Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4659/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, X4, X6, Cavabdeh5 Bakir oğluna, Cavabdeh2, Cavabdeh8 Bakir oğluna, Cavabdeh3, Cavabdeh6, Salmanov Fizuli Həsən oğluna, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə haqqı ödənilməklə, mənzillə təmin etməklə, mənzildən çıxarılma” tələbinə dair ilk və iddiaçı Salmanov Fizuli Həsən oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı “evin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyan” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mülkiyyətin müdafiəsi, zərərin ödənilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və və vəkili Vəkil1, Cavabdeh Salmanov Fizuli Həsən oğlunun, onun nümayəndələri və vəkilləri Vəkil2 və Nümayəndə2, Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(006) 898/2021 nömrəli qətnaməsindən cavabdehlər X7 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, X4, X6, Cavabdeh5 Bakir oğluna, Cavabdeh2, Cavabdeh8 Bakir oğluna, Cavabdeh3, Cavabdeh6, Salmanov Fizuli Həsən oğluna, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 1 ünvanında faktiki sahəsi 62,5 kv.m. olan 3 otaqlı 7 nömrəli mənzilin sökülməsi, mülkiyyətçisi Cavabdeh1, həmçinin həmin mənzildə qeydiyyatda olan ailə üzvləri ilə birlikdə X8, X9, Cavabdeh5 Bakir oğlu, Cavabdeh2, Cavabdeh8 Bakir oğlunun mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 75 kv.metr təmirli mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, ünvan 3-nin sökülməsi, mülkiyyətçi Cavabdeh3 ailə üzvü Cavabdeh6 ilə birlikdə həmin mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh3 xüsusi mülkiyyətinə verilməsi, ünvan 2 ünvanında yerləşən mənzilin sökülməsi, mülkiyyətçisi Salmanov Fizuli Həsən oğlunun mənzildən çıxarılmasını və İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzilin Salmanov Fizuli Həsən oğlunun xüsusi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ünvan 1 ünvanında faktiki sahəsi 62,5 kv.m. olan 3 otaqlı 7 nömrəli mənzilin mülkiyyətçisidir. X8, X9, Cavabdeh5 Bakir oğlu, Cavabdeh2, Cavabdeh8 Bakir oğlu həmin ünvanda qeydiyyatdadırlar. Bundan başqa Cavabdeh3 ünvan 3 ünvanında faktiki sahəsi 50 kv.m. mənzilin mülkiyyətçisidir. Cavabdeh6 isə həmin ünvanda qeydiyyatdadırlar. Bundan başqa Salmanov Fizuli Həsən oğlu ünvan 2 ünvanında faktiki sahəsi 95 kv.m. mənzilin mülkiyyətçisidir. Qeyd olunan ünvanlardakı tikililər ötən əsrin əvvəllərində tikilmiş və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ aktın icrasının təmin edilməsi məqsədilə Nəsimi RİH Başçısının 03 noyabr 2018-ci il tarixli 280 saylı sərəncamı ilə 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirməsi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən İddiaçı MMC ilə müqavilə bağlanmışdır. Müqavilənin öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kirayə haqlarının verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Lakin cavabdehlər onlara edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real (yalnız pul) kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə həmin ərazidən köçürülmüş onlarla ailənin hüquqlarının pozulması davam edir və İddiaçı MMC Nəsimi Rayon İcra Hakimiyyəti qarşısında öz öhdəliyini yerinə yetirə bilmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 12 yanvar 2017-ci il tarixli, 34/00074 nömrəli tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri həmin ünvanlarda yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirərək 03 mart 2018-ci il tarixli müvafiq akt tərtib etmişlər. Tərtib edilmiş akta əsasən həmin ünvanlarda yerləşən binanın dam konstruksiyaları, eyvanlar və ağac materiallarından olan mərtəbəarası örtüklərin aşınaraq tökülməsi armaturların ciddi korroziyaya uğramasına səbəb olmuşdur. Mərtəbəarası örtükləri ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədir. Dam örtüyü istismar nəticəsində yararsız hala düşmüş, yağan atmosfer sularının sızması nəticəsində binanın pilləkən qəfəslərinin daxili tavan və divarlarında rütubət izləri, beton mühafizə qatının tökülməsi müşahidə olunur. Yaşayış binası məhdud işlək vəziyyətdədir. Bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İddiaçı tərəfindən müvafiq akt alındıqdan sonra 41 saylı MKİS vasitəsi ilə cavabdehlərlə əlaqə saxlanılıb və real vəziyyət, yəni onlara məxsus mənzillərin qəzalı vəziyyətdə olması barədə dəfələrlə məlumat verilmişdir. Lakin cavabdehlər yaşadıqları mənzillərdən çıxmaqdan imtina etməklə külli miqdarda kompensasiya tələb etmiş və qəzalı vəziyyətdə olan mənzillərindən çıxmayaraq öz həyatlarını təhlükəyə atmışlar.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(006) 898/2021 nömrəli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 1 ünvanında faktiki sahəsi 80,08 kv.m. olan 3 otaqlı mənzilin sökülməsi; mülkiyyətçisi Cavabdeh1 həmin mənzildə qeydiyyatda olan ailə üzvləri- X8, X9, Cavabdeh5 Bakir oğlu, Cavabdeh2, Cavabdeh8 Bakir oğlu ilə birlikdə mənzildən çıxarılması; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 96 kv.metr təmirli mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, faktiki sahəsi 39,4 kv.metr olan 117 saylı evin sökülməsi; mülkiyyətçisi Cavabdeh3 ailə üzvü Cavabdeh6 ilə birlikdə mənzildən çıxarılması; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh3 xüsusi mülkiyyətinə verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 4 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzilin sökülməsi; mülkiyyətçisi Salmanov Fizuli Həsən oğlunun mənzildən çıxarılması; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzilin Salmanov Fizuli Həsən oğlunun xüsusi mülkiyyətinə verilməsi qət edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh X7 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(006)-898/2021 nömrəli qətnaməsinin ona münasibətdə ləğv edilməsini və iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci apellyasiya icraatı:
5. Salmanov Fizuli Həsən oğlu apellyasiya baxışında qarşılıqlı iddia verərək, ünvan 5 ünvanda İddiaçı MMC-nin onun xəbəri olmadan özbaşına olaraq sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 171,3 kv.m. olan fərdi yaşayış evi və 39,1 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı MMC tərəfindən əvvəlki görkəminə gətirilərək bərpa edilməsi; ona vurulan mənəvi zərərə, keçirdiyi psixoloji sarsıntılara görə 100000 manat məbləğində mənəvi zərərin ödənilməsi; evinin təmirinə xərclədiyi 137000 manat məbləğində pulun, yaşayış evinin aşağı hissəsində təmirli şəraiti olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 2017-ci il üçün 10 ay x 650 = 6500 manat, 2018-ci il üçün, 2019-cü il üçün, 2020-ci il üçün, 2021-ci il üçün, 48 ay x 650 = 31200 (cəmi olaraq 37700 manat), oğlunun kirayə haqqı cəmi: bunlardan 2018, 2019, 2020 və 2021-ci il üçün 48 ay x 650 = 31200 manat, ev sökülərkən içəridə qalmış əmlakların məhv edilməsi nəticəsində ona vurulmuş maddi ziyanın dəyəri isə 45000 manat məbləğində olmaqla, ümumilikdə 282100 manat məbləğində maddi zərərə və əldən çıxmış faydaya əsasən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Salmanov Fizuli Həsən oğlu ünvan 4 ünvanında əvvəl bir otaqlı, sonradan iki otaqlı mənzil alaraq birləşdirmiş, əsaslı təmir işləri görərək evi 3 mərtəbəyədək qaldırmış, təmir etmiş və 220 kv.m. ölçüdə istifadəsində saxlamışdır. Binanın aşağı mərtəbəsində qapısı küçəyə açılan 40 kv.m. ölçülü qeyriyaşayış sahəsi də mülkiyyətində olmuşdur. Lakin 2018-ci ildən başlamaqla tikinti şirkətinin nümayəndələri ərazini yaşanmaz vəziyyətə gətirmiş, oğlu Elsevər Salmanov kirayəyə köçərək maddi ziyana uğramışdır. İddiaçı şirkət ilkin olaraq ərazinin işıqlarının söndürülməsinə nail olmuş, sonradan qazın fasilələrlə verilməsi, ətraf məhəllədə söküntünün aparılması nəticəsində evdə yaşamaq mümkünsüz vəziyyətə gəlmişdir. Ərazidə narkomanlar, kriminal meylli şəxslər yığılması, evdə oğurluq hadisəsinin baş verməsi ilə nəticələnmişdir. Nəticədə o, ailəsi ilə evdən köçüb getməyə məcbur olmuşdur. Onun mübahisəli evə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmış və ona müvafiq çıxarışlar verilmişdir. 2002-ci ildə və 2017-ci ildə tərtib edilmiş sənədlərlə müəyyən edilmişdir ki, onun üç mərtəbəli evinin ümumi sahəsi 171.3 kv.m. + 39.1 kv.m-dən ibarətdir. Mərtəbələrarası meydançanın sahəsi isə 49 kv.metr olmuşdur.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)-10183/2021 nömrəli qətnaməsi ilə (hakim V.Ə.İbayevin sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və R.M.Həsənovdan ibarət tərkibdə) cavabdeh Salmanov Fizuli Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(006)-898/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı MMC-nin iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 4 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzil və 39.1 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsi, mülkiyyətçisi olan Salmanov Fizuli Həsən oğlunun mənzil və qeyriyaşayış sahəsindən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzil və 40 kv.metr təmirli qeyri-yaşayış sahəsinin Salmanov Fizuli Həsən oğlunun xüsusi mülkiyyətinə verilməsi, Salmanov Fizuli Həsən oğlunun qarşılıqlı iddiası isə qismən təmin edilərək, İddiaçı MMC-dən mənəvi ziyana görə 10000 manatın tutularaq Salmanov Fizuli Həsən oğluna ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci kassasiya icraatı:
8. Cavabdeh Salmanov Fizuli Həsən oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103) 10183/2021 nömrəli qətnaməsinin ləğv edilərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2(102)-2225/2023 nömrəli qərarı ilə (hakim Z.Ə.Əliyevin məruzəsi ilə, hakimlər İ.R.Xələfovdan və A.Q.Hüseynovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10183/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İkinci apellyasiya icraatı:
10. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
11. Apellyasiya baxışı zamanı Fizuli Salmanov iddia ərizəsinə etiraz-mülahizə təqdim edərək göstərmişdir ki, binanın aşağı qeyri-yaşayış sahəsi 2016-2017-ci illərdə icarəyə verilmiş və ondan faydalanılmışdır. MTK-nın yaratdığı dözülməz vəziyyətə görə icarə münasibətləri pozulmuş və nəticədə maddi ziyana uğramışdır. ünvan 6 ünvanda İddiaçı MMC-nin özbaşına olaraq sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 178,3 kv.m olan fərdi yaşayış evinin əvəzi olaraq 712000 manat verilməlidir. Həmin mənzilin 2018-ci ilin yanvarın 1-dən hazırki tarixədək icarə dəyərinin əvəzi olaraq 32400 manat verilməlidir. ünvan 6 ünvanda İddiaçı MMC-nin özbaşına olaraq sökdüyü ona məxsus ümumi sahəsi 39,1 kv.m. olan qeyri-yaşayış sahəsinin əvəzi olaraq 230000 manat verilməlidir. Həmin qeyri-yaşayış sahəsinin 2018-ci ilin yanvarın 1-dən hazırki tarixədək icarə dəyərinin əvəzi olaraq 46300 manat verilməlidir. Ümumilikdə ******* manatın qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə məqbul bilərsə bu kompensasiyanı ünvan 6 ünvanda İddiaçı MMC-nin sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 178,3 kv.m olan fərdi yaşayış evi və 39,1 kv.m qeyriyaşayış sahəsinin müqabilində dağıdılmış əmlakın yerində inşa olunan yaşayış evindən 60 kv.m qeyri-yaşayış sahəsi, 136 kv.m iki mənzil, 1 ədəd qaraj sahəsi və 450000 manat kompensasiya pulunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi formasında da həll edə bilər. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində vurulmuş 50000 manat mənəvi ziyana görə pulun İddiaçı MMC-dən alınaraq ona ödənilməsi də ədalətlidir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-1251/2023 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Ə.Rüstəmlidən və A.Ə.İsgəndərovdan ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(006)-898/2021 nömrəli qətnaməsinin qismən– mübahisələndirilən hissələrdə (Salmanov Fizuli Həsən oğlu və Cavabdeh3 aid) ləğv edilməsi, həmin hissələrdə ilkin iddianın və Cavabdeh4 qarşılıqlı iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Salmanov Fizuli Həsən oğluna məxsus 139,2 kv.m. yaşayış və 39,1 kv.m. qeyri-yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa olunmuş binanın sökülmüş evin yerinə düşən hissəsindən (girişindən) təmirli şəkildə 139,2 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 167,04 kv.m. sahəsi olan mənzil və 39,1 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh4 İddiaçı MMC tərəfindən təhvil verilməsi, 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 500 manat kirayə haqqı və 650 manat icarə haqqı hesablanmaqla İddiaçı MMC tərəfindən Salmanov Fizuli Həsən oğluna ödənilməsi, mənəvi zərərin əvəzi olaraq İddiaçı MMC-dən 10000 manatın tutulub Salmanov Fizuli Həsən oğluna verilməsi, ilk və qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Cavabdeh3 məxsus 65,25 kv.m. yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa olunmuş binanın sökülmüş evin yerinə düşən hissəsindən (girişindən) təmirli şəkildə 65,25 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 78,3 kv.m. sahəsi olan mənzil Cavabdeh3 İddiaçı MMC tərəfindən təhvil verilməsi, 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 500 manat kirayə haqqı hesablanmaqla İddiaçı MMC tərəfindən Cavabdeh3 ödənilməsi və aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İkinci kassasiya icraatı:
13. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Salmanov Fizuli Həsən oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Həmçinin Cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 may 2024-cü il tarixli, 2(102)-1774/2024 nömrəli qərarı ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Salmanov Fizuli Həsən oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, ilk iddia üzrə Cavabdeh3 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-1251/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı:
16. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Salmanov Fizuli Həsən oğlu və onun vəkilləri Vəkil2 və Nümayəndə2 apellyasiya şikayətlərinin və qarşılıqlı iddialarının məzmununa uyğun izahat verərək, iş üzrə Ali Məhkəmənin sonuncu qərarından sonra söküntüyə məruz qalan mülkiyyətlərinin yerində təqsirkar MMC tərəfindən inşası həyata keçirilən yüksəkmərtəbəli binanın inşasının artıq başa çatmasını, həmin binadakı mənzillərin satıldığıni və çoxsaylı sakinlərin köçüb yaşadıqlarını, eləcə də əvvəlki vəziyyətin bərpasının praktiki mümkünsüzlüyünü nəzərə alaraq iddia tələblərinin dəyişdirilməklə MMC tərəfindən qanunsuz sökülmüş əmlaklarının əvəzinə veriləcək kompensasiyanın pul formasında ödənilməsini xahiş etdilər və müvafiq yazılı ərizələrini məhkəmə kollegiyasına təqdim etdilər.
17. Həmin ərizədə “ünvan 7 ünvanda İddiaçı MMC-nin sökdüyü Salmanov Fizuli Həsən oğluna məxsus 3 mərtəbəli, ümumi sahəsi 171.3 kv.m olan fərdi yaşayış evi və 39.1 kv.m qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən əvvəlki görkəminə gətirilməsi” tələbinin təmin edilməsi, bu mümkün olmadığı halda “ünvan 6 ünvanda İddiaçı MMC-nin sökdüyü Salmanov Fizuli Həsən oğluna məxsus 3 mərtəbəli, ümumi sahəsi 178.3 kv.m olan fərdi yaşayış evi və 39.1 kv.m qeyri-yaşayış sahəsinin müqabilində dağıdılmış əmlaka görə Salmanov Fizuli Həsən oğluna məxsus ümumi sahəsi 39.1 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzi olaraq 20 faiz əlavə haqq ödənişi ilə birlikdə 351900 manat, həmin qeyriyaşayış sahəsinin 2017-ci ilin sentyabrından hazırki tarixədək icarə dəyərinin əvəzi olaraq 55900 manat, kirayə pulu olaraq Cavabdeh4 2018-ci ilin yanvar ayından hazırki tarixədək əvəzi olaraq 41000 manat, mənəvi ziyan olaraq Cavabdeh4 50000 manat pul kompensasiyası ödənməsi, əmlakın sökülərək dağıdılması nəticəsində Cavabdeh4 vurulmuş ziyan qismində ödənilməli olan pul məbləği 751680 manat, ümumilikdə 1.250.480 (bir milyon iki yüz əlli min dörd yüz səksən) manatın qarşılıqlı iddia üzrə cavabdehdən - İddiaçı MMC-dən tutularaq Cavabdeh4 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
18. Məhkəmə kollegiyası qarşılıqli iddiaya cavabdeh olan MMC-nin səlahiyyətli nümayəndəsinin qarşılıqlı iddia tələblərinin dəyişdirilməsinə dair ərizənin məhz onların hazırkı maraqlarına uyğun olduğundan icraata qəbuluna razı olmasını və hazıkı mülki işin məxsusi hallarını nəzərə alaraq, Cavabdeh4 tələblərin dəyişdirilməsinə dair ərizəsinin icraata qəbulunu mükün hesab etmişdir.
19. Cavabdeh3 tərəflərindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi və o da hazırkı vəziyyətdə iddiaçı MMC tərəfindən qanunsuz olaraq sökülmüş əmlakının müqabilində MMC-nin ilkin danışıqlarda ona təklif olunan 240.000 manatın, yoxa çıxarılmış və məhv olmuş ev əşyalarının qaytarılması, eləcə də keçirdiyi sarsıntıların əvəzinin ödənilməsini istədiyini bildirdi.
20. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil1 da izahatında göstərdi ki, onlar bundan əvvəl də cavabdehlərə məxsus sökülmüş əmlakların müqabilində müvafiq ölçüdə mənzillərin və ya pul formasında kompensasiyanın verilməsini təklif etmişdir, hazırda Ali Məhkəmənin iş ürə sonuncu qərarında şərh olunan göstərişləri də əsasən bu yöndə olmuşdur, başlıcası isə cavabdehlər də bunu istəyir, xüsusən də qarşılıqlı iddiaçı Cavabdeh4 yazılı formada iddia tələblərini dəyişərək zərərin əvəzi olaraq pul kompensasiyasının ödənilməsinin tələb edir ki, MMC də hazırkı mübahisənin sökülmüş əmlaklarının əvəzinə əmlak sahiblərinə pul kompensasiyası verilməklə həllinə razıdır. MMC-nin nümayəndəsi və vəkili Vəkil1 yazılı şəkildə sənəd təqdim edərək Cavabdeh4 qarşılıqlı iddiasının qismən təmin olunaraq ona kompensasiya kimi 660.000 manat pul vəsaitinin, Cavabdeh3 isə 243.000 manat pul vəsaitinin verilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh4 tələblərinin qalan hissədə təmin edilməməsinin xahiş etdi.
21. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
22. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
23. Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 41 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 24 sentyabr 2020-ci il tarixli 274 saylı arayışa əsasən Salmanov Fizuli Həsən oğlu Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 119 saylı evin 16 saylı mənzilində yaşayır.
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli çıxarışlara əsasən ünvan 8 ünvandakı qeyri-yaşayış sahəsi, habelə həmin ünvanda yerləşən 16 saylı mənzil xüsusi xüsusi mülkiyyət hüququ ilə Salmanov Fizuli Həsən oğlunun adına qeydə alınmışdır.
25. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 37 nömrəli xx.xx.2010-cu il tarixli sərəncamın surətinə, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin xx.xx.2002-ci il tarixli texniki pasportuna əsasən,Salmanov Fizuli Həsən oğluna məxsus mənzilin ümumi sahəsi 171.3 kv.m (4 otaq) olmuşdur.
26. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi “Azərdövləttikintilayihə” DLİnin xx.xx.2017-ci il tarixli aktının surətinə əsasən Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 119 ünvanında yerləşən yaşayış evləri mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir, yaşayış evləri və qeyri-yaşayış sahələri məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir.
27. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 280 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMCnin istifadəsinə verilmişdir.
28. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində istifadədə olan 0.03399 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 13 otaqlı 175.4 kv.metr yaşayış – kv.m qeyri-yaşayış, 114.6 kv.metr köməkçi sahədən ibarət 117 nömrəli fərdi yaşayış evinin 9/40 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3668 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. “ME EXPERT CONSULTANCY” MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, qiymətləndirilmə sifarişçi tərəfindən təqdim edilmiş əmlakın söküntüdən öncəki fotoşəkilləri və hüquqi sənədləri əsasında aparılmışdır. 3 mərtəbəli olan əmlakın 1-ci mərtəbəsində 39.1 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi, 2-ci və 3-cü mərtəbəsində isə ümumi sahəsi 171.3 kv.m olan mənzillər yerləşir. (Mənzillərin bazar dəyərləri və 1 aylıq kirayə haqqları ümumi olaraq hesablanmışdır). Bu tip əmlaklar faktiki olaraq fərdi yaşayış olsa da, hüquqi sənədlə mənzil olaraq qeyd edilmişdir. Mənzilin hazırki bazar dəyəri və 1 aylıq kirayə haqqısı, qeyri-yaşayış sahəsinin isə hazırki bazar və 1 aylıq icarə dəyərləri mövcud bazara əsasən hesablanmışdır. Mənzilin kirayə haqqısı, qeyri-yaşayış sahəsinin isə icarə dəyəri 2018-ci ilin yanvar ayının 1-dən hal-hazırki günə kimi hesablanmışdır. Kubinka və Qış Parkına yaxın ərazilərdə köhnə tikili mənzillərin (fərdi yaşayış tipli) 1 kv. metrinin bazar dəyəri 2300-6000 manat aralığında dəyişir. Sökülmüş mənzillərin 1 kv. metrinin bazar dəyəri 4154 manat hesablanmışdır. Həmin ərazidə mənzillərin (fərdi yaşayış tipli) 1 aylıq kirayə haqqısı 1-2 otaq sayına görə 250-500 manat aralığında dəyişir. Sökülmüş mənzillərin 1 aylıq kirayə haqqısı 350 manat (cəmi 700 manat) hesablanmışdır. Kubinka və Qış Parkına yaxın ərazilərdə qeyri-yaşayış sahələrinin 1 kv. metrinin bazar dəyəri 3000-13000 manat aralığında dəyişir. Sökülmüş qeyri-yaşayış sahəsinin 1 kv. metrinin bazar dəyəri 5882- manatdan hesablanmışdır. Həmin ərazilərdə qeyri-yaşayış sahələrinin 1aylıq icarə dəyərləri 800-10000 manat aralığında dəyişir. Sökülmüş qeyriyaşayış sahəsinin 1 aylıq icarə dəyəri 1000 manat hesablanmışdır.
29. Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli, 10/3992-9/4207 nömrəli rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsinə yaxın ərazilərdə yerləşən analoji və yeni inşa edilmiş təmirli mənzilin 1kv. metrinin hazırda mövcud olan 2023-cü ilin orta bazar qiymətinə uyğun olaraq təqribən 3290,0 manat, təmirsiz mənzilin 1 kv. metrinin dəyəri 2520,0 manat məbləğində müəyyən edilir. Eyni zamanda Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsinə yaxın ərazilərdə ərazilərdə yerləşən analoji və yeni inşa edilmiş təmirli qeyri-yaşayış sahəsinin 1kv. metrinin hazırda mövcud olan 2023-cü ilin orta bazar qiymətinə uyğun olaraq dəyəri təqribən 5800,0 manat, təmirsiz qeyri-yaşayış sahəsinin 1 kv. metrinin dəyəri 3670,0 manat məbləğində müəyyən edilir. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikası Konstitusiyasının:
30. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
32. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
33. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
34. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
35. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
36. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
37. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
38. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.
39. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
40. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə:
41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
47. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
48. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
49. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
52. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
53. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
54. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
55. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
56. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
57. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yalnız hazırkı apellyasiya baxışının predmeti olan- cavabdehlər Cavabdeh4 və Cavabdeh3 aid hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və hazırkı iş üzrə Ali məhkəmənin qərarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə (Salmanov Fizuli Həsən oğlu və Cavabdeh3 aid hissədə) ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, MMC-nin (dəqiqləşdirilmiş tələbləri) iddia tələbləri, eləcə də Cavabdeh4 (dəyişdirilmiş) qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir.
59. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında üçüncü dəfə baxılır.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
61. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
62. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
63. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki: “Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, kassasiya məhkəməsinin əvvəlki icraatda şərh edilmiş göstərişlər tam icra edilməmişdir. Belə ki, qeyd olunduğu kimi, cavabdehlərin mülkiyyətlərində olan mənzillərin onların razılığı və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan iddiaçı tərəfindən sökülməsi və bununla da, cavabdehlərin mülkiyyət hüquqlarına qanunsuz müdaxilənin baş verməsi işin mübahisəsiz halıdır və bu iddiaçı tərəfindən də mübahisələndirilmir. İddiaçı bu qanunsuz müdaxiləni cavabdehlərin mənzillərinin yerləşdiyi ərazidə inşa olunan çoxmərtəbəli yeni yaşayış binasında müvafiq mənzillər verməklə kompensasiya edilməsinə razılaşmışdır. Cavabdehlər kompensasiyanın formasını (pulla, yoxsa naturada verilməklə) və həddi ilə razılaşmırlar. Təkrar apellyasiya icraatında cavabdehlərin mülkiyyətlərində olan sahələrin dəyəri araşdırma predmeti olmuş, bu zaman cavabdeh Salmanov Fizuli Həsən oğlu tərəfindən qiymətləndirmə rəyi təqdim edilmiş, eyni zamanda məhkəmənin qərardadı ilə ekspertiza keçirilmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi Mülki Məcəllənin 1115-ci maddəsinə istinad etməklə, zərərin əvəzinin naturada ödənilməli olmasını əsaslı hesab etmişdir. Bu zaman, apellyasiya məhkəməsi hər iki cavabdehin texniki sənədlərinə əsasən onlara məxsus olmuş yaşayış (cavabdeh Fizuli Salmanova münasibətdə isə, həmçinin qeyri yaşayış) sahələrinin həcmini müəyyən etmiş, yaşayış sahələrinə əlavə 20% ödənilməklə, yuxarıda qeyd olunan ölçüdə təmirli mənzillərin hər iki cavabdehə verilməsini qət etmişdir. Lakin apellyasiya məhkəməsi zərərin əvəzinin ödənilməsi formasının seçimini qanunvericiliyə uyğun əsaslandırmamış, bununla bağlı iddiaçının hüquqlarından sui istifadəyə yol verməsini nəzərə almamışdır. 84. Belə ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. X5 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarında ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması zamanı sökülən mənzillərin mülkiyyətçilərinə vurulan zərərin əvəzinin pulla kompensasiya olunmasını tam istisna etməmiş, lakin belə kompensasiyanın vurulan zərərə mütənasib olmalı, üçüncü şəxslərin hüquq və maraqlarının nəzərə alınmalı olmasını göstərilmişdir. Hazırki halda, iddiaçının cavabdehlərin mülkiyyətlərinə müdaxilələrin qanunsuz olması, bu müdaxilənin müddəti, cavabdehlərə vurulmuş zərərin əvəzi naturada bərpa edildiyi halda, bunun icra müddəti, bununla bağlı cavabdehlərin yaşları, səhhətləri, naturada veriləcək formada kompensasiyadan faktiki istifadə edə bilib-bilməyəcəkləri, belə kompensasiya ilə onların pozulmuş hüquqlarının tam bərpa olunmasının mümkünlüyü araşdırılmamış, cavabdehlərin bununla bağlı dəlillərinə hüquqi qiymət verilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehlərin sökülən binalarının müqabilində yeni inşa olunmuş binadan Salmanov Fizuli Həsən oğluna ümumilikdə 167,04 kv.m. sahəsi olan mənzilin və 39,1 kv.m. qeyri-yaşayış sahəsinin, Cavabdeh3 isə ümumilikdə 78,3 kv.m. sahəsi olan mənzilin verilməsi qət edilsə də, işdə yeni tikilən binanın planı və layihəsi olmadığından, həmin evdə qeyd olunan ölçüdə mənzillərin və qeyri-yaşayış sahəsinin olmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qət etdiyi sahədə mənzillərin və qeyri-yaşayış sahəsinə dair göstəricilərdə sahələrin mövcudluğunun, mənzillərin və qeyriyaşayış sahəsinin hansı ünvandakı binada, hansı mərtəbədə yerləşməsinin, nömrələrinin və digər fərdiləşmə məlumatların dəqiq göstərilməməsi, qətnamənin icrası mərhələsində cavabdehlərə veriləcək yeni sahələrin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və son nəticədə cavabdehlərin hüquqları pozulmaqla, yeni məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olan bu halları araşdırmamış və hüquqi müəyyənlik prinsipini pozmaqla, icrası qeyri-mümkün olan qətnamə qəbul etmişdir. Bundan başqa, cavabdeh Fizuli Salmanovun kassasiya şikayətinin dəlillərindən biri ona zərərin əvəzi kimi verilən qeyri-yaşayış sahəsinin ölçüləri ilə bağlıdır. Apellyasiya məhkəməsi cavabdehə verilməli qeyri-yaşayış sahəsini mülkiyyətində olmuş və sökülmüş sahəyə uyğun müəyyən etmiş və hesab etmişdir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndində 20 faiz miqdarında əlavə ödənilməsi dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə mənzillərin sökülməsi nəticəsində müəyyən müddət əmlakından məhrum olduğu üçün ödənilən kompensasiya nəzərdə tutulduğundan, qeyri-yaşayış sahəsinə münasibətdə əlavə 20% hesablanması əsassızdır. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır ən azından bu səbəbdən ki, iddiaçı özü iddia tələbində cavabdeh Salmanov Fizuli Həsən oğlunun sökülən tam sahəsinə görə (o həmin sahəni mənzil kimi təqdim etsə də, faktiki məhkəmə araşdırılması zamanı sahənin bir hissəsinin qeyri-yaşayış sahəsi olması müəyyən olunmuşdur) əlavə 20 faiz ödənilməsinə razılıq vermişdir. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hər kəs ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir.
95. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. 99. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddianın və ona etirazın dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.”
64. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hazırkı mübahisənin həlli baxımından aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
65. Birincisi, bir daha qeyd edilməlidir ki, hazırda rayon məhkəməsinin qətnaməsindən verilmiş şikayətlər əsasında işə apellyasiya qaydasında üçüncü dəfə baxılır, hazırkı apellyasiya baxışının hədləri yalnız cavabdehlər Cavabdeh4 və Cavabdeh3 şikayətləri, eləcə də Cavabdeh4 qarşılıqlı iddiası ilə bağlı hissəni əhatə edir və Ali Məhkəmənin son qərarında da apellyasiya instansiyasının qətnaməsi məhz həmin hissələrdə ləğv edilərək, müvafiq göstərişlərlə yenidən baxılması üçün göndərilmişdir.
66. Bu baxımdan, hazırda baxılan hissəylə bağlı iddiaçı MMC tərəfindən qeyd edilən ünvanda yüksəkmərtəbəli yeni binanın inşasına müvafiq səlahiyyətli qurumlardan icazə alınması, həmin ərazidə hazırkı cavabdehlərin xüsusi mülkiyyətində (yaşayış və qeyriyaşayış) sahələrinin olması, MMC tərəfində cavabdehlərlə razılaşdırılmadan onlara məxsus sahələrin özbaşına sökülməsi, bu zəmində tərəflər arasında məhkəmə mübahisəsinin başlanması, məhkəmə mübahisəsinin üç ildən artıq müddətdə davam etməsi, keçən müddət ərzində cavabdehlərə məxsus sahələrin söküldüyü yerdə MMC tərəfindən inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binanın tikintisinin başa çatması, həmin binada sahələri sökülmüş sakinlərə, eləcə də digər şəxslərə mənzillərin verilməsi, mənzil sahiblərinin təmir işlərini həyata keçirərək mənzillərinə köçərək yaşamaları mübahisəsiz olaraq müəyyən edilmişdir.
67. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı MMC-nin tələbi müvafiq əlavələr edilməklə, eləcə də tikinti başa çatanadək kirayə haqqı ödənilməklə cavabdehlərə yeni inşa ediləcək binada sahələrin verilməsi müqabilində onların özlərinə məxsus sahələrdən çıxarılması və həmin sahələrin sökülməsindən ibarət olmuşdur. Rayon məhkəməsi MMCnin iddia tələblərini təmin etmişdir. Cavabdehlər qətnamədən ayrı-ayrıliıqda apellyasiya şikayəti verərək, nəticə etibarı ilə iddia tələblərinin rədd edilməsini xahiş etmişlər. Cavabdehlərdən Cavabdeh4 birinci apellyasiya icraatı zamanı qarşılıqlı iddia ərizəsi verərək tələbində MMC tərəfindən əvvəlki vəziyyətin bərpa edilməsini, eləcə də vurulmuş maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Onun qarşılıqlı iddiası baxılmaq üçün icraata qəbul edilmişdir. Hazırkı iş üzrə yuxarıda sadalanan məhkəmə akları qəbul olunmuşdur. Hazırkı icraat zamanı cavabdehlərə məxsus sahələrin MMC tərəfindən söküldüyü və həmin ünvanda yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının inşa edilərək və yeni inşa edilmiş binada çoxlu sayda mənzillərdə sakinlərin yaşadıqları mübahisəsiz fakt kimi müəyyən olunmuşdur.
68. Belə olan halda isə məlum olur ki, MMC-nin iddia tələbləri onun üçün vacib olan hissədə, yəni cavabdehlərin çıxarılması və sahələrin sökülməsi hissəsində faktiki olaraq icra edilmişdir, bu isə o anlama gəlir ki, MMC-nin iddia tələblərinin həmin hissədə hər hansı faktiki əhəmiyyəti qalmamışdır. Bu baxımdan, MMC-nin iddia tələbləri yalnız cavabdelərə onların sökülmüş sahələrinə müvafiq kompensasiyanın verilməsi hissəsində, oxşar işlərlə bağlı mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla, mütənasiblik və ağlabatanlıq prinsipləri gözlənilməklə qiymətləndirilməlidir. Cavabdeh4 qarşılıqlı iddiasındakı ilkin tələblərinə münasibətdə də oxşar vəziyyət yaranmışdır. Cavabdeh4 ilkin tələbində əsasən MMC tərəfindən qanunsuz sökülmüş sahələrinin əvvəlki vəziyyətinin bərpa edilməsini istəmiş, lakin hazırkı vaxtda bunun faktiki olaraq mümkün olmadığı ortaya çıxmışdır. Məhz bu səbəbdən də o tələblərini dəyişərək MMC-dən vurulmuş (mənəvi zərərlə birlikdə) zərərin əvəzini ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onun qarşılıqlı iddiasına dəyişdirilmiş tələblər əsasında baxır.
69. Məhkəmə kollegiyası Cavabdeh3 aid hissəyə münasibətdə qeyd edir ki, iddiaçı MMC yazılı şəkildə ona sökülmüş mənzilinin müqabilində 243.000 manat kompensasiya verilməsini təklif etmişdir. Bu məbləğ Cavabdeh3 sökülmüş mənzilinin müqabilində istədiyi kompensasiyanın məbləğini əhatə edir. Bu baxımdan, məhkəmə kollegiyası MMC-nin iddia tələblərinin Cavabdeh3 aid hissəsində həmin məbləğdə pul vəsaitinin ödənilməsini, eləcə də, 2020-ci ilin yanvar ayından hesablanmaqla (müəyyən olunmuş həmin pul vəsaitinin tam ödənildiyi günədək) hər ay üçün 500 manat kirayə haqqının verilməsini mütənasib olmaqla, həm də ağlabatan və ədalətli hesab edir. Məhkəmə kollegiyası Cavabdeh3 məhkəmə iclasında izahat verərkən yoxa çıxarılmış əşyalarının qaytarılması, eləcə də, mənəvi zərərin ödənilməsi ilə bağlı bildirdiklərinə münasibətdə bildirir ki, bu hallar tələbə bağlıdır, digər Cavabdeh4 fərqli olaraq, Cavabdeh3 AR MPM-in tələblərinə uyğun olaraq qeyd edilənlərə dair MMC-yə qarşı iddia irəli sürməmişdir. Bu baxımdan, kollegiya ona həmin hallarla bağlı ayrıca iddia qaldırmaq hüququnun olmasını izah edir.
70. Məhkəmə kollegiyası Cavabdeh4 aid hissədə ilkin tələblər, eləcə də onun qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Artıq yuxarıda da qeyd olunduğu kimi, hazırkı iş üzrə son qərarında Ali Məhkəmə cavabdehlərə sökülmüş sahələrin əvəzinə veriləcək kompensasiyanın yeni mənzil sahəsi ilə yanaşı, həm də pul vəsaitinin ödənilməsi ilə də həyata keçirilməsinin mümkünlüyünün müzakirə edilməsini qeyd etmişdir. Hazırkı məhkəmə baxışı zamanı həm iddiaçı, həm də Cavabdeh4 ödəniləcək kompensasiyanın pul vəsaiti formasında həll olunmasını istədiklərini bildirmiş və buna dair məhkəməyə yazılı ərizə vermişlər.
71. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 məxsus sahələrin sökülməsi müqabilində MMC tərəfindən ona ödəniləcək kompensasiya pul vəsaitini ödənilməsi ilə həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 kompensasiya kimi ödənilməli olan pul vəsaitinin məbləğinin müəyyən edilməsi zamanı aşağıdakıların nəzərə alınması zəruridir. İddiaçı MMC pul kompensasiyası kimi 660.000 manat təklif etmişdir, cavabdeh isə dəyişdirilmiş tələbində vurulmuş zərərin əvəzi olaraq, ümumən 1.200.480 manat, mənəvi zərərə görə isə 50.000 manat, ümumilikdə isə 1.250.480 ödənilməsin tələb etmişdir. Məhkəmə kollegiyası Cavabdeh4 vurulmuş zərərin (həm real, həm də əldən şıxmış fayda) əvəzi kimi ödənilməli olan kompensasiyanın məbləğinin müəyyən edərkən hazırkı iş üzrə əvvəlki məhkəmə baxışları zamanı həmin sahələrin qiymətləndirilməsinə dair keçirilmiş ekspert rəylərini, həmin sahələrin sökülməsindən indiki vaxtadək daşınmaz əmlak bazarında həm əmlakların qiymətlərinin, həm də kirayə haqlarının artımı istiqamətində şəksiz olaraq baş vermiş dəyişikliklərin, həmçinin də həmin pul vəsaitlərinin hələ də ödənilmədiyinin nəzərə alınmasının vacibliyindən çıxış edir. Bu baxımdan Məhkəmə kollegiyası Cavabdeh4 məxsus olmuş yaşayış və qeyri- yaşayış sahələrinin qiymətləndirilməsinə dair MEM-in xx.xx.2023-cü il tarixli rəyində göstərilən qiymətlərin daha real və ağlabatan olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh4 sökülmüş sahələrinin qiyməti həmin ekspert rəyinə uyğun, ona məxsus yaşayış və qeyri-yaşayış sahəsinə görə ödənilməli olan kirayə haqqının müəyyən olunmasının isə cavabdehin özünün məhkəməyə təqdim etdiyi “ME EKPERT CONSALTANSY” MMC-in xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə uyğun həyata keçirilməsi əsaslı, mütənasib və ədalətli olardı.
72. Beləliklə də, qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ilkin iddia və Cavabdeh4 qarşılıqlı iddia tələbləri qismən təmin edilərək MMC tərəfindən Cavabdeh4 məxsus olan və artıq sökülmüş yaşayış və qeyri-yaşayış sahələrinin ölçülərinin müvafiq olaraq 139,2 kv.m. və 39.1 kv.m. təşkil etdiyi müəyyən olunduğundan, eləcə də MMC-nin iddiasında cavabdehlərə təmirli sahələr vermək öhdəliyinin olmasını nəzərə alaraq Cavabdeh4 ödəniləcək pul kompensasiyası həmin sahələrin üzərinə əlavə olaraq 20% hesablanmaqla və yuxarıda istinad olunan ekspert rəyinə uyğun olaraq mənzilə (139.2+20% = 167.4kv.m x 3290=550746 manat) görə 550746 manat, qeyriyaşayış sahəsinə (39.1+20%=7.8=46.92 kv.m x 5800=272131 manat) görə isə 272131 manat, yaşayış sahəsinə görə kirayə haqqının məbləği hər ay üçün 650 manat, qeyriyaşayış sahəsinə görə isə hər ay üçün əldən çıxmış fayda kimi 1000 manatın ödənilməsi, ödəmənin isə 2020-ci ilin yanvar ayından hesablanmaqla hazırkı qətnamə icra edildiyi tarixədək müəyyən edilməli, eyni zamanda da mənəvi zərərin əvəzi kimi 10.000 manat MMC-dən alınaraq Cavabdeh4 ödənilməlidir. Hazırki mübahisə üzrə qanunsuz şəkildə sökülmüş əmlaklarla bağlı Cavabdeh4 mənəvi sarsıntı keçirməsi şəksizdir. Məhkəmə kollegiyası mənəvi zərərin əvəzini müəyyən edərkən hazırkı işin hallarını, eləcə də Cavabdeh4 maddi zərərlə bağlı tələblərinin, əsasən təmin edilməsini nəzərə alır. Qalan hissədə iddialar təmin edilməməlidir.
73. Məhkəmə kollegiyası kirayə haqqının ödənilməsinin əvvəlinin rayon məhkəməsinin qətnaməsinə əsasən cavabdehlərə məxsus sahələrin sökülməsinin icrası ilə bağlı aktın tərtib olunduğu xx.xx.2021-ci il tarixindən hesblanmasına dair iddiaçı MMC-nin mövqeyi ilə razılaşmır və hesab edir ki, belə yanaşma əsaslı ola bilməz. Cavabdeh4 iddiaya etirazında, qarşılıqlı iddiasında, izahatlarında, eləcə də çoxsaylı şikayət ərizələrində ardıcıl olaraq MMC-nin qanunsuz hərəkətləri nəticəsində məhz 2017-ci ilin mart ayından etibarən törədilmiş süni maneələr (kommunikasiya xətlərinin kəsilməsi və sar səbəbindən) mülkiyyətindən istifadədən məhrum olduğunu, bu səbəbdən də ona əldən çıxmış fayda kimi zərərin həmin tarixdən hesablanmalı olduğunu bildirmişdir. MMC-nin əsaslandığı xx.xx.2021-ci il tarixli akt isə yalnız cavabdehlərə məxsus sahələrin MMC tərəfindən tam olaraq sökülməsini müəyyən edir. Mülki işin materialları ilə isə müəyyən olunur ki, tərəflər arasında sahələrin sökülməsi ilə bağlı mübahisə bundan daha öncə yaranmışdır. Nəsimi RİH-nin xx.xx.2017-ci il tarixli Sərəncamından məlum olur ki, cavabdehlərin sahələrinin də əhatə olunduğu ünvanda tikinti işlərinin aparılmasından ötrü həmin torpaq sahələri iddiaçı MMC-nin istifadəsinə verilmişdir. Rayon məhkəməsində izahat verən iddiaçı MMC-nin nümayəndəsi bildirmişdir ki, onlar həmin ərazidə mənzillərin qəzalı vəziyyətdə olmasına dair “müvafiq araşdırmalar” aparmış və buna dair rəylər əldə etmiş, 2018-ci ildən başlayaraq həmin ünvandakı sakinlərə müvafiq qaydada xəbərdarlıq edilərək onların yaşadıqları mənzillərin qəzalı vəziyyətdə olduğu, onların həyatları üçün real təhlükə yaratdığı diqqətlərinə çatdırılmış, lakin cavabdehlərlə könüllü şəkildə sahələrin başaldılmasına dair razılığın əldə olunması mümkün olmamışdır. İddiaçı MMC-nin hazırkı iddia ərizəsi rayon məhkəməsində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Belə olan halda, yəni cavabdehlərin mülkiyyətində olan sahələrin yerləşdiyi binaların bir hissəsinin sökülməsindən sonra həmin ünvanda qalan cavabdehləri öz əmlaklarından sərbəst və tam istifadəsinin mümkünsüzlüyü mübahisə doğurmayan haldır. Bununla belə, cavabdehlərin öz mülkiyyətlərindən istifadənin məhdudlaşdırılmasının dəqiq tarixini dəqiqliyi ilə müəyyən etmək mümkün olmur, çünki Cavabdeh4 bunun mart 2017-ci il olduğunu bildirsə də, bunu dair tutarlı sübut verə bilmir, MMC isə xx.xx.2021-ci il tarixli akta istinad edir ki, bunun da əsassızlığı yuxarıda qeyd edilmişdir. Buna baxmayaraq, iş üzrə müəyyən olunmuş hallara əsasən belə qənaətə gəlmək olar ki, cavabdehlər ən azından 2020-cilin əvvəlindən öz əmlaklarından sərbəst istifadədən məhrum edilmişlər və bu baxımdan da onlara ödənilməli olan kirayə haqqları həmin tarixdən hesablanmalıdır.
74. Bundan başqa, müəyyən olunmuşdur ki, rayon məhkəməsi hazırkı işə baxarkən prosessual qaydaları gözləməmiş, cavabdehlərin iştirakını təmin etmədən qətnamə qəbul etmişdir ki, bu da MPM-in 387.2.2-ci maddəsinin tələbinə əsasən qətnamənin ləğv edilməsinin müstəqil əsasını təşkil edir.
75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
76. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
77. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
78. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan Salmanov Fizuli Həsən oğlu və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, rayon məhkəməsinin 2(006)-898/2021 nömrəli, 08 may 2021-ci il tarixli qətnaməsi (Salmanov Fizuli Həsən oğlu və Cavabdeh3 aid hissədə) ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddiaçı MMC-nin iddiası (dəqiqləşdirilmiş tələbləri), eləcə də Cavabdeh4 qarşılıqlı iddiası(dəyişdirilmiş) qismən təmin edilməlməklə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Cavabdeh3 məxsus mənzil üçün ona MMC tərəfindən 2020-ci ilin yanvar ayından hesablanmaqla, hazırki qətnamə icra olunan tarixədək hər ay 500 manat kirayə haqqı ödənilməklə 243 000 manat məbləğində pul kompensasiyası verilməli, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Salmanov Fizuli Həsən oğluna məxsus (139,2 kv.m +20%) yaşayış və (39.1 kv.m+20%) qeyri-yaşayış sahəsinin əvəzi olaraq ona İddiaçı MMC tərəfindən pul kompensasiyası kimi mənzilə görə 550 746 manat, qeyri-yaşayış sahəsinə görə 272 131 manat, cəmi 822 882 manat ödənilməli. 2020-ci ilin yanvar ayından hesablanmaqla hazırki qətnamə icra olunan tarixədək mənzilə görə hər ay 650 manat kirayə haqqı, qeyri-yaşayış sahəsinə görə əldən çıxmış fayda olaraq hər ay üçün 1000 manat, mənəvi zərərin əvəzi kimi isə 10 000 manat İddiaçı MMC tərəfindən Salmanov Fizuli Həsən oğluna ödənilməli, iddialar qalan hissədə təmin edilməməlidir.
79. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
80. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
81. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətlərinin, eləcə də qarşılıqlı iddianın verilməsi, habelə ekspertiza xərcləri MMC-yə aid edilməlidir.
82. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Salmanov Fizuli Həsən oğlu və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 nömrəli, 08 may 2021-ci il tarixli qətnaməsi (Salmanov Fizuli Həsən oğlu və Cavabdeh3 aid hissədə) ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddiaçı MMC-nin iddiası (dəqiqləşdirilmiş tələbləri), eləcə də Cavabdeh4 qarşılıqlı iddiası(dəyişdirilmiş) qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Cavabdeh3 məxsus mənzil üçün ona MMC tərəfindən 2020-ci ilin yanvar ayından hesablanmaqla, hazırki qətnamə icra olunan tarixədək hər ay 500 manat kirayə haqqı ödənilməklə 243 000 manat məbləğində pul kompensasiyası verilsin. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Salmanov Fizuli Həsən oğluna məxsus (139,2 kv.m +20%) yaşayış və (39.1 kv.m+20%) qeyri-yaşayış sahəsinin əvəzi olaraq ona İddiaçı MMC tərəfindən pul kompensasiyası kimi mənzilə görə 550 746 manat, qeyri-yaşayış sahəsinə görə 272 131 manat, cəmi 822 882 manat ödənilsin. 2020-ci ilin yanvar ayından hesablanmaqla hazırki qətnamə icra olunan tarixədək mənzilə görə hər ay 650 manat kirayə haqqı, qeyri-yaşayış sahəsinə görə əldən çıxmış fayda olaraq hər ay üçün 1000 manat, mənəvi zərərin əvəzi kimi isə 10 000 manat İddiaçı MMC tərəfindən Salmanov Fizuli Həsən oğluna ödənilsin. İddialar qalan hissədə təmin edilməsin. Cavabdeh3 yoxa çıxarılmış əşyaların qaytarılması və mənəvi zərərin ödənilməsi ilə bağlı MMC-yə qarşı ayrıca iddia qaldırmaq hüququnun olması izah edilsin. Apellyasiya şikayətinin və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş (15+774=789 manat) dövlət rüsumu İddiaçı MMC-dən tutularaq Cavabdeh4, digər apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu isə İddiaçı MMCdən tutularaq Cavabdeh3 ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.