Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4684/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(004)-545/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehsi tərəfindən 18.10.2019-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə verilmiş 26.08.2020-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı Cavabdehsində “idarə qulluqçusu, yüklərin daşınması və göndərilməsi” işinə bərpa edilməsi, işə bərpa edildiyi tarixə qədər iddiaçıya ödənilməmiş əmək haqqının Cavabdeh MMMdən tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh MMM-nin qanuna zidd hərəkətləri səbəbi ilə İddiaçı dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 5000 manat pul tutularaq iddiaçıya ödənilməsi, 1000 manat hüquqi xidmət xərci və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh MMM-də 5 ilə yaxın müddətdir çalışır. Sonuncu dəfə 18.10.2019-cu il tarixdə müddətsiz olaraq əmək müqaviləsi bağlayaraq “idarə qulluqçusu, yüklərin daşınması və göndərilməsi” vəzifəsində çalışmağa başlamışdır. Aylıq əmək haqqı isə 823 manat olmuşdur. İddiaçını əmək müqaviləsi Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən elektron sistemə yerləşdirilmiş və qüvvəyə minmişdir. İddiaçı onkoloji xəstəliyi ilə əlaqədar olaraq, əmək qabiliyyətini 24 fevral 2020-ci il tarixdən müvəqqəti olaraq itirmişdir. Xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən 17.03.2020-ci il tarixli “ambulator kartdan arayış” və “X16” tərəfindən verilən epikrizdən də aydın olur ki, iddiaçı həmin xəstəlikdən uzun müddətdir əziyyət çəkir. Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş “əmək qabiliyyətinin olmaması vərəqəsi” ilə ardıcıl olaraq 24.02.2020-20.03.2020-ci il, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust ayları işdən müvəqqəti olaraq azad edilmişdir. Əmək qabiliyyətini müvəqqəti itirməsinə baxmayaraq cavabdeh 26.08.2020-ci tarixdə iddiaçıya heç bir xəbərdarlıq etmədən və Əmək Məcəlləsinin müvafiq normalarını kobudcasına pozaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə qanunsuz olaraq xitam vermişdir. İddiaçı ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının 04.12.2020-ci il tarixli qərarı ilə “yumurtalıqların adenokrsinoması KOM (cərrahi əməliyyat+6kurs PKT) pT2bN1M0 İİA mərhələ. Yeni törəmələr zamanı müşahidə olunan anemiya” diaqnozu qoyulmaqla, ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti beş il olmaqla, 04.12.2025-ci ilə kimi müəyyən edilmişdir. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən, iddiaçı xəstə olmuş və bu barədə əmək qabiliyyəti olmamaq vərəqəsini cavabdehə təqdim etmişdir. Cavabdeh iddiaçını qanunsuz olaraq işdən azad etməklə onun hüquqlarını kobud şəkildə pozmaqla yanaşı, onkoloji xəstə olan iddiaçıya mənəvi zərər vurmaqla, onun iztirab çəkməsinə və sarsıntı keçirməsinə səbəb olmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(004)-545/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, İddiaçı Cavabdeh “əməliyyatlar üzrə baş mütəxəssis” vəzifəsindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 26.08.2020-ci il tarixdən işdən azad edilməsinə dair Cavabdeh baş direktorunun 26.08.2020-ci il tarixli 121/20B nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh “əməliyyatlar üzrə baş mütəxəssis” vəzifəsinə bərpa edilməsi, 26.08.2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat kompensasiya və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 (beş yüz otuz) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(004)-545/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, İddiaçı uzun müddət, yəni 6 aydan çox müddət ərzində əmək qabiliyyətinin olmaması əsası ilə işə gəlmədiyi üçün ohun əmək müqaviləsinə xitam verilmişdir. Əvvəlki 4 aylıq müddətinə əmək qabiliyyətinin olmaması vərəqələrini cavabdeh müəssisəyə təqdim etsə də, son 2 aylıq müddətinə həmin vərəqələri təqdim etməmişdir. Daha sonra yalnız İddiaçı işdən azad edildikdən sonra işə gəlmədiyi son 2 aylıq müddətinə dair əmək qabuliyyətinin olmaması vərəqələrin də mövcud olduğunu bildirmişdir ki, bu hal da həmin vərəqələrinin etibarlığına şübhə ilə yanaşmağa əsaslar vermişdir. İddiaçı X9 2017-ci ilin dekabr ayında “X16' adlı müalicə müəssisəsində həkim Qurbanov Alik tərəfindən əməliyyat keçirilmişdir. Əldə edilən epikrizə uyğun olaraq, 12.12.2017-ci ildə xəstəyə spinal anesteziyası altında “Laparoskopiya, Konversio, Laparotomiya, Uşaqlığın artımlarla birlikdə ekstirpasiyası, Böyük piyliyin rezeksiyası, Limfadüyünlərirı biopsiyası, Qarın boşluğunun drenajı” əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir və yara birincili sağalmışdır. Bu cərrahiyə əməliyyatının həyata keçirilməsi ilə bağlı “xxxx” MMM-nin məlumatı yox idi. İddiaçı “xxxx” МММ-də çalışan zaman, hər hansı cərrahiyə əməliyyatı keçirməsi barədə məlumat verməmiş və əgər belə bir əməliyyat keçirtmiş olsaydı, qısa müddət də olsa, işə gəlmə imkanından məhrum olmalı idi və əmək qabiliyyətinin olmaması vərəqələri təqdim etməli idi. Yalnız belə bir sənədlər təqdim edilməmişdir. Həkim ekspertlərdən əldə etdikləri məlumata əsasən, 2017-ci ildə keçirilən əməliyyatdan sonra təqdim edilən epikrizdə qeyd edilənlər baş verdiyi halda, həmin qadın orqanı tam çıxarılmış olur. Beləliklə, göstərilənlərdən belə qənaətə gəlmək olur ki, 15 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilən əmək qabiliyyətinin olmaması vərəqələrində göstərilən diaqnoz qeyri qanunidir və qeyd olunan xəstəlik vərəqələri yalnız işə uzun müddət gəlməməsi üçün əldə edilibdir. Bu səbəbdən də, həmin xəstəlik vərəqələrinin mötəbərliyi hazırda şübhə altındadır. Bununla əlaqədar olaraq, Cavabdeh МММ X4 və 15 saylı Birləşmiş şəhər Xəstəxanasına qarşı Bakı şəhəri Suraxanı rayon Məhkəməsində “əmək qabiliyyətinin olmaması vərəqələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia qaldırmış, qeyd olunan məhkəmənin 30.11.2020-ci il tarixli 2(010)-5490/2020 nömrəli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və hazırda da məhkəmə işi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatındadır. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı işə üzrlü səbəbdən, yəni əmək qabiliyyətinin itirilməsi ilə bağlı gəlmədiyini əsaslandırmaq məqsədi ilə təqdim etdiyi əmək qabiliyyətinin olaması vərəqələri hazırda Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında mübahisələndirilir. Hesab olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında baxılan əmək qabiliyyətinin olmaması vərəqələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə məhkəmə mübahisəsi hazırkı iş üzrə məhkəmənin nəticəsinə təsir edəcəyini nəzərə alaraq, həmin iş üzrə məhkəmə işi həll olunmayanadək və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qəbul edilməyənədək hazırkı iş üzrə məhkəmə icraatının davam etdirilməsi məhkəmə işinə obyelktiv, tam və hərtərəfli baxılması nöqteyi nəzərdən mümkün olmayacaqdır. Bununla əlaqədar olaraq, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında baxılan SA əmək qabiliyyətinin olmaması vərəqələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə məhkəmə mübahisəsi həll olunanadək (yekun qanuni qüvvəyə minmiş qətnaməsi qəbul edilənədək) hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatətlə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edilsə də, məhkəmə vəsatəti əsaslı və tutarlı dəlillər olmadan təmin etməmişdir, Halbuki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı Lalə Abdullayevə məhz 6 aydan çox müddət işə ardıcılıq olaraq gəlmədiyi və son iki ayı ilə bağlı əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqəsi təqdim etmədiyi səbəbindən əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. Qeyd olunanlardan aydın olur ki, iddiaçı 6 aydan çox əmək qabiliyyətini itirdiyi üçün o artıq əmək qabiliyyətini tam itirmiş hesab edilir ondan ötrü ki, iddiaçı vaxtında müraciət etsə idi, ona daha tez vaxtda əlillik dərəcəsi təyin edilərdi. ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik dərəcəsinin gec verilməsinə səbəb isə iddiaçının bilərəkdən gec müraciət edilməsi olmuşdur. Eyni zamanda, bildiririk ki, Cavabdeh МММ tərəfindən X4 ünvanlanmış məktuba əsasən 24.02.2020-ci il tarixdən etibarən xəstəlik ilə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən 24.08.2020-ci il tarixədək 6 ay tamam olduğu üçün xəstəlik vərəqəsi təqdim edilməli olduğunu, qalan 2 ayın xəstəlik vərəqəsinin dərhal müəssisəyə təqdim olunmasını, əks halda X3 əmək müqaviləsinə birtərəfli olaraq xitam veriləcəyi bildirilmişdir. Lakin iddiaçı Lalə Abdullayevə tərəfindən son iki aya əmək qabiliyyətinin itirilməsini təsdiq edən müvafiq xəstəlik vərəqələri təqdim edilmədiyi üçün cavabdeh “Cavabdeh" MMM-nin hazırda mübahisələndirilən əmri ilə əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(004)-545/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 tərəflər arasında barışıq olması ilə bağlı işin baxılmasının təxirə salınmasını xahiş etmiş, məhkəmə kollegiyası cavabdeh tərəfin təklifini nəzərə alaraq, işin baxılmasını təxirə salmışdır. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(004)-545/2021 saylı qətnaməsi iddianın 5000 manat mənəvi zərərin əvəzi olaraq kompensasiyanın tutulmasının qismən təmin və rədd edilən hissələrində ləğv edilməli, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin araşdırılmış halları müəyyən olunur ki, İddiaçı 18.10.2018-ci il tarixdə Cavabdeh MMMə əməliyyatlar üzrə baş mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, 26.08.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş “əmək qabiliyyətinin olmaması vərəqəsi” ilə ardıcıl olaraq İddiaçı onkoliji xəstəliyi ilə bağlı əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə 24.02.2020- 20.03.2020-ci il, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust ayları işdən müvəqqəti olaraq azad edilmişdir. 01.08.2020-31.08.2020-ci il tarixdə əmək qabiliyyətini müvəqqəti itirməsinə baxmayaraq, Cavabdeh MMM 26.08.2020-ci tarixdə iddiaçıya heç bir xəbərdarlıq etmədən və əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə qanunsuz olaraq xitam vermişdir. İddiaçı ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının 04.12.2020-ci il tarixli qərarı ilə “yumurtalıqların adenokrsinoması KOM (cərrahi əməliyyat+6kurs PKT) pT2bN1M0 İİA mərhələ. Yenitörəmələr zamanı müşahidə olunan anemiya” diaqnozu qoyulmaqla, ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti beş il olmaqla, 04.12.2025-ci ilə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını tam yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Cavabdeh MMM tərəfindən İddiaçı ünvanlanmış məktuba əsasən 24.02.2020-ci il tarixdən etibarən xəstəlik ilə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən 24.08.2020-ci il tarixədək 6 ay tamam olduğu üçün xəstəlik vərəqəsi təqdim edilməli olduğunu, qalan 2 ayın xəstəlik vərəqəsinin dərhal müəssisəyə təqdim olunmasını, əks halda İddiaçı əmək müqaviləsinə birtərəfli olaraq xitam veriləcəyi bildirilmişdir. İddiaçı 24.02.2020-20.03.2020-ci il, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust aylarında əmək qabiliyyətini itirməsinə dair əmək qabiliyyəti olmamaq vərəqələrini Cavabdeh MMM-ə təqdim etsə də, cavabdeh buna əhəmiyyət verməmiş qanunsuz və əsassız olaraq iddiaçını işdən azad etmişdir. Kollegiya qeyd edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi üçün əsaslar olmamışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları göstərilmişdir. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsində, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə əsasən əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınır. Göründüyü kimi, işçi əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə ərizə ilə müraciət etməmişdir, bu səbəbdən işəgötürənin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad etməklə işçi ilə əmək müqaviləsinə xitam verməsi qanunsuz olmuşdur. O cümlədən işçi 26.08.2020-ci il tarixdə xəstəliyi ilə bağlı əmək qabiliyyətini müvəqqəti itirdiyinə və bu barədə işəgötürənə məlumat verməklə, əmək qabiliyyəti olmamaq vərəqəsi mövcud olduğuna görə, işəgötürən işçini hər hansı bir əsasla işdən azad edə bilməzdi. Həmçinin işəgötürəndə işçinin əmək qabiliyyətinin tam itirilməsi, yəni icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu təyin edilməsinə dair 26.08.2020-ci il tarixdə sənəd mövcud olmamışdır. O cümlədən işçinin əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməzdi. Əmək Məcələsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçı ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər İdarəsinə ünvanladığı izahatından müəyyən olunur ki, sahibkar Şaiq Qəribzadə 26 avqust 2020-ci ildə xəbərdarlıq etmədən, onkoloji xəstəliklə əlaqədar büllitendə olmağını nəzərə almadan onu işdən azad edib, işdən azad olunmağını 2020-ci ilin sentyabr ayında təsadüfən şosial kabinetinə baxanda bilmişdir. Bununla bağlı şirkətə etdiyi telefon zəngləri və sorğularına cavab verilmədiyindən bu barədə 15.09.2020-ci il tarixdə ƏƏSM Nazirliyinin 142 Qaynar xətti ilə Əmək Müfəttişliyinə müraciət etmişdir. Müalicə aldığı dövrlər üçün xəstəlik kağızı hər ay şirkətə şəxsən kadr rəhbəri Gülzar xanıma təqdim edilib. Sonra ona telefonla zəng edilərək kadrlardan bildirilmişdir ki, şirkətin direktoru Şaiq Qəribzadə göstəriş verib ki, növbəti ay üçün xəstəlik vərəqələri daha poçt vasitəsi ilə göndərilsin. İyul, avqust aylarının xəstəlik vərəqələrini poçtla göndərdikdə isə məktubu şirkət qəbul etməyib geri göndərib. Şirkət onun 2020-ci ilin iyul-avqust aylarına dair xəstəlik vərəqələrini DSMF-nin elektron portalına yerləşdirmədiyi üçün 2020-ci ilin iyul-avqust aylarına dair, habelə 2020-ci ilin sentyabr ayı üçün xəstəlik vərəqəsinə görə DSMF tərəfindən ödənilməli olan xəstəliyə görə müavinət ödənişini də almamışdır. Ona işdən çıxarılmağı baradə heç bir xəbərdarlıq edilməyib, nə də xəbərdarlıq poçtla göndərilməyib. İndiyədək nə xəstəlik vərəqələrinə görə müavinatı, nə də işdən çıxarılmağına görə son haqq-hesabı, əmri, əmək kitabçasını verməyiblər. Ən sonunda işə vəkili qarışdıqdan sonra onun yazılı tələbi əsasında 30 sentyabr 2020-ci il tarixdə əmək kitabçası və işdən çıxarılma haqqında əmrin surəti ona təqdim edilmişdir. Lakin şirkət hələ də onunla son haqq-hesab aparmayıb və ona ödənilməli olan məzuniyyət pulunu və digər ödənişləri də hələ ödəməyib. ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər İdarəsinin 21.10.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, işəgötürənin işçinin son haqq hesabının ödənilməsi zamanı Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin tələblərini pozduğu müəyyən edilmiş, Cavabdeh MMM-in direktoru X13 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6 və 192.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi baradə cəmiyyətə rəsmi məktub göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh MMM-in direktoru X13 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6 və 192.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmasına baxmayaraq, yaranmış qanunsuz halları aradan qaldırmamış və üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bununla da cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olaraq iddiaçıya mənəvi ziyan da vurmuşdur. İddiaçı mənəvi iztirab və sarsıntılar keçirmişdir. Kollegiya mənəvi zərərlə bağlı hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin qeyd hissəsində qeyd olunur ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi, mənəvi zərərin təmin edilməsi üçün 290-cı maddənin qeyd hisisəsində göstərilən əsaslar müəyyən olunmadığından, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin oluna bilməz. Buna görə də, qətnamə iddianın 5000 manat mənəvi zərərin əvəzi olaraq kompensasiyanın tutulmasının qismən təmin və rədd edilən hissələrində ləğv edilməli, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Kollegiya yuxarıda qeyd olunanlara əsasən apellyatorun digər dəlillərini əsassəz hesab edərək, qətnamənin İddiaçı Cavabdeh “əməliyyatlar üzrə baş mütəxəssis” vəzifəsindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 26.08.2020-ci il tarixdən işdən azad edilməsinə dair Cavabdeh MMM-in baş direktorunun 26.08.2020-ci il tarixli 121/20B nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMM-ə “əməliyyatlar üzrə baş mütəxəssis” vəzifəsinə bərpa edilməsi, 26.08.2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Qeyd olunan hissədə kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 78.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırki iş üzrə Yasamal rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(004)-545/2021 saylı qətnaməsi-iddianın 5000 manat mənəvi zərərin əvəzi olaraq kompensasiyanın tutulmasının qismən təmin və rədd edilən hissələrində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 5000 manat pul tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməsin. Qətnamə- İddiaçı Cavabdeh “əməliyyatlar üzrə baş mütəxəssis” vəzifəsindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 26.08.2020-ci il tarixdən işdən azad edilməsinə dair Cavabdeh MMM-in baş direktorunun 26.08.2020-ci il tarixli 121/20B nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMM-ə “əməliyyatlar üzrə baş mütəxəssis” vəzifəsinə bərpa edilməsi, 26.08.2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4684/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4684/2021
02.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver