Məhkəmə qərarları › İş №2(103)-4645/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4645/2021

08.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4645/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X9, Cavabdeh2 nümayəndələri X5, eyni zamanda vəkili X15, Cavabdeh, həmçinin Cavabdeh1 nümayəndəsi Cavabdeh3 və onun nümayəndəsi və vəkili X13 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxslər Bakı şəhəri 7 saylı xüsusi notariat ofisi və Bakı şəhəri 50 saylı xüsusi notariat ofisinə qarşı alqısatqı müqaviləsinin, bunun əsasında fərdi yaşayış evinə və torpaq sahəsinə verilmiş çıxarışların etibarsız hesab edilməsi, əmlakın təhvil verilməsi və evdən çıxarılma tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-133/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 və üçüncü şəxs Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə qarşı ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə onun, yəni İddiaçı adından şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi, döngə 1, 19 saylı fərdi yaşayış evinə dair (indiki ünvan- ünvan 1əhəri 7 saylı xüsusi notariat ofisində 15 noyabr 2018-ci il tarixində rəsmiləşdirilmiş 4Ə-398 reyestrli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, əmlakın ona təhvıl verilməsinə və cavabdehin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun, yəni İddiaçı adından şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi, döngə 1, 19 saylı fərdi yaşayış evinə dair (indiki ünvan- ünvan 1əhəri 7 saylı xüsusi notariat ofisində 15 noyabr 2018-ci il tarixində rəsmiləşdirilmiş 4Ə-398 reyestrli alqı-satqı müqaviləsinin, bunun əsasında həmin fərdi yaşayış evinə və torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş ******* saylı 28.11.2018ci il tarixli çıxarışın, 01 mart 2019-cu il tarixli Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-315 reyestrli alqı-satqı müqaviləsinin, bunun əsasında onların adlarına verilmiş ******* saylı 18 mart 2019-cu il tarixli çıxarış, 01 mart 2019-cu il tarixli Bakı şəhəri 50 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış torpağa dair 4Ə-314 reyestrli alqısatqı müqaviləsinin, bunun əsasında Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X20 küçəsi, döngə 1, 19 C saylı fərdi yaşayış evinə və hazırda ona məxsus olan həmin ünvandakı 0.0574 torpaq sahəsinə dair qeydiyyat nömrəsi **********, 05.08.2019-cu il tarixli çıxarışın, 29.07.2019-cu il tarixli A412578 saylı torpaq sahəsinin plan və ölçüsünün, Cavabdeh1 adına verilmiş ******* saylı 16.01.2019- cu il tarixli çıxarışın və bölgü-sxemin etibarsız hesab edilməsi, əmlakın ona təhvıl verilməsinə və cavabdehlərin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh2, Cavabdeh3 cavabdeh, Bakı şəhəri 50 saylı xüsusi notariat ofisi və Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə onun, yəni İddiaçı adından onun başqa işlərini görmək adı altında aldadaraq adından etibarnamə almış şəxs Cavabdeh3 etibardan sui-istifadə edərək onu aldatmaq və tam savadsız olmağından, habelə zəif düşüncəsindən istifadə edərək şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayon, Şağan qəsəbəsi, Məktəbli küçəsi, döngə 1,19 saylı fərdi yaşayış evinə dair (indiki ünvan- ünvan 2ehlə Bakı şəhəri 7 saylı xüsusi notariat ofisində 15 noyabr 2018-ci il tarixində rəsmiləşdirilmiş 4Ə-398 reyestrli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına keçirilib. Hesab edir ki, həmin müqavilə etibarsız hesab edilməlidir. Belə ki, o heç zaman yeganə yaşayış evini satmaq fikrində olmamışdır. Sadəcə olaraq Cavabdeh3 onu aldatmış, adına olan yeganə mənzilini sataraq pulunu mənimsəmiş, alqı-satqı üzrə ona heç bir məlumat verməmiş, razılığını və fikrini bu barədə soruşmamış, bununla da onu yeganə evindən məhrum etmişdir. Belə olduğu halda həm də əmlakını dələduzluq yolu ilə ələ keçiriblər. O, belə qənaətə gəlir ki, cavabdeh əmlakını ələ keçirmək məqsədi üçün Cavabdeh3 ilə əlbir olub olaraq qəsdən ona qarşı belə hərəkət ediblər. O, bu barədə işin həqiqi hallarını müəyyən etmək üçün vəkil ilə müqavilə bağladıqdan sonra onun ünvanladığı sorğulara cavab olaraq müəyyən edilmişdir ki, evi cavabdehə 12000 (on iki min) AZN-ə satılıb. Cavabdeh həmin ünvanda ailə üzvləri ilə qeydiyyatsız olaraq yaşayırlar. Buna qədər onların onu mənzilimndən nə üçün qovduqlarını belə bilmirdi. İndi ona məlum olub ki, xəbəri olmadan evi satılmış, onun isə bundan xəbəri olmayıb. Hətta özünə məxsus olan psixiatriya xəstəxanasında müalicə almağına və müəyyən zamanlarda qeydiyyatda olmağına dair xəstəliyi barədə sənədlərini də cavabdehlər qəsdən və bilərəkdən gizləyiblər. Cavabdeh onun dayısıdır. Qeyd edilən müqavilə üzrə yalnız evin yerləşdiyi sahə satılıb. Əgər həqiqətən də o evini satmaq fikrində olsaydı, alıcı mütləq aldığı mənzilə gəlib baxmalı idi, ancaq gəlib evə baxan belə olmayıb. Bunu bilərəkdən və qəsdən belə ediblər ki, birdən o evinin satılması, əlindən alınması barədə məlumat tutaraq buna razılıq verməz. Göründüyü kimi bağlanmış müqavilə formal xarakter daşıyır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-133/2020 saylı iş üzrə qəbul etdiyi 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi mövqe ona dəlalət edir ki, iddiaçı fəaliyyət qabiliyyətli olmaqla istənilən əqdi bağlaya bilər və iddia tələbi irəli sürə bilər. Belə olan halda onun mübahisə edilən müqavilələrin bağlanması zamanı öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik etməyi bacarmayan vəziyyətdə olması absurt bir fikirdir. Bundan başqa iddiaçı torpaq sahəsini ilkin olaraq cavabdeh Kərimov X2. Daha sonra qarşılıqlı razılaşmaya əsasən ləğv edilib evin alqı-satqı müqaviləsi bağlanmışdır. Bu bir daha təsdiq edir ki, iddiaçı müqavilə bağlanmamışdan əvvəl, müqavilə bağlanan zaman vəondan sonra öz hərəkətlərinin mənasını başa düşən və onlara rəhbərlik etməyi bacaran vəziyyətdə olmuşdur. Bu isə iddiaçının müqavilələr bağlanmasına iradə ifadəsi olmasını təsdiq edir. Həmçinin iddiaçı mübahisə edilən müqvilələri şəxsən özü notariat kontorunda imzalamış və ödənişlər bank vasitəsi ilə olmuşdur. Notariat hərəkətləri aparılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa iddiaçının ikinci qrup əlil olması, evin və torpaq sahəsinin real bazar qiymətindən ucuz satılması müqavilələrin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsindən digər Cavabdeh2 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi ekspert rəyində iddiaçıya yanlış diaqnoz qoyulmuşdur. Həmçinin iddiaçı tam fəaliyyət qabiliyyətli olmuş, ciddi psixi pozuntuları olmamışdır. Məhkəmə iclasında cavabdeh, həmçinin Cavabdeh1 nümayəndəsi Cavabdeh3 və onun nümayəndəsi və vəkili X17 ayrı-ayrılıqda apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndələri X11, eyni zamanda vəkili X19 ayrıayrılıqda apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasındai İddiaçı və onun nümayəndəsi və vəkili X16 ayrı-ayrılıqda apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı ömürlük ikinci qrup əlilliyə görə 160 manat məbləğində əmək pensiyası alır. İş materiallarına əlavə edilmiş Xəzər RİH Başçısının Şağan qəsəbəsi İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünürki, Şağan qəsəbəsində yerləşən Məktəbli küçəsi hal-hazırda X20 küçəsi adlanır. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* saylı 28.09.2018-ci il tarixli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi (X20 küçəsi) 1-ci döngə, ev 19 İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş 15 noyabr 2018-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X20 küçəsi, döngə 1, ev 19 ünvanında yerləşən, ümumi sahəsi 47.8 kv/m olan fərdi yaşayış evi və mülkiyyətdə olan 0.09259 ha torpaq sahəsini Cavabdeh1 12000 manata satmışdır. Müqaviləni Cavabdeh1 əvəzinə Cavabdeh3 bağlamışdır. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* saylı 28.11.2018-ci il tarixli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 47.8 kv/m olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X20 küçəsi, döngə 1, ev 19-un 47.8 kv/m hissəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* saylı 16.01.2019-cu il tarixli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 129 kv/m olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X20 küçəsi, döngə 1, ev 19-un ümumi sahəsi 129 kv/m olan hissəsi Cavabdeh1 oğlnun xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Cavabdeh1 adına Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X20 küçəsi, döngə 1, ev 19-a dair bölgü sxem tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 01 mart 2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X20 küçəsi, döngə 1, ev 19 C saylı sahə ünvanında yerləşən, ümumi sahəsi 0.0574 ha olan torpaq sahəsini Cavabdeh2 15000 manata satmışdır. İş materiallarına əlavə edilmiş 01 mart 2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X20 küçəsi, döngə 1, ev 19 C saylı sahə ünvanında yerləşən, ümumi sahəsi 0.03519 ha olan torpaq sahəsini və onun üzərindəki ümumi sahəsi 129 kv/m olan fərdi yaşayış evinin 111 kv/m-lik hissəsini saxlamaqla, fərdi yaşayış evinin 1 yaşayış otağından ibarət 18 kv/m-lik hissəsini Cavabdeh2 15000 manata satmışdır. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* saylı 18.03.2019-cu il tarixli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 129 kv/m olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X20 küçəsi, döngə 1, ev 19-un 18 kv/m 1 otağı Cavabdeh2, qalan hissəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X20 küçəsi, döngə 1, 19C saylı sahəyə dair Cavabdeh2 29.07.2019-cu il tarixli A № 412578 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın Dövlət reyestrindən 05.08.2019- cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi (X20 küçəsi) 1-ci döngə, 19 C saylı sahə (0.0574 ha) Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Şağan qəsəbəsi İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin 19 avqust 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi (X20 küçəsi) 19 ünvanı 15 noyabr 2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1kərim Məmmədtağı oğluna məxsusdur. Hal-hazırda həmin ünvanda ev sahibi M.Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh3 Rəhman qızı və X4 yaşayırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosu tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisinə ünvanlanmış 08 avqust 2019-cu il tarixli məktubun surətindən və “Elektron notariat” X1 05.08.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı 20.09.2017-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat kontorunda Cavabdeh3 etibarnamə vermiş, 05.08.2019-cu il tarixli 4217 nömrəli notariat hərəkəti üzrə həmin etibarnaməyə xitam verilib. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində çıxış edən X8 ifadəsində göstərmişdir ki, iddiaçı Xədicəxanım onun qonşusudur. O, iddiaçını uşaqlıqdan tanıyır. İddiaçının ailəsində anasından başqa hamı xəstə olmuşdur. Xədicəxanım özü də kəmağıllı olmuşdur. Cavabdeh3 ona demişdir ki, Xədicəxanıma baxacaq, ev də onlara qalacaq. Beləliklə iş materialları ilə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M. C. Bağırzadə küçəsi (Məktəbli küçəsi), döngə 1, 19 saylı fərdi yaşayış evini mülkiyyətçi 15 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X20 küçəsi, döngə 1, 19 C saylı sahəni Cavabdeh2 satmış, Cavabdeh1 da öz növbəsində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M. C. Bağırzadə küçəsi (Məktəbli küçəsi), döngə 1, 19 saylı evin bir hissəsini Cavabdeh2 satmışdır. İşin müəyyən olunmuş hallarını qiymətləndirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsası kimi göstərilən halların araşdırılması məqsədilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Prisiatrik Ekspertizası Mərkəzinin 17.12.2019-cu il tarixli 2614 saylı ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı ağır debillik dərəcəsində kəmağıllıq aşkar olunur, İddiaçı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. (12.10.1989-cu ildə İİ qrup müddətsiz əllilik təyin edilmiş, diaqnoz: “V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları, əqli gerilik”). Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən göndərilmiş sənədlərdən yuxarıda məhz ekspert rəyində göstərilənlər öz təsdiqini tapmışdır. Göründüyü kimi İddiaçı ömürlük ikinci qrup əlil olmaqla, ona ağır debillik dərəcəsində kəmağıllıq diaqnozu qoyulmuşdur və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M. C. Bağırzadə küçəsi (Məktəbli küçəsi), döngə 1, 19 saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X20 küçəsi, döngə 1, 19 C saylı sahəyə dair cavabdehlərlə müqavilələr bağlayarkən zaman öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik etməyi bacarmayan vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 346-cı maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə haqlı olmuşdur. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Hazırki iş üzrə də iddiaçı fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə əqd bağlaması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-133/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar