Məhkəmə qərarları › İş №2(103)-4638/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4638/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4638/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X9 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-2296/2020 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Qızmeydan kəndində yaşayan Cavabdeh 1163,20 manat debitor borcun və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında təbii qazın təchizatı haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən Ağsu X16ı İdarəsinin Şamaxı xidmət sahəsi tərəfindən cavabdehə məxsus mənzili fasiləsiz olaraq təbii qazla təmin edilmişdir. Bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh fasiləsiz olaraq təbii qazla təmin olunmuşdur. Lakin cavabdeh istifadə etdiyi təbii qazın dəyərini ödəməmişdir. İstifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi nəticəsində cavabdehin 11.12.2019-ci tarixə Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsinə 1163,20 (min yüz altmış üç manat iyirmi qəpik) manat borcu yaranmışdıır. Qeyd olunan borc cavabdehə məxsus olan **********0414 abonent hesabında öz əksini tapmışdır. Ağsu RQİİ tərəfindən cavabdehə hər ay təbii qazdan istifadə ilə bağlı borcunun olması ilə bağlı bildiriş təqdim edilmişdir. Beləliklə, borclu onunla bağlanılmış “Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Şamaxı rayonu, Qızmeydan kəndində yaşayan abonent Cavabdeh (abonent kodu**********00414) mənzilində təbii qazdan istifadə olunması üçün quraşdırılmış 75158371 saylı qaz sayğacı 19.10.2017-ci il tarixdə çıxarılaraq Dövlət yoxlamasına göndərilmiş, bu müddət ərzində abonentin mənzilində sayğacsız təbii qazdan istifadə olunduğundan normativ hesabat aparılmışdır. Abonentin hesabından sayğacsız dövr ərzində 19.10.2017-ci il tarixdən 28.02.2018-ci il tarixə kimi hesablanmış 3242,80 manat normativ Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4792/2018 nömrəli, 13.08.2018-ci il tarixli qətnaməsi əsasında 19.06.2019-cu il tarixdə saldo redaktə olunmaqla abonentin hesabından 3242,80 manat borc silinmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X4 filialının 18.06.2019-cu il tarixli 25/19-030 saylı göstərişinə əsasən 19.10.2018-27.03.2019-cu il tarixləri ərzində hesaba əlavə olunmuş borcun “Qazdan istifadə Qaydaları”nın 5.4 bəndinə əsasən hesablanması bildirilmişdir. Agentliyin araşdırmasına əsasən gündəlik sərfiyyat 35 kv.m olmasını nəzərə alaraq qeyd olunmuş müddətin hesabatını 160 gün ərzində 5600 kv.m hesablanmışdır. Araşdırma zamanı məlum olur ki, “Qazdan istifadə Qaydaları”nın 5.4 bəndində qeyd olunandan 570,00 manat artıq qaz hesablanaraq abonentin hesabına əlavə edilmişdir. Odur ki, qeyd olunanları və Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X4 filialının 18.06.2019-cu il tarixli, 25/19-030 saylı göstərişini nəzərə alaraq səhv olaraq hesablanmış 570,00 manat debitor borcu hesabdan silinmişdir. 11.12.2019-cu il tarixə cavabdehin **********00414 nömrəli hesabında olan borcu 2018-ci ilin mart ayından 2019-cu ilin müvafiq dövrünə qədər istifadə edilmiş qazın dəyəridir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilənin 2.3.1-cı bəndinə əsasən “istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab “istehlakçı”ya “paylayıcı” tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq Şamaxı rayonu, Qızmeydan kəndində yaşayan X1 1163,20 manat debitor borcun və ödənilmiş 30.40 (otuz manat qırx) manat dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qanuni nümayəndəsi X7 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən qanunsuz olaraq 01.03.2018-ci il tarixdən - 11.12.2019-ci il tarixə qədər hesablanmış 1163,20 manat(bir min yüz altmış üç manat 20 qəpik) manat məbləğində borcun ləğv olunması barədəqətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 19 oktyabr 2017-ci il tarixdə oğlu Cavabdeh məxsus fərdi vaşayış evinin qaz xətti üzərində quraşdırılmış G-25 markalı, 75158371 saylı, son göstəricisi Vbt 00021717 kubm olan qaz sayğacı İTRİ-nin nümayəndələri tərəfindən götürülərək növbədənkənar Dövlət yoxlamasına göndərilmişdir. Mənzilin 19.10.2017-ci il tarixdən 31.10.2017ci il tarixə kimi təbii qaza ehtiyacı olduğu üçiin normativ üsulla sayğacsız qaz verilişi "İddiaçı" İB tərəfindən bərpa edilmiş, hesabatın sayğac quraşdırıldığı gündən etibarən günlük qaz sərfinə uyğun aparılması aralarında razılaşdırılmışdır. Lakin 19 oktyabr 2017-ci il tarixdən sonrakı, yəni qazdan sayğacsız istifadə etdiyi dövrə 31 oktyabr 2017-ci il tarixli, 30 noyabr 2017-ci il tarixli, 31dekabr 2017-ci il tarixli, 31 yanvar 2018-ci il tarixli və 28 fevral 2018-ci il tarixli aktlar tərtib olunmuş, həmin aktlarla guya onun 19.10.2017-31.10.2017 dövr üçün guya 1045 kubmetr qaz sərf etməyi və bunun üçün 209 manat, 01.11-30.11.2017/09 dövr üçün guya 3607 kub metr qaz sərf etməyi və bunun üçün 721 manat 40 qəpik, 01.12-30.12.2017/01dövr üçün guya 4943 kub metr qaz sərf etməyi və bunun üçün 988 manat 60 qəpik, 01.01-30.01.2018/05 dövr üçün guya 4943 kub metr qaz sərf etməyi və bunun üçün 988 manat 60 qəpik, 01.02-28.02.2018/0.2 dövr üçün guya 4.464 kub metr qaz sərf etməyi və bunun üçün 892 manat 80 qəpik, cəmi 3242,80 manat borc hesablanmışdır. Bu hesablamaları qanunsuz hesab etdiyi üçün iddia tələbi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 19.10.2017-28.02.2018-ci il tarixinə qədər hesablanmış 3242,80 manat (dörd yüz qırx man 85 qəpik) məbləğin ləğv olunması və G25 markalı, 75158371 saylı qaz sayğacının cavabdehin öz hesabına təmir olunaraq qaz xətti üzərində quraşdırlmasının təmin edilməsinə dair qətnamə çıxılmasını xahiş etmişdir. Məhkəmənin 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı tərəfindən onun **********00414 saylı abunə hesabına 19.10.2017-28.02.2018-ci il tarixinə qədər hesablanmış 3242,80 manat borc ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bildirir ki, cavabdeh İddiaçı tərəfindən hazırda qanunsuz hesablama aparılmaqla təkrar ona 1163,20 manat məbləğində borc hesablanmışdır. Göstərilən borc məbləği ona iddia ərizəsində göstərildiyi kimi 2018-ci ilin mart ayından 2019-cu ilin müvafiq dövrünə, yəni 2019-cu ilin dekabr ayına qədər deyil, 2019-cu ilin mart ayına kimi hesablanmış borcdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27 mart 2019-cu il tarixli, ******* nömrəli Akta əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən fərdi yaşayış evinə təkrar sayğac quraşdırılmışdır. Yəni göstərilən tarixə kimi abonent çıxarışından göründüyü kimi 4493,40 manat məbləğində ona təkrar borc hesablanmışdır. Hazırki göstərilən borc məbləği də sayğacdan əvvəlki dövrə hesablanmış borc məbləğidir. Fərdi yaşayış evinə qaz sayğacı quraşdırıİdıqdan sonra onun heç bir borc məbləği olmamışdır. Bu ona qarşı verilmiş iddia ərizəsində də öz əksini tapmışdır. Göstərilən borc məbləğinin necə hesablanaraq ortaya çıxarılması ümumiyyətlə ona tam məlum deyil. Qazdan sayğacsız istifadə etdiyi dövr üçün qazdan istifadə haqqı üzrə ödəməli olduğu məbləğin hesablanması düzgün aparılmamış, hazırki borc da göstərilən dövr üçün hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №-li qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydalarının yuxarıda göstərilən tələbinə əsasən hesablamalar sayğac çıxarılan gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalı idi. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən də göründüyü kimi sayğac çıxarıldıqdan, yəni 19 oktyabr 2017-ci il tarixdən əvvəlki ay, yəni 2017-ci ilin sentyabr ayı üçün hesablama yoxdur, o deməkdir ki, bu ay üçün qazdan istifadə edilməmişdir. Deməli hesablama sentyabrdan əvvəlki ayın, yəni avqust ayının orta gündəlik sərfinə uyğun olaraq aparılmalı idi. Əgər bu qaydada hesablama aparılarsa onda 2018-ci ilin fevral ayından 2019-cu ilin mart ayına kimi qazdan istifadə haqqı eyni məbləğdə və həm də 2017-ci ilin avqust ayının orta günlük qaz sərfiyyatı əsas götürülməklə hesablanmalı idi. Bir daha bildirir ki, cavabdeh tərəfindən istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə uyğun aparılmamışdır. Qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi və cavabdeh tərəfindən sayğac ******* nömrəli akta əsasən 19.10.2017-ci il tarixdə çıxarılmışdır və abonent çıxarışından göründüyü kimi onun əvvəlki ay üzrə, yəni sentyabr ayı üçün sərfiyyat “0” olmuşdur. Təkrar sayğac isə 29 mart 2019-cu il tarixdə quraşdırıldığı üçün həmin dövrə qədər hesablanmış borc da ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq cavabdeh İddiaçı tərəfindən qanunsuz olaraq 01.03.2018-ci il tarixdən-11.12.2019-ci il tarixə qədər hesablanmış 1163,20 manat (bir min yüz altmış üç manat 20 qəpik) manat məbləğində borcun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-2296/2020 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı İB-nin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiasının rədd edilməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qanuni nümayəndəsi X2 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı İB-yə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh **********00414 saylı abunə hesabına 19.10.2018 tarixdən 27.03.2019-cu il tarixə qədər hesablanmış 1163,20 manat məbləğində borcun ləğv edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-2296/2020 saylı qətnaməsinin ləğv edib, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamədə qeyd olunmuşdur ki, Cavabdeh hazırda **********00414 saylı abunə hesabına əsasən Cavabdeh 19.10.2018-ci il tarixdə 27.03.2019-cu il tarixdək qədər müddət üçün tələb edilən 1163,20 (min yüz altmış üç manat iyirmi qəpik) manat məbləğində borcun hesablanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə qəbul edilmiş “Qazdan istifadə qaydalarının “ 5.4-cü bəbndinə uyğun olaraq aparılmadığı Bakı şəhəri Xətai rayon Məhkəməsinin müəyyən etdiyi 18-ci il tarixli, 2(0110-4792/2018 saylı qətnaməsində qeyd edilən əsaslarla ləğv edilməlidir. Belə ki,məhkəmə araşdırması zamanı yalnız Cavabdeh tələb edilən 1163,20 (min yüz altmış üç manat iyirmi) məbləğində borcun hesablanmasından söhbət getdiyi halda hakim qətnaməsində 30.07.2018-ci il tarixli, 2(011)-4792/2018 saylı Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsinə əsasən silinməli olmasını göstərmişdir. 30.07.2018-ci il tarixli, 2(011)-4792/2018 saylı Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsinin çıxarıldığı vaxt 19.10.2018-ci il tarixdən 9-cu il tarixədək hansı məbləğdə qazdan istifadə ediləcəyi bilinmirdi. Məhkəmənin tərəflər arasında yaranmış borc məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalan”nın 5.4-cü bəndinə uyğun aparılmadığının müəyyən edlməsini əsas götürmüşdür. Halbuki həmin qaydaların qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının çıxarıldığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta sərfinə uyğun aparılır. Bununla bağlı tərəflər arasında razılaşma olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəflərin arasında olan razılaşmanı nəzərə almamışdır. Ümumiyyətlə İddiaçı iddia tələbinə dair heç fikir bildirməmişdir.Yalnız məhkəmə qətnaməsi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının mülahizələri əsasında çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X14 apelyasiya şikayətini qəbul etmədi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-2296/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İddiaçı İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)- 2296/2020saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0,43 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 17.01.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi X19 İdarəsi tərəfindən X5 ünvanlanmış 16.03.2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinə İqtisadiyyat Nazirliyindən göndərilmiş Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən oğlunuz X6 məxsus bağ evinin “qaz sayğacında yaranmış nasazlıqlar və əsassız borc hesablanması barədə” 29 yanvar 2018-ci il tarixli Ə-129 saylı və X19 İdarəsinə daxil olmuş 01 fevral 2018 tarixli, 59 saylı eyniməzmunlu müraciətləriniz aidiyyəti üzrə baxılması üçün Dövlət Neft Şirkətinin “İddiaçı" İstehsalat Birliyinə göndərilmişdir. Dövlət Neft Şirkətinin İddiaçı öz növbəsində 06 mart 2018-ci il tarixli məktubu ilə bildirmişdir ki, Roman Əmircanovun istifadəsində olmuş G-25 RVG EK-220 markalı 75158371 nömrəli qaz sayğacının elektron göstəricisi geri qaldığından çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Laboratoriya mütəxəssislərinin 23.11.2017-ci il tarixli SS-29/1640- 2305-3 nömrəli aktında xətaların normaya uyğunluğu və batareyanın tələb olunması qeyd edilmişdir. Bu barədə Roman Əmircanova 18.12.2017-ci il tarixli 01/04RQ-06İQQSX-462 nömrəli məktubla məlumat verilməklə bərabər, 75158371 nömrəli qaz sayğacının öz hesabına təmir olunaraq qaz xətti üzərinə quraşdırılması barədə xəbərdarlıq edilmişdir. Abonentin mənzilində təbii qaza ehtiyac olduğundan qaz təchizatı sayğacsız bərpa edilərək əvvəlki və istifadəsində olan cihazları nəzərə alınmaqla normativ hesabat aparılaraq 19.10.2017 - 31.10.2017/05 nömrəli akta əsasən 209.00 manat, 01.11 - 30.11.2017/09 nömrəli akta asasan 77,1 40 manat, 01.12- 21.12.2017/10 nömrəli akta əsasən 988,60 manat, 01.01-31.01/2018/5 nömrəli akta əsasən 818.60 manat və 01.02- 28 02/2018/2 nömrəli akta əsasən isə 897,80 manat abonentin hesab koduna daxil edilmişdir. Qaz paylayıcısı tərəfindən 09 mart 201-ci il tarixinə verilmiş abonent saldosundan (kod **********0414) görünür ki, X3 istehlak olunuş qaza görə fevral ayının sonuna 3242,80 manat məbləğində hesablanmış borcu vardır. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya, yəni ona münasibətdə sənaye qaz sayğacının təmir xərclərinin ödənilməsini istehlakçının üzərinə qoymuş və bu işlərin, sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilməsi, çıxarılması və quraşdırılması ilə bağlı xərclərin İddiaçı hesabına həyata keçirilməsini müəyyən etmişdir. Beləliklə, istifadəsində olan G-25 RVG EK-220 markalı 75158371 nömrəli qaz sayğacının təmiri üçün tələb olunan 427,21 manat məbləğində vəsait onun hesabına ödənilməlidir. Qaz paylayıcısı tərəfindən sayğacsız dövrdə istehlak olunmuş qaza görə 3242,80 manat məbləğində qanunsuz hesablanmış qazın dəyərinin isə İddiaçı tərəfindən silinməyəcəyini nəzərə alaraq, bu məsələnin həllini “Qazdan istifadə Qaydaları”nın 2 nömrəli əlavəsi olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında, yəni onunla bağlanmış qazın alqı-satqısı Müqaviləsinin 5.2-ci yarımbəndinə uyğun olaraq mübahisələndirməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 2(011)-4792/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi və qaz sayğacının quraşdırılması barədə iddianın tələbi qismən təmin edilməməsi cavabdeh İddiaçı tərəfindən Cavabdeh **********00414 saylı abunə hesabına 19.10.2017- 28.02.2018-ci il tarixinə qədər hesablanmış 3242.80 manat borcun ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. **********00414 saylı abonentin saldosundan görünür ki, Cavabdeh 02.2018 tarixdən 12.2019-cu il tarixə qədər sərf edilmiş təbii qaza görə 1163,20 manat cari borcu vardır. Qaz sayğacının çıxarılması, quraşdırılmaı və istismara qəbulu haqqında ******* saylı 27.03.2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh məxsus fərdi evə sayğac quraşdırılmış, yoxlanılmış və təhvil verilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X8 Filialı tərəfindən X5 ünvanlanmış 18.06.2019-cu il tarixli məktubdan görünür ki, onun tərəfindən Energetika Nazirliyinə ünvanlanmış EN-01-Ə-976/16.5/19 nömrəli, 17.05.2019-cu il tarixli müraciət tərəflərindən araşdırılmışdır. Ona məxsus fərdi yaşayış evinin qaz xəttinə və qaz avadanlıqlarına baxış keçirən zaman evdə 5 (beş) ədəd PQ-3 tipli qaz plitəsi, 1 (bir) ədəd PQ-4 tipli qaz plitəsi, 2 (iki) ədəd “Beretta” markalı kombi tipli su qızdırıcı (28 kw) və 3 (üç) ədəd “Beretta” markalı kombi tipli su qızdırıcılarının (40 kw) quraşdırıldığı məlum olmuşdur. Evin qaz xətti üzərində G-25 markalı 75158371 zavod nömrəli elektron tipli qaz sayğacı quraşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, ona məxsus fərdi yaşayış evinin qaz xəttində quraşdırılmış G-25 markalı 75158371 nömrəli elektron tipli qaz sayğacı 19.10.2017-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (İTRİ) nümayəndələri tərəfindən çıxarılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. İTRİ-nin laboratoriyasında dövlət yoxlanılmasının nəticəsinə əsasən verilmiş 21.11.2017-ci il tarixli, SS-29/1640-2305-3 nömrəli rəydə G-25 markalı qaz sayğacının batareyasının işləmədiyi müəyyənləşdirilmiş və elektron göstəricisinin mexaniki göstəricisindən 5668 kub.m az olduğu göstərilmişdir. Ağsu RQİİ-nin Şamaxı XS-si tərəfindən qaz sayğacının onun hesabına təmir olunaraq qaz xətti üzərində quraşdırılmasının təmin edilməli olduğu barədə 18.12.2017-ci il tarixində xəbərdarlıq məktubu göndərilmişdir. Buna baxmayaraq onun tərəfindən qaz sayğacının təmir edilməsi üçün vəsait ödənilmədiyindən G-25 markalı 75158371 nömrəli elektron tipli qaz sayğacı 27.03.2019-cu il tarixədək İTRİ-nin laboratoriyasında qalmış və nəticədə 17 ay ərzində evində sayğacsız təbii qazdan istifadə edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirmək istəyirlər ki, tərəflərindən Ağsu RQİİ-nə sayğacsız dövr müddətində onun abunə hesabına əlavə edilmiş borcun “Qazdan istifadə Qaydaları”nın 5.4 bəndinə əsasən hesablanması və bu müddət ərzində evində istismarda olan qaz cihazlarının sərfinə görə hesablanmış sərfiyyatın Məhkəmədə qanunvericiliyin tələblərinə uyğun mübahisələndirilməsi haqqında 18.06.2019-cu il tarixli, 25/19Q-030 nömrəli göstəriş təqdim olunmuşdur. Bütün bunlarla əlaqədar tərəflərindən Ağsu RQİİ-nin rəisi X10 “Qazdan istifadə Qaydaları”nın tələblərini pozaraq inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsinə əsasən 14.06.2019-cu il tarixində inzibati xəta haqqında protokol tərtib etmişdir. İddiaçı Ağsu X16 İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh 29.07.2019-cu il tarixə borcunun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X8 Filialı tərəfindən X5 ünvanlanmış 14.01.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4792/2018 nömrəli Qətnaməsi əsasında 2019-cu ilin iyun ayında dövriyyə blankında düzəliş olunmaqla onun abunə hesabından 3242,80 manat borc silinmişdir. Eyni zamanda tərəflərindən təqdim olunmuş 18.06.2019-cu li tarixli, 25/19Q-030 nömrəli göstərişin icrası ilə əlaqədar olaraq abunə hesabından 570 manatın silindiyi məlum olmuşdur. Dövriyyə blankına əsasən təbii qazdan istifadəyə görə onun hazırda 1163,20 manat məbləğində borcu yaranımşdır Şamaxı XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş 19.10.2017-31.10.2017/05 saylı 31.10.2017-ci il tarixli aktdan görünür ki, 19.10.2017-ci il tarixdə Cavabdeh məxsus fərdi evin qaz xətti üzərində quraşdırılmış G-25 markalı, 75158371saylı, son göstəricisi Vbt 00021717 m3 olan qaz sayğacı İTRİ-nin nümayəndələri tərəfindən növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Həmin mənzilin 19.10.2017-ci il tarixdən 31.10.2017-ci il tarixə kimi təbii qaza ehtiyacı olduğu üçün normativ üsulla sayğacsız qaz verilişi tərəflərindən bərpa edilmişdir. Hesabatın sayğac quraşdırıldığı gündən etibarən günlük qaz sərfinə uyğun aparılması tərəflər arasında razılaşdırılmış və hesablanmış təbii qazın dəyərinin abonent tərəfindən ödənilməsi məqsədə uyğun hesab edilmişdir. Məhkəmə hesab etmişdir ki, ilkin iddianın araşdırılmasına keçməmişdən əvvəl qarşılıqlı iddiada qeyd olunmuş dəlillərə hüquqi qiymət verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus fərdi yaşayış evinin qaz xəttində quraşdırılmış G-25 markalı 75158371 nömrəli elektron tipli qaz sayğacı 19.10.2017-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (İTRİ) nümayəndələri tərəfindən çıxarılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Sayğac İddiaçı əməkdaşları tərəfindən ******* nömrəli akta əsasən çıxarılmamışdan əvvəl qazın sərfiyyatı üzrə göstəricinin “0” olduğu müəyyən edilmiş, bu fakt Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 2(011)-4792/2018 saylı qətnaməsinə əsasən öz təsdiqini tapmışdır. Həmin qətnaməyə əsasən İddiaçı tərəfindən Cavabdeh **********00414 saylı abunə hesabına 19.10.2017 tarixdən 28.02.2018-ci il tarixinə qədər hesablanmış 3242,80 manat borc ləğv edilmişdir. Hazırda Cavabdeh qanuni nümayəndəsi X7 məhkəməyə müraciət etməklə, **********00414 saylı abonentin saldosuna əsasən Cavabdeh İddiaçı tərəfindən təbii qazın sərfiyyatına görə 01.03.2018-ci il tarixdən 11.12.2019-cu il tarixə qədər hesablanmış 1163,20 manat məbləğində borcun ləğv edilməsi barədə qətnamənin çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndində göstərilir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İş materiallarından görünür ki, sayğac qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ******* nömrəli akta əsasən 18.10.2017-ci il tarixdə çıxarılmışdır və istehlakçının abonent hesabından çıxarışdan görünür ki, onun əvvəlki ay, yəni sentyabr ayı üçün sərfıyyatı “0” olmuşdur. İddiaçı tərəfindən istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə uyğun aparılmadığına görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 2(011)-4792/2018 saylı qətnaməsi ilə Cavabdeh **********00414 saylı abunə hesabına 19.10.2017 tarixdən 28.02.2018-ci il tarixinə qədər hesablanmış 3242.80 manat borc ləğv edilmişdir. Məhkəmə yuxarıda qeyd edilnlərə əsasən hesab edir ki, hazırda **********00414 saylı abunə hesabına əsasən Cavabdeh 19.10.2018 tarixdən 27.03.2019-cu il tarixinə qədər müddət üçün tələb edilən 1163,20 manat məbləğində borcun hesablanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə uyğun aparılmadığı yenidən müəyyən edilmiş, və həmin borc Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 2(011)-4792/2018 saylı qətnaməsində qeyd edilən əsaslarla ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiatəmin olunduğundan, bu tələbdən irəli gələn “1163,20 manat məbləğində borcun ödənilməsi” tələbinə dair ilkin iddiaya hüquqi qiymət verilməsinə “prosessual qənaət” prinsipi baxımından zərurət qalmayıb və beləliklə də ilkin iddia yuxarıda sadalanan əsaslarla rədd olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)- 2296/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kssasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar