Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4682/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlk iddia üzrə İddiaçı, onun vəkili X8, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə İlk iddia üzrə İddiaçı Cavabdeh2 qarşı “mənzilə köçürülmə” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı (cavabdeh qismində cəlb edilmiş Cavabdeh1) qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-147/2021 saylı iş üzrə qəbul etdiyi 08 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun və ikinci qrup əlil olan xx.xx.2002-ci il təvəllüdlü qızı Cavabdeh1 birlikdə yaşadıqları ünvan 1 ünvanına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onun qardaşıdır. Anaları rəhmətə getdikdən sonra qardaşı onu və ikinci qrup əlil olan xx.xx.2002-ci il təvəllüdlü qızı Cavabdeh1 ünvan 1 ünvanından qovub küçəyə atmışdır. Onun anasının evində onun və övladının yaşamaq hüququ var. Belə ki, o, cavabdehlə birgə eyni ünvanda yaşamış, onunla həmin ünvanda birgə təsərrüfat aparmışdır. Hansı ki, qeyd edilən yaşayış evi onun və övladının daimi yaşayış yeri olmuş, həmin evdən istifadə hüququ olmuşdur. Lakin cavabdeh onları artıq bir neçə vaxtdır ki, evdən qovmuş, mənzilə daxil olmağa icazə verməmişdir. O, çox çıxılmaz vəziyyətdədir. Cavabdeh isə onu və 2-ci qrup əlil olan xx.xx.2002-ci il təvəllüdlü qızı Cavabdeh1 yaşadığı evə buraxmır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Anasının evində istifadə hüquqlarının olması nəzərə alınaraq, onun da həmin yaşayış sahəsindən orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququnu əldə etməsi tanınmalıdır. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, 2 saylı mənzildən istifadə hüququna ona 4500 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, 2 saylı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk İddiaçı ona qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki iş hakimin icraatındadır. Hesab edir ki, ilk iddia təmin edilməməli və İddiaçı mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməlidir. Belə ki, işin hallarından görünür ki, sözügedən mənzil dədə-baba yurdları oİmuş, onlar bu mənzildə böyüyüb boya-başa şatmışdır. Mənzil mərhum anası X3 xüsusi mülkiyyətində olmuşdur. O, 2011-ci ildə vəfat etdikdən sonra notariat orqanında vərəsəlik işi açılmış və mərhumun vərəsələri olan övladları - Zülfiyyə, Elnarə, Ramin və Etibar öz vərəsəlik paylarından onun xeyrinə imtina etmişlər. O da vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hüququnu qeydə aldırmış və reyestrdən mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Daha sonra isə mənzilin bir otağını bağışlama müqaviləsi əsasında qardaşı Raminə bağışlamışdır. Ramin də həmin naturada ayrı olan mülkiyyət payını üçüncü bir şəxsə satmışdır. İddiaçı iddia tələbində ünvan 2 ünvanına köçürülmə tələbini qoysa da əslində onun iddiası onun paylı mülkiyyətimdə iç-içə olan 2 yaşayış otağı və bir yardımçı sahə ilə bağlıdır. O, həmin yaşadığı və mülkiyyətində olan hissəni yenidən təmir etmiş, yararlı vəziyyətə salmış və ailəsilə birgə yaşayır. Özü 2-ci qrup gözdən əlildir, əlillər cəmiyyətinin də üzvüdür. İddiaçı illərdir bu mənzildə yaşamadığı halda iddia ərizəsində yalana yol verərək guya illərdir onu və övladını mənzilə buraxmadığımı söyləyir. Halbuki, ona heç kim təzyiq göstərməmiş, heç kim maneçilik törətməmişdir. O, illər bundan öncə ailə həyatı qurub bu mənzildə könüllü şəkildə köçmüş, daha sonra 2-ci dəfə Türkiyə Respublikasına köçərək orada ailə həyatı qurmuş və daimi yaşamış və mənzilə dair istifadə hüquqlarını itirmişdir. Düşünsək ki, onun istifadə hüququ var, yenə də ona qanuna müvafiq aydada kompensasiya verilməklə istifadə hüququna xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış r.üquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İndiki halda X4 mübahisəli mənzildə yaşamağa başlamasının 2000-ci ildən əvvəl olduğu düşünülsə də köhnə Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən mülkiyyətçi anası - X5 münasibətdə övlad sayılır və ailə üzvləri sırasına daxildir. Həmçinin, qanunvercilik Azərbaycan Respublikası 228-ci maddəsində nəzərdə tutulmuş kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı normaların 2000-ci ildən əvvəl yaranmış münasibətlərə tətbiqini istisna etmir, mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmə sadalanan qanunvericilik normalarına əsalanaraq hesab edir ki, cavabdeh iddiaçının ailə üzvləri sırasına daxil deyildir. Cavabdehlə iddiaçı arasında iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan mənzildən istifadə etmələrinə dair notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma olmamışdır. Ona görə də cavabdehin sözügedən mənzildən istifadə hüququ yoxdur. Həm yuxarıda sadalanan hüquq normalarına, həm də “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad edərək hesab edir ki, 4500 manat məbləğində kompensasiya verilməklə X1 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi ağlabatan və ədalətli hesab edilə bilər. Sözügedən qərarda göstərilir ki, “kompensasiya institutu istifadə hüququnun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Əvvəla o, qeyd edilməlidir ki, Konstitusiya məhkəməsinin bu qərarında müəyyən müddət daxilində dedikdə burada naməlum bir müddət nəzərdə tutularaq bu müddətin müəyyən edilməsi işin hallarından asılı olaraq məhkəmənin səlahiyyətinə buraxılmışdır. Bundan başqa X1 övladı xx.xx.2002-ci il tarixli Cavabdeh1 mənzilə köçürülməsi ümumiyyətlə mümkün deyildir. Çünki, onun 18 yaşı tamam olmuşdur və valideynin yetkinlik yaşına çatmış övladının adından məhkəmədə iddia qaldırmaq və onun prosessual hüquqlarından istifadə etmək hüququ yoxdur və qanunvercilik yalnız valideynə 18 yaşınadək uşaqlar üzərində onlarının hüquqlarının məhkəmədə həyata keçirilməsi imkanını tanımışdır. Bundan başqa, Cavabdeh1 nə mərhum anasına, nə hazırki mülkiyyətçi kimi ona münasibətdə ailə üzvü deyildir və ailə üzvü kimi də qəbul edilməmişdir. O, 2002-ci ildə doğulduğundan, onun həmin vaxtda mənzildə yaşamış olduğu düşünülsə belə, qanunvericilik onun mənzildən istifadə etmək hüququnu müəyyən etməmişdir. Cavabdeh1 Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mülkiyyətçiyə münasibətdə ailə üzvü sayılmadığından, mülkiyyətçi ilə onun arasında mənzildən istifadə hüququna dair notarial təsdiqli müqavilə bağlanmadığından, həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından o mənzil üzərində istifadə hüququ olmayan şəxs sayılır. Ona görə də 4500 manat məbləğində kompensasiya verilməklə X2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməli, Cavabdeh1 isə mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməli və mülkiyyət hüquqlarının qorunması təmin edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-147/2021 saylı iş üzrə qəbul etdiyi 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, 2 saylı mənzildən istifadə hüququna ona 4500 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, ilk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlər rüsumunun 15 manatının qarşılıqlı iddiaçıya aid edilməsi, qalan 15 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddiaçı Cavabdeh2 ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o, qardaşı kimi mübahisəli mənzildə yaşamış və ona verilən kompensasiya məbləği 10 ay kirayədə qalmağa imkan vermir. Mübahisəli mənzil onun övladının da yaşayış yeri olmuş və onun da həmin mənzildən istifadə hüququ vardır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı, həmçinin onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, ilk iddiaçı anası vəfat edənədək və vəfat etdikdən sonra 2017-ci ilədək mübahisəli mənzildə yaşamış, öz payından imtina etməsinin səbəbi qardaşı mənzili satıb aralarında evin pulunun bölüşdürülməsi olmuşdur. Həmçinin evin yerləşdiyi ünvanda 120 manata kirayə ev tapmaq mümkün deyil. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu irəli sürərək, izahatında bildirmişdir ki, onun bacısı İddiaçı ilk dəfə 2000-ci ildə ailə həyatı quraraq mənzildən çıxmış, sonradan 2005-ci ildə yenidən həmin mənzilə qeydiyyata düşmüşdür. Bundan sonra o ikinci dəfə ailə quraraq Türkiyə Respublikasına köçmüş və mübahisəli mənzildə yaşamamışdır. Anaları rəhmətə gedəndən sonra o notariat kontorunda ərizə yazaraq öz payından imtina etmişdir. Bacısı mənzildə daimi yaşamamış, qonaq kimi qısa müddətli onlarda qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış qarşılıqlı iddia üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, İddiaçı yalnız həmin hissədə qətnaməni mübahisələndirmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Cavabdeh2 tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd olunan kontekstdə izahatları dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 18.05.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, mənzil 2-də qeydiyyatdadır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 2 otağı (y/s-28.0 m2 , k/s- 13.3 m2 ) 14.08.2012-ci il tarixdən Cavabdeh2, 1 otağı (y/s – 18.3 m2 ) 26.07.2017-ci il tarixdən X7 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respblikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 28.07.2012-ci il tarixdə tərtib edilmiş, 11/35111 inventar nömrəli texniki pasportun notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquq subyektləri Cavabdeh2 və X6r. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 05.11.2020-ci il tarixli, 01/588 nömrəli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh2 mülkiyyətində olan iki otağının 05.11.2020-ci il tarixə olan orta aylıq icarə dəyəri 120 manat təşkil edir. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər bacı-qardaşdır. İlk İddiaçı hazırda köçürülmək istədiyi mənzil onların analarının mülkiyyətində olmuş, ana vəfat etdikdən sonra mənzil Cavabdeh2 mülkiyyətinə keçmiş, onun mənzil üzərində mülkiyyət hüququ 2012-ci ildə qeydiyyata alınmışdır. İlk iddia üzrə İddiaçı ilk dəfə ailə qurana qədər bu mənzildə yaşamışdır. Daha sonra o, bir neçə dəfə ailə qurub geri qayıtmışdır. Sonuncu dəfə o, ailə qurararaq ölkəni tərk edib qızı ilə birlikdə Türkiyəyə köçmüş, orada yaşamışdır. Türkiyədən qayıtdıqdan sonra isə bir müddət, fasilələrlə, yəni daimi olmadan qarşılıqlı iddiaçının mənzilində qalmış, 2017-ci ildə X9 ailə qurmuş, bacısı İddiaçı isə övladı ilə birlikdə həmin mənzildən çıxmışdır. Hazırda ilk iddia üzrə İddiaçı həmin mənzildən istifadə hüququnun olduğunu bildirərək qızı ilə birlikdə bu mənzilə köçürülməyini xahiş etmiş, X12 isə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini, Cavabdeh1 isə bu mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, 2 saylı mənzilə istifadə hüququnun olduğu işin mübahisəsiz halıdır və bu səbəblə də hazırkı iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən iddiaçı, cavabdehə qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur. Beləliklə, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı nəzərə alınmalıdır ki, “xxxx” MMC tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş arayışa görə, mübahisəsi gedən evin Cavabdeh2 mülkiyyətində olan iki otağının aylıq kirayə haqqı 120 manat təşkil edir. Kollegiya hesab edir ki, Cavabdeh2 təklif etdiyi kompensasiya ilə İddiaçı təqribən 4 (dörd) il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur. Digər tərəfdən nəzərə alınmalıdır ki, İddiaçı mübahisəli evin əldə edilməsində hər hansı töhfələri olmamış, onlar tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Kollegiya ilkin iddia tələbinə qiymət verilməsinə ehtiyyac olmadığını vurğulayaraq bildirir ki, qarşılıqlı iddianın qismən təmin edilməsi ilk iddianın təmin edilməsini tam istisna edir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi qarşılıqlı iddianı qismən təmin etməklə, ilkin iddianı isə rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-147/2021 saylı iş üzrə qəbul etdiyi 08 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4682/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4682/2021
26.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver