Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4678/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi yanında X15 Xidmətinə qarşı “əmrlərin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(004)- 2030/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin tabeliyində olan X12 publik hüquqi şəxsdə müvafiq vəzifəyə təyin edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin tabeliyində olan X12 publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 03 ay müddətinə bağlanmışdır. Müqavilənin 4.3.2-ci bəndinə əsasən iş saatı 09.30-da başlanır, saat 18.30-da qurtarır. Müqavilənin 10.2-ci bəndinə əsasən, bu əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə işəgötürəndə saxlanılır.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-885/2023 nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı qarşılıqlı razılığına əsasən xx.xx.2023-cü il tarixindən 3 ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin tabeliyində olan X12 publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə müddətli müqavilə əsasında təyin edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi və onunla bağlanmış əmək müqaviləsi olmuşdur.
4. X15 Xidmətinin Daxili nəzarət şöbəsinin məsləhətçi-əmək müfəttişləri X5, X10 və X11 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, X12 publik hüquqi şəxsin İdarə Heyətinin sədri İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən müvafiq vəzifəyə təyin edilməsinə və həmin tarixdən etibarən də üz tanınma və barmaq izi aparatında qeydiyyatın aparılması ilə bağlı məlumatlandırılmasına baxmayaraq tərəfindən izlərin təqdim edilməsi təmin edilməmişdir. Bu səbəbdən 07, 13, 14 noyabr 2023-cü il tarixlərdə işə davamiyyətinə nəzarət etmək mümkün olmamışdır.
5. X15 Xidmətinin Daxili nəzarət şöbəsinin müdiri X14, məsləhətçi-əmək müfəttişləri X5 və X10 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixində X12 publik hüquqi şəxsin İdarə Heyətinin sədri İddiaçı (Elektron ünvan 1) elektron poçt ünvanına yazılaraq xx.xx.2023-cü il tarixində onun saat 09.48-də, yəni iş vaxtının başlamasından 18 dəqiqə gec Xidmətin Aparatının inzibati binasına daxil olmağı və 17.08-də, yəni iş vaxtının bitməsindən 1 saat 22 dəqiqə tez aidiyyatı şəxsləri məlumatlandırmadan Xidmətin Aparatının inzibati binasını tərk etməsi ilə bağlı yazılı izahatı istənilsə də tərəfindən izahatın təqdim edilməsi təmin edilməmişdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1001/2023 nömrəli əmrindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən əmək intizamında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin tabeliyində olan X12 publik hüquqi şəxsin İdarə Heyətinin sədri İddiaçı xəbərdarlıq edilmişdir. Əmrin verilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Daxili nəzarət şöbəsinin xidməti məruzəsi olmuşdur.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Maliyyə və İqtisadiyyat Şöbəsinin müdiri-baş mühasib Lamiyə Calalovanın Xidmətin rəisi Vəli Quliyevə ünvanladığı xidməti məruzədən müəyyən edilir ki, xidmətin tabeliyində olan X3 işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsi vergi orqanlarında qanuni təmsilçinin dəyişməsi ilə bağlı yaranmış problemdən ödənilməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq ilin sonu olduğunu nəzərə alaraq işçilərin vəzifə maaşlarının vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin ödənilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1026/2023 nömrəli əmrindən müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti haqqında Əsasnamə”nin 5.7.10-cu yarımbəndini rəhbər tutaraq xidmətin tabeliyində olan X3 işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təmin edilməsi üçün səlahiyyət müvəqqəti olaraq Xidmətin rəis müavini X2 verilmişdir. Əmrin verilməsinə əsas Xidmətin Aparatının Maliyyə və İqtisadiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-1-15262/2023 nömrəli xidməti məruzəsi olmuşdur.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin tabeliyində olan X12 publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəisi Vəli Quliyevə ünvanlanmış 22 dekabr 2023-cü il tarixli ərizəsindən müəyyən edilir ki, o, 1 ay xəbərdarlıq müddətini gözləmədən 30 dekabr 2023-cü il tarixindən öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəisi Vəli Quliyevin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X22 ünvanladığı xidməti məruzədən müəyyən edilir ki, X15 Xidmətinin tabeliyində olan X12 publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı öz arzusu ilə işdən azad edilməsi məsələsinə münasibət bildirməyi xahiş edilmişdir.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1055/2023 nömrəli əmrindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən Azərbaycan Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin tabeliyində “X12” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı xx.xx.2023-cü il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilməsi və onunla xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi, Nazirlik yanında X15 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-1- 15457/2023 nömrəli xidməti məruzəsi və İddiaçı xx.xx.2023-cü il tarixində bağlanmış müddətli əmək müqaviləsi olmuşdur.
12. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişdən müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə imzalanmış, xx.xx.2023-cü il tarixdə saat 09:37:26-da çap edilmişdir.
13. X15 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023- cü il tarixli teleqramdan müəyyən edilir ki, zəruri təhvil-təslim işlərinin aparılmasını və işə çıxması xahiş edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1055/2023 saylı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxmaya görə aylıq əmək haqqının (mükafatlarla birgə) ödənilməsi, cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, əmək müqaviləsinin təqdim edilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması və dəymiş ziyana görə 5000 manat və 1 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Göydərə kəndində anadan olmuşdur. 1986-cı ildə Göydərə kənd orta məktəbinə daxil olmuş və 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirərək Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. 2000-ci ildə həmin Akademiyanı “Neft və qaz quyularının qazılması” və 2002-ci ildə isə ”Dənizdə neft və qaz quyularının qazılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illər ərzində SOCAR-ın NQF.TL İnstitutunda aspiranturada təhsilini davam etdirmiş və 2010-cu ildə “Quyuların qazılması texnologiyası” ixtisası üzrə dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Hal-hazırda “texnika elmləri doktoru" alimlik dərəcəsi almaq üçün SOCAR-ın NQLTL İnstitunda təhsilini davam etdirir. 25-dən çox elmi məqalənin müəllifidir. SOCAR-da icra olunmuş 3 səmərələşdirici təklifin müəllifidir. Elmi əsərləri respublikada və xaricdə məhşur jurnallarda dərc olunmuşdur. Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirak edir. Hazırda əlavə iş yerini əsas iş yerinə dəyişdirilməsi üçün ona 5-10 gün vaxt lazımdır. Buna baxmayaraq ona təqdim olunan, lakin tarixləri göstərilməyən (müqaviləyə xitam verilmə və ərizənin yazılma tarixləri) ərizəni imzalamışdır. 14 dekabrda ona teleqram vuraraq X15 Xidmətinə təhvil-təslim üçün çağırdılar və bildirdilər ki, öz xahişiylə əmək müqaviləsinə xitam verilməsi üşün ərizə yazsın. Bununla bağlı o, DƏMX-nin rəisinə yazılı müraciət edərək qəbul etməsini xahiş etmiş, lakin onu qəbul etməmişdir. Bundan sonra o, 18 dekabr 2023-cü ildə təkrar olaraq Nazirliyə dəvət olunmuşdur. Bildirilmişdir ki, imzaladığı ərizəyə tarixləri yazsın, o, bundan imtina etmiş və tarixləri yazmamışdır. Bildirilmişdir ki, X3 əvvəlki qanuni təmsilçisinə asan imza verilməsi üçün möhürü təhvil versin. O, bundan imtina etmiş və bildirmişdir ki, bununla bağlı ona rəsmi məktub verilsin. 19 dekabrda X15 Xidmətinin əmri ilə onun səlahiyyətləri məhdudlaşdırılmış və həmin səlahiyyətlər qanunsuz olaraq X15 Xidmətinin rəis müavini Orxan Hüseynzadəyə verilmişdir. Növbəti dəfə 22 dekabrda Nazirliyə dəvət olunmuş və belə şəraitdə təzyiq altında ərizəsinə tarixləri yazmış və razılaşmışdır ki, qaldırdığı məsələlər və İdarə Heyətinin qərarında göstərilən hallar nazirlik tərəfindən araşdırılaraq zəruri tədbirlər görüləcək və o, əsas iş yeri məsələsini həll edə bilmədiyi təqdirdə məlumat verəcəkdir, ərizə icra edilməyəcək. Bu şərtlərlə o, 22 dekabr 2023-cü il tarixdə əvvəl yazılmış ərizəni fərqli qələmlə imzalamışdır ki, 30 dekabr 2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilsin. Bundan sonra iş yerinə qayıtmış və əməkdaşlardan 1 nəfəri əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə müraciət etmişdir. Eyni zamanda ona səhv hazırlanmış işçilərin tabel uçot vərəqi və ƏMM-nin guya onun sədrliyi ilə keçirilmiş 21 dekabr tarixli Həmkarlar İttifiqanın yardılması barədə bütün əməkdaşların fiziki imzaladığı protokol təsdiq edilməsi üçün təqdim olunmuşdur. Belə bir yığıncağın keçirilmədiyini və sənədlərdə ciddi pozuntu hallarını nəzərə alaraq həmin protokolu və tabeli təsdiq etməmişdir. Məhz bunlara görə 23 dekabrda Nazirliyə və X15 Xidmətinə elektron məktubla müraciət edərək 22 dekabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmə barədə ərizəsinin etibarsız hesab edilməsi üçün yazdığı ərizənin surətini təqdim etmiş və bildirmişdir ki, ərizənin əslini növbəti iş günü (25 dekabr 2023) təqdim edəcəkdir. Beləliklə, əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin etibarsız hesab edilməsi barədə 23 dekabrda elektron məktubla göndərdiyi ərizənin əslini 25 dekabrda Kadrlar şöbəsinin sektor müdirinə şəxsən təqdim etmişdir. Bütün bunlara baxmayaraq X3 İdarə Heyətinin sədri kimi onun məlumatı, razılığı və imzası olmadan qanunsuz yollarla və qaydada ƏMM-nin işçilərinin noyabr-dekabr ayları üzrə əmək haqları ödənilmişdir, baxmayaraq ki, bəzi əməkdaşlar da üzrsüz səbəblərdən işdə olmamışdır. Daha sonra 30 dekabr 2023-cü il tarixdə X15 Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən İlqar Məmmədov onu iş otağına dəvət edərək X15 Xidmətinin 25 dekabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrini və əmək kitabçasını ona təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, X15 Xidmətinin tabeliyində yaradılmış X3 İdarə Heyətinin sədri kimi ona edilən təzyiqlərə dözməyərək, xx.xx.2023-cü il tarixdə 11 dekabrda yazılmış və imzalanmış Ərizəyə tarixləri qoymuş və xx.xx.2023-cü il tarixdən guya “öz təşəbbüsü ilə” əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin 23 və 25 dekabr tarixlərində yazılı müraciət edərək həmin ərizənin etibarsız hesab olunmasını bildirmişdir. Həmin gün də, yəni, xx.xx.2023-cü il tarixdə 11 dekabrda yazılmış və imzalanmış Ərizəyə tarixləri qeyd etmiş və yazdığı ərizəni geri götürmək barədə 23 və 25 dekabrda İşəgötürənə yazılı müraciət etmişdir. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz, bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Lakin, X15 Xidmətinin həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə ona hər hansı bir rəsmi qaydada yazılı və ya şifahi xəbərdarlığı olmamışdır. Hazırda da ƏMMnin İdarə Heyətinin sədri vəzifəsi vakantdır. Bu ərizəni göndərdikdən sonra işəgötürən olan X15 Xidməti maddəyə uyğun olaraq xx.xx.2023-cü il tarixli Ərizəni geri qaytarmalı idi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi bu halda ləğv edilə bilməzdi. O, ona edilən təzyiqlərə dözməyərək, xx.xx.2023-cü il tarixdən guya “öz təşəbbüsü ilə” əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X15 Xidmətinin qərəzli olması o faktla da sübut olunur ki, baxmayaraq ki, o, xx.xx.2023-cü il tarixli Ərizə vermiş və xx.xx.2023-cü il tarixdən “öz təşəbbüsü ilə” əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir, üstündən 1 iş günü keçməmiş təqdimat yazılaraq nazirlə razılaşdırılmış və həmin tarixdən 5 gün əvvəl onun əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən onun son iş günüm xx.xx.2023-cü ildir və bu gün əmək müqaviləsi ləğv olunmalı və əmr də bu tarixdə verilməli idi, 5 gün əvvəldən yox. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X15 Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsinin tələbləri də pozulmuş, Əmək müqaviləsinin 1 nüsxəsi ona təqdim olunmamışdır. Onun iştirakı olmadan X15 Xidmətinin tabeliyində yaradılmış X3, qanuna əsasən o, burada işəgötürən olduğu üçün iştirak edə bilməz, təsis protokoluna onun adının yazılması, Həmkarlar təşkilatının yaradılmasının Əmək Məcəlləsinin və Həmkarlar İttifaqlar haqqında Qanunun tələblərinin pozulması ilə əlaqədar təsis olmasına etirazını bildirməsi və bu protokola imza etməməsidir. ƏMM-nin işçilərin noyabr və dekabr ayları üzrə əmək haqlarının vaxtında ödənilə bilməməsinə etiraz etməsidir. Cavabdehin vəzifəli şəxsləri ona işləməyə imkan verməyiblər, X15 Xidmətinin rəisi Vəli Quliyev, rəis müavini Orxan Hüseynzadə və digər vəzifəli şəxslər, onların kadrı olmadığı üçün onunla işləmək istəmədiklərini və öz xoşu ilə ərizə yazaraq işdən getməyi barədə təzyiqlər etmişlər. X3 İdarə Heyətinin sədri kimi normal fəaliyyət göstərməyi üçün, X15 Xidmətinin rəisi Vəli Quliyev ona işləmək üçün şərait yaratmadıqları halda, əksinə ona bu fəaliyyəti həyata keçirmək üçün mane olduqları halda ona yazılı Xəbərdarlıq etmələridir. Digər qanun pozuntuları ilə bərabər, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X15 Xidməti həm də onunla bağlanmış Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 3- 17-5/3-2-1055/2023 saylı Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərini açıq aşkar pozmuşdur. Belə ki, zor işlədilərək və təzyiq altında yazdığı ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizəni nəzərə almadan, ona heç bir məlumat vermədən 25 dekabrda əmr imzalayaraq 30 dekabr tarixdən əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam vermişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X15 Xidməti ona qarşı əmək münasibətlərində 25 iyun 1958-ci ildə X4 42-ci Baş sessiyasında qəbul edilmiş Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında 111 saylı Konvensiyanın 1-ci maddəsinin tələblərini də pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən: Əmək müqaviləsinin ləğvedilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda X3 yarandığı müddətdə bu X6 və digər vəzifəli şəxslərin Əmək Məcəlləsinin tələbləri pozulmaqla müvəqqəti rəhbər təyin edilmələri və onlara qanunsuz ödənişlər, əlavələr, məzuniyyət pulu ödəməsi, ondan əvvəl X7 qəbul edilən işçilərini qanunsuz və əsassız olaraq DƏMX-də işlətmələri, X15 Xidmətinin rəisi Vəli Quliyevin yaratdığı süni maneələr nəticəsində Mərkəz işçilərinin əmək haqqı, əlavələr və digər ödənişlərin vaxtında ödənilməməsi, X15 Xidmətinin rəisi Vəli Quliyevin qanunsuzluğuna onun etirazı və fərdi qaydada təkbaşına tətil etməyi, onun iştirakı olmadığı halda X15 Xidmətinin tabeliyində X3 Həmkarlar təşkiltının yaradılmasının Əmək Məcəlləsinin və Həmkarlar İttifaqlar haqqında Qanunun tələblərinin pozulması ilə əlaqədar təsis olması və iştirak etmədiyi halda bu protokola onun adının yazılması, X15 Xidmətinin rəisi Vəli Quliyev, rəis müavini Orxan Hüseynzadə və digər vəzifəli şəxslər öz xoşu ilə ərizə yazaraq işdən getməyi barədə təzyiqlər etmişlər, işləmək üçün ona şərait yaratmadıqları halda, əksinə ona bu fəaliyyəti həyata keçirmək üçün mane olduqları halda əsassız olaraq ona yazılı Xəbərdarlıq edilmişdir, 27 Dekabr 2023-cü ildə Almaniyaya getmiş işçiyə və digərlərini işdə və Azərbaycanda olmadığı halda əmək haqqının yazılması və ödənilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən: İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar, onun əmək funksiyalarının və vəzifə səlahiyyətlərinin qanunsuz olaraq öz müavini Orxan Hüseynzadəyə (əmək haqqı, əlavələr və sair) verməsi və s. məlumatlar göstərilir. Azərbaycan Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3- 17-5/3-2-1026/2023 saylı Əmri əsassız və qanunsuzdur. Belə ki, Əmək münasibətlərində olduğu dövrdə və X15 Xidmətinin tabeliyində yaradılmış X3 İdarə Heyətinin sədri kimi fəaliyyət göstərdiyi dövrdə: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17- 5/3-2-1026/2023 saylı Əmri ilə Xidmətin tabeliyində yaradılmış X3 işçilərinə vəzifə maaşlarının təyin edilməsi, maaşlarına əlavələr edilməsi və digər səlahiyyətlər Xidmətin rəis müavini Orxan Hüseynzadəyə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2-1026/2023 saylı Əmri o əsasdan qanunsuzdur ki, həm X15 Xidmətinin Əsasnaməsinə, həm də X15 Xidmətinin tabeliyində yaradılmış X3 Nizamnaməsinə əsasən bu səlahiyyətlər X15 Xidmətinin tabeliyində yaradılmış X3 İdarə Heyətinin sədri kimi ona məxsusdur, bu səlahiyyətlərin ondan alınması əmrdə əsaslandırılmamış və nizamnamənin tələblərinə əsasən nazirliklə razılaşdırılmamışdır. Maddi ziyan dedikdə aşağıdakı xərclər nəzərdə tutulur: 1. X9 (ƏMM) İdarə Heyətinin sədri kimi Əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar onun üçün nəzərdə tutulan xidməti avtomobil və sürücü təyin olunmadığından: 06 noyabr 2023- cü il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi ƏMM-yə işə gedib-gəlmək, vəzifə funksiyalarının icrasından irəli gələn digər nəqliyyat və yaranacaq xərcləri - 2150 manat; 2. Mediasiyaya və Məhkəmə prosesləri zamanı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ödənilən Mediasiya xərcləri (60 manat), mediasiya təklifinin, ərizəsinin və iddia ərizəsinin yazılması və hüquqi xidmətlər və məsləhətləri xərcləri, nəqliyyat xərcləri, poçt və kargüzarlıq xərcləri - 2570 manat; 3. Məhkəmə və mediasiya prosesləri müddətində nəqliyyat, telefon, çap xərcləri və sair – 280 manat.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 may 2024-cü il tarixli 2(004)-2030/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia rədd edilmişdir.
17. Məhkəmə göstərmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin keçməsi barədə ərizəyə münasibətdə iddia müddəti keçməmişdir. Belə ki, iddiaçı AzəriExpress MMC vasitəsilə xx.xx.2023-cü il tarixdə mediasiya təklifini cavabdehə göndərmişdir. Yəni cavabdeh 1 aylıq iddia müddətini ötürməmişdir.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizənin cavabdeh orqana çatmağını sübut edən hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş, onun tərəfindən, yəni Elektron ünvan 1 elektron poçt ünvanından Elektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş məktubun nə ilə bağlı olduğu aydın şəkildə görünmür. Həmçinin həmin məktubun göndərilən şəxsin cavabdeh qurumda hər hansı rəhbər vəzifədə çalışdığı və ya həmin quruma aiddiyyatı olubolmadığı məlum deyildir. Belə ki, iddiaçı işəgötürənə (https://demx.gov.az/ ) deyil, Elektron ünvan 2 ünvanına məktub ünvanlamışdır ki, həmin məktubun da yazılma tarixi və çatdırılma tarixi müəyyən edilmir. İddiaçı Elektron ünvan 1 ünvanından xx.xx.2024-cü il tarixdə Vəli Quliyevə ünvanladığını qeyd etdiyi elektron məktuba qoşma kimi 3MB ölçüdə əlavə etdiyi sənədin ərizə olduğunu bildirsə də, məhkəmə araşdırması ilə həmin sənədin ərizə olduğu təsdiqini tapmadı. İddiaçı izahatında ərizəni yazdığını, şəklini telefonla şəkdiyini və qoşma kimi V.Quliyevə ünvanladığı bildmişdir. Göründüyü kimi, ərizə olmuş olsa belə, ərizənin əslinin işəgötürənə rəsmi təqdim edilməsi müəyyən edilmir. Belə ki, həmin məktubda xx.xx.2023-cü il tarixdə ərizənin əslinin veriləcəyi qeyd edilsə də, iş materiallarına belə bir əslinin işəgötürənə təqdim edilməsi sübuta yetmir. Belə ki, @sosial.gov.az qeyd olunan ərizəni rəsmi qaydada cavabdeh qurumda mübahisəli hal üzrə işəgötürənə ünvanlanmamışdır. Həmçinin iddiaçı xx.xx.2023-cü il tarixli ərizəsində 1 aylıq xəbərdarlıq müddətini gözləmədən işdən çıxmağını xahiş etmişdir.
19. Məhkəmə iddia tələbinin cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, qeyd olunan əmrin ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, həmin əmrin qanunun tələblərinə əməl edilməklə qəbul edilmişdir. İddiaçı Xidmətin tabeliyində olan X9 işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini təxminən 3 aya yaxın müddətdə gecikdirmiş və ödənişləri həyata keçirmək istəməmişdir. Xidmət tərəfindən xx.xx.2023cü il tarixli teleqram göndərilərək zəruri təhvil-təslim işlərinin aparılmasını və işə çıxması xahiş edilmişdir. Lakin İddiaçı işə gəlməmiş, bu səbəbdən də cavadeh məcburiyyət qarşısında xx.xx.2023-cü il tarixli əmri imzalanaraq onun səlahiyyətlərini Xidmətin digər əməkdaşına həvalə etmiş, bundan sonra işçilərin əmək haqqları ödənilmişdir. İddia tələbi bu hissədə də rədd edilməlidir.
20. Məhkəmə qeyd etmişdir ki, cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Həmçinin iddiaçı öz təşəbbüsü ilə işdən çıxmış, hətta işdən çıxmaq barədə ərizəsində hansı tarixdən işdən çıxmaq istədiyini göstərmişdir. Belə olan halda işçi ilə əmək müqaviləsinə həmin tarixdən xitam verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh qurum tərəfindən onun xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdən işdən çıxması ilə bağlı əmrin qanunsuz olması ilə bağlı qeyd olunur ki, Əmək Məcəlləsində əmrin məcburi olaraq son iş günü verilməsi ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamışdır. Bu hüquq işə götürənə məxsusdur və 5 gün əvvəl verməsi heç bir halda qanun pozuntusu hesab edilə bilməz. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir.
21. İddiaçının digər maddi və mənəvi ziyan tələblərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı maddi və mənəvi ziyana dair hər hansı bir mötəbər sübut təqdim etməmiş, yəni cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulması sübuta yetirilməmişdir. Həmçinin həmin tələblər yuxarıda sadalanan tələblərdən irəli gəldiyindən həmin tələblərdə rədd edilməlidir.
22. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 3.5, 42.2, 68.2 “a” bəndi, 69.4, 296.2, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, Mülki Prosessual Məcəllənin 77.1, 217.3, 217.4-cü maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə onun 23 dekabr 2023-cü il tarixində ərizə verdiyini, məktubun email ünvanına göndərildiyini qeyd etsə də, @sosial.gov.az qeyd olunan ərizəni rəsmi qaydada cavabdeh qurumda mübahisəli hal üzrə işəgötürənə ünvanlanmadığını qeyd etməklə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, 22 dekabr tarixdə ərizəni yazmağa Kadr Məsələləri üzrə şöbənin rəisi Nərmin Bayramova onu məcbur etmişdir. Həmin tarixdə ərizəni Kadrlar şöbəsinə təqdim etdikdən sonra, öz tabeliyində olan işçi ona imzalaması üçün hazır iki sənəd gətirmiş, sənədlərdən biri Həmkarlar İttifaqının yaradılması ilə bağlı olmuş, digəri isə həmin ayın əmək haqqının ödənilməsi ilə bağlı olmuşdur. O, sənədləri imzalamamışdır. 54 gün əmək fəaliyyətində olmasına baxmayaraq, qanuni təmsilçi dəyişilməmişdir. Asan imza ona verilməmişdir.
27. Cavabdeh tərəf apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili göstərdi ki, iddiaçının 23 dekabrda email vasitəsilə göndərdiyini bildirdiyi ərizə əslində göndərilməmişdir, sadəcə hazırlanaraq şəkli çəkilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
28. Maddə 68. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla xitam verilə bilər.
29. Maddə 68.2. “a” bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.
30. Maddə 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
31. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
32. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
33. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
41. Göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə 03 ay müddətinə DƏMX-nin tabeliyində olan X12 publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə müddətli müqavilə əsasında təyin edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə X15 Xidmətininin rəisinə ərizə ünvanlayaraq onu öz arzusu ilə 1 aylıq xəbərdarlıq müddətini gözləmədən xx.xx.2023-cü il tarixdən işdən azad etməyini xahiş etmişdir. DƏMX-in xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1055/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
42. İddiaçı hazırda xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı DƏMX-yə xx.xx.2023-cü il tarixində email ünvanlamaqla və xx.xx.2023-cü il tarixində isə əlbəəl ərizə təqdim etməklə müraciət etdiyini, lakin bunu nəzərə almayaraq onun əmək müqaviləsinə xitam verildiyini iddia edir.
43. Cavabdeh tərəf isə bildirir ki, 23 dekabr 2023-cü il tarixdə iddiaçı tərəfindən emailə belə bir ərizə göndərilməmiş, nə də ki, 25 dekabr tarixində ərizə təqdim edilməmişdir.
44. Birinci instansiya məhkəməsi bununla bağlı göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş, onun tərəfindən, yəni Elektron ünvan 1 elektron poçt ünvanından Elektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş məktubun nə ilə bağlı olduğu aydın şəkildə görünmür. Həmçinin həmin məktubun göndərilən şəxsin cavabdeh qurumda hər hansı rəhbər vəzifədə çalışdığı və ya həmin quruma aiddiyyatı olub-olmadığı məlum deyildir. Belə ki, iddiaçı işəgötürənə (https://demx.gov.az/ ) deyil, Elektron ünvan 2 ünvanına məktub ünvanlamışdır ki, həmin məktubun da yazılma tarixi və çatdırılma tarixi müəyyən edilmir. Həmin məktubda 25 dekabr 2023-cü il tarixdə ərizənin əslinin veriləcəyi qeyd edilsə də, iş materiallarına belə bir əslinin işəgötürənə təqdim edilməsi sübuta yetmir.
45. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə qənaəti əsaslı olmamışdır.
46. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Elektron ünvan 1 elektron poçt ünvanından “Vəli Quliyevə”, surəti isə Elektron ünvan 2 elektron poçt ünvanına “ərizənin etibarsız hesab edilməsi” başlıqlı mail ünvanlamış, qoşma olaraq ərizəni əlavə etmiş, həmçinin yazmışdır ki, “Hömrətli Vəli müəllim, xahiş edirəm qoşmadakı ərizəyə nəzər yetirəsiniz. Ərizənin əsli 25 dekabrda iş günü DƏMX-ə rəsmi qaydada təqdim olunacaqdır. Xahiş edirəm nəzərə alasınız. Əvvəlcədən minnətdəram.”
47. Diqqət yetirdikdə aydın şəkildə görünür ki, həmin ismarıcın məzmunu ilə bağlı “ərizənin etibarsız hesab edilməsi” qeyd edilmişdir. Aydın məsələdir ki, həmin ərəfədə hər hansı başqa ərizənin etibarsız hesab edilməsindən söhbət gedə bilməzdi, yəni etibarsız hesab edilməsi bildirilən ərizə dedikdə, məhz iddiaçının işdən çıxma barədə verdiyi xx.xx.2023-cü il tarixli ərizənin nəzərdə tutulması başa düşülür.
48. Cavabdeh tərəf apellyasiya baxışı zamanı həmin ərizənin emailə göndərilmədiyini, sadəcə yazılaraq şəkli çəkildiyini bildirsə də, Kollegiya qeyd edir ki, cavabdehin bu dəlilləri təkzib edilir, belə ki, təqdim edilmiş sənəddən görünür ki, “This message was sent with High importance” qeyd edilmişdir, bu isə o deməkdir ki, həmin mesaj göndərilmişdir. Belə olan halda akşar olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçı elektron poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə ərizə göndərmiş və həmin ərizə ünvan sahiblərinə çatmışdır.
49. Ərizənin göndərildiyi mailto:narmin.bayramova@sosial.gov.azElektron ünvan 2 elektron poçt ünvanının sahibi olan Nərmin Bayramova isə Dövlət qulluğu və kadr məsələri şöbəsinin müdiri olmuşdur. Həmçinin etik müvəkkil təyin edilmişdir.
50. Bundan başqa iddiaçı Nərmin Bayramova, surəti isə Vəli Quliyevə aşağıdakı məzmunda elektron məktub göndərmişdir: “Hörmətli Nərmin xanım, ƏMM-da bu gün mənə təqdim olunan sənədlərdən və verilən məlumatlardan gürünür ki, bir sıra həllini tələb edən açıq qalmış ciddi məsələlər var ki, onların həll edilməsi üçün 30 dekabra kimi olan zaman kifayət etməyəcək. Odur ki, 22 dekabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmə barədə ərizənin icrasını razılaşdığımız kimi 2024-cü ilin yanvar ayına keçirilməsinin vacibliyini nəzərə almağınızı xahiş edirəm. Bu xahişin nəzərə alınmasında hər hansı bir hüquqi çətinlik varsa xahiş edirəm o ərizəni etibarsız hesab edəsiniz, bayramlardan sonrakı ilk iş günlərində mən yeni ərizə təqdim edərəm. Əvvəlcədən təşəkkür edirəm.”
51. Belə olan halda aydın olur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə ilə müraciət etsə də, qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək, xx.xx.2023-cü il tarixdə elektron formada ərizə ünvanlayaraq həmin ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir.
52. İddiaçı 22 dekabr tarixdə ərizə verməsindən qısa müddət sonra 23 dekabr tarixdə həmin ərizənin etibarsız sayılmasını istəməsini belə əsaslandırmışdır ki, 22 dekabr tarixində ərizəni verdikdən sonra öz tabeliyində olan işçi ona imzalaması üçün hazır iki sənəd gətirmiş, sənədlərdən biri Həmkarlar İttifaqının yaradılması ilə bağlı protokol, digəri isə həmin ayın əmək haqqının ödənilməsi barədə sənəd olmuşdur. Habluki, Həmkarlar İttifaqının iclası keçirilməmişdir. Həmin sənədləri imzalamamışdır.
53. İş materiallarında olan “X17” publik hüquqi şəxsin X13 xx.xx.2023-cü il tarixli 01/23 Protokolundan görünür ki, protokol İddiaçı tərəfindən imzalanmamışdır.
54. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəni xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə təqdim etdiyini bildirsə də, bu iş materiallarından müəyyən edilməmişdir, bununla bağlı Kollegiya qeyd edir ki, bu hal əhəmiyyət kəsb etmir, belə ki, iddiaçının bu barədə ərizəni elektron formada göndərməsi öz təsdiqini tapmışdır və iş materiallarından müəyyən edilir ki, iddiaçı ilə işəgötürən arasında olan yazışmaların hamısı elektron formada elektron poçt vasitəsi ilə həyata keçirilmişdir. İddiaçı da elektron formada 22 dekabr tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə iradə ifadəsini bildirmişdir.
55. Qanunvericilikdə göstərilmişdir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər.
56. İddiaçı da bu hüquqdan istifadə etmişdir.
57. Beləliklə iddiaçı xx.xx.2023-cü il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə ilə müraciət etsə də, qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək, xx.xx.2023-cü il tarixdə elektron formada ərizə ünvanlayaraq həmin ərizəsinin etibarsız hesab edilməsini xahiş etmiş, lakin işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozularaq, xx.xx.2023-cü il tarixli ərizə nəzərə alınmamış və xx.xx.2023-cü il tarixli əmrlə iddiaçı ilə bağlamış müddətli əmək müqaviləsinə xitam verilmişdir.
58. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarından ümumilikdə müəyyən edilir ki, işəgötürən tərəfindən işçi olan iddiaçıya qarşı işə qəbul edildiyi vaxtdan qərəzli münasibət olmuşdur. Belə ki, “İdarə Heyətinin sədri” vəzifəsi üzrə işə qəbul edilsə də, dəfələrlə müraciət etməsinə baxmayaraq lazımi iş şəraiti yaradılmamışdır. Həmçinin, dəfələrlə müraciət etməsinə baxmayaraq, vergi orqanında qanuni təmsilçinin dəyişdirilməsi ilə bağlı Nizamnaməyə əsasən lazım olaraq razılıq verilməmiş və nəticədə qanuni təmsilçi dəyişilməmiş qalmışdır. Asan imzanın verilməsi ilə bağlı çətinliklər yaratmışlar. İdarə Heyətinin sədri olmasına baxmayaraq Xidməti otağında adi təmizlik işləri aparılmamış, bununla bağlı müraciətləri olmuş, lakin nəzərə alınmamışdır.
59. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizəyə vizual baxışdan müəyyən edilir ki, ərizədəki imzanın edildiyi qələm ilə “30” və “xx.xx.2023” tarixlərin yazıldığı qələm birbirindən fərqli olmuşdur. Buradan aydın olur ki, əvvəlcə iddiaçıdan sadəcə imza edilməklə göstərilən ərizə alınmış, tarixlər isə sonradan qoyulmuşdur.
60. Qeyd olunan hallar iddiaçıya qarşı işəgötürən tərəfindən ayrı-seçkilik və qərəzli münasibət nümayiş etdirildiyini göstərir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəsinin onun sərbəst iradə ifadəsi kimi qiymətləndirmək mümkün deyil. Halbuki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır və belə halın özü də əmrin ləğvi üçün müstəqil əsas hesab olunur.
61. Kollegiya hesab edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1055/2023 saylı əmr əmək qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalıdır.
62. İddiaçı tələbində xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi işəburaxmaya görə aylıq əmək haqqının (mükafatlarla birgə) ödənilməsini tələb etmişdir.
63. Kollegiya qeyd edir ki, bu hissədə iddiaçının tələbi qismən əsaslıdır, iddiaçıya işləmədiyi müddət üçün əmək haqqı ödənilməlidir.
64. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinin tələblərinə görə əgər işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.
65. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə görə əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
66. Məcəllənin 157-ci maddəsinə görə işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
67. Kollegiya qeyd edir ki, işləmədəyi dövr üçün mükafatların verilməsi hissəsində iddiaçının tələbi əsassızdır, belə ki, mükafat vermək işəgötürənin hüququdur və faktik görülmüş işə görə ödənilir.
68. Bundan başqa iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsini tələb etmişdir. Kollegiya hesab edir ki, bu hissədə tələb əsassızdır, belə ki, qeyd edilən əmr əsasında işçilərin əmək haqqı ödənilmiş və həmin əmr artıq əhəmiyyətini itirmişdir. Ona görə də həmin əmrin etibarsız sayılması və ya ləğv edilməsinin işin nəticəsinə hər hansı təsiri yoxdur.
69. Daha sonra iddiaçı dəymiş ziyana görə 5000 manat tələb etmişdir.
70. Əmək Məcəllənin 300.1-ci maddəsinin ikinci cümləsində «işçiyə iddiası üzrə dəymiş zərər məbləğinin ödənilməsi» imkanı da nəzərdə tutulmuşdur ki, həmin maddənin qeyd hissəsində də məhz «dəymiş zərərin məbləğinə» aydınlıq gətirilmişdir.
71. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
72. Maddi ziyan dedikdə iddiaçı aşağıdakı xərcləri nəzərdə tutmuşdur:
1. X9 (ƏMM) İdarə Heyətinin sədri kimi Əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar onun üçün nəzərdə tutulan xidməti avtomobil və sürücü təyin olunmadığından: 06 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi ƏMM-yə işə gedibgəlmək, vəzifə funksiyalarının icrasından irəli gələn digər nəqliyyat və yaranacaq xərcləri - 2150 manat; Bu hissədə tələb mücərrəd olmaqla, iddiaçı real olaraq çəkdiyi xərclərə dair heç bir sübut təqdim etməmişdir, bu tələbin təmin olunması isə birbaşa sübuta bağlıdır, çünki söhbət real zərərdən gedir.
2. Mediasiyaya və Məhkəmə prosesləri zamanı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ödənilən Mediasiya xərcləri (60 manat), mediasiya təklifinin, ərizəsinin və iddia ərizəsinin yazılması və hüquqi xidmətlər və məsləhətləri xərcləri, nəqliyyat xərcləri, poçt və kargüzarlıq xərcləri - 2570 manat; MPM-nin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi xidmətlər üçün xərclərə dair heç bir sübut təqdim etməmişdir. Həmçinin, digər məqsədlər üçün çəkilən xərclər də qeyrimüəyyəndir, heç bir sübut təqdim olunmayıb. Mediasiya xərcinə gəldikdə isə, həmin vəsait 50 manatdır və məhkəmə xərclərinə aid olduğundan, həmin qaydada cavabdehdən tutula bilər.
3. Məhkəmə və mediasiya prosesləri müddətində nəqliyyat, telefon, çap xərcləri və sair – 280 manat. Bu hissədə də tələb qeyri-müəyyən olmaqla, konkret heç bir sübuta bağlı deyil.
73. Beləliklə, iddiaçının maddi zərər hissəsində tələbi sübut olunmadığı üçün təmin edilə bilməz.
74. İddiaçı 1 manat mənəvi zərər tələb etmişdir.
75. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin «Qeyd»ində göstərilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
76. Kollegiya bu hissədə də iddiaçının tələbini əsassız hesab edir, çünki sadalanan hallar müəyyən edilməmişdir.
77. Əmək müqaviləsinin təqdim edilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələbə münasibətdə isə Kollegiya qeyd edir ki, əmək müqaviləsi iş materiallarında mövcuddur və iddiaçı da onun surətini götürmüşdür. Belə olan halda bu hissədə də iddia tələbi rədd edilməlidir.
78. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə isə göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya təklifini cavabdehə göndərmişdir. Yəni 1 aylıq iddia müddətini ötürməmişdir.
79. MPM-nin 119.1-ci maddəsinə müvafiq olaraq, Kollegiya iddianın qismən təmin olunmasını nəzərə alaraq, iddiaçının mübahisəni mediasiya qaydasında həll etmək üçün ödədiyi 50 manat dövlət rüsumunu onun özünə aid edir.
80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2030/2024 nömrəli iş üzrə 23 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin olunsun. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1055/2023 saylı əmr ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər olan dövr üçün məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mediasiya xərci kimi ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.