Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4685/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzillə təmin edilmə tələbi barədə” dair ilkin, qarşılıqlı iddia üzrə Cavabdeh MTK-nın İddiaçı qarşı “əmlakın sökülməsi və s. tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 noyabr 2023-cü il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona və ailə üzvlərinə məxsus olan və ünvan 1 ünvanda yerləşən 3 mərtəbəli, mansardlı, ümumi sahəsi 502 kv.m. olan, fərdi yaşayış evinə görə cavabdeh MTK tərəfindən tikilmiş hazır binadan 20-30 faiz əlavəsi ilə birlikdə yaşayış sahəsi ilə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh MTK iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi, eləcə də qarşılıqlı iddia ərizəsinin həcminin artırılması barədə ərizələrlə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya təqdim etdikləri mənzilin təmirini öz üzərinə götürməklə, yaxud hər mənzilin hər kv.m sahəsinin təmiri üçün cavabdehə 150 manat ödəməyi təklif etməklə qəzalı vəziyyətdə olan və ətrafdakılar üçün ağır nəticələrə səbəb ola bilən və təhlükə mənbəyi olan və iddiaçıya məxsus 12 kv.m sahəsi olan Mayakovski küçəsi, ev 7, mənzil 4 ünvandakı mənzilin sökülməsi və əvəzində MTK tərəfindən istismara verilmiş və məskunlaşmış, çıxarışlarla təmin edilmiş, binanın “A” blokunda 4-cü mərtəbədə yerləşən 1 ədəd 3 otaqlı ümumi sahəsi 137.8 kv.m , “A” blokun 4-cü mərtəbəsində 1 ədəd 2 otaqlı ümumi sahəsi 93.5 kv.m mənzil və “B” blokunda 1 ədəd 1 otaqlı sahəsi 59,9 kv.m. sahəsi olan mənzillərin iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini, iddiaçıya məxsus və yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış sahəsinin sökülməsi üçün yaşayış sahəsinin MTK-ya təhvil verilməsini, həmin yaşayış sahəsinin əvəzinə iddiaçıya həmin ərazidə cavabdeh MTK tərəfindən inşa edilmiş, istismara verilmiş binanın “A” blokunda 4cü mərtəbədə yerləşən 1 ədəd 3 otaqlı, ümumi sahəsi 137.8 kv.m, “A” blokun 4-cü mərtəbəsində 1 ədəd 2 otaqlı, ümumi sahəsi 93.5 kv.m və “B” blokunda 1 ədəd 1 otaqlı, ümumi sahəsi 59,9 kv.m olan mənzillərin qarşılıqlı iddia üzrə cavabdeh – ilk iddia üzrə iddiaçıya təhvil verilməsini, təhvil veriləcək mənzillərin hər kv.m-nin təmiri üçün 150 manat məbləğində pulun cavabdeh MTK tərəfindən iddiaçıya ödənilməsini qət etmişdir. İlk iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İşə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə şikayətin qismən təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın qismən təmin edilməsini, iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi üçün MTK-ya təhvil verilməsini və bunun əvəzində MTK-dan 660.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, yaşayış sahəsinin MTK-ya təhvil verilməsi ilə pul məbləğinin iddiaçının xeyrinə tutulmasının eyni vaxtda icra olunmasını, ilk iddianın qalan hissədə təmin edilməməsini, MTK-nın qarşılıqlı iddiasının isə təmin edilməməsini qət etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ilk iddianın həll edilməsi hissəsinin ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara almışdır. İşə yenidən apellyasiya qaydasında baxılan zaman iddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) müraciət edərək, cavabdeh MTK ilə barışıq əldə etdiyini, MTK tərəfindən ona 700.000 manat məbləğində kompensasiyanın ödənildiyini və bu səbəbdən də artıq aralarında heç bir mübahisə qalmadığını bildirmiş və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ilk iddianın həll edilməsi hissəsinin ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının “ilk iddiadan imtina haqqında” ərizəsini və iş materiallarını araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. İlk iddiadan imtina iddiaçı tərəfindən yazılı formada ifadə edildiyindən, iddiadan imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, ilk iddiadan imtina qəbul olunmalı, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-in 384.0.5-ci maddəsinə əsasən qismən, yəni ilk iddianın həll edilməsi hissəsində ləğv edilməli və ilk iddia üzrə işin icraatına xitam verilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 191, 261, 263, 384, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 noyabr 2023-cü il tarixli qətnamə ilkin iddianın həll edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Hazırkı qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4685/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4685/2025
28.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver