Məhkəmə qərarları › İş №2(103)-4673/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4673/2023

20.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4673/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzilə köçürülmə” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(005)-790/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası DİN-in Avtomobil Təsərrüfatı tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, 10 nömrəli orderə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil 4 nəfərdən ibarət ailə tərkibində - İddiaçı, X11, Cavabdeh və X9 istifadəyə verilmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən X11 və Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə 346 akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay 108 manat aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab məktubuna əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubundan və həmin məktuba əlavə edilmiş sərəncamlardan ünvan 1 ünvanda yerləşən yataqxana binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2012-ci il 7 noyabr tarixli 301 s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin balansına və xidmət dairəsinə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzildən istifadə hüququna yaradılmış yaradılmış maneəları aradan qaldırılsın və İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil İddiaçı məxsusdur. X2 uzun müddət Daxili İşlər Nazirliyində xidmət etdiyinə görə, yaşayış şəraitinin yaxşılaşdırılması üçün 21 aprel 2011-ci ildə Daxili İşlər Nazirliyi tərəfindən istifadələrinə əvəzsiz olaraq verilmişdir. Cavabdeh İddiaçı keçmiş gəlinidir. O, İddiaçı oğlu X11 ilə 10 fevral 2004-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Mənzil verildiyi tarixdən, yəni 21 aprel 2011-ci ildən bu vaxtadək cavabdeh İddiaçı mənzilində qeydiyyatdadır. 04 fevral 2015-ci il tarixdə cavabdehlə oğlu aralarında olan rəsmi nikah qeydi pozulmuşdur, lakin buna baxmayaraq cavabdeh sözügedən mənzildə hələ də qeydiyyatdadır. Bir müddət sonra, 16 aprel 2022-ci il tarixdə İddiaçı səhətində problem yarandığına görə evindən müvəqqəti olaraq çıxıb, Bakı şəhəri 5 saylı Xəstəxanada müalicə alırdı. Müalicə müddəti bitdikdən sonra öz evinə qayıtmaq istəmiş, lakin bu mümkün olmamışdır, belə ki, cavabdeh İddiaçı xəbərsiz evinin qapısını dəyişmiş, bu səbəbdən İddiaçı evinə daxil ola bilməmişdir. Cavabdeh həmin mənzildə yaşamadan, İddiaçı maneəlar törədir. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etsə də, lakin müsbət nəticə əldə etməmişdir. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 mart 2023-cü il tarixli, 2(005)-790/2023 nömrəli qətnaməsi ilə (hakim X4) iddia tələbi təmin edilmişdir.

8. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil iddiaçının və onun üç ailə üzvünün istifadəsinə verilib. Hazırki mülki işin icraatı zamanı iddiaçının istifadə hüququna xitam verilməsi ilə bağlı hallar aşkar edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının həmin mənzildə yaşaması üçün yaradılmış maneələr qanunsuzdur və İddiaçı həmin mənzilə köçürülməsinə imkan verməyən qanuni hal müəyyən olunmamışdır. Beləliklə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzildən istifadə hüququna yaradılmış yaradılmış maneəları aradan qaldırılmalı və İddiaçı həmin mənzilə köçürülməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci, 68.1-ci, 70-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci. 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla X11 arasında olan nikah pozulduqdan sonra o, mənzili tərk etmək məcburiyyətində qalmışdır. Çünki, İddiaçı mənzili kirayə verəcəyini cavabdehə bildirmişdir. Cavabdeh mənzildən çıxdıqdan sonra İddiaçı mənzili müxtəlif vaxtlarda, müxtəlif şəxslərə kirayə vermişdir. Cavabdehin övladı İdel ilə başqa daimi yaşayış sahəsi olmağıdığına görə, onun iş yerindən verilmiş mənzilə köçmək qərarına gəlmişdir. Çünki, mənzildə iddiaçı və onun oğlu yaşamamış, mənzil kirayəyə verilmişdir. Yəni iddiaçının və onun oğlu Fuadın mənzilə heç vaxt ehtiyacları olmamışdır. İddiaçının həmin mənzildə hər hansı əşyası olmamış və hazırda da yoxdur. Cavabdeh mənzilə köçəndən sonra, mənzili təmir etdirməyə başlamışdır. Cavabdehin mənzildə yaşamasına iddiaçı heç vaxt etiraz etməmişdir. Çünki, mənzilə dair orderdə iddiaçı ilə yanaşı cavabdehin də adı vardır. Yəni hər ikisi mənzilə münasibətdə eyni huquqlara malikdirlər. Hazırki iddia isə cavabdehin keçmiş qayınanası İddiaçı adından qaldırılsa da, əslində iddia ərizəsindəki tələb onun iradə ifadəsini bildirmir. Hazırki mülki işin başlanmasının təşəbbüskarı cavabdehin keçmiş əri X5 hazırki arvadıdır. Hazırki iş üzrə məhkəmə iclas protokolarına nəzər yetirilsə müəyyən edilər ki, iddiaçı heç bir məhkəmə iclasında iştirak etməmişdir. Bu da onu təsdiq edir ki, iddia ərizəsini İddiaçı deyil, onun hazırki gəlini imzalamışdır. Cavabdeh İddiaçı şəxsən məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etsə də, Nərimanov Rayon Məhkəməsi bu vəsatətə əhəmiyyət verməmişdir. Lakin işə baxmış məhkəmə işin hallarını, tam, hərtərəfli və obyektiv araşdırmadan, tərəflərin qarşılıqlı münasibətlərini düzgün müəyyən etmədən, iddianın təmin edilməsi barədə əsassız, qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;

Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

68-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 70-ci maddəsinə əsasən, Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

19. İşin faktiki hallarından göründüyü kimi X11 və Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X12 doğulmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil xx.xx.2011-ci il tarixli DİN-in Avomobil Təsərrüfatının orderi ilə 4 nəfərdən ibarət ailə tərkibində - İddiaçı, X11, Cavabdeh və X9 istifadəyə verilmişdir. X11 və Cavabdeh arasındakı nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. X1 anası İddiaçı Cavabdeh onun evə daxil olmasına manələr yaratdığını bildirir və həmin mənzilə köçürülməsini xahiş edir.

20. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzilin İddiaçı məxsus olması onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir. O isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini haqlı olaraq tələb edir. İddiaçının həmin mənzilə köçürülməsini qanunla istisna edən hər hansı maneə yoxdur. Keçmiş gəlini olan iş üzrə cavabdehin isə ona manelər yaratması qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı başqa yaşayış sahəsinə sahib olmuş olsaydı belə, bu hal mübahisəli mənzilə köçürülməsi tələbini irəli sürməyə mane olmur. Belə olan halda kollegiya hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının həmin mənzildə yaşamaq üçün ora köçürülməsi barədə tələbi qanuni olmaqla sonuncu həmin mənzilə köçürülməli və cavabdeh tərəfindən ona yaradılan maneələr aradan qaldırılmalıdır. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğundan təmin edilə bilməz.

21. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmn etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(005)- 790/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özündə aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar