Məhkəmə qərarları › İş №2(103)-4656/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4656/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4656/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh1 qarşı Bakı şəhəri Cavabdeh2 üçüncü şəxs kimi göstərildiyi “kompensasiya verilməklə mülkiyyət və istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-108/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-108/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi iləilkin iddia təmin edilmiş, Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 52,6 kv.m sahəsi olan 4 saylı mənzilindən və həmin ünvanda yerləşən 71.2 kv.m sahəsi olan 8/9 saylı mənzilindən cavabdehin köçməsi üçün "İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər mənzilə görə birdəfəlik 500 ( beş yüz) manat, həmin ünvanda yeni tikiləcək yaşayış binası hazır olanadək hər mənzilə görə aylıq 300 (üç yüz) manat kirayə haqqı və 30% sahə əlavə olunmaqla, müvafiq olaraq - sahəsi 68.38 kv.m olan və sahəsi 92.56 kv.m olan iki otaqlı yeni və təmirli mənzilləri Cavabdeh1 verilməklə cavabdehin mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddianın rədd edilməsi, ilkin və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumlarının ödəmiş tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi Vəkil apellyasiya şikayəti vermiş və proses zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini və bu səbəblə də apellyasiya icraatına xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 ərizəyə etiraz etməmişdir. Məhkəmə kollegiyası cavabdehin ərizəsini nəzərdən keçirib hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh1 və VəkilBakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-108/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 264-266, 369, 372, 377-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh1 və onun nümayəndəsi VəkilBakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-108/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar