Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4650/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-817/2021 nömrəli saylı işi üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən əmanət kimi qoyulmuş 50000 dolları (85000 manat) və 5 il ərzində toplanmış 42500 manat faizi, ümumilikdə 127500 manat məbləğində pul vəsaitinin tutularaq dərhal iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı: 50000 ABŞ dolları məbləğində pul vəsaiti (əmanəti) 36 ay müddətinə illik 12,50 % dərəcəsi ilə "xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 25 fevral 2014-cü il tarixli "Standard” bank əmanəti müqaviləsi (səh.3), vətəndaş İddiaçı kreditor tələbinin Azərbaycan Respublikasının "Banklar haqqında ” Qanununun 76.1 -ci maddəsinə uyğun olaraq 21 noyabr 2016-cı il tarixində 1207 nömrəsi ilə qeydiyyata alınması və həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlilik daxilində ödənilməsinə dair Əmanətlərin Sığortalanması Fondunun 21 avqust 2020-ci il tarixli məktubu (səh.6), X5 tərəfindən 01 iyun 2010-cu il tarixdən 01 mart 2016-cı il tarixədək banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 12 faiz, milli valyuta üzrə 15 faiz olmaqla sığortalanmasının müəyyən edilməsinə dair 22.02.2021-ci il tarixli çıxarış (səh.42) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-817/2021 nömrəli saylı işi üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədə "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.9, 2.1.2, 2.1, 2.6, 4.1, 8.1.20; Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1; "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsinə istinadən qeyd edilmişdir ki, "xxxx” ASC müflis elan edilmiş və barəsində iflas proseduru başlanılmış, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuş, cavabdeh tərəfindən iddiaçının əmanət qoyuduğu 50000 ABŞ dolları əmanətlə bağlı tələbi kreditor tələb kimi qeydə alınmışdır. X5 tərəfindən 01 iyun 2010-cu il tarixdən 01 mart 2016-cı il tarixədək banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 12 faiz, milli valyuta üzrə 15 faiz olmaqla sığortalanması müəyyən edilmişdir. Eyni zamanda, "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiyanın maksimum həddi 30000 manat müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçının 2014-cü il tarixdə Banka qoyduğu əmanət məbləği və faizi (12,50 faiz olduğundan) qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə də aid olmamışdır. Bundan əlavə, iddiaçının əmanəti 04 mart 2016-cı il tarixdə qanuni qüvvəyə minmiş "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun da təsir dairəsinə düşməmişdir. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. İddiaçı Bakı şəhəri qətnamənin ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına dair apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində bildirmişdir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onıınla əsaslandırmışdır ki, "xxxx*' ASC-yə 50000 dollar məbləğində əmanət qoymuşdur. Lakin "xxxx" ASC bağlandıqdan sonra qoyulmuş əmanətlərin qaytarılınası səlahiyyətləri Əmanətlərin Sığortalanması Fonduna ötürülmüşdür. Müxtəlif vaxtlarda müraciətlərim olunmasına baxmayaraq hər zaman eyni məzmunlu və vaxt udmaq xarakteri daşıyan cavablar verilmişdir. Ən sonuncu 30.07.2020- ci il tarixli vəkil sorğusuna verilmiş 31.08.2020-ci il tarixli cavab məktubunun məzmunundan görünür ki, "Əmanətin geri qaytarılınası barədə məktubunuzu ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Vətəndaş İddiaçı kreditor tələbi Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 76.1-ci maddəsinə uyğun olaraq 21 noyabr 2016-cı il tarixində 1207 nömrəsi ilə qeydiyyata alınmış və həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlilik daxilində ödəniləcəkdir" Verilmiş cavabdan görünür ki, konkret olaraq növbə sırası bəlli deyildir və verilmiş cavab eyni məzmunlu "şablon" xarakter daşıyır. "xxxx" ASC ilə bağlanmış müqaviləyə əsasən ona qoyulmuş əmanəti sığortalamaq və ya götürmək təklif olunmuş, o isə əmanəti götürməyi seçsə də, bu günə qədər yaradılmış bürokratik əngəllərə görə götürə bilməmişdir. Onun pulunu geri almaqda bu qədər çətinlik çəkməyi heç bir norma va prinsipləra sığmır. Dünyəvi va hüquqi dövlətin vətəndaşının öz pulunu geri alınası üçün aylarla çalışması və ala bilməməsi tamamilə qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə, Banklar haqqında Azərbaycan Respublikası Qanununun 72, 76, 82, 87, 91; Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikası Qanununun 8.1.20, 25-28; Əmanətlərin Tam Sığortalanması haqqında Azərbaycan Respublikası Qanununun 3, 5; Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 324, 385, 386, 404, 420, 421.3, 425, 458.1, 527.1, 560, 943-953; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələri üzrə mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 817/2021 nömrəli saylı işi üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4650/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4650/2021
24.05.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver