Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-468/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “yaşayış sahəsinə köçürülmə, özbaşına tikili”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X9 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı1, (eyni zamanda İddiaçı2 nümayəndəsi), Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və fərdi yaşayış evindən istifadə qaydalarının məyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3397/2023 saylı, 1 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflərin mübahisəli tikili ilə bağlı münasibətləri 2013-cü ildə yaranmışdır. Belə ki, tərəflər xx.xx.2013-cü il tarixdə nikah bağlamış, mübahisə predmeti olan evə 2013-cü ildə köçmüşlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. İddiaçılar cavabdehin sahibliyində olan mübahisəli tikilidə yaşamırlar, bunu cavabdehin yaratdığı maneələrlə əlaqələndirirlər. Belə ki, cavabdeh idiaçıların həmin tikilidə yaşamalarına etirazını bildirir, mübahisəli fərdi yaşayış evinin onun ailəsinə məxsus olduğunu bildirir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 4209/2021 saylı qətnaməsi İddiaçı1 cavabdeh Cavabdeh qarşı cavabdehin ona məxsus mübahisəli evdən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə və daha sonra oğlu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvandaki yaşayış sahəsinə köçürülməsi, fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi, fərdi yaşayış evinin üçüncü şəxslərin istifadə qaydasının müəyyən edilməsi, fərdi yaşayış evinin üçüncü şəxslərin istifadə və sahibliyinə verilməsinə Cavabdeh qadağan edilməsi və fərdi yaşayış evindən istifadəyə manelərin Cavabdeh və digər şəxslərə qadağan olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü ildə nikaha daxil olmuş, həmin nikahdan uşaqları olmamışdır. Cavabdeh ona xəyanət etdiyi üçün nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bununla əlaqədar ona xx.xx.2021 -ci il tarixli boşanma haqqında şəhadətnamə verilib. O, hələ cavabdehlə nikaha girməzdən əvvəl ünvan 2 ünvanında fərdi yaşayış sahəsi tikdirmişdir, orada yaşamaqla oraya pasport qeydiyyatına alınmışdır. Qeyd olunan mənzilə pasport qeydiyyatına alınmaqla onun həmin yaşayış sahəsindən istifadə hüququ faktiki olaraq tanınmışdır. Cavabdehin onun mənzilinə heç bir hüququ yoxdur, onunla nikahda olarkən orada yaşamasına əsası olsa da, nikah pozulduqdan sonra onun mənzilində qalıb yaşamasına heç bir nə qanuni, nə də ki mənəvi haqqı qalmamışdır. Cavabdehdən boşandıqdan sonra mənzilini tərk edib getməsini tələb etsə də, bunu könüllü şəkildə etməkdən imtina etmişdir. Halbuki, onun bundan sonra da yüngül həyat tərzi keçirərək onun yanında qalması qətiyyən qəbul edilməzdir, cavabdehin mənzilinə pasport qeydiyyatı da yoxdur.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3397/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən edilərək İddiaçı1 ünvan 1 ünvanında olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla tərəflərin əmlak hüquqlarının bir hissəsinə çevrilə bilər. Başqa sözlə, iddiaçının və cavabdehin həmin ev üzərində mülkiyyət haqları yaranmasa da, sübut oldunduğu təqdirdə onların həmin evlə bağlı sahib olduqları əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Sadalanan qanunvercilik normalarından göründüyü kimi iddiaçının tələbinin “köçürülmə” hissəsi istisna olmaqla digər - “fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi, fərdi yaşayış evinin üçüncü şəxslərin istifadə qaydasının müəyyən edilməsi, fərdi yaşayış evinin üçüncü şəxslərin istifadə və sahibliyinə verilməsinə Cavabdeh qadağan edilməsi və fərdi yaşayış evindən istifadəyə manelərin Cavabdeh və digər şəxslərə qadağan olunmasına dair” hissədə təmin edilməsi üçün iddiaçı mübahisəli evə dair hüquqmüəyyən edici sənədlərin mövcudluğunu, hüquqlarının müvafiq qaydada qeydiyyata alındığını, həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, tikilinin yalnız onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud, birgə nikah dövründən əvvəl, ümumi əmlak hesabına deyil, öz vəsaiti hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları nikahdan əvvəl əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında şəxsən və tək iştirak etdiyini sübut etməli idi. Lakin, iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə, həmin halların mövcud olması məsələsini qaldırmamış, cavabdehlə 2013-cü il tarixdən bəri ər-arvad kimi mübahisəli tikilidə yaşadığını etiraf etmişdir. Qeyd olunan və iddianın əsaslılığına xidmət edən halların sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşür ki, məhkəmə araşdırması zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi bu halları sübut edə bilməmişdir.
5. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iddiaçı mübahisəli evdə cavabdehlə birgə yaşamış, təsərrüfat aparmışdır, cavabdeh hazırda həmin evdə yaşasa da iddiaçı orada yaşamır, cavabdeh iddiaçının evdə yaşamasına razı deyildir. Həmçinin, cavabdeh iddiaçının mübahisəli evə köçürülüməsinə etirazını bildirsə də onun adına mübahisəli evə dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu, hüquqlarının müvafiq qaydada qeydiyyata alınması, həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların olması, tikilinin yalnız onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud, birgə nikah dövründən əvvəl, ümumi əmlak hesabına deyil, öz vəsaiti hesabına inşa edilməsi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları nikahdan əvvəl əvəzli əldə etməsi, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında şəxsən və tək iştirak etməsi halları da müəyyən edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4; Mülki Məcəllənin 181.4, 190, 181.1, 158.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
7. Həmin qətnamədən İddiaçı2 və Cavabdeh apellyasiya şikayəti vermişlər.
8. İddiaçı2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 avqust 2023-cü il tarixli, 2(008)-3397/2023 saylı qətnaməsinin təmin edilməyən hissədə ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim edilən qətnamədə ümumiyyətlə cavabdehin mübahisəli mənzili nikahdan əvvəl alması, ona məxsus olması heç cür sübut edilməmişdir. Əksinə qanuni qüvvəsini almış məhkəmə qərarlarının hamısında mübahisəli mənzilin iddiaçı tərəfindən alınması, inşa edilməsi, nikadan sonra cavabdehin mənzilə köürülməsi müəyyən edilsə də, bu halların olmamasını məhkəmə sübut edə bilməmişdir. Mənzildə yaşamağa cavabdeh tərəfindən maneələr olduğu, cavabdeh tərəfindən üçüncü şəxslərin mənzildə yerləşdirilməsi müəyyən olunsa da hüquqmüəyyənedici sənədin olmaması əsası ilə iddianı həmin hissədə təmin etməməsi əsassızdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının mübahisəli evdə yaşamasına cavabdeh tərəfindən maneə yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və o mübahisəli evə köçürülməlidir. Lakin eyni hüquqların iddiaçılardan ona şamil olunmamasını əsaslandırmamış, ümumiyyətlə belə bir iddiaçının olub-olmaması məlum deyildir.
10. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-3397/2023 saylı qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi onun ailəsinə məxsus olub. İddiaçı1 həmin mənzildə heç zaman yaşamayıb. Həmin evin təmir və tikintisində iştirak etməyib. Belə ki, iş materiallarına əlavə olunmuş “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2023-cü il abonent sadosunun mübahisəli fərdi yaşayış evinin qaz sayğacı xx.xx.2013-cü il tarixindən onun adına olmuşdur. Tərəflər isə 2013-cü ilin sentyabr ayında rəsmi nikaha daxil olublar. Əgər həqiqətən iddiaçının iddia etdiyi kimi o fərdi yaşayış evini xx.xx.2013-cü il tarixdə alıbsa, o zaman həmin evin qaz sayğacı uydurma əqddən öncəki tarixdə cavabdehin adına necə ola bilərdi. Bu hal onu təsdiq edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evini xx.xx.2013-cü il tarixində əldə etməsi işdəki digər mötəbər sübutlarla ziddiyət təşkil edir. Abonent saldosunda sayğacın yerləşdiyi ünvan Kuybuşov Bina 15 qeyd edilsə də, həm iddiaçılar həm də o həmin ünvanın İ.Turqenyev küçəsi, ev 21Q ünvanı ilə eyni olmasını qəbul edib və bu halı mübahisələndirməyiblər. Belə olan halda iddiaçının həmin mənzili kimdənsə alması və ya özünün inşa etməsi qeyri-mümkündür. İddiaçı1 nikah dövründə mübahisəi fərdi yaşayış evində heç zaman yaşamamış və orada pasport qeydiyyatında olmamışdır. İddiaçı və o nikahda olduğu dövrdə iddiaçıya məxsus Zabrat qəsəbəsi Xavər Vəliyev üvnanında yerləşən evdə yaşayıblar. Tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, hər iki iddiaçı 19 mart 2021-ci il tarixdə həmin ünvana qanunsuz olaraq pasport qeydiyyatına düşüblər. İddiaçılar tərəflərin nikahının pozulduğu 18 mart 2021-ci il tarixdən bir gün sonra həmin ünvana qeydiyyata düşməklə öz fikirlərincə mənzildən istifadə hüququna dair hüquqi zəmin yaratmağa çalışblar. İddiaçı həmin ünvanda pasport qeydiyyatında olmağı əsas gətirərək onun fərdi yaşayış evindən çıxarılması ilə bağlı iddia qaldırmış, lakin bu məqsədinə nail ola bilməmişdir. İddiaçı həmin ünvandan onun çıxarılmasına nail ola bilmədikdə indi özünün həmin ünvana köçürülməsi barədə iddia qaldırıb. Bütün bu iddialarının yeganə əsasını isə 19 mart 2021-ci il tarixdə həmin ünvana pasport qeydiyyatına düşməsi təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-924/2020 saylı xx.xx.2020-ci tarixli Qərarında göstərilir ki, köçürmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır. 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Birinci halla bağlı bir daha qeyd edirik ki, iddiaçı mübahisəli fərdi yaşayış evində heç zaman yaşamayıb. İddiaçı orada yaşamağı ilə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməyib. 2013-cü ildən mübahisəli fərdi yaşayış evində yaşamığını orada pasport qeydiyyatında olmağı ilə əsaslandırmğa çalışsa da məhkəmə araşdırması zamanı nikah pozulduqdan sonra qanunsuz yollarla xx.xx.2021-ci il tarixdə pasport qeydiyyatına düşməsi müəyyən edilmişdir. Nəticə etibarılə iddiaçının mübahisəli mənzildə yaşamağı öz təsdiqini tapmır. İkinci halla bağlı qeyd edir ki, (baxmayaraq ki, iddiaçı mübahisəli fərdi yaşayış evində yaşamağını sübut edə bilmir) hətta qəbul edilsə ki, iddiaçı mübahisəli fərdi yaşayış evində müəyyən müddət yaşayıb. Bu zaman şəxsin yaşadığı yerdən məhrum edilməsi də öz təsdiqini tapmır. İddiaçı özünün məhkəməyə verdiyi izahatında mübahisəli fərdi yaşayış evini 2018-ci il də öz istəyi ilə tərk ediyini etiraf edib. Məhkəmə proseslərinin fasiləsiz aparılan audio və video yazılarında iddiaçının bu etirafı öz əksini tapıb. Başqa sözlə, hətta iddiaçı mübahisəli fərdi yaşayış evində yaşamış olsa belə (baxmayaraq ki, yaşadığını qəbul etmir), özü etiraf edir ki heç kəs onu yaşadığı yerdən məhrum etməyib. Hələ nikah pozulmamışdan əvvəl özü öz istəyi ilə yaşayış yerini tərk edib. Üçüncü halla ilə bağlı qeyd edir ki, faktiki olaraq məhrumetmə olmadığı üçün onun qanuniliyi araşıdırla bilməz. Bütün qeyd olunanlar onu göstərir ki, mübahisəli fərdi yaşayış evi ona və onun ailəsinə məxsus olub. Tərəflər nikaha daxil olmamışdan öncə kommunal xidmətlər onun adına qeydiyyata alınıb. İddiaçı mübahisəli fərdi yaşayış evində heç zaman yaşamayıb və dolayısı ilə də yaşayış yerindən məhrum edilməyib. Buna görə də iddiaçının iddiası təmin edilə bilməzdi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13.İştirak etdiyi məhkəmə iclasında İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, işin mübahisəsiz halları, əvvəlki məhkəmə qətnamələri ilə işin müəyyən olunan halları vardır. Yəni mübahisəli mənzilin qanunsuz tikili olması, iddiaçıya məxsus olması, cavabdehlə birlikdə orada yaşaması işin mübahisəsiz hallarıdır. Əvvəlki məhkəmə tərəfindən işində iddia veriblər ki, cavabdeh mənzildən çıxarılsın, lakin məhkəmə mənzilin çıxarışının olmaması, hüquqların qeydiyyata alınmaması əsası ilə iddia təmin edilməmişdir. Əvvəlki və hazırkı iş üzrə cavabdeh olan şəxsin həmin mənzilə yaşayış hüququ tanınır, bu səbəbdən həmin iddia təmin olunmadı. Lakin hazırda onlar həmin mənzildən istifadə edə bilmir və bu iddianı qaldırmaq məcburiyyətində qalıblar. Cavabdeh mənzili zəbt edib, özünü və ailə üzvlərini həmin mənzilə köçürmüşdür. Ev hazırkı iddiaçılar tərəfindən əldə olunmuşdur, həmin mənzildə yaşamışlar. Daha sonra hüquqlarını müdafiə etdiyi şəxsin atası ikinci dəfə ailə həyatı quranda əvvəl kirayədə yaşamış, daha sonra isə həmin iddiaçı hazırkı cavabdehi həmin mənzilə gətirmişdir, cavabdeh həmin mənzilə gətirilən zaman artıq onların münasibətləri var idi. Daha sonra cavabdehin digər ailə üzvlərinin həmin mənzilə köçürülməsi ilə əlaqədar Niyazi digər oğlunun Bakı şəhərində mövcud olan mənzilində yaşamışdır. Mübahisəli mənzili iddiaçılar bir yerdə alıblar, bir yerdə tikiblər. İş materiallarından da görünür ki, onların oraya istifadə hüququ tanınmışdır, oraya qeydiyyatı vardır. Ona görə də oraya köçmək hüquqları tanınmalıdır. İddiaçı və cavabdeh birgə nikaha 2013-cü ilin sentyabr ayında daxil olublar, həmin mənzil ondan əvvəl alınmışdır. İddiaçılar bu səbəbdən həmin mənzildən çıxmışlar, bu zaman cavabdeh öz ailə üzvlərini həmin mənzildə yerləşdirdiyindən iddiaçılar həmin mənzildən istifadə edə bilməyiblər. Həmin mənzildən könüllü şəkildə çıxmışlar. Hüquqlarını müdafiə etdiyi şəxsi kirayədə, atası digər oğluna məxsus mənzildə yaşamışdır. Mübahisəli mənzil iki otaqlı evdir, sahəsi balaca evdir. Ev iddiaçılar tərəfindən alınmışdır. İddiaçılar evdən 2018-ci ildən çıxıblar. Birinci instansiya məhkəməsində onlar Qaz İdarəsinə müraciət etmiş, rəsmi cavab verilməmişdir, sadəcə sistemdən şəkil çəkib göndəriblər. Məhkəmə prosesi gedişində bunu məhkəməyə təqdim ediblər, çıxarış pdf formasında iş materiallarına əlavə edilmişdir
14. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirmişdi ki, evi 2013-cü ilin iyun ayında almış, həmin evi Quliyev Şahsuvardan almış, hazırda rəhmətə getmişdir. Cavabdehlə münasibətləri əvvəldən var idi. Cavabdeh 20-ci sahədə Tanrıverdi kişinin həyətində 9 kv.m sahədə yaşayırdı. Cavabdeh Zabrata 2014-ci ildə gəlmişdir. Əvvəlcə Zabratda kirayə tutmuş, kirayə pulunu o, ödəmişdir, cavabdehin anası da yanında yaşayırdı. Cavabdehin bacısı kənddə yaşayırdı. Daha sonra o, evi alandan sonra 2014-cü ilin əvvəlində Şahsuvar orada yaşaya-yaşaya təmir etdirdi. Evi o, təmir elətdirmişdir, cavabdeh işləmirdi. Həmin evə 2014-cü ildə köçmüşdür. Yoldaşı rəhmətə getdikdən sonra cavabdehlə münasibətlərini rəsmiləşdirmişlər. Cavabdehlə 2021-ci ildə boşanmışlar. Ev nikaha daxil olmamışdan 3 ay qabaq alınmışdır. “Azərsu” və “Azərqaz” tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosunda cavabdehin adının qeyd edilməsi yanlışdır. Abonent saldosu 2014-cü il tarixindən cavabdehin adına keçmişdir. 2011, 2012, 2013-cü il tarixlərində abonent saldosu Quliyev Şahsuvarın adına olmuşdur. Cavabdehin ailə üzvləri həmin evə köçdüyünə görə o, həmin evdən çıxaraq öz oğlunun evində yaşamağa başlayıb. Alğı-satqı müqaviləsində adı keçən şəxslər Zabrat qəsəbəsində yaşayan şəxslərdir. X13 yaşayır, evi o tapmışdır. Həmin evə Aqşinlə birgə gedib baxmışdır. Həmin dövrdə 2014-cü ilin noyabrdekabr aylarında sayğac dəyişən zaman ev sakini kimi sayğac cavabdehin adına yazılmışdır. Evdəki kondisionerin, paltar yuyanın hamısını kreditə öz adına almışdır. X.Vəliyev bina 0383 mənzil oğlunun evidir, həmin ünvanda hər ikisi 2016, 2017, 2018-ci il tarixlərində bir yerdə yaşamışlar. X7 işləyir. Turgenevdə yerləşən mənzildə isə cavabdeh anasını, bacıları yerləşdirmişlər. İddiaçı2 həmin mənzilə gəlib-gedirdi, lakin yaşamırdı. İddiaçı2 öz yaşayış yeri yox idi, kirayədə və yaxud da qohum evlərində yaşayırdı. O, həmin mənzilə qeydiyyatda düşmək üçün yanvar ayında DİN-ə müraciət etmişdir.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, iddiaçıların hal-hazırda həmin mənzilə dair qeydiyyatda olmaqlarından başqa hər-hansı sübutu yoxdur. Belə olan halda baxılmalıdır ki, iddiaçılar oraya nə zaman qeydiyyata düşmüşdür. Tərəflər arasında nikah 18 mart 2021-ci il tarixində pozulmuşdur. 19 mart 2021-ci il tarixində iddiaçılar həmin mənzilə qeydiyyata düşmüşlər. 2021-ci ildən əvvəlki tarixdə iddiaçılar həmin mənzildə qeydiyyatda olmamışlar. İş materiallarına tərəfinən kommunal idarələrindən arayışlar təqdim olunmuşdur. Həmin arayışlardan görünür ki, 2013-cü ilin yanvar və may aylarından həmin mənzilin kommunal istifadəsi cavabdehin adına olmuş və daha sonra isə 2013-cü ilin sentyabr ayında nikaha daxil olmuşlar. Aradakı fərq onu deməyə əsas verir ki, 2013-cü ildən cavabdeh həmin mənzildə yaşamağa başlamış və mənzil onun istifadəsində olmuşdur. Bunu təkzib edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Sözügedən müqavilə həm beh müqaviləsi, həmdə alğı-satqı müqaviləsidir. Belə bir müqavilə qanunvericilikdə mövcud deyildir. Əgər belə bir müqavilə olmuş olsa idi belə necə olur ki, həmin müqavilə bağlanmamışdan əvvəl mənzilin kommunal istifadəsi cavabdehin adında olmuşdur. Həmin müqavilə uydurma bir əqddir. Bu əqd hər hansı mülkiyyətə və istifadəyə rəvac verəcək bir əqd deyildir. İddia ərizəsində həmin mənzildə iddiaçılar 2013-cü il tarixində qeydiyyatda olduğunu göstərsələr də iş materiallarında olan aryışdan görünür ki, həm iddiaçı, həm də cavabdeh 2019-cu ilin mart ayında həmin mənzilə qeydiyyata düşüblər. İddiaçıların həmin mənzildə yaşadıqlarını qəbul etmir, çünki onlar həmin mənzildə yaşadığını sübuta yetirə bilmir, onun əlində yeganə əsas həmin mənzildə qeydiyyatda olmasıdır. Həmin mənzilə qeydiyyata isə nikaha xitam verildikdən sonra daxil olmuşdur. Ali Məhkəmənin qanunsuz tikililərə köçürülmə ilə bağlı qərarında qeyd edilir ki, bu zaman 3 hal nəzərə alınmalıdır. Birinci məsələ köçürülməni tələb edən şəxs həmin ünvanda yaşayıb və ya yaşamayıb, ikinci məsələ həmin ünvandan çıxarılıb ya yox, üçüncü məsələ isə çıxarılma qanunidirmi ya yox ? İlk iki məsələyə apellyasiya şikayətində münasibət bildirilmişdir. Belə ki, iddiaçı orada yaşadığını sübuta yetirə bilmir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya sual verildi ki, sənin orada əşyan varmı? Cavabında bildirildi ki, xeyr, orada heç bir əşyası yoxdur. Hətta hesab edilsə ki, iddiaçı orada yaşamışdır, belə olan halda iddiaçı özü etiraf edir ki, 2018-ci il tarixində mənzili özü könüllü olaraq tərk etmişdir. O, özü tərk etdiyi üçün mənzildən məhrum etmə mövcud deyildir. İddiaçı və cavabdeh birgə nikaha daxil olduqdan sonra həmin mənzildə yaşamayıblar. İddiaçının özünün adına evi olmuşdur, daha sonra evi öz adına keçirmiş və cavabdehlə birgə həmin evdə yaşamışdır. Birinci instansiya məhkəməsi işi araşdırarkən işin bütün hallarına lazımi qiymət verməmişdir. Belə ki, məhkəmə işi araşdırarkən iş materiallarında olan kommunal müqavilələrinin cavabdehin adına olması ilə bağlı sübutlara məhkəmə qiymət verməmişdir. İddiaçıların 2021-ci ilin mart ayının 19-dan sonra həmin ünvana qeydiyyata düşməsinə qiymət verməmişdir. Qeyd edilənlər etirazın əsaslarını təşkil edir. Bu mənzildə iddiaçılar heç bir zaman yaşamamışdır, mənzil cavabdehə məxsus olmuşdur. Belə olan halda iddiaçının keçmiş həyat yoldaşının övladının həmin mənzilə nə istifadə hüququ olmayıbdır, həmin şəxs nə cavabdehin övladı olmayıbdır, nə də övladlığa götürməmişdir. Bütün bunlar hamısı nikahdan sonra baş vermişdir. Alğı-satqı müqaviləsinin nəticə hissəsində adı keçən şəxsləri tanımır. Həmin müqavilə qanunvericiliyin tələbləri baxımından formaya əsaslanmır. Tərəflərindən təqdim edilmiş sübutlardan görünür ki, həmin müqavilənin bağlandığı tarixdən əvvəl onlar orada yaşamışlar. Cavabdeh həmin mənzildə ailə ilə birgə çox öncədən yaşamışdır. Bildirmişdir ki, məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı1 özünün adına hal-hazırda yaşayış yeri vardır, həmin tikili özbaşına tikilidir. İddiaçı özü etiraf edir ki, 2016-cı ildən həmin ünvanda yaşamışlar. İddiaçının artıq həmin yaşayış sahəsinə ehtiyacı yoxdur. İddiaçı ümumiyyətlə orada yaşamamışdır. İddiaçının cavabdehlə heç bir bağlılığı olmadığı üçün həmin mənzilə istifadə hüququ tanına bilməz. Hazırkı cavabdeh nikaha daxil olmamışdan əvvəl həmin evi əldə etmişdir. İddiaçı və cavabdeh nikaha daxil olduqdan sonra iddiaçının adında olan başqa yaşayış sahəsində yaşayıblar. Bundan başqa iddiaçının özünün adına yaşayış sahəsi, yaşayış yeri olduğu və hal-hazırda orada yaşadığı üçün iddiası təmin oluna bilməz. Bu yaşayış yeri olduğu halda yaşayış sahəsi birgə nikah dövründə əldə olunmuş olsa belə qanunsuz tikili olduğuna görə onun oraya payı müəyyən oluna bilməz, ən yaxşı halda qanunsuz tikili olduğuna görə onun tikilməsinə çəkilmiş olan xərcləri sübut edə bilərsə onu tələb edə bilər. Həmin tikili cavabdehin vəsaiti əsasında əldə olunmuşdur. Cavabdeh həmin mənzili Şahsuvar adlı şəxsdən almışdır. Sözügedən müqaviləni isə o, müqavilə hesab etmir. Müqavilənin hansı şəkildə əldə olunduğu bilinmədiyi üçün onun mötəbərliyindən söhbət gedə bilməz. Qanunsuz tikilinin alğı-satqısı tərəflər arasında şifahi razılaşmalar əsasında həyata keçirilir. Əgər torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olsa idi, və ya istifadə, icarə hüququ olsa idi onun rəsmiləşdirilməsi hər hansı formada mümkün olardı. Bu sənədin rəsmiləşdirilməsi mümkün deyildir. İddiaçı və cavabdeh ər-arvad kimi Turgenevdə yaşamamışlar.
16. Məhkəmə iclasında şahid qismind dindirilmiş X4 bildirmişdir ki, özü oralarda anadan olmuş, 46 yaşı var. Ağlı kəsəndən orada yaşamışdır. Cavabdeh qonşu kimi tanıyır, İddiaçı1 isə bir-iki dəfə görmüşdür. Cavabdeh təqribi 11 ildir ki, orada yaşayır. O, əvvəllər orada Şahsuvar adlı şəxsi görmüş, hazırda həmin şəxs rəhmətə getmişdir, onlardan sonra oraya Cavabdeh gəlmişdir, təqribi 11 ildir ki, 2013-cü ildən Gülayəni orada görmüşdür. Cavabdeh Niyazi ilə bir yerdə oraya gəlməmişdir. Niyazini orada 2-3 dəfə görmüşdür. Tarix baxımından dəqiq məlumat verə bilmir. O, Şahsuvarla Niyazini görməmiş, Şahsuvarı çoxdan tanıyırdı. 17.Məhkəmə iclasında şahid qismind dindirilmiş X1 bildirmişdir ki, Cavabdeh tanıyır. Niyazi müəllimi isə gəlib-gedən zaman görürdü. Cavabdeh onun hasar qonşusudur. Cavabdeh 2013-cü ildən orada yaşayır. İddiaçı1 həmin ünvanda yaşamayıbdır. Cavabdeh anası və bacısı ilə orada yaşayırdı.
Apellyasiya baxışının hədləri
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı2 münasibətdə araşdırma aparmamaqla prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyindən apellyasiya baxışının predmetini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq 22.Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində qeyd edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
23.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 24.11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 25.157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və yamüqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 26.158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 27.180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində vəya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 28.180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 29.180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 30.180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin
31.30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 32.30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 33.30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
34.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (82.3-cü maddə).
35. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.1 və 217.3- cü maddələri). 36.Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (233.3-cü maddəsi). 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.”
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38.Məhkəmə kollegiyası hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia İddiaçı1 münasibətdə digər hissədə və İddiaçı2 münasibətdə tam şəkildə isə rədd edilməlidir. 39.Qeyd edilməlidir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir. 40.Hazırda iddiaçılardan İddiaçı1 mübahisəli evin onun tərəfindən qarşı tərəflə nikaha daxil olmamışdan əvvəl alındığına, həmin evin sahibi olmuş X5 tərəfindən evə dair istifadə və sahibliyin şəxsən ona verildiyinə istinad edərək bildirir ki, o, mübahisəli evin əsl sahibidir. Cavabdeh isə bu evin onun ailəsinə məxsus olduğuna, bunun abonent haqqında məlumatlardan müəyyən etmək mümkün olduğuna, iddiaçılardan heç birinin həmin ünvanda yaşamadığına, yaşayış yeri üzrə qanunsuz olaraq qeydiyyata alındıqlarına əsaslanaraq bu iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 41.İşin mübahisələndirilməyən halları isə bundan ibarətdir ki, mübahisəli ev özbaşına tikilidir və bu tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd (dövlət reyestrindən çıxarış, order, texniki pasport, kirayə müqaviləsi və s.) mövcud deyildir. Özbaşına tikili olan ev Cavabdeh faktiki sahibliyindədir. Əmlakın İddiaçı1 tərəfindən məhz nikaha girməzdən əvvəl qeyri-rəsmi şəkildə alınmasının həqiqətə uyğun olmadığı da işin mübahisələndirilməyən hallarına aiddir. Bu hal Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 1 iyul 2021-ci il tarixli, 2(008)-4209/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir və hazırki iş çərçivəsində qeyd edilənlərin müzakirə edilməsi istisna olunur. 42.Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərhedilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. 43.Preyudisiya institutu məhkəmə aktları ilə müəyyən edilmiş halların yenidən baxılmasının qarşısının alınmasına, o cümlədən sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. 44.Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir 45.Beləliklə mülki iş üzrə mübahisələndirilən hal mübahisəli fərdi yaşayış evinin kimin vəsaiti hesabına əldə edilməsidir. Belə ki, sözügedən fərdi yaşayış evi özbaşına tikili olsa belə, hər bir halda həmin fərdi yaşayış evinə dair “gözlənti” hüququ məhz kimə məxsus olması halı araşdırılmalıdır. İşə baxılması zamanı cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş, mübahisəli evdə təmsil etdiyi şəxsin yaşadığını, kommunal xərclərin onun tərəfindən ödənildiyini, evin cavabdehə və onun ailəsinə məxsus olduğunu bildirmişdir. Cavabdeh tərəf məhkəməyə, həmçinin mübahisəli evin kommunal ödənişlərinə dair yazılı sübutları təqdim etmişdir. 46.Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olması müəyyən edilmir. Eyni zamanda, cavabdeh mübahisəli evin onun və ya ailəsi tərəfindən və məhz ona məxsus vəsait hesabına əldə edilməsinə, həmin evə mülkiyyətçi kimi təkçə onun qanuni gözlənti hüququnun olmasına istinad etsə bu halları təsdiq edən hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmiş, beləliklə də mübahisələndirilən fədri yaşayış evinin, evin yerləşdiyi torpaq sahəsinin onun vəsaiti hesabına əldə edilməsi halı da məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. 47.Qeyd edilməlidir ki, mübahisəli evə aid kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin iddiaçı tərəfindən bağlanması, müvafiq abonent cədvəllərinin onun adına tərtib olunması da tərəflərin xx.xx.2013-cü il tarixdə nikah münasibətlərinə daxil olduqları nəzərə alınsa, ağlabatandır və bu sənədlər məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş halları təkzib etmir. Həmçinin iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid ifadələrinin məzmunu ilə əlaqədar müəyyən edilir ki, hər iki tərəf mübahisəli fərdi yaşayış evində 2013-cü ildən yaşamağa başlamışdır. 48.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın iddiaçılardan İddiaçı1 münasibətdə qismən təmin edilməsinə dair gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, mübahisəli fərdi yaşayış evinin kimin vəsaiti hesabına (yəni tərəflərin birgə nikah dövründə əldə etmiş olduqları birgə vəsait hesabına yoxsa cavabdehə və ya ailəsinə məxsus vəsait hesabına) tikilməsi məsələsi məhkəmə tərəfindən araşdırılmışdır. 49.Yuxarıda qeyd edilənlərə əsasən, də həmin evin əldə edilməsində yalnız cavabdehin iştirak etməsi halı öz təsdiqini tapmamışdır, o, mübahisəli evə subyektiv hüquqa malik olduğunu qeyd etsə də, yuxarıda göstərilənlərə əsasən onun mübahisə predmeti olan evə mülkiyyətçi kimi yalnız onun qanuni gözlənti hüququnun olması halının öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, nikah müddətində əldə olunmuş əmlakın hüquqi rejimi baxımından bu əmlakın birgəliyi prezumpsiyası qəbul olunur. Bununla razılaşmayan tərəf həmin prezumpsiyanın əksini sübut etməlidir. Baxılan işdə də mübahisə predmeti olan evin cavabdehin vəsaiti hesabına əldə edildiyi öz təsdiqini tamadığı üçün həmin evin tərəflərin birgə nikah dövründə birgə vəsaiti hesabına əldə edilməsi qəbul edilir. 50.Bundan başqa qeyd edilməlidir ki, özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Lakin cavabdehin istinad etdiyi kimi bu halların (şəxs köçmək istədiyi yerdə yaşayıbmı; şəxs yaşadığı yerdən məhrum edilibmi; məhrum edilmə qanunidirmi) yoxlanılmasına ehtiyac qalmır. Çünki mübahisəli evin birgə vəsait hesabına əldə edilmədiyini, bu evin yalnız cavabdehə aid olması halları öz təsdiqini tapmamışdır. Yəni, mübahisəli ev birgə nikah dövründə əldə edildiyindən, həmin evə cavabdehlə bərabər iddiaçının da sahiblik hüququ, habelə gələcəkdə mülkiyyətin qeydiyyata alınması ilə bağlı qanuni gözləntisi vardır. 51.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçılardan İddiaçı1 ünvan 1 ünvanında olan fərdi yaşayış evinə köçürülməsinə dair iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malikdir. Kollegiya cavabdehin mübahisəli yaşayış sahəsi üzərində eyni səlahiyyətlərə malik olduğunu nəzərə alaraq hesab edir ki, iddianın digər hissədə təmin olunması onun Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. 52.Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 53.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Buna baxmayaraq məhkəmə tərəfindən işə baxılarkən prosessual pozuntuya yol verildiyi müəyyən edilmiş, bu da düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı2 iddia tələblərinin əsası kimi istinad etdiyi halları yoxlamamış, həmin hallar üzrə araşdırma aparmamış, qətnamənin nəticə hissəsində həmin iddia üzrə gəldiyi qənaətin nədən ibarət olduğunu göstərməmişdir. 54.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş yaşayış sahəsindən istifadə hüquqları ilə bağlı münasibətləri birbaşa tənzimləyən qanun norması olmadığı üçün oxşar normaların analogiya qaydasında tətbiq olunması ilə mübahisənin həlli qanunvericiliyin tələbinə uyğundur və oxşar norma olaraq analogiya qaydasında, evin əldə edilməsi 2013cü ilə təsadüf etdiyindən, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi əsas götürülməlidir. 55.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. 56.Hazırki iş üzrə İddiaçı1 digər iddiaçının övladı olsa da onun köçmək istədiyi özbaşına tikilidən yaşayış sahəsi kimi nə vaxtsa istifadə etdiyi, həmçinin həmin yaşayış sahəsinə onun ehtiyacı olması halları müəyyən edilməmişdir. İddiaçının başqa yaşayış yeri mövcuddur və onun mübahisəli evdə nə vaxtsa yaşadığı müəyyən edilməmişdir. İddiaçının bu davranışı da köçmək istədiyi tikilidə yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün cavabdehin yaşadığı evə köçürülməsi üçün zərurət də olmamışdır. Belə ki, iddiaçı sözügedən yaşayış sahəsinin əldə olunmasında onun zəhmətinin olduğuna, həmin tikilidə yaşadığına, davamlı əlaqələrinin mövcud olduğuna, istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunan xüsusatları sübut etmək yükü də iddiaçının üzərinə düşür. 57.Avropa İnsan Hüquqları Məhkəməsi “O.X6rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. 58.Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. 59.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 60.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 61.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh və İddiaçı2 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3397/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İddia İddiaçı1 münasibətdə qismən təmin edilsin. İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia İddiaçı1 münasibətdə digər hissədə və İddiaçı2 münasibətdə tam şəkildə rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova