Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-463/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X4 və cavabdeh X5 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(007)-735/2019 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" X2 Açıq Səhmdar Cəmiyyətinin ċavabdeh Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il 10 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “2 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 50900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 62.47 kv.m ümumi, 45.97 kv.m yaşayış sahəsindən ibarət 29 nömrəli evin 44 nömrəli mənzili 2014-cü il 10 dekabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 10 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğdən illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il noyabrın 27-dək Cavabdeh1 2014-cü il 10 dekabr tarixli kredit müqaviləsi üzrə banka 38736.29 ABŞ dolları əsas, 30642.13 ABŞ dolları faiz, 1698.68 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 71077.1 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2014-cü il 10 dekabr tarixli kredit müqaviləsi üzrə 38736.29 ABŞ dolları əsas borc, 30642.13 ABŞ dolları faiz borcu və 1698,68 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 71077.1 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 62.47 kv.m ümumi, 45.97 kv.m yaşayış sahəsindən ibarət 19 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 29 nömrəli evin 44 nömrəli mənzilinə yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 38736.29 ABŞ dolları əsas borc, 30642.13 ABŞ dolları faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 69528.42 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının "İddiaçı" İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 62.47 kv.m ümumi, 45.97 kv.m yaşayış sahəsindən ibarət 29 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və mənzilin hərracdan satışından əldə olunan vəsaitin hesabına "İddiaçı" İKB ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 62.47 kv.m ümumi, 45.97 kv.m yaşayış sahəsindən ibarət 29 nömrəli evin 44 nömrəli mənzilinə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi və "İddiaçı" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər apelyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-735/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsini qismən ləğv edərək, iş üzrə iddia tələbinin yenidən araşdırılaraq kredit müqaviləsi üzrə əsas və faiz borcunun, o cümlədən dəbbə pulu borcunun yenidən hesablanması aparılmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(007)-735/2019 saylı qətnaməsi maddi və prosessual hüquq normaları pozularaq qəbul edildiyi üçün hesab edir ki, həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən ləğv edilməli, hazırki iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etmədikləri halda, onların iştirakı olmadan baxılmanın mümkün hesab edildiyi qənaətinə gəlinmişdir. Bildirmək istəyir ki, onunla birlikdə yaşayan ailə üzvləri məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilməmişlər və bu səbəbdən üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməmişlər. Ən azından bir dəfəyə məxsus olmaq üzrə məhkəmə iclası təxirə salına bilər, adları qeyd edilən cavabdehlərin iştirakları təmin edilə bilərdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İş üzrə digər cavabdehlər (nümayəndəsi) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, onun (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatına və apellyasiyanın dəlillərinə qiymət verərək hesab edir ki, Apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli, 2-G-1-0-974-14 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı KB ASC-nin “2 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 50900 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, xx xxxxxx 2014-cü il tarixdə İddiaçı İKB ASC tərəfindən 50900 ABŞ dolları məbləğində pul Cavabdeh1 verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli, 2-G-1-0-974-14 ipoteka müqaviləsindən görünür ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 2-G-1-0-974-14 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 62.47 kv.m ümumi, 45.97 kv.m yaşayış sahəsindən ibarət 29 nömrəli evin 44 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AR DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 29 nömrəli evin 44 nömrəli mənzili Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 970 nömrəli reyestr kitabının 86902 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 29 nömrəli evin 44 nömrəli mənzili İddiaçı KB ASC-nin “2 saylı” filialının xeyrinə ipoteka ilə yüklü edilməsi barədə bildiriş qeydə alınmışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxx 2014-cü il tarixli Cavabdeh1 banka 38736.29 ABŞ dolları əsas, 30642.13 ABŞ dolları faiz, 1698.68 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 71077.1 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli HDM-7281 saylı və xx xxxxxx 2018ci il tarixli HDM-7502 saylı bildirişlərdən görünür ki, banka olan borc ödənilməyəcəyi təqdirdə borcun ipotekaya qoyulmuş əmlak hesabına realizə olunacağı barədə cavabdehlər xəbərdar olunmuşlar. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borcun banka ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan təsdiqetmə bildirişindən görünür ki, AR ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilmişdir. İş materiallarında olan 0159/19/NB saylı xx xxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 62.47 kv.m ümumi, 45.97 kv.m yaşayış sahəsindən 29 nömrəli evin 44 nömrəli mənzilin orta bazar qiyməti 98.000 manat təşkil edir. Apelyasiya baxışı zamanı təyin olunmuş Qiymətləndirmə ekspertizasının nəticəsi olan “xxxx”MMC-nin 104 saylı xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 62.47 kv.m ümumi, 45.97 kv.m yaşayış sahəsindən 29 nömrəli evin 44 nömrəli mənzilin orta bazar qiyməti 90000 manat təşkil edir. Apelyasiya baxışı zamanı təyin olunmuş mühasibatlıq ekspertizasının nəticəsi olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27542 saylı xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki,Cavabdeh1 xx.xx.2018-ci il tarixə mübahisələndirilən müqavilə üzrə borcu 68.583,31 ABŞ dolları (əsas borc-37.627,20 ABŞ dolları və faiz borcu üzrə-30.956,11 ABŞ dolları) təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanmış, həmin müqaviləyə əsasən tərəflər öz üzərinə müəyyən öhdəliklər götürmüşdür. İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Yuxarıda sadalanan hüquq normalarına, işin faktiki hallarına, qiymətləndirmə və ekspertizanın rəylərinə iş materialları ilə birgə qiymət verərək Kollegiya hesab edir ki, Apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(007)-735/2019 nömrəli qətnaməsi ləğv olunmalı və iddia qismən təmin edilərək Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 37.627.20 ABŞ dolları əsas borc, 30642.13 ABŞ dolları faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 68.419.33 ABŞ dolları məbləğində borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı"İddiaçı" İKB ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 62.47 kv.m ümumi, 45.97 kv.m yaşayış sahəsindən ibarət 29 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və mənzilin hərracdan satışından əldə olunan vəsaitin hesabına "İddiaçı" İKB ASC-yə olan borc ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, mənzilin ilkin satış qiyməti 98.000 manat müəyyən edilməli, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 62.47 kv.m ümumi, 45.97 kv.m yaşayış sahəsindən ibarət 29 nömrəli evin 44 nömrəli mənzilinə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı və banka təhvil verilməli və "İddiaçı" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin olunaraq, qətnamə ləğv olunmalı və iddia qismən təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(007)-735/2019 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 37.627.20 ABŞ dolları əsas borc, 30642.13 ABŞ dolları faiz borcu və 150 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 68.419.33 ABŞ dolları məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı "İddiaçı" İKB ASC-nin xeyrinə tutulsun, tutma Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 62.47 kv.m ümumi, 45.97 kv.m yaşayış sahəsindən ibarət 29 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və mənzilin hərracdan satışından əldə olunan vəsaitin hesabına "İddiaçı" İKB ASC-yə olan borc ödənilsin, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin, mənzilin ilkin satış qiyməti 98.000 manat müəyyən edilsin, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 3 otaqlı, 62.47 kv.m ümumi, 45.97 kv.m yaşayış sahəsindən ibarət 29 nömrəli evin 44 nömrəli mənzilinə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mənzildən çıxarılsın, həmin mənzil boşaldılsın və banka təhvil verilsin və "İddiaçı" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilsin. İddia qalan hissədə rədd olunsun. İddiaçıdan aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 (iki yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Müxbir hesab-AZ41NABZ**********0000003944) və cavabdehlərdən Apellyasiya baxışı zamanı təyin olunmuş Qiymətləndirmə ekspertizasının dəyəri olan 300(üç yüz) manat tutularaq “xxxx”MMC-nin hesabına (az66aiib********************) ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-463/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-463/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver