak etmişdir. Evi alandan 3-4 ay sonra müqavilə anası ilə bağlanmışdır. 55. X10 mənzilin 2015-ci ildə ailə büdcəsininvəsaiti hesabına alındığını və ailənin razılığı ilə mənzilə dair müqavilənin 2015-ci ildə anası ilə bağlandığını bildirmişdi. Qanunvericiliyin də tələbindən göründüyü kimi 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar əqd bağlayarkən öz valideynlərinin razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri tərəfindən bəyənildikdə də etibarlıdır. Beləliklə, 17 yaşı tamam olmuş X5 "xxxx" MMC ilə bağladığı 25 may 2015-ci il tarixli, 431 nömrəli müqavilə anası İddiaçı tərəfindən bəyənildiyindən,bir neçə ay sonra mənzilə dair müqavilə onunla bağlanmışdır. 56. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə İddiaçıarasında bağlanmış 20 oktyabr 2015ci il tarixli, 421 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil İddiaçı satılmışdır. Həmçinin 20 oktyabr 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilin dəyəri tam ödənilmişdir.” Məhkəmə qətnaməsinin 52,53,55,56-cı bəndlərində göstərilənlərlə bağlı bildirilir ki, iş materialları ilə təsdiq olunduğu və yuxarıda göstərildiyi kimi, "xxxx" MMC İddiaçı əri X12 məxsus olduğundan və satış üzrə müdir X23 Həsənovun bacısı oğlu olduğundan, şirkətin adından və möhürü ilə istədikləri zaman arxa tarixlə müqavilə və maliyyə arayışı tərtib edərək, bu sənədlərin həmin tarixlərə aid olmasını israrla bildirə bilərlər. Məhkəmə özü də qeyd etmişdir ki, müqavilə satış şöbəsinin müdiri Allahverdiyev Əli tərəfindən imzalanmışdır. Faktriki olaraq məhkəmə bu müqaviləni imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasını müəyyən etmiş, lakin buna hüquqi qiymət verməmiş, yəni bu müqaviləni artıq imzalandığı andan etibarsız müqavilə olmasına qiymət verməmişdir. Burada bir sual yaranır ki, 17 yaşı tamam olmuş X3"xxxx" MMC arasında 25 may 2015-ci il tarixində, 431 nömrəli müqavilə bağlandığı zaman, özünün də bildirdiyi kimi, mənzil ailə büdcəsi vəsaiti hesabına alınmışdırsa, o zaman "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli, 421 müqavilənin bağlanmasına nə zərurət var idi? Digər tərəfdən müqavilələrin sonradan arxa tarixlə yazılması onunla da təsdiq olunur ki, X10 ilə "xxxx" MMC arasında 25 may 2015-ci il tarixində, 431 nömrəli müqavilə bağlanması göstərilmiş, lakin beş ay keçdikdən sonra, "xxxx" MMC ilə İddiaçı arasında, bağlanmış müqavilə 20 oktyabr 2015-ci il tarixli, 421 nömrəsi ilə qeydə alınmışdır. Məlumdur ki, bütün idarə və təşkilatlarda, həmçinin özəl şirkət və müəssisələrdə tərtib edilən müqavilələrdə və yazılan digər sənədlərdə, nömrə sıralanması günlər və aylar keçdikcə, sıralanma nömrəsi də artır, bu müqavilələrdə göstərildiyi kimi azalmır. Eyni zamanda o da göstərilməlidir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli, 421 müqaviləyə nəzər yetirildikdə, müqavilənin heç bir bəndində bu mənzilin onun oğluna məxsus olması, onun oğlunun mənzildən imtina etməsi və bunun əsasında "xxxx" MMC ilə İddiaçı arasında müqavilənin bağlanması öz əksini tapmamışdır. Əksinə müqavilənin 1-ci bəndində göstərilir ki, “Cəmiyyət” ünvan 3 ünvanında yerləşən, "xxxx" MMC tərəfindən ünvan 6əkdə olan bina110A, giriş-1, mərtəbə- 3, mənzil 8 i “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş sahə haqqının vaxtında ödənilməsini öhdəsinə götürür:” Göründüyü kimi, müqavilənin nə bu bəndində, nə də digər bəndlərində mənzilin dəyərinin onların ailə büdcəsi vəsaiti hesabına oğlu tərəfindən 25 may 2015-ci il tarixində bağlanmış müqavilə əsasında ödənilməsi və bunun artıq yeni müqavilə bağlanıldığı zaman nəzərə alınması göstərilməmişdir. İşin bu halları da müqavilələrin sonradan yazılmasını tam təsdiq edir. Daha sonra qeyd etmək istərdik ki, məhkəmə qətnaməsini əsaslandırarkən göstərmişdir ki, “57 . İş materiallarına əlavə olunmuş Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil Cavabdeh2 satılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən göstərilən mənzilin ümumi dəyəri binanın tikintisi başa çatdıqdan sonra dəyəri müəyyənləşəcəkdir məbləğində müəyyən olunur. (mənzilin ümumi sahəsinin artıb azalmasına uyğun olaraq). Lakin buna baxmayaraq 03 sentyabr 2019-cuil tarixli maliyyə arayışında Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 heç bir borcu olmaması qeyd olunub. 58. Göründüyü kimi müqavilə ilə maliyyə arayışı arasında ziddiyyət mövcuddur. Belə ki, müqavilədə mənziln dəyəri binanın tikintisi başa çatdıqdan sonra müəyyənləşəcəkdir yazılsa da müqavilə ilə eyni tarixdə verilmiş 03 sentyabr 2019-cu il tarixli maliyyə arayışında Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 heç bir borcu olmaması qeyd olunub. 59. Bundan başqa 12 avqust 2024- cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasındatoplanmış materiala dair cinayət işinin başlanması rədd edilmişdir. “Cavabdeh2 izahatında bildirmişdir ki, o 2019-cu ildə “Alyans-NN" MTK-nın maliyyə arayışı ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 105 ünvanında yerləşən 110A saylı binanın 1ci girişinin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli yaşayış mənzilini 80000 manat məbləğində təmirli vəziyyətdə almışdı.” 60. LakinCavabdeh1 ilə Cavabdeh2arasında bağlanmış 03 sentyabr 2019- cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin 2.2-ci bəndində “mənzil daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən “Payçı”ya təhvil veriləcəkdir” qeyd olunub. 61 . Göründüyü kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə ilə məhkəmədə müəyyən olunmuş hallar arasında ziddiyyətlər var və cavabdehlər bunun əksini sübuta yetirəcək heç bir mötəbər sübut məhkəməyə təqdim etmədilər. 68. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli ümumi yığıncağının 108 №-li protokoluna diqqət yetirilsə “gündəlik”də qoyulan məsələ ilə “qarara alındı” hissəsi ziddiyyətlidir . 6 9 . Belə ki, yığıncağın gündəliyində “pay haqqını tam ödəmiş kooperativ üzvlərinə avtodayanacağın özəlləşdirib mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış alınması” olsa da, qərara alındı hissəsində Cavabdeh2 kooperativə üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil tam mülkiyyətinə verilməsi qeyd olunmuşdur.” Məhkəmənin qətnaməsinin əsaslandırıcı hissələrində 57,58,59,60,61,68,69cu bəndlərində göstərilənlərlə bağlı bildirmək istərdik ki, keçirilən məhkəmə iclaslarında Cavabdeh2 ilə bağlanmış müqaviləyə dair tərəfimizdən qeyd olunmuşdur ki, müqavilədə mənzil təmirsiz göstərilsə də, mənzil sıradan olan təmirli vəziyyətdə tərəfimizdən Cavabdeh2 satılmış və müqavilədə onun təmirsiz göstərilməsi texniki səhvdən irəli gəlmişdir. O ki, qaldı məhkmənin müqavilənin 2.3-cü bəndinə istinad edərək, mənzilin ümumi dəyərinin binanın tikintisi başa çatdıqdan sonra müəyyənləşəcəyinə, lakin buna baxmayaraq, 03 sentyabr 2019-cu il tarixli maliyyə arayışında ünvan 7 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 heç bir borcunun olmamasını qeyd olunmasına və müqavilə ilə maliyyə arayışı arasında ziddiyyətin mövcud olmasına, həmçinin xx.xx.2019cu il tarixli ümumi yığıncağının 108 №-li protokoluna olan texniki səhvlərə istinad edilməsi qəbul edilməzdir. Bildiyiniz kimi, hündürmərtəbəli binaların tikinti təcrübəsində bütün MTKlarda olduğu kimi, Cavabdeh1ndə də şablon olaraq satış müqavilələri binanın tikintisinə başlamazdan əvvəl hazırlanaraq, hər bir vətəndaşa münasibətdə satış aparıldığı zaman şablon müqavilə üzərində vətəndaş barəsində məlumatlar və satılan mənzilin sıralanma nömrəsi dəyişdirilməklə, müqavilələr bağlanılır. Eyni zamanda, ümumi yığıncağın qərarları da göstərdiyimiz qaydada yazıldığından, əməkdaşlarımız tərəfindən texniki səhvlərə yol verilmişdir. Məhkəmənin diqqət çəkdiyi bu formallıq Cavabdeh1 ilə ƏliyevBəylər Sərdar oğlu arasında bağlanan müqavilənin şübhə altına almasına və onun etibarsız hesab edilməsinə heç bir əsas vermədiyi halda, məhkəmə öz qətnaməsini əsaslığını istənilən texniki səhvə istinad etməklə, əsaslandırmağa çalışmışdır. X10 ilə "xxxx" MMC arasında 25 may 2015-ci il tarixində, 431 nömrəli müqavilə və "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli, 421 müqavilə üzrə imzalayan şəxs "xxxx" MMC-nin direktoru Şahin Mehtiyevin adı göstərilsə də, müqavilələri onu imzalamağa MMC-nin direktoru adından səlahiyyəti olmayan, iddiaçının əri Üzeyir Həsənodun bacısı oğlu Əli Allahverdiyev tərəfindən imzalanması öz təsdiqini məhkəmədə tapsa da, məhkmə buna hüquqi qiymət verməmiş və əhəmiyyətsiz, bağlandığı andan özü-özlüyündə etibarsız olan müqavilə üzrə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İş materiallarında da göründüyü kimi, "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış 20 oktyabr 2015-ci il tarixli, 421 müqavilə mövcuddur. Həmin müqavilə üzrə bir-biriləri qarşısında öhdəlik götürən tərflərdir. Əgər "xxxx" MMC-i bağladığı müqavilə üzrə İddiaçı müqavilədə nəzərdə tutulmuş əmlakı təhvil verə bilmirsə və ya bu əmlak digər şəxslərə satılıbsa, o zaman İddiaçı mübahisəli əmlaka dair "xxxx" MMC-yə əmlakın müqabilində ödədiyi vəsaiti geri tələb edə bilərdi. İş materiallarından isə göründüyü kimi, "xxxx" MMC ilə iş üzrə İddiaçı Cavabdeh1 MTK-a qarşı əlbirolduqlarından, İddiaçı"xxxx" MMC-yə qarşı hər-hansısa tələb irəli sürməmişdir. Hazırkı iş üzrə iddiaçının cavabdeh qismində "xxxx" MMC-ni qoymaması çox maraq kəsb edir. Belə ki, iddia ərizəsindən görünür ki, mübahisəli mənzilin satılmasına dair mənzil tikinti müqaviləsi idiaçı ilə Cavabdeh1 MTK arasında deyil, "xxxx" MMC arasında bağlanmış, lakin iddiaçı buna baxmayaraq, iddia ərizəsində cavabdeh qismində "xxxx" MMC-ni deyil, Cavabdeh1MTK-nı cavabdeh qismində qoymuşdur. Cavabdeh tərəf olaraq hesab edirik hazırkı iş üzrə Cavabdeh1 MTK ilə "xxxx" MMC arasıda əvvələr məhz mübahisəli mənzilin yerləşdiyi binada paylarla bağlı məhkəmə mübahisəsinin olması, hazırkı mülki işdə "xxxx" MMC-nın cavabdeh qismində deyil, iddiaçı tərəfindən 3 şəxs qismndə göstərməsi, "xxxx" MMC-nin iddiaçının ərinə məxsus olması, "xxxx" MMC ilə iş üzrə İddiaçı Cavabdeh1 MTK-a qarşı əlbir olmalarını, birgə maraqlara xidmət etmələrini və nəticə etibarı ilə, hazırkı iddia tələbinin əsasız və qondarma tələb olmasını məhkəmə aydınlaşdırsa da, buna lazımi hüquqi qiymət verməmişdir.
26. Cavabdeh2 apellyasiya şikayəti verərək iddianın təmin olunduğu hissələrdə ləğv edilərək tam rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə əsasən 2019-cu ilin yay aylarında yatırım üçün mənzil axtararkən xatırlamadığı şəxs vasitəsiilə ona məlum oldu ki,Cavabdeh1 adlı şirkət Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binada 1 otaqlı orta təmirli mənzil satır. Bu mənzillə maraqlandıqdan sonra, ora baxış keçirmiş, mənzili bəyəndiyindən, həmçinin dəyəri ona uyğun olduğundanalmaq qərarına gəlmişdir. Bu məqsədlə də, Cavabdeh1 MTK ilə onun arasında 03 sentyabr 2019-cu iltarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110 Asaylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.molan 8 nömrəli orta təmirli mənzilə dair müqavilə bağlanmışdır. Elə həmin tarixdə mənzilin dəyəri olan 80.000 manatı ödədiyi üçün borcun olmaması barədə maliyyə arayışı və özəlləşməyə dair digər sənədlər də verilmişdir. Mənzilin təmirini yeniləmiş, qapısını bağlı saxlamışdır. 2024-cü ilin yay aylarında mənzili satmaq qərarına gəldim və bu barədə maklerlərə məlumat vermişdir. Maklerlər bildirdilər ki, mənzili satması üçün özəlləşdirməsi lazımdır, özəl mənzilə müştərilər çox olur. Elə bu məqsədlə də, o, mənzili özəlləşdirmək üçün RX-nə müraciət etmiş, reyestrdən çıxarış əsasında mənzil qeydiyyata alınmışdır. 2024-cü ilin avqust ayının əvvəllərində onu polis bölməsinə dəvət edərək bildirmişlər ki, mənzillə bağlı mübahisə var. O, mənzilə aid sənədləri polisə təqdim edərək xüsusi mülkiyyətində olmasını bildirmişdir. Bundan sonra mənzilimə müştəri çıxmış və 14 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında o, mənzili Cavabdeh3 satmışdır. Bundan sorna mənzilin aqibəti barəsində onun məlumatı olmamışdır. Sadəcə alqısatqıdan bir müddət keçdikdən sonra, ona məhkəmədən bildiriş gəlmiş, məhkəməyə dəvət olunmuş, düşünmüşdür ki, mənzili satdığına görə bu işin ona aidiyyatı yoxdur və bu səbəbdən də məhkəməyə getməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, məhkəmə onun Cavabdeh1 MTK ilə bağladığı 03 sentyabr 2019-cu il tarixli müqaviləni və bunun əsasında verilən sənədləri, həmçinin mənzilə dair mülkiyyət hüquqlarını ləğv etmişdir. Məhkəmənin qətnaməsi ilə tanış olduğu zaman, məlum oldu ki, məhkəmə onun sənədlərini Cavabdeh1 MTK-nı müqavilədə və üzvlük haqqında protokolda şirkətin buraxdığı texniki səhvlərə görə, eləcə də "xxxx" MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli podrat müqaviləsində göstərilənləri əsas götürərək ləğv etmişdir. O, dəyərini ödədiyi mənzili satın almışdır,"xxxx"MMC ilə Cavabdeh1 MTK arasında olan mübahisənin və ya əlaqələrinin, eləcə də Cavabdeh1MTK-nın işçilərinin sənəddə buraxdıqları texniki səhvlərin ona heç bir aidiyyatı yoxdur. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli, 421 müqavilədə "xxxx"MMC-nin direktoru əvəzinə İddiaçı qohumu ƏliAllahverdiyev tərəfindən salahiyyəti olmamasına baxmayaraq müqaviləni imza etməsini və bu faktın məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, əhəmiyyəti olan halı məhkəmə nəzərə almamışdır.
28. Cavabdehin Cavabdeh4 nümayəndəsi Nümayəndə tərəfindən iddiaçının apellyasiya şikayətinə etirazı onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh "xxxx" MTK ilə "xxxx" MMC arasıda əvvələr məhz mübahisəli mənzilin yerləşdiyi binada paylarla bağlı məhkəmə mübahisəsinin olması, hazırkı mülki işdə "xxxx" MMC-nın cavabdeh qismində deyil. 3-cü şəxs qismndə işdə işə cəlb edilməsi, "xxxx" MMC ilə iş üzrə İddiaçı əlbirdirlər, birgə maraqlara xidmət edirlər və nəticə etibarı ilə hazırkı iddia tələbi əsasız və qondarma iddia tələbidir.Bu fakt məhkəmə baxışı zamanı da təsdiqini tapmışdır. Belə ki, müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin təsisçisi və faktitki sahibi hazırkı iş üzrə iddiaçının əri olmuşdur. O, mübahisə predmeti olan mənzilin vicdanlı sahibidir və həmin mənzilin əvvəlki sahibi olan Cavabdeh3 həmin mənzilin qanuni mülkiyyətçisi və sahib olduğunu bilib ondan mənzil almışam. Belə olan halda mənim mənzil və mülkiyyət hüquqlarımın hər hansı formada pozulmasına və ya məhdudlaşdırımasına yol verilməməlidir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. İddiaçının nümayəndəsi Vəkil1 İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək həmin apellyasiya şikayətinin təmin, digər apellyasiya şikayətlərinin isə təmin olunmamasını xahiş etdi.
30. Cavabdeh1 MTK-nın nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi.
31. Cavabdeh4 nümayəndəsi Nümayəndə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
32. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X9 "xxxx" ASC ilə bağlanmış ipoteka və alqı – satqı müqaviləsinin etibarsızlığı üçün əsasların olmadığını bildirdi. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 452.1. Fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
34. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarı: “...Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. ... Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. ”
36. Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı: “Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).”
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı: ... yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
39. İddiaçının apellyasiya şikayəti ilə qətnamə iddianın rədd olunduğu hissələrdə, cavabdehlərin apellyasiya şikayətləri ilə iddianın təmin olunduğu hissələrdə mübahisələndirilərək həmin hissələrdə ləğvi tələb olunduğundan məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmalıdır.
41. Cavabdehlərin apellyasiya şikayətlərinin mahiyyətini iddianın təmin olunduğu hissə, yəni, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin və digər sənədlərin etibarsızlığı təşkil edir. İddiaçı isə apellyasiya şikayətində müqavilənin etibarsız hesab olunmasından sonrakı hərəkətləri – digər şəxslərlə bağlanmış alqı – satqı müqavilələrinin, hüquqmüəyyənedici sənədlərin etibarızlığını, mənzilin ona təhvil verilməsini tələb edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ilkin olaraq cavabdehin apellyasiya şikayətlərinin dəlilləri baxımından qiymətləndirmə aparılması zəruridir.
42. İşin hallarından görünür ki, mübahisənin predmetini 2 əqd təşkil edir: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli, 421 nömrəli müqavilə; - Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə.
43. Mübahisənin düzgün həlli üçün ilkin olaraq bu əqdlərin etibarlılıq şərtlərinə cavab verib – verməməsi aydınlaşdırılmalıdır.
44. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair bağlanmış müqavilə, maliyyə arayışı, xx.xx.2019-cu il tarixli ümumi yığıncağının 108 №-li protokolu etibarsız hesab edilməklə Cavabdeh2 həmin mənzilə dair verilmiş çıxarış ləğv olunması qənaətinə gəlməsi barədə nəticəni əsaslandırarkən ilkin olaraq qeyd etmişdir ki, “Alyans- NN" MMC ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli podrat müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən binanın bütün yaşayış və qeyri yaşayış sahələrinin satışını həyata keçirmək yalnız "xxxx" MMC-nin səlahiyyətindədir, Cavabdeh1 MTK-nın belə səlahiyyəti olmadığı halda Cavabdeh2 ilə müqavilə bağladığından bu əqd etibarsızdır.
45. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən həmin müqavilənin 1.1-ci bəndinə istinad edir. Həmin bəndin məzmunu isə aşağıdakı kimidir: “Podratçı” ünvan 3də 17264.5 kv.m sahəsində 10 girişli çoxmərtəbəli yaşayış binalarını öz vəsaiti hesabına layihələndirəcək, tikəcək və həmin binaların bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirəcəkdir.
46. Müqavilənin adından və məzmunundan da görünyüyü kimi bu müqavilə podrat müqaviləsidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
47. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 28 iyun 2007-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov və A.Salamzadə küçələrinin kəsişməsindəki 1058-ci məhəllədə özəlləşdirilmiş 17264,5 kv.m torpaq sahəsində 10 girişli yaşayış binalarının tikintisinin layihələndirilməsinə Cavabdeh1 MMC-yə icazə verilmiş, binanın istismarına 01 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verilərkən də tikinti obyektinin sahibi kimi də həmin hüquqi şəxs göstərilmişdir.
48. Buna görə də müqavilənin 1.1-ci bəndinə əsasən müəyyən olunmuş şərtin satış hüququnun yalnız "xxxx" MMC-yə məxsus olması, həmin binaların sahibi olmasına baxmayaraq Cavabdeh1 MMC-nin belə bir hüququnun olmaması barədə gəlinən nəticə əsaslı hesab oluna bilməz.
49. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
50. Yuxarıda qeyd olunduğu kimi “Alyans-NN" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə podrat müqaviləsidir, həmin müqaviləyə əsasən tikinti tam başa çatdıqdan sonra "xxxx" MMC-nin mülkiyyətinə verilməsi nəzərdə tutulan binanın ümumi sahəsinin 75%-i isə məhz razılaşdırılmış muzd hesab olunur. Mülki qanunvericiliyin podrat müqaviləsi üzrə münasibətləri tənzimləyən normalara əsasən “razılaşdırılmış muzd” olaraq “binanın ümumi sahəsinin 75% hissəsi” "xxxx" MMC-yə verilmədiyi halda sonuncunun muzdun ödənilməsi ilə bağlı tələbi mövcud ola bilər. Müqavilənin 7.1-ci bəndində qeyd olunmuşdur ki, “Əgər sifarişçi bu müqavilənin 1.1.-ci bəndində qeyd edilmiş və lazımınca yerinə yetirilmiş işləri qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər.”
51. İşin müəyyən olunmuş digər halı ondan ibarətdir ki, "xxxx" MMC tərəfindən satışı həyata keçirilmiş digər mənzillərlə bağlı müqavilələr sonradan dəyişdirlərək “Alyans-NN" MMC ilə bağlanılmış, sonuncu tərəfindən maliyyə arayışı, ümumi yığıncağının protokolu tərtib olunduqdan sonra mənzillər üzərində hüquqlar qeydə alınmışdır. İddiaçının “Cavabdeh1 MTK-nın ümumi yığıncağın keçirilərək onu MTK-nın üzvlüyünə qəbul edilməsi, həmin mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması” barədə tələblər irəli sürməsi də bu xüsusatı təsdiq edir. Yəni, hər hansı bir mənzilin satışı "xxxx" MMC tərəfindən həyata keçirilirsə, bu barədə əqd Cavabdeh1 MTK tərəfindən bəyənildikdən sonra etibarlı hesab olunur. Digər tərəfdən isə müqavilədə Cavabdeh1 MTK-nın mənzillərin satışını həyata keçirməsinə hər hansı bir qadağanın qoyulması barədə şərt də mövcud deyildir. Həmçinin, yalnız "xxxx" MMC ilə bağlanmış hər hansı bir müqavilə əsasında mülkiyyət hüququnun qeydə alınması mümkün deyildir. Belə ki, Mülki Məcəllənin Maddə 139-1.1. və 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin sənədin isə "xxxx" MMC tərəfindən verilməsi mümkün deyildir, çünki bina üzərində hüquqlar məhz Cavabdeh1 MTK-nın adına qeydə alınmışdır. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bu əsasla müqavilənin etibarsız hesab edilməsi barədə gəldiyi nəticə əsaslı və qanuni deyildir.
52. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, iddiaçının Cavabdeh1 MTK-ya qarşı qeyd olunan tələbləri (Cavabdeh1 MTK-nın ümumi yığıncağın keçirilərək onu MTK-nın üzvlüyünə qəbul edilməsi, həmin mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması) irəli sürməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı ilə Cavabdeh1 MTK (MMC) arasında hər hansı bir öhdəlik münasibətləri mövcud olmamışdır, iddiaçı qarşısında öhdəliklərin daşıyıcısı "xxxx" MMCdir. Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır.
53. Digər tərəfdən onu qeyd etmək lazımdır ki, iddiaçı "xxxx" MMC ilə müqavilənin 20 oktyabr 2015-ci il tarixdə bağlandığını iddia edir, mənzilin yerləşdiyi bina isə 01 iyul 2019-cu il tarixdə istismara qəbul edilmişdir. Bundan başqa işin hallarından görünür ki, "xxxx" MMC ilə “Alyans NN" MTK arasında 2021-ci ildən məhkəmə mübahisələri mövcud olmuş, həmin mübahisə üzrə hər 2 tərəfin iddiasının rədd olunma səbəbi bu olmuşdur ki, çoxmərtəbəli yaşayış binasının yaşayış, qeyri – yaşayış və qaraj sahələrinin hamsının satıldığı nəzərə alındıqda, bu fakt onlara məlum olan tərəflərin bir – birindən hansı yaşyış, qeyri – yaşayış və qaraj sahələrinin naturada təhvil verilməsini tələb etdiyi aydın olmur. İddiaçının "xxxx" MMC-nin rəhbər şəxsləri qohumluq münasibətlərində olması da nəzərə alınarsa onun və ya "xxxx" MMC-nin 20 avqust 2024-cü il tarixə qədər qeyd olunan tələbləri (Alyans-NN” MTK-nın ümumi yığıncağın keçirilərək onu MTK-nın üzvlüyünə qəbul edilməsi, həmin mənzilə dair maliyyə arayışının verilməsi öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması) irəli sürməməklə mənzil üzərində hüquqlarını qeydə aldırması istiqamətində hər hansı hərəkət etməməsi də anlaşılan deyildir.
54. Cavabdeh1 MTK apellyasiya şikayətində ona istinad edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli, 421 nömrəli müqavilənin giriş hissəsində müqaviləni "xxxx" MMC-nin adından direktor X4 bağladığı qeyd olunur, buna baxmayaraq müqavilə satış şöbəsinin müdiri Əli Allahverdiyev tərəfindən imzalanır. X13 28 yanvar 2008-ci ildən 21 oktyabr 2021-ci il tarixədək "xxxx" MMC-nin direktoru olmuşdur. Həmçinin, mənzilin ilk müqaviləsi 25 may 2015-ci il tarixə iddiaçının oğlu X3 adına tərtib olunmuş, sonradan isə 20 oktyabr 2015-ci il tarixdə İddiaçı adına dəyişdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hallar müqavilənin sonradan tərtib olunmasına əsaslı şübhələr yaratsa da, müqavilənin tərəfləri İddiaçı və "xxxx" MMC olduğundan, müqavilə sonuncu tərəfindən bəyənildiyindən, mübahisələndirilmədiyindən bu müqavilənin etibarsızlığı üçün əsas ola bilməz.
55. Birinci instansiya məhkəməsi daha sonra müqavilənin etibarsızlığı qənaətinə gələrkən qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzil Cavabdeh2 satılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən göstərilən “mənzilin ümumi dəyəri binanın tikintisi başa çatdıqdan sonra dəyəri müəyyənləşəcəkdir məbləğində müəyyən olunur.” (mənzilin ümumi sahəsinin artıb azalmasına uyğun olaraq). Lakin buna baxmayaraq 03 sentyabr 2019-cu il tarixli maliyyə arayışında Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 heç bir borcu olmaması qeyd olunub. Göründüyü kimi müqavilə ilə maliyyə arayışı arasında ziddiyyət mövcuddur. Belə ki, müqavilədə mənziln dəyəri binanın tikintisi başa çatdıqdan sonra müəyyənləşəcəkdir yazılsa da müqavilə ilə eyni tarixdə verilmiş 03 sentyabr 2019-cu il tarixli maliyyə arayışında Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 1058 ünvanda yerləşən, 110A saylı binanın, 1-ci girişin 3-cü mərtəbəsində 1 otaqlı ümumi sahəsi 46.4 kv.m olan 8 nömrəli mənzilə dair Cavabdeh2 heç bir borcu olmaması qeyd olunub.
56. Məhkəmə kollegiyası bu əsaslandırmaya münasibətdə qeyd edir ki, qeyd olunan xüsusatlar müqavilənin etibarsızlığına əsas verə bilməz. Mübahisənin predmeti olan hər 2 müqavilənin müqayisəli təhlili aparıldığı təqdirdə qeyd etmək lazımdır ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli, 421 nömrəli müqavilə də müqavilənin dəyəri göstərilməmiş, 4.1-ci bəndində “Müqavilə bağlandıqdan sonra 5 gün ərzində payçı tərəfindən mənzil üçün müəyyən məbləğdə avans ilk haqq ödənilir”, 4.2-ci bəndində “Son haqq – hesab tikinti işlərinin son etapı qurtardıqdan sonra 10 gündən gec olmayaraq mənzil hesablaşma sahəsinin dəqiqləşdirilməsi yolu ilə aparılır” şərtləri qeyd olunsa da, eyni tarixə tərtib olunmuş maliyyə arayışında mənzilin dəyərinin tam ödənilməsi qeyd olunur. Hər 2 müqavilədə mənzilin dəyərinin nə qədər təşkil etməsi qeyd olunmamış, heç bir müqavilə üzrə ödəniş olunmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Buna görə də bu dəlillər baxımından müqavilələrdən hər hansı birinin etibarsızlığı barədə nəticəyə gəlinməsi mümkün olmasa da, birinci instansiya məhkəməsi iddianın təmin olunması baxımından əsaslandırma apararkən qeyd olunan hallar etibarsızlığın əsasları kimi qiymətləndirmiş, digər müqaviləyə münasibətdə isə bu hallar üzrə qiymətləndirmə aparmamışdır.
57. Yuxarıda qeyd olunan müqavilələr üzrə tərəflər, xüsusilə də mənzilin təhvil verilməsi öhdəliyi üzərində olan tərəflər müxtəlif olsa da məhkəmə kollegiyası işin hallarını Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından da qiymətləndirərək qeyd edir ki, həmin normaya əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
58. İşin hallarını bu normanın dispozisiya şərtləri baxımından qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki: mübahisənin predmeti fərdi – müəyyən əşya – yaşayış sahəsidir; həmin əşyanın kreditorun – Cavabdeh2 mülkiyyətinə verilməsi öhdəliyi Cavabdeh1 MTK tərəfindən icra edilmişdir, əşya üzərində digər şəxsin – iddiaçının deyil, məhz onun mülkiyyət hüququ qeydə alınmışdır; digər kreditor – iddiaçı qarşısında Cavabdeh1 MTK-nın hər hansı bir öhdəliyi yaranmamışdır, öhdəlik yarandığı təqdirdə bu zaman kreditor "xxxx" MMC olacaqdır.
59. Göründüyü kimi hazırkı mübahisə üzrə Mülki Məcəllənin 452.1-ci maddəsinin bütün dispozisiya şərtləri mövcuddur. Yəni, əmlak üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyindən iddiaçının mənzilin ona verilməsini tələb etmək hüququ aradan qalxmışdır. Bu zaman iddiaçı həmin Məcəllənin 452.2-ci maddəsinə müvafiq olaraq öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini "xxxx" MMC – dən tələb edə bilər. Həmçinin, qətnamənin 51-ci bəndində qeyd olunduğu kimi, hüquq sahibi Cavabdeh1 MTK olduğundan “mülkiyyət hüququ ilə verilmə” onun tərəfindən təqdim olunmuş sənədlər əsasında həyata keçirilə bilərdi.
60. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsində alınmış şahid ifadələrinə münasibətdə qeyd edir ki, həmin şahidlərdən biri - X10 iddiaçının oğlu, həmçinin, müqavilə əvvəl adına rəsmiləşdirilmiş şəxsdir, ifadəsində müqavilələri imzalayan – satış şöbəsinin müdiri Əli Allahverdiyevin bibisi oğlu olduğunu qeyd etmişdir. Digər şahid X17 da ifadəsində iddiaçının əri ilə qohum olduğunu, təmirə İsmayıl tərəfindən nəzarət edildiyini, ödənişlərin isə iddiaçı tərəfindən aparıldığını, təmirdən sonra açarı iddiaçıya təhvil verməsini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təmirə X10 tərəfindən nəzarət edildiyi, sonuncunun atasının binanın idarə olunmasında iştirak etdiyi halda ödənişin məhz onlar tərəfindən deyil, İddiaçı tərəfindən ona verilməsi inandırıcı deyildir və qeyd olunan ifadə məhz evin sonuncuya təhvil verilərək onun tərəfindən təmir olunmasını təsdiq etmək məqsədilə verilmişdir. Buna görə də həmin şahidlərin bitərəf mövqe tutlması inandırıcı deyildir, onlar tərəfindən verilmiş ifadələr əsaslı şübhədən kənar sübut kimi qiymətləndirilə bilməz.
61. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin, maliyyə arayışının, ümumi yığıncağın protokolunun etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir şərt mövcud deyildir, əqdin etibarlı olması üçün bütün şərtlər (əqdin subyekt tərkibinə, məzmununa, iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və formasına dair şərtlər) mövcud olduğundan həmin hissələrdə qətnamə ləğv olunaraq iddia rədd edilməlidir.
62. İddia həmin hissədə rədd edildiyindən artıq iddiaçının apellyasiya şikayətində göstərilən dəlillərin – mübahisə predmeti olan mənzili sonradan əldə etmiş şəxslərin vicdanlı olub – olmaması məsələsinin araşdırılmasına zərurət qalmır. Lakin məhkəmə kollegiyası bu hissələrdə də qətnamənin ləğvini zəruri hesab edir. Çünki, iddianın bu hissədə rədd olunması həmin şəxslərin vicdanlı alıcı kimi qəbul olunması ilə bağlıdır. Məhkəmə kollegiyası bu əsasla iddianın rədd olunması ilə razılaşmayaraq qeyd edir ki, həmin hissələrdə də qətnamə ləğv olunaraq iddia Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin, maliyyə arayışının, ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi üçün əsasların olmaması əsası ilə rədd edilməlidir.
63. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Buna görə də cavabdehlərin apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilməlidir.
64. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(007)-233/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(007)-233/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.