Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4656/2022 26.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh Şirkətə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh Şirkətin həmin qətnamədən verdikləri apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən baxılan zaman iddiaçı ərizə ilə Məhkəməyə müraciət edərək cavabdeh Şirkət ilə razılığa gəldiyini, aralarında yaranmış mülki mübahisəni məhkəmədən kənar həll etdiklərini və bu səbəbdən də iddiadan imtina etdiyini bildirdi. O bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Göstərilənlər ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-nin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. İddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə cavabdeh Şirkətin nümayəndəsi X1 iddiadan imtinaya etiraz etmədiyindən Məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-nin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Bundan başqa iş üzrə tərəflər bildirdilər ki, onlar, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 275 manatın onlar tərəfindən bərabər hissələr ilə ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmə, ekspertiza xərci barədə tərəflərin razılığa gəlmələrini nəzərə alaraq hesab edir ki, həmin xərc iş üzrə tərəflərə bərabər hissələr ilə aid edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 263-cü maddəsini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 aprel 2022-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 275 manat iş üzrə tərəflərə bərabər hissələr ilə aid edilsin. Bu məqsəd ilə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, hər birindən 137 (yüz otuz yeddi) manat 50 (əlli) qəpik məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4656/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4656/2022
26.08.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver