Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4689/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2025 saylı, 12 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi və sair tələbinə dair iddia ərizəsi, iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “PİLOT-16" MMC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazisində, həmin evin həyətyanı sahəsinin sərhəddində və yaxınlığında qazıntı, söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2025 saylı, 12 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia ərizəsinin qismən təmin edilərək İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazisində qazıntı, söküntü və tikinti işlərinin aparılmasının Cavabdeh MMC-yə qadağan edilməsi; iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv, iddianın isə rədd olunması xahiş edilmişdir. Mülki iş apellyasiya icraatında olarkən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilən Cavabdeh MMC tərəfindən verilmiş ərizədə hazırki apellyasiya şikayətindən imtina etməsinin nəzərə alınaraq qaytarılması xahiş edib göstərilmişdir ki, məhkəmədənkənar İddiaçı ilə Cavabdeh MMC arasında barışıq əldə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh MMC-nin apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı : Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 139/2025 saylı, 12 iyun 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4689/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4689/2025
20.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver