Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4674/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğlunun cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" MMC-yə, "xxxx" ASC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X8 xx.xx.2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800 000 manat əsas, 132 134 manat məbləğində faiz, 25 700 manat cərimə oolmaqla, ümumilikdə 957 854 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, ipoteka ilə yüklü edilmiş X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvani küçəsi 8A saylı binanın 47 saylı mənzilinə, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşin qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə və X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Nərimanov rayonu, X25 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə tutma yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 115 700 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 405 000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964 500 manat, Bakı şəhəri, Nərimanov rayonu, X25 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 115 000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 900 000 manat, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvani küçəsi 8A saylı binanın 47 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 350 000 manat müəyyən edilməsi qət edilmişdir.
2. Həmin qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini alaraq xx.xx.2020ci il tarixdə icraya yönəldilmiş, ipoteka predmetlərinin hərracdan satışının təşkil edilməsi üçün Xəzər rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-nə xx.xx.2021-ci il tarixdə sifariş məktubu göndərilmişdir.
3. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nə, X12, İddiaçı, X4, X3 və icra sənədi üzrə digər borclulara bildiriş göndərilmiş, bildirişdə ipoteka predmetlərinə dair hərracın xx.xx.2021-ci il tarixdə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) keçiriləcəyi barədə məlumat verilmiş, borclular İddiaçı və X4 göndərilmiş bildirişlər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində “Salmanova” soyadlı şəxs tərəfindən poçt xəbərnaməsinin kötüyünə imza edilməklə qəbul olunmuşdur.
4. İpoteka predmetlərinin xx.xx.2021-ci il tarixdə hərraca çıxarılacağı barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli sayında elan verilmişdir.
5. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 31/04 saylı protokolunda göstərilmişdir ki, fiziki şəxs X9 açıq hərraca çıxarılmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi üzrə müəyyən olunmuş beh məbləğini ödəyərək xx.xx.2021-ci il tarixinə təyin edilmiş ilkin hərracda iştirak etmiş, hərrac “İpoteka Haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamışdır.
6. "xxxx" MMC-nin "xxxx" ASC-yə, X13, X3, İddiaçı, X4, X1, X5 və X6 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda məlumat verilmişdir ki, Xəzər Rayon İcra Şöbəsinin 10/5A saylı 05.03.21-ci il tarixli sifariş məktubu və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə borclu X3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin 405 000,30 manat, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. 110 saylı evin 31 saylı mənzilinin 115 000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 900 000 manat, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin 115 700 manat olmaqla 29.03.21-il tarixinə hərracı təyin edilmiş, hərrac “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamışdır. Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə manatla ala bilər.
7. "xxxx" ASC tərəfindən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə və "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixdə məktub ünvanlanmış, məktubda aşağıdakılar göstərilmişdir: “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində ilkin hərrac təyin olunmuş və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən hərrac baş tutmamışdır. Hal-hazırda sözügedən icra sənədi üzrə icra tədbirlərinin dayandırılması və icra sənədinin geri qaytarılması zərurəti yaranmışdır. “İcra Haqqında” AR Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsinə əsasən icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qeyd olunanları nəzərə alaraq, “İcra Haqqında” AR Qanununun 23.1.1-ci maddəsinə əsasən borclu X16 barəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsini icra etmədən məhkəməyə geri qaytarılması barədə müvafiq qərarı qəbul etməyinizi Sizdən xahiş edirik”.
8. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Xəzər rayon İcra şöbəsi, X7 və X10 cəlb edilməklə) “hərracın baş tutmamasının əsaslarının dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında dəyişdirilmədən saxlanılmışdır.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinin geri qaytarılmasına dair” 23 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.
11. Bakı şəhəri Xəzər rayon İcra şöbəsi xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məktub ünvanlayaraq icra sənədi üzrə hərracın davam etdirilməsi üçün icra sənədinin MMC-nə göndərildiyi bildirilmişdir.
12. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC- yə, X13, X3, İddiaçı, X4, X1, X5 və X6 məktub ünvanlanmış, məktubda göstərilmişdir ki, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə xx.xx.2022-ci il tarixinə hərrac təyin edilmişdir.
13. Hərracın xx.xx.2022-ci tarixdə keçiriləcəyi barədə bildirişlər 01-08 sentyabr 2022-ci il tarixlərində borclulara, o cümlədən İddiaçı çatdırılmışdır.
14. “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli sayında hərracın xx.xx.2022-ci il tarixdə keçiriləcəyi barədə elan yerləşdirilmişdir.
15. "xxxx" MMC tərəfindən "xxxx" ASC-nə və icra sənədi üzrə borclulara xx.xx.2022-ci il tarixdə məktub göndərilmiş, məktubda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 675 000 manata ipoteka saxlayana təklif olunur və onun 30 gün ərzində əmlakı əldə etmək hüququ vardır.
16. "xxxx" ASC tərəfindən "xxxx" MMC-nə xx.xx.2022-ci il tarixdə məktub göndərilmiş, məktubda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8A saylı evin 47 saylı mənzilin təkrar hərracdakı satiş qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 675 000 manata və 223 125 manata əldə edilməsinə, eyni zamanda “İpoteka Haqqında" Qanunun 43.7-1-ci maddəsinə əsasən həmin əmlaklara dair protokolların imzalanmasına köməklik göstərilməsi xahiş edilmişdir.
17. "xxxx" ASC-nin, “Külək" MMC-nin və Xəzər rayon İcra şöbəsinin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 30/02 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokol”a əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi qiyməti 675 000 (alti yüz yetmiş beş min) manat olmaqla "xxxx" ASC-nə satılmışdır.
18. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
19. İddiaçı (iddiaçı) “Azərbaycan Respublikası Respublika Xammal və X22 Mərkəzi "xxxx" MMC-yə, "xxxx" ASC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin satışına dair xx.xx.2022-ci il tarixində keçirilmiş ilkin hərracın və xx.xx.2022-ci il tarixdə keçirilmiş təkrar hərracın, həmçinin əmlakın “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə satilmasına dair "xxxx" ASC və “Külək" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli 30/02 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokol”un etibarsız hesab edilməsi; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi üzərində “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli **********39- 10101 nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilərək fərdi ev üzərində mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X8 "xxxx" ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800 000 manat əsas, 132 134 manat məbləğində faiz, 25 700 manat cərimə borcu olmaqla ümumilikdə 951 434 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satiş qiyməti 115 700 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satiş qiyməti 405 000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satiş qiyməti 964 500 manat, Bakı şəhəri, Nərimanov rayonu, X25 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinin açıq hərracda ilkin satiş qiyməti 115 000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satiş qiyməti 900 000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti 350 000 manat müəyyən edilməklə satılması nəzərdə tutulmuşdur. İcra vərəqəsi üzrə tələb yönəldilən digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması məqsədi ilə “Külək" MMC-yə sifariş verilmiş, evin ilkin satiş qiyməti 900 000 manat olmaqla açıq hərracdan satilması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 11:00-da ilkin hərrac təyin edilmiş və bu barədə “Birja yenilikləri" qəzetinin xx.xx.2021-ci il tarixli 239 saylı buraxılışında elan dərc edilmişdir. “FM Express" məktub və poçt daşıma xidmətinin 197002 və 197002 qaimələrindən məlum olur ki, Salmanova Rəvanə və İddiaçı göndərilən hərracın yeri və vaxti barədə bildirişlər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə göndərilmiş və həmin ünvanda qeyri-müəyyən tarixdə “Salmanova" soyadlı şəxs tərəfindən qəbul edilmişdir. “Külək" MMC-nin xx.xx.2021-ci il tarixli 31/04 saylı protokolundan müəyyən edilir ki, fiziki şəxs X9 açıq hərraca çıxarılmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi üzrə müəyyən olunmuş beh məbləğini ödəyərək xx.xx.2021-ci il tarixinə təyin edilmiş ilkin hərracda iştirak etmiş, hərrac “İpoteka Haqqında" Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamışdır. “Külək" MMC-nin xx.xx.2021-ci il tarixli 01/1816 saylı məktubundan müəyyən edilir ki, satişa çıxarılmış digər əmlaklarla yanaşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair keçirilmiş hərrac “İpoteka Haqqında" Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmadığından Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutumaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətinə ala biləcəyi, əks halda qanunun 43.5-ci maddəsinin tətbiq ediləcəyi barədə məlumat verilmişdir. Tələbkar “Azərbaycan Beynəlxalq Bankı" ASC xx.xx.2021-ci tarixdə Xəzər rayon İcra şöbəsinə ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli icra vərəqəsinin “İcra Haqqında" AR Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, Xəzər rayon İcra şöbəsindən xx.xx.2021-ci tarixli Qərarı ilə icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə tələb yönəldilən digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması məqsədi ilə icra vərəqəsi üzrə hərracın davam etdirilməsi üçün “Külək" MMC-yə sifariş verilmiş, “Külək" MMC-nin xx.xx.2022-ci il tarixli 01/1601 saylı “Hərracın keçirilməsi barədə Bildiriş”i ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin ilkin satiş qiyməti 900 000 manat olmaqla açıq hərracdan satilması məqsədi ilə “Külək" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmiş və bu barədə “Birja yenilikləri" qəzetinin xx.xx.2022-ci il tarixli 312 saylı buraxılışında elan dərc edilmişdir. “Birja yenilikləri" qəzetinin xx.xx.2022-ci il tarixli 315 saylı buraxılışında verilmiş elandan müəyyən edilir ki, satişa çıxarılmış digər əmlaklarlə yanaşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair keçirilmiş təkrar hərrac “İpoteka Haqqında" Qanunun 43-cü maddəsinə əsasən baş tutmamışdır. “Külək" MMC tərəfindən xx.xx.2022-ci il tarixli məktubla, digər əmlaklarlə yanaşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair keçirilmiş hərraclar baş tutmadığından “İpoteka Haqqında" Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satiş qiymətindən 25% az olmayan qiymətə ala biləcəyi barədə "xxxx" ASC-nə təklif (məlumat) verilmiş, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8A saylı evin 47 saylı mənzilin təkrar hərracdakı satiş qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 675 000 manata və 223 125 manata əldə edilməsinə, eyni zamanda “İpoteka Haqqında" Qanunun 43.7-1-ci maddəsinə əsasən həmin əmlaklara dair protokolların imzalanmasına köməklik göstərilməsi xahiş edilmişdir. “Azərbaycan Beynəlxalq Bankı" ASC, “Külək" MMC və Xəzər rayon İcra şöbəsi tərəfindən imzalanmış (ehtimal edir ki, imzalanıb, belə ki, vəkil sorğusuna hərrac tərəfindən təqdim edilən protokol imzasız kserosurətdir) xx.xx.2022-ci il tarixli 30/02 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokol”a əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi qiyməti 675 000 (alti yüz yetmiş beş min) manat olmaqla "xxxx" ASC-nə satılmış və xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ üzrə bankın adına qeydiyyata alınmışdır. “FM Express" məktub və poçt daşıma xidməti tərəfindən Rəvanə Salmanovaya və İddiaçı göndərilən “Hərracın yeri və vaxti barədə bildirişlər”i qəbul edən "Salmanova" soyadlı şəxsin imzası evdə yaşayan şəxslərin imzası ilə oxşarlıq təşkil etmir. Diqqət yetirsə hər iki bildiriş bir şəxs tərəfindən qəbul edilib (imzalar eynidir), lakin həmin bilidirişi alan şəxs ona məlum olmadığı kimi, bildiriş də ona təqdim edilməyib. İş üzrə xəttşünaslıq ekspertizası keçirilərsə, bildirişlərin İddiaçı ailəsindən heç kimin qəbul etmədiyi aydın ola bilər. Fərdi yaşayış evinin ilkin hərracda alıcısı qismində bir şəxs iştirak etmiş, lakin hərracda iki nəfərdən az alıcı iştirak etdiyinə görə hərrac baş tutmamışdır. İlkin hərrac barədə məlumat verilmədiyindən Əfsanə Süleymanova hərracda iştirak edərək evi almaq hüququndan məhrum olmuşdur. Göründüyü kimi qanunvericilik hərracın keçirilməsi zamanı elanların verilməsi ilə bildirişlərin göndərilməsinin təyinatinı fərqləndirərək, elanın verilməsinin bildirişin göndərilməsini istisna edən hala aid olmadığını müəyyən etmişdir.
21. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən "xxxx" ASCnin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, hərracın keçirilməsinə dair bildirişlər tərəflərə göndərilmiş, daha sonra bank tərəfindən 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunaraq, "hərracın baş tutmaması əsaslarının dəyişdirilməsi” tələbinə dair iddia qaldırılmış, bununla əlaqədar icra məmuruna müraciət olunaraq, icra sənədinin “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra edilmədən geri qaytarılması xahiş edilmişdir. Həmin qərardaddan da iddiaçı tərəf şikayət vermişdir. Göründüyü kimi, həmin vaxt onların hərrac prosesindən məlumatı olmuşdur, belə ki, şikayətlərinin məzmununda özləri bunu qeyd etmişdir. Bankın qaldırdığı iddia məhkəmədə baxılıb qurtardıqdan sonra icra məmuru hərrac təşkilatına hərracın davam etdirilməsi barədə məktub göndərmiş, bundan sonra da hərrac qaldığı yerdən davam etdirilmiş, yəni ikinci hərrac keçirilmiş, hərrac baş tutmadığından həmin əmlak bankın balansına keçmişdir.
22. Birinci instansiya məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
23. Məhkəmə qənaətini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsi və Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin 10/5A saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində 4 saylı fərdi yaşayış evi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar verilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. ...İş materiallarından göründüyü kimi hərrac təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı bildiriş rəsmi qaydada xx.xx.2022-ci il tarixdə göndərilmiş, həmin bildiriş O8.09.2022-ci il tarixdə iddiaçı tərəfindən şəxsən qəbul edilmiş, həmçinin “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli tirajında müvafiq elanlar verilmişdir. Bu baxımdan hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkarın qeydiyyatda olduqları ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2022-ci ildə tələbkar "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı hərracın keçirilməsi qanuni şəkildə həyata keçirilmişdir.
24. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcələlnin 415.2-ci, “İpoteka haqqında” Qanunun 41.2-ci, 41.3-cü, 42.1-ci, 42.3-cü, 42.4-cü, 42.6-cı, 42.8-ci, “İcra haqqında” Qanunun 53.2-ci, 62.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli və “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarlarına istinad etmişdir.
25. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat
27. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, bununla belə onun nümayəndəsi (vəkili) ərizə ünvanlayaraq başqa məhkəmə prosesində iştirak etməli olması ilə əlaqədar prosesin növbəti dəfə təxirə salınmasını xahiş etmiş, "xxxx" MMC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Xəzər rayon İcra şöbəsi də nümayəndələrini məhkəməyə göndərməmişlər.
28. İşin halları, əvvəlki məhkəmə iclasının da iddiaçının nümayəndəsinin vəsatəti (ərizəsi) əsasında təxirə salındığı, habelə şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
29. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
31. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
32. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
33. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
34. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən "İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi "İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
35. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş "İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
36. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
37. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
38. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
39. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
40. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əmlakın satılması ilə bağlı hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, icra icraatının tərəfləri hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə lazımi qaydada məlumatlandırılmışlar.
48. Bu qənaətə gələrkən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
49. Kollegiya onu da qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyə görə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
50. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1435/2023 saylı iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə