Məhkəmə qərarları › İş №2(103)-4673/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4673/2021

03.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4673/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(011)-1187/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(011)-1187/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma barədə iddia ərizəsi üzrə 2(011)- 1187/2021 saylı mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(011)-1187/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 bildirdi ki, cavabdehlə barışmamışlar, barışa da bilməzlər. Ona görə də şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 1MK-339/2005 saylı 08 fevral 2005-ci il tarixli qərardadı ilə İddiaçı mübahisəli mənzilin yerləşdiyi ərazidə oxşar layihəli binada, orta blok, orta mərtəbədə, orta təmirli bir otaqlı mənzil alması və bunun müqabilində Cavabdeh Bakı şəhəri Q.Məmmədov küçəsi ev 7 mənzil 69-a olan hüquqlarından imtina etməsi barədə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə həmin iş üzrə Şuşa Rayon Məhkəməsinin 06 oktyabr 2004-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının şikayəti qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, işdən açıq-aşkar görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı vardır. İşin icraatına xitam verildiyi üçün də eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Buna görə də birinci instansiya məhkəməsi hazırki iddia üzrə iş üzrə icraata xitam verərkən haqlı olmuşdur. İddiaçının yenidən bu cür iddia ilə məkəməyə müraciət etməsi isə anlaşılan deyildir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(011)-1187/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(011)-1187/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar