Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4692/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X6 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1462/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh və 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinə qarşı “notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi, miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsinin notariusa həvalə edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinin notariusu Sidqi Həbibbəylinin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X2 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ev 57/24 ünvanında yerləşən 84 saylı mənzil və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsinin faktiki olaraq onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və qeyd olunan miras əmlaka dair tam pay üzrə ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinin notariusa həvalə olunması barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinin notariusu Sidqi Həbibbəylinin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X3 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24 ünvanında yerləşən 84 saylı mənzilin və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsinin miras əmlak kimi faktiki İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və qeyd olunan miras əmlaklara dair tam pay üzrə iddiaçıya qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinin notariusa həvalə olunması barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, valideynləri ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. Eyni zamanda atasına məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 ünvanında torpaq sahələri olub. Boş vaxtlarında atası ilə birlikdə orada təsərrüfat işləri ilə məşğul olmuşlar. Bacısı Cavabdeh valideynləri ilə münasibəti yaxşı olmadığı üçün 2003-cü ildə ailə qurmuş və demək olar ki, valideynləri ilə maraqlanmamışdır. 2007-ci ilin yanvar ayında anası X17, 2007-ci ilin fevral ayında X1 vəfat etmişdir. Cavabdeh ailə qurduqdan sonra heç vaxt onlarla birlikdə yaşamayıb və valideynlərindən qalmış miras əmlakla bağlı bu günə qədər heç vaxt maraqlanmamış və heç bir tələbi olmamışdır. Bacısı valideynləri ilə yaxşı münasibətdə olmamış, ata və anası ondan incik vəfat etmişlər. Hər kəs bunu təsdiq edə bilər ki, hətta məzar daşında onun adının qeyd olunmasını istəmədikləri üçün məzar daşında “oğlundan xatirə” sözləri qeyd edilmişdir. O da bir qardaş olaraq, bacısının valideynlərinə qarşı olan bu hərəkətlərindən dolayı onunla incik olmuşdur. Yəni onlar mehriban münasibətdə olmamışlar. Əgər cavabdehin, əmlaka tələbi olsaydı, mütləq indiyə kimi, bununla bağlı iddia tələbi irəli sürmüş olardı. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ev 57/24 ünvanında yerləşən 84 saylı mənzili və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsini miras əmlak kimi faktiki o, qəbul etmiş və həmişə onun istifadəsində olmuşdur. Kommunal xərcləri, təsərrüfat, vergi ödənişləri onun tərəfindən aparılmış və yaşadığı dövrdə mənzili əsaslı təmir etmişdir. Valideynlərinin dəfni onun tərəfindən aparılmış, hətta ölüm haqqında şəhadətnamə alınmasına dair məhkəmədə iddia qaldıraraq, məhkəmə qətnaməsi ilə ölüm faktının təsdiq edilməsinə məhkəmə qətnaməsini o əldə etmişdir. Lakin bunlara baxmayaraq, xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinin notariusu Sidqi Həbibbəyli tərəfindən təqdim edilmiş məktubla ona müraciət edərək, xx.xx.2021-ci il tarixdə Cavabdeh müraciəti əsasında vəfat etmiş atasının adına vərəsəlik işi açıldığını və Cavabdeh vərəsə kimi tanıyacağını bildirmişdir. Cavabdeh nikaha daxil olduqdan sonra heç vaxt miras əmlaklarda yaşamamış, həmin əmlaklardan istifadə etməmiş, qeydiyyatı formal xarakter daşımışdır. Cavabdeh miras əmlakla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi qətnaməni ləğv edərək, iddia ərizəsini baxılmamış saxlanması barədə qərardad qəbul etmişdir. Məhkəmə iclasında Cavabdeh ərindən boşandığı üçün mirasdan pay tələb etmək fikrinə düşdüyünü bildirmişdir. Cavabdeh mülki hüquq normalarında miras qəbuluna dair göstərilmiş üsulların heç birindən istifadə etməmişdir. Lakin onun xx.xx.2008-ci il tarixli, “Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün” bağlanmış müqavilə, xx.xx.2008-ci il tarixli “Məişət istehlakçılarının sayğaclarının dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında” Protokol, kommunal xidmətlərə dair ödəniş qəbzləri, vergi ödənişləri bağlı sənədlər, şahidlər və s. sübut edir ki, əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bütün sübutlar təsdiq edir ki, o atasından qalan əmlaka sahiblik etmək, əmlakı saxlamaq, orada təsərrüfat aparmaq yolu ilə mirası faktiki idarə etmək üsulu ilə qəbul etmişdir. Göründüyü kimi, həm mülki hüquq normaları, həm də Konstitusiya Məhkəməsinin Qərarı vərəslər arasında miras əmlakla bağlı mübahisə olduqda, həmin mübahisənin məhkəmədə baxılmasını diqtə edir. 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinə Cavabdeh ilə aralarında mübahisə olduğunu bildirdiyi halda, notarius Sidqi Həbibbəylinin Cavabdeh qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verəcəyinə dair hərəkətləri qanunsuzdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1462/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X3 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24 ünvanında yerləşən 84 saylı mənzilin və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsinin miras əmlak kimi faktiki olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24 ünvanında yerləşən 84 saylı mənzilə və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsinə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olması, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona miras əmlaka faktiki sahiblik etməyə heç bir imkan verilməmişdir. O, 2003-cü ildə ailə həyatı qurmuş, ata evinə gəlib-getmiş və orada bir müddət yaşamış, 2019-cu ildə nikahı pozulmuşdur. İddiaçı onu aldatmış və bildirmişdir ki, əgər kirayəyə çıxsa ona ev verəcək. Hazırda 2 uşağı ilə birlikdə yaşayır və heç bir yerdən maddi dəstəyi olmadığı üçün kirayədə yaşamaq onun üçün çətinlik törədir. Odur ki, ata evinə ehtiyacı var və oradan haqqı olan payı verilməlidir. Əgər vəsiyyətnamə olsaydı, o zaman mirasdan məcburi pay instititunun tətbiqini tələb edəcəkdi. Hazırda vəsiyyətnamə mövcud deyildir. Deməli, atasından qalmış mənzil və bağ evi qanun üzrə vərəsələr olaraq ikidə bir hissədə qardaşı və onun arasında bölünməlidir. Heç bir hal bu hüququnu məhdudlaşdıra bilməz. Məhz bu səbbədən də 2021-ci ildə vərəsəlik işinin açılması ilə bağlı notariat orqanına müraciət etmiş, lakin qardaşı onun mirasdan pay almağını əngəlləmək üçün Əmlak Məsələləri dövlət Xidmətinin əməkdaşlarını mənzilə buraxmamış, onların xidməti fəaliyyətinə maneçilik törətmiş, nəticədə o, öz hüquqlarını realizə edə bilməmişdir. Qeydiyyat ünvanı ata evidir, bu nüans formal xarakter daşımır, çünki qeydiyyatda olduğu ünvanda yaşamağa qardaşı tərəfindən şərait yaradılmayıb. Ata evində qeydiyyatda olmağı həmin mirasdan pay almağının hüquqi əsaslarından birini təşkil edir. Onun ləyaqətsiz vərəsə elan edilməyi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmadığı üçün ata evindən və torpaq sahəsindən miras aktivi əldə etmək hüququ saxlanılır. Atası vəfat edəndən sonra həmin mənzilə faktiki sahiblik etmiş, kommunal ödənişləri ödəmiş, müəyyən müddət orada yaşamış, qardaşı atası vəfat edəndən sonra 12 il həmin ünvanda olmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1462/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, atasından miras qalmış ünvan 5 ünvanında yerləşən 84 saylı mənzildən və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalı 2 b\m 883 saylı torpaq sahəsindən miras payı almaq hüququnun təmin edilməsi və miras əmlakların qardaşı və onun arasında ikidə bir nisbətində bölünməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1462/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1462/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Oktyabr (Yasamal) rayon X7 qeydiyyatı şöbəsi tərəfindən 25 iyul 1975-ci il tarixdə verilmiş seriyalı İİİ-ЖГ № 462655 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 25 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1975-ci ilin iyul ayının 25 günündə 2326 nömrə ilə qeyd edilmişdir. X1, anası X11r.(Cild İ, İ.vər. 25) İş materiallarında olan, Bakı şəhəri Oktyabr (Yasamal) rayon X7 qeydiyyatı şöbəsi tərəfindən 24 noyabr 1973-cü il tarixdə verilmiş seriya İİ-ЖГ № 327464 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1973-ci ilin noyabr ayının 24 günündə 3574 nömrə ilə qeyd edilmişdir. X1, anası X11r.(Cild İ, İ.vər. 113) İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1515/2007 saylı, 17 may 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə ərizəçi İddiaçı ərizəsinin təmin edilmiş və 23 yanvar 1945-ci il tarixdə anadan olmuş X4 28 fevral 2007-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir.(Cild İ, İ.vər. 17 - 18) İş materiallarında olan, Bakı şəhəri Yasamal rayon X7 qeydiyyatı şöbəsi tərəfindən 20 iyun 2007-ci il tarixdə verilmiş seriyalı AZ-İ № 249731 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28 fevral 2007-ci il tarixdə Bakı şəhərində ölmuşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007-ci ilin iyun ayının 20 günündə 814 № ilə qeyd edilmişdir.(Cild İ, İ.vər. 10) İş materiallarında olan, Bakı şəhəri Yasamal rayon X7 qeydiyyatı şöbəsi tərəfindən 21 iyul 2020-ci il tarixdə verilmiş seriya AZ-İİ № 104628 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 13 yanvar 2007-ci il tarixdə Bakı şəhərində ölmuşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin iyul ayının 21 günündə 93 № ilə qeyd edilmişdir.(Cild İ, İ.vər. 117) İş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya MH № 169228 saylı Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektindəki 57/24 №-li evin yaşayış evinin 84 saylı mənzili X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1011 nömrəli reyestr kitabının 151819-cu səhifədə 30/151819 nömrə ilə da 28 yanvar 1999-cu il tarixində qeydiyyat aparılmışdır.(Cild İ, İ.vər. 184) İş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya BM № 002566 saylı Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Vişnevka-2 qəsəbəsində yerləşən 883 №-li bağ (sahəsi 1254 kv.m) 16124 №-li müqaviləyə əsasən X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 24 nömrəli reyestr kitabında 3289-cu səhifədə 30/3289 № ilə 06 iyul 2001-ci ildə qeydiyyat aparılmışdır.(Cild İ, İ.vər. 185) İş materiallarında olan, Cavabdeh 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, müraciət edərək, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X1ndan miras qalan Yasamal rayonu, Nəriman Nərimanov prospekti 57/24 nömrəli evin 84 saylı mənzilindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.(Cild İ,İ.vər. 151) İş materiallarında olan, DİN-yi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 57/24 nömrəli evin 84 saylı mənzilində 12 iyun 2004-cü ildən qeydiyyatdadır. Digər qeydiyyatda olan isə İddiaçıdur.(Cild İ, İ.vər. 152) İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2830/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mirasda payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.(Cild İ, İ.vər. 163 - 165) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)10429/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh üzrə vərəsəlik şəhadətnaməsini əldə etməsi üçün müvafiq notariat kontoruna müraciət etməyərək, mübahisənin qabaqcadan məhkəmədən kənar həlli qaydasına riayət etmədiyindən, iddiaçı Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2830/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır.(Cild İ, İ.vər. 166 - 169) İş materiallarında olan, X4 müraciətin cavab olaraq 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş 142 saylı, 27 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh müraciəti əsasında 28 fevral 2007-ci il tarixdə vəfat X4 adına vərəsəlik işi açılmışdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin apanlması qaydaları haqqında təlimat”ın 99-cu bəndinə əsasən vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut sayılır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən əldə edilmiş, xx.xx.2021-ci il tarixli, ******* saylı arayışa əsasən Cavabdeh ünvan 8 ünvanında 2004-cü ildən yaşayış yeri üzrə qeydiyyatdadır və o notarius tərəfindən mirası faktiki olaraq qəbul etmiş vərəsə kimi tanınır. Göstərilənlərə əsasən, Cavabdeh mirasın faktiki qəbulu ilə bağlı imtina verilməsi mümkün deyil. X4 müraciətinə əsasən “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən notariat hərəkətinin aparılması 10 gün müddətinə təxirə salınmışdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar ərizəçidən ərizə daxil olduğu haqqında məlumat alınmzasa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir.(Cild İ, İ.vər. 19) İş materiallarında olan, İddiaçı 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinin notariusu Sidqi Həbibbəyliyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, müraciət edərək, hazırki mübahisəyə baxılması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Cavabdeh müraciəti ilə açılmış xx.xx.2007-ci il tarixdə vəfat etmiş X1nun vərəsəlik işi ilə bağlı notariat hərəkətinin aparılmasının dayandırılmasını xahiş etmişdir.(Cild İ, İ.vər. 173) İş materiallarında olan, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24 ünvanında yaşayan qonşular X31, X26, X39, X20, X18, X19, X15, X16 və X9 tərəfindən tərtib edilmiş aktdan görünür ki, 84 nömrəli mənzildə yaşayan İddiaçı həqiqətən 1983-cü ildə bu mənzilə köçdüyü vaxtdan daimi olaraq yaşayıb və hal-hazırda da yaşamağa davam edir. 2007-ci ildə valideynlərinin vəfatından sonra da həmin mənzildə yaşamağa davam edir. Cavabdeh isə 2003-cü ildə ailə həyatı qurduqdan sonra bu ünvanı yəni, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 57/24 nömrəli evin 84 nömrəli mənzilini tərk edib və bir daha qeyd olunan mənzildə yaşamayıb, hətta valideynlərinin vəfatından sonra da bu ünvana gəlib-getməyib və yaşamayıb.(Cild İ, İ.vər. 14) İş materiallarında olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı-2 bağ sahəsi istifadəsində olan qonşular X21 və X27 tərəfindən tərtib edilmiş aktdan görünür ki, X24 ğlunun adında olan 883 nömrəli bağ sahəsinə onun 2007-ci il vəfatından sonra oğlu İddiaçı sahiblik edib. İddiaçı valideynlərinin vəfatından əvvəl və sonra daimi olaraq bu bağa gəlib-gedir, mütəmadi olaraq yay aylarinda öz ailəsi ilə birlikdə qalır. Bağ sahəsində olan torpağ və bütün meyvə ağaclarını qulluq etmişdir. Cavabdeh isə bu bağ sahəsinə heç zaman gəlməyib-getməyib və sahiblik etməyib. Valideynlərinin vəfatından sonra hətta onların sağlığında, həmçinin sonrakı illərdə onu burada ümumiyyətlə görən olmayıb.(Cild İ, İ.vər. 15) İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6194/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X32 ilə X28 arasında xx.xx.2003-cü il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2004-cü il təvəllüdü X12, xx.xx.2005-ci ıl təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdü X14 ataları X22 yanında qalması (saxlanılması) qət edilmişdir.(Cild İ, İ.vər. 198 - 200) İş materiallarında olan, “Daxili qaz avadanlığına baxış və proflaktik xidmət işlərinin keçirilməsi haqqında” xx.xx.2010-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 57/24 nömrəli evin 84 saylı mənzilində mənzildaxili qaz avadanlığına texniki baxış mənzildə yaşayan İddiaçı iştirakı ilə keçirilmişdir.(Cild İ, İ.vər. 79) İş materiallarında olan, ”Uninet” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 11278/10 nömrəli müqavilədən görünür ki, müvafiq müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24, 84 saylı mənzilə internet xidmətlərinin qoşulması razılaşdırılmışdır.(Cild İ, İ.vər. 86) İş materiallarında olan ”Uninet” MMC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24, 84 saylı mənzilə İddiaçı adına xx.xx.2013-cü il tarixli internet xidmətinin göstərilməsinə dair müqavilə bağlanmışdır və hal-hazırda abunəçinin istifadəsindədir.(Cild İ, İ.vər. 203) Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. İşin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh doğma ataları X10 xx.xx.2007-ci ildə vəfat etmiş və onun ölümündən sonra Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ev 57/24 ünvanında yerləşən 84 saylı mənzili və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsi miras qalmışdır. X2 miras qalmış əmlakı onun qanun üzrə birinci növbə vərəsələrindən olan oğlu - İddiaçı faktiki olaraq qəbul etmiş və miras əmlakı hazırkı vaxta kimi idarə etməklə sahiblik edir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının iddiası qismən təmin edilərək, X3 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 57/24 ünvanında yerləşən 84 saylı mənzilin və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsinin miras əmlak kimi faktiki olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi brədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Cavabdeh xx.xx.2003-cü il tarixdə ailə qurmuş, bundan sonra Yasamal rayonu, Nəriman Nərimanov prospekti ev 57/24 ünvanında yerləşən 84 saylı mənzilidə qeydiyyatda qalsa da nə valideynlərinin sağlığında, nə də onlar öldükdən sonra onlara məxsus evdə yaşamamış, miras əmlaka sahiblik etməmiş və həmin əmlakı faktiki olaraq idarə etməmişdir. Yalnız xx.xx.2021-ci ildə 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinə mirası qəbul etməsi barədə ərizə ilə müraciət etmiş, onun müraciəti əsasında xx.xx.2007-ci ildə vəfat etmiş X5 adına vərəsəlik işi açılmışdır. Yuxarıda qeyd olunan hüquq normalarını və iş materiallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, Cavabdeh apelyasiya şikayətində ata evinə gəlib-getməsini və orada bir müddət yaşamasını, atası vəfat edəndən sonra həmin mənzilə faktiki sahiblik etməsini, kommunal ödənişləri ödəməsini, müəyyən müddət orada yaşamasını, qardaşı atası vəfat edəndən sonra 12 il həmin ünvanda olmamasını qeyd etsə də, bunu təsdiq edən rəsmi sənədləri və sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası həmçinin hesab edir ki, apelyasiya şikayətinin digər dəlilləridə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsaslı hesab edilə bilməz. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur və apelyasiya şikayətində göstərilən həmin dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, məhkəmə kollegiyası həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1462/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1462/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-4692/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4692/2022
05.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver