Məhkəmə qərarları › İş №2(103)-4694/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4694/2023

24.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4694/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosesual müddətin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2820/2022 saylı, xx.xx.2023cü il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin SOCAR**********00070020B00003 №-li 05 yanvar 2022-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər ona çatası əmək haqlarının cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

3. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ona geri qaytarılması qərara alınmışdır.

5. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2820/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ona geri qaytarılmışdır.

7. Bundan sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Vəkil şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2820/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək, apelyasiya şikayətinin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

9. Daha sonra İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizə ilə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayətin geri qaytarılmasını xahiş etmişdir.

10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət İddiaçı geri qaytarılmışdır.

11. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi səbəblərini üzürlü hesab etməklə bu müddətin bərpa edilməsini xahiş etmişdir.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(005)- 2820/2022 nömrəli qərardadına əsasən, ərizə təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(005)-2820/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilməsi və müddətin bərpa edilməsi qərara alınmışdır.

13. Daha sonra cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi məhkəməyə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(005)-2820/2022 nömrəli qərardadından EMİS vasitəsilə şikayət ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(005)-2820/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(005)- 2820/2022 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməyərək, şikayət işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2145/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(005)- 2820/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2695/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2820/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilərək mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.

17. Bundan sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2820/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti ona geri qaytarılmışdır.

18. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2820/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir.

19. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2820/2022 nömrəli, 13 aprel 2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2820/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən apelyasiya şikayəti ona geri qaytarılması qərara alınmışdır.

20. Daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2820/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir.

21. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2820/2022 nömrəli, 28 aprel 2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2820/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən apelyasiya şikayəti ona geri qaytarılması qərara alınmışdır.

22. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti və ona əlavə edilmiş qətnamədən şikayət vermək üçün buraxılmış müddətin üzrlü hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir.

23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2820/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilməsi və müddətin bərpa edilərək, apellyasiya şikayətinin mülki iş ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

24. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, mülki iş materiallarında olan AZEMİS elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı EMİS-də yaradılmış şəxsi elektron kabinetinə yerləşdirilmiş, həmin qətnamədən verilən ilkin apellyasiya şikayəti forma və məzmuna əməl edilmədən verildiyi üçün geri qaytarılmışdır. Məhkəmə yuxarıda qeyd edilənləri və qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən qətnamədən ilk dəfə apellyasiya şikayəti verilərkən müddət pozulmadığından hazırda buraxılmış müddət üzrlü hesab edilməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

25. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2820/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023cü il tarixdə apeliyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq apellyasiya şikayəti müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən apellyasiya şikayətinin ona geri qaytarılması barədə 2(005)-2820/2022 saylı iş üzrə xx.xx.2023 tarixli qərardad qəbul etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-ci tarixdə yenidən apellyasiya şikayəti və ona əlavə edilmiş qətnamədən şikayət vermək üçün buraxılmış müddətin üzürlü hesab edilməsinə dair ərizə vermiş, Nərimanov rayon Məhkəməsi e- 2(005)-2820/2022 saylı iş üzrə xx.xx.2023-cü il tarixli Qərardad qəbul edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti üzürlü hesab etmişdir. Məhkəmə hər hansı halı üzürlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzürlü səbəblər sırasına, məsələn, şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etməsinin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s. aid edilə bilər. Lakin etibarnamənin etibarlıq müddətinin qurtarması üzürlü hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara baxmayaraq Nərimanov rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, e-(005)-2820/2022 nömrəli qərardad qəbul edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti üzürlü hesab edərək müddəti bərpa etmişdir. Hesab edir ki, etibarnamənin etibarlıq müddətinin qurtarması üzürlü hesab edilə bilməz, həmin şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddətin üzürlü səbəbdən buraxılması kimi hesab edilməsinə və müddətin bərpa edilməsinə əsas ola bilməz.

27. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2820/2022 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2820/2022 nömrəli, 18 may 2023-cü il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

28. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

29. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

32. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

33. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

34. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)

35. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

36. Həmin Məcəllənin 364.1-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir.

38. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə tərəflərin iştirakı ilə baxılması xahiş edilmişdir.

39. Azərbaycan Resublikası MPM-in 397.2-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

40. Lakin hazırkı halda iddaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən işə şifahi icraat qaydasında baxılmasına əsas olacaq hallarla bağlı sübutlar məhkəməyə təqdim edilməmiş, vəsatət kifayət qədər əsaslandırılmamışdır.

41. Belə olan halda, məhkəmə kollegiyası hazırki şikayətə məhkəmə iclasında baxılası barədə vəsatəti əsaslı hesab etmir.

42. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2820/2022 saylı, xx.xx.2023cü il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş şikayətlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən 10 oktyabr 2022-ci il tarixdə qəbzə imza edilməklə qəbul edilmişdir.

43. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş forma və məzmunla bağlı tələblərə əməl edilmədən verildiyi üçün geri qaytarılmışdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən ilkin olaraq apellyasiya şikayəti Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarıldıqdan sonra yenidən verilmiş apellyasiya şikayətləri qanunvericiliyin tələblərinə əmək edilmədiyi üçün həm apellyasiya instansiya məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilmiş, həm də birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır.

45. Kollegiya qeyd edir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir.

46. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun.

47. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir, belə ki, İddiaçı tərəfindən qətnamədən şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir.

48. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün prosesual müddətin bərpası barədə İddiaçı ərizəsinin təmin edilməsi barədə qərardad qəbul etməklə yanlış nəticəyə gəlmişdir.

49. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2820/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosesual müddətin bərpası barədə İddiaçı ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar