Məhkəmə qərarları › İş №2(103)-4677/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4677/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4677/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2059/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Asra" Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “komunal borcun ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “dəymiş zərərin ödənilməsi” barədə iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İş üzrə xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərində hazırlıq iclasları; xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərində baxış iclasları keçirilmişdir. xx.xx.2025-ci il tarixdə ikin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2059/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh – iddia həcminin artırılması ilə bağlı ərizəsi icraata qəbul edilməyərək, geri qaytarılmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh göstərilən qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 2059/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia həcminin artırılması ilə bağlı ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2059/2025 saylı, 25 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2059/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində iddia tələbinin dəqiqləşdirilməsinin geri qaytarılması nəzərdə tutulmadığından həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152-ci maddəsinə görə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qarşılıqlı iddia məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur və iş üzrə hazırlıq hərəkətləri yekunlaşdırılaraq və baxış iclaslarından sonrasında növbəti məhkəmə baxışı təyin edilmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı isə iddia tələbinin artırılması barədə tələbinin işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində verməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını və ya bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyini əsaslandıra bilməmişdir. Odur ki, ərizənin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilməsi mümkün idi. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2059/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2059/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar