Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4655/2024 02.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 cavabdeh SOCAR Cavabdehnə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilən) qarşı iş üzrə (Açar sözlər: işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın ödənilməsi, qətnamənin qanuniliyi və əsaslılığı, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), X7 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2023 nömrəli, 31 avqust 2023cü il tarixli qətnaməsindən cavabdeh SOCAR Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 02 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İşəgötürənin 27 iyul 2021-ci il tarixli əmrinə əsasən X4 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinin 3-cü hissəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmişdir.
2. Tərəflər arasında bağlanmış 29 iyul 2021-ci il tarixli razılaşmanın bəndlərindən görünür ki, işçi işəgötürənlə bağlanmış 276 nömrəli, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədilə müraciət edir. Bu razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə işəgötürən işçiyə cəmi 35885,45 manat məbləğində müavinət ödəməyi öhdəsinə götürür.
3. Əmək müqaviləsinə xitam verilərkən X2 ARDNŞ-nin ANQSlHİRK-nin 22 aprel 2009cu il tarixli 57/06- l9a nömrəli əmr qərarının 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009cu il tarixli 112/07- 22a nömrəli dəyişikliyə əsasən orta aylıq əmək haqqının beş misli 35 885.45 (otuz beş min səkkiz yüz səksən beş manat 45 qəpik) məbləğində müavinət ödənilmişdir. Ödənilmiş müavinətdən tutulan gəlir vergisi 8721.36 (səkkiz min yeddi yüz iyirmi bir manat 36 qəpik) təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X4 cavabdeh SOCAR Cavabdehnə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 35888.45 manat işdənçıxma müavinətinə görə əsassız və qanunsuz tutulmuş 10.334 manat məbləğində gəlir vergisinin və digər məbləğlərin və 50 manat mediasiya xərcinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış 276 nömrəli xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair onunla işəgötürən arasında olan xx.xx.2021-ci il tarixli razılaşmaya görə "Azneft" İB ona 35.885.45 manat işdən çıxarılmaya dair müavinət ödəmişdir. Cavabdeh həmin müavinətdən cəmi 10.334 manat gəlir vergisi və digər məbləğlər tutmuşdur. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cı maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlara görə fiziki şəxslər gəlir vergisindən azaddırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol vermir. Odur ki, ondan əsassız və qanunsuz tutulmuş 10.334 manat gəlir vergi və digər məbləğlər geri qaytarılmalıdır. Eyni zamanda mediasiya xərci olaraq ödədiyi 50 manatda ona qaytarılmalıdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia qismən təmin edilmiş, iddiaçı X3 ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 8721.36 manat məbləğində gəlir vergisi, mediasiya xərcinin 40 manat hissəsinin cavabdeh "Azneft” İstehsalat Birliyindən tutularaq iddiaçı X3 ödənilməsi, 107 manat dövlət rüsumunun cavabdeh "Azneft” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra ona əmək haqqı məbləğinin 5 misli məbləğində müavinətin verilməsi hazırkı işin mübahisəsiz hallarındandır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 59-k nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X9 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" Qərarı və tərəflər arasında imzalanmış yazılı razılaşma da bu halı təsdiq edir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçilərin özlərinin təşəbbüsü rəsmləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası və məqsədi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi ilə nəzərdə tutulmuş işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş razılaşmanın surəti ilə, həmçinin tərəflərin izahatları ilə sübut olunur. Məhkəmənin qənaətinə görə, iddiaçının işdən “Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə” azad edilməsi əsası formal xarakter daşıyır və iddiaçı tərəfindən yazılmış ərizə işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmrqərara uyğun olaraq tərtib olunmuşdur ki, iddiaçının müstəqil iradə ifadəsini əks etdirmir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə görə, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
8. Məhkəmə həmçinin iddia müddətinin tədbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olsa da, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ödənilən müavinət artıq onun mülkiyyəti hesab olunurdu. Mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3, 77.6, 175.4-ci, Vergi Məcəlləsinin 98.1, 102.1.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası instansiyası məhkəməsində birinci icraat
10. Cavabdeh SOCAR Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qətnamədən apellyasiya şikayəti verərək, qıtnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişlər.
11. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin veriləcəyindən xəbəri olmuşdur. 07/2021 tarixli haqq-hesab vərəqindən də görünür ki, İddiaçı ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğindən və digər ödənişlərdən vergi tutulmuş və İddiaçı bundan xəbəri olmuşdur. Müqaviləyə xitam verilərkən iddiaçıya ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına və həmin əmrqərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixli əmrqərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilib. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrə "ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" əmrqərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli "ARDNŞ-də işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" Əmr Qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. X11 girişində qeyd edilib ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd ARDNŞ-nin 26 fevral 2009-cu il tarixli 38 nömrəli əmri ilə təsdiq edilmiş "ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı"ndan irəli gələn vəzifələrinin, xüsusilə də, "şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və sənədlərin təkmilləşdirilməsidir". Sözügedən əmr-qərara müvafiq olaraq müəssisələrin işçilərinə orta aylıq əmək haqqının beş misli məbləğində müavinət almaqla və öz iradələrinə uyğun olaraq ərizə yazmaqla işdən azad oluna biləcəkləri nəzərlərinə çatdırılmış və iddiaçı da ərizə ilə müraciət edərək, işəgötürənlə müvafiq razılaşma imzalayaraq orta aylıq əmək haqqının beş misli miqdarında müavinət almış və onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən ləğv edilmişdir. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. İddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. Hazırki iddia tərəflər arasında olan əmək münasibətlərindən irəli gəlir və iddia müddəti Mülki Məcəllənin 384.0.4-cü maddəsinə deyil Əmək Məcəlləsinin 296.4-cü maddəsinə uyğun tətbiq edilməlidir. A.Abdullayev ilə bağlanmış əmək müqaviləsinə 27 iyul 2021-ci il tarixdə xitam verilmişdir. İddiaçı 28 iyul 2022-ci il tarixinədək məhkəməyə müraciət etməli idi. Lakin, iş iddiaçı A.Abdullayev qanunvericiliklə müəyyə edilmiş 1 illik məhkəməyə müraciət etmə müddətini ötürməklə xx.xx.2023-cü il tarixdə mediasiya tətbiqi barədə təklif göndərmiş, xx.xx.2023-cü il tarixdə Mediasiya Təşkilatına müraciət etmişdir.
12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin etməklə iş üzrə yanlış nəticəyə gəlmiş, qanunvericilik normalarının ciddi pozuntusuna yol vermişdir. Belə ki, məhkəmənin istinad etdiyi xx.xx.2009-cu il tarixli əmr-qərar və razılaşma bu faktı nəinki təsdiq etmir, hətta iddiaçının öz iradəsi ilə işdən çıxdığını və məhz bununla bağlı birdəfəlik müavinətin verilməli olduğunu göstərir. Məhkəmə isə xx.xx.2009-cu il tarixli əmr-qərarın məzmununu və məqsədini təhrif etmiş və həmin əmr- qərara əsasən birdəfəlik ödənişi almaq hüququnun yalnız pensiya yaşına çatmış və öz iradələri əsasında işdən çıxmış işçilərə şamil edildiyini nəzərə almamışdır. əgər məhkəmə əmək müqaviləsinə iddiaçı tərəfindən deyil, işəgötürən tərəfindən xitam verildiyinə dair nəticəyə gəlmişdirsə o halda, işçinin ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixi 57/06-19 ə nömrəli əmrqərarında nəzərdə tutulan müavinəti almaq hüququ da yaranmamışdır. Belə olan halda isə iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “a" və “b” bəndləri ilə ləğv edilərkən işçiyə əmək stajından asılı olaraq orta əmək haqqının 1-2 misli miqdarında işdənçıxarma müavinəti ödənilməli idi. Halbuki birinci instansiya məhkəməsi həm qanunvericiliyin bu normasını nəzərdən qaçırmış, həm də hüquqlarının pozulduğunu hesab etdiyi iddiaçının bu barədə olan izahatlarını almamış, onların həqiqiliyini təsdiq edəcək heç bir sübut iş materiallarına əlavə etməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1491/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6491/2023 nömrəli iş üzrə 18 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətlərini qəbul etmədi və onların rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
18. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
20. Maddə 2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən, əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. ƏM, həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
21. Maddə 12. əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sadalanmış və onlardan biri kimi əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək vəzifəsi qeyd olunmuşdur.
22. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
23. Maddə 154.1. əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
24. Maddə 172.1. aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
25. Maddə 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
26. Maddə 135. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
27. Maddə 143. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
28. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
29. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı işdə iddia qismən təmin olunduğundan və qətnamə iş üzrə cavabdeh və üçüncü şəxs tərəfindən mübahisələndirildiyindən, iddiaçı isə iddianın rədd olunan hissəsindən apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Ali Məhkəmə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiya məhkəməsi hazırki mübahisəyə baxarkən işin hallarını lazımi qaydada araşdıraraq düzgün hüquqi qiymət verməmiş, tərəflər arasında bağlanmış Razılaşmanın şərtlərini diqqətdən kənarda saxlamış, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasını düzgün tətbiq etməmiş, cavabdehin iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla qanun pozuntusuna yol verməsi barədə gəldiyi nəticəni düzgün əsaslandırmamış, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ödənilmiş müavinətdən tutulan gəlir vergisinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilsə də, qeyd olunan verginin dövlət büdcəsinə ödənilməsinə diqqət yetirməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etsə də, tutulmalı olan məbləğin cavabdehdən düzgün tutulub-tutulmamasına hər hansı hüquqi qiymət verməmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia rədd edilməlidir.
34. Belə ki, işin mübahisəsiz hallarına görə iddiaçı 29 iyul 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir və həmin vaxt ona ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19a nömrəli Əmr-Qərarının 4-cu bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22a nömrəli dəyişikliyə və tərəflər arasında əldə edilmiş yazılı razılaşmaya əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinətdən gəlir vergisi tutulmuşdur.
35. Hazırda iddiaçı həmin məbləğdən gəlir vergisinin əsassız tutulduğunu iddia edir.
36. Qeyd olunmalıdır ki, işçiyə müavinət müəssisənin ləğvi və işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi ilə əlaqədar deyil, SOCAR ilə Azərbaycan Neft və X9 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020- 2023-cü illər üçün X10 uyğun olaraq öz təşəbbüsü ilə təqaüdə çıxmaq barədə ərizə verməsi ilə əlaqədar işəgötürənin öz təşəbbüsü ilə ödədiyi müavinətdir.
37. Vergi qanunvericiliyində hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu konkret göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qeyd olunan normanın tələbinə ziddir. Belə ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Bu baxımdan vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinətlər gəlir vergisindən azaddır. Bütün digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Göründüyü kimi, vergidən azad olunan gəlirlər sırasında əmək müqaviləsi işçi tərəfindən ləğv edilərkən işəgötürənin öz təşəbbüsü ilə işçiyə ödədiyi müavinət nəzərdə tutulmamışdır.
38. Eyni mövqe “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2024-cü il tarixli qərarında qeyd olunmuşdur. Həmin qərara görə Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.
39. Baxılan işin hallarından da göründüyü kimi iddiaçının tərəf olduğu əmək münasibətlərinə işçilərin sayının və ya ştatların ixtisar edilməsi əsası ilə deyil, iddiaçının öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Qeyd olunan Razılaşmaya görə bunun müqabilində İşəgötürən tərəfindən iddiaçıya orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 35885,45 manat işdənçıxma müavinəti hesablanmış və həmin işdənçıxma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən 8721,36 manat gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir.
40. Göründüyü kimi, iddia əsassızdır və bu baxımdan rədd edilməlidir. İddia özüözlüyündə əsassız olduğundan məhkəmə kollegiyası mübahisəyə iddia müddətinin tətbiqinə lüzum görmür.
41. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4).
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh SOCAR Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş verilmiş apellyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddiaçı X3 ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 8721.36 manat məbləğində gəlir vergisinin, 107 manat dövlət rüsumunun və mediasiya xərcinin 40 manat hissəsinin cavabdeh "Azneft” İstehsalat Birliyindən tutularaq iddiaçı X3 ödənilməsi hissəsində ləğv edilsin, iddia tələbi həmin hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.