Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-469/2025 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: cehiz əşyalarının mənzildən çıxarılması, otaqların təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı İddiaçı nümayəndəsi (qardaşı) Səfərov İzzət Əli oğlunun, Cavabdeh Cavabdeh nümayəndəsi (əri) Məmmədov Həsən Məhəmmədəli oğlunun, Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılmasına və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 2 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Məmmədov Məhəmmədəli Həsən oğlunun və İddiaçı cavabdeh Məmmədov Həsən Məhəmmədəli oğluna qarşı ünvan 1) ünvanında yerləşən özbaşına tikilidə istifadə qaydalarının müəyyən edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh cavabdehlər Məmmədov Həsən Məhəmmədəli oğluna və İddiaçı qarşı Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsi **A №-li ünvanda yerləşən yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun verilməsi və evə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Məmmədov Həsən Məhəmmədəli oğlunun, X7 və X3 cavabdehlər Məmmədov Məhəmmədəli Həsən oğluna və İddiaçı qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən iddiaçı X7 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi qismən, yəni “Məmmədov Həsən Məhəmmədəli oğlunun Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsi (28 May küçəsi) **A saylı evə köçürülməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayon İcra Hakimiyyəti başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *** nömrəli arayışdan görünür ki, Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində Məmmədov Həsən Məhəmmədəli oğluna aid mülkiyyətində olan 0.004 (40 kv.metr) üzərində olan tikinti yaşayış sahəsi deyildir. Abşeron rayon İcra Hakimiyyəti başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *** nömrəli arayışdan görünür ki, Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində Məmmədov Həsən Məhəmmədəli oğluna aid ev 60, mənzil 4702 ünvanı mövcud deyildir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**- **/MQV-****/**** saylı müvəqqəti qeydiyyat vərəqəsindən görünür ki, Cavabdeh ##.##.2026-cı il tarixdən ##.##.2027-ci il tarixədək ünvan 5 ünvanında qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*****/**** nömrəli məktubundan görünür ki, vətəndaş ##.##.2023-cü il təvəllüdlü Cavabdeh Sadiq qızı ünvan 4 ünvanında deyil, ##.##.2014-cü il tarixdən hal-hazıradək ünvan 6 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *-(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən (28 May) küçəsi, 20 A saylı evdən çıxarılmaya dair iddia ərizəsinin təmin edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsində məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəsini alan məhkəmə qətnamələrindən göründüyü kimi cavabdeh Cavabdeh həyat yoldaşı Məmmədov Həsən Məhəmmədəli oğlu Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən (28 May küçəsi) küçəsi, 20 A saylı evə köçürülməmişdir. Cavabdeh Cavabdeh sözügedən mübahisəli evə Həsən Məmmədovla nikaha girməsi əsasında zor gücünə daxil olsa da, onun həmin evdə yaşaması və həmin sahədən istifadə etməsi üçün heç bir qanuni əsas olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh evdə yaşamaq üçün qanuni əsası öz əri Həsən Məmmədova münasibətdə əldə bilər. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilib ki, cavabdehin əri Həsən Məmmədovun evdə yaşamaq üçün qanuni əsası yoxdur. Bu isə həm də onu təsdiq edir ki, cavabdeh Cavabdeh da evdə yaşamaq üçün qanuni əsası yoxdur. Belə ki, cavabdeh Cavabdeh əri Həsən Məmmədov başqa mülki işdə iddiaçı kimi “evə istifadə hüququnun tanınması və evə köçürülmə barədə” iddia qaldırıb, həmin iddiada cavabdeh kimi öz atası Məhəmmədli Məmmədovu və ögey anası İddiaçı göstərib. Sabunçu Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə Həsən Məmmədovun evə köçürülməsi qət edilsə də, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilib və Həsən Məmmədovun evə köçürülmə barədə tələbi rədd olunub. Bu qətnamə Ali Məhkəmənin ##.##.2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılıb. Cavabdeh Cavabdeh ilə Həsən Məmmədovun nikahı ##.##.2022-ci ildə, yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən Həsən Məmmədovun evə köçürülmə barədə tələbinin rədd edilməsi barədə qətnamə qəbul edildikdən sonra qeydə alınıb. Bundan başqa, qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilib ki, cavabdehin evdə yaşamaq üçün qanuni əsası yoxdur. Belə ki, cavabdeh Cavabdeh başqa mülki işdə iddiaçı kimi evə köçürülmə barədə iddia qaldırıb, həmin iddiada cavabdeh kimi öz əri Həsən Məmmədovu və ərinin ögey anası İddiaçı göstərib. Bu iddia Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə rədd edilib. İddiaçı 2005-ci ildən evdə yaşayır və evə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. İddiaçının iradəsinə zidd olaraq cavabdehin evdə yaşaması sahibliyin pozulması sayılır. Ev özbaşına tikinti olsa da iddiaçının qanunla qorunan marağı olduğuna görə, o, sahibliyin müdafiəsi üçün cavabdehin evdən çıxarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsindən görünür ki, qanunla qorunan maraqlar da hüquq və azadlıqlar ilə yanaşı məhkəmə müdafiəsinin obyektidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair qərardadında da görünür ki, qanunla qorunan maraq məhkəmə müdafiəsinin obyektidir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarına əsasən, cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-*/**** saylı qərardadına əsasən, iddiaçı Məmmədov Həsən Məhəmmədəli oğlunun və vəkili X4 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsi (28 May küçəsi) **А saylı evdən cavabdeh Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh onun mərhum həyat yoldaşı Məhəmmədəli Məmmədovun oğlu Həsən Məmmədovun həyat yoldaşıdır. ## #### 2023-cü ildə cavabdeh Cavabdeh ona və formal olaraq həyat yoldaşı olan Həsən Məmmədova qarşı Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsində yerləşən **A saylı evə istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. ## ###### 2023-cü il tarixdə cavabdehin iddiası əsassız olduğundan rədd edilmişdir. Halhazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Lakin cavabdeh onun evinə zor gücü ilə yerləşdirdiyi cehiz əşyalarını öz xoşu ilə geri aparmaq istəmir. Bu səbəbdən də o, məcburiyyət qarşısında cavabdehə məxsus cehiz əşyalarının Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsində yerləşən **A saylı evdən çıxarılmasına dair iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Əvvəla məhkəmənin nəzərinə çatdırır ki, hələ ## ###### 2020-ci ildə bu iş üzrə olan cavabdehin əri Məmmədov Həsən Məhəmmədəli oğlu, onun qardaşı X7 və qardaşı arvadı X3 hər üçü iddiaçı qismində ona və mərhum həyat yoldaşı Məmmədov Məhəmmədəli Həsən oğluna qarşı Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsi (28 May küçəsi) **А saylı evə köçürülmək və həmin evdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınmasına dair iddia tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Sabunçu Rаyon Məhkəməsinin ## #### 2020-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə onların iddiası qismən təmin edilərək, iddiaçılardan, yalnız Məmmədov Həsən Məhəmmədəli oğlunun həmin evə köçürülməsi təmin edilmiş, lakin hər üç iddiaçının yaşayış sahəsinə istifadə hüquqlarının tanınması barədə iddiaları təmin edilməmişdir. Qətnamə ilə iddiaçı Məmmədov Həsən Məhəmmədəli oğlu mübahisəli evə köçürülmüşdür. Sonradan o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli qətnaməsindən apellyasiyа şikayəti vermə müddətinin buraxılmasının üzürlü hesab edilib, müddətin bərpası barədə ərizə vermişdir. Ərizəsi təmin olunandan sonra həmin qətnamədən apellyasiya şikayəti vermişdir. ##.##.2022ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsi ilə verdiyi apellyasiya şikayəti təmin olunaraq, Sabunçu Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş və iddiaçıların iddiası rədd edilmişdir. Sözügedən mülki iş AR Ali Məhkəməsinin icraatında olan zaman bu iş üzrə cavabdehin əri Həsən Məmmədov zor gücü ilə evdə bəzi təmir işləri aparmış və bu iş üzrə olan cavabdehi onun evinə yaşamağa köçürmək üçün hazırlıq işləri aparmışdır. Bu səbəbdən də o, cavabdehin əri olan Həsən Məmmədovun evdən çıxarılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia təmin tədbiri kimi ##.##.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə Həsən Məmmədovdan başqa digər şəxslərin həmin evə daxil olmasına qadağa qoyulmuşdur. Lakin bu tədbir onları saxlaya bilməmiş və Həsən Məmmədov arvadının mebellərini qardaşı Ulduz Məmmədov və başqa şəxslərin vasitəsilə evə yerləşdirmişdir. O, dəfələrlə 102 xidmətinə və icra şöbəsinə müraciət etsə də, cavabdehin cehiz əşyalarının evinə yerləşdirilməsinin qarşısını ala bilməmişdir. Hesab edir ki, iddiası əsaslıdır və təmin olunmalıdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə cavabdeh Cavabdeh mübahisəli evə aidiyyətinin olmaması müəyyən edilmişdir. Buna görə də hesab edir ki, heç bir qeyd-şərtsiz cavabdeh Cavabdeh cehiz əşyaları ona məxsus evdən çıxarılmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçı İddiaçı istifadə və yaşayış hüquqları olan Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən (28 May) küçəsində yerləşən **A saylı evdən cavabdeh Cavabdeh məxsus cehiz əşyalarının 2 otaqdan və mətbəxdən tam boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkil2 iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Səfərov İzzət Əli oğlu iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil1 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, cavabdeh qeyd olunan ünvanda yerləşən iki otaqdan ibarət olan evə 2022-ci ilin noyabr ayında gəlin kimi gəlmiş, cehiz əşyaları da gəlin köçənədək həmin evə yerləşdirilmiş, hazırkı iddiaçı maneə yaradanadək, yəni təxminən 2024cü ilin yanvar-fevral aylarınadək həmin mənzildə yaşamışdır. İddiaçı isə hal-hazırda bir neçə aydır ki, ümumiyyətlə qeyd olunan ünvanda yaşamır. Evdən çıxarkən evin giriş hissəsinin açar və kilidlərini dəyişərək, cavabdehin öz əşyaları olan evə giriş-çıxışına maneə törətmiş, halbuki iddiaçının yaşadığı qanunsuz tikili olan və neft şirkətinin ərazisində yerləşən mənzil tamamilə cavabdehin əşyaları olan evdən kənar evdə yerləşir. Ümumiyyətlə, hər iki evin yerləşdiyi torpaq sahəsi neft şirkətinə məxsus torpaq sahəsidir və həmin evi təxminən 2000-ci illərdə cavabdehin ərinin atası almışdır. İddiaçı isə cavabdehin ərinin anası öldükdən sonra atası ilə evlənmişdir. İddiaçının niyyəti həmin evləri boşaltdıqdan sonra satmaqdır. Halbuki evin yerləşdiyi torpaq sahələri X9 LTD tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) icarəyə götürdüyü torpaq sahələridir ki, bu torpaqlar da fiziki şəxslərin xüsusi mülkiyyətinə verilə bilməz. Bundan başqa, mübahisəli evə nə iddiaçının, nə də cavabdehin hüquqi statusuna görə özbaşına tikili olan ev üzərində mülkiyyət hüququnun elementləri olan sahiblik, istifadə və sərəncam vermə səlahiyyətləri mövcud deyildir. Onlar hər ikisi evə münasibətdə faktiki olaraq barabər statusdadırlar, hazırkı iddia tələbi isə bilavasitə ev üzərində sərəncam vermə və sahiblik hüququ ilə bağlıdır. Belə olan halda iddiaçı hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul oluna bilməz. Bu isə o deməkdir ki, cavabdehin həmin evdə olan əşyalarının çıxarılması barədə iddianı tələb hüququ olmayan şəxs irəli sürmüşdür. Ümumiyyətlə, iddiaçı evə sahiblik etmək hüququnun olmasını onunla əsalandırır ki, onun həmin evə pasport qeydiyyatı olduğundan, o ev ona məxsusdur. Bu əsasla da iddiaçının mübahisəli əmlaka sahiblik edən şəxs kimi qiymətləndirilməsi də mümkün deyildir. Çünki onun evdə pasport qeydiyyatında olması, evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Evə qeydiyyata alınma “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, əks yanaşma mülki qanunvericiliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarına zidd olmuş olar. İddiaçının qanunsuz olaraq qeyd edilən ünvana qeydiyyata alınması 2005-ci il tarixli məhkəmə qərarı əsasında müvafiq sübutlar əsasında yaranmışdır ki, bu sübutların mötəbərliyi və qanuniliyi faktı hal-hazırda Bakı şəhəri Sabunçu rayon Prokurorluğu və Sabunçu Rayon Polis İdarəsində araşdırılır. Məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv huququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bundan əlavə, iddiaçının ##.##.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə Həsən Məmmədovdan başqa digər şəxslərin həmin evə daxil olmasına qadağa qoyulması arqumentinə cavab olaraq qeyd etdi ki, hazırkı iddia tələbi Həsən Məmmədova deyil, Cavabdeh qarşı qaldırılmışdır. Hər hansı məhkəmə qərarı ilə Cavabdeh həmin mənzildən çıxarılması müəyyən edilməmişdir. Eyni zamanda, ##.##.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə Həsən Məmmədovdan başqa digər şəxslərin həmin evə daxil olmasına qadağa qoyulsa da, Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə Həsən Məmmədovdan başqa digər şəxslərin həmin evə daxil olması barədə qoyulmuş qadağa götürülmüşdür. Bu hal da iddiaçının bu arqumentinin özlüyündə doğru olmayan fakta əsaslanmasını sübuta yetirir. Hal-hazırda cavabdehin 8 aylıq körpəsi ilə birlikdə qohumlarının evində bir neçə ay yaşaması körpənin normal həyat səviyyəsinin təmin edilməsində çətinlik yaradır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Məmmədov Həsən Məhəmmədəli oğlu iddia tələbini qəbul etmədi, digər nümayəndənin izahatındakı xüsusatları təsdiq edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** saylı qətaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddiası rədd edilməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olubolmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə araşdırması zamanı iddiaçı İddiaçı ünvan 3 ünvanında yerləşən evin onun mülkiyyətində olmasına, bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, ünvan 2 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və özbaşına tikilidir. Məhkəmə, qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlmişdir ki, ünvan 2 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından və iddiaçının evə mülkiyyət hüququ olmadığından, cavabdeh Cavabdeh məxsus cehiz əşyalarının həmin evin 2 otağından və mətbəxindən tam boşaldılması və ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.3, 152.4, 178.1, 180.1, 180.2-ci maddələrinə, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.4-cü maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli Qərarına, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia əriəsinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı Məmmədova (Səfərova) Leyli Əli qızı məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması, otaqların boşaldılması və açarların ona təhvil verilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh onun mərhum həyat yoldaşı Məhəmmədəli Məmmədovun oğlu Həsən Məmmədovun həyat yoldaşıdır. ## #### 2023-cü ildə cavabdeh Cavabdeh iddiaçıya və formal olaraq həyat yoldaşı olan Həsən Məmmədova qarşı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 20A evə istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. ## ###### 2023-cü il tarixdə cavabdehin iddiası əsassız olduğundan rədd edilmişdir. Hal-hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Lakin cavabdeh iddiaçının evinə zor gücü ilə yerləşdiyi cehiz əşyalarını öz xoşu ilə geri aparmaq istəmirdi, bu səbəbdən də o, məcburiyyət qarşısında cavabdehə məxsus cehiz əşyalarının Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 20A evdən çıxarılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Əvvəla məhkəmənin nəzərinə çatdırılır ki, hələ ## ###### 2020-ci ildə bu iş üzrə olan cavabdehin əri Məmmədov Həsən Məhəmmədəli oğlunun, onun qardaşı X7 və qardaşı arvadı X3, hər üç nəfər iddiaçı qismində iddiaçıya və mərhum həyat yoldaşına qarşı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 20A evə köçürmək və həmin evdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınmasına dair iddia tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə onların iddiası qismən təmin edilərək, iddiaçılarından yalnız Məmmədov Həsən Məhəmmədəli oğlunun həmin evə köçürülməsi təmin edilmiş, lakin hər üç iddiaçının yaşayış sahəsinə istifadə hüquqlarının tanınması barədə iddiaları təmin edilməmişdir. Qətnamə ilə iddiaçı Məmmədov Həsən Məhəmmədəli oğlu mübahisəli evə köçürülmüşdür. Sonradan iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli qətnaməsindən tərəfindən apellyasiyа şiкаyəti vermə müddətinin buraxılmasını üzürlü hesab edib, müddətin bərpası barədə ərizə verilmişdir. Ərizəsi təmin olunandan sonra həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. ##.##.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsi ilə onun verdiyi apellyasiya şıkayəti təmin olunaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçıların iddiası rədd edilmişdir. Sözügedən mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan zaman bu iş üzrə cavabdehin əri Həsən Məmmədov zor gücü ilə evdə bəzi təmir işləri aparmış və bu iş üzrə olan cavabdehi onun evində yaşamaq üçün hazırlıq işləri aparırdı. Bu səbəbdən də iddiaçı cavabdehin əri olan Həsən Məmmədovun evdən çıxarılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia təmin tədbiri kimi ##.##.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə Həsən Məmmədovdan başqa digər şəxslərin həmin evə daxil olmasına qadağa qoyulmuşdur. Lakin bu tədbir onları saxlaya bilmədi və Həsən Məmmədov arvadının mebellərini qardaşı Ulduz Məmmədov və başqa şəxslərin vasitəsilə evə yerləşdirmişdir. İddiaçı dəfələrlə “102” xidmətinə və icraçılar şöbəsinə müraciət etsə də, cavabdehin cehiz əşyalarının evə yerləşdirilməsinin qabağını ala bilmədi. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Qətnaməni qanunsuz və əsassız hesab edir. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Nə iddia ərizəsində nə də ki məhkəmə prosseslərində iddiaçı həmin evin onun mülkiyyətində olması barədə iddia etmirdi. İddianın tələbi ondan ibarətdir ki, həmin evə heç bir hüququ olmayan şəxsin daşınar əşyaların heç bir hüququ olmayan şəxsin daşınar əşyaların çıxarılmasıdır. İddiaçının yaşadığı ev xüsusi mülkiyyətində olmasa belə, onun həmin evə istifadə və yaşayış hüququ mövcuddur və kənar şəxslərin əşyalarının həmin evdə qalması absurddur. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2022-ci il tarixli qətnaməsində qeyd olunur ki, cavabdehin əri Məmmədov Həsən Məhəmmədəli oğlunun mülkiyyətində Abşeron rayonu, Hökməli qəsəbəsində 0,004 ha həyətyanı torpaq sahəsi, onun üzərində inşa edilmiş ikimərtəbəli evi, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0,12 ha torpaq sahəsi vardır. ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış əntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Apellyasiya instansiyası məhkəməsi ## ####### 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən («icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır») iddiaçların uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşamaması və başqa yaşayış məntəqəsinə köçməsi, eyni zamanda hazırda da mübahisəli yaşayış sahəsinə zəruri ehtiyacın mövcudluğunun olmaması əsasından iddianı rədd etmişdir. Məhkəmə kollegiyası, xüsusilə müddətin həddindən artıq olmasını və işin qeyd edilən digər faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıların mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır (eyni zamanda iddiaçılar mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyata da alınmamışlar). Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında münasibətlər gərgin olmaqla, bir-birinə qarşı zorakı hərəkətləri mövcuddur. İddiaçıların hər-hansı qanuni əsas olmadan mübahisəli yaşayış sahəsinə köçürülməsi qanunvericiliyin tələblərinə zidd olmaqla, gələcəkdə ictimai təhlükəli əməllərin törədilməsi ilə nəticələnə bilər. Hazırda da tərəflərin aralarındakı münaqişəli münasibət daha da qabarıq formada davam edir (buna sübut mülki işə əlavə olunmuş disklərdən də ğörünür). Yəni bildirmək istəyir ki, iddiaları subyektiv hüquqlarının olmadığına görə rədd edilməmişdir. Ondan sonra cavabdeh iddiaçıya qarşı həmin evə köçürülməsi ilə bağlı müraciət edən də, onun iddiası məhz subyektiv hüququ olmadığı üçün rədd olunmuşdur, o da iddiaçıya münasibətdə və onun ərinin həmin evə heç bir hüququ olmadığı əsas tutulmuşdur. Bu işdə iddiaçının həm yaşayış həm də istifadə hüquqları mövcuddur. Bu da onu göstərir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qətnaməsi qərəzli və birtərəflidir. Mülki işə əlavə olunan çox saylı qətnamələrlə, qərarlarla, qərardadlarla sübut olunub ki, cavabdehin ərinin Hökməli qəsəbəsində 2 mərtəbəli fərdi yaşayış evi vardır, yalnız məhkəmə qətnaməsində cavabdehin güya yaşamağa yerı olmadığı və qohumlarının evlərində yaşamaları xüsusi ilə qeyd olunmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (qardaşı) Səfərov İzzət Əli oğlu apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh mübahisəli ünvana əşyalarını zor gücünə yerləşdirmişdir. Sonradan da istifadə hüququnun tanınması üçün iddia qaldırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi iddianı rədd etmişdir. İş Ali Məhkəmənin icraatında olduğu vaxtda cavabdeh əşyalarını ünvana yerləşdirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iddianın təmini tədbirinin seçilməsinə dair qərardadı olsa da buna məhəl qoyulmadan gecə ikən əşyalar evə yerləşdirilmişdir. İddiaçı onun bacısıdır, onu təkləyib döymüşlər. Qapının necə qırılması barədə onda şəkillər də vardır. Cavabdehin ərinin evi olduğu halda gedib öz evində yaşamır. Cavabdeh Bakı şəhəri Xətai rayonu, Rəşid Bağırov küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi əsassızdır. Qarşı tərəfin heç vaxt subyektiv hüququ olmayıb, sadəcə mübahisəli ünvanda qeydiyyatda olub. Tək qadın orada yaşayırsa 8 otaq onun nəyinə lazımdır. Onu analıq gətirib evin bir hissəsini ona veriblər. Şəkillərdən də baxıla bilər hamısının girişi ayrıdır. Qanunsuz tikilidir, hal-hazırda da SOCAR Neft Şirkətinin ərazisidir. Qarşı tərəfin bu cür cavabdehin özünün ya cehiz əşyalarının oradan çıxarmağa çalışmasının nə mənası var. Cavabdehin başqa evi də yoxdur. Hal-hazırda Cavabdeh həmin evdə qeydiyyatdadır. Bundan başqa qarşı tərəf deyir ki, çıxarış təqdim edə bilərik ki, cavabdehin yoldaşının evi var. Varsa təqdim etsinlər. İstinad etdikləri bir sənəd var ki, ordakı ünvan ümumiyyətlə yaşayış sahəsi deyildir. Qardaşı oranı bərbərxana kimi istifadə edir, üstü də yarımtikilidir. Eyni zamanda da iki yaşlı körpə uşaq var, indi onu çıxarıb çölə ataq, bu kimə nə verəcək. Birinci instansiya məhkəməsi cavabdehin ünvandan çıxarılması qərarına gəlib, Ali Məhkəmədə də qüvvədə qalıb. Ancaq Cavabdeh ünvandan çıxarılması qeyd edilsə də konkret olaraq ünvan göstərilməyib, orada 8 otaq var, hamısının giriş-çıxışı ayrıdır, bundan başqa ora qanunsuz tikili olduğu üçün iddiaçının subyektiv hüququnun olmadığını fikirləşir. Düzdür ki, çıxarılma barədə qanuni qüvvəyə minmiş qətnamə var, amma düzgün deyil, qanuni olması bir yana qərar eyni zamanda ədalətli də olmalıdır, indi necə körpə uşağı cehizlə birgə çölə atılacaq. Oranın qazı, suyu yoxdur, yaşayış qeyri-mümkündür. Qaz, su, işıq çəkdirmək mümkün deyildir. Cinayət işi başlamanın rədd edilməsi barədə qərar var, müddət keçdiyinə görə rədd edilib, hansı ki, qarşı tərəf ora qeyriqanuni, saxta yollarla qeydiyyata düşmüşür. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi (əri) Məmmədov Həsən Məhəmmədəli oğlu apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, şəkildə qeyd olunan tikili ev deyil, qeyri-yaşayış sahəsi bərbərxanadır və onun qardaşına məxsusdur. Evlərinin olmamasına dair qanuni şəkildə arayışları məhkəməyə təqdim edir. O, evə zorla girməmişdir, şəkillərə baxılsın, həmin evdə o, iki yaşından yaşayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə ## ###### 2015-ci il və F.Şirinovun şikayəti üzrə ## ###### 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə ## ##### 1994cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli Qərarı 1.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə maddi və prosessual hüquq normalarını pozmaqla məhkəmə aktı qəbul etdiyindən apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməlidir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o, cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, iddia tələbinə qarşı etiraz edən cavabdeh iddiaçının ona qarşı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edə bilməsi üçün subyektiv hüquqa malik olmamasını etirazının əsası olaraq göstərmiş, iddia tələbini rədd edən birinci instansiya məhkəməsi də, cavabdehin mövqeyi ilə razılaşaraq iddia tələbini iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd etmişdir. Apellyatorun şikayətinin dəlilləri üzrə araşdırma aparılarkən isə müəyyən olunmuşdur ki, tərəflər arasında bir neçə məhkəmə araşdırması olmuşdur. Qanuni qüvvəsini alan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *-(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən isə iddiaçı İddiaçı iddia ərizəsi təmin edilərək cavabdeh Cavabdeh özünün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən (28 May) küçəsi, 20 A saylı evdən çıxarılması qət edilmişdir. İşə baxan məhkəmə bu qənaətə gələrkən cavabdeh Cavabdeh sözügedən mübahisəli evə Həsən Məmmədovla nikaha girməsi əsasında zor gücünə daxil olmasını, onun həmin evdə yaşaması və həmin sahədən istifadə etməsi üçün heç bir qanuni əsasının olmadığını müəyyən etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. İddiaçının iradəsinə zidd olaraq cavabdehə məxsus əşyaların iddiaçının qanuni sahibliyində olan evdə saxlanılması sahibliyin pozulması sayılır. Ev özbaşına tikinti olsa da iddiaçının qanunla qorunan marağı olduğuna görə, o, sahibliyin müdafiəsi üçün cavabdehdən əşyalarının ona məxsus evdən çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malikdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən, qanunla qorunan maraqlar da hüquq və azadlıqlar ilə yanaşı məhkəmə müdafiəsinin obyektidir.(MPM-in 4.1-ci mad.) İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən (28 May) küçəsi **A saylı evdən cavabdeh Cavabdeh məxsus olan cehiz əşyaları çıxarılmaqla iki otaq və mətbəx tam boşaldılaraq iddiaçı İddiaçı təhvil verilsin. Cavabdeh Cavabdeh dövlət rüsumuna görə 150 manat iddiaçı İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-469/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-469/2025
18.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver