Məhkəmə qərarları › İş №2(103)-4652/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4652/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4652/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh Elşən oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(004)-1423/2023 nömrəli qətnaməsindən Cavabdeh Elşən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: BA243484 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia Pride” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən X4 adına qeydə alınmışdır. 21 yanvar 2023-cü il tarixli öhdəlik müqaviləsindən görünür ki, X4 etibarnamə üzrə nümayəndəsi Cavabdeh Elşən oğlu xx.xx.2023-cü il tarixli BA243484 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X5 məxsus 2007-ci il buraxılışlı “Kia Pride” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 12000 manata satılması barəsində İddiaçı ilə razılığa gəlmişlər. Həmin məbləği 24 ay müddətinə kimi, hər ay 500 manat ödənilməklə tam şəkildə ödənildikdən sonra həmin avtomobili müvafiq QİŞ-də İddiaçı adına müqavilə əsasında keçirməyi qanun qarşısında öz öhdəsinə götürür. Avtomobil üçün İddiaçı tərəfindən ümumilikdə 3500 manat Cavabdeh Elşən oğluna ödənilmişdir. Cavabdeh Elşən oğlu avtomobil geri aldığından hazırda iddiaçı avtomobil üçün ödədiyi məbləği və çəkilmiş xərcləri tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Elşən oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Elşən oğlundan 4360 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobil üçün cavabdehə ödədiyi 3500 manat pulun, yeni aldığı 4 təkərə görə verdiyi 310 manat, həmin təkərlərin maşına quraşdırılması üçün ustalara ödədiyi 100 manat və notariat hərəkətlərinə görə ödədiyi 174 manat, cəmi 4084 manat pulun və ya avtomobilin Cavabdeh Elşən oğlundan alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə “Turbo.az” saytında avtomaşının ilkin ödəniş 4500 manat verməklə, lakin maşını nağd qoyulduğunu görmüşdür. İddiaçının nağd qiymətə maşın almaq üçün maddi imkanı olmadığına görə kreditlə yoldaşının adına bankdan 3500 manat pulu məhz maşın almaq üçün götürmüşdür. xx.xx.2023-cü il tarixdə bacısı oğlu Rövşənlə sayta qoyulan ***-***-**-** nömrə ilə əlaqə saxlamış və Yasamal rayonu “Musabəyov parkı”nın yanındakı yanacaq doldurma məntəqəsində görüşmüşlər. Bu zaman maşını öz ustalarının yanına aparmış və maşında heç bir problem olmadığını maşının yaxşı vəziyyətdə olduğunu demişlər. Fərdi onlara maşının “naklatkalar”ında və “təkər”lərində problemi olduğunu demişdir. O, 340 manat ödəyərək, “təkər”lərin 4-də yenisini alaraq dəyişmişdir. 100 manat isə “təkər”lərin dəyişməsinə görə ödəniş etmişdir. Bundan sonra Fərdi onları 19 saylı notariusa aparmışdır. xx.xx.2023-cü il tarixdə notariusa ilkin ödəniş edərək, 24 ay 500 manat ödəməklə maşını etibarnamə verməklə ona X4 adına olan maşını həyat yoldaşı Cavabdeh satdı. O, maşının “texniki pasport”unu istədi ona əslin yox surətini verdi və dedi ki əslini banka qoyub pul götürüblər. Onu aldatdı. Notariusun xərci 220 manatı da ona ödətdirdi xx.xx.2023-cü il tarixdə maşını bacısı oğlu Rövşənlə maşında nasazlıqlar olduğundan servisə aparıb, orada maşının çox nasaz vəziyyətdə olduğu bildirilmişlər. Maşını müxtəlf yerlərdə servislərə apardı hamısı eyni sözləri dedilər. 200 manat servislərə pulu çıxdı. O Fərdiyə zəng vurmağa başladı zənglərinə cavab vermədi və sonra ona zəng vuraraq “bandalet”də iclasda olduğunu bildirdi. O maşının nasaz olduğunu və problemlərinin çox olduğunu və görüşmək istədiyini bildirdi. O, bacısı oğlu Rövşən və qızı Şəbnəmlə Yasamal rayonu Musabeyov parkının yaxınlığındakı yanacaq doldurma məntəqəsində görüşdü. O, maşını qaytarmaq istədiyini və pulunun geri qaytarmasını istədi. Fərdi isə pulun geri qaytarmayacağını və “yuxarılarla” işlədiyini yuxarıda oturan rəislərin onun arxasında dayandığını dedi və 70-dən çox maşını belə satdığını belə işlərlə məşğul olduğunu bildirdi. Verilən ilkin ödənişin geri qaytarılmayacağını müqavilədə yazdığını bildirdi amma öhdəlik müqaviləsində ilkin ödənişin 3500 manat olması və geri qaytarılması barədə heç bir məlumat yoxdur. Müqavilədə 24 ay müddət hər ay 500 manat ödəmək və geri qaytarılmaq yazılır. Maşının açarını ondan aldı nə pulun geri qaytarır, nə də maşını onlara verir. Fərdi maşına əsəbi halda oturdu maşını sürüb aparmaq istəyəndə qızı Şəbnəm maşını sürmə açarı ver onlara dedi. Lakin buna baxmayaraq Fərdi maşını arxa-arxaya sürərək qızına çırpdı. Qızı tez qaçaraq qabaq qapısını açdı və maşını saxlamağını istədi buna baxmayaraq Fərdi maşını sürərək qızını sürüdü. Bu barədə Yasamal rayonu 28-ci Polis bölməsinin təhqiqatçısı Emil İsmayılovun icraatında araşdırılma aparılır. Qızının xəsarəti var. Yenidən turbo.az saytında xx.xx.2023-cü ildə gördü ki, maşını təkrar satışa qoyub. Saytdan şəkili çıxarıb, onlara təqdim edib. Maşını ona satıb və əlindən zor gücüylə alıb təkrar satışa qoyub. O, heç bir yerdə işləmir. Evə baxır. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(004)- 1423/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən - Cavabdeh Elşən oğlundan maddi ziyana görə 3500 (üç min beş yüz) manat, yeni aldığı 4 təkərə verilən 310 (üç yüz on) manat, notariat hərəkətlərinə görə ödənilən 174 (yüz yetmiş dörd) manat olmaqla, cəmi 3984 (üç min doqquz yüz səksən dörd) manat və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində təmin edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh Elşən oğlu arasında bağlanmış 21 yanvar 2023-cü il tarixli öhdəlik müqaviləsinə əsasən “Kia Pride” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh Elşən oğluna 3500 manat məbləğində pul vəsaiti İddiaçı ödənildiyindən, həmçinin Cavabdeh Elşən oğlu tərəfindən avtomobildə olan qüsurlarla bağlı iddiaçıya əvvəlcədən məlumat verilmədiyindən iddia tələbi bu hissədə təmin edilməli və Cavabdeh Elşən oğlundan 3500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin X11 Mağazasının 119 nömrəli xx.xx.2023-cü il tarixli satış çekinə əsasən 4 ədəd təkər üçün ödənilmiş 310 manat və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinə əsasən 19 saylı Notariat ofisinə notarit hərəkətləri üçün ödənilmiş 174 manat məbləğində pul vəsaiti Cavabdeh Elşən oğlundan tutularaq İddiaçı ödənilməlidir. Bunlardan başqa məhkəmə hesab etmişdir ki, iddia tələbi təkərlərin maşına quraşdırılması üçün ustalara ödədiyi 100 manat məbləğində pul vəsaiti ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən bu hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.2, 390.5, 390.6, 567, 575.1, 587.1, 600.1, 600.3, 600.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə istinad edilən maddələr “Alqı-satqı müqaviləsi”nə şamil olunur, bu işdə isə tərəflər arasında “Öhdəlik müqaviləsi” bağlanmışdır. İş materiallarından göründüyü kimi, avtomobil xx.xx.2023 - xx.xx.2023 tarixədək taksi fəaliyyəti ilə məşğul olduğuna görə İddiaçı istifadəsində olub, istismar edilib. İddiaçı uzun müddətdir avtomobil idarə etmədiyinə (özü etiraf edib) və ehtiyyatsızlığına görə sözü gedən nəqliyyat vasitəsini zədələyərək cavabdehin mülkiyyətində olan avtomobilə 2710 manat dəyərində ziyan vurmuş,dəyərini azaltmışdır. Tərəflər arasında bağlanan öhdəlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, ikinci tərəf (borclu) avtomobilin müqavilənin müddəti bitən tarixə kimi texniki saz vəziyyətdə saxlamağı, müqaviləyə xitam verildiyi halda texniki saz vəziyyətdə alıcıya qaytarmağı və hər hansı qəza hadisəsi baş verərsə təmiri ilə bağlı bütün xərclərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi, tərəflər arasında müqavilə bağlananadək avtomobilin texniki vəziyyətini müəyyən edən ustalar məhkəmə prossesi zamanı şahid qismində ifadə veriblər və sözü gedən nəqliyyat vasitəsinə baxış keçirərkən saz vəziyyətdə olduğunu, heç bir qüsurun olmadığını təsdiq ediblər. İş materiallarından göründüyü kimi, avtomobilin təkərlərinin işlənildiyinə görən iddiaçı 310 manat yeni təkərlərlərə görə və notariat hərəkətlərinə görə 174 manat məbləgində pul ödəmişdir. Öhdəlik müqaviləsi 21 yanvar 2023-cü il tarixdə bağlanmışdır, iddiaçı tərəfindən notariat ofisinə odənilən vəsait isə: 1. 19 man. - xx.xx.2023 saat 16:53-də 2. 19 man. - 24 .01.2023 saat 16:54-də 3. 116 man. - xx.xx.2023 saat 18:21-də 4. 20 man. – xx.xx.2023 saat 11:16da ümumilikdə 174 manat sonra ödənilmişdir. Bundan başqa iddiaçının ərizəsində göstərilən digər hallar və məhkəmədə verdiyi ifadələr heç bir sübütla təsdiq edilməmişdir. Məhkəmə iddiaçının həqiqətə uyğun olmayan verdiyi məlumatları əsəs tutaraq onun xeyrinə qətnamə çıxarmışdır. Həmçinin iddia ərizəsi verilən zaman iddiaçı tərəfindən ödənilən dövlət rüsumu, qanunla nəzərdə tutulmuş miqdardan az olmuşdur. Məhkəmə iddianı necə icraatına qəbul etməkdə səhvə yol vermişdir. Məhkəmə öhdəlik müqaviləsində qeyd edilmiş şərtlərin tərəflərin hansı hərəkət və ya hərəkətsizliyinə görə pozulmasını aydınlaşdırmamışdır. Belə ki, iddiaçı avtomobili saz vəziyyətdə əldə edib, sonra onu zədələyərək cavabdehə qaytarmaq istəyib, 4 gün avtomobili öz ehtiyacları üçün idarə edərək, gəlir əldə edib. Cavabdehin qanunla təmzimlənən əldən çıxmış faydasına isə hüquqi qiymət verməyib. Sual yarana bilər, nəyə görə maddi ziyan və əldən çıxmış faydaya görə cavabdeh tərəfindən məhkəməyə müraciət olunmayıb. Yuxarıda qeyd edilib ki, iddiaçıdan avtomobilə görə ilkin ödəniş kimi alınan 3500 manat pul vəsaiti, həmin risklərin təminatı həm maddi, mənəvi, həm də əldən çıxmış faydanın qarantiyasıdır. Məhkəmələrin iş yükünün azldılması məqsədi ilə birinci instansiya məhkəməsi cavabdehə dəymiş zəzərlə bağlı 3500 manat pulu əvəzləşdirməli idi. Bu həm qanuni, həmdə məntiqə uyğun olardı. Lakin məhkəmə bunu nəzərə almamışdır. İddiaçı ərizədə göstərmişdir ki, 22 iyun 2023-cü il tarixdə səhər avtomobildə nasazlığı gördükdən sonra müxtəlif servislərə aparmışdır. İlkin hazırlıq iclasında suallara cavab verərək, bildirmişdir ki, avtomobildə texniki nasazlığı müqavilə bağlanan günün sabahı aşkar edib, bundan sonra iki avtoservisə aparıb və 200 manat pul xərcləyib. Avtomobilə quraşdırılmış GPS izləmə cihazının qeydinə əsasən(məhkəməyə təqdim edilib), İddiaçı heç bir avtoservisə avtomobili aparmayıb, əksinə nəqliyyat vasitəsini 4 gün ərzində müxtəlif yerlərə sürülüb, bəzən yüksək surətlə uzaq məsafələrə. İddiaçı tərəfindən ilkin hazırlıq iclasında sadalanan nasazlıqlarla avtomobili bu tərzdə sürmək mümkün deyil. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsin xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə - iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmişdir. İddiaçı isə qətnamədən apellyasiya şikayəti verməyərək, qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd hesab ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin – iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin. 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, “Kia Pride” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir və etibarnamə əsasında Cavabdeh Elşən oğlu tərəfindən İddiaçı öhdəlik müqaviləsi əsasında verilmişdir. Müqavilənin şərtlərinə görə ilkin ödəniş edilərək 24 ay müddətinə hər ay 500 manat ödənilməsi ilə razılaşmışlar. Avtomobil üçün İddiaçı tərəfindən 3500 manat Cavabdeh Elşən oğluna ödənilmişdir. Bununla bağlı Cavabdeh Elşən oğlu tərəfindən 06 fevral 2023-cü il tarixli Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Emil İsmayılovun qərarında verdiyi izahatda etiraf edilmişdir. Daha sonra Cavabdeh Elşən oğlu avtomobil geri aldığından hazırda iddiaçı avtomobil üçün ödədiyi məbləği tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın notariat hərəkətlərinə görə ödənilən 174 (yüz yetmiş dörd) manat hissəsi istisna olmaqla digər mübahisələndirilən hissələrdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə qiymət verərək hesab edir ki, cavabdeh iddiaçıdan avtomaşına görə 3500 manat almasını və sonradan avtomaşında qüsurlar olması adı ilə ona qaytarılmasını inkar etmir. Lakin cavabdeh iddia olunan məbləğlərlə razılaşmamışdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı avtomobil xx.xx.2023-xx.xx.2023 tarixədək taksi fəaliyyəti ilə məşğul olduğuna iddiaçının istifadəsində olmaqla istismar edilməsini və ehtiyyatsızlığına görə sözügedən nəqliyyat vasitəsini zədələyərək cavabdehin mülkiyyətində olan avtomobilə 2710 manat dəyərində ziyan vurmaqla dəyərini azaltmasını göstərmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya pulun qaytarılmasına, hətta birinci instansiya məhkəməsində iddianın qismən təmin edilməsinə etiraz etməmiş, lakin qaytarılmalı olan məbləğin iddia tələblərində göstərilən məbləğ olması ilə razılaşmamışdır. Təsadüfi deyildir ki, apellyasiya şikayətində də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş edən apellyator qəbul edilməsini xahiş etdiyi yeni qətnamədə hansı məbləğin qaytarılmalı olmasını da belə göstərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin bu halları cavabdehin iddiaçıya pul qaytarmaq niyyətində olmasına dəlalət edir. Lakin onun apellyasiya şikayətinin dəlillərində göstərilən hallar üzrə nə, birinci instansiya məhkəməsində sübutlar təqdim etməmiş, belə sübutları apellyasiya şikayətinə də əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh öz hüquqi mövqeyini sübut edilə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı ilə Cavabdeh Elşən oğlu arasında bağlanmış 21 yanvar 2023-cü il tarixli öhdəlik müqaviləsinə əsasən “Kia Pride” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh Elşən oğluna 3500 manat məbləğində pul vəsaitinin X6 ödənildiyindən, həmçinin Cavabdeh Elşən oğlu tərəfindən avtomobildə olan qüsurlarla bağlı iddiaçıya əvvəlcədən məlumat verilmədiyindən iddia tələbi bu hissədə təmin edilməsi, həmçinin X11 Mağazasının 119 nömrəli xx.xx.2023-cü il tarixli satış çekinə əsasən 4 ədəd təkər üçün ödənilmiş 310 manat pul vəsaitinin Cavabdeh Elşən oğlundan tutularaq İddiaçı ödənilməsinə dair hissələrdə gəldiyi nəticə düzgündür. Lakin məhkəmə apellyasiya şikayətinin xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinə əsasən 19 saylı Notariat ofisinə notarit hərəkətləri üçün ödənilmiş 174 manat məbləğində pulun tutulmasına dair dəlilləri ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında 21 yanvar 2023-cü il tarixli öhdəlik müqaviləsi bağlanmasına baxmayaraq 19 saylı Notariat ofisində notarit hərəkətləri üçün xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinin təyinatını müəyyən etmədən 174 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Halbuki, iş materiallarından görünür ki, Öhdəlik müqaviləsi 21 yanvar 2023-cü il tarixdə 19 saylı Notariat Kontorunda bağlanmış və həmin müqavilədə 115 manat rüsumun ödənilməsi göstərilmişdir. İddiaçı isə tələbində notariat hərəkətlərinə görə ödədiyi 174 manatı tələb etsə də, onun əsası kimi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ödənilmiş qəbzlərə əlavə etmişdir. İş materiallarında olan 19 saylı Notariat Kontoruna ödənilmiş qəbzlərdə xx.xx.2023cü ildə saat 16:53-də Səlimova, 19 manat, 24 .01.2023 saat 16:54-də 19 manat Səlimova,, xx.xx.2023 saat 18:21-də 116 manat Bağırov, xx.xx.2023 saat 11:16-da 20 manatı Rövşən ödənilməsi qeyd edilmişdir. Göründüyü kimi, 19 saylı Notariat ofisinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinin cəmi 174 manat təşkil etsə, bu ödənişlərin məhz iddiaçı tərəfindən həyata keçirilməsi müəyyən olunmamış, birinci instansiya məhkəməsi isə xx.xx.2023-cü il tarixdə öhdəlik müqaviləsi bağlayaraq 115 manat rüsümun ödənilməsinə baxmayaraq (bu məbləğ iddia predmetinə aid olmamışdır) bu ödənişlərin müqavilədən sonrakı tarixlərdə iddiaçı tərəfindən ödənildiyi halda, niyə qəbzlərdə onun adının deyil, başqa şəxslərin adının olmasını və bu ödənişlərin təyinatını, başqa sözlə, xx.xx.2023-cü il tarixli öhdəlik müqaviləsi ilə bağlı öhdəliyə aid olub-olmamasını aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, 19 saylı Notariat ofisinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödənişlərin iddiaçı tərəfindən həyata keçirilməsi sübut olunmadığından iddia bu hissədə əsaslı sayıla və təmin edilə bilməzdi. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi 174 manat tutulması hissədə ləğv edilməklə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(004)- 1423/2023 nömrəli qətnaməsi qismən, Cavabdeh Elşən oğlundan notariat hərəkətlərinə görə ödənilən 174 (yüz yetmiş dörd) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar